Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1096/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: üçüncü şəxsin məhkəmə icraatına cəlb olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2986/2024 nömrəli, 2 7 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Kaveroçkin küçəsi 21 nömrəli evin 215-ci mənzilində yaşayan İddiaçı2 tərəfindən Cavabdehə ərizə ilə müraciət olunaraq, Bakı şəhəri, Sarabski küçəsi 58 nömrəli binanın yaxınlığında yerləşən qarajların sökülüb yerində öz vəsaiti hesabına təqdim olunmuş layihəyə uyğun olaraq fərdi yaşayış evinin tikintisinə icazə verilməsi xahiş edilmişdir. Bununla bağlı Bakı şəhəri Cavabdehin 384 nömrəli xx.xx.2009-cu il tarixli sərəncamı ilə İddiaçı2 ərizəsi əsasında ona Sarabski küçəsi 58 nömrəli binanın yaxınlığında yerləşən qarajların sökülüb, yerində razılaşdırılmış layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə ica zə verilmişdir.
2. Bakı şəhəri, Kaveroçkin küçəsi 21 nömrəli evin 215-ci mənzilində qeydiyyatda olan İddiaçı1 ərizə ilə Cavabdehə müraciət edərək, yaşadığı binanın yaxınlığında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun olaraq mövcud istifadə vəziyyətində onun adına sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Bununla bağlı Bakı şəhəri Cavabdehin 395 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Kaveroçkin küçəsi 27 nömrəli binanın yaxınlığında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə vətəndaş İddiaçı1 adına sənədləşdirilməsinə icazə verilmişdir.
3. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 258 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Cavabdeh b aşçısının xx.xx.2009-cu il tarixli, 384 nömrəli və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi barədə xx.xx.2017-ci il tarixli, 395 nömrəli sərəncamları ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 258 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 258 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 384 nömrəl i və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi barədə xx.xx.2017-ci il tarixli, 395 nömrəli sərəncamları ləğv edilmişdir. Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 258 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 3 noyabr 2023-cü il tarixli, 3-29/27509/2023 №-li məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, 34 №-li tam orta məktəbin istifadəsinə ayrılmış torpaq sahəsinin 0,10373 ha hissəsində qanunsuz tikililərin inşa edilməsi və Cavabdeh tərəfindən sənədləşdirilməsi ilə əlaqədar, qəbul edilmiş sərəncamların ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********65 №-li məktubuna əs asən müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 384 №-li Sərəncamı ilə ünvan 1 ünvanında tikintisinə icazə verilmiş fərdi yaşayış evi və Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 395 №-li Sərəncamı ilə mövcud vəziyyətdə sənədləşdirilmiş fərdi yaşayış evinin bir hissəsi 34 saylı tam orta məktəbin xx.xx.2008-ci il tarixli 21165 inventar nömrəli texniki pasportunda qeyd edilən, məktəbin istifadəsinə verilmiş 1,25373 ha torpaq sahəsinin məktəbin faktiki hasarlandığı ərazisindən kənarda olan 0,10373 ha hissəsində yerləşir. Hesab edir ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023cü il tarixli, 258 nömrəli sərəncamı qanunsuzdur. Belə ki, sözügedən ərazi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi həm mülki, həm də inzibati məhkəmədə iddia qaldır mış, iddia tələbi rədd edilmiş, həmin qətnamə və qərardan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi apellyasiya və kassasiya şikayətləri vermiş, lakin şikayətlər təmin edilməmişdir. Göründüyü kimi, sözügedən mübahisəli ərazi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnamə və qərarı mövcuddur. Bundan əlavə, Bakı şəhəri Cavabdehin özünün qəbul etdiyi sərəncamları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və qərarı olmasına baxmayaraq ləğv etməsi qanunsuz olmaqla bərabər həm də heç bir hüquqi əsası yoxdur. Bakı şəhəri Cavabdeh imtina məktubunda da qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 258 nömrəli sərəncam verilərkən sözügedən mübahisəli ərazi ilə bağlı məhkəmə qətnaməsi və qərarının mövcud olmasından məlumatsız olmuşdur. Qeyd etmək zəruridir ki, Bakı şəhəri Cavabdeh ünvan 1 ünv anında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 384 nömrəli və ünvan 2ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi barədə xx.xx.2017-ci il tarixli, 395 nömrəli sərəncamları ləğv edilməsi üçün iddia müddətini də ötürmüşdür.
6. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilərək bildirilmişdir ki, mübahisə predmeti olan Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 258 nömrəli sərəncamı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 3 noyabr 2023-cü il tarixli 3-29/2-7509/2023 nömrəli məktubu nəzərə alınmaqla, mübahisəli ərazidə yerləşən torpaq sahəsinin Nərimanov rayonu 34 saylı tam orta məktəbin ərazisinə aid olduğundan qəbul edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112) -4335/2024 saylı 18 aprel 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 258 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır.
8. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv, iddianın rədd edilməsini xahiş edilmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X1-məruzəçi, X2, X4) 2-1(103)-2986/2024 nömrəli 27 noyabr 2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4335/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti ver ərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
12. Nərimanov RİH başçısının xx.xx.2009-cu il tarixli, 384 nömrəli sərəncamı ilə İddiaçı2 H.Sarabski küçəsində 58 nömrəli binanın yaxınlığında yerləşən qarajın sökülüb, yerində razılaşdırılmış layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 395 nömrəli sərəncamı ilə Kaveroçkin küçəsi 27 N-li binanın yaxınlığında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində vətəndaş İddiaçı1 adına sənədləşdirilməsinə icazə verilmişdir.
13. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 3 noyabr 2023-cü il tari xli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, 34 №-li tam orta məktəbin istifadəsinə ayrılmış torpaq sahəsinin 0,10373 ha hissəsində qanunsuz tikililərin inşa edilməsi və Nərimanov RİH tərəfindən sənədləşdirilməsi ilə əlaqədar, qəbul edilmiş sərəncamların ləğv edilməsini xahiş etmişdir. İnzibati aktların ləğv edilməsi üçün əsas, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********65 nömrəli məktubu ilə müəyyən edilmiş və 34 saylı tam orta məktəbin xx.xx.2008-ci il tarixli, 21165 inventar nömrəli Texniki Pasportunda qeyd edilən və məktəbin istifadəsinə verilmiş 1.25373 ha torpaq sahəsinin məktəbin faktiki hasarlandığı ərazisindən kənarda olan 0,10373 ha hissəsində Nərimanov RİH başçısının xx.xx.2009 -cu il tarixli, 384 №-li sərəncamı ilə ünvan 1 ünvanında tikintisinə icazə verilmiş fərdi yaşayış evinin və Nərimanov RİH başçısınınxx.xx.2017-ci il tarixli, 395№-lisərəncamı ilə mövcud vəziyyətdə sənədləşdirilmiş fərdi yaşayış evinin həmin ərazidə yerləşməsi olmuşdur.
14. Lakin məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmamış, mübahisə predmeti olan 0,10373 ha torpaq sahəsinin 34 saylı tam orta məktəbin faktiki hasarlandığı ərazisindən kənarda yerləşməsi əsas götürülmüş, tətbiq edilmiş qanun normalarının təfsirində yanlışlığa yol verilmişdir. Mübahisəli torpaq sahəsi 34 saylı tam orta məktəbin faktiki hasara alındığı ərazidən kənarda olsa belə, məktəbin istifadəsinə verilmişdir.
15. Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xid məti iddiaçının müraciətinə cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, qeyd edilən fərdi yaşayış evi Nərimanov rayonu 34 saylı tam orta məktəbin istifadəsində olan torpaq sahəsində yerləşməklə Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli, 384 nömrəli sərəncamı əsasında inşa olunmuşdur. Həmin dövrdə qüvvədə olmuş "Şəhərsalma əsasları haqqında" Qanunun 10-cu maddəsinə əsasən, şəhər və digər yaşayış məntəqələrinin ərazilərində tikinti işlərinin aparılmasına icazə verilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına tikinti üçün torpaq sahələri ayrılmasının ilkin əsaslandırma sənədləri təqdim edilməlidir. Lakin Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozularaq kifayət qədər əsaslar olmadan tikinti işlərinin aparılmasına icazə verilməsi barədə sərəncam verilmişdir.
16. Yuxarıda qeyd olunan fərdi evlərin yaxınlığında yerləşən 34 №-li tam orta məktəbin həyətyanı sahəsinin zəbt olunub-olunmaması məsələsi 2005-2021-ci illər ərzində ayrı-ayrı qurumların nümayəndələri, o cümlədən Təhsil Nazirliyinin hüquq şöbəsinin göstərişinə əsasən həmin məktəbin rəhbərliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə Ərazi idarəsinin əməkdaşlarının, ərazi baxımından cavabdeh olan 1 saylı Abşeron Rayon Evlər İdarəsi rəhbərliyinin, polis sahə müvəkkilinin və sair məsul şəxslərin iştirakı ilə yaradılmış komissiyalar tərəfindən dəfələrlə araşdırılmış, nəticə etibarilə məktəb ərazisində zəbt və müdaxilə olunma halları aşkar edilməmişdir. Bu barədə son olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəhbə rliyinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Bakı Şəhər və Cavabdehlərinə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********82 №-li məktubunda xüsusi qeyd olunmuş, bir mənalı olaraq bütün hüquqi sənədlərdə 34 №li məktəbin ərazisinə müdaxilə, zəbt olunma hallarının aşkar edilməməsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Şəhər Ərazi şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə akt tərtib olunmuşdur.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1106/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən Təhsil Nazirliyinin cavabdeh X3 qarşı ərazinin bərpa edilməsi, inşa edilən tikilinin sökülməsi və həmin ərazinin məktəbin istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-397/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1106/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)- 3447/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Təhsil Nazirliyinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-397/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Göründüyü kimi, sərəncamlarla tikintisinə icazə verilmiş tikililərin ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (34 saylı orta məktəb) dair xx.xx.2008-ci il tarixli 001868 nömrəli texniki pasportda (21165 inventar) qeyd olunan torpaq sahəsi daxilində yerləşməsi müəyyən edilmişd ir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı2 kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəy ə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair Bakı şəhəri 17 fevral 2022-ci il tarixli qərardadı Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikay əti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır.
25. Bakı şəhəri Cavabdehin 384 nömrəli xx.xx.2009-cu il tarixli sərəncamı ilə İddiaçı2 ərizəsi əsasında ona Sarabski küçəsi 58 nömrəli binanın yaxınlığında yerləşən qarajların sökülüb, yerində razıla şdırılmış layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmçinin Bakı şəhəri Cavabdehin 395 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Kaveroçkin küçəsi 27 nömrəli binanın yaxınlığında yerləşən fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə İddiaçı1 adına sənədləşdirilməsinə icazə verilmişdir.
26. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, 34 nömrəli orta məktəbin istifadəsinə ayrılmış torpaq sahəsinin 0,10373 ha hissəsində qanunsuz tikililərin inşa edilməsi və Cavabdeh tərəfindən sənədləşdirilməsi ilə əlaqədar qəbul edilmiş sərəncamların ləğv edilməsini xahiş etmişdir.
27. Bakı Şəhər Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli sərəncamı ilə ü nvan 1 ünvanında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Cavabdeh başçısının xx.xx.2009-cu il tarixli 384 nömrəli və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyətdə sənədləşdirilməsi barədə xx.xx.2017-ci il tarixli 395 nömrəli sərəncamları ləğv edilmişdir.
28. Cavabdeh iddianın predmeti olan xx.xx.2023-cü il tarixli sərəncamı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 3 noyabr 2023-cü il tarixli, 3-29/27509/2023 №-li məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciəti əsasında qəbul etmişdir.
29. İşin hallarından həm də məlum olur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi İddiaçı2 və İddiaçı1 məxsus tikililərin 34 nömrəli orta məktəbin istifadəsində olan torpaq sahəsində inşa edildiyinə əsaslanaraq tikilinin sökülməsi iddiası ilə ümumi məhkəməyə, t ikililərin rəsmiləşdirilməsi barədə sərəncamların ləğvi ilə bağlı inzibati məhkəməyə müraciət etmiş və hər iki məhkəmə icraatı bitmiş, nazirliyin iddiası müvafiq olaraq təmin edilməmiş və mümkün sayılmamışdır. Həmin işlərdə iddiaçı Təhsil Nazirliyi olmasına, cavabdeh iddianın predmeti olan xx.xx.2023-cü il tarixli sərəncamı məhz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müraciəti əsasında qəbul etməsinə və mübahisə 34 nömrəli orta məktəbə məxsus torpaq sahəsinə aidiyyəti ilə bağlı olmasına baxmayaraq məhkəmə Elm və Təhsil Nazirliyini üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməməklə İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinin tələbinin pozuntusuna səbəb olmuşdur.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İnzibati məhkəmə icraatına üçüncü şəxsləri n cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair Bakı şəhəri 17 fevral 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki: “24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini ö nləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.
25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəb ulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur.
26. İPM-in 46.2-ci maddəsində təsbit edilmiş prosesin t ezləşdirilməsi ilə bağlı prinsipə və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cı maddəsinə, eləcə də onunla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, məhkəmələr icraatlarında olan işləri ağlabatan müddətlərdə (İPM-də nəzərdə tutulmuş konkret müddətlərdə baxılmalı olan işlər istina olmaqla) yekunlaşdırmaq vəzifəsi daşıyırlar. Bu mənada, üçüncü şəxslərin prosesdə iştiraka qoşulması işin hallarını daha tez müəyyənləşdirməyə imkan verərək, həm də məhkəmə mübahisələrinin ağlabatan müddətlər çərçivəsində mümkün qədər sürətli yekunlaşdırılmasına səbəb olur.
27. İnzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakı qəbul edilən məhkəmə qərarının qüvvəsinin onlara da şamil edilməsi ilə bağlı hüquqi nəticə yaradır. Belə ki, İPMin 78-ci madd əsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Qanunverici üçüncü şəxslərin icraata cəlb edilməsi vasitəsilə növbəti hüquqi mübahisələrin və ziddiyyətli məhkəmə qərarlarının qəbul olunmasının qarşısını almaq məqsədi də güdür. Mübahisəyə baxılması nəticəsində qəbul edilmiş məhkəmə qərarının qanuni qüvvəsi sözügedən prosesin bütün iştirakçılarına, o cümlədən icraatda iştirak etmiş üçüncü şəxslərə şamil edilir. Beləliklə, qəbul edilmiş həmin vahid qərar yeni məhkəmə çəkişmələrinin yaranmasının qarşısını alır, münasibətlərin davamlı mübahisə predmetinə çevrilməsini önləyir, prossesual qənaət prinsipinə uyğun olaraq icraat iştirakçılarını əlavə zaman itkisindən və xərclərlə bağlı məsrəflər çəkilməsindən qoruyur”.
31. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə məhkəmə qərarının Elm və Təhsil Nazirliyinin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduğundan, nazirliyə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün ona bərabər imkanlar yaradılmalıdır. Bununla da nazirlik öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanacaqdır.
32. İş üzrə məhkəmə qərarı Elm və Təhsil Nazirliyinin qanunla qorunan maraqlarına toxunduğundan, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etmədiyindən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş nazirli yin icraata cəlb edilməsi və onun iştirakı ilə işə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi Qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2986/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.