Məhkəmə qərarları › İş №2-1(102)-11/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-11/2025

19.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-11/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə dair kirayə müqaviləsinin bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 may 2024-cü il tarixli, 2-1(103)-372/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə y azılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Oktyabr rayon ZDS İK-nın (indiki Yasamal rayon İH) xx.xx.1960-cı il tarixli, 16 saylı qərarından görünür ki, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 510-cu məhəllə, 15A nömrəli evdə yerləşən 60 mənzilə köçürülmüş Politexnik İnstitutunun müəllim tərkibindən ibarət 71 ailənin siyahısı təsdiqlənmiş, təqdim edilmiş siyahıya əsasən həmin şəxslərə order verilməsi tapşırılmışdır. Qərara əlavə edilmiş adlı siyahıda Kamal Abkarovun adı 32-ci sırada qeyd olunmuş, onun 4 nəfər ailə tərkibinə 2 otaqlı 29 saylı mənzilin ayrıldığı göstərilmişdir.

2. Həmin qərar əsasında vətəndaş Kamal Əkbərova Rayon icrakomunun Mənzil idarəsi tərəfindən xx.xx.1960-cı il tarixdə Oktyabr (indiki Yasamal) rayonu, 4-cü Xrebtovaya (indiki Ə.Əl əkbərov) küçəsi, 510-cu məhəllə, 15A nömrəli evin 29 saylı mənzilinə dair 02822 nömrəli order kötüyü verilmiş, orderdə ailə tərkibi kimi arvadı B.Əkbərova, oğlu T.Əkbərov və anası X.Əkbərovanın adı qeyd edilmişdir. 3. 28.04.2022-ci il tarixli ölüm haqqında şəhadətnamələrdən görünür ki, Kamal Əkbərov xx.xx.1996-cı ildə, Beatrisa Əkbərova isə xx.xx.2022-ci ildə ölmüşdür.

4. Bakı şəhəri Cavabdeh 21 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 510-cu məhəllə, ev 15A ünvanında yerləşən 28 saylı mənzil dövlət mənzil fonduna, 29 saylı mənzil isə xüsusi mənzil fonduna aiddir. Hər iki mənzil Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bildirilmişdir ki, vətəndaş İddiaçı rayon İcra Hakimiyyətində heç bir mənzil uçotuna götürülmə mişdir.

5. Əmlak Məsələləri Dövlət Xidmətinin 22 dekabr 2022-ci il tarixli **********37 nömrəli məktuba əlavə edilmiş reqistrdən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli bina Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan daşınmaz dövlət əmlakıdır.

6. Cavabdeh xx.xx.2022-ci il tarixli, 2039/d nömrəli imtina məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmədiyindən Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 510-cu məhəllə, ev 15 A ünvanında yerləşən 28 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsin in bağlanması və mənzil nömrəsinə düzəliş edilməsi ilə bağlı xahişinin yerinə yetirilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşadığı ünvan 3 ünvanda yerləşən 28 saylı mənzilə dair orderdə mənzilin sahibi kimi və mənzilin nömrəsi 28 kimi göstərilərək yeni orderin cavabdeh tərəfindən verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kamal Əkbərov uzun müddət ərzində Politexnik Universitetdə işləmişdir. Kamal Əkbərov 25 yanvar 1959-cu il tarixdə X2 ilə rəsmi qaydada nikaha daxil olmuşdur. Həmin nikahdan X3 anadan olmuşdur. xx.xx.1960cı il tarixdə Politexnik Universitetinin işçilər i üçün ünvan 4 ünvanda olan binada (əvvəlki ünvanı ünvan 6işlər. Həmin işçilərdən biri Kamal Əkbərov olmuşdur. Bakı şəhəri, Oktyabr rayonunun (hazırkı Cavabdeh) xx.xx.1960-cı il tarixli order kötüyünə əsasən Bakı şəhəri, Yasamal rayonu, 4-cü Xrebtovaya küçəsi, 510-cu məhəllə, ev 15 A, mənzil 29 Kamal Əkbərovun adına rəsmiləşdirilmişdir. Kamal Əkbərov ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. xx.xx.1996-cı il tarixdə Kamal Əkbərov, xx.xx.2021-ci il tarixdə X3 vəfat etmişdir. X2 uzun müddət xəstə olduğundan ona İddiaçı kömək etmişdir. xx.xx.2022-ci il tarixdə X2 vəsiyyətnamə əsasında ona məxsus əmlaklarını İddiaçı vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə Bakı şəhəri, 27-ci notariat ofisində təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə X2 vəfat etmişdir. Sonradan məlum olmuşdur ki, mə nzilin nömrəsi 28 əvəzinə 29 olaraq orderdə səhv yazılmışdır. Həmin mənzil üzrə kommunal xidmətə görə ödəniş qəbzlərində mənzilin ünvanı 28 göstərilmişdir. 29 nömrəli mənzildə başqa şəxs yaşayır.

9. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, yaşadığı ünvan 4 ünvanda yerləşən 28 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim S.İ.Salahova) 8 may 2023-cü il tarixli, 21(112)-4241/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Kamal Əkbərovun ailə üzvü deyil. Həmçinin hazırda ünvan 7 ünvanında qeydiyyatda olmaqla mü bahisəli mənzildə yaşaması da təsdiq olunmur. Belə olan halda aydındır ki, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçı Kamal Əkbərova verildiyini iddia etdiyi 28 saylı mənzilə dair K.Əkbərovun ailə üzvü kimi onunla kirayə müqaviləsinin bağlanmasını tələb edə bilməz. Bundan başqa, vəsiyyətnamə ilə bağlı bildirilmişdir ki, mübahisələndirilən mənzilə dair kirayə müqaviləsi Beatrisa Əkbərovanın adına dəyişdirilməmiş, mənzil onun adına özəlləşdirilməmiş və konkret halda həmin mənzilə dair onun mülkiyyət hüququ qeydə alınmamışdır.

12. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2-1(112)-4241/2023 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: K.H.Əkbərov, hakimlər: M.N.Tağızadə və S.R.Səlimova) 2 may 2024-cü il tarixli, 2-1(103)372/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli, 2-1(112)-4241/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi işə baxmış məhkəmənin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya əsaslandırılmışdır. şikayəti iddia ərizəsi və apellyasi ya b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ şikayətinə uyğun

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadı qları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə, kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə q ərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiya sı məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulmasından ibarətdir.

26. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsin dövlət tərəfindən sosial kirayə müqaviləsi əsasında mənzillə təmin edilmək hüququ mövcuddur, lakin bunun üçün o, ilk növbədə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmalıdır.

27. Lakin, işdə olan Bakı şəhəri Cavabdeh 21 fevral 2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı Rayon İcra Hakimiyyətində heç b ir mənzil uçotuna götürülməmişdir.

28. Bundan başqa, qanunverici kirayəçinin vəfat etdiyi halda onun əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarını yalnız kirayəçinin fəaliyyət qabiliyyətli ailə üzvlərinə şamil etmişdir.

29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Kamal Əkbərovun ailə üzvü olmamış və hazırda ünvan 7 ünvanında qeydiyyatda olmaqla mübahisəli mənzildə yaşaması da təsdiq olunmamışdır.

30. Belə olan halda məhkəmə kollegiyası aşağı instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq bildirir ki, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçı Kamal Əkbərova verildiyini iddia etdiyi 28 saylı mənzilə dair K.Əkbərovun ailə üzvü kimi onunla kirayə müqaviləsinin bağlanmasını tələb etməsi əsassız olmuşdur.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili kimi istinad edilmiş vəsiyyətnaməyə münasibətdə qeyd edir ki, vəsiyyətnamənin surətindən göründüyü kimi ünvan 8 ünvanda qeydiyyatda olan X1 məxsus olan bütün əmlaklarını ünvan 9 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir. Buna baxmayaraq, mübahisələndirilən mənzilə dair kirayə müqaviləsi Beatrisa Əkbərovanın adına dəyişdirilməmiş, mənzil onun adına özəlləşdirilməmiş və konkret halda həmin mənzilə dair onun mülkiyyət hüququ qeydə alınmamışdır.

32. Bu səbəbdən yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, ap ellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 may 2024-cü il tarixli, 21(103)-372/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar