Məhkəmə qərarları › İş №2-1(102)-1100/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1100/2025

02.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1100/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, mövcudluğu sübuta yetirilməyən borca əsasən vergi hesablanmasının yolverilməzliyi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2-1(103)-2071/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********004900 nömrəli qərarının 251917,57 manat dəyişdirilmədən saxlanılması hissəsində və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********978700 nömrəli qərarının ləğv edilməsi və ona hesablanmış 251917,57 manat vergi borcunun silinməsi barə də qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-1(112)-4008/2023 nömrəli qərardadı iddia “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********004900 nömrəli qərarın 251917,57 manat dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır.

3. Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-1(112)-4008/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********978700 nömrəli qərarı iddiaçıya 2021-ci il üzrə 251556,49 manat əlavə mənfəət vergisinin hesablanması hissəsində ləğv edilmiş, iddia qalan hissədə tə min edilməmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2-1(103)-2071/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə” xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən "xxxx" QSC-nin həmin sərəncamın əlavəsində müəyyən edilən 19892014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1-nə olan 57630486,38 manat məbləğində ümidsiz debitor borclarının silinməsi qərara alınmış və sərəncama əlavə edilmiş "xxxx" QSC-nin 1989-2014-cü maliyyə illəri üz rə ümidsiz debitor borclarının siyahısında hazırkı iş üzrə iddiaçının 1257782,44 manat stansiya və yükdaşıma borcunun olduğu göstərilmişdir. Həmin sərəncama əsasən iddiaçının "xxxx" QSC-yə olan 1989-2014-cü maliyyə illəri üzrə yaranmış 1257782,44 manat stansiya və yükdaşıma üzrə ümidsiz debitor borclarının silinməsinə istinad edilərək, həmin borcun silindiyi 2021-ci il tarixə iddiaçıya cavabdeh tərəfindən 251556,49 manat əlavə mənfəət vergisi hesablamışdır.

6. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının "xxxx" QSC-yə belə bir borcunun olması müəyyən edilmir. "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, "xxxx" QSC-nin mühasibat hesabatlarında iddiaçının debitor qalığı şəklində borcu mövcud olmuşdur, lakin iddiaçının 1989- 2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan debitor borcunun heç bir müvafiq təsdiqedici sənədi müəyyən edilməmişdir, bu səbəbdən ümidsiz debitor borcların silinməsi üçün müvafiq sənədlər əlavə edilməklə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilmişdir və təsdiqedici sənədlər olmadığından bu borclar, ümidsiz hesab olunaraq "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamı ilə silinmişdir. Beləliklə, "xxxx" QSC mühasibat uçotu sənədlərində ümidsiz borc kimi iddiaçının 1257782,44 manat debitor borcunun olduğunu bildirsə də, iddiaçının belə bir borcunun olması müvafiq təsdiq edici sənədlərlə müəyyən edilmir. İddiaçının "xxxx" QSCyə qeyd olunan ödənilməmiş borcunun olması iş materialları ilə öz təsdiqini tapmamışdır, cavabdeh də bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir.

7. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə” xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamı həmin konkret (birdəfəlik) sərəncamverici tədbirin həyata keçirilməsi məqsədi ilə qəbul edilmiş qeyri-normativ hüquqi akt olmaqla, iddiaçıya münasibətdə hər hansı bir tənzimləməni nəzərdə tutmamış, "xxxx" QSC-nin 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1-nə olan 57630486,38 manat məbləğində ümid siz debitor borclarının silinməsi ilə bağlı olmuşdur.

8. Cavabdeh mahiyyətcə apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyin ə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürü lməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyicisinin adının hər hansı siyahıda mənbəyi bəlli olmayan kreditor kimi göstərilməsi onun vergi borcunun yaranmasına dəlalət etmir. Cavabdehin əsaslandığı sərəncamdakı məlumatlar mənbə kimi çıxış edə bilər, lakin borcun özünün mövcudluğu və məbləği sübut edilməlidir. Vergi orqanı iddiaçı ilə "xxx x" QSC-nin arasında hər hansı mübadilə əməliyyatını və nəticələrini araşdırmadan ona borc hesablamış, həmçinin bunu təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1329/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1473/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-35/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-194/2025 nömrəli qərarları).

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, h əmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əs aslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2-1(103)-2071/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar