Məhkəmə qərarları › İş №2-1(102)-1101/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1101/2023

13.06.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1101/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Qax Rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Qax Rayon İcra Hakimiyyətinə qarşı “Qax Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 260 nömrəli “X4 şəxsi mülkiyyətində olmuş, 1934-cü ildə dövlət tərəfindən istifadəyə götürülmüş yaşayış mənzilinin onun qanuni varisləri Mustafayev Rəhim və X12 qardaşlarına geri qaytarılmas ı haqqında” Sərəncamının “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında” xx.xx.1991ci il tarixli Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Sovetinin həmin tarixli və nömrəli qərarına uyğunlaşdırılması, yəni qərara uyğun komissiyanın təsis edilməsi, komissiyanın qərarının təsdiq edilməsi və babasına məxsus olmuş mənzilin onun vərəsələrinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(107)-460/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aş ağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Qax Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 260 nömrəli “X4 şəxsi mülkiyyətində olmuş, 1934-cü ildə dövlət tərəfindən istifadəyə götürülmüş yaşayış mənzilinin onun qanuni varisləri Mustafayev Rəhim və X12 qardaşlarına geri qaytarılması haqqında” Sərəncamının “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Sovetinin həmin tarixli və nömr əli qərarına uyğunlaşdırılması, yəni qərara uyğun komissiyanın təsis edilməsi, komissiyanın qərarının təsdiq edilməsi və babasına məxsus olmuş mənzilin onun vərəsələrinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qax rayon İcra Hakimiyyətinin başçısının 22 sentyabr 1993-cü il tarixli, 260 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında “ 06 noyabr 1991-ci il tarixli, 249-Xİİ nömrəli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vaxtilə babası X4 şəxsi mülkiyyətində olmuş, 1934-cü İldə dövlət tərəfindən istifadə üçün götürülmüş yaşayış mənzili onun qanuni varisləri X12 və X13 qardaşların a qaytarılmışdır. Sərəncam verildikdən sonra Qax rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən Qax şəhəri, Qaçaq Nəbi küçəsi-1 ünvanda yerləşən 5(beş) otaqdan ibarət mənzilə X5 və X6 mülkiyyət hüququ qeydiyyata alınmış və onlara bu barədə 16 noyabr 1993-cü il tarixli, 307 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra, ünvan 2 nömrəli fərdi yaşayış evinə X5 və X6 mülkiyyət hüququ 20 may 2016-cı ildə ********** qeydiyyat nömrəsi ilə (daşınmaz əmlakın reyestr nömrəsi 4Q301&000990-10301) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, 1934-cü ildə iddiaçının babasının mülkiyyətindən çıxarılmış yaşayış evi onun vərəsələri X5 və X6 mülkiyyətinə keçmişdir. Mülkiyyətçilər - X13 08 may 2002-ci ildə, X12 isə 25 dekabr 2008-ci ildə vəfat etmişlər. Onların vəfat ından sonra ünvan 2 ünvanındakı fərdi yaşayış evinin X8 məxsus olan 1/2 hissəsinə İddiaçı, X9 məxsus olan 1/2 hissəsinə isə X2 adına 12 oktyabr 2016-cı ildə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilmişdir. Bu şəhadətnamələr əsasında sözügedən fərdi yaşayış evinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə X3 mülkiyyət hüququ 12 noyabr 2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə (daşınmaz əmlakın reyestr nömrəsi - **********990-10301) qeydiyyata alınmışdır. Beləliklə, hazırda ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir.

3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı iddia etdiyi Qax şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən mənzil İstismar İdarəsinin balansında o lmuşdur. Qax Rayon XDS İK tərəfindən həmin mənzilin bir hissəsinə dair Nuraşvili Vardinin adına xx.xx.1969-cu il tarixdə 266 nömrəli, orderlə 22 kv.m yaşayış sahəsi; xx.xx.1988-ci ildə 221 №-li orderlə Qax rayon XDS İK tərəfindən X14 19 kv.m yaşayış sahəsi, xx.xx.1988-ci il tarixində isə Qax rayon XDS İK tərəfindən 196 №-li orderlə 18 kv.m sahəsi olan bir otaqlı yaşayış sahəsi X18 verilmişdir. Həmin evlərə order verildiyi gündən X17 X11 və İctimai təşkilatlarının yaşayış evlərinin kirayəsi haqqında şəxslərlə müqavilə bağlanmışdır. Həmin vaxtdan etibarən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Mənzil Təsərrüfatı İdarəsi tərəfindən tutulmuş dövlət yaşayış sahəsi üzrə Pasportla təmin olunmuşlar. 1993-cü il tarixdə Qax şəhər sakinləri, X13 və X5 müraciəti əsasında Qax şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən, Qax RİH Mənzil İstismar idarəsinin balansında olan mənzil müraciət sahiblərinin mərhum atalarına məxsus olduğu hesab edilərək Qax Rayon İcra Hakimiyyətinin 22 sentyabr 1993-cü ıl tarixli 260 nömrəli Sərəncamına əsasən Qax şəhəri Qaçaq Nəbi küçəsində yerləşən Mənzil İstismar idarəsinin balansında olan 5 otaqdan ibarət yaşayış sahəsi müraciət sahiblərinə geri qaytarılması qərara alınmışdır. Mənzilin faktiki istifadəçiləri Qax Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə razılaşmayaraq sərəncamın etibarsızlığı barədə Şəki İnzibati Məhkəməsində iddia qaldırmışlar. Şəki İnzibati Məhkəməsinin 31 iyul 2019-cu il tarixli 2 1(84)-940/2019 nömrəli Qərarına əsasən Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamı etibarsız hesab edilmişdir. Bu ndan başqa həmin qərara əsasən daşınmaz əmlakın dövlət reyestrində X5 və X6 adına aparılmış xx.xx.2016-cı il tarixli ********** nömrəli qeydiyyat ləğv edilmişdir. Qeyd olunan məhkəmə qərarından işə cəlb olunmuş üçüncü şəxslər İddiaçı Çələbi qızı və X1 və Ali Məhkəməyə kassasiya şikayəti vermişlər. Hər iki məhkəmə instansiyası şikayəti təmin etməmiş və Şəki İnzibati Məhkəməsinin qərarını qüvvədə saxlamışdır.

4. Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2-1(116)-1227/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbində qeyd olunan Qax Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 260 nömrəli “X4 şəxsi mülkiyyətində olmuş, 1934-cü ildə dövlət tərəfindən istifadəyə götürülmüş yaşayış mənzilinin onun qanun i varisləri Mustafayev Rəhim və X12 qardaşlarına geri qaytarılması haqqında” X22-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)940/2019 nömrəli qərarı ilə etibarsız sayıldığından və yerli icra hakimiyyəti orqanlarına yenidən komissiyanın təsis edilməsi üçün səlahiyyət verilmədiyindən hazırkı iddia tələbi mümkün sayılmamalıdır

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(107)-460/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə r azılaşmışdır.

9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası öz qərardadını nəinki düzgün əsaslandırmamış, qərardadda iddiaçının apellyasiya şikayətinin dəlillərini və onların rədd edilməsinin motivlərini belə göstərməmişdir ki, bu da Azərbaycan Respublikası İPM-nin 92.0.6-cı maddəsinə əsasən, qərardadın kassasiya qaydasında mütləq ləğv olunması üçün əsasdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

11. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instans iyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

16. İşin materiallarına görə, İddiaçı iddia etdiyi Qax şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən ev Mənzil-İstismar İdarəsinin balansında olmuşdur. Qax Rayon XDS İK tərəfindən həmin mənzilin bir hissəsinə dair Nuraşvili Vardinin adına xx.xx.1969-cu ildə 266 nömrəli orderlə 22 kv.m yaşayış sahəsi, xx.xx.1988-ci ildə 221 №-li orderlə Qax rayon XDS İK tərəfindən X14 19 kv.m yaşayış sahəsi, xx.xx.1988-ci il tarixində isə Qax rayon XDS İK tərəfindən 196 №-li orderlə 18 kv.m sahəsi olan bir otaqlı yaşayış sahəsi X18 verilmişdir. Həmin evlərə order verildiyi gündən X17 X11 və İctimai təşkilatlarının yaşayış evlərinin kirayəsi haqqında şəxslərlə müqavilə bağlan mışdır.

17. İddiaçının öz tələbinin əsası kimi əsaslandığı “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında” 6 noyabr 1991-ci il tarixli, 248-Xİİ №-li Qanunun 1-ci maddəsinə əsasən, aşağıdakı yaşayış evlərinin və başa çatdırılmamış tikililərin əvəzsiz olaraq sahiblərinə, yaxud onlarla birgə yaşayan ailə üzvlərinə qaytarılmasına qərar verilmişdir: a) Azərbaycan SSR Cinayət məcəlləsinin 162, 162-1 və 214-1-ci maddələrinə əsasən məhkəmələr tərəfindən müsadirə edilmiş evlər və tikililər; b) Azərbaycan SSR Mülki məcəlləsinin 105-ci maddəsinə əsasən alınmış və yerli xalq deputatları Sovetinin fonduna Daxil edilmiş evlər və tikililər; v) maddi zərərin ödənilməsi, yaxud vətəndaşların şəxsi əmlakının müsadirə si qaydasında icra sənədləri üzrə alınmış evlər və tikililər.

18. Həmin Qanunun 2-ci maddəsinə əsasən, aşağıdakı evlər bu Qanuna əsasən qaytarılmamalıdır: a) satılmış, habelə yaşayış sahəsi kirayə müqaviləsi üzrə qanunla müəyyən edilmiş qaydada başqa şəxslərə verilmiş evlər; b) müvafiq yerli xalq deputatları Sovetinin qərarına əsasən yaşayış məntəqəsinin yenidən planlaşdırılması ilə əlaqədar olaraq sökülməli olan evlər. 19. “Azərbaycan Respublikası məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikasının Ali Sovetinin 6 noyabr 1991-ci il tarixli, 249-Xİİ №-li qərarına əsasən “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında” Azərbaycan Respublikasının Qanunu dərc edildiyi andan qüvvəyə minir (1). Bu Qanunun icrası icra hakimiyyəti rəhbərləri ilə ədliyyə orqanlarının və ictimai təşkilatların nümayəndələrindən ibarət tərkibdə komissiyaya həvalə edilsin. Komissiyanın iclaslarında prokuror iştirak edir, bu Qanunun tətbiqi məsələləri üzrə rəy verir. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul olunur, protokola daxil edilir və icra hakimiyyətinin rəhbəri tərəfindən təsdiq olunur (2).

20. Məhkəmə kollegiyası həmin normaların tələblərindən çıxış edərək qeyd edir ki, iddiaçı həmin aktlara istinad etməklə cavabdehin üzərinə hazırkı məzmunda öhdəliyin qoyulmasını iddia edə bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddia olunan evin otaqları mənzil sahələri kimi 1969-1988-ci illərdə digər şəxslərin istifadəsinə verilmiş, onlarla həmin mənzillərə dair kirayə müqavilələri bağlanmışdır. “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında” 6 noyabr 1991-ci il tarixli, 248-Xİİ №-li Qanunun 2-ci maddəsinin tələbinə görə isə, satılmış, habelə yaşayış sahəsi kirayə müqaviləsi üzrə qanunla müəyyən edilmiş qaydada başqa şəxslərə verilmiş evlər bu Qanuna əsasən qaytarılmamalıdır.

21. Göründüyü kimi, iddiaçının tələb etdiyi komissiyanın yaradıldığı halda belə, iddia olunan evin qaytarılması barədə qərarın qəbul edilməsi qanunla istisna edilir.

22. Beləliklə, iddiaçının cavabdehə qarşı yuxarıda qeyd olunan normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.

23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2-1(107)-460/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar