Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1102/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1963, FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X8) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-360/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərə findən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli Qərarına əsasən Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması həyata keçirilir.
2. RX ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən iddiaçının Bakı şəhəri, Yasamal rayonu, S.Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evində 48.2 kv.m ümumi paylı mülkiyyətdən 1 otaqdan (y/s 1 0,0 kv.m ) ibarət yaşayış sahəsi vardır (qeydiyyat tarixi xx.xx.2015-ci il)
3. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, **********30 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya məxsus 1 otağın faktiki yaşayış sahəsi 10,7 kv.m, ümumi sahəsi 20,6 kv.m, əlavə tikililər 9,9 kv.m (4,5 kv.m + 5,4 kv.m) təşkil edir.
4. Bakı şəhəri Cavabdeh Başçısı tərəfindən iddiaçıya ünvanlanmış 1-31-152 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla iddiaçının mülkiyyətçisi olduğu Yasamal rayonu, Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evi ilə bağlı məsələnin araşdırılması üçün Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 “B” ünvanında fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspertlərə, həmçinin Daşınmaz Əmlakın Alınması Qurumuna müraciət edilməsi tövsiyə ed ilmişdir. 5. "xxxx" MMC-nin xx.xx.2019-ci il tarixli, UNİ/O 03-105/19 nömrəli mütəxəssis rəyinə əsasən aparılmış hesablamalara və təhlillərə əsasən iddiaçıya məxsus olmuş ünvan 3 ünvanında yerləşən 48,2 kv.m ümumi sahəsi olan evin bazar dəyəri 96.400 manat müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 14 mart 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan 6 saylı evin sökülməsi nəticəsində iddiaçıya 146.100 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiа onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin seriya RX, ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışına əsasən ünvan 4, 6 saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən xx.xx.2016-cı il tarixdə heç bir qanuni əsas olmadan, bildiriş və xəbərdarlıq etmədən iddiaçıya məxsus mülkiyyətini söküb dağıtmış, söküntü zamanı ev əşyaları dağıntılar altında qalmış yararsız hala düşmüşdür. ünvan 4, 6 saylı ev 1(bir) mərtəbəli, 3 otaqdan ibarət olmuşdur. İddiaçı ona vurulmuş zərərin məbləğini aşağıdakı kimi müəyyən etmişdir: 28,9 kv.m yaşayış sahəsinə görə (28.9 km. x 2500 = ) 72.250 manat, 19,3 kv.m yardımçı sahəsinə görə 2.000 (iki min) manat (19.3 x 2000 =) 38.600 manat; Azərbaycan Respublikası Prezidentinin 689 saylı, xx.xx.2007- ci il tarixli Fərmanının 2.3-cü bəndinin tələblərinə əsasən 20% miqdarında satınalma qiymətinə əlavə haqq, 13.100 x 20% = 23.850 manat, yeganə yaşayış sahəsinin dağıdılmasına görə xx.xx.2016-cı ildən başlayaraq kirayədə qaldığı üçün hər ay 350 manat kirayə haqqı 24ay x 350 manat = 8.400 manat, kirayə haqqının qətnamə qəbul edilən tarixə hesablanmasını, vəkilin xidmətinə görə 3.000 manat ödənilmiş məbləğin, cəmi 146.100 manat.
8. Cavabdeh iddiaya dair etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının xx.xx.2015-ci il tarixdən mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evi xx.xx.2016-ci il tarixdə sökülmüşdür. İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evinin sökülməsi müqabilində ünvan 5 ünvanında yerləşən mənzil ilə təmin olun muşdur. Bu səbəbdən iddia əsassızdır və rədd edilməlidir. Bundan başqa Yasamal rayonunun “Sovetski” adlanan ərazisində həyata keçirilən layihənin icrası “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli Qərarının qəbulundan sonra başlanılmışdır. Həmin qərarın qəbulundan əvvəl də ərazidə layihə icra edilmişdir. Lakin iddiaçının keçən 3 il ərzində kompensasiya tələbi üçün məhkəməyə müraciət etməməsi böyük təəccüb doğurur. İddiaçının həddən artıq absurd məbləğdə kompensasiya tələbi qəbuledilməzdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli Qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torp ağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 6 ünvanda yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər orqan kimi Bakı şəhəri Yasamal Rayonu İcra Hakımıyyətinin müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal Rayonu İcra Hakımıyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edib. ünvan 7 ünvanda yerləşən bina Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli Qərarının təsirinə düşür. Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metr üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasiyasından və təmir səviyyəsindən asılı olaraq 300 – 1200 manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən aparılır. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 21(81)-1768/2019-cu il tarixli qəra rı ilə (hakim M.T.Hacıbəyova) iddia qismən təmin edilərək ünvan 4, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulan ziyanın əvəzi olaraq 96400 manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı yeganə yaşayış sahəsindən məhrum edildiyi üçün bunun nəticəsində vurulmuş zərərə görə qanunun tələblərinə uyğun olaraq pozulmuş hüququnu bərpa etmək məqsədilə çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəzərə alınmaqla iddiaçıya kompensasiya ödənilməlidir. İddiaçının evinin sökülməsi nəticəsində vurulmuş zərərə görə 96400 manat məbləğdə pul kompensasiyanın ödənilməsi ədalətlidir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın “Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulan ziyanın əvəzi olaraq 96400 manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi və 150 manat məbləğində prosessual xərc cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi” hissəsində ləğv edilməsi və qərarın qismən rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-397/2021 saylı iş) 20 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, A.Ə.Hüseyn və V.M.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)- 1768/2019 nömrəli qərarı mübahisələndirilən - kompensasiya ödənilməsi hissəsində dəyişdirilmiş, ünvan 4, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulan ziyanın əvəzi olaraq 72 300 (yetmiş iki min üç yüz) manat kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyd edilən layihə ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi və eyni məzmunlu işlər üzrə formalaşmış məhkəmə praktikasına əsasən mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir s əviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin hər kvadrat metri 1500 manatdan hesablanmaqla kompensasiya ödənilməlidir.
14. Həmin qərardan narazı qalan iddiaçı və cavabdeh kassasiya şikayətləri vermişlər. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)-1450/2021 saylı iş) 04 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və S.Ə.Kərimov) iddiaçı və cavabdehin kassasiya şikayətləri kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-397/2021 nömrəli qər arı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsaslanaraq Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin 48,2 kv.m ümumi sahəsinin onun mülkiyyətində olduğunu göstərmiş və məhz, həmin ölçüdə olan cavabdeh tərəfindən sökülmüş fərdi yaşayış evinin kompensasiya pulunun ona ödənilməsi tələbini irəli sürmüşdür. Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* nömrəli, xx.xx.2015-ci il tarixl i çıxarışa əsaslanaraq Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin 48,2 kv.m ümumi sahəsinin onun mülkiyyətində olduğunu göstərmiş və məhz, həmin ölçüdə olan cavabdeh tərəfindən sökülmüş fərdi yaşayış evinin kompensasiya pulunun ona ödənilməsi tələbini irəli sürmüşdür. Qeyd edilməlidir ki, sözügedən 4 nəfərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsi 48,2 kv metrdir və iddiaçıdan başqa 3 nəfərin ümumi sahəsi 48,2 kv.m olan fərdi yaşayış evinin sökülməsi ilə bağlı kompensasiya ödənilməsi iddiası ilə çıxış etməsi ilə əlaqədar iddiaçıya onlar tərəfindən hər hansı bir hüquq verilməsi iş materiallarından görünmür. Hətta qeyd edilməlidir ki, sözügedən evin dörd payçılarından biri olan X10 ilə Bakı şəhəri, Nərimanov rayon icra Hakim iyyəti arasında 30 iyun 2016-cı ildə dəyişmə müqaviləsi notariat kontorunda bağlanmış və həmin dəyişmə müqaviləsinə əsasən T.A.Əliyev adıçəkilən fərdi yaşayış evinin 1 otağını (yaşayış sahəsi 8,0 kv.m) Nərimanov rayon İcra Hakimiyyətinin mülkiyyətinə vermiş, əvəzində Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən T.A.Əliyevin mülkiyyətinə Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, ev 9, 94 nömrəli mənzilində yerləşən 35,24 kv.m ibarət olan yaşayış sahəsi verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi işdə olan həmin mötəbər sübutları nəzərə almamış, bunları araşdırmamış, eyni zamanda isə, sözügedən fərdi yaşayış evinin iddiaçıdan başqa olan 3 nəfəri - Ş.Rəsulova, T.Əliyev və A.Əliyevi üçüncü şəxs qismində cəlb etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətlər i təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iş baxılması təkrar üçün apellyasiya məhkəməsinə göndərilməlidir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2764/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-360/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və H.Ü.Həmidov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1768/2019 saylı, xx.xx.20 19-cu il tarixli qərarı dəyişdirilmiş, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus payının (10,7 kv.m. əsas sahə, 9,9 kv.m. köməkçi sahə) sökülməsinə görə 31.900 manat kompensasiya məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması qərara alınmış, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının evinin söküntüsü ilə bağlı kompensasiyanın ödənilməsi hissəsində düzgün qərara gəlsə də, kompensasiya məbləğini obyektiv müəyyən edə bilməmişdir. Ona görə də, kompensasiyanın məbləği cavabdeh tərəfindən alınan əmlakın qiymətləndirilməsi üçün cəlb edilmiş müstəqil qiymətləndirici – "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsi ndə müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyatları üçün alınması haqqında” Qanunun və AR Prezidentinin xx.xx.2017-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə hər bir kv.m-i 1.500 manatdan hesablanmalıdır. Eyni zamanda, birinci instansiya məhkəməsi iddiaçının digər tələblərini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı evinin sökülməsindən sonra kirayədə qaldığı və bu məqsədlə müvafiq müqavilə üzrə 8.400 manat kirayə haqqını ödədiyini qeyd etsə də, həmin məbləğin ödənilməsini təsdiq edən hər hansı ödəniş sənədini məhkəmə baxışına təqdim edə bilməmişdir. Həmçinin iddiaçı vəkil xidmətindən istifadə etmək üçün vəkilə 3.000 manat məbləğin ödənilməsini göstərsə də, bu məbləğin də ödənilməsini təsdiq edən hər hansı rəsm i ödəniş sənədini məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan “Hüquqi xidmətlərin göstərilməsinə dair” xx.xx.2017-ci il tarixli Tapşırıq müqaviləsinin və vəkalət alan hüquqşünas T.Teymurova 300 manatın verilməsi haqqında eyni tarixli “Kassa mədaxil orderin qəbzi” göstərilməsi ehtimal olunan xidmətin məhz hazırki işlə bağlı olmalarını sübut etmir. Beləliklə, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus payının (10,7 kv.m əsas sahə, 9,9 kv.m. köməkçi sahə) sökülməsinə görə 31.900 manat kompensasiya cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-360/2021 nömrəli, 09 fevral 2022-ci il tarixli qərarının “ünvan 8 ünvanı nda yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus payının (10,7 kv.m. əsas sahə, 9,9 kv.m. köməkçi sahə) sökülməsinə görə 31.900 manat kompensasiya məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-360/2021 nömrəli, 09 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri 22. 23.01.2015-ci il tarixli üçüncü şəxs və idd iaçı arasında Bakı şəhəri 12 saylı notariat kontorunda bağlanılmış miras payının bağışlama müqaviləsinə əsasən müəyyən olunur ki, üçüncü şəxs ünvan 8 ünvanında olan 10 kv.metrdən ibarət 1 otağını 2V-1-12 reyestr qeydiyyatlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında bacısı İddiaçı bağışlamışdır. Bunun əsasında da, xx.xx.2015-ci il tarixdə ünvan 8 ünvanında yerləşən sahəsi 10 kv.m olan 1 otağa dair iddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. 23. ünvan 8 ünvanında yerləşən yaşayış sahəsinin alınması ilə bağlı cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 10 kv.metrdən ibarət 1 otağın və üçüncü şəxsin mülkiyyətində olmuş 8 kv.metrdən ibarət 1 otağın sökülməsi ilə bağlı kompen sasiya əvəzinə xx.xx.2016-cı il tarixdə dəyişdirmə müqaviləsi üçüncü şəxs ilə bağlanmışdır və Bakı şəhəri, Nərimanov ray, K.Rəhimov küç., ev 9-da yerləşən ümumi sahəsi 35,24 kv.m olan 1 otaqlı ev üçüncü şəxs və iddiaçıya verilmişdir.
24. Göründüyü kimi, üçüncü şəxs və iddiaçının mülkiyyətində olmuş sahələrin müqabilində verilən Bakı şəhəri, Nərimanov ray., K.Rəhimov küç., ev 9-da yerləşən ümumi sahəsi 35,24 kv.m olan 1 otaqlı ev hər iki şəxsin mülkiyyətlərində olmuş yaşayış sahəsini birlikdə götürdükdə (10+8=18 kv.m) daha artıq ölçüdə olmuşdur ki, bu da öz növbəsində iddiaçıya ədalətli şəkildə mülkiyyətində olmuş daşınmaz əmlakın əvəzinin ədalətli ödənilməsini sübuta yetirir. Qeyd olunanlara əsasən məhkəmə AR Mülki Məcəlləsinin 21.1-cİ və 21.2-ci maddələrini tətbiq etməklə pozuntuya yol ve rmişdir. Belə ki, iddiaçıya sökülmüş evin müqabilində başqa ev verilmişdir ki, bu da onun alan orqandan kompensasiya tələb etmək hüququnu istisna edir.
25. Apellyasiya məhkəməsi iddiaçıya ödənilməli hesab etdiyi kompensasiya məbləğini müəyyən edərkən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, **********30 nömrəli məktubuna əsaslanmışdır ki, həmin məktuba əsasən iddiaçıya məxsus 1 otağının faktiki yaşayış sahəsi 10,7 kv.m, ümumi sahəsi 20,6 kv.m, əlavə tikililər 9,9 kv.m (4,5 kv.m + 5,4 kv.m) təşkil edildiyi müəyyən edilir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətində ümumi sahəsi 10 kv.m olan 1 otaq olduğu aydın olur. Digər mülkiyy ətçilərlə birlikdə ümumi birgə mülkiyyətində olmuş sahələrin isə ümumi ölçüsü 35,2 kv.m təşkil edir. Belə olan halda, məhkəmə Mülki Məcəllənin 223.3-cü maddəsinin tətbiq etməli olduğu halda bunu etməmişdir. Habelə, iddiaçının mülkiyyətində olmuş köməkçi sahələri müəyyən etmək üçün mülkiyyət hüquqlarını qeydiyyata alan orqana müvafiq sorğular göndərməmişdir. Nəticədə hüquqi qüvvəyə malik olmayan xx.xx.2015-ci il tarixə verilmiş məktuba əsaslanaraq kompensasiya məbləği müəyyən etməklə səhv nəticəyə gəlmişdir. b) İddiaçının kassasiya şikayətinin dəlilləri
26. Bakı Apellyasiya Məhkəməsi yalnız xx.xx.2015-ci il tarixli, RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda iddiaçıya məxsus sahəyə münasibətdə kompensasiya tutulmasını qərara almış dır. Halbuki, iddiaçı öz iddia tələbində ünvan 4, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində ona dəymiş zərərin ödənilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ona məxsus 48 kv.m yaşayış sahəsi sökülmüşdür. Lakin iddiaçı həmin sahənin təkcə xx.xx.2015-ci il tarixli, RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda qeyd edilən sahə olmasını göstərməmişdir. Yəni iddiaçı onun xüsusi mülkiyyətində olan yaşayış sahəsinin və sonradan tikilmiş qanunsuz tikililərdən ibarət olan yaşayış sahəsinin ümumilikdə 48 kv.m olmasını göstərmişdir. Belə olduqda isə məhkəmə cavabdeh tərəfindən sökülən evin təkcə iddiaçının xüsusi mülkiyyətində olan hissəni deyil, eyni zamanda həmin evin iddiaçının faktiki istifadəsində ol an hissəsini də müəyyən etməli idi.
27. Çıxarışda həmin evin birinci mərtəbəsinin ümumi sahəsinin 48,2 kv.m olması göstərilsə də, həmin ev iki mərtəbəli olmaqla ümumilikdə 180 kv.m sahəsi olmuş, həmin evin 10,7 kv.m. əsas sahə, 9,9 kv.m. köməkçi sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olsa da, iddiaçının faktiki istifadəsində sonradan tikilmiş artırmalarla birlikdə ümumilikdə 48 kv.m yaşayış sahəsi olmuşdur. Yəni cavabdeh tərəfindən sökülmüş evin 20,6 kv.m hissəsi xüsusi mülkiyyətdə olsa da, 27,4 kv.m hissəsi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikili olmuş, bununla da iddiaçının ümumilikdə 48 kv.m yaşayış sahəsi olmuşdur. Bu hala isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qiymət verilməmişdir. Halbuki, xx.xx.2015-ci il tarixli, RX *** **** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan da görünür ki, mübahisəli ev iki mərtəbədən, ümumi sahəsi 74,3 kv.m-dən, torpaq sahəsi isə istifadədə olmaqla 0,008916 ha-dan ibarətdir. Yəni, iddiaçının yaşadığı mübahisəli ev qanuni istifadədə olan torpaq sahəsi üzərində inşa edildiyinə görə, sonradan onun tərəfindən edilmiş artırmalara (qanunsuz tikililərə) onun qanuni gözləntisi olmuşdur. Beləliklə də, apellyasiya instansiya məhkəməsi iddiaçıya məxsus sökülən evin sahəsini müəyyən edərkən, onun yaşadığı və istifadə etdiyi qanunsuz tikililəri də nəzərə almalı idi.
28. İddiaçının iddia tələbi ona məxsus evin onun xəbəri olmadan sökülməsi nəticəsində ona dəymiş zərərin ona ödənilməsini təşkil edir. Belə olduqda isə məhkəmə evin dəyərinin evi n sökülməsi zamanı onun alqı-satqı qiyməti ilə deyil, həmin evin halhazırki tarixə olan dəyəri ilə müəyyən etməli idi. Belə ki, cavabdehin həmin evi qanunsuz olaraq sökməsi işin mübahisə edilməyən halıdır. Yəni cavabdeh həmin evi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən sökməsini bildirsə də, həmin Qanunun tələblərinə əməl etmədən həmin evi sökmüş, artıq bu əməli ilə cavabdeh iddiaçıya qarşı mülki hüquq pozuntusu törətməklə onun əmlakına zərər vurmuşdur.
29. Bakı Apellyasiya Məhkəməsi heç bir əsas göstərmədən kompensasiyanın məbləğini məhkəmə qərardadına əsasən keçirilmiş ekspertizanın rəyi ilə deyil, Cavabdeh tərəfindən alınan əmlakın qiymətləndirilməsi üçün cəlb edilmiş "Azər Ekspert” MMC tərəfindən hesablanmış qiymətlə müəyyən etmişdir. Həmin rəylərdən də gö rünür ki, məhkəmə qərardadına əsasən "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən mübahisəli evin bir kv.m sahəsi təxminən 2000 manat müəyyən edilsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "Azər Ekspert” MMC-nin rəyi ilə həmin sahəyə görə 1 kv.m 1500 manat müəyyən edilmişdir. Belə olduqda isə məhkəmə qanunvericiliyin tələbinə əsasən kompensasiya məbləğini həmin əraziyə uyğun olan qiymətlərin orta göstəricisi əsasında müəyyən etməli idi. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
30. Cavabdeh iddiaçının kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, ünvan 8 ünvanında yerləşən yaşayış sahəsinin alınması ilə bağlı cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan 10 kv.metrdən ibarət 1 otağın və X3 mülkiyyətində olmuş 8 kv.metrdən ibarət 1 otağın sökül məsi ilə bağlı kompensasiya əvəzinə xx.xx.2016- cı il tarixdə dəyişdirmə müqaviləsi X9 ilə bağlanmış və Bakı şəhəri, Nərimanov ray., K.Rəhimov küç., ev 9-da yerləşən ümumi sahəsi 35,24 kv.m olan 1 otaqlı ev X9 və iddiaçıya verilmişdir. Göründüyü kimi, X9 və iddiaçının mülkiyyətlərində olmuş sahələrin müqabilində verilən Bakı şəhəri, Nərimanov ray., K.Rəhimov küç., ev 9-da yerləşən ümumi sahəsi 35,241 kv.m olan 1 otaqlı ev hər iki şəxsin mülkiyyətlərində olmuş yaşayış sahələrini birlikdə götürdükdə (10+8=18 kv.m) daha artıq ölçüdə olmuşdur ki, bu da öz növbəsində iddiaçıya ədalətli şəkildə mülkiyyətində olmuş daşınmaz əmlakın əvəzinin ədalətli ödənildikdən sonra əmlakın sökülməsini sübuta yetirir.
31. Məlum olduğu kimi, ‘‘Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Res publikası Qanununun 23-cü maddəsinin tələblərinə əsasən “Sovetski” ərazisində yerləşən daşınmaz əmlakların qiymətləndirilməsi müsabiqə yolu ilə cəlb edilmiş müstəqil qiymətləndirici olan ‘‘Azər Expert” MMC tərəfindən həyata keçirilir. Qeyd olunun qiymətləndiricinin rəylərinə əsasən artıq kifayət qədər məhkəmə aktları qəbul edilmişdir. Beləliklə, "xxxx" MMC-nin qiymətləndirmə rəylərinin məhkəmələr tərəfindən qəbul edilməsi və həmin rəylərin əsasında kompensasiya məbləğinin müəyyən edilməsi barədə qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları nəticəsində “Sovetski” ərazisində yerləşən daşınmaz əmlakların əsas və köməkçi sahələrinin hər bir kv.metrinin 1500 manatdan hesablanması barədə məhkəmə təcrübəsi formalaşmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikasının Mülki Məcəl ləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yar anmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 33. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə ol unur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması;... Maddə
54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə
55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2. Bu Qanunun 55.1- ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir.
34. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Süb utların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
35. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, h əmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
36. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X1rşı” iş üzrə qərarı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarı
37. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
39. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
42. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
43. Hazırki iş üzrə müəyyən edilir ki, paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınması işin mübahisə olunmayan halıdır. Mübahisə isə fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınmasına görə kompensasiyanın ödənilməsi ilə bağlıdır.
44. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir.
46. Van Marle və başqaları Niderlanda qarşı iş üzrə qərarında qeyd olunmuşdur ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Sporronq və Lonnpot İsveçə qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Belə ki, kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasın a yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.
47. Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictımai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllülük əsasında özgəninkiləşdirilə bilər.
48. Hazırki iş üzrə Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, mübahisəli mənzilin mülkiyyətçiləri iddiaçının qardaşları və bacısıdır, onlardan X2 və X5 vəfat etmişlər. Mənzilin digər mülkiyyətçisi X9 baxılan iş üzrə inzibati məhkəmə icraatına üçüncü şə xs qismində cəlb olunmuşdur. Həmin şəxs həmçinin iddiaçının nümayəndəsi kimi çıxış etmiş və göstərmişdir ki, vəfat edən qardaş və bacısının varisləri haqqında hər hansı məlumata malik deyil, lakin vəfat edən həm qardaşı, həm də bacısı cavabdehlə bağlamış olduqları müvafiq müqavilələr uyğun olaraq kompensasiya məbləğlərini almışlar, yalnız iddiaçı olan bacısına evinin sökülməsi ilə əlaqədar hər hansı kompensasiya verilməmişdir.
49. Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 9-da yerləşən ümumi sahəsi 35,24 kv.m olan 1 otaqlı 94 nömrəli mənzilin X8 ilə birlikdə iddiaçının fərdi yaşayış evində olan payının dövlət ehtiyacları üçün alınmasına görə verildiyini bildirsə də, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 9-da yerləşən ümumi sahəsi 35,24 kv.m. olan 1 otaqlı 94 nömrəli mənzilin X6 ona məxsus olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə özünə məxsus hissəsininin (1 otaq-y/s 8.0 kv.m) müqabilində verildiyi qeyd etmişdir.
50. Həmçinin iddiaçıya onun payının müqabilində hər hansı əlavə ödənişin edilmədiyi də işin mübahisə olunmayan halıdır.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının fərdi yaşayış evində olan payının dövlət ehtiyacları üçün alınması müqabilində cavabdeh tərəfindən iddiaçıya kompensasiya ödənilməli olması, həmçinin kompensasiya məbləğinin Cavabdeh tərəfindən alınan əmlakın qiymətləndirilməsi üçün cəlb edilmiş müstəqil qiymətləndirici – "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mö vcud bazar qiyməti və “Torpaqların Dövlət ehtiyatları üçün alınması haqqında” AR Qanununun və AR Prezidentinin xx.xx.2017-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə hər bir kv.m 1.500 manatdan hesablanmaqla müəyyən edilməsi barədə mövqeyi əsaslı olmuşdur.
52. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri iddiaçının digər tələblərini təmin etməməkdə düzgün nəticəyə gəlmişdirlər.
53. Belə ki, iddiaçı, evinin sökülməsindən sonra kirayədə qaldığı və bu məqsədlə müvafiq müqavilə üzrə 8.400 manat kirayə haqqını ödədiyini qeyd etsə də, həmin məbləğin ödənilməsini təsdiq edən hər hansı ödəniş sənədini təqdim edə bilməmişdir.
54. Həmçinin iddiaçı vəkil xidmətindən istifadə etmək üçün vəkilə 3.000 manat məbləğin ödənilməsini göstərs ə də, bu məbləğin də ödənilməsini təsdiq edən hər hansı rəsmi ödəniş sənədini məhkəməyə təqdim edə bilməmişdir.
55. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki qərarın 32 və 33-cü bəndlərində qeyd olunan maddi, 34-cü bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun araşdırma apararaq əsaslı qərar qəbul etmişdir.
56. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdehin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-360/2021 nömrəli, 09 fevral 2022-ci il tarixl