Məhkəmə qərarları › İş №2-1(102)-1103/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1103/2022

21.06.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1103/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (koronavirus pandemiyasının yayılması ilə əlaqədar tətbiq edilən vergi güzəştləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.2006-cı il tarixdə qeydiyyata alınıb; VÖEN- **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarş ı «qərarın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-671/2022 nömrəli, 15 fevral 2022ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2020-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə 75% güzəştdən istifadə etməklə 47.745,65 manat mənfəət vergisi hesablamışdır.

2. Cavabdeh iddiaçıya bəyannamə ilə bağlı yaranmış uyğunsuzluq barədə məlumat vermiş və bildirmişdir ki, iddiaçının fəaliyyəti koronovirus pandemiyasından əziyyət çəkənlər kateqoriyasına aid edilməmişdir. 3. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesabl anması” barədə **********946800 nömrəli, 02 aprel 2021-ci il tarixli qərar ilə iddiaçıya 2020-ci ilin mənfəət vergisi üzrə əlavə 143.236,94 manat hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********946800 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əsas fəaliyyəti şüşə təbəqələrinin formalaşdırılması və emalının təşkilindən ibarətdir. Cavabdeh tərəfindən keçirilən kameral vergi yoxlaması zamanı bütün tələb olunan sənədlər təqdim edilsə də, cavabdeh xx.xx.2021-ci il tarix li, **********845300 nömrəli məktuba əsasən Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq araşdırma zamanı iddiaçının fəaliyyətinin pandemiyadan əziyyət çəkənlər siyahısında olmadığı üçün tətbiq edilmiş güzəşt məbləği silinməklə hesablama aparılmalı olması qənaətinə gələrək 2020-ci il üzrə mənfəət vergisi hesablamışdır. Halbuki, iddiaçı pandemiyadan zərərçəkmiş müəssisədir. Belə ki, pandemiya vaxtı iddiaçının fəaliyyətinə məhdudiyyətlər tətbiq olunmuş və işçilərin cəmi 50 faizinə işləmək icazəsi verilmişdir. İddiaçı işçilərini virusdan qorumaq üçün müəssisədaxili olaraq növbəli iş rejimi tətbiq etmişdir ki, kütləvi yoluxmanın qarşısı alınsın. Bu da öz növbəsində iddiaçının istehsal gücünün azalmasına səbəb olmuşdur. Tətbiq olunmuş məhdudiyyətlərlə əlaqədar məhsul satış ı azalmışdır. İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində pandemiyadan zərərçəkən sahibkarlara ödənilən maliyyə yardımı siyahısında iddiaçının da (fəaliyyət kodu 23120) adı mövcuddur. Maliyyə yardımının alınması iddiaçının pandemiyadan zərər çəkən müəssisə olduğunu bir daha sübut edir. Bütün məlumatların və sübutların cavabdeh orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh əsassız olaraq verilmiş məlumatlar və sübutlar ilə razılaşmayaraq 2020-ci il üzrə iddiaçıya əlavə mənfəət vergisi hesablamışdır.

6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş yazılı etirazda göstərilmişdir ki, 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin Vergi Məcəlləsinin 224.1.2ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərin əldə etdikləri mənfəə tin 75 faizi sətrində vergi ödəyicisi tərəfindən məbləğ qeyd edilməsinə baxmayaraq, vergi ödəyicisinin Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olmadığı müəyyən edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, **********845300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edi lmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 143236,94 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-cu il tarixli, **********946800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı tərəf iddia ərizəsində müəssisənin nizamnamə üzrə əsas fəaliyyəti şüşə təbəqələrinin formalaşdırılması və emalının təşkilindən ibarət olduğunu qeyd edərək azadolmanın o sahəyə də tətbiq olunduğu bildirilmişdir. Lakin, Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir.

7. Bakı İnzibati Məh kəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2-1(112)-6150/2021 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal, Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********946800 nömrəli qərarı ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı pandemiya ilə bağlı işçilərə əmək haqqı ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyi göstərilən müəssisə olmaqla barəsində müvəqqəti vergi rejiminin müddəalarının tətbiq edilməli olan hüquqi şəxsdir, Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən, fəaliyyəti güzəşt tətbiq edilən fəaliyyət növü olduğu üçün iddiaçının Vergi Məcəlləsinin 224.1.2.-ci maddəsinə əsasən, 75 faiz güzəşt tətbiq etmək hüququ olmuşdur. Cavabdeh isə iddiaçının azadolma hüququnu nəzərə almadan ona kameral qaydada əlavə mənfəət vergisi hesablamışdır ki, bununla da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 222-224-cü maddələrinin tələblərini pozmuşdur.

9. Məhkəmənin həmin qərarından cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İqtisadi Kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2-1(103)-671/2022 nömrəli qərarı ilə (E.E.Nağıyeva sədrlik edən və məruzəçi, H.Ü.Həmidov və C.A.Yusifov) birinci instansiya məhkəməsinin q ərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri güzəşt hüququna malik dir. Lakin hazırkı iddiaçının fəaliyyəti pandemiya dövründə nə tam, nə də ki qismən məhdudlaşdırılmışdır. İşçilərin əmək haqqının ödənilməsi məqsədilə müəssisəyə maddi yardımın edilməsi isə qanunvericilikdə müəssisənin fəaliyyətinin tam və ya qismən məhdudlaşdırılması ilə şərtləndirilməmişdir.

14. İddia tələbinin əsaslı hesab edən aşağı instansiya məhkəmələri tərəfindən işə baxılarkən Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 120 nömrəli və 2020-ci İl 19 iyun tarixli 208 nömrəli Qərarları nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 120 nömrəli Qərarının yalnız xüsusi karantin rejiminin tətbiqinə başlanması ilə əlaqədar müddəasına münasibət bildirilmiş, lakin adıçəkilən 4.1-ci yarımbəndinə əsasən xüsusi rejim dövrünün tələbləri nə əməl olunması şərtilə fəaliyyətin davam etdirilməsinə icazə verilən fəaliyyət sahələrin istiqamətlərinin müəyyən edilməsi ilə bağlı müddəalar üzrə araşdırma aparılmamış və qərarın fəaliyyət sahələrinə icazə verilməsi ilə bağlı hissəsi ümumiyyətlə nəzərə alınmamışdır. Halbuki, həmin qərar əsasında fəaliyyəti qadağan edilmiş, o cümlədən fəaliyyətin davam etdirilməsinə icazə verilən fəaliyyət sahələrinin təsnifatı aparılmışdır.

15. Həmçinin Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli, 208 nömrəli Qərarının 1.3cü hissəsində həmin Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özə l hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatların “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verildiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının uçot məlumatlarına əsasən fəaliyyət növü (23120-şüşə təbəqəsinin formalaşdırılması və emalı) Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarının əlavəsində qeyd olunan fəaliyyətinə icazə verilən sahə növləri ilə əhatə olunur.

16. Hətta, məhkəmənin mövqeyi ilə razılaşaraq hesab edilsə ki, iddiaçı işçilərinin yalnız 50%-nin işləməsinə icazə verilən fəaliyyət sahəsi ilə məşğul olur, o zaman belə məhkəmə və iddiaçı səhvdir. Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli, 208 nömrəli Qərarının əlavəsinin başlığından gö ründüyü kimi orada qeyd olunan sahələr fəaliyyətinə icazə verilən sahələrdir. Fərqi yoxdur işçiləri ya tam işləyir ya da 50%-i, bütün hallarda bu fəaliyyət icazə verilən fəaliyyətdir. Ona görə qeyd edir ki, məhkəmə maddi hüquq normasını səhv tətbiq edərək hesab edir ki, iddiaçının güzəşt hüququ var.

17. Digər tərəfdən, vergi qanunvericiliyinin müvəqqəti vergi rejimini tətbiq etməsinin əsasında dayanan məqsəd vergi ödəyicisinin pandemiya nəticəsində fəaliyyətinin zərər görməsi və dövriyyəsinin azalması ilə bağlı vergi yükünün yüngülləşdirilməsindən ibarətdir. Lakin vergi orqanında olan uçot baza məlumatlarına əsasən MMC-nin 2019-cu il üzrə ümumi gəlirləri 6.946.315,09 manat olduğu halda 2020-ci ildə ümumi gəlirləri artaraq 8.952.758,80 manat olmuşdur. Mövqeyimizin düzgün olduğunu əsaslandır maq üçün əlavə olaraq qeyd edirik ki, bir halda ki, vergi ödəyicisinin 2020-ci il üzrə dövriyyəsində azalma müşahidə olunmur, sözügedən vergi güzəştinin tətbiq edilməsinin əsası da mövcud deyildir. Göründüyü kimi, iddiaçının ərizəsində göstərdiyi kimi istehsal gücünün azalması və maddi itkilərə məruz qalması ilə bağlı hallar həqiqəti əks etdirmir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı tərəfindən kassasiya şikayətinə verilmiş yazılı etirazda apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş vergin in ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. Maddə 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir:... 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). Maddə 224.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir:... 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi;

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. M addə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habel ə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, el əcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla belə, məhkəmə kollegiyası, cavabdehin “iddiaçının fəaliyyət sahəsinin pandemiya dövründə məhdudlaşdırılan fəaliyyət sahəsinə aid olmadığından vergi güzəştindən istifadə etməməli olmasına dair” təkrarlanan dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir.

27. İddiaçı 2020-ci ilin mənfəət vergisi bəyannaməsini təqdim edərkən Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad edərək vergi güzəştindən istifadə etmişdir.

28. Cavabdehin mübahisələndirilən qərarında iddiaçıya əlavə vergi hesablamasının səbəbi kimi, başqa sözlə, iddiaçının tətbiq etdiyi vergi güzəştini ləğv etməsinin və 2020-ci il üzrə iddiaçının dövriyyəsinə ümumi qaydada mənfəət vergisi hesablamasının əsası kimi iddiaçının fəaliyyət sahəsinin pandemiya dövründə məhdudlaşdırılan fəaliyyət sahəsi olmaması göstərilmişdir.

29. Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi, fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə şamil olunur və bu zaman həmin sahələr əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azaddırlar.

30. Bu baxımdan, fəaliyyəti müvafiq icra hakimiyyəti orqan ının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinin hansı sahələr olduğu müəyyən edilməlidir.

31. Bunun üçün isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli və xx.xx.2020-ci il tarixli 208 nömrəli qərarlarındakı müddəalara baxılmalıdır. 32. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli qərarında qadağan edilən iş (xidmət) sahələr və xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə fəaliyyətin davam etdirilməsinə icazə verilən sahələr göstərilmişdir(3 və 4-cü bəndlər). 33. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 208 nömrəli qərarında da faəliyyəti dayandırılan və fəaliyyətinə icazə verilən iş (xidmət) sahələri göstərilmişdir (1.1-ci bənd və sözügedən qərara əlavə).

34. Göründüyü kimi, hər iki qərarda fəaliyyəti tam məhdudlaşdırılan sahələr ilə bağlı aşkar müddəalar olsa da, qismən məhdudlaşdırılan sahələr barədə hər hansı açıq-aşkar müddəa əks olunmamışdır.

35. Bununla belə, xx.xx.2020-ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndində Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalı olması ilə bağlı müddəa mövcuddur. 36. xx.xx.2020-ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndi ilə digər müddəaların birgə təhlilindən belə nəticəyə gəlinir ki, həmin bənddə qeyd olunan sahələr fəaliyyəti qismən məhdudlaşan sahələrə aiddir.

37. Cavabdehin bu məsələ ilə bağlı mövqeyi isə ondan ibarətdir ki, iddiaçı müəssisənin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarları ilə nə tam, nə də qismən məhdudlaşmayıb, həmçinin işçilərin 50%-nin işləməsi həmin müəssisəyə münasi bətdə Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinin tətbiqinə əsas vermir. Eyni zamanda, müəssisənin 2020-ci ildəki gəlirləri 2019-la müqayisədə artdığından, iddiaçı pandemiyadan zərər çəkməmişdir və vergi güzəştinin tətbiqinə də əsas yoxdur.

38. Halbuki, cavabdehin özü tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktublarda iddiaçının fəaliyyətinə məhdudiyyətlə icazə verilənlər siyahısında daxil edildiyi qeyd edilmiş və bunun əsası kimi işə cəlb oluna işçilərinin sayının 50% olması göstərilmişdir. Eyni zamanda, iddiaçı müəssisəyə bununla bağlı hökumət tərəfindən maddi yardımlar da edilmişdir. Başqa sözlə, iddiaçının pandemiya dövründə 50% işçi ilə fəaliyyət göstərməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir.

39. Göründüyü kimi, ca vabdeh orqan iddiaçının da daxil olduğu işçilərin sayının 50% azaldıldığı sahələri fəaliyyətinə məhdudiyyətlə icazə verilən, başqa sözlə, elə Vergi Məcəlləsinin 222.5.9-cu maddəsi baxımından fəaliyyəti qismən məhdudlaşan sahələrə aid etmişdir ki, bu da iddiaçının 224.1.2-ci maddədəki güzəştdən istifadəsini qanuni edir.

40. Əlavə olaraq, Vergi Məcəlləsinin 54.0, 54.0.2 və 55.1.3-cü maddələrinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması onun vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsini istisna edir və vergi ödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən haldır.

41. Hazırkı işin halları baxımından Vergi Məcəlləsinin 3.11-ci maddəsi də iddiaçının tələbini haqlı edir. Həmin normaya görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Tərəflər arasındakı əsas mübahisənin iddiaçının fəaliyyətinin pandemiya dövründə qismən məhdudlaşdırılmış hesab olunması ilə bağlı olduğu və vergi qanunvericiliyinin bu məsələni tənzimləyin normalarının birmənalı olmadığı nəzərə alındıqda, Vergi Məcəlləsinin əlaqəli normaları iddiaçının xeyrinə şərh olunmalıdır.

42. İşin hallarının “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından təhlili ilə bağlı olaraq da qeyd edilməlidir ki, hazırkı mübahisə üzrə iddiaçının cavabdeh inzibati orqanın davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntiləri də mövcud olmuşdur. Belə ki, cavabdeh məktublarında iddiaçının fəaliyyətinin qismən məhdudlaşan fəaliyyət sahələrinə aid olduğunu bildirdiyindən, cavabdehin Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinə uyğun qaydada davranacağı ilə bağlı iddiaçının haqlı olaraq qanuni gözləntiləri yaranmışdır. Etimad prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati orqanın davranışını, qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması prinsipi o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

43. Beləliklə, hazırkı halda iddiaçı cavabdehdən Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinə uyğun qaydada davranmağı tələb etməkdə haqlı olmuşdur.

44. Məhkəmə kollegiyası cavabdehin “iddiaçı müəssisənin gəlirlərinin artması” ilə bağlı dəlilləri ilə əlaqədar xüsusilə qeyd edir ki, Vergi Məcəlləsinin “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” ilə bağlı 18-ci fəsli vergi güzəştinin tətbiqi zamanı müəssisənin pandemiya dövründə gəlirlərinin artmamalı olması ilə bağlı qeyd-şərt nəzərdə tutmamışdır.

45. Digər tərəfdən, cavabdeh vergi güzəştinin tətbiqində qanunvericinin güddüyü məqsədin pandemiyadan zərərçəkən şəxslərə yardım etmək olduğunu bildirmişdir. Bu mövqe haqlı sayılsa belə, cavabdeh iddi açı müəssisənin yalnız gəlir məbləğinin artması halına istinad etməklə pandemiya dövründə zərər çəkmədiyi nəticəsinə gəlməkdə haqlı sayıla bilməz. Belə ki, müəssisənin gəlirlərinin artması hələ pandemiyanın müəssisənin istehsal fəaliyyətinə heç bir təsir göstərmədiyi və ya həmin müəssisənin istehsal həcminin artması mənasına gəlmir, gəlirin artması başqa amillərlə də (bazarda tələbin artması, məhsulun qiymət artımı, inflyasiya və s.) əlaqəli ola bilər. Cavabdeh yalnız gəlirlərin artması halını nəzərə almamalı, bütövlükdə iddiaçı müəssisənin istehsal fəaliyyətinə pandemiyanın törətdiyi təsirdən çıxış etməli idi. Cavabdeh isə bu qaydada davranmamış, pandemiyanın istehsal fəaliyyətinə törətdiyi təsiri müəyyənləşdirmək üçün zəruri olan pandemiyadan əvvəlki və sonrakı dövrün müqayisəsi ilə bağl ı hər hansı təhlil və qiymətləndirmə aparmadan vergi məsuliyyətinə cəlbetmə barədə qərar qəbul etmişdir.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisələndirilən qərarın ləğvi ilə bağlı birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-671/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar