Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1103/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair in zibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 06 noyabr tarixli, 2-1(103)-70/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2018-ci il yanvar ayı üzrə aparılan araşdırma zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində vergi ödəyicisinin ƏDV qeydiyyatına durduğu tarixdən (xx.xx.2008-ci ildən) xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsindən ƏDV-nin 5153821,67 manat məbləğində olduğu və təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV 5127888,29 manat təşkil etdiyi üçün 25933,38 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanm alı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və kameral vergi yoxlaması ilə 2018-ci ilin yanvar ayı ƏDV bəyannaməsi üzrə 25933,40 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2018-ci il tarixli **********005400 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. 2. xx.xx.2018-ci il tarixli qərar qəbul edildikdən sonra iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə 2018-cı ilin yanvar ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmiş, 52057,95 manat məbləğində vergi bəyan edilmiş, təqdim edilmiş bəyannamə üzrə vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlaması keçirilmiş, xx.xx.2018-ci il tarixli **********005400 saylı qərar xx.xx.2018-ci il tarixli **********812800 saylı “Vergilərin hesablanması barədə” qərarla ləğv edilmiş, yenidən 25933,40 manat əlavə ver gi məbləği hesablanmışdır. Daha sonra əlaqəli məlumatlara əsasən vergi ödəyicisinin 2018-ci il yanvar ayı üzrə ƏDV öhdəliyinin 63.429,87 manat olduğu müəyyən edilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********898700 nömrəli “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir və həmin qərarla əvvəlki qərar ləğv edilmişdir. Vergi ödəyicisinin bəyan etdiyi 52.057,95 manat vergi məbləği nəzərə alınaraq, vergi orqanı tərəfindən 2018-ci ilin yanvar ayının ƏDV-si üzrə ümumilikdə 11.371,92 manat əlavə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 25.933,40 manat ƏDV məbləğinin hes ablanmasına dair Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli, **********005400 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 25.933,40 manat ƏDV məbləğinin hesablanmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi və xx.xx.2018-ci il tarixli, **********005400 nömrəli qərarın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin xx.xx.2018-ci ildə yanvar 2018-ci il ƏDV hesabat dövrünə təqdim etdiyi dəqiqləşmiş bəyannaməyə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən 25933,40 manat əlavə kameral vergi məbləği hes ablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2018ci il tarixli qərarda kameral hesablamanın səbəbi kimi “Qarşılıqlı əlaqələrin təhlili nəticəsində” ƏDV tutulan əməliyyatlar üzrə dövriyyə ilə iddiaçının təqdim etdiyi bəyannamə arasında 25933,40 manat kənarlaşma yaranması qeyd edilmişdir. Əlavə kameral hesablama ilə əlaqədar İddiaçı MMC tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Departamentinə təqdim olunan şikayətlərə departamentdən gələn cavablarda “Qarşılıqlı əlaqələrin təhlili”nin Cəmiyyətin ƏDV qeydiyyatına alındığı tarixdən, yəni xx.xx.2008-ci il tarixdən xx.xx.2018-ci il tarixədək aparılması bildirilmişdir. Əlavə kameral hesablama qeyriqanunidir. Qanunsuz olduğu üçün hesablamanın aparılması barədə qərar ləğv olunmalıdır. Vergi orqanı tərəfindən son 3 il müddətindən artıq olan müddət yoxlanıla bilməz. Yazılan kameral yoxlama isə 3 ildən artıq dövrü əhatə edir. Bakı şəhəri Lokal Gəlirlər Departamenti 2008-ci ildən 2018-ci ilə qədər olan dövrü yenidən kameral yoxlayaraq cəmiyyətə əlavə hesablama aparmış, əlavə vergi öhdəliyi yaranmışdır. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin son xx.xx.2017-ci il tarixli səyyar vergi yoxlaması aktında 2016-ci ilin dekabr ayının sonuna qədər vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması qeyd edilmiş, müvafiq əlavə vergi hesablamaları aparılmış, cərimə və sanksiyalar tətbiq edilmişdir. Yəni cəmiyyətdə 2016-ci ilin sonuna qədər olan dövr səyyar yoxlanılmışdır. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-89/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Vergi Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən İddiaçınə 25.933,40 manat əlavə dəyər vergisinin hesablanmasına dair hərəkətləri qanunsuz hesab edilmiş, iddia tələbi xx.xx.2018-ci il tarixli, **********005400 nömrəli qərarın etibarsız hesab edilməsi hissəsində təmin edilməmişdir.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən cavabdeh iddiaçıya 2018-ci ilin mart ayında 25933,40 manat məbləğində ƏDV hesablasa da bu məbləğin hansı 12 aylıq dövrə aid olduğunu, eyni zamanda hansı məlumatlar əsasında hesabladığını nəinki sübuta yetirə bilməmiş, hətta göstərə bilməmişdir, cavabdehin məhkəmənin qeyd edilən məbləğin hesablanması zamanı əsas götürülmüş əlaqəli məlumatları t əsdiq edən sənədləri təqdim etməsinə dair sorğusuna cavab olaraq heç bir sənəd təqdim etməmiş, təqdim etdiyi elektron daşıyıcıdakı məlumatlarla cavabdehin hesabladığı məbləğ arasındakı əlaqə inzibati məhkəmə icraatının gedişində müəyyən edilməmiş və cavabdeh tərəfindən əsaslandırılmamışdır. Bundan əlavə iş materiallarında olan sənədlərə əsasən vergi orqanı tərəfindən iddiaçıda dekabr 2015-dekabr 2016 dövrü üzrə qanunvericiliyə əməl edilməsi vəziyyəti yoxlanılmış, xx.xx.2018-ci il tarixli, **********3123001 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən İddiaçı MMC-yə cəmi 43400 manat, o cümlədən ƏDV üzrə 6213,09 manat əlavə hesablama aparılmışdır, 3106,55 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yəni vergi orqanı ö zü təsdiq etmişdir ki, 2018-ci ilin oktyabr ayına iddiaçının 25933,40 manat məbləğində ƏDV-ni azaltması olmamışdır. Eyni zamanda vergi qanunvericiliyinin tələblərinə əsasən vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətindən sonra kameral vergi yoxlaması aparılması vergi orqanına qadağan edildiyi üçün (Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsi ilə) cavabdehin qeyd edilən verginin xx.xx.2008-ci ildən xx.xx.2018-ci ilə qədər olan dövr üçün hesablaması ilə bağlı hərəkətlərini məhkəmə qanunauyğun hesab etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2008-ci ildən xx.xx.2018ci ilə qədər olan dövr üçün 2018-ci ilin mart ayında 25933,38 manat məbləğində ƏDV hesablanmasının qanuni əsasları mövcu d deyildir.
8. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər M.Tağızadə /sədrlik edən və məruzəçi/, Ü.Mayılov və A.Kəmalə) 2-1(103)-1886/2019 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-89/2019 nömrəli, 26 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarş ı ƏDV hesablanmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və qərarın etibarsız hesab edilməsi tələbinə dair iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
10. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı cavabdeh tərəfindən iddiaçıya xx.xx.2008-ci ildən xx.xx.2018-ci ilə qədər olan dövr üçün 2018-ci ilin mart ayında 25933,38 manat məbləğində ƏDV hesablanmasının qanuni əsasları mövcud olmadığını əsas götürərək həmin hissədə iddianı təmin etmiş, eyni zamanda vergi orqanının həmin verginin hesablanılmasını nəzərdə tutan qərarını “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 65-ci maddəsi baxımından etibarsız sayılması əsasları olmadığı nəticəsinə gələrək iddianı həmin hissədə təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkə məsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 6.1, 6.2 və 7ci bəndlərində göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən, əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Göründüyü kimi qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən o lunması məhkəmə müdafiə hüququnun əas şərtidir. İşdən müəyyən olunur ki, iddiaçı tələbini iddiaçı vergi orqanının vergilərin hesablanması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməklə vergi qərarının etibarsızlığını müəyyən etmə və tanınma haqqında iddia növü şəklində mübahisələndirsə də hazırki iddiada hüquqi marağı vergi orqanının 2018-ci iln yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə hesablanmış 25933,40 manat vergi borcunun silinməsi və həmin borcun hesablanmasına əsas verən xx.xx.2018-ci il tarixli, **********005400 nömrəli “Vergilərin hesablanması barədə” qərarının ləğv edilməsi olmuşdur. Birinci instansiya məhkəməsi mübahisələndirilən vergi borcunun hesablanmasına əsas olmuş «Vergilərin hesablanması haqqında» qərarın qanuniliyinə qiymət verməmiş, vergi orqanının qərarını yalnız inzibati aktın etibarsızlıq şərtləri baxımından dəyərləndirmiş, inzibati aktı etibarsız hesab edilməməsi nəticəsi ilə yanaşı, həmin inzibati aktın bilavasitə nəticəsi olan vergi borcunun hesablanması hərəkətlərini qanunsuz hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd edilən şəkildə iddia tələbinə baxılması Azərbaycan Respublikası İPM-nin 2-ci maddəsi, eləcə də iddiaçının maraqları baxımından qanunvericiliyin tələblərinə uyğun deyil. Birinci instansiya məhkəməsində ikinci icraat
11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti (hazırki adı ilə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xid mətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən qəbul edilmiş “Vergilərin hesablanması barədə” 20 noyabr 2018-ci il tarixli, **********812800 nömrəli qərarın qanunsuz (etibarsız) hesab olunması və cavabdehin İddiaçınə 25.933,40 manat ƏDV məbləğinin hesablanmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli, **********898700 nömrəli qərarın qanunsuz (etibarsız) hesab olunması və cavabdehin İddiaçı MMC-yə 63429,87 manat vergi borcunun hesablanmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli, **********898700 nömrəli qanunsuz qərarın ləğv edilməsi və cavabdehin İddiaçınə qanunsuz hesabladığı 63429,87 manat vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Bakı İnzibati Məhkəməsinin (hakim Ş.Həsənova) 2-1(112)-26/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.
15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, kameral yoxlama nəticəsində cavabdeh inzibati orqan iddiaçı tərəfində n təqdim olunmuş bəyannamədə bəyan edilən vergi məbləğinin 52.057,95 manat olduğuna istinad etmiş, lakin əlavə dəyər vergisi üzrə dövriyyənin 77.991,35 manat olduğuna əsaslanmış, bununla da yanvar 2018ci il üzrə ƏDV üzrə 25.933,40 manat vergi məbləğinin azalması qənaətinə gəlmişdir. Bununla bağlı cavabdeh inzibati orqan tərəfindən 20 noyabr 2018-ci il tarixli akt qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə gedişatı zamanı cavabdeh iddiaçı barəsində yeni qərar qəbul etmiş, hesablanmış vergi məbləğini qismən azaltmış, kameral yoxlama nəticəsində müəyyən edilən məbləğin 63.429,87 manat olması qənaətinə gəlmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən kameral yoxlama nəticəsində hesablanmış 63.429,87 manat vergi borcu əsaslı hesablanmışdır. Belə ki, müəyyən edilmiş məbl əğin xülasəsindən görünür ki, hesablanmış verginin 52.057,95 manat hissəsi vergi ödəyicisinin özü tərəfindən xx.xx.2018-ci il tarixində bəyan edilmiş, vergi orqanı tərəfindən yalnız 11.371,92 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunmalıdır ki, təqdim olunmuş əlavə dəyər vergisinin bəyannaməsinin 4 hissəsində “Hesabat dövrü üzrə hesablaşmalar” iddiaçı büdcəyə ödənilməli məbləğin 50.912,41 manat olduğunu bəyan etmişdir. 52.057,95 manatın yerdə qalan 1.145,54 manat (52.057,95-50.912,41) hissəsi isə MÖMV vergisi olmuş, bu hal şəxsi hesab vərəqəsində əks olunmuşdur. Göründüyü kimi 63.429,87 manat vergi borcunun 52.057,95 manat hissəsi həqiqətən də iddiaçı tərəfindən bəyan olunmuşdur. Məhkəmə qeyd edir ki, vergi orqanı ilkin olaraq ƏDVyə cəlb olunan 0 dərəcə ilə cəlb olunan fakturalar ın mövcudluğunu nəzərə almasa da, iş üzrə ekspert rəyindən sonra yeni qərar qəbul edərək, ƏDV-yə 0 dərəcə ilə cəlb olunan fakturalarını nəzərə almış, vergi məbləğini qismən azaltmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, verginin 0 (sıfır) dərəcə ilə tutulması anlayışı, ƏDVdən azad olunan əməliyyatları əhatə dairəsi və tənzimlənmə qaydası Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəaları ilə həyata keçirilir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının karbohidrogen fəaliyyəti və ya Neft qaz əməliyyatları ilə bağlı olaraq tədarük etdiyi mallar, gördüyü işlər və ya göstərdiyi xidmətlərlə əlaqədar sıfır faiz 0 % dərəcə ilə ƏDV tutulur, bu halı təsdiq edən ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma haqqında sertifakatlar mövcuddur. Məhkəmə qeyd edir ki, həmin ser tifikatların mövcudluğu iddiaçı tərəfindən aparılan əməliyyatlar üzrə ƏDV-dən sıfır faiz (0%) dərəcənin tətbiqi üçün əsas verir ki, cavabdeh də məhz qaimə fakturaları nəzərə alaraq, kameral vergi yoxlaması zamanı yanvar 2018-ci il üzrə ümumi vergi borcunun 63.429,87 manat olduğu qənaətinə gəlmişdir. Eyni zamanda iş üzrə obyektiv qərar qəbul edilməsi məqsədi ilə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında müvafiq suallar qoyulmuşdur.
16. Hazırki iş üzrə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş suallara ətraflı cavab verilmədən iş materaillarında müvafiq məlumatların olması əsas gətirilməklə mübahisələndirilən qərar üzrə əlavə olaraq hesablanmış əlavə dəyər vergisi bor cunun olmasının müəyyən olunmadığı göstərilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.1 və 88-ci maddələrini rəhbər tutaraq iş üzrə alınmış ekspert rəyini mötəbər sübut kimi qəbul etmir.
17. Qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yanvar 2018-ci il üzrə əlavə dəyər vergisinə görə 63.429,87 manat ödənilməli olması cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün müəyyən edilmişdir. Həmin məbləğin 52.057,95 manatı iddiaçının özü tərəfindən bəyan edilmiş, vergi orqanı tərəfindən 2018-ci ilin yanvar ayının ƏDV-si üzrə ümumilikdə 11371,92 manat əlavə vergi hesablanmışdır ki, həmin məbləğ iddiaçının apardığı əmə liyyatlar üzrə yaranmışdır. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar qanuni və əsaslı olmaqla ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar yoxdur.
18. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ( hakimlər P.Hüseynov /sədrlik edən və məruzəçi/, G.Abbasova və C.Məmmədov) 2024-cü il 06 noyabr tarixli, 2-1(103)-70/2024 nömrəli qərarı ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-26/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qə rar qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********898700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı İddiaçı MMC-yə 2018-ci ilin yanvar ayının əlavə dəyər vergisi üzrə 11.371,92 manat əlavə vergi məbləğinin hesablanması hissəsində ləğv edilmiş, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır.
20. Kollegiya qeyd etmişdir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh tərəfindən 2018-ci il yanvar ayı üzrə aparılan araşdırma zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində vergi ödəyicisinin ƏDV qeydiyyatına durduğu tarixdən (xx.xx.2008-ci ildə n) xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsindən ƏDV-nin 5153821,67 manat məbləğində olduğu və təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə dövriyyədən ƏDV 5127888,29 manat təşkil etdiyi üçün 25933,38 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və kameral vergi yoxlaması ilə 2018-ci ilin yanvar ayı ƏDV bəyannaməsi üzrə 25933,40 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2018-ci il tarixli **********005400 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. xx.xx.2018-ci il tarixli qərar qəbul edildikdən sonra iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə 2018-cı ilin yanvar ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təq dim edilmiş, 52057,95 manat məbləğində vergi bəyan edilmiş, təqdim edilmiş bəyannamə üzrə vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlaması keçirilmiş, xx.xx.2018-ci il tarixli **********005400 saylı qərar xx.xx.2018-ci il tarixli **********812800 saylı “Vergilərin hesablanması barədə” qərarla ləğv edilmiş, yenidən 25933,40 manat əlavə vergi məbləği hesablanmışdır. Daha sonra əlaqəli məlumatlara əsasən vergi ödəyicisinin 2018-ci il yanvar ayı üzrə ƏDV öhdəliyinin 63.429,87 manat olduğu müəyyən edilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********898700 nömrəli “Vergilər, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir və həmin qərarla əvvəlki qərar ləğv edilmişdir. Vergi ödəyicisinin bəyan etdiyi 52.057,95 manat vergi məb ləği nəzərə alınaraq, vergi orqanı tərəfindən 2018-ci ilin yanvar ayının ƏDV-si üzrə ümumilikdə 11.371,92 manat əlavə vergi hesablanmışdır (63.429,87 - 52.057,95 = 11.371,92). Hazırki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyində cavabdehin xx.xx.2018-ci il tarixli **********812800 nömrəli qərarı üzrə iddiaçının əlavə dəyər vergisi üzrə vergi borcunun düzgünlüyünün müəyyən edilmədiyi, yəni həmin qərar üzrə əlavə olaraq hesablanmış əlavə dəyər vergisi borcunun olmasının müəyyən olunmadığı qeyd olunmuşdur. Lakin həmin qərar cavabdehin özü tərəfindən ləğv edilmiş, xx.xx.2022-ci il tarixli **********898700 nömrəli qərarla 2018-ci ilin yanvar ayı üçün əlavə dəyər vergisi üzrə 11.371,92 mana t əlavə vergi məbləği hesablanmışdır.
21. Sonradan apellyasiya icraatı zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində vergi ödəyicisinə 2018-ci ilin yanvar ayı üzrə əlavə olaraq hesablanmalı olan ƏDV-nin məbləğinin 11371,92 manat müəyyən olunduğu, yəni xx.xx.2022-ci il tarixli **********898700 nömrəli «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» qərarla hesablanmış ƏDV məbləğinin düzgün olmasının müəyyən olunduğu qeyd olunmuşdur. Lakin həmin rəydə əlavə sənədlərin zəruriliyi ilə bağlı vəsatətdə göstərilən sənədlərin tam şəkildə təqdim edilmədiyinin qeyd olunmasına baxmayaraq, ekspert yenidən vəsatətlə məhkəməyə müraciət etməmiş və ya rəy verilməsindən imtina etməmiş, müvafiq rəyi tərtib edərək məhkəməyə təqdim etmişdir. Bu səbəbdən də həmin rəy əsaslandırılmış, tam və hərtərəfli rəy kimi qəbul oluna bilməz. Bununla əlaqədar olaraq bütün sənədlər tam şəkildə təqdim edilməklə təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyul 2024-cü il tarixli ekspert rəyində vergi ödəyicisinə vergi orqanı tərəfindən 2018-ci ilin yanvar ayı üzrə əlavə olaraq hesablanmış 11371,92 manat ƏDV-nin düzgünlüyünün müəyyən olunmadığı qeyd edilmişdir.
22. Məhkəmə kollegiyası etmişdir edir ki, qanunvericiliyin tələblərinə əsasən əlavə dəyər vergisinin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20- dən gec olmayaraq verilir. Əlavə d əyər vergisi üzrə hesabat dövrü isə təqvim ayı sayılır. Cavabdeh tərəfindən isə iddiaçının ƏDV qeydiyyatına durduğu xx.xx.2008-ci ildən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə dövriyyə nəzərə alınmaqla əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçıya ƏDV hesablanarkən vergi ödəyicisinin ƏDV qeydiyyatına durduğu tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ümumi dövriyyə nəzərə alınsa da, müəyyən olunmuş həmin dövriyyəyə görə yalnız 2018-ci ilin yanvar ayına dair ƏDV hesablanmışdır. Bundan başqa, cavabdeh əlaqəli məlumatlara əsasən hesabat aparıldığını qeyd etsə də, bu məlumatlar barədə sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ƏDV hesablanarkən Vergi Məcəlləsinin tələblərinə əməl edilməməsi məhkəmə tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə də müəyyən edilmişdir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddia tələbində iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli, **********898700 nömrəli qərarının ləğv edilməsini və cavabdehin iddiaçıya hesabladığı 63.429,87 manat vergi borcunun silinməsini xahiş etsə də, iş materiallarından görünür ki, qeyd olunan qərara əsasən iddiaçıya 2018-ci ilin yanvar ayının əlavə dəyər vergisi üzrə ümumilikdə 11.371,92 manat əlavə vergi məbləği hesablanmışdır.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismə n təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 avqust 2022-ci il tarixli, **********898700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı iddiaçıya 2018-ci ilin yanvar ayının əlavə dəyər vergisi üzrə 11.371,92 manat əlavə vergi məbləğinin hesablanması hissəsində ləğv edilməli, iddia digər hissədə təmin edilməməlidir.
25. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
29. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəq iqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələnd irilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandır ma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiri lə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edil miş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının t am və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarlarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün t ətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, kameral vergi yoxlaması qanunvericiliyə müvafiq olaraq müvafiq hesabat dövründə aparılan əməliyyatlar üzrə keçirilir. Kameral vergi yoxlaması zamanı müvafiq hesabat dövründən əvvəlki və ya sonrakı əməliyyatların nəzərə alınması yolverilməzdir. İş materiallarından isə görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV qeydiyyatına durduğu xx.xx.2008-ci ildən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə dövriyyə nəzərə alınmaqla əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçıya ƏDV hesablanarkən vergi ödəyicisinin ƏDV qeydiyyatına durduğu tarixdən xx.xx. 2018-ci il tarixədək olan dövr üzrə ümumi dövriyyə nəzərə alınsa da, müəyyən olunmuş həmin dövriyyəyə görə yalnız 2018-ci ilin yanvar ayına dair ƏDV hesablanmışdır.
39. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 06 noyabr tarixli, 2-1(103)-70/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.