Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1106/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: subyektiv hüququn olmaması, oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin qanunsuz qərarının ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Qanunun 3 -cü və 8-ci maddələrinə əsasən 01 aprel 2024-cü il tarixindən hər ay üçün 560.00 manat olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin aztəminatlı ailəsinə təyin olunaraq verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-672/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin qanunsuz qərarının ləğv edilməsini və “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Qanunun 3-cü və 8ci maddələrinə əsasən 01 aprel 2024-cü il tarixdən hər ay üçün 560.00 manat o lmaqla ünvanlı dövlət sosial yardım məbləğinin aztəminatlı ailəsinə təyin olunaraq verilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli 2-1(116)-2406/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-672/2024 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “Ünvanlı sosial yardım haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən Sosial ya rdım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.Yəni,iddiaçı və ailə üzvlərinə hazırda təyin edilmiş və ödənilməsi davam edən ünvanlı sosial yardım mövcuddur.Bu ödəmə qüvvədə olan qərar əsasında xx.xx.2025-ci il tarixinə kimi davam etdirilir.Hazırkı tələbin təmin olunması iddiaçının hüquqi vəziyyətində dəyişikliyə gətirib çıxarmayacaqdır.Belə ki, 1 il müddətinə təyin edilmiş ünvanlı sosial yardımın başlanğıc tarixinin xx.xx.2024-cü il tarixi olaraq dəyişdirilməsi başa çatma tarixinin də xx.xx.2025-ci il tarixinə dəyişdirilməsinə səbəb olacaqdır. Qanunvericiliyin sözügedən tələbindən də göründüyü kimi sosial yardım bir müraciət əsasında yalnız bir il müddətinə təyin oluna bilər Nəticə etibarı ilə hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı və 1 3 ay müddətində ünvanı sosial yardım tələb etməyə subyektiv hüququ mövcud deyildir.
6. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan norma ların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə alma dan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslan dırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
11. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-104/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 2-1(102)-2808/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3109/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 21(102)-2812/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1966/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2-1(102)-2088/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadlarına müvafiq olaraq formalaşmış hüquqi mövqeyə malik qərardadları mövcuddur. https://emehkeme.gov.az/signed/Show Pdf?guid=afa1c36bd43e4d7db563ac7bcd7537c2 https://emehkeme.gov.az/signed/ShowPdf?guid=890433f7a40541338b244bcd8edc51eb https://emehkeme.gov.az/signed/ShowPdf?guid=e152c2cb4b9a45a6a595703c18528127 https://emehkeme.gov.az/signed/ShowPdf?guid=85897af7c50a415d901775abc48bf532 https://emehkeme.gov.az/signed/ShowPdf?guid=12ab8c119e8345a9ae2f43f5d4a28bd9 https://emehkeme.gov.az/signed/ShowPdf?guid=05c646c5251f4b3aaa540b53b13dac79
12. Kollegiya sonda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. B undan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
13. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-672/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.