Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1108/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: elmi dərəcəyə və elmi ada görə əmək haqqına əlavələrin təminat xərcliyində nəzərə alınmaqla yeni məlumat vərəqənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı ““elmi dərəcəyə və elmi ada görə aldığı əmək haqqına əlavələr nəzərə alınmaqla yeni məlumat vərəqinin ve rilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2-1(103)-3159/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2015-ci il tarixində DİN Polis Akademiyasının “İctimai elmlər” kafedrasının rəisi vəzifəsindən polis polkovniki rütbəsi ilə xx.xx.2015-ci il tarixdən “öz xahişi ilə” azad olunaraq, daxili işlər orqanlarından istefaya çıxmağı ilə əlaqədar xaric edilmiş və həmin tarixdən ona ilkin pensiya təyin olunmuşdur. 2. 10.06.2019-cu il tarixli Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqəsin dən görünür ki, təqvimi xidmət illəri 26 il 4 ay, güzəştli xidmət illəri 1 il 7 ay olan DİN X1 rəisi vəzifəsində işləyən İddiaçı pul təminatı (təminat xərcliyi) vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə kompensasiya, məharət dərəcəsi, xüsusi işə görə hissələrindən ibarətdir.
3. İddiaçı cavabdehə müraciət edərək elmi dərəcə (60 manat) və elmi ada (100 manat) görə aldığı əlavənin təminat xərcliyində nəzərə alınmasını və yeni məlumat vərəqinin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təmina tı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli və 2017-ci il 14 iyun tarixli 259 nömrəli Qərarları ilə dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlarda ixtisası üzrə çalışan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin konkret məbləğ olaraq təsdiq edildiyi, bu məbləğlərin vəzifə maaşından hesablanmadığı və təminat xərcliyinə aid edilmədiyi baxımından pensiya təminatında nəzərə alınması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏH KƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək elmi dərəcəyə və elmi ada görə aldığı əmək haqqına əlavələr nəzərə alınmaqla yeni məlumat vərəqinin aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Akademiyanın heyətinin elmipedaqoji kadrları kimi hər ay elmi dərəcəyə görə 60 manat, elmi ada görə isə 100 manat məbləğində vəzifə maaşına əlavə almışdır. Vəzifə maaşına edilən həmin əlavələrin əmək pensiyanın hesablanmasında nəzərə alınmamasını pensiya təminatı hüququnun kobud şəkildə pozulmasını hesab edir. Vəzifə maaşına həmin əlavələr Tarif Cədvəli üzrə əməkdaşın tutduğu vəzifə üçün müəyyən edilmiş ilkin vəzifə maaşının (ödəniş tarif ölçüs ü kimi) həcmini dəyişdirmir (artırmır), ancaq “vəzifə maaşına əlavə” adı altında təyin olunmuş pul təminatı olaraq əmək haqqının tərkib hissəsinə daxil edilir. O da xüsusilə vurğulanmalıdır ki, əmək haqqının tərkibini təşkil edən bütün növ pul vəsaitləri (o cümlədən, elmi dərəcə və elmi ada görə əlavələr) dövlət sosial sığorta ödəmələrinə cəlb olunur.
7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz. Belə ki, “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanının 2-ci bəndində deyilir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: -2021ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir (Fərmanın 2.1-ci bəndi). Göründüyü kimi, qüvvədə olan normativ hüquqi aktlara əsasən iddiaçının ə mək pensiyasına “elmi dərəcəyə görə əlavənin” verilməsi istisna edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(112)-11466/2023 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, iddiaçının elmi dərəcəyə və elmi ada görə aldığı əmək haqqına əlavələr nəzərə alınmaqla yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının elmi dərəcə və elmi ada görə aldığı əlavənin təminat xərcliyinin (pul təminatı) tərkibi kimi “vəzifə maaşından hesablanan digər əlavə” hesab olunmasını i stisna edən qanuni müddəa olmamaqla yanaşı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əksinə, həmin əlavə iddiaçının təminat xərcliyində nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 60 nömrəli Qərarının 11-ci bəndinə əsasən 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 aprel tarixli 155 nömrəli “Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında” qərarının 1-ci bəndi aşağıdakı redaksiyada verilmiş, həmin Qərarın 12-ci bəndinə əsasən müəyyən edilmişdir ki, bu qərarın 11-ci bəndində qeyd edilən əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2-1(103)-3159/2024 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov – sədrlik edən və məruzəçi, E.Əliyev və X.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” 1.0.5, 9.5, 19.3cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci i l 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na və Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 60 nömrəli Qərarına istinad etmişdir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh şikayətində qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin tərəfindən işin halları ətraflı araşdırılmamış və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Xüsusilə, məhkəmə iddiaçının elmi dərəcəyə və elmi ada görə aldığı əlavələrin "təminat xərcliyinin" tərkibinə daxil edilməməsi ilə bağlı normativ aktların müddəalarını tam təhlil etməmişdir. Bununla yanaşı, cavabdeh tərəfin vəzifələri ilə bağlı mövcud hüquqi çərçivə nəzərə alınmadan qərar çıxarılmışdır. Kassator hesab edir ki, iddiaçıya elmi ada və dərəcəyə görə ödənilən təqaüd onun təminat xərcliyinə aid olmadığından məlumat vərəqində nəzərə alınması qanunvericiliyin tələbinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, və zifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə digər qurumlarla yanaşı Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Qaydaların 1 nömrəli əlavəsinə əsasən əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqinin forması təsdiq olunmuşdur. Həmin formaya görə elmi ada, elmi dərəcəyə görə əlavələrin qeyd edilməsi nəzərdə tutulmur. Belə olan halda məhkəmə tərəfindən cavabdeh qismində Daxili İşlər Nazirliyinin üzərinə yeni məlumat vərəqinin göndərilməsi öhdəliyi qoyula bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəz ərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Maddə
22. Sığorta stajının hesablanması qaydası... 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları:...
2. Bu Qaydaların 1-c i hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır....
19. Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
1. Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə aşağıdakı əlavələr müəyyən edilsin: ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərin in) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq — 60 manat; ixtisası üzrə işləyən elmlər doktorlarının elmi dərəcəyə görə vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq — 100 manat;
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi (İPM): a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı i şə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məh kəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qəra rının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq q anunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razıla şır. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı elmi dərəcəyə və elmi ada görə aldığı əmək haqqına əlavələrin təminat xərcliyi kimi nəzərə alınaraq məlumat vərəqində əks olunmasına yönəlmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, əvvəla qanunvericiliklə təminat xərcliyinə nələrin daxil olduğunu aydınlaşdırmaq lazımdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pu l kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ hesab edilir.
29. Göründüyü kimi, qanunvericilikdə təminat xərcliyinin nədən ibarət olduğu aydın şəkildə göstərilmişdir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalara 1 nömrəli əlavə olan məlumat vərəqində 3.4.2-ci bənddə vəzifə maaşından hesablanan digər əlavələr və artımlardan bəhs olunur. Həm “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində, həm də Qaydalarda və ona 1 nömrəli əlavədə hərbi qulluqçunun eht iyata buraxılan zaman almış olduğu vəzifə maaşı, ona əlavələr və artımlar vəzifə maaşından hesablanan əlavə və artımlarla, o cümlədən rütbə maaşı, ərzaq payı vəzinə pul kompensasiyası ilə məhdudlaşmamışdır. Hərbi qulluqçu ehtiyata buraxılarkən aldığı məbləğlər (artımlar) məlumat vərəqində əksini tapmalıdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, elmi adlara görə verilən əlavə də artımdır və təminat xərcliyinə daxil edilməlidir. Əks yanaşma yuxarıda bəhs olunan müddəalara zidd olacaqdır. Başqa sözlə elmi ada görə verilən əlavələrin də artım olması qanunun imperativ tələbidir və başqa cür şərh edilə bilməz.
32. Xüsusilə qeyd edilməlidir ki, “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəy yən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 98 nömrəli Qərarında təhsil müəssisələrində işləyən elmipedaqoji kadrların vəzifə maaşlarına dosent elmi adına görə əlavənin verilməsi müəyyən edilmişdir.
33. Bundan əlavə “Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 60 nömrəli Qərarının 11-ci bəndinə əsasən 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 aprel tarixli 155 nömrəli “Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında” qərarının 1-ci bəndi aşağıdakı redaksiyada verilmiş, həmin Qərarın 12-ci bəndinə əsasən müəyyən edilmişdir ki, bu qərarın 11-ci bəndində qeyd edilən əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır.
34. Göründüyü kimi, iddiaçının elmi dərəcəyə və elmi ada görə aldığı əmək haqqına əlavələrin cavabdeh tərəfindən təminat xərcliyində nəzərə alınmaması qanunazidd olmuşdur.
35. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, odur ki, kassasiya şikayətin təmin olunması üçün əsaslar yoxdur.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 21(103)-3159/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.