Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1114/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3727/2024 nömrəli, 5 d ekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı barəsində verilən xx.xx.2023-cü il tarixli L00130741PKG nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşması “İ69.3 Beyin infarktının nəticələri, BQD-nin işemik tip xroniki pozğunluğu, F48.0 nevrasteniya” qeyd olunmuşdur.
2. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və natamam doldurulması səbəbindən (Səbəb: Xəstənin əmək müqaviləsi var. Əmək qabiliyyətinin itirilmə vərəqələrinin günləri reyestrdə göstərilməyib) göndəriş tibb müəssisəsinə göndərilmişdir.
3. İddiaçı barəsində verilən xx.xx.2024-cü il tarixli T00183926ZYP nömrəli göndərişə əsasən Əsas diaqnoz - “ İ69.3 Beyin infarktının nəticələri, sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, ağırlaşması - G81.1 Spastik hemiplegiya, sağ tərəfli yüngül hemiparez, hemiperestiziya, piramidal əlamətlər ilə” qeyd olunmuşdur.
4. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və “Diaqnoz-Beyin infarktının nəticələri, Sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri. Spastik hemiplegiya, sağ tərəfli yüngül hemiparez, hemiperestiziya, piramidal əlamətləri ilə”. “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli əyani müayinə aktına əsasən İddiaçı hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Əsas diaqnoz: İ69.3-Beyin infarktının nəticələri, BBQ D-nin işemik tip xroniki pozğunluğu. Yanaşı xəstəliklər G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebrobazilyar sistem sindromu. Yanaşı xəstəliklər G51.0 Bella iflici, Sol üz sinirinin neyropatiyasının qalıqları) diaqnozunun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik təyin etmir” təyinatı aparılmışdır.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsi tərəfindən verilmiş T 454/2024 saylı ekspert rəyindən görünür ki, iddiaçının “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” phş-də xx.xx.2024-c ü il tarixdə mütəxəssislər tərəfindən müayinəsi zamanı ona “169.3, G81.1, G56.0,G51.0, M42-Sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, sağtərəfli yüngül hemiparez, hemihipesteziya, piramid əlamət ilə, Karpal tunel sindromu, sol üz siniri neyropatiyasının qalıq əlamətləri, yayılmış osteoxondroz” diaqnozu təyin edilmişdir. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından vətəndaşın konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmamışdır. Lakin, onun adına “Bakı X2” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, L00130741PKG nömrəli Forma 88 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: 169.3Beyin infarktının nəticələri, BQD-nin işemik tip xroniki pozğunluğu. Ağırlaşma: F48.0nevrasteniya. Yanaşı xəstəl iklər: G56.0-bilək kanalı sindromu, Karpal tunel sindromu, M42-onurğanın osteoxondrozu, boyun fəqərələrinin yayılmış osteoxondrozu, davamlı kökcük ağrıları ilə, G45.0-vertebrobazilyar arterial sistem sindromu, G51.0-Bella iflici, sol üz sinirinin nevropatiyasının qalıqları” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, xx.xx.2023-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman onun hal-hazırki vəziyyəti ilə tibbi sənədlərdə (xx.xx.2023-cü il tarixli Forma 88 göndərişində) qeyd edilmiş diaqnozun uyğunluq təşkil etməməsi müəyyənləşdirilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində özünün əyani müayinəsi zamanı əzələlərdə atrofiya, ətraflarda parez və ataksiya kimi ağırlaşmalar aşkar edilmədi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instans iya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdən səhhəti ilə bağlı əmək fəaliyyəti dayanmışdır. Xəstəliyinin əsas diaqnozu İ69.3-beyin infarktının nəticələri və yanaşı xəstəliklərdir. Əlilliyinin qiymətləndirilməsi ilə bağlı iki dəfə X2 və Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən forma 88 tərtib edilərək sistemə yerləşdirilmiş, lakin hər dəfə imtina cavabı almışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən əyani müayinə edilmiş, lakin əlillik təyin edilməmişdir.
9. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya A gentliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və əlavə əyani müayinə edilərək barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə imtina qərarı verilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2-1(112)-9637/2024 nömrəli qərarı ilə (hakim H.A.Ağalarov) iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əyani müayinəsi zamanı Əsasnamənin 6.5.1.1-ci bəndində göstərilən ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu, əzələlərdə hipotrofiya (atrofiya) müəyyən edilməmişdir. Hətta iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə sağ yuxarı ətrafda tonusun normal olması göstərilmi şdir. Bir daha qeyd edilməlidir ki, hazırkı xəstəliklə iddiaçıya əlilliyin təyini üçün ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu müəyyən edilməlidir. Bundan əlavə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh tərəfindən bir neçə dəfə şəxsin əyani müayinəsi həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli əyani müayinə aktına əsasən İddiaçı hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Əsas diaqnoz: 169.3-Beyin infarktının nəticələri, BBQD-nin işemik tip xroniki pozğunluğu. Yanaşı xəstəliklər G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Vertebrobazilyar sistem sindromu. Yanaşı xəstəliklər G51.0 Bella iflici, Sol üz sinirinin neyropatiyasının qalıqları) diaqnozunun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən “Diaqnoz əlillik təyin etmir” təyinatı aparılmışdır. Məhkəmə hesab edir ki, iddiaçıda olan xəstəliklər əlillik təyinatına imkan vermədiyindən, başqa sözlə həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən ona əlillik təyinatının aparılmasından imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, c avabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
12. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3727/2024 nömrəli, 2024-cü il 5 dekabr tarix li qərarı ilə (sədrlik edən və məruzəçi: E.Ə.Əliyev, hakimlər: R.Ə.Səmədov və X.A.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-3727/2024 nömrəli qərarının ləğv edilməsi və göstərişlərlə yenidən baxılması üçün geri həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti işin faktiki hallarına, apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandır ılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Müalicə müəssisələrinin gəldiyi nəticələrlə, mütəxəssislərin gəldiyi nəticə və ekspert rəylərini qarşılıqlı şəkildə araşdırmamışdır. Əlavə sübutları toplamamış, ümumiyyətlə iddiaçının tələblərinin təmin olunması üçün tələb olunan halları düzgün müəyyən etməmişdir. Məhkəmə öz mövqeyini əsaslandırarkən şikayətin iddianın məzmununa uyğun verilməsini, 1-ci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olması qərarına gəlməmişdən öncə şikayət vermiş şəxsi dinləməli olduğu halda, şikayətçinin faktiki olaraq məhkəmənin qərarından hansı səbəbdən narazı qaldığını müəyyən etməmişdir. Məhkəmə iclası şifahi icraatda aparılsa da, şikayəti verən iddiaçını dinləmədən qərar qəbul etmişdir. İddiaçının hüquqi savadı olmasa da, riyaziyyat müəllimi olduğundan bir məntiqi təfəkkürü vardır. Bu səbəbdən iddiaçı Məhkəmə Kollegiyası tərəfindən dinlənilməməsindən və nəticədə işin araşdırılmadan yekun qərarın qəbulundan narazıdır. İddiaçının əsas şikayəti isə onun TSEK və MTE tərəfindən formal müayinədən keçirilməsi olmuşdur. Məhkəmə bu müayinələrin alt sənədlərini araşdırmadan qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə İcmalda qeyd edilmiş bir sıra bəndlərdə göstərilən nöqsanlar məhkəmə tərəfindən hazırki iş üzrə də təkrar olaraq törədilmişdir. Kassator riyaziyyat müəllimi olduğundan onun ətraflarının pa rezinin və ataksiyasının və ya atrofiyasından daha çox əsas iş aləti olan baş beyinin funksionallığını yoxlanmalı idi. Cavabdeh təşkilat və onun mütəxəssisləri ilə ekspertlər heç bir real müayinə aparmamışlar. İlyas müəllimin deməsinə görə, o xəstəlikdən sonra, 10-15 dəqiqə dərs dedikdə yorulur. Amma, bir dərs ən azı 45 dəqiqə davam edir. Deməli xəstəlik nəticəsində İlyas müəllimin həyat fəaliyyəti ən azı 66 faizlə İİ dərəcəli məhdudlaşma halındadır. Bu meyara uyğun heç bir araşdırma aparılmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydaları Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozul ması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirili r. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə
48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdır araq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
25. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində verilən xx.xx.2024-cü il tarixli T00183926ZYP nömrəl i göndərişə əsasən əsas diaqnoz və ağırlaşması “İ69.3 Beyin infarktının nəticələri, sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, G81.1 Spastik hemiplegiya, sağ tərəfli yüngül hemiparez, hemiperestiziya, piramidal əlamətlər ilə” müəyyən edilmiş, onun əlillik vəziyyətinə həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir
26. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında qeyd edilmişdir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.
27. Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasın da qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla imtina tarixindən müəyyən edilməlidir.
29. İddiaçı cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli göndəriş əsasında verilmiş xx.xx.2024-cü il tarixli imtinadan sonra xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədə baxılan iddianın predmetini xx.xx.2024-cü il tarixli imtina qərarı təşkil etmişdir.
30. İddiaçı barəsində verilən xx.xx.2024-cü il tarixli T00183926ZYP nömrəli göndərişdən müəyyən olunur ki, əsas diaqnoz - “İ69.3 Beyin infarktının nəticələri, sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, ağırlaşması - G81.1 Spastik hemiplegiya, sağ tərəfli yüngül hemiparez, hem iperestiziya, piramidal əlamətlər ilə”-dir, ümumi vəziyyəti orta ağırdır, sağ yuxarı və aşağı ətraflarda əzələ gücü 3.5-dir, sağ yuxarı ətrafda tonus normaldır.
31. Göründüyü kimi, spastik hemiplegiya, parezlərdən iddiaçıda sağ tərəfli mülayim hemiparez müşahidə edilir.
32. Kollegiya qeyd edir ki, tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.
33. Kollegiya qeyd edir ki, göndərişdə XBT-10 kodu G81.1 “Spastik hemiplegiya” diaqnozu qeyd olunduğu və iddiaçıda da həmin göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapdığı halda, onun vəziyyəti qiymətləndirilməklə əlilliyin təyin edilməsi məsələsinə baxılmalıdır.
34. Eyni zamanda qeyd edilməlidir ki, əsas diaqnozun ağırlaşması olan G81.1 kodlu xəstəlik (serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 6.5.1.2-ci bəndində əlilliyin təyin edilməsinə əsas verən xəstəlik kimi təsbit edilmişdir. Belə ki, 6.5.1.2-ci bəndə əsasən həmin xəstəlik “mülayim hemiparez (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) a şağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması); mülayim statodinamik pozuntular” hallarında orqanizmin funksiyalarının 40-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir.
35. Növbəti apellyasiya baxışı zamanı işin bu halı araşdırılmaqla iddiaçının xəstəlik vəziyyəti qiymətləndirilməklə həmin alt bəndə uyğun olub-olmaması müəyyən edilməli, əlillik müəyyən olunduğu halda uyğun bəndə müvafiq olara q əlillik müddəti göstərilməlidir.
36. Bundan başqa, kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr əlilliyin müəyyən olunmasından imtina edərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsi tərəfindən verilmiş T 454/2024 saylı ekspert rəyini sübut qismində qəbul edərək xəstəliyin diaqnozuna dair ağırlaşmaların öz təsdiqini tapmadığını qeyd etmişlər.
37. Apellyasiya məhkəməsi isə iş üzrə əlavə heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin araşdırması ilə kifayətlənərək onun gəldiyi nəticə ilə razılaşmışdır.
38. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsi tərəfindən verilmiş T 454/2024 saylı ekspert rəyindən görünür ki, iddiaçının “Akademik M.Ə.Mirqasımov adına Resp ublika Klinik Xəstəxanası” phş-də xx.xx.2024-cü il tarixdə mütəxəssislər tərəfindən müayinəsi zamanı ona “169.3, G81.1, G56.0,G51.0, M42-Sol beyin yarımkürəsində keçirilmiş işemik insultun nəticələri, sağtərəfli yüngül hemiparez, hemihipesteziya, piramid əlamət ilə, Karpal tunel sindromu, sol üz siniri neyropatiyasının qalıq əlamətləri, yayılmış osteoxondroz” diaqnozu təyin edilmişdir. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından vətəndaşın konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmamışdır. Lakin, onun adına “Bakı X2” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, L00130741PKG nömrəli Forma 88 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: 169.3Beyin infarktının nəticələri, BQD-nin işemik tip xroniki pozğunluğ u. Ağırlaşma: F48.0nevrasteniya. Yanaşı xəstəliklər: G56.0-bilək kanalı sindromu, Karpal tunel sindromu, M42-onurğanın osteoxondrozu, boyun fəqərələrinin yayılmış osteoxondrozu, davamlı kökcük ağrıları ilə, G45.0-vertebrobazilyar arterial sistem sindromu, G51.0-Bella iflici, sol üz sinirinin nevropatiyasının qalıqları” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, xx.xx.2023-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman onun hal-hazırki vəziyyəti ilə tibbi sənədlərdə (xx.xx.2023-cü il tarixli Forma 88 göndərişində) qeyd edilmiş diaqnozun uyğunluq təşkil etməməsi müəyyənləşdirilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixində özünün əyani müayinəsi zamanı əzələlərdə atrofiya, ətraflarda parez və ataksiya kimi ağırlaşmalar aşkar edilmədi.
39. İlk növb ədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində icraat zamanı ekspert qarşısında “Beyin infarktının nəticələri, BBQD-nın işemik tip xroniki pozğunluğu, Vertebrobazilyar arterial sistem sindromu, Vertebrobazilyar sistem sindromu, Bella iflici, Sol üz sinirinin neyropatiyasının qalıqları”nın aşkar olunması barədə sual qoyulmuşdur.
40. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsi tərəfindən verilmiş T 454/2024 saylı ekspert rəyində mübahisə predmeti olan xx.xx.2024-cü il tarixli T00183926ZYP nömrəli göndərişdəki diaqnozların deyil, xx.xx.2023-cü il tarixli, L00130741PKG nömrəli Forma 88 göndərişində qeyd edilmiş diaqnozların iddiaçıda aşkar edilmədiyi göstərilmişdir.
41. Mülki Prosessual Məcəllənin 88 və 103-cü maddələr inin tələblərinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmə ekspert rəyi də daxil olmaqla sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işə təkrar baxılarkən apellyasiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert qarşısında iddiaçıda xx.xx.2024-cü il tarixli göndərişdə qeyd edilmiş xəstəliklərin, zədələrin və catışmazlığın əyani müayinə zamanı mövcud olub olmaması ilə bağlı suallar qoyulmalı, həm də ekspertiza tədqiqatının nəticəsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.
43. Beləliklə məhkəmə kollegiyası he sab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar arada n qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3727/2024 nömrəli, 5 dekabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir.