Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1116/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2-1(103)-1187/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X1 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə ********** (VÖEN) saylı, AZ 1083, ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçının nizamnamə üzrə əsas fəaliyyəti avtomobil yolları, yollar və küçələrin salınmasından ibarətdir.
2. İddiaçı tərə findən 2019-cu il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən gəliri 55.5190980,19 manat (sət:200), gəlirdən çıxılan xərcləri 43.687.402,97 manat (sət:236), vergitutma məqsədləri üçün ümumi mənfəətinin (sət:236) 11.832.577,11 manat, mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərəri 3.582.205,9 manat (sət:240), ödənilməli mənfəət vergisinin məbləği isə 1.650.074,26 manat (sət: 247) bəyan olunmuşdur.
3. Cavabdeh tərəfindən iddiaçıya **********228600 nömrəli xx.xx.2021-ci il tarixli “2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” məktub göndərilərək 13.390.786,63 manat məbləğində olan xərclərin vergi orqanının uçot-baza məlumatları ilə təsdiqini tapmadığı bildirilmiş, iddiaçı tərəfindən isə xx.xx.2021-ci i l tarixində dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi və xx.xx.2021-ci il tarixli müvafiq izahat məktubu təqdim edilərək, tələb olunan sənədlər vergi orqanına təqdim edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli **********896600 nömrəli kameral yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilərək, təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 2019-cu il üzrə dövriyyənin 62.498.470,17 manat olmaqla 6.978.489,98 manat az əks etdirilməsi bildirilmişdir. İddiaçı tərəfindən isə xx.xx.2021-ci il tarixli cavab məktubu ilə 55.519.980,19 manat dövriyyəni təsdiq edən sənədlər, ƏDV bəyannamələrinin surətləri, bank hesabından çıxarışlar, işlərin təhvil-təslim aktlar və s. təqdim edilmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli **********126800 nömrəli, xx.xx.2021-ci il tarixli **********842200 nömrəli və xx.xx.2021-ci il tarixli **********393300 nömrəli kameral yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilərək, 2019-cu ilin ƏDV bəyannamələrinə əsasən dövriyyənin 59.340.101,15 manat olması və 3 820 329.41 manat gəliri dövriyyədən az göstərməsi bildirilmişdir.
6. İddiaçı tərəfindən 2020-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən gəlirinin 62.522.077,33 manat (sət:200) olması, gəlirdən çıxılan xərclərinin 63.599.312,64 manat (sət:236), zərərinin isə 1.077.235,31 manat (sət: 239) olması bəyan olunmuşdur.
7. Cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə **********221800 nömrəli, xx.xx.2021-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilərək “baza üzrə təsdiqini tapan digər xərclərin cəmi 56.825.082,00 manat məbləği arasında 7.185.618,50 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi bildirilmişdir.
8. Cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə **********8207000 nömrəli, xx.xx.2021-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilərək “baza üzrə təsdiqini tapan digər xərclərin cəmi 56.825.082,00 manat məbləği arasında 8.061.012,00 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi bildirilmişdir.
9. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli ****** ****841800 nömrəli məktubla kameral uyğunsuzluq məktublarına cavab verilmiş və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir.
10. Cavabdeh iddiaçı barəsində 2019-cu ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması apararaq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 nömrəli qərar qəbul etmiş və 1.209.386,88 manat əlavə vergi məbləği hesablamışdır.
11. Cavabdeh iddiaçı barəsində 2020-ci ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması apararaq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********804200 nömrəli qərar qəbul etmiş və 1.168.245,29 manat əlavə vergi məbləği hesablamışdır. 12. xx.xx.2021-ci il tarixində cavabdeh tərəfindən yuxarıda qey d olunan qərar ləğv olunaraq, xx.xx.2021-ci il tarixli **********910000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və yenidən 1.168.245,29 manat əlavə vergi məbləği hesablamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli, **********299200 nömrəli və xx.xx.2021-ci il tarixli **********910000 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı barəsində 2019-cu ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması keçirtmişdir. Aparılmış yoxlama nəticəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 nömrəli qərar qəbul edilmiş və vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə iddiaçıya tələbnamə verilmişdir. Məlum olmuşdur ki, cavabdeh vergi orqanı 2019-cu ilin mənfəət vergisi üzrə əsassız olaraq 1.209.386,88 manat (bir milyon iki yüz doqquz min üç yüz səksən altı manat, səksən səkkiz qəpik) əlavə vergi məbləği hesablamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsi təqdim olu nmuşdur və bəyannamədə filialın illik 55.519.980,19 manat dövriyyəsinin olması bəyan olunmuşdur, daha sonra vergi və vergi orqanı tərəfindən həmin bəyannamə olduğu kimi qəbul edilmişdir. Bu dövriyyə məbləği bank hesabından çıxarış, ƏDV depozit hesabından çıxarış və 2019-cu ilin aylar üzrə ƏDV bəyannamələrində (o cümlədən də, 1-ci ayında 0,00 manat + 2-ci ayında 17.280.555,52 manat + 3-cü ayında 0,00 manat + 4-cü ayında 0,00 manat + 5-ci ayında 6.134.748,28 manat + 6-cı ayında 6.551.055,50 manat + 7-ci ayında 0,00 manat + 8-ci ayında 5.319.424,39 manat + 9-cu ayında 5.829.825,50 manat + 10-cu ayında 7.999.353,78 manat + 11-ci ayında 0,00 manat + 12-ci ayında 6.405.017,22 manat məbləği = 55.519.980,19 manat məbləği) vergi orqanı tərəfindən qəbul edilmişdir. xx.xx.2021-ci il tarixində filial tərəfindən texniki xarakterli düzəlişlər məqsədi ilə həmin dövriyyə və xərclər saxlanılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmuşdur. Bundan sonra vergi orqanı tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli **********896600 nömrəli kameral yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubda dövriyyənin təqdim etdikləri ƏDV bəyannamələrinə əsasən guya 62.498.470,17 manat olması, **********228600 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla isə guya 13.390.786,63 manat məbləğində olan xərclərin vergi orqanının uçot-baza məlumatları ilə təsdiqini tapmadığı qeyd olunmuşdur. Halbuki, əvvəlki cari bəyannamə təqdim olunarkən bunların heç biri barədə uyğunsuzluq məktubu göndərilməmiş və kameral hesablama aparılmamışdır. Bundan sonra dəfələrlə vergi orq anına müvafiq sənədləri, elektron qaimə faktura və yük gömrük bəyannamələrinin tərkibi və açıqlaması ilə bağlı izahat məktubları təqdim etsələr də, heç biri vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Daha sonra vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********393300 nömrəli kameral yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubda guya onlara 2019-cu ilin ƏDV bəyannamələrində dövriyyələrinin 59.340.101,15 manat olması və guya 3.820.329,41 manat gəliri dövriyyədən gizlətmələri qeyd olunmuşdur. Ən maraqlısı isə odur ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 nömrəli qərarda dövriyyələrinin 58.203.514,45 manat olması qeyd olunaraq, bəyan etdikləri dövriyyə ilə ar ada yaranan 2.683.534,26 manat məbləğə görə 536.706,85 manat mənfəət vergisi hesablamışdır. Göründüyü kimi vergi orqanı dövriyyənin hələ hansı məbləğdə olması barədə bir qərara gələ bilməmişdir, halbuki, bank çıxarışları, ƏDV depozit hesabından çıxarış və ƏDV bəyannamələri dəfələrlə vergi orqanına təqdim olunmuşdur. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 nömrəli qərarında qeyd olunur ki, 2019-cu il üzrə kassa metodu ilə təqdim olunmuş mənfəət vergisinin bəyannaməsində göstərilmiş 43.687.402,97 manat gəlirdən çıxılan xərclərin 2.809.739,29 manat məbləğində olan hissəsi vergi orqanının uçot baza məlumatları ilə təsdiqini tapmadığı müəyyən olunmuşdur. Halbuki, xx.xx.2021-ci il tarixli məktubla elektron qaimə faktura və yük gömrük bəyannamələrinə əsasən formalaşmış bütün xərclərin tərkibi barədə ətraflı məlumat verilmişdir. Həmçinin vergi orqanına bu əsasını tapmayan xərclərlə bağlı sorğu göndərsələr də, cavab ala bilməmişlər. Bu “əsası”nı tapmayan xərclərə görə isə vergi orqanı tam əsassız və qanunsuz olaraq 561.947,85 manat məbləğində kameral vergi məbləği hesablamışdır.
15. İddiaçı iddia ərizəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixində 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim olunmuşdur və bəyannamədə filialın illik 62.522.077,33 manat dövriyyəsinin, 64.741.862,87 manat (o cümədən malların təqdim olunması, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə 58.575.310,28 manat, amortizasiya ayırmaları, əsas vəsaitlərin təqdim olunması və ləğv olunması üzrə 3.976.759,15 manat, t əmir xərcləri üzrə 686.985,76 manat, sığorta xərcləri 274.602,70 manat, digər xərclər 1.155.493,17 manat, əmlak vergisi 72.711,81 manat) xərclərinin olması bəyan olunmuşdur. Mənfəət vergisi bəyannaməsinin bütün sətrləri üzrə xərclər elektron qaimə fakturalar və yük gömrük bəyannamələri ilə təsdiq olunur. Belə ki, filial tərəfindən 2020-ci il ərzində 1.215.155,54 manat dəyərində mallar idxal olunmuş, 58.244.115,34 manat dəyərində isə elektron qaimə fakturalar üzrə mallar, iş və xidmətlər alınmışdır. Vergi Məcəlləsinin müddəalarına əsasən elektron qaimə fakturalar və yük gömrük bəyannamələri üzrə malların və xidmətlərin alınması vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri hesab olunur. Cavabdeh tərəfindən **********221800 nömrəli, xx.xx.2021-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubla təqdim edilmiş bəyannamə üzrə “7.185.618,50 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin” müəyyən olunması bildirilərək dəqiqləşdirilmiş bəyannamə verilməsi tələb olunmuşdur. Dəfələrlə vergi orqanına yazılı və şifahi müraciət etsələr də, həmin 7.185.618,50 manat məbləğin haradan və necə müəyyən olunması ilə bağlı heç bir cavab verilməmişdir. Bundan sonra cavabdeh tərəfindən **********8207000 nömrəli xx.xx.2021-ci il tarixli məktub göndərilərək “8.061.012,00 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin” müəyyən olunması bildirilərək yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim etmələri tələb olunmuşdur. Vergi Məcəlləsinin 37.2-1ci maddəsinə əsasən “Kameral vergi yoxlaması başa çatdıqdan sonra ver gi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir.” Göründüyü kimi qanunvericilik birmənalı şəkildə vergi ödəyicisinə vergi orqanın məktubuna 5 iş müddətində məktub göndərərək, 10 gün ərzində dəqiqləşdirilmiş hesabat vermək hüququnu tanıyır. Lakin vergi orqanı məcəllənin qeyd olunan normasını pozaraq cəmi 2 iş günü sonra xx.xx.2021-ci il tarixli, **********804200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etməklə filiala 1.168.245,29 manat məbləğində vergi məbləği hesablamışdır. Halbuki, həmin gün tərəfl ərindən **********841800 nömrəli izahat məktubu və müvafiq sənədlər, habelə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim olunmuşdur. Cavabdeh mövcud prosessual pozuntunu aradan qaldırmaq üçün xx.xx.2021-ci il tarixində gün ərzində həmin qərarı ləğv edərək xx.xx.2021-ci il tarixli **********910000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” yeni qərarla həmin vergiləri yenidən hesablamışdır.
16. İddiaçı həmçinin göstərmişdir ki, vergi orqanın sorğularına cavab olaraq xx.xx.2022-ci il tarixli **********252600 və **********254000 nömrəli, xx.xx.2021-ci il tarixli **********960500 nömrəli, xx.xx.2021-ci il tarixli **********512300 nömrəli, xx.xx.2021-ci il tarixli **********544300 nömrəli, xx.xx.2021-ci il tarixli **********243900 nömrəli, x x.xx.2021ci il tarixli **********345000 nömrəli, xx.xx.2021-ci il tarixli **********485900, **********572800 və **********490100 nömrəli, xx.xx.2021-ci il tarixli **********065300 nömrəli, xx.xx.2021-ci il tarixli **********174800 nömrəli, xx.xx.2021 tarixli **********760000 nömrəli, xx.xx.2021-ci il tarixli **********160200 nömrəli, xx.xx.2021-ci il tarixli **********841800 nömrəli 15 ədəd məktubla ətraflı izahatlar və hər istədiklərinə uyğun dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamələri təqdim olunmuşdur. Əksinə vergi orqanına dəfələrlə, o cümlədən xx.xx.2021-ci il tarixli **********160200 nömrəli məktubla öz mövqelərini təsdiq edən sənəd və məlumatları, bəyannamələrdə nəyi səhv etdiklərini konkret dəlillərlə sorğu etsələr də, qarşı tərəfdən dəqiq cavab ala bilməmişlər, hər dəfə ümumi x arakterli, şablon cavab vermişlər ki, təmir xərclərini nəzərə almırıq. Amma nəyi təmir, nəyi əsas vəsait, nəyi xərc hesab etdiklərini adbaad siyahı şəklində təqdim etməmişlər. Bu da inzibati orqanın vergi ödəyicisi ilə münasibətində səmimi olmadığını sübut edir.
17. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, kameral vergi yoxlaması zamanı 2019-cu il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində göstərilmiş 43.687.402,97 manat məbləğin gəlirdən çıxılan xərclərin 2.809.739,29 manat məbləğində olan hissəsi vergi orqanının uçot-baza məlumatları ilə təsdiqini tapmadığı müəyyən edilmişdir. Həmçinin mənfəət vergisi bəyannaməsinin 228.2-ci (Maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə hesablanmış təmir xərcləri) sətrindəki 384.679,63 manat məbləğin, əvvəlki ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.1.2-ci sətrinin (əsas vəsaitlərin maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 1.012.422,62 manat məbləğin Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulmuş 5 faiz təmir xərci normasına hasilindən yaranan 50.621,13 manat məbləğdən, həmçinin 228.3-cü (nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri) sətrindəki 456.683,84 manat məbləği, əvvəlki ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.1.3-cü sətrinin (əsas vəsaitlərin nəqliyyat vasitələri üzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 992.456,20 manat məbləğin Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulmuş 5 faiz təmir xərci normasına hasilindən yaranan 49.622,81 ma nat məbləğdən böyük olduğu müəyyən edilmişdir. Daha sonra vergi orqanı tərəfindən əldə edilmiş məlumatlar əsasında xx.xx.2021-ci il tarixli **********299200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən 1.209.386,88 manat əlavə vergi məbləği hesablanmışdır. Həmçinin araşdırma zamanı müəyyən olunmuşdur ki, kassa metodu ilə təqdim edilmiş 2020-ci il mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı olan xərc hissəsində göstərilmiş cəmi xərc məbləğləri (64.741.863,00 manat) ilə müqayisədə kommunal xərclər (+) Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclərin cəmi ilə müqayisədə cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal materialların məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin müvafiq sətrlərindəki göstəricilərin və baza üzrə təsdiqini tapan digər xərclərin cəmi 56.680.851,00 manat məbləği arasında 8.061.012,00 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********221800 və **********820700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq təsdiqedici sənədlər və ətraflı izahat məktubu tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşmalar barədə vergi ödəyicisi tə rəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il mənfəət vergisi bəyannaməsi üzrə 2.219.785,54 manat məbləğində zərər nəzərə alınmaqla, 1.168.245,29 manat əlavə vergi məbləği hesablanmış və vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********804200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.
18. Bundan əlavə, cavabdeh yazılı etirazında 2019-cu il üzrə mənfəət dövriyyəsinin artırılması ilə bağlı bildirmişdir ki, vergi ödəyicisində 2018-ci il yanvar və 2019-cu il sentyabr ƏDV dövriyyələri səyyar vergi yoxlaması ilə əhatə olunmuşdur. Səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2019-cu ilin 9 ayı ərzində 5.438.014,69 manat məbləğində 6.359,72 ton armatur və 1.112.778,0 manat məbləğində 1236,42 kubmetr dikt alınmışdır. Müəssisənin məlumatına əsasən alınan mallar həmin ay istehsala silinir və ayın sonuna qalıq qalmır. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi şəxslə tərtib edilmiş sertifikata əsasən 2019-cu ilin 9 ayı ərzində 3.302.867,46 manat məbləğində 2820,18 ton armatur və 564.390,97 manat məbləğində 595,4 kubmetr dikt alınmışdır. Əlavə alınmış 2.135.147,23 manat məbləğində 3.539,54 ton armatur və 548.387,03 manat məbləğində 641,02 kubmetr dikt üzrə hesablamalar aparılmışdır. Belə ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən qalan 2.135.147,23 manat məbləğində armatur üzrə 384.326,50 manat və 548.387,03 manat məbləğində dikt üzrə 98.709,67 manat ƏDV hesablanmışdır. Vergi ödəyicisi qeyd edilən hesablamalar ilə razılaşmış və həmin hesablama üzrə çıxarılan xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından şikayət etməmişdir. Qeyd edilən hesablamalar nəzərə alınmaqla vergi ödəyicisinin 2019cu il üzrə mənfəət dövriyyəsi artırılmışdır. Əlavə olaraq bildirilir ki, 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən xərc kimi nəzərə aldığı məbləğlər vergi uçotu baxımından təmir xərci kimi nəzərə almalı olduğu halda mal material kimi xərcə aid etdiyi məbləğlərdən, həmçinin sosial xarakterli xərclərin gəl irdən çıxılan xərclərə aid edilməsindən ibarət olmuşdur. Nəqliyyat vasitələrinə quraşdırılan və tez xarab olan hissələri (təkər, akkumulyator, yağ filteri, hava filteri və s.) əsas vəsait hesab olunmur. Nəqliyyat vasitələrinin yararsız və tez xarab olan bu hissələrinin alınmasına çəkilən xərclər, eləcə də, həmin hissələrin dəyişdirilməsi və texniki qulluğun göstərilməsi ilə bağlı xidmətlərin dəyəri təmir xərci olmaqla Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına uyğun olaraq norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir, normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna həmin nəqliyyat vasitələrinin qalıq dəyərinə artmasına aid edilir.
19. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Na zirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6578 nömrəli ekspert rəyində bildirilmişdir ki, 2019-cu il üzrə Filial tərəfindən təqdim olunmuş mənfəət vergisi bəyannaməsində cəmi xərclərin məbləği 43.687.402,97manat təşkil etmiş (o cümlədən elektron qaimə faktura və yük gömrük bəyannamələri üzrə malların, işlərin və xidmətlərin alınması 34.889.260,16 manat, digər xərclər (amortizasiya, təmir, əmək haqqı və s. 8.794.110,76 manat), illik mənfəəti 11.836.609,27 manat təşkil etmişdir. Buna uyğun olaraq da 2018-ci il üzrə səyyar vergi yoxlaması aktı ilə də təsdiq olunmuş 3.582.205,90 manat məbləğində 2018-ci ilin zərəri nəzərə alınmaqla 1.650.880,67 manat məbləğində mənfəət vergisi dövlət büdcəsinə hesablanılmışdır. 2020-ci il üzrə təqdim olunmuş mənfəət vergisi bəyannaməsi, elektron qaimə fakturalar, yük gömrük bəyannamələri və bank çıxarışlarına əsasən filialın il üzrə çəkilmiş xərclərinin məbləği 63.599.312,64 manat təşkil etmişdir. Xərclərin tərkibində elektron qaimə faktura və yük gömrük bəyannamələri üzrə malların, işlərin və xidmətlərin alınması 53.169.706,16 manat, digər xərclər - amortizasiya, təmir, əmək haqqı və s. 10.429.606,48 manat təşkil etmişdir. Filial tərəfindən ümumilikdə 2020-ci il üzrə 1.077.235,31 manat məbləğində zərər müəyyən olunmuşdur.
20. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7913/2021 nömrəli qərarı (hakim O.X.Həsənov) ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 nömrəli və xx.xx.2021-ci il tarixli **********910000 nömrəli qərarları ləğv edilmişdir.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi ödəyicisi mənfəət vergi bəyannaməsini hesablaşma metodu ilə təqdim etdiyi halda, vergi orqanı göstərilən qərarları qəbul etmək hüququna malik olardı. Kameral vergi yoxlamasını əhatə edən dövrlər üzrə mənfəət vergi bəyannaməsi kassa metodu ilə təqdim edildiyindən, həmçinin vergi bəyannaməsində gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi kassa metodunun tələblərinə uyğun olması ekspert rəyi ilə sübut olduğundan, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən hesablaşma metoduna aid olan xüsusların qəbul edilmiş qərarla münasibətdə tətbiq olunması əsassız olduğundan, mübahisələndirilən qərarlar qanunvericiliyin tələblərinə zidd olaraq qəbul edilmişdir. Bundan başqa, yoxlanılan dövr ərzində təmir xərcləri dərəcəsinin istifadə olunmamış hissəsi də mövcud olmamış, bu hal müvafiq ekspert rəyi ilə də sübut olunmuşdur.
22. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2-1(103)-1004/2022 nömrəli qərarı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və H.Ü.Həmidov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7913/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsin in hüquqi mövqeyi ilə razılaşmışdır.
25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1524/2022 nömrəli qərarı (hakimlər: İ.K.Hüseynov /məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2-1(103)1004/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
27. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi yalnız məhkəmə -mühasibatlıq ekspertizasının rəyinə istinad etməklə kifayətlənmiş, apellyasiya şikayətinin dəlillərinə hər hansı münasibət bildirməmişdir (İPM-in 87.8-ci maddəsinin üçüncü cümləsi). Bundan başqa, cavabdehin apellyasiya şikayətində göstərilən faktiki halları məhkəmənin icraat iştirakçıları ilə müzakirə etdiyinə dair işdə məlumat yoxdur (İPM-in 64.1, 68.2-ci maddələri). Belə bir məlumat apellyasiya instansiyası məhkəməsinin qərarında da göstərilməmiş, qərarda yalnız bir dəlilə (ekspert rəyinə) istinad edilmişdir.
28. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin (İPM-in 12.1, 58.7, 64.1, 68.2, 82-ci maddələri) tələbləri pozulmuşdur. Dinlənilmə hüququnun təmin edilməsi vəzifəsinin yerinə yetirilm əməsi isə İPM-in 92.0.3-cü maddəsinə əsasən, məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsasdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2-1(103)-1187/2023 nömrəli qərarı (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və Ş.A.Məmmədova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7913/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq aşağıdakıları göstərmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi “İnzibatı İcraat haqqında” Qanunun 61, Vergi Məcəlləsinin 37, 7 2.5 və 159.5-ci maddələrinə istinad edərək hesab etmişdir ki, inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən maddi hüquq normalarının pozulması ilə bərabər, eyni zamanda prosessual pozuntulara da yol verilmiş, qəbul etdiyi inzibati akt dəqiq və aydın şəkildə əsaslandırılmamış, 3 dəfə fərqli mövqe nümayiş etdirmiş, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə istinad edilməklə dövriyyə əsassız artırılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, filialın dövriyyəsi yalnız həmin armatur və dikt məhsullarının Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən (Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir) üçüncü şəxslərə satılmasının və bununla gəlir əldə edilməsinin sübut olunduğu halda artırıla bilərdi ki, nə səyyar vergi yoxlaması aktında, nə də kameral vergi hesablaması barədə qərarda belə bir halın baş verməsi sübut edilməmişdir.
32. Məhkəmə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 nömrəli qərarda 2019-cu il üzrə kassa metodu ilə təqdim olunmuş mənfəət vergisinin bəyannaməsində göstərilmiş 43.687.402,97 manat gəlirdən çıxılan xərclərin 2.809.739,29 manat məbləğində olan hissəsi vergi orqanının uçot baza məlumatları ilə təsdiqini tapmaması ilə bağlı bildirmişdir ki, kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən 2019-cu il üzrə filialın dövriyyəsi 55.519.980,19 manat tə şkil etmişdir. Filial tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli mənfəət vergisi bəyannaməsində 845.679,08 manat mənfəət vergisi büdcəyə hesablanılmışdır. xx.xx.2021-ci il tarixində dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilərək, səyyar vergi yoxlaması ilə təsdiq edilmiş əvvəlki illərdən qalan 3.582.205,9 manat zərər mənfəət vergisi bəyannaməsində əks etdirilməklə, 129.237,90 manat mənfəət vergisi büdcəyə hesablanılmışdır. Bundan sonra cavabdeh tərəfindən filiala yuxarıda qeyd olunmuş çoxsaylı kameral uyğunsuzluq məktubları göndərilmişdir. Filial tərəfindən son olaraq xx.xx.2021-ci il tarixi dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilərək, filialın 2019-cu il üçün 11.832.577,22 manat mənfəəti əks etdirilmiş, əvvəlki illərdən qalan 3.582.205,9 manat zərər mənfəət ve rgisi bəyannaməsində əks etdirilməklə, dövlət büdcəsinə 1.650.074,26 manat mənfəət vergisi hesablanılmışdır. Daha sonra cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********393300 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi barədə məktub göndərilmişdir. Qeyd olunan məktubda müxtəlif növ uyğunsuzluqlar əks etdirilsə də, gəlirdən çıxılan xərclərin 2.809.739,29 manat məbləğində olan hissəsi vergi orqanının uçot baza məlumatları ilə təsdiqini tapmaması ilə bağlı heç bir qeyd olmamışdır. Eyni zamandan sonuncu dəqiqləşdirilmiş bəyannamədən sonra da bu hissə ilə bağlı vergi ödəyicisinə kameral uyğunsuzluq məktubu göndərilməmişdir. Gəlirdən çıxılan xərclərin uçot məlumat bazası ilə təsdiqini tapmaması ilə bağlı yalnız bir dəfə **********228600 nömrəli, xx.xx.2021 -ci il tarixli məktub göndərilərək 13.390.786,63 manat məbləğində olan hissəsi vergi orqanının uçot-baza məlumatları ilə təsdiqini tapmadığı bildirilmişdir. Həmin məktubdan sonra filial tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində əks etdirilmiş məbləğ və hesablanmış kameral vergi məbləği (1.650.074,26 manat + 1.209.386,88 manat = 2.859.461,14 manat) uyğunsuzluq məktubunda qeyd edilmiş məbləğə münasibətdə hesablanmalı vergi məbləğindən (13.390.786,63 – 3.582.205,9 manat əvvəlki ilin zərəri = 9.808.580,7 manat xalis mənfəət * 20% = 1.961.716,14 manat) çox olmuşdur. Bu da vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə (Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, ver gi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir) və “İnzibati icraat haqqında” Qanunun 61.3-cü maddəsinə (İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır) ziddir.
33. Məhkəmə cavabdehin tərəflər arasında mübahisə yaradan 2.809.739,29 manat məbləğin cavabdeh tərəfindən bəzi avtomobil ehtiyat hissələrinin (təkər, akkumulyator, avtomobil yağı, yağ filtri və hava filtri) təmir xərclərinə aid edilərək amortizasiya qaydasında deyil, birbaşa xərclərə aid edilməməli olması mövqeyi ilə da razılaşmamışdır. Cavabdehin yanaşmasına görə həmin mallar təmir xərcləri şəklində əsas vəsa itlərin qalıq dəyərinin artırılmasına aid edilməklə, Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən illik 5% norma həddi daxilində xərclərə aid edilməli, normadan artıq hissə isə əsas vəsaitlərin qalıq dəyərinin artırılmasına yönəldilməli idi. Bu səbəbdən də həmin malların dəyəri xərclərdən çıxılmamışdır. Hesab edilmişdir ki, cavabdeh tərəfindən qeyd olunmuş dəlil əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən “Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər”dir. Eyni zamanda Vergi Məcəlləsinin 1 yanvar 2023-cü il tarixində qüvvəyə minmiş 115.6-1-ci maddəsinə əsasən “Təqvim ilinin sonuna bu maddə ilə müəyyən edilmiş qaydada hər bir kateqoriya üzrə kap itallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ gəlirdən çıxılır”. Məhkəmə araşdırmasına təqdim edilmiş elektron-qaimə faktura və yük gömrük bəyannamələrinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən xərclərə aid edilmiş təkər, akkumulyator, avtomobil yağı, yağ filtri, hava filtrlərinin və servis xərclərinin hər bir kateqoriya üzrə dəyəri 500 manatdan azdır bu malların istifadə müddəti xüsusiyyətlərindən və istifadə qaydalarından asılı olaraq 3-5 aydan çox ola bilməz. Ona görə də bu mallar əsas vəsaitlərə aid edilə bilməz. Eyni zamanda Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən həmin malların və xidmətlərin dəyəri 500 manatdan az olduğundan birbaşa gəlirdən çıxılmalıdır. Bununla da dəyəri 500 manatdan az olan təmir xərclərinə münasib ətdə qanunvericilikdə mövcud olan boşluq aradan qaldırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir”.
34. Həmçinin qeyd edilmişdir ki, elektron və kağız faylı şəklində təqdim edilmiş 2019-cu il üzrə elektron qaimə fakturaların siyahısına əsasən müəyyən olunmuşdur ki, filial tərəfindən il ərzində 1162 elektron-qaimə faktura əsasında 9170 adda, 106 ədəd yük gömrük bəyannaməsi əsasında isə 122 növdə müxtəlif mallar alınmışdır. Ekspert rəyinə istinadən bildirilmişdir ki, 2019-cu il ərzində filial tərəfindən 21.322.433,34 manat məbləğində texnika, nəqliyyat vasitəsi və ehtiyat hissələri əsas və saitlərin dəyərinin artırılmasına aid edilmiş və amortizasiya normalarına uyğun olaraq xərclərin tərkibinə aid edilmişdir. O cümlədən bildirilmişdir ki, 7.339.720,62 manat məbləğində dəyəri 500 manatdan və istifadə müddəti 1 ildən çox olan ehtiyat hissələri əsas vəsaitlərin qalıq dəyərinin artırılmasına aid edilmiş və Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya qaydasında xərclərin tərkibinə aid edilmişdir. Birbaşa xərclərə aid edilmiş 2.809.739,29 manat məbləğində bəzi avtomobil ehtiyat hissələrinin (təkər, akkumulyator, avtomobil yağı, yağ filtri və hava filtri) və servis xərclərinin dəyərinin 500 manatdan az olması və Vergi Məcəlləsinin 13.2.17 və 115.6-1-ci maddələrinə uyğun olaraq birbaşa xərclərə aid edilməsi müəyyən olunmuşdur. 35. 2020-ci ilin mənfəət vergisi bə yannaməsi ilə bağlı bildirilmişdir ki, cavabdeh tərəfindən **********221800 nömrəli, xx.xx.2021-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubla təqdim edilmiş bəyannamə üzrə “7.185.618,50 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin” müəyyən olunması bildirilərək dəqiqləşdirilmiş bəyannamə verilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən həmin 7.185.618,50 manat məbləğin haradan və necə müəyyən olunması ilə bağlı **********160200 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən isə məktuba cavab verilməyərək **********8207000 nömrəli xx.xx.2021-ci il tarixli yeni məktub göndərilərək “8.061.012,00 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin” müəyyən o lunması bildirilərək yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməsi tələb olunmuşdur. Filial tərəfindən **********841800 nömrəli xx.xx.2021-ci il tarixli məktubla qeyd olunan uyğunsuzluq məktublarına cavaba verilmiş, eyni zamanda excel fayl şəklində elektron qaimə faktura və yük gömrük bəyannamələrinin xərc maddələri üzrə açıqlaması verilmişdir. Lakin cavabdeh tərəfindən həmin gün xx.xx.2021-ci il **********804200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etməklə filiala 1.168.245,29 manat məbləğində vergi məbləği hesablamışdır. İddiaçı tərəfindən yenidən eyni gündə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, cavabdeh tərəfindən isə xx.xx.2021-ci il tarixli **********910000 saylı “Vergilərin, sosial sığorta və i şsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən həmin vergilər yenidən hesablanmışdır. Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli uyğunsuzluq məktubundan cəmi 2 iş günü sonra xx.xx.2021-ci il tarixli, **********804200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir.
36. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfi ndən inzibati qərar qəbul edilərkən maddi hüquq normalarının pozulması ilə bərabər prosessual hüquq normalarının da pozuntusuna yol verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli uyğunsuzluq məktubu ilə 7.185.618,50 manat, xx.xx.2021-ci il tarixli uyğunsuzluq məktubu ilə 8.061.012,00 manat sənədlərlə təsdiq edilməyən xərclərin olması bildirilmiş, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli kameral hesablama qərarları ilə isə 6.918.461,64 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin olması bildirilmişdir. Yuxarıda qeyd olunduğu kimi, Vergi Məcəlləsinin 37-ci və İnzibati İcraat haqqında qanunun 61-ci maddələrinin tələbləri pozulmuşdur.
37. Məhkəmə cavabdehin 6.918.461,64 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin 2019-cu il bəyannaməsində olduğu kim i avtomobil ehtiyat hissələrinin (təkər, akkumulyator, yağ, yağ filtri, hava filtri) və servis xərcləri olması və buna görə də həmin malların norma daxilində 5% olmaqla gəlirdən çıxılmaqla, qalıq məbləğin isə əsas vəsaitlərin dəyərinin artırılması mövqeyi ilə razılaşmamışdır. İddiaçı tərəfindən bildirilmişdir ki, filial dövlət əhəmiyyətli yol çəkilişi ilə məşğul olur, balansından 180-ə yaxın ağır tonnajlı nəqliyyat vasitələrinin olması və bunlardan yol çəkilişində istifadə edilir. Yük maşınları və texnikalar çətin relyef şəraitində işlədiyindən demək olar ki, ayda bir dəfə təkərləri dəyişdirilir, mütəmadi olaraq cari təmir işləri aparılır. Məhkəmə bildirmişdir ki, il ərzində bir neçə dəfə dəyişdirilən və dəyişdirildikdən sonra, istifadəyə yararsız olan mallar (təkər, yağ, yağ filtri, hav a filtri və s.) hər hansı texnika və nəqliyyat vasitəsinin dəyərini artıra bilməz. Digər tərəfdən Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən bu tipli malların əldə olunmasına çəkilmiş xərclər, dəyəri 500 manatdan az olduğundan birbaşa xərclərə aid edilir.
38. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, 5.159.928,86 manat dəyərində istifadə müddəti 1 ildən və dəyəri 500 manatdan çox olan ehtiyat hissələri əsas vəsaitlərin qalıq dəyərinin artırılmasına aid edilmişdir. Bununla məhkəmə filialın dövlət büdcəsinə vergiləri ödəməkdən yayınmaq niyyətinin olmaması qənaətinə gəlmişdir.
39. Cavabdeh tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 109.1-ci maddəsinə əsasən əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. Məhkəmə kollegiya hesab etmişdir ki, cavabdehin bu mövqeyi Vergi Məcəlləsinin 13.2.17-ci (Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər) və 115.6-1-ci maddələrinin (Təqvim ilinin sonuna bu maddə ilə müəyyən edilmiş qaydada hər bir kateqoriya üzrə kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ gəlirdən çıxılır) tələblərinə ziddir. Belə ki, cavabdeh tərəfindən xərclərə aid edilmiş avtomobil ehtiyat hissələrinin (təkər, akkumulyator, yağ filtri, hava filtri və s.) hər bir kateqoriya üzrə dəyərinin 500 manatdan çox olması və 1 ildən çox müddətə istifadə üçün nəzərdə tutulması sübut edilməmişdir.
40. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
41. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, məhkəmə kollegiyasının mübahisə predmeti hesab etdiyi xx.xx.2021-ci il tarixli qərar vergi orqanının xx.xx.2022-ci il tarixli **********805100 nömrəli qərarı ilə ləğv edilmişdir. Məhkəmə kollegiyası bu fakt üzrə araşdırma aparmamış, ləğv olunmuş məsuliyyət qərarının ləğv edilməsi qərarına gələrkən iddiaçının hüquqi marağını nəzərə almamışdır. 2020-ci il in mənfəət vergisi üzrə vergi orqanının xx.xx.2022-ci il tarixli **********805100 nömrəli qərarı qüvvədədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
42. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2-1(103)-1187/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
43. İddiaçı əlavə olaraq göstərmişdir ki, kassasiya şikayəti verildikdən sonra ona məlum olmuşdur ki, 2020-ci il üçün kameral vergi yoxlaması nəticəsində vergi məbləğinin hesablanması üçün qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********910000 nömrəli qərar cavabdeh vergi orqanı t ərəfindən ləğv edilərək yeni xx.xx.2022-ci il tarixli **********805100 nömrəli qərar (inzibati akt) qəbul edilmişdir. Həmin qərardan məlumatı olmadığı üçün təqdim edilməsini xahiş etmiş, eləcə də, bildirmişdir ki, xx.xx.2022-ci il tarixli **********805100 nömrəli qərar iş materiallarında olmadığından mübahisələndirilməsi mümkün deyil. TƏTBİQ EDİLƏN HÜQUQ
44. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir.... 3.8. Heç bir şəxsin üzəri nə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.... Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.17. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər.... Maddə
36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi... 36.2. Vergi yoxlamaları keçirild ikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.... Maddə
37. Kameral vergi yoxlaması... 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xar ici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəs ində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir... Maddə
104. Vergitutma obyekti 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən baş qa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.... Maddə
114. Amortizasiya ayırmaları və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər... 114.3. Amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir: 114.3.1. torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular - 7 faizədək; 114.3.2. maşınlar və avadanlıq – 20%-dək; 114.3.2-1. yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 faizədək; 114.3.3. nəqliyyat vasitələri - 25 faizədək;... 114.8. İlin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çı xılır.... Maddə
115. Təmirlə bağlı xərclərin gəlirdən çıxılması... 115.6-1. İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur. Təqvim ilinin sonuna bu maddə ilə müəyyən edilmiş qaydada hər bir kateqoriya üzrə kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ gəlirdən çıxılır.... Maddə
131. Kassa metodu ilə gəlirin və xərcin uçotu prinsipləri Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Maddə
132. Kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı 132.1. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır.... Maddə
159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.... 159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.... 45. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
24. İşin hallarının obyektiv araşdırı lması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.... Maddə
61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şək ildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.... Maddə
79. İnzibati şikayətə baxılması qaydası... 79.3. Şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır. 79.4. Şikayət instansiyasının şikayət üzrə qərarı həm iş də olan, həm də əlavə təqdim olunmuş sübutlara əsaslanmalıdır....
46. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”:
2. Əsas anlayışlar və açıqlamalar 2.1. Təmir məsrəfləri əsaslı təmir məsrəflərindən və cari təmir məsrəflərindən ibarətdir. 2.2. Əsaslı təmir məsrəfləri - əsas fondların istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissə lərinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir.... 2.6. Cari təmir məsrəfləri – əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tezköhnələn) hissələrinin və detallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflərdir....
47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə
13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xəta ların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək v əzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məh kəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
48. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
49. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq normaları düzgün tətbiq olunmuşdur.
51. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiy a instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
52. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Lakin kassasiya şikayətində qeyd edilmiş 2020-ci ilin mənfəət vergisi üzrə xx.xx.2021-ci il tarixli **********910000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın vergi orqanın tərəfindən ləğv edilməsi və dövr üzrə yeni xx.xx.2022-ci il tarixli **********805100 nömrəli “Vergil ərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın qəbul edilməsi ilə bağlı cavabdeh tərəfindən apellyasiya məhkəməsinə rəsmi məlumat verilməmiş və bu səbəbdən də apellyasiya məhkəməsində bu hissə ilə bağlı araşdırma aparılmamışdır.
53. İş materialları ilə 2019-cu ilin mənfəət vergisi ilə bağlı müəyyən olunur ki, filial tərəfindən ilk dəfə xx.xx.2020-ci il tarixində 2019-cu il üzrə cari mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, xx.xx.2020-ci ildə dəqiqləşdirilmiş bəyannamə verilmişdir. Həmin bəyannaməyə əsasən dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin məbləği 845.679,08 manat müəyyən olunmuş və vergi orqanı tərəfindən həmin bəyannamə qəbul edilmişdir. Sonradan xx.xx.2021-ci ildə filial tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək, sonuncu s əyyar vergi yoxlamasına əsasən müəyyən olunmuş zərər bəyannamədə əks etdirilmişdir. Bundan sonra cavabdeh tərəfindən **********228600 nömrəli, xx.xx.2021-ci il tarixli “2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” məktub göndərilərək 13.390.786,63 manat məbləğində olan xərclərin vergi orqanının uçot-baza məlumatları ilə təsdiqini tapmadığı, xx.xx.2021-ci il tarixli **********896600 nömrəli kameral yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilərək, təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 2019-cu il üzrə dövriyyənin 62.498.470,17 manat olmaqla 6.978.489,98 manat az əks etdirilməsi, xx.xx.2021-ci il tarixli **********126800 nömrəli, xx.xx.2021-ci il tarixli **********842200 nömrəli və xx.xx.2021- ci il tarixli **********393300 nömrəli kameral yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublarla isə 2019-cu ilin ƏDV bəyannamələrinə əsasən dövriyyənin 59.340.101,15 manat olması və 3.820.329,41 manat gəlirin dövriyyədən az göstərilməsi bildirilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və xx.xx.2021-ci il tarixdə vergi orqanından **********842200 nömrəli məktub daxil olmuşdur. Həmin məktubda xx.xx.2021-ci il tarixdə təqdim olunmuş mənfəət vergisi bəyannaməsində bir sıra kənarlaşmaların olması və həmin uyğunsuzluqlar nəzərə alınmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim olunması tələb olunmuşdur. Bu bildirişə əsasən xx.xx.2021-ci il tarixində dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilərək 1.650.074,26 manat dövlət büdcəsinə ödənilməli mənfəət bəyan olunmuşdur. Cavabdeh tərəfindən isə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamələri və izahat məktubları nəzərə alınmadan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir.
54. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli qərar qəbul edilən zaman Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuşdur.
55. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesa blanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.
56. Məhkəmə kollegiyası hesab edir ki, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə təqdim olunmuş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi Vergi Məcəlləsinin 37.2-1-ci maddəsində nəzərdə tutulan bildiriş əsasında təqdim edildiyindən cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlamasının keçirilməsi qanunla qadağan olunmuşdur. Belə ki, mübahisələndirilən qərar Vergi Məcəlləsinin 37.2-1-ci maddəsində nəzərdə tutulmuş bildiriş əsasında dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin kameral yoxlaması nəticəsində qəbul edilmişdir. Beləliklə cavabdeh tərəfindən qeyd olunan normanın tələbləri pozularaq kameral vergi yox laması keçirildiyindən yoxlama nəticəsində hesablanmış vergi məbləği əsassızdır. Eyni zamanda Vergi Məcəlləsinin 37.3-cü maddəsində qeyd olunur ki, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Əlavə məlumatın və ya izahatın tələb olunması məhz yoxlamanın başa çatdırılmasına xidmət edir. Lakin həmin Məcəllənin 37.2-1-ci maddəsində qeyd olunan “Kameral vergi yoxlaması başa çatdıqdan sonra” sözləri o mənada istifadə olunur ki, vergi orqanı kameral vergi yoxlamasını başa çatdırıb, lakin vergi ödəyicisindən tələb edir ki, dəqiqləşdirilmiş b əyannamə təqdim olunsun. Həmin tələb qarşılığında dəqiqləşdirilmiş bəyannamə təqdim olunursa, həmin bəyannamə bir daha kameral yoxlamaya məruz qala bilməz. Bəyannamə məlumatlarına görə vergi ödəyicisi məsuliyyət daşıyır.
57. Yuxarıda sadalanan normaların təhlili onu deməyə əsas verir ki, qanunvericiliyin məqsədi dəqiqləşdirilmiş vergi bəyannamələrinin və onların kameral yoxlanılmasının davamlı və sonsuzluğa qədər davam etməsinin qarşısını almaqdan ibarətdir və bu məqsədlə qeyd edilən halı nəzərə alaraq vergi orqanı tərəfindən verilmiş bildiriş əsasında vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edilirsə, kameral vergi yoxlamasının keçirilməsi qadağan olunur. İnzibati orqan bəyannamə məlumatları ilə razılaşmadığı halda kameral vergi yoxlaması keçirmədən, digər hüquq və səlahiyyətlərindən i stifadə edərək bəyannamə məlumatlarının həqiqiliyini ilkin sənədlərlə yoxlamalıdır. 58. 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlirin artırılması ilə bağlı məhkəmə kollegiyası bildiririr ki, 2019-cu ildə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinin müddəalarına əsasən ƏDV-yə cəlb olunan əməliyyatın vaxtı ilə kassa metodu ilə uçot aparan vergi ödəyicisinin il ərzində əldə etdiyi gəlir məbləğləri eynilik təşkil etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, 2019-cu ildə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinin müddəalarına əsasən təqdim olunmuş malın (işin və ya xidmətin) dəyəri ödənilmədiyi halda da ödənilməyən məbləğ ƏDV-yə cəlb olunur. Lakin kassa metodu ilə gəlir və xərclərin uçotu aparılan zaman təqdim olunmuş malın (işin və ya xidmətin) dəyəri ödənilmədiy i halda həmin məbləğ vergi ödəyicisinin gəliri hesab edilmir (maddə 132.1). Bu səbəbdən qeyd edilən əsaslarla əlavə vergi məbləğinin hesablanması qanunvericiliyə ziddir.
59. İş materiallarına əsasən müəyyən olunur ki, sonuncu səyyar vergi yoxlaması aktına əsasən Vergi Məcəlləsinin 159.5-ci maddəsinə istinad edilməklə filialın ƏDV dövriyyəsi 2.683.534,26 manat artırılmışdır. Lakin həmin məbləğin filialın kassasına və ya bank hesabına daxil olması, eyni zamanda üçüncü şəxslərə həmin məbləğdə mallar, iş və xidmətlər təqdim edilməsi sübut olunmamışdır.
60. İş materialları ilə müəyyən olunur ki, kameral uyğunsuzluq məktubları ilə kameral hesablama barədə qərarda qeyd edilmiş rəqəmlər uyğunluq təşkil etmir. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlav ə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir (VM-nin 37.2-1ci maddəsi). Həmin bildiriş və qərarda inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır (“İnzibati icraat haqqında” Qanunun 61.3-cü maddəsi). 61. 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə 43.687.402,97 manat gəlirdən çıxılan xərclərin 2.809.739,29 manat məbləğində olan hissəsi vergi orqanının uçot baza məlumatları ilə təsdiqini tapmaması ilə bağlı məhkəmə kollegiyası bildirməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının həmin xərclərin tərkibinin təqdim edilməsi ilə bağlı çoxsaylı sorğularına konkret cavab verilməmiş, ümumi şəkildə təmir xərclərinin nəzərə alınmaması bildirilmişdir. Bununla da, “İnzibatı icraat haqqında” Qanunun 24 və 61-ci maddələrinin tələbləri pozulmuşdur.
62. Eyni zamanda məhkəmə kollegiyası iş materiallarına əlavə olunmuş və vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı nəqliyyat vasitələrinin təmir xərci kimi təsnifləşdirilərək məhdudlaşdırılmış həddən artıq olan hissəsinin xərc kimi tanınmaması ilə bağlı hissəsi ilə razılaşmayaraq qeyd edir ki, nəqliyyat vasitələrinin istismarı zamanı mütəmadi olaraq dəyişdirilməsi zəruri olan təkər, sürtkü yağı, yağ filtri, hava filtri, akkumulyator batareyaları və s. bu kimi zəruri xərclər həmin nəqliyyat vasitələrinin təmir xərci kimi yox, istismar xərci kimi qəbul edilərək gəlirin əldə edilməsi ilə bağlı çəkilən x ərc olaraq nəzərə alınmalıdır.
63. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6578 saylı ekspert rəyi təqdim edilmişdir. Ekspert rəyində bildirilmişdir ki, 2019-cu il üzrə Filial tərəfindən təqdim olunmuş mənfəət vergisi bəyannaməsində cəmi xərclərin məbləği 43.687.402,97 manat təşkil etmiş (o cümlədən elektron qaimə faktura və yük gömrük bəyannamələri üzrə malların, işlərin və xidmətlərin alınması 34.889.260,16 manat, digər xərclər (amortizasiya, təmir, əmək haqqı və s. 8.794.110,76 manat), illik mənfəəti 11.836.609,27 manat təşkil etmişdir. Buna uyğun olaraq da 2018-ci il üzrə səyyar vergi yoxlaması aktı ilə də təsdiq olunmuş 3.582.205,90 manat məbləğində 2018-ci ilin zərəri nəzərə alınmaqla 1.650.880,67 manat məbləğində mən fəət vergisi dövlət büdcəsinə hesablanmışdır. 2020-ci il üzrə təqdim olunmuş mənfəət vergisi bəyannaməsi, elektron qaimə fakturalar, yük gömrük bəyannamələri və bank çıxarışlarına əsasən filialın il üzrə çəkilmiş xərclərinin məbləği 63.599.312,64 manat təşkil etmişdir. Xərclərin tərkibində elektron qaimə faktura və yük gömrük bəyannamələri üzrə malların, işlərin və xidmətlərin alınması 53.169.706,16 manat, digər xərclər -amortizasiya, təmir, əmək haqqı və s. 10.429.606,48 manat təşkil etmişdir. Filial tərəfindən ümumilikdə 2020-ci il üzrə 1.077.235,31 manat məbləğində zərər müəyyən olunmuşdur.
64. Məhkəmə kollegiyası ekspert rəyi ilə əlaqədar qeyd edir ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə eksp ertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması kimi başa düşülür. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi ekspert rəyi ilə bağlı dəlillər üzrə qeyd edir ki, cavabdeh ekspert rəyinin əsassız olmasına əsaslansa da, rəyin əsassızlığı ilə əlaqədar hər ha nsı sübutu məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edə bilməmişdir. 65. 2020-ci ilin mənfəət vergisi ilə bağlı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli kameral uyğunsuzluq barədə məktuba xx.xx.2021-ci il tarixində cavab verilmiş və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Cavabdeh tərəfindən həmin gün “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********804200 nömrəli qərar qəbul edilmişdir. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir (VM-nin 37.2-1ci maddəsi). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi orqanı xx.xx.2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixində ləğv edərək dövr üzrə yeni xx.xx.2021-ci il tarixli **********910000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. Həmin qərarlarla hesablanmış vergi məbləğləri eynilik təşkil etmişdir. Qeyd olunan qərar məhkəmə qaydasında mübahisələndirilmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qəbul edilmişdir.
66. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində təqdim edilmiş kassasiya şikayətində bildirilmişdir ki, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli qərar ləğv edilmiş və dövr üzrə yeni xx.xx.2022-ci il tarixli ******** **805100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir.
67. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli qərar qəbul edildikdən sonra iş üzrə məhkəmə icraatı aparılaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1524/2022 nömrəli qərarına əsasən iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsində icraat aparılaraq xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Lakin sonuncu qərar qəbul edildikdən sonra işə iki məhkəmə instansiyasında baxılmasına baxmayaraq, apellyasiya və kassasiya şikayətlərində cavabdeh tərəfindən yeni xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsi barədə məhkəməyə məlumat verilməmişdir.
68. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərar cavabdehin özü tərəfindən ləğv edildiyindən və işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin məhkəmə prosesi zamanı bu barədə məlumatı olmadığından iş üzrə yenidən məhkəmə araşdırması aparılmalıdır.
69. İnzibatı Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yar dım etməyə borcludur. 70. 2020-ci ilin mənfəət vergisi bəyannaməsi ilə bağlı həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6578 saylı ekspert rəyi mövcuddur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, dövr üzrə qəbul edilmiş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarlara əsasən hesablanmış vergilərin eyni məbləğ olub-olmaması və mənfəət vergisi bəyannaməsində əksini tapmış və elektron qaimə ilə rəsmiləşdirilməli olan xərclərin həcminin və digər halların yoxlanılması üçün yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir.
71. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2-1(103)-1187/2023 nömrəli qərarı qismən – 2020-ci ilin mənfəət vergisi üzrə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********910000 nömrəli qərarının ləğv edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
72. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2-1(103)-1187/2023 nömrəli qərarı 2019-cu ilin mənfəət vergisi üzrə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli, **********299200 nömrəli qərarının ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
73. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.
74. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan hazırkı halda şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
75. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2-1(103)-1187/2023 nömrəli qərarı qismən – 2020-ci ilin mənfəət vergisi üzrə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********910000 nömrəli qərarının ləğv edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 2-1(103)-1187/2023 nömrəli qərarı 2019-cu ilin mənfəət vergisi üzrə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli, **********299200 nömrəli qərarının ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.