Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1117/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "Vergilərin, s osial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3103/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********920800 saylı 27 dekabr 2023-cü il tarixli qərarına əsasən 2022-ci il mənfəət vergisi üzrə iddiaçıya 45.930,90 manat məbləğində vergi borcu hesablanmışdır.
2. Riskli vergi ödəyiciləri pəncərəsinə daxil edilmiş e-qaimə fakturalar barədə məlumatlara əsasən iddiaçının "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC ilə apardığı əməliyyatlar üzrə müvafiq olaraq xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli e-qaimə fakturalar üzrə əməliyyatlar riskli əməliyyatlar hesab edilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən əldə edilmiş Riskli vergi ödəyiciləri barədə məlumatlardan müəyyən edilir ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixli **********845400 nömrəli; "xxxx" MMC xx.xx.2023-cü il tarixli **********788400 nömrəli; "xxxx" MMC xx.xx.2023-cü il tarixli **********217000 nömrəli; "xxxx" MMC xx.xx.2023-cü il tarixli **********061000 nömrəli qərarla riskli vergi ödəyiciləri hesab edilmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia əriz əsi ilə sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 dekabr 2023-cü il tarixli **********920800 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “...“Mənfəət 2022” hesabat dövrü üzrə xx.xx.2023-cü il tarixli **********218600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və ver gi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərar və onlara təqdim edilmiş uyğunsuzluq məktubunda qeyd edilmişdir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 228005.8 manat tərəflərindən təqim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Cavabdehin uyğunsuzluq məktublarına tərəflərindən aşağıdakı kimi cavablar təqdim edilmişdir: Müəssisə 2022-ci il fəaliyyəti dövründə bir çox dövlət və özəl müəssisələrdən müqavilə, razılaşma protokolu, elektron qaimə əsasında xammal və hazır məhsullar almışdır. Məsələn, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə Grand Fax MMC (********** ), xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə "xxxx" MMC (**********) və xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə "xxxx" MMC (**********) ilə əməliyyat aparılmışdır. Adı çəkilən vergi ödəyiciləri müvafiq olaraq xx.xx.2023-cü il tarixli **********061000 saylı, xx.xx.2023-cü il tarixli **********788400 saylı və xx.xx.2023-cü il tarixli **********217000 saylı qərarlarla riskli vergi ödəyiciləri hesab edilmişdir. Müəssisə göstərilən riskli vergi ödəyicisi hesab edilən vergi ödəyiciləri ilə əməliyyat aparan zaman onların heç bir riskli vergi ödəyiciləri siyahısında olmadığını müəyyənləşdirmişdir. Tərəflərindən ƏDV bəyannaməsi, mənfəət vergisi bəyannaməsi vaxtlı vaxtında verilmişdir. Bu günədək müəssisə ƏDV ödəyicisi olaraq fəaliyyəti dövründə dövlət büdcəsinə 85.000,0 AZN ətrafında və sait köçürmüşdür. Heç bir ƏDV yayınması olmamışdır. Həmçinin, müəssisə tərəfindən mənfəət vergisi vaxtlı vaxtında ödənilmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə vergi orqanı tərəfindən müəssisənin külli miqdarda mənfəət vergisi üzrə borcu olması haqqında məktub daxil olmuş, qeyd edilmişdir ki, tərəflərindən 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsi 2023-cü ilin mart ayının sonunadək təqdim edilmiş, vergi bəyannaməsi vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində kameral vergi yoxlamasının keçirilməsi Vergi Məcəlləsinin 37ci maddəsində qeyd edilmişdir. Vergi orqanı tərəfindən bu kimi hallar nəzərə alınmadan kameral vergi yoxlamasının keçirilməsindən uzun bir müddət ötməsinə baxmayaraq əsassız və qanunsuz olaraq kameral vergi yoxlaması həyata keçirilmiş və heç bir məntiqə sığm ayan qərar qəbul edilmişdir. Bir daha qeyd edilir ki, tərəflərindən verilmiş şikayət ərizələrində müəssisənin göstərilən riskli vergi ödəyicisi hesab edilən vergi ödəyiciləri ilə əməliyyat aparan zaman onların heç bir riskli vergi ödəyiciləri siyahısında olmadığını müəyyənləşdirmişdir. ƏDV və mənfəət vergisi bəyannaməsi vaxtlı vaxtında verilməsinə baxmayaraq vergi orqanı tərəfindən bu kimi hallar nəzərə alınmamış, vergi orqanı məktublarına məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmiş, lakin müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edi lmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır...”
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2658/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 27 dekabr 2023-cü il tarixli **********920800 nömrəli qərarı ləğv edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarş ılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC barəsində riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə m üvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı MMC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla İddiaçı MMC-nin üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3103/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, A.Oruczadə və G.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiy a instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq, eyni zamanda öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini ümumiyyətlə yerinə yetirməmiş, yalnız iddiaçının iddia ərizəsində qeyd etdiyi məqamları əsas götürməklə qərarın qəbul edilməsi ilə kifayətlənmişdir.
13. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçı ilə əməliyyat apardığı riskli vergi ödəyic iləri arasında baş vermiş əməliyyatları subyektiv əsaslarla qiymətləndirməli deyildi. Belə ki, məhkəməyə həmin şəxslərin məhkəmə icraatına cəlb edilməsi barədə vəsatət təqdim edilsə də, təmin edilməmişdir.
14. Apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə araşdırılmadığından ilkin olaraq iddianın təmin edilmə əsasları olduğu kimi qəbul edilmişdir.
15. Qeyd edilən hal üzrə iddiaçı və digər müəssisə arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərar qəbul edilmişdir.
16. Həmçinin, iddiaçı tərəfindən yuxarıda qeyd edilən uyğunsuzluq məktublarına münasibət bildirilməmiş və vergi orqanı tərəfindən riskli hesab edilən əməliyyatların həqiqətdə həyata keçirildiyini n sübutlarını iddiaçı inzibati icraata təqdim etməmişdir. Habelə məhkəmə tərəfindən iddiaçıdan bu əməliyyatların həqiqətdə baş verməsi ilə bağlı sübutlar tələb olunmamışdır.
17. Eyni zamanda qeyd edirik ki, mübahisələndirilən xx.xx.2023-ci il tarixli **********920800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərar xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-380940/2024 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərar ilə ləğv edilmişdir.
18. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində qərarın ləğv edilməsini və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikay ət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bi r qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyiş dirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHK ƏMƏSİNİN MÖVQEYİ
22. Məlum olduğu kimi, İddiaçı MMC məhkəməyə mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinnin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 dekabr 2023-cü il tarixli **********920800 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən, xx.xx.2024-cü il tarixli, 2-1(103)-3103/2024 saylı qərarında göstərmişdir ki, “Beləliklə də iddiaçı tərəfindən vergi qanunvericiliyinin tələblərini pozan hüquqa zidd təqsirli hərəkətlərə y ol verildiyi müəyyən olunmur, əksinə, vergi orqanının özü tərəfindən vergi qanunvericiliyin tələblərinin pozulduğu, o cümlədən, Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinin tələbinə müvafiq həm də vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borclu olduğu halda, üzərinə düşən bu öhdəliyini yerinə yetirmədiyi müəyyən olunur. Belə olan halda, iddiaçı tərəfindən mübahisəli əməliyyatlara görə vergi qanunvericiliyinin tələblərinin pozulmasında təqsirli hesab oluna bilməz. Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinin tələbinə görə vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmaması; 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmamasına görə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cə lb edilməsini istisna edir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçının üzərinə 2022-cü ilin hesabat dövrü üçün mənfəət vergisi hesablanmasının qanunsuz olduğu sübuta yetirilir.”
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı inzibati mübahisə üzrə sözügedən nəticəyə gəlinərkən müəyyən edilmişdir ki, cavabdehin iş materiallarına əlavə edilmiş kameral yoxlamanın nəticələri üzrə qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 27 dekabr 2023-cü il tarixli **********920800 nömrəli qərarına əsasən, həmin qərarla iddiaçıya əlaqəli məlumatlara əsasən 2022-ci ilin hesabat dövrü üzrə 45.080,44 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır.
25. Həmçinin apellyasiya məhkəməsi tərəfindən m üəyyən edilmişdir ki, mübahisə predmeti olan qərarın qəbulu iddiaçının mübahisələndirilən dövrdə apardığı əməliyyatları ehtiva edən sənədlər (eqaimələr və s.) cavabdeh vergi orqanı tərəfindən riskli vergi ödəyicisi hesab edilən vergi ödəyiciləri ilə aparıldığından, xərc sənədləri kimi qəbul olunmaması və həmin əməliyyatların əmtəəsiz əməliyyatlar kimi qiymətləndirilməsindən irəli gəlmişdir.
26. Belə ki, iş materialları üzrə riskli vergi ödəyiciləri pəncərəsinə daxil edilmiş eqaimə fakturalar barədə məlumatlara əsasən iddiaçının "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC ilə apardığı əməliyyatlar üzrə müvafiq olaraq, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli e-qaimə fakturalar üzrə əməliyyatlar riskli əməliyyatlar hesab edilərək, "xxxx" MMC x x.xx.2022-ci il tarixli **********845400 nömrəli; "xxxx" MMC xx.xx.2023-cü il tarixli **********788400 nömrəli; "xxxx" MMC xx.xx.2023-cü il tarixli **********217000 nömrəli, "xxxx" MMC xx.xx.2023-cü il tarixli **********061000 nömrəli qərarla riskli vergi ödəyiciləri hesab edilmişlər.
27. Lakin xx.xx.2024-cü il tarixdə cavabdeh vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 3-21-2-3/2-380940/2024 saylı yeni qərar qəbul etmiş və özünün hazırkı iş üzrə mübahisə predmeti olan qərarını ləğv edərək, vergi və sığorta haqqı üzrə borc məbləğini 7.735,92 manat olaraq göstərmişdir.
28. Qeyd edilməlidir ki, həmin qərar apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından sonra qəbul edilmişdir.
29. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iş, iddiaçıya İPM-in 13-cü maddəsinə görə yardım edilməsi üçün, yəni iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirmək istəyində olduğu halda, təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməməlidir, belə ki, hazırkı işdə mübahisələndirilən qərar cavabdehin özü tərəfindən ləğv edilmişdir.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3103/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətdir. Ali Məhkəmənin İnzibati Kollegiyasın ın 5 iyun 2025-ci il tarixli, 2-1(102)-1117/2025 nömrəli iş üzrə hakim Zakir Quliyevin Xüsusi rəyi Məlum olduğu kimi, İddiaçı MMC məhkəməyə mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinnin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 dekabr 2023-cü il tarixli **********920800 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2658/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı ş əhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 27 dekabr 2023-cü il tarixli **********920800 nömrəli qərarı ləğv edilmiş, həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)3103/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyun 2025-ci il tarixli, 2-1(102)-1117/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3103/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qəra rı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qeyd edilən həmin qərarla razı deyiləm və aşağıda göstərilən səbəblərdən xüsusi rəydə qalıram. Belə ki, hesab edirəm ki, cavabdeh inzibati orqan özünün xx.xx.2024-cü il tarixli, 3-21-23/2-380940/2024 saylı qərarı ilə hazırkı işdə mübahisə predmeti olan **********920800 saylı, 27 dekabr 2023-cü il tarixli qərarını ləğv etmiş və 2022-ci ilə dair iddiaçının vergi və ya sığorta haqqı üzrə borcunu 7.735,92 manat olaraq göstərmişdir. Beləliklə, mübahisə predmeti olmuş cavabdehin xx.xx.2023-cü il tarixli, **********920800 saylı qərarı artıq mövcud deyildir, yəni mübahisə predmeti olmuş inzibati akt yoxdur, cavabdehin özü tərəfindən ləğv edilərək, aradan qaldırılmışdır. Belə olan halda hesab edirəm ki, hazırkı iş üzrə icra ata xitam verilməlidir. Eyni zamanda hesab edirəm ki, iddiaçı istədiyi halda cavabdehin qəbul etdiyi xx.xx.2024cü il tarixli qərarını məhkəməyə yeni iddia ərizəsi verməklə həmin qərarı mübahisələndirmək hüququndan istifadə etməyə haqlıdır. Bu səbəbdən hesab edirəm ki, apellyasiya məhkəməsinin 2-1(103)-3103/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi maddi və prosessual hüquq normaları baxımından məqsədə müvafiq deyildir.