Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1118/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: operativ vergi yoxlaması; topdan və ya pərakəndə satış; malların təqdimedilmə vaxtı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova X1 Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edi lməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2-1(103)-2347/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2022-ci il tarixli **********1539 nömrəli “X2nin həyata keçirilməsi haqqında” Qərarına əsasən, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1 ünvanında yerləşən mağazasında keçirilmiş X2 tədbiri zamanı onun elektron qaimə əsasında aldığı 2.678.217,60 manat məbləğində malların elektron qaimə təqdim etmədən 10 faiz ticarət əlavəsi tətbiq edilməklə 2.803.038,30 manat məbləğində olan hissəsini topdan satdığı müəyyən edilmişdir. 2. 12.08.2022-ci il tarixli ***** *****4095 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq iddiaçıya 280.303,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiyası məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 avqust 2022-ci il tarixli **********74095 saylı qərarının ləğv olunmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs olmaqla, vergi ödəyicisi kimi qeydiyyatdadır və xırda sahibkarlıqla məşğul olur. Fəaliyyət göstərdiyi müddətdə, fərdi sahibkar kimi üzərinə götürdüyü bütün öhdəlikləri vaxtı -vaxtında icra etmiş, vergiləri vaxtı-vaxtında ödəməklə nümunəvi sahibkar olmuşdur. Cavabdeh tərəfindən iddiaçının fəaliyyət göstərdiyi ünvan 2 ünvanında keçirilmiş X2nin nəticələri haqqında xx.xx.2022-ci il tarixli, 003667 nömrəli akta əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********4095 nömrəli qərar qəbul edilərək, Azərbaycan Respublikası VM-nin 58.13-cü maddəsi ilə iddiaçı 280303,94 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı hesab etmişdir ki, iddiaçı elektron qaimə ilə 2678217,60 manat məbləğində mal alıb 10 faiz ticarət əlavəsi tətbiq edərək, 2803039,36 manat dəyərində topdansatış həyata keçirmişdir. Halbuki, onun fəaliyyəti xırda sahibkarlıqdan ibarət olmuş, heç vaxt topdansatış həyata keçirməmişdir. İddia ərizəsinə əlavə edilən bank çıxarışları da xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il dövrədək olan ticarət dövriyyəsini tam təsdiq edir. Heç bir fakt siqaret köşkünün topdansatış fəaliyyəti ilə məşğul olmasına əsas vermir. Bunun üçün hər hansı nəzarət tədbiri nəticəsində faktlar aşkarlanmamış, topdan satışın həyata keçirildiyi barədə xəbərdarlıq, mənbəyi bəlli olan məlumat və heç bir əlavə uyğun tədbirlər görülməmişdir. Sahibkarın həmin tütün məhsullarını pərakəndə qeyri-sahibkarlara satmaq hüququ məhdud deyil. Bundan başqa, elektron qaimə üzrə malların hamısı heç də iddiaçıya təqdim edilməmişdir.
5. Cavabdeh iddia tələbinə yazılı etirazında işin hallarına istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının ərizəsində qeyd etdiklərin in əksinə, iddiaçı xx.xx.2022-ci il tarixli etirafedici izahatında ünvan 1 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, obyektin vergi orqanında qeydiyyatda olmaması səbəbinin obyektin mülkiyyət sənədinin olmaması ilə bağlı olduğunu, qısa müddətdə obyektin qeydiyyata alınması üçün müraciət edəcəyini, həmin obyektdə tütün, su və sərinləşdirlci içkilərin satışını həyata keçirdiyini, qeyd olunan malları "xxxx" QSC, "xxxx" QSC, "xxxx" QSC, “X3 LTD” MMC, "xxxx" MMC, "xxxx" MMC-dən elektron-qaimə faktura əsasında aldığını bildirmişdir. Eyni zamanda, iddiaçı 2021-ci ildə elektron-qaimə faktura əsasında 1.335.238 manat, 2022-ci ildə 1.384.981 manat dəyərində mal aldığını, iki il ərzində 2.678.217,60 manat dəyərində olan malları 10 faiz ticarət əlavəsi tətbiq etməklə satdığını, qeyd olun an məbləğin 130.000 manatını vətəndaşlara satdığını, yoxlama ilə aşkar edilmiş sənədsiz malları tanımadığı müxtəlif şəxslərdən nağd qaydada aldığını qeyd etmişdir. Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfaktura mallar göndərilən (verilən) vaxt verilir. Yəni, ödənişin olub-olmamasından asılı olmayaraq, elektron qaimə-faktura mallar göndərilən vaxt təqdim olunur. Beləliklə, X2 tədbiri zamanı iddiaçının xx.xx.2022-ci il tarixli izahatına əsasən, 2021-2022-ci il ərzində elektron qaimə-faktura əsasında aldığı 2.678.217,60 manat dəyərində malın 130.000 manat dəyərində olan hissəsini 10% ticarət əlavəsi tətbiq edilməklə pərakəndə qaydada satdığını, qalan hissəsini isə 10% ticarət əlavəsi tətbiq edilməklə 2.803.039,36 manat dəyərində topdan satdığı aşkar olunmuş, 42.001,30 manat dəyərində malın obyektdə olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, X2 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: T.R.Məlikov) 13 fevral 2024-cü il tarixli, 21(112)-422/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 avqust 2022-ci il tarixli, **********74095 saylı qərarı ləğv edilmişdir.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus ticarət köşkündə keçirilən X2 tədbiri ilə alınmış mallar, ümumilikdə 2678217,60 manat məbləğində elektron qai mə-faktura verilmədən təqdim edilmiş kimi qiymətləndirilərək 280303,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh 2021-2022ci illər ərzində 2803039,36 manat dəyərində malın iddiaçı tərəfindən topdan satıldığını təsdiqedici sənədlərlə sübuta yetirə bilməmişdir. Qeyd olunan məbləğin hansı qaydada formalaşması isə iş materiallarında olan sənədlərlə sübuta yetirilmir. Lakin cavabdeh öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı topdansatış fəaliyyəti ilə məşğul olduğu üçün VM-nin 16.1.3-cü maddəsinə əsasən, malların satışını Vergi Məcəlləsi ilə müəyyən edilmiş sənədlər əsasında həyata keçirməlidir. Bu səbəbdən də iddiaçının həmin hissədə apardığı ticarət, vergi ödəyicisinin elektron qaimə-faktura təqdim etmədən malların topdansatış qaydasında təqdim edilməsi kimi qiymətlə ndirilmişdir. Bir halda ki, cavabdeh iddiaçının topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edir, bununla bağlı konkret təsdiqedici sənədlərə istinad etməlidir. Yəni, cavabdeh iddiaçı tərəfindən malların pərakəndə satışı zamanı malların alıcılarının vergi ödəyiciləri olduğunu hesab edirsə, bununla bağlı sübutları məhkəməyə təqdim etməli idi. Çünki qanunvericilikdə hansı həcmdə və məbləğdə aparılan satış əməliyyatlarının topdansatış, hansının isə pərakəndə satış hesab olunması həddi müəyyən edilmədiyi üçün məhkəmə yalnız qeyd olunan halı təsdiq edən sənədlər əsasında fəaliyyətin xarakterini müəyyən edə bilər. Nəzərə alınmalıdır ki, pərakəndə ticarət qaydasında malların satışını həyata keçirərkən iddiaçı həmin fəaliyyət üzrə malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzi fəsi daşımamış və hər hansı alıcının sahibkar olaraq elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi, iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də, etirazının əsasını sübut edən dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri tərəfindən iddiaçıdan elektron qaimə-faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron qaimə-faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciətlərin daxil olmasına dair məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin istinad etdiyi yeganə dəlil iddiaçının yoxlama zamanı vergi orqanına verdiyi izah atdan ibarətdir. Lakin qeyd olunan izahatda iddiaçı 130.000 manat dəyərində malı vətəndaşlara satdığını qeyd etsə də, malın qalan hissəsinin hansı qaydada, yəni topdan, yaxud pərakəndə qaydada satıldığı dəqiqləşdirilməmişdir. Başqa sözlə, vergi orqanı malın 130.000 manat dəyərində hissəsinin pərakəndə qaydada satılmasını müəyyən edərək, bununla işini bitmiş hesab etmiş, qalan hissəsinin topdan satıldığı qənaətinə gəlmişdir. Bundan başqa, məhkəmə iclaslarında verdiyi izahatlarda iddiaçı heç vaxt topdansatış həyata keçirmədiyini bildirmiş, vergi orqanı tərəfindən də bunun əksini sübut edən hər hansı dəlil təqdim olunmamışdır. Belə olan halda, vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsini şərtləndirən faktiki halların mövcudluğunu sübut edə bilməmiş, daha çox ehtimallar əsasında iddiaçı üçün əlverişsiz nəticələr yaradan inzibati akt qəbul etmişdir. İddiaçının vergi orqanına verdiyi izahat etiraf kimi qəbul edilsə belə, bu hal məsələni cavabdeh vergi orqanının xeyrinə dəyişmir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.2-ci bəndinə əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Göründüyü kimi, xx.xx.2017-ci il tarixdə təsdiq olunmuş Qaydalar bir təsərrüfat subyektində malların topdansatış və pərakəndə ticarət qaydasında satıl masını istisna etmir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2-1(103)-2347/2024 nömrəli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və E.Ə.Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-422/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, X2nin həyata keçirildiyi müddət xx.xx.2022-ci il tarixdə n xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə etsə də, cavabdeh vergi orqanı faktiki olaraq X2 ilə əhatə olunmayan keçmiş dövr üzrə (2021-2022-ci il tarixlərdə olan) həyata keçirilmiş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Cavabdehin belə davranışı X2nin mahiyyətinə və xarakterinə uyğun deyil. Nəzərə alınmalıdır ki, vergi qanunvericiliyi vergi orqanına keçmiş dövrün yoxlanılması ilə bağlı digər alternativ imkanlar nəzərdə tutur (növbəti və ya növbədən kənar səyyar vergi yoxlaması, kameral vergi yoxlaması). X2 isə sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində sadalanan tələblərə cari vəziyyətdə riayət olunmasının müəyyən edilməsi məqsədlərinə xidmət edir. Eyni zamanda, Vergi Məcəlləsində operativ vergi yoxlamasının keçmiş dövr üzrə aparılması imkan ını nəzərdə tutan hər hansı norma da nəzərdə tutulmamışdır. Belə ki, VM-nin 50.3-cü maddəsində təsbit edilmişdir ki, X2nin keçirilməsinə dair qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, X2 ilə əhatə olunmalı olan məsələlər, X2nin müddəti və X2ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi göstərilməlidir. Göründüyü kimi, qanunverici X2 zamanı yoxlama müddətlərindən əvvəlki dövrə aid əməliyyatlar üzrə məsuliyyət tədbirlərinin görülməsi imkanını təsbit etməmişdir. Lakin iş üzrə materiallardan görünür ki, maliyyə sanksiyası yalnız nəzarət tədbiri anında baş tutan deyil, operativ vergi yoxlamasının keçirilməsindən öncə baş tutan əməliyyatlara görə tətbiq edilmişdir. Bu hal isə X2nin mahiyyətinə ziddir. Digər tərəfdən, operativ vergi yoxlamasının cari fəaliyyətin qiymətləndirilməsi ilə məh dudlaşdırılması vergi orqanının hüquqlarını pozmur. Belə ki, vergi orqanı səyyar və kameral yoxlamanı keçirməklə qeyd edilən məsələlərə iddiaçı tərəfindən riayət edilməsini keçmiş dövr üçün yoxlamaq imkanından da məhrum olmur.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində işin hallarına və iddia tələbinə etirazdakı dəlillərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli etirafedici izahatında ünvan 1 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, obyektin vergi orqanında qeydiyyatda olmaması səbəbinin mülkiyyət sə nədinin olmaması ilə bağlı olduğunu, qısa müddətdə obyektin qeydiyyata alınması üçün müraciət edəcəyini, həmin obyektdə tütün, su və sərinləşdirici içkilərin satışını həyata keçirdiyini, qeyd olunan malları "xxxx" QSC, "xxxx" QSC, "xxxx" QSC, “X3 LTD” MMC, "xxxx" MMC, "xxxx" MMC-dən elektron-qaimə faktura əsasında aldığını bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, 2021-ci ildə elektron-qaimə faktura əsasında 1.335.238 manat (bir milyon üç yüz otuz beş min iki yüz otuz səkkiz), 2022-ci ildə 1.384.981 manat (bir milyon üç yüz səksən dörd min doqquz yüz səksən bir) dəyərində mal almışdır. İki il ərzində 2.678.217,60 manat dəyərində olan malları 10 faiz ticarət əlavəsi tətbiq etməklə satdığını, qeyd olunan məbləğin 130.000 manatını vətəndaşlara satdığını qeyd etmişdir. Nəzarət tədbiri ilə a şkar edilmiş sənədsiz malların onun tərəfindən tanımadığı müxtəlif şəxslərdən nağd qaydada aldığını bildirmişdir. İddiaçının izahatından da görünür ki, yalnız 130000 manat dəyərində mallar vətəndaşa təqdim edilmişdir. Yəni, qalan mallar topdansatış qaydasında təqdim edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən təsərrüfat obyektində qeydiyyatda olan nəzarət kassa aparatı olmamışdır. Hansı ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qo şulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək kimi vəzifəsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, X2 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə
58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə i lə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmi n qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən - apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdıdr. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
18. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının sahibkarlıq subyektində aparılan operativ yoxlama zamanı onun elektron qaimə əsasında aldığı 2.678.217,60 manat məbləğində malların elektron qaimə təqdim etmədən 10 faiz ticarət əlavəsi tətbiq edilməklə 2.803.038,30 manat məbləğində olan hissəsini topdan satdığı müəyyən edilmiş və nəticədə, mübahisələndirilən qərarla 280.303,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
19. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi qərarın qanuniliyinə qiymət verilməsi üçün aşağıdakılar müəyyən edilməlidir: - iddiaçı tərəfindən 2.678.217,60 manat məbləğində malların təqdim edilibedilməməsi; mallar ın pərakəndə, yaxud topdan təqdim edilməsi; malların nə vaxt təqdim edilməsi.
20. Qeyd edilməlidir ki, iddiaçının adına malların ona satıldığına dair satıcı şirkət tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar var. İddiaçı həmin malların bir qismini faktiki almadığını, elektron qaimədəki məlumatların mötəbərliyini mübahisələndirsə də, qeyd edilməlidir ki, bu qədər müddət keçməsinə baxmayaraq, iddiaçı tərəfindən elektron qaimə-fakturaların ləğvi istiqamətində hər hansı addım atılmamışdır, başqa sözlə, elektron qiamə-fakturalar qüvvədədir və iddiaçının faktiki olaraq həmin mallara görə bank hesabından ödəniş həyata keçirməməsi malların təqdim edilməsini istisna etmir (belə ki, mallara görə nağd və ya başqa formada da ödəniş həyata keçirilə bilər). Bundan əlavə, satıcı şirkət tərəfində n də elektron qiamə-fakturalar ləğv edilməmişdir. Həmçinin, iddiaçı ilə satıcı arasında da malların təqdim edilməsindən irəli gələn hər hansı mübahisə olması müəyyən edilmir. Odur ki, iddiaçının faktiki olaraq malları almaması ilə bağlı dəlilləri iş üzrə mötəbər sübutlarla təkzib olunur.
21. Malların pərakəndə, yaxud topdan satılması ilə bağlı məsələyə gəldikdə isə qeyd olunmalıdır ki, mallar hər hansı formada rəsmiləşdirilməmişdir (elektron qaimə və ya nəzarət kassa aparatı vasitəsi ilə). Odur ki, malların satışına dair sənədlərdən, malların təqdim edilməsi formasının müəyyən edilməsi qeyri-mümkün görünür. Bununla yanaşı, iddiaçının izahatında onun tərəfindən malların topdan satışının həyata keçirildiyi bildirilir. Belə olan halda, iddiaçının pərakəndə satışla deyil, topdan satışla məşğul olmasının sübut edilməsini cavabdehdən tələb etmək, vergi orqanının üzərinə həddən artıq ağır sübutetmə yükü qoymuş olar.
22. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, yoxlamanın aparıldığı dövrdə qüvvədə olan Vergi Məcəlləsinin müddəalarına əsasən, Vergi Məcəlləsində operativ vergi yoxlamasının keçmiş dövr üzrə aparılması imkanı nəzərdə tutulmamışdır. Belə ki, qanunverici X2 zamanı yoxlama müddətlərindən əvvəlki dövrə aid əməliyyatlar üzrə məsuliyyət tədbirlərinin görülməsi imkanını təsbit etməmişdir. Lakin iş üzrə materiallardan görünür ki, maliyyə sanksiyası yalnız nəzarət tədbiri anında baş tutan deyil, operativ vergi yoxlamasının keçirilməsindən öncə baş tutan əməliyyatlara görə tətbiq edilmişdir.
23. Məhkəmə kollegiyası, apellyasiya instansiya sı məhkəməsinin əks etdirdiyi hüquqi mövqeni oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə uyğun hesab etsə də, bildirir ki, bu mövqe o halda haqlı hesab oluna bilərdi ki, hazırkı işdə iddiaçı tərəfindən malların operativ vergi yoxlamasının əhatə etdiyi dövrdən əvvəl satıldığı sübuta yetirilmiş olsun.
24. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı cavabdeh tərəfindən elektron qaiməfaktura əsasında təqdim edilməyən malların topdan və ya pərakəndə satıldığını, habelə həmin mallara dair elektron qaimə-fakturanın təqdim edildiyini və ya NKA-dan çek vurulduğunu təsdiq edəcək sənədlərini nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim etməmiş və iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması, məhz X2nin keçirilməsi zamanı müəyyən edilmişdir.
25. Odur ki, hazırda qiymət verilməli olan məsələ (İPM-in 12.1-ci maddəsinə əsasən) iddiaçı tərəfindən operativ vergi yoxlaması zamanı aşkar edilməyən və satıldığı iddia olunan malların nə vaxt təqdim olunduğunun müəyyən edilməsidir. Belə ki, iddiaçıya münasibətdə qəbul edilmiş qərarın qanuniliyinə hüquqi qiymət verilməsi üçün həmin malların təqdim edilmə tarixinin müəyyən edilməsi zəruridir.
26. Odur ki, məhkəmə kollegiyası İPM-in 12.1-ci, 58.7-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməlidir.
27. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının mal alışından sonra onun hesabına daxil olan məbləğlərin daxil olma tarixini, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş mallara görə bəyannamə verilib-veril mədiyi, verildiyi halda, hansı məbləğin bəyan olunduğunu müəyyən etməklə, iddiaçı tərəfindən malların təqdim edilmə tarixini müəyyən etməli, bunun əsasında maliyyə sanksiyasının hansı hissədə (tam və ya qismən) qanuni olub-olmadığına qiymət verməlidir.
28. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2-1(103)-2347/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.