Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1121/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təqaüdün bərpası və ödənilməmiş dövr üzrə məbləğin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sos ial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi, iddiaçının təqaüd ödənişinin dayandırılmasının qanunsuz hesab edilməsi, təqaüdün bərpası və ödənilməmiş dövr üzrə məbləğin geri qaytarılması” tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-3425/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, vətəndaşın elmi müəssisə təşkilatlarda əmək fəaliyyəti 20 il 11 ay təşkil etdiyi üçün və vətəndaşın xx.xx.2019-cu il tarixli aktiv əmək müqaviləsi qüvvədə olduğu üçün təqaüdün təyin edilməsi qanun vericilik baxımından mümkün hesab edilmir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıq ödənilmiş vəsait (3240 manat) müəyyən edilmişdir.
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “Elm haqqında” Azərbaycan Respublikasının 271-VQ nömrəli, 14 iyun 2016-cı il tarixli Qanunun 1.0.22-ci maddəsinə əsasən elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxs elmi müəssisə və təşkilat hesab olunur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 10.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Dövlət Gömrük Komitəsi) gömrük işi sahəsində tədqiqatların aparılması, kadrların hazırlanması və ixtisasının artırılması məqsədilə elmi tədqiqat və tədris müəssisələri, gömrük fəaliyyətinin həyata keçirilməsinə yardım edən digər qurumlar yarada bilər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Strukturunun 2.4-cü bəndinə əsasən X2 İdarəsi Dövlət Gömrük Komitəsinin tabeliyində olan digər qurumlardan biridir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “100/008” nömrəli 10 sentyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X2 İdarəsi haqqında Əsasnamə”nin 2-ci hissəsində elmi-tədqiqat işlərini aparılması, yeni metodlar hazırlanması və təkmilləşdirilməsi həmin İdarənin fəaliyyət istiqamətləri kimi müəyyən edilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin məhkəməyə ünvanladığı 21 may 2024-cü il tarixli məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2044-cü il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsinə əsasən "xxxx" MMC (VÖEN: **********) tərəfindən dövlət büdcəsinə ödənilmiş vergi və sosial haqqı ödənişləri müəyyən edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat ı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, **********9 nömrəli inzibati aktın ləğv olunması, onun əmək pensiyasına fəlsəfə elmi dərəcəsinə görə 200 manat əlavənin bərpa olunması və xx.xx.2022-ci il tarixdən bu günə təqaüdündən tutulmuş əlavənin geri ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra iddiaçı tələbin dəqiqləşməsi barədə ərizə verərək cavabdehin xx.xx.2022-ci il tarixli **********9 nömrəli, xx.xx.2022-ci il tarixli **********7 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q-25468/2023 nömrəli Qərarlarının ləğv edilməsi, iddiaçının təqaüd ödənişinin dayandırılmasının qanunsuz hesab edilməsi, təqaüdün bərpası və ödənilməmiş dövr üzrə məbləğin geri qaytarılması öhdəli yinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də aktiv əmək müqaviləsi ilə fəaliyyət göstərdiyini əsas gətirərək, təqaüdün təyin edilməsindən imtina edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdən həmin müəssisə fəaliyyət göstərmir və fəaliyyəti dayandırılmış **********891 nömrəli VÖEN altında yerləşir. Beləliklə, görünür ki, o, heç bir gəlir əldə etməmişdir, vergi ödəyicisi deyil. İnzibati orqan tərəfindən qəbul olunmuş bu akt qeyri qanunidir. Aktın özündə əsaslandırma qeyd olunmamışdır və hüquqlarını kobud şəkildə pozmuşdur.
7. Cavabdehin etirazı onu nla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 10 avqust 1999-cu il tarixli 52 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyası haqqında Əsasnamə”də elmi və ya elmi-texniki şura və onun təşkili qaydaları öz əksini tapmadığından, həmin təşkilat “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan elmi müəssisə və təşkilat anlayışını özündə ehtiva etmir. Bu baxımdan iddiaçının həmin müəssisədə olan sığorta stajı yuxarıda qeyd olunan təqaüdün təyin olunması üçün əsas deyildir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) xx.xx.2024-cü il tarixli, 2-1(112)677/2024 nömrəli qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********9 nömrəli, xx.xx.2022-ci il tarixli **********7 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/1-Q-25468/2023 nömrəli qərarları ləğv edilmişdir. İddiaçı fəlsəfə doktoru elmi dərəcəsinə görə təqaüd ödənişinin dayandırılması qanunsuz hesab edilərək İddiaçı fəlsəfə doktoru elmi dərəcəsinə görə təqaüd ödənişinin bərpası və ödənilməmiş dövr üzrə məbləğin geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsində görə təqaüdün təyin edilməsinə dair əlverişli inzibati aktı mövcuddur. Həmin akt ləğv edilənə, dəyişdirilənə, geri çağırılana kimi qüvvədə dir. Cavabdeh isə həmin aktı ləğv etmədən, dəyişdirmədən təqaüd ödənişlərini dayandırmışdır.
11. İddiaçının aktiv əmək müqaviləsinin olmasına münasibətdə bildirilmişdir ki, cavabdeh istinad etdiyi MMC faktiki olaraq fəaliyyət göstərmir, fəaliyyəti dayandırılmış vəziyyətdədir. MMC tərəfindən dövlət büdcəsinə ödənilmiş vergi və sosial haqqı ödənişləri müəyyən edilməmişdir. Belə olan halda iddiaçının adına formal əmək müqaviləsinin olması, onun işləməyən əmək pensiyaçısı statusunda olması qənaətinə gəlmək üçün əsas sayılmır.
12. İddiaçının elmi müəssisələrdə iş stajının 25 ildən az olması ilə bağlı isə qeyd etmişdir ki, X2 İdarəsinin bir sıra fəaliyyətləri ilə yanaşı İdarə həmçinin elmi-tədqiqat işlərini aparır, yeni metodlar hazırlayır və təkmilləşdirir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “100/008” nömrəli 10 sentyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X2 İdarəsi haqqında Əsasnamə”nin 2-ci hissəsində həmin İdarənin fəaliyyət istiqamətləri aşağıdakı kimi müəyyən edilmişdir: gömrük ekspertizalarını keçirir və təhqiqatlar aparır; elmi-tədqiqat işlərini aparır, yeni metodlar hazırlayır və təkmilləşdirir; gömrük orqanlarının ekspert təminatına köməklik göstərir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Həmin Əsasnamənin 3.1.1-ci yarımbəndində X2 İdarəsinin Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq hansı məqsədlər üçün gömrük ekspertizasını apardığı müəyyən edilmişdir. Qeyd olunanlardan da göründüyü kimi X2 İdarəsi gömrük işi sahəsində elmitədqiqat işləri aparır və gömrük ekspertizalarını keçirir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 768-İQ nömrəli 07 dekabr 1999-cu il tarixli “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Qanununun 1-ci bəndinə əsasən gömrük orqanlarında xidmət Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.
13. Cavabdeh Qanunun 10.5.6-cı maddəsinə istinad edərək bildirir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Nizamnaməsində elmi və ya elmi-texniki şura və onun təşkili qaydaları olmadığından həmin İdarə elmi müəssisə sayılmır. Lakin məhkəmə qeyd edir ki, İdarənin Nizamnaməsində elm i və ya elmi-texniki şura və onun təşkili qaydalarının göstərilməməsi, həmin müəssisənin elmi müəssisə və təşkilat olmaması anlamına gəlmir. Qeyd edilən məsələ X1 qeyd edilən normasının tələbinin nəzərə alınmamasına dəlalət edə bilər. Belə olan halda, cavabdeh iddiaçının həmin müəssisədəki iş dövrünü elmi müəssisə hesab etməməklə düzgün nəticəyə gəlməmişdir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev (sədrlik edən); R.Ə.Səmədov və X.A.Cəmilova) xx.xx.2024-cü il tarixli, 2-1(103)-3425/2024 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şi kayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Yoxlamalar” altsistemində olan məlumatlara əsasən iddiaçının adına xx.xx.2019-cu il tarixli aktiv əmək müqaviləsi aşkar edildiyindən təqaüdün ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. İddiaçının təqdim et diyi əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajı (20 il 11 ay) qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğu, eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Yoxlamalar” altsistemində olan məlumatlara əsasən xx.xx.2019-cu il tarixdən adına aktiv əmək müqaviləsi (işəgötürən: "xxxx" MMC) olduğu üçün ona fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, həmçinin hüququ olmadığı halda təqaüd təyin edildiyindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək təqaüd üzrə artıq ödəmə müəyyən olunmuşdur. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 10 avqust 1999-cu il t arixli 52 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyası haqqında Əsasnamə”də elmi və ya elmitexniki şura və onun təşkili qaydaları öz əksini tapmadığından, həmin təşkilat “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan elmi müəssisə və təşkilat anlayışını özündə ehtiva etmir. Bu baxımdan iddiaçının həmin müəssisədə olan sığorta stajı yuxarıda qeyd olunan təqaüdün təyin olunması üçün əsas deyildir.
19. Azərbaycan Milli Elmlər Akademiyasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən “Elm haqqında” Qanunun 10.5-ci bəndi elmi müəssisə və təşkilatın nizamnaməsində elmi və ya elmi-texniki şura və onun təşkili qaydalarının əks edilməsini nəzərdə tutur. Eləcə də Qanunun 21.4-cü bəndinə əsasən elmi müəssisə və təşkila tların ali idarəetmə orqanının onun elmi şurası olması təsbit edilir. Tərəflərindən təqdim edilən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X2 İdarəsi haqqında Əsasnamə”də həmin elmi və ya elmi-texniki şuranın olması və onun təşkili qaydaları əks edilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən elmi müəssisə və təşkilatın elmi fəaliyyət istiqamətləri və elmi şurası onun əsas atributları hesab edilə bilər. Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasında işlədiyi dövr ərzində (xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək) elmi-tədqiqat işlərinin aparılması istiqamətin də görülmüş tədbirlər barədə hər hansı məlumat aşkar edilməmişdir.
20. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkəmə sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasında işlədiyi dövr ərzində qulluq funksiyaları haqqında və elmi-tədqiqat işlərinin aparılması istiqamətində görülmüş tədbirlər barədə hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının işlədiyi müəssisənin xx.xx.2019-cu il tarixdən fəaliyyətinin dayandırması öz təsdiqini tapdığından iddiaçının hər hansı fəaliyyətlə məşğul olmadığı, yəni işləmədiyi müəyyən olunur. Halbuki əmək qanunvericiliyində bağlanmış əmək müqaviləsinin formal yaxud qeyri formal olması barədə bölgü nəzərdə tutulmamışdır. Həmçini n cavabdeh inzibati orqanın qanunvericiliyə əsasən bağlanmış qüvvədə olan əmək müqaviləsinin formal olduğunu müəyyən etməsi mümkün deyildir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Sosial müavinətlər haqqında” Qanun: Maddə 1.0.1. Sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Maddə 11.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda; 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzi bati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Ma ddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Bundan başqa, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. İşin apellyasiya məhkəməsi tərəfindən müəyy ən edilmiş hallarından görünür ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası təyin olunduğu xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək pensiyanın sığorta hissəsinə fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanıb ödənilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdü təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçının adına xx.xx.2019-cu il tarixindən aktiv əmək müqaviləsi olduğu, eyni zamanda iddiaçının elmi müəssisə təşkilatlarda əmək fəaliyyətinin 20 il 11 ay (25 ildən az) təşkil etməsi əsası ilə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək təqaüd üzrə 3240 manat artıq ödəmə hesablanmışdır.
31. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin məhkəməyə ünvanladığı 21 may 2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2044-cü il tarixədək dayandırılması müəyyən edilmişdir. Habelə, xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsinə əsasən "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödənilmiş vergi və sosial haqqı ödənişləri müəyyən edilməmişdir.
32. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının işlədiyi müəssisənin xx.xx. 2019-cu il tarixdən fəaliyyətinin dayandırması öz təsdiqini tapdığından iddiaçının hər hansı fəaliyyətlə məşğul olmadığı, yəni işləmədiyi müəyyən olunur.
33. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Gömrük xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “Elm haqqında” Azərbaycan Respublikasının 271-VQ nömrəli, 14 iyun 2016-cı il tarixli Qanunun 1.0.22-ci maddəsinə əsasən elm və elmi-texniki fəaliyyətlə məşğul olan, elmlə təhsilin vəhdətini təmin edən hüquqi şəxs elmi müəssisə və təşkilat hesab olunur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 10.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Dövlət Gömrük Komitəsi) gömrük işi sahəsində tədqiqatların aparılması, kadrların hazırlanması və ixtisasının artırılması məqsədilə elmi tədqiqat və tədris müəssisələri, gömrük f əaliyyətinin həyata keçirilməsinə yardım edən digər qurumlar yarada bilər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Strukturunun 2.4-cü bəndinə əsasən X2 İdarəsi Dövlət Gömrük Komitəsinin tabeliyində olan digər qurumlardan biridir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “100/008” nömrəli 10 sentyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X2 İdarəsi haqqında Əsasnamə”nin 2-ci hissəsində elmi-tədqiqat işlərini aparılması, yeni metodlar hazırlaması və təkmilləşdirilməsi həmin İdarənin fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
34. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin laboratoriyanı n əsas fəaliyyəti istiqamətlərindən birinin də elmi fəaliyyətlə bağlı olması mövqeyini də əsaslı hesab edir.
35. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-3425/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.