Məhkəmə qərarları › İş №2-1(102)-1122/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1122/2024

10.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1122/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluğuna xitam verilməsi haqqında əmrin ləğv edilməsi və əvvəlki işinə qaytarılmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə qaytarılmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-275/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh ilk həmkarlar təşkilatının ümumi iclasının xx.xx.2022-ci il tarixli, 1 nömrəli protokoluna görə, ümumi iclas təklif və çıxışları müzakirə edərək aşağıda qeyd olunanlar qərara almışdır: Cavabdeh məsləhətçisi İddiaçı ayrı-ayrı vaxtlarda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 18-ci maddəsinin tələblərini, "Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında Azərbaycan Respublikası qanununun 8, 23.1, 23.3.1 maddələrinin tələblərini pozması, barəsində Azərbaycan Respublikasının İnzibati Xə talar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) inzibati xəta haqqında protokol tərtib olunmaqla 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsi nəzərə alınmaqla idarənin məsləhətçisi İddiaçı vəzifədən azad edilməsi məqsədə müvafiq hesab edilsin və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilsin.

2. Cavabdeh 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrinə əsasən, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci, 8.2-ci, 9-cu və 10.1-ci maddələrinin tələblərini pozduğuna görə Cavabdeh məsləhətçisi İddiaçı Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6 maddəsinə əsasən 05 mart 2022-ci il tarixdən vəzifəsindən azad edilərək dövlət qulluğuna xita m verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə qaytarılmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ali təhsilli gənc kadrdır. Dövlət qulluğuna dair imtahanları müvəffəqiyyətlə verib 22 noyabr 2013-cü il tarixdə Rayon Statistika İdarəsi rəhbərinin 27/k nömrəli əmri ilə Rayon Statistika İdarəsində böyük mütəxəssis statistik vəzifəsinə təyin edilmiş və ona kiçik referent ixtisas dərəcəsi verilmişdir. 30 dekabr 2014-cü ildə 21/k nömrəli əmrlə ona 3-cü dərəcəli referent dərəcəsi verilmişdir. 26 avqust 2015-ci il tarixli 19/k nömrəli əmrlə məsləhətçi vəzifəsinə təyin olunmuşdur. 30 noyabr 2020-ci il tarixli, 30/k nömrəli əmrlə ona 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Göründüyü kimi işə qəbul olunduğu tarixdən 2022ci il tarixə kimi hər il, 2 ildən bir irəli çəkilmiş, heç bir intizam, inzibati, cinayət cəzası almamışdır. 2022-ci ilin mart ayında ən ağır intizam cəzasına məruz qalmış, 05 mart 2022ci il tarixli, 03/k nömrəli əmrlə işinə xitam verilmiş, birdən-birə ən ağır intizam cəzası alaraq işdən azad edilmişdir. İşə qəbul olunandan bir müddət sonra Statistika İdarəsinin rəhbəri Mənsimov Kazım tərəfindən bir sıra qanunsuz göstərişlərə öz etirazını bildirmişdir. Belə ki, hər ay ona əmək haqqından 100 manat pul verməli idi. Səbəbini isə özünün dediyini olduğu kimi yazır: “Sən işinlə bağlı evlərə çox gedirsən, ailələrlə iş aparırsan, iş vaxtın tez qurtarır, mən isə boş vaxtlarını sənə bağışlayıram ki, idarədə oturmayasan”. Halbuki onun əsas işi hər gün 4-5, bəzən isə daha çox ailələrdə olmaq sonra da vaxtı olanda idarəyə gəlib yazı işlərini aparmaqdır. Ancaq rəhbərliyi bu maraqlandırmır, deyirdi ki, onun əsas iş vaxtı qurtarsa da onu idarədən evə tez buraxır, bunun müqabilində hər ay ona 100 manat verməlidir. İddiaçı da razılaşmamışdır. Başqa təzyiqlərlə (məsələn: Səni elə pis adla işdən qovaram heç bir idarə səni işə götürməz, səni ləkələyərəm ki, idarənin inventarlarından mənimsəyirsən, saxta işlə məşğulsan və s.) ondan pulu ala bilmişdir. Halbuki, Dövlət Statistika Komitəsinin rəsm i göstəriş qrafikinə əsasən həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 09:00-dan 11:00-a dək, çərşənbə axşamı və cümə axşamı isə 09:00dan 10:00-a dək və 16:00-dan 18:00-a dək idarədə olmalı, sonra təhkim olduqları evlərə gedib ailələrin gəlir və xərclərinin müayinəsini aparmalıdırlar. Rəhbər ona deyirmiş ki, bütün günü idarədə olmalıdır. DSK-nin göndərdiyi iş qrafiki onun üçün maraqlı deyil, 1 saata ailələri gəzib işi qurtara bilərsən. Ancaq ona 44 ailə təhkim edilmişdi. Bir gündə 44 ailədə ən azı yarım saat söhbət etsə, 44 ailəyə 22 saat vaxt sərf etmiş olmalıdır. Bu ümumiyyətlə mümkün olan hal deyildir. Rəhbərliyi isə bu maraqlandırmırdı, onun məqsədi necə olursa olsun 100 manatını almaq idi. Bütün mübahisələrin əsas səbəbi məhz bu idi. Ona pandemiya və ondan sonrakı dövrlərdə pul verməyi tamamilə dayandırmış, bundan sonra ona işçi kimi yox düşmən kimi baxmışdır. Digər mübahisə isə onunla bağlı olmuşdur ki, idarə üçün inventar, rəhbərliyin xidməti maşını üçün ehtiyat hissələri və sair alınırdı. Bu inventarlar yaradılmış komissiya vasitəsi ilə alınmışdır və o həmin komissiyanın üzvü idi. O, normadan artıq alınmış inventarlara, maşın ehtiyat hissələrinə dair sənədlərə imza atmırdı, çünki burada xeyli miqdarda mənimsəmələr olurdu. Ona görə rəhbər onu komissiya üzvlüyündən azad etmişdir. Hətta ziddiyyətlər o həddə çatmışdı ki, idarənin rəhbəri onu tez-tez otağına çağırır qəsdən təhqiramiz ifadələr işlədir, geyiminə, paltarına istehza ilə yanaşır, kişinin qalstuku olar və sair sözlər ilə onu ələ salır ki, iddiaçı ona layiq cavab versin və barəsində Akt tərtib etsin. Onun tərəfindən rəhbərə bir cavab verirdi: "Kişinin vicdanı olar, kişi idarənin əmlakını mənimsəməz, özgə pulu ilə uşağını saxlamaz, dövlətə də kişi kimi qulluq edər". Bundan başqa rəhbər ona dəfələrlə bildirmişdir ki, onunla işləmək istəmir, idarənin sirlərini danışır, o ərizə verib işdən çıxsın. Əks təqdirdə onu elə bir əsasla işdən çıxaracaq ki, bir daha heç bir idarə onu işə götürə bilməz, lakin o ərizə verməmişdir. Nəhayət sonuncu dəfə onu otağına çağırmış, onunla əsəbi danışmış, mübahisə olmuş, onun nöqsanlarını bir-bir üzünə deyilmişdir. Yüksək inzibati orqanlara məlumat verəcəyini bildirəndə yerindən durub yaxasından tutaraq onu öldürəcəyi, həyatının sonu olacağı ilə hədələmiş, onun əlindən buraxılıb koridora çıxmış və dalınca hücum edib koridorda onu arxadan tutub divara vurmağa b aşlamış, boğazından sıxaraq nəfəs yolunu kəsmək istəmişdir. Rəhbər bədəncə iri gövdəli olduğundan onun qollarından çıxa bilməmiş, çarəsizlikdən çığırmış, səs-küyə bütün işçilər gəlmiş, məcbur olub onu buraxmışdır. Onun işinə xitam verilməsi barədə əmrdə "Dövlət qulluğu haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" AR Qanunlarına istinad edilib, AR Əmək Məcəlləsinin müvafiq maddələri, bəndləri göstərilməyib, əmrin tərtibatı belə düz deyildir. Güya o, etik davranış qaydalarını pozmuş. İşə qəbul olandan sonra demək olar ki, hər il dərəcə alan bir gənc kadra birdən-birə ən ağır cəza vermək gənc kadrın vəziyyətini pisləşdirmək birbaşa qərəzçilik deməkdir. Əmr tamamilə qanunsuzdur. Onun barəsində verilən intizam cəzası AR Əmək Məcəlləsininn 10-cu fəsilində göstərilən və Əm ək Məcəlləsinin 68, 70, 71 və 72-ci maddələrində sadalanan pozuntuların heç birinə uyğun gəlmir. Onu yalnız güya etik davranış qaydalarını pozduğuna görə işdən azad etmişdir. Bu da tamamilə düzgün deyil. Əmr AR Əmək Mcəlləsinə istinad edilməyən bir inzibati Aktdır.

5. Şirvan İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2-1(120)-419/2023 nömrəli qərarı ilə (hakim Ş.Musayev) iddia rədd edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə dövlət qulluqçuları üçün müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması intizam məsuliyyətinə səbəb olur. Dövlət qulluqçusu qanunun tələblərini kobud qaydada pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbeh tədbiri tətbiq ed ilə bilər. İş materiallarında olan MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, aparılmış inzibati xəta üzrə araşdırma nəticəsində İddiaçı barəsində, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə (xırda xuliqanlıq) inzibati xəta haqqında protokol (MN № 1187936) tərtib olunmaqla, 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. ********* nömrəli mədaxil qəbzi ilə İddiaçı 100 (yüz) manat məbləğində inzibati cəriməyə etiraz etməyərək həmin cərimə üçün ödəniş etmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməmiş, vəzifələrinin icrası zamanı kobud qanun pozuntusuna yol vermş və bunun nəticəsi olaraq cavabdeh inzibati orqan tərəfi ndən onun tutduğu vəzifədən azad edilməsi və dövlət qulluğuna xitam verilməsi barədə müvafiq qərar qəbul edilmişdir.

7. Məhkəmə işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab etmişdir ki, tətbiq edilmiş “dövlət qulluğundan azad edilmə” tənbeh tədbiri adekvat seçimdir. Eyni zamanda məhkəmə tərəfindən mübahisələndirilən inzibati aktın (əmrin) ləğv edilməsi üçün cavabdeh inzibat orqanın hərəkətlərində qanun pozuntusu müəyyən olunmur.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-275/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qəarı ilə (hakimlər: S.Həsənov /sədrlik edən və məruzəçi/, S.Mayılov və M.Həsənov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 10 mart 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, “Dövlət qulluğuna xitam verilməsi haqqında” Cavabdeh 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmri ləğv edilmiş, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilmiş və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilmişdir.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunverircilik imperativ qaydada tələb edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edilmə ilə bağlı intizam tənbehi tədbirinin tətbiq edilməsi üçün mütləq müvafiq dövlət orqanının rəhbərinin əmri olmalı, bununla bağlı araşdırma aparılmalı və dövlət qulluqçusundan yazılı izahat alı nmalıdır. Lakin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçıya “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsində nəzərədə tutulmuş intizam tənbehi tətbiq etmək üçün müvafiq dövlət orqanı rəhbərinin əmri olmamış, bununla bağlı araşdırma aparılmamış və ümumiyyətlə dövlət qulluqçusundan yazılı izahat alınmamışdır (ən azından bu faktları təsdiq edən sübutlar cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsinə və tələb olunmasına baxmayaraq apellyasiya məhkəməsinə təqdim edilməmiş, iddiaçı da azad olunma ilə bağlı əmr verilmədiyini və izahatının alınmadığını bildirmişdir). Bu isə onu deməyə əsas verir ki, cavabdeh qurum “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə (dövlət qulluğundan azad edilməsinə) əsaslanıb, iddiaçının dövlət qulluğuna xitam verə bilməzdi. Bundan ba şqa iş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-805/2023 saylı 21 fevral 2023-cü il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 1890/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti əsasında ləğv edilmiş və yeni qərar çıxarılmaqla, iddiaçı X3 (cavabdeh qurumun rəhbərinin) cavabdehlər İddiaçı və X4 qarşı “barəsində yazdıqları həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, yetirilmiş mənəvi zərərin əvəzinin ödənilməsi və sair” tələbinə dair iddiası rədd edilmişdir. Bu halın mövcudluğu onu deməyə əsas verir ki, mübahisələndirilən əmrdə iddiaçı tərəfindən yol verilən pozuntu kimi cavabdehin istinad etdiyi “Döv lət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinin əlamətləri iddiaçı tərəfindən törədilməmişdir. Mülki iş üzrə cavabdeh qurumun rəhbəri X3 iddiasının mahiyyəti İddiaçı hərəkətləri nəticəsində onun şərəf, ləyaqət və nüfuzuna, əxlaqi prinsiplərə, istehsal, təsərrüfat, xidmət və ictimai fəaliyyətlə bağlı cəmiyyətdə olan mövqeyinə ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratmaqla, ziyan vurması ilə əlaqədar olmuşdur ki, həmin tələbi məhkəmə qaydasında təmin olunmamışdır. Göründüyü kimi İddiaçı işlədiyi müəssisənin rəhbəri X3 hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməmişdir. Mübahisələndirilən əmrdə yol verilən pozuntu kimi istinad olunan “Dövlət qulluqç ularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7.2, 9-cu və 10.1-ci maddələri isə ümumiyyətlə həmin əmrin verilməsinə əsas olmuş Cavabdeh ilk həmkarlar təşkilatnın ümumi iclasının xx.xx.2022- ci il tarixli, 1 nömrəli protokolunda iddiaçının yol verdiyi pozuntu kimi göstərilməmişdir. Mübahisələndirilən əmrdə isə bununla bağlı hər hansı açıqlama və ya əsas göstərilməmişdir.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi, əvvəla bildirir ki, hakim 16 səhifəlik Qərarının yalnız 3 səhifəsində iddiaçı barədə verilmiş əmrin "qanuna z idd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu" nu müəyyən etmişdir.

13. Qərarın 13 səhifəsi isə yalnız iddiaçının böhtan xarakterli ifadələrini təşkil etsə də həmin ifadələrdə bir kəlmə də olsun əmrin "qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu" məhkəmə qənaəti ilə iddiaçının apelyasiya şikayətində göstərdiyi əsaslarla üst-üstə düşmür.

14. Belə ki, birincisi, məhkəmə qərarın 13-cü səhifəsində 4-cü abzasda qənaətə gəlir ki, guya tərəfindən qəbul edilmiş əmrdə "dövlət qulluğuna xitam verilmə"si göstərilsə də "dövlət qulluğundan azad edilmə"si göstərilməmişdir.

15. Çox maraqlıdır. Hesab edir ki, hakim əmri ya oxumayıb, ya da ki oxusa belə əmrin 2-ci abzasında sonuncudan əvvəlki sətirdəki "Qanunun 25.2.6-cı maddəsinə əsasən 2022-ci il mart ayının 05 -dən xitam verilsin" cümləsinə əhəmiyyət verməyə lüzum bilməmişdir. Hesab edir ki, məhkəmənin bu qənaəti qanunsuzdur. Çünki əmrdə birbaşa göstərilmişdir ki, 25.2.6-ci maddəsinə əsasən, dövlət qulluğundan azad edilməyə görə dövlət qulluğuna xitam verilsin.

16. İkincisi, məhkəmə 13-cü səhifənin 5-ci abzasında göstərir ki, "Dövlət qulluğu haqqında" Qanunun 25.5-ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. Guya tərəfindən həmin müddət buraxılmışdır.

17. Üçüncüsü, məhkəmə qərarın 14-cü vərəqəsi 4-cü abzasında göstərir: "Dövlət qulluğu haqqında Qanun "kobud" pozuntunun nədən ibarət olmasını açıqlamır. Bu səbəbdən inzibati orqan pozuntunun "adi’' deyil, məhz "kobud" pozuntu olduğ unu əsaslandırmaq öhdəliyi daşıyır".

18. Hesab edir ki, məhkəmənin bu fikri absurddur. Qanun "kobud" pozuntunun nədən ibarət olmasını açıqlamırsa o, hansı səlahiyyətlə Qanuna şərh verməlidir.

19. Digər tərəfdən hakim "qanunvericilik təşəbbüsü" ilə çıxış edərək göstərir ki, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci maddəsinin tətbiqinə gəldikdə, bu normada göstərilən hallar 25.2.6-cı maddəyə istinad etməyə əsas vermir. (səh.14. abzas 5).

20. Dördüncüsü, iddiaçı barəsində əmr qəbul olunarkən "Dövlət Qulluğu haqqında" Qanunun 25.3-cü maddəsinin tələbləri pozulmaqla prosedur qaydalara əməl edilməmişdir. Halbuki iddiaçı barəsində araşdırma aparılmış, ondan izahat alınarkən izahat verməkdən imtina etmişdir. Belə ki, İddiaçı barəsinə araşdırma aparılması ilə əlaqədar Cavabdeh 30 dekabr 2021-ci il t arixli 23/t saylı əmri olmuşdur. Həmin əmrlə bağlı İddiaçı izahat alınması istənilərkən o, izahat verməkdən imtina etmişdir. Bununla bağlı 27 yanvar 2022-ci il tarixdə Akt tərtib edilmişdir. Adı çəkilən sənədlər tərəfimizdən hakimə təqdim edilsə də qərarda bu sənədlər barədə bir cümlə də yoxdur.

21. Beşincisi, hakim qərarın 15-ci vərəqəsində uzun-uzadı K.Mənsimovun İddiaçı və onun atası S.Mirzəyevə qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı məhkəmə iddiasından söz açır və həmin iddianın sonda təmin olunmamasım qeyd edərək, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqlnda" Qanuna əsaslanaraq göstərir ki, iddiaçı barəsindəki əmrdəki tətbiq olunan 8.2-ci maddə öz təsdiqini tapmamışdır.

22. Əvvəla bildirr ki, istəyirik ki, Cavabdeh İddiaçı qarşı şərəf ləyaqət və işgü zar nüfuzun müdafiəsi ilə bağlı heç bir iddia qaldırmamışdır. İkincisi məhkəmənin qanunsuz qərarında göstərdiyi məhkəmə işi idarə rəisi K.Mənsimovun fiziki şəxs kimi İddiaçı və atası S.Mirzəyevə qarşı qaldırılmışdır. Üçüncüsü məhkəmə diqqət yetirsəydi və ədalətli araşdırma aparsaydı görərdi ki, iddiaçı barəsindək əmr 05 mart 2022-ci il tarixdə, olmuş K.Mənsimovun adı çəkilən iddiası isə onun fiziki şəxs kimi öz şəxsiyyəti ilə bağlı olmaqla məhkəmə icraatına çox-çox sonralar daxil olmuşdur.

23. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU 24. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (...) 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (...) 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;... Maddə

34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələl ər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

25. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə mə lumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KAS SASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(106)-275/2023 saylı qərarla, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iddiaçının iddiasının təmin edilməməsi barədə Şirvan İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2-1(120)-419/2023 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməsi, “Dövlət qulluğuna xitam verilməsi haqqında” Cavabdeh 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilnəsi nəticəsinə gələrkən belə hesab etmişdir ki, “qanunverircilik imperativ qaydada tələb edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edilmə ilə bağlı intizam tənbehi tədbirinin tətbiq edilməsi üçün mütləq müvafiq dövlət orqanının rəhbərinin əmri olmalı, bununla bağlı araşdırma aparılmalı və dövlət qulluqçusundan yazılı izahat alınmalıdır. Lakin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçıya “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddə sində nəzərədə tutulmuş intizam tənbehi tətbiq etmək üçün müvafiq dövlət orqanı rəhbərinin əmri olmamış, bununla bağlı araşdırma aparılmamış və ümumiyyətlə dövlət qulluqçusundan yazılı izahat alınmamışdır (ən azından bu faktları təsdiq edən sübutlar cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsinə və tələb olunmasına baxmayaraq apellyasiya məhkəməsinə təqdim edilməmiş, iddiaçı da azad olunma ilə bağlı əmr verilmədiyini və izahatının alınmadığını bildirmişdir). Bu isə onu deməyə əsas verir ki, cavabdeh qurum “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə (dövlət qulluğundan azad edilməsinə) əsaslanıb, iddiaçının dövlət qulluğuna xitam verə bilməzdi. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-805/2023 saylı, 21 fev ral 2023-cü il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1890/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti əsasında ləğv edilmiş və yeni qərar çıxarılmaqla, iddiaçı X3 (cavabdeh qurumun rəhbərinin) cavabdehlər İddiaçı və X4 qarşı “barəsində yazdıqları həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, yetirilmiş mənəvi zərərin əvəzinin ödənilməsi və sair” tələbinə dair iddiası təmin edilməmişdir. Bu halın mövcudluğu onu deməyə əsas verir ki, mübahisələndirilən əmrdə iddiaçı tərəfindən yol verilən pozuntu kimi cavabdehin istinad etdiyi “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinin əlamətləri i ddiaçı tərəfindən törədilməmişdir.”

29. Kassasiya instansiyası məhkəməsinin mövqeyindən məlum olduğu kimi hazırkı inzibati mübahisənin predmetini cavabdeh tərəfindən iddiaçı haqqında verilmiş “dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh 05 mart 2022-ci il tarixli, 03/k nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə qaytarılmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” təşkil edir.

30. İşin 10-cu səhifəsində oan Cavabdeh “İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında” adlanan 05 mart 2022-ci il tarixli, 03/k nömrəli həmin əmrdə yazılmışdır ki, ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 33.1.6-cı maddəsinə uyğun olaraq əmr edirəm: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 18-ci, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası qanununun 7.2-ci, 8.2-ci, 9-cu və 10.1-ci maddələrinin tələblərini pozduğuna görə Cavabdeh məsləhətçisi İddiaçı dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 25.2.6-ci maddəsinə əsasən 2022-ci il mart ayının 05-dən xitam verilsin. Əsas: Cavabdeh ilk həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 1 nömrəli protokolu. X13.”

31. Beləliklə, cavabdeh həmin əmrdə göstərmişdir ki, əmr “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunun 33.1.6-cı maddəsinə uyğun olaraq və sözügedən qanunun 25.2.6-cı maddəsinə əsasən verilir.

32. Eyni zamanda əsas kimi Cavabdeh ilk həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 1 nömrəli protokolu qeyd edilmişdir.

33. Bununla əlaqədar məhkəmə kollegiyası ilk öncə “Dövlət qulluğu haqqında” Az ərbaycan Respublikası qanununun 25.2.6-cı və 33.1.6-cı maddələrinin məzmununa, sonradan isə əmrin verilməsinə əsas olmuş Cavabdeh ilk həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 1 nömrəli protokolunun “Qərara aldı” mətninə müraciət etməyi zəruri hesab edir.

34. Belə ki, sözügedən qanunun 25.2, 25.2.6-cı maddələrinə müvafiq olaraq, “Dövlət qulluqçusu bu qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıda intizam tənbeh tədbirindən biri tətbiq edilə bilər: - Dövlət qulluğundan azad edilməsi.”

35. Həmin Qanunun 33.1, 33.1.6-cı maddələrində isə deyilir ki, “Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: - Bu qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;”

36. Beləliklə, yuxarıda göstərilmiş mad di hüquq normalarından bariz şəkildə göründüyü kimi, qanun dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilməsini dövlət qulluqçusunun dövlət qulluğundan azad edilməsi ilə əlaqələndirmişdir.

37. Belə ki, dövlət qulluqçusu yalnız dövlət qulluğundan azad edildiyi halda (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 25.2, 25.2.6-cı maddələri) onun dövlət qulluğuna xitam verilməsinin həll edilməsi mümkündür (həmin qanunun 33.1, 33.1.6-cı maddələri).

38. Hətta, xüsusi olaraq qeyd edilməlidir ki, İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh xx.xx.2022-ci il tarixli, 03/k nömrəli əmrinin verilməsinə, həmin əmrdə əsas kimi göstərilmiş “Cavabdeh ilk həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 1 nömrəli protokolu”nun “Qərara aldı” hissəsində yazılmışdır ki, “idarəni n məsləhətçisi İddiaçı vəzifədən azad edilməsi məqsədə müvafiq hesab edilsin və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilsin”.

39. Göründüyü kimi, sözügedən protokolun “qərara aldı:” hissəsində iddiaçının dövlət qulluğuna xitam verilməsi barədə ümumiyyətlə heç bir kəlimə belə yoxdur.

40. Lakin Cavabdeh ilk həmkarlar təşkilatının xx.xx.2022-ci il tarixli, 1 nömrəli protokolu ilə qərara alınmış yuxarıda göstərilmiş müddəaları, nəzərə almamış, yəni iddiaçını vəzifədən azad etmədən və onunla bağlanmış əmək müqaviləsini ləğv etmədən, birbaşa İddiaçı dövlət qulluğuna “Dövlət qulluğu haqqında” qanunun 25.2.6-cı maddəsinə əsasən 2022-ci il mart ayının 5-dən xitam vermişdir ki, bununla da cavabdeh tərəfindən sözügedən qanunun 25.2, 25.2.6, 33.1, 33.1.6-cı maddələri pozulmuşd ur.

41. Kassasiya şikayətində cavabdeh yazır ki, “Hesab edirəm hakim əmri ya oxumayıb, ya da ki, oxusa belə əmrin 2-ci abzasında sonuncudan əvvəlki sətirdəki “qanunun 25.2.6-cı maddəsinə əsasən 2022-ci il mart ayının 05-dən xitam verilsin” cümləsinə əhəmiyyət verməyə lüzum bilməmişdir.”

42. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, cavabdehin həmin əmrinin 2-ci abzasında sonuncudan əvvəlki sətirdəki “qanunun 25.2.6-cı maddəsinə əsasən 2022-ci il mart ayının 05-dən xitam verilsin” cümləsində sonuncudan əvvəlki sətirdə göstərilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 33.1.6-ci maddəsinə uyğun olaraq əmr edirəm:”.

43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisə predmeti olan əmrdə sözügedən q anunun 33.1.6-cı maddəsinə istinad etməsi, avtomatik şəkildə bu qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluqçusunun dövlət qulluğundan azad edilməsi anlamına gələ bilməz.

44. Belə ki, dövlət qulluqçusunun dövlət qulluğundan azad edilməsi müvafiq inzibati akt (sərəncam, əmr, qərar) əsasında həyata keçirilməlidir, yuxarıda artıq isə göstərildiyi kimi, belə bir inzibati akt mövcud deyildir.

45. Cavabdeh kassasiya şikayətində həmçinin göstərir ki, cavabdeh tərəfindən “Dövlət qulluğu haqqında” qanunun 25.5-ci maddəsində intizam tənbehinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq müddət buraxılmamışdır.

46. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini də əsassız sayır, belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.

47. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən əmrin məzmunundan görünür ki, həmin əmrin verilməsinə əsas Cavabdeh ilk həmkarlar təşkilatnın ümumi iclasının xx.xx.2022-ci il tarixli, 1 nömrəli protokoludur. Həmin protokolun məzmundan görünür ki, iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə (xırda xuliqanlıq) inzibati xəta haqqında protokol (MN № 1187936) tərtib olunmaqla, 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edildiyindən onun dövlət qulluğundan azad edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Başqa sözlə, son nəticədə müəyyən edilir ki, hazırda mübahisələndirilən 05 mart 2022-ci il t arixli, 03/k nömrəli əmrin verilməsinin əsasında iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən əməldir.

48. İddiaçı barəsində inzibati xəta haqqında protokolun xx.xx.2022-ci ildə tərtib olunduğunu və həmin əmələ görə xx.xx.2022-ci il tarixdə dövlət qulluğuna xitam verilməsi nəzərə alınsa, “dövlət qulluğuna xitam verilməsi” ilə bağlı intizam tənbehinin pozuntunun aşkar olunduğu vaxtdan 1 aydan artıq vaxt keçdikdən sonra tətbiq olunduğu müəyyən olunur. Bu isə “Dövlət qulluğu haqqında” Qanunun 25.5-ci maddəsinin tələbinə ziddir.

49. Cavabdeh kassasiya şikayətində eyni zamanda göstərmişdir ki, sözügedən qanuna müvafiq olaraq iddiaçı barəsində araşdırma aparılmış, lakin o izahat verməkdən imtina etmişdir. Bu barədə akt var. Məhkəmə kolleg iyası bu dəlili əsassız hesab edir. 50. “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur.

51. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabadeh tərəfindən verilmiş “İddiaçı tərəfindən daxili nizam-intizam və “Dövlət qulluqçularının etik davranış qaydaları”nın pozulmasının araşdırılması haqqında” adlanan xx.xx.2021-ci il tarixli, 23/t nömrəli əmrin 1-ci bəndində yazılmışdır ki, “23 deka br 2021-ci il tarixdə Cavabdeh məsləhətçisi X7 tərəfindən idarədə nalayiq ifadələr işlədildiyinə görə daxili nizam-intizam qaydalarının və “Dövlət qulluqçularının etik davranış qaydaları”nın pozulması araşdırılsın”.

52. Həmçinin cavab tərəfindən tərtib edilmiş 27 yanvar 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, “... xx.xx.2021-ci il tarixli, 23/T nömrəli əmrini icra etmək məqsədi ilə idarənin rəisi X5 qarşı aşağılayıcı söyüş və təhdidedici ifadələr işlətməklə onu təhqir etməsi məsələsini bir neçə dəfə araşdırmaq istəsək də İddiaçı məsələnin araşdırılmasına və bizim izahat istəmə tələbimizə rədd cavabı verərək izahat verməkdən imtina etdi.”

53. Burada məhkəmə kollegiyası hesab edir ki, sözügedən qanunun 25.3-cü maddəsinə görə cavabdeh xidməti yoxlama təyin etməsi imkanından istifadə ed ə bilərdi, lakin bunu etməmiş, nəticə etibarı ilə də heç bir yoxlama keçirilməmiş, yalnız qeyd edilən akt tərtib edilmişdir.

54. Bununla yanaşı kassasiya şikayətində cavabdeh qeyd etmişdir ki, mülki iş üzrə iddiaçı qarşı tərəfə şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi ilə bağlı heç bir iddia qaldırmamışdır. Məhkəmə işi idarə rəisi K.Mənsimovun fiziki şəxs kimi İddiaçı və atası S.Mirzəyevə qarşı qaldırmışdır.

55. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işdə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-805/2023 saylı qərarı mövcuddur.

56. Həmin qərardan görünür ki, iddiaçı Kazım Mənsimov cavabdehlər İddiaçı və Səlahəddin Mirzəyevə qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cava bdehlərin onun barəsində yazdıqları həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, vurduqları mənəvi zərərə görə cavabdehlərin hər birindən 5.000 manat olmaqla, cəmi 10.000 manat məbləğində pul vəsaitinin alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını, barəsində bilə-bilə yalan xəbərçilik etdiklərinə görə əməllərində cinayət tərkibi olduğundan prokurora məlumat verilməsini xahiş etmişdir.

57. Biləsuvar Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(022)-535/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

58. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1890/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilərək, Biləsuvar Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(022)-535/2022 saylı qət naməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın qismən təmin edilməsi, cavabdehlər İddiaçı Səlahəddin oğlu və X2 üzərinə iddiaçı barəsində Biləsuvar rayon Prokurorluğuna, Biləsuvar rayon Polis Şöbəsinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə yazdıqları müraciətlərdə verilən məlumatların həqiqətə uyğun olmayan məlumatlar olması kimi təkzib edilməsi öhdəliyinin qoyulması, iddiaçı X5 yetirilmiş mənəvi zərərin əvəzi kimi cavabdehlər İddiaçı Səlahəddin oğlu və X2 hər birindən ayrıayrılıqda 500 manat olmaqla, ümumilikdə 1000 manat məbləğində pulun tutulub iddiaçı X5 ödənilməsi, iş üzrə ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehlər İddiaçı Səlahəddin oğlu və X1 birgə qaydada tutularaq, iddiaçı X5 ödənilməsi və iddianın qalan hissələrdə rədd olunması qət edilm işdir.

59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, cavabdehlərin qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə edərək iddiaçının şəxsiyyətinə qarşı yönəlmiş əsassız şikayətləri (konkret olaraq iddiaçını cinayət əməlləri törətməkdə ittiham etmələri) nəticəsində iddiaçının bir şəxsiyyət kimi şərəfi, işgüzar nüfuzu alçaldılmışdır, iddiaçı həmin məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb etməkdə haqlı olmuşdur.

60. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmədə tədqiq edilmiş sübutlarla iddiaçının keçirmiş olduğu mənəvi sarsıntıların cavabdehlərin qanunsuz hərəkətləri (konkret olaraq cinayət törətməkdi ittiham etmələri, bununla bağlı dəfələrlə xidməti araşdırmalara məruz qa lması) nəticəsində baş verməsi iş üzrə preyudisial xarakter daşıyan, qanuni qüvvəyə minmiş "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarlarla tam təsdiqini tapır.

61. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki kollegiyası xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayətini təmin etmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1890/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsini ləğv etmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia rədd edilmişdir.

62. Ali məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Səlahəddin Mirzəyevin xx.xx.2021-ci il ildə Biləsuvar rayon prokurorluğuna yazdığı və İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna yazdığı ərizələr əsasında Biləsuvar rayon prokurorluğunda araşdırma aparılmış və 18 yanvar 2022-ci il tarixli cina yət işinin başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd olunur ki, Səlahəddin Mirzəyev və İddiaçı Biləsuvar Statistika İdarəsinin rəisi X6 hər ay İddiaçı 100 manat pul alması, işə düzəldiyi vaxt Səlahəddin Mirzəyevdən 500 dollar pul tələb edərək alması və digər qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı müraciətlərində göstərdikləri xüsusatlar kifayət qədər sübutlar olmadığından öz təsdiqini tapmamış, yalnız onların izahatlarından başqa material üzrə alınmış izahatlar və digər yoxlama sənədlərində əks olunmamış, həmçinin qeyd olunan xüsusatlarla bağlı hər hansı bir sübut və mötəbər dəlil əldə edilməmişdir.

63. Həmçinin Ali Məhkəmə qeyd etmişdir ki, məhkəmənin cavabdehlərin üzərinə iddiaçı barəsində Biləsuvar rayon Prokurorluğuna, Biləsuvar rayon Polis Şöbəsinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə yazdıqları müraciətlərdə verilən məlumatların həqiqətə uyğun olmayan məlumatlar olması kimi təkzib edilməsi öhdəliyinin qoyulması, barədə gəldiyi nəticə açıq-aydın əsassızdır. Çünki apelyasiya instansiyası məhkəməsinin özünün müəyyən etdiyi kimi cavabdehlərin ərizələrində göstərilən faktların həqiqətə uyğun olmaması Biləsuvar rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 yanvar 2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir. Yəni cavabdehlərin verdiyi məlumatların həqiqətə uyğun olmaması, buna qiymət verməli olan dövlət orqanı tərəfindən müəyyən edilib və bu faktlara əsasən iddiaçının barəsində cinayət təqibi və hər hansı qaydada tənbeh mümkünsüzdür. Buna görə də, bu faktların cavabdehlər tərəfindən təkzib olunması hər hansı hüquqi əhəmiyyət kəsb etmir. Bundan başqa, Konstitusiyanın 57-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. İrqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır (“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.2, 1.3-cü maddələri).

64. Eyni zamanda Ali Məhkəmə göstərmişdir ki, hazırkı işin diqqət mərkəzində saxlanmalı halı ondan ibarətdir ki, cavabdehlər iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi ehtimal olunan sözügedən məlumatları yaymamış, onları yaymaq və iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmək məqsədi güdməmişdir. Bu məlumatlar kütləvi informasiya vasitələri ilə verilməmiş, qeyri-müəyyən çərçivədə şəxslərə ünvanlanmamışdır. Cavabdehlər iddiaçının barəsində həmin məlumatları bilavasitə korrupsiyaya qarşı mübarizə aparma səlahiyyətinə malik orqana göndərmişdir.

65. Həmçinin cavabdeh Salahəddin Mirzəyevin xx.xx.2022-ci il tarixli məktubu da onun işlədiyi dövlət müəssisəsinin tabe olduğu yuxarı təşkilata - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə yazılmışdır. Bu Komitə də korrupsiyaya qarşı mübarizə aparan subyekt sayılır. Belə ki, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidm əti aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır.

66. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2-1(106)-275/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar