Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1124/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (ümidsiz vergi borcunun təsdiq olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində faiz borcunun azal dılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2-1(103)-459/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisi olmuşdur.
2. İddiaçı əvvəlcə xx.xx.2017-ci il tarixdə 2016-cı ilin 4-cü rübü üzrə 29715,05 x 10 rüb = 297150,5 manat vergi məbləği bəyan etmişdir.
3. Vergi orqanının uyğunsuzluq məktubundan sonra iddiaçı dəqiqləşdirilmiş bəyannamə təqdim etməyə cəhd etsə də, sistemdə xəta olduğundan bəyannamə sistem tərəfindən qəbul edilməmişdir.
4. Sonradan xx.xx.2019-cu il tarixdə 2016-cı ilin 4-cü rübü üzrə kağız daşıyıcıda bəyann amə verilmiş və xx.xx.2020-ci il tarixdə 11025,07 x 10 rüb = 110250,7 manat vergi sistemə işlənilmişdir.
5. İddiaçı cavabdehə ünvanlandığı xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarda 2016-cı ilin 4-cü rübü üzrə sadələşmiş vergi məbləği borcuna faiz hesablanmasının qanunvericiliyə uyğun olmadığını bildirmiş və artıq hesablanmış faiz məbləğinin azaldılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faiz borcunun silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən iddiaçıya ödənilməmiş vergi borcuna görə heç bir sənədə əsaslanmayan faiz borcu hesablan mışdır. Dəfələrlə cavabdehə hesablanmış faizin əsassız olması bildirilsə də, cavabdeh məsələyə münasibət bildirməmişdir. Həmçinin “Vergilərin hesablanması barədə” qərar iddiaçıya təqdim edilməmişdir.
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçıya faiz hesablanması xx.xx.2020-ci il tarixdən başlanmışdır. Faiz hesablanmasının əsasını iddiaçı tərəfindən təqdim edilən dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən ilkin olaraq az bəyan edilən binanın sahəsinin sonradan artırılması olmuşdur. Belə ki, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə 2016-cı ilin 4-cü rübü üzrə cari bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Qeyd edilən bəyannamə üzrə vergi orqanı tərəfindən həyata keçirilən vergi yoxlaması zamanı binanın sahə sinin 7149,04 kv.m olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən azaldılaraq 5107,36 kv.m göstərildiyi müəyyən edilmişdir. Vergi ödəyicisinə xx.xx.2017-ci il tarixdə ünvanlanmış uyğunsuzluq haqqında kameral məktubda qeyd edilən kənarlaşma ilə bağlı hallar vergi ödəyicisinə bildirilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi baş vermiş texniki xəta səbəbindən mümkün olmamışdır. Bununla əlaqədar, vergi ödəyicisi tərəfindən 2016-cı ilin 4-cü rübü üzrə kağız formasında dəqiqləşdirilmiş bəyannamə tərtib edilmiş və xx.xx.2019-cu il tarixdə vergi orqanına təqdim edilmişdir. Qeyd edilən bəyannamə üzrə yaranmış 110250,7 manat fərq 10 rüb üzrə bərabər bölünməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmiş və şəxsi hesab vərəqəsi üzrə faiz hesablanıl masına başlanılmışdır. Başqa sözlə, vergi ödəyicisinə vaxtında ödənilməmiş vergi öhdəliyinə görə qanunvericiliklə müəyyən edilmiş hər gecikdirilmiş gün üçün faiz hesablanmışdır. İddiaçı iddia ərizəsində faiz məbləğinin hesablanması ilə razılaşmadığını qeyd etməsinə baxmayaraq, hesablamanın əsassızlığının nədən ibarət olmasını əsaslandırmamışdır. Halbuki, qeyd edilənlərdən aydın olduğu kimi, faiz hesablanması vergi ödəyicisinin özü tərəfindən dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi ilə bağlı olaraq həyata keçirilmişdir. Həmçinin əsas vergi öhdəliyi müəyyən etmədiyindən və hər gecikdirilmiş günə münasibətdə hesablandığından faiz məbləği ilə bağlı inzibati aktın qəbul edilməsi tələb edilmir. Odur ki, iddiaçının faiz məbləğinin hesablanması ilə bağlı qərarın iddiaçıya təqdim ed ilməməsi dəlili heç bir hüquqi əsasa malik deyildir. Digər tərəfdən, faiz məbləğinin hesablanması əsas vergi borcunun ödənilməsi ilə bağlı olduğundan, sözügedən məbləğin silinməsi üçün əsas vergi məbləğinin silinməsi tələb edilir. Yəni, əsas vergi məbləği qüvvədə olduğu müddətdə faiz məbləğinin silinməsi əsası mövcud deyildir. Lakin işin hallarından da məlum olduğu kimi, əsas vergi məbləği vergi orqanı tərəfindən həyata keçirilən hər hansı hesablama üzrə yaranmamış, məhz iddiaçının özü tərəfindən bəyan edilmiş və mübahisələndirilməmişdir. İddia predmetini təşkil edən faiz məbləğinin yaranması əsası vergi ödəyicisi tərəfindən təqdim edilən dəqiqləşdirilmiş bəyannamədir. Yəni, vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə üzrə hesablanan verginin məbləği cari bəyannamə üzrə hesablana n verginin məbləğindən daha az olduğundan faiz məbləğinin hesablanması həyata keçirilmişdir. İddiaçı həmçinin hesablanmış borcun yarandığı tarixin 2009-cu ilə təsadüf etdiyindən “ümidsiz borc” kimi silinməli olduğunu bildirmişdir. Vergi borcunun ümidsiz borc hesab edilməsi üçün qanunvericiliklə borcun vergi ödəyicisindən tutulması üzrə müddətin ötürülməsi tələb olunur. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna mal ikdirlər. Lakin vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi, faiz borcunun hesablanması vergi ödəyicisinin bildirdiyi kimi 2009-cu ildən deyil, xx.xx.2020-ci il tarixdən başlanmışdır. Şəxsi hesab vərəqəsi üzrə vergi borcunun yaranması tarixindən 5 illik müddət keçmədiyindən, borcun ümidsiz borc hesab edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir. Digər tərəfdən iddiaçı faiz borcunun yaranması tarixi ilə bağlı iddia ərizəsində bir-biri ilə ziddiyyət təşkil edən iki fərqli tarixə istinad etmişdir. Belə ki, iddiaçı əvvəlcə şəxsi hesab vərəqəsi üzrə borcun xx.xx.2020-ci il tarixdən hesablandığını qeyd etməsinə baxmayaraq, daha sonra borcun 2009-cu ilə aid olduğundan ümidsiz borc hesab edilərək silinməli olduğunu qeyd etmişdir. Digər tərəfdən, vergi ödəyicisinin 2013-cü il də qeydiyyatdan keçdiyi nəzərə alınarsa, 2009-cu ildə vergi borcunun yaranması mümkün deyil. İddiaçının şəxsi hesab vərəqəsi də mübahisələndirilən faiz borcunun hesablama tarixinin başlanğıcının xx.xx.2020-ci il olduğunu təsdiq edir. Qeyd edilən hallar iddia tələbinin əsassızlığını birmənalı şəkildə təsdiq edir.
9. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddiaçının şəxsi hesab vərəqəsində faiz borcunun azaldılaraq 29677,75 manat məbləğində göstərilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim X1) 05 iyul 2022-ci il tarixli, 2-1(112)5790/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsində faiz borcunun azaldılaraq 29.677,75 manat məbləğində göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi üzrə ödənişin gecikməsinə görə cavabdeh tərəfindən şəxsi hesab vərəqəsində faizin hesablanmasının qanunsuzluğunu mübahisələndirir. Belə ki, mövcud qanunvericiliyə görə iddiaçının şəxsi hesab vərəqəsində hesablanmış digər borclar kimi faizləri də mövcud hüququ müdafiə vasitələrindən istifadə edərək mübahisiləndirmək imkanı vardır. Cavabd ehin dəlillərinə görə, iddiaçıya borc üzrə faizin hesablanması xx.xx.2020-ci il tarixdən başlanmış, bunun əsası kimi iddiaçı tərəfindən təqdim edilən dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən ilkin olaraq az bəyan edilən binanın sahəsinin sonradan artırılması göstərilmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə 2016-cı ilin 4-cü rübü üzrə cari bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş, bəyannamə üzrə vergi orqanı tərəfindən həyata keçirilən vergi yoxlaması zamanı binanın sahəsinin 7149,04 kv.m olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən azaldılaraq 5107,36 kv.m göstərildiyi müəyyən edilmiş, bununla bağlı vergi ödəyicisinə xx.xx.2017-ci il tarixdə ünvanlanmış kameral uyğunsuzluq haqqında məktubda qeyd edilən kənarla şma ilə bağlı hallar bildirilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi baş vermiş texniki xəta səbəbindən mümkün olmadığından, 2016-cı ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş bəyannamə kağız formasında tərtib edilərək xx.xx.2019-cu il tarixdə vergi orqanına təqdim edilmişdir. Cavabdeh orqan tərəfindən də qeyd edilən bəyannamə üzrə yaranmış 110250,7 manat fərqi 10 rüb üzrə bərabər bölünməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmiş və şəxsi hesab vərəqəsi üzrə vergi ödəyicisinə vaxtında ödənilməmiş vergi öhdəliyinə görə xx.xx.2020-ci ildən etibarən faiz hesablanmağa başlanılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi üzrə ödənişin ge cikməsinə görə faizlər düzgün hesablanmamışdır. Belə ki, məhkəmə tərəfindən xüsusi mühasibatlıq biliyi tələb edən halların hərtərəfli yoxlanılması məqsədilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatın nəticəsi olaraq Vergi Məcəlləsinin tələblərinə əsasən ekspert tərəfindən aparılmış aşağıdakı hesablama nəticəsində iddiaçının faiz borcunun 29677,75 manat məbləğində olması müəyyən olunmuşdur: 11025,07 (hər rübə görə əlavə hesablanmış vergi borcu) x 0,1% x 1 il x 10 rüb – 10012,25 faiz üzrə ödəniş = 29677,75. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə təhlil edərək ekspert rəyində əks olunmuş araşdırmanı mötəbər sübut kimi qəbul edir və buna dair cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ekspert rəyinə mülahizədə qeyd olunanları əsassız he sab edir. Məhkəmə hesab edir ki, verilmiş rəyin mötəbərliyinə şübhə doğuracaq sübutlar yoxdur. Rəydə tədqiqat prosesi ardıcıl olaraq şərh olunmuş, gəlinən nəticə əsaslandırılmışdır. Göründüyü kimi, cavabdehin 110250,7 manat borcun 10 rüb üzrə bərabər bölünməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsi və şəxsi hesab vərəqəsi üzrə vergi ödəyicisinə vaxtında ödənilməmiş vergi öhdəliyinə görə xx.xx.2020-ci ildən etibarən faiz hesablanmağa başlanılması ilə bağlı hərəkəti iddiaçının mənafeyinə uyğun olmamış, cavabdeh hərəkəti ilə iddiaçı üçün əlverişsiz vəziyyət yaratmışdır. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh mövcud prosessual qanunvericiliyin tələblərinə görə vergi ödəyicisinin təqsirini, habelə öz qərarının qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə borclu olduğu halda, bunu edə bilmədiyindən iddia əsaslıdır.
12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(103)-506/2023 nömrəli qərarı ilə (hakimlər X3 /sədrlik edən və məruzəçi/, X2 və X4) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmi şdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Kərimov Səyyad Əli oğlu /sədrlik edən və məruzəçi/, X5 və X9) 17 avqust 2023-cü il tarixli, 2-1(102)-1112/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 21(103)-506/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddia tələbi qeyri-müəyyən və qeyri-konkretdir. Belə ki, iddiaçı faiz borcunun azaldılaraq 29677,75 manat müəyyən edilməsini istəyir, lakin bunun hansı tarixə aid faiz borcu kimi göstərilməsini iddia tələbində açıqlamır. Bundan əlavə i şə baxan məhkəmələr tərəfindən istinad edilən ekspert rəyindən faizlərin şəxsi hesab vərəqəsinin mövcud vəziyyətinə görə deyil, bəyannamə verilən vergi məbləğinə münasibətdə hesablandığı görünür. İşə təkrar baxan məhkəmə iddiaçının faiz borcunu, o cümlədən azaldılmasını tələb etdiyi faiz borcunu işin 30-35-ci vərəqlərində olan şəxsi hesab vərəqəsindəki hesablamalar nəzərə alınmaqla müəyyən etməlidir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. İddiaçı iddia tələbinə dəqiqləşdirilmə barədə ərizə verərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Mənzil Tikinti Kooperativi barəsində hesablanmış və tələbetmə müddəti keçmiş vergi borcunun silinməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2-1(103)-459/2024 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2-1(103)-459/2024 nömrəli qərarı ilə (hakimlər X6 /sədrlik edən və məruzəçi/, X7 və X16) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)5790/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilərək İddiaçı MTK-nın barəsində 2016-cı ilin 4-cü rübünədək hesablanmış və tələb etmə müddəti keçmiş vergi borcunun silinməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi nə həvalə edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosi al sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi Vergi orqanları vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin tələbi hazırkı işə tətbiq etdikdə qeyd etmək olar ki, iddiaçıya münasibətdə 2016-cı ilin 4-cü rübünə görə hesablanmış vergi və faizlərin hesablanma və tutulma müddəti vergi orqanı tərəfindən ötürülmüşdür.
22. Cav abdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
23. Şikayətdə Vergi Məcəlləsinin 85 və 87-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün qiymətləndirməmi, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir.
24. Belə ki, apellyasiya instansiya məhkəməsi iddianı təmin edərkən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyə əsaslanmışdır. Lakin həmin rəyin əsasını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi təşkil etmişdir ki, bu hal ekspert rəyinin əsasını təşkil edə bilməz. Odur ki, ekspert rəyi inzibati iş üzrə mötəbər sübut kimi qəbul edilməməlidir.
25. Daha sonra qeyd edilir ki, iddia predmetini təşkil edən faiz məbləğinin yaranması əsası vergi ödəyicisi tərəfindən təqdim edilən dəqiqləşdirilmiş bəyannamədir. Yəni, vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə üzrə hesablanan verginin məbləği cari bəyannamə üzrə hesablanan verginin məbləğindən daha az olduğundan faiz məbləğinin hesablanması həyata keçirilmişdir. İddiaçı həmçinin hesablanmış borcun yarandığı tarixin 2009-cu ilə təsadüf etdiyindən “ümidsiz borc” kimi silinməli olduğunu bildirmişdir. Vergi borcunun ümidsiz borc hesab edilməsi üçün qanunvericiliklə borcun vergi ödəyicisindən tutulması üzrə müddətin ötürülməsi tələb olunur. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləgini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Lakin vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi faiz borcunun hesablanması vergi ödəyicisinin bildirdiyi kimi 2009-cu ildən deyil, xx.xx.2020-ci il tarixdən başlanmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.1. Hər bir vergiyə d air ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.2. Vergilərin (o cümlədən cari vergi ödəmələrinin) ödənilmə müddətlərinin pozulmasına görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verg inin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu hallarda, kameral vergi yoxlamaları sorğu və ya məlumat daxil olduğu tarixdən, səyyar vergi yoxlamaları isə yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Maddə
93. Ümidsiz borcların silinməsi 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcla r vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelly asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəy işdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçiləriin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kass asiya instansiyası məhkəməsinin mövqeyi
31. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Mənzil Tikinti Kooperativi barəsində hesablanmış və tələbetmə müddəti keçmiş vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini yönəlmişdir. İddiaçı apellyasiya instansiya məhkəməsinə təqdim etdiyi iddia tələbini dəqiqləşdirilməsi barədə ərizəsində qeyd etmişdir ki, vergi orqanı tərəfindən 2016cı ilin İV rübü üzrə hesablanmış faiz borcunun 5 illik tutulma müddəti xx.xx.2022-ci il tarixinə qədər bitmişdir (cild 2, iş vər 79).
32. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməsi barədə nəticəyə gələrkən qeyd etmiş dir ki, vergi orqanları vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin tələbi hazırkı işə tətbiq etdikdə qeyd etmək olar ki, iddiaçıya münasibətdə 2016-cı ilin 4-cü rübünə görə hesablanmış vergi və faizlərin hesablanma və tutulma müddəti vergi orqanı tərəfindən ötürülmüşdür.
33. Hazırda cavabdeh tərəfindən verilmiş kassasiya şikayətindəki dəlillərdə iddiaçıya münasibətdə ümidsiz borc halının olmadığı qeyd edilir.
34. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş xüsusatlarla razılaşaraq öz mövqeyini aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir. 35. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Ple numunun 12 yanvar 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri).
36. Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası VM-in 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olar aq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir.
37. Məhkəmə kollegiyası yuxarıda şərh edilən halları rəhbər tutaraq qeyd edir ki, hazırkı iş üzrə ümidsiz vergi borcu anlayışından istifadə edilə bilməz. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən ümidsiz vergi borcu kimi istinad etdiyi müddətlərdə iddiaçıya ümumiyyətlə vergi hesablanmamışdır. Bu iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus olan “Şəxsi hesab vərəqəsi” ilə öz təsdiqini tapır. 38. “Şəxsi hesab vərəqəsi”ndə olan məlumatlarda iddiaçı barəsində 2016-cı ilin 4-cü rübü üzrə “0” manat vergi borcu hesablandığı öz əksini tapmışdır (cild 1, iş vər 60).
39. Məhkəmə kollegiyası iş materiall arında olan məlumatlara istinad edərək qeyd edir ki, vergi orqanın qəbul etdiyi qərar 5 illik hesabat dövrünü əhatə etdiyindən iddiaçının mövqeyi əsaslı hesab edilə bilməz.
40. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar kifayət qədər mövcud olduğundan kassasiya şikayəti təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
41. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2-1(103)-459/2024 saylı qərarı ləğv edilsin. İddiaçı MTK-nın cava bdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində faiz borcunun azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.