Məhkəmə qərarları › İş №2-1(102)-1127/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1127/2025

05.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1127/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması; işin hallarının araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 dekabr 2024-cü il tarixli, 21(103)-2373/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı daxili işlər orqanlarında xidmət etmiş, 10 oktyabr 2015-ci il tarixdə yaşa görə ehtiyata buraxılmışdır.

2. Daxili İşlər Nazirliyi tərəfindən iddiaçı barəsində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi üçün 28 oktyabr 2015-ci il tarixli, 99 nömrəli məlumat vərəqəsi tərtib olunmuş, həmin məlumat vərəqəsinə əsasən iddiaçının ümumi xidmət müddəti 36 il 1 ay 12 gün olmaqla, vəzifə maaşı 270,00 manat; rütbə maaşı 130,00 manat; xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi 160,00 manat; məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 94,50 manat; ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 718,50 manat göstərilmişdir.

3. Həmin məlumat vərəqəsi əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya 11 oktyabr 2015-ci il tarixdən 36 il 1 ay 12 gün xidmət müddətinə görə təminat xərcliyinin (718,50 manat) 100 faizi miqdarında əmək pensiyası təyin edilmişdir.

4. İddiaçı 28 oktyabr 2015-ci il tarixli, 99 nömrəli məlumat vərəqəsində qeyd olunan xidmət illərinə görə əlavənin məbləği ilə razılaşmadığından, həmin əlavənin vəzifə və rütbə maaşının 50 faizi miqdarında müəyyən edilməklə, yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı cavabdeh DİN-ə qarşı məhkəmədə iddi a qaldırmışdır. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2-1(81)584/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 2-1(103)-1786/2018 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin 2-1(81)-584/2018 nömrəli qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır.

7. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 21(102)-230/2019 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilərək fasiləsiz xidmət illərinə görə əlavə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla, yeni məlumat vərəqinin hazırlanaraq DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

8. B undan sonra məhkəmə qərarı icra edilərək, DİN tərəfindən cavabdeh inzibati orqana təqdim edilməsi üçün 15 dekabr 2020-ci il tarixli, 99 nömrəli məlumat vərəqəsi tərtib olunmuş, həmin məlumat vərəqəsində iddiaçının xidmət müddəti 36 il 1 ay 12 gün (təqvimi xidmət illəri 28 il 6 ay 28 gün, güzəştli xidmət illəri 7 il 6 ay 14 gün) vəzifə maaşı 270,00 manat; rütbə maaşı 130,00 manat; xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi 200,00 manat; məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 94,50 manat; ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 758,50 manat göstərilmişdir.

9. Həmin məlumat vərəqəsi əsasında iddiaçının əmək pensiyası yenidən hesablanaraq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli “Əm ək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən iddiaçının 946,93 manat məbləğində əmək pensiyası xx.xx.2018-ci il tarixdən yenidən hesablanmaqla, xx.xx.2018-xx.xx.2018-ci illər üzrə 808,45 manat, xx.xx.2018-xx.xx.2019-cu illər üzrə 856,83 manat, xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq 1000,70 manat müəyyən edilmişdir.

10. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

11. Cavabdeh xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubla müraciətin icrasından imtina edərək işin hazırkı qərarın 3-9-cu bəndlərində qeyd olunan halları barədə məlumat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci ma ddələrini rəhbər tutaraq 1 yanvar 2018-ci il tarixdən etibarən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 297,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi 213,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 103,95 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 808,45 manat təşkil etdiyini nəzərə almış, vəzifə və rütbə maaşındakı müvafiq artımlar əsasında iddiaçının əmək pensiyasını yenidən hesablamış, Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya təminat xərcliyinin (808,45 manat) 100 faizi miqdarında əmək pensiyası müəyyən etmişdir. 1 mart 2018-ci il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə m aaşı 327,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi 228,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 114,45 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 863,95 manat təşkil etmişdir. 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (808,45 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı təminat xərcliyi (863,95 manat) arasındakı fərq məbləği (55,50 manat) Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” nın 2.5-ci bəndinə əsasən hesablanmaqla, təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi 87,17 faiz müəyyən edilmişdir. Təminat xərclikləri arasında fərq məbləğinin (55,50 manat) 87,17 faizi -48,38 manat 1 mart 2018-ci il tarixədək olan əmək pensiyasının (808,45 manat) üzərinə əlavə olunmaqla, iddiaçıya 856,83 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixdən etibarən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 400,00 manat, rütbə maaşının 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəsi 275,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 140,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 1029,00 manat təşkil etmişdir. 1 sentyabr 2019-cu il tarixədək olan təminat xərcliy i (863,95 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1029,00 manat) arasındakı fərq məbləğinin (165,05 manat) 87,17 faizi - 143,87 manat 1 sentyabr 2019-cu il tarixədək olan pensiyasının (856,83 manat) üzərinə əlavə olunmaqla, 1000,70 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. Əmək pensiyası üzrə keçmiş 3 il müddət üçün hesablanmış 1762,92 manat fərq məbləği cari ilin yanvar ayından etibarən həmin Qanunun 32.1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissəhissə (48,97 manat) əmək pensiyasının (1000,70 manat) üzərinə əlavə olunmaqla (1000,70 + 48,97 = 1049,67 manat) müvafiq kart hesabına köçürülür. Göründüyü kimi, qanunvericilikdə ötən dövr üçün hesablanmış fərq məbləğinin ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının yenidən hesablanaraq əmək pensiyasının artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, həm Əfqanıstan, həm də Qarabağ müharibəsi veteranıdır. DİO-dan son yaş həddindən əlavə 1 il 6 ay 20 gün xidmət edərək təqaüdə çıxmışdır. Təqaüddə olan polis mayorudur. Heç bir yerdə işləmir və heç bir gəlir yeri yoxdur. 28 oktyabr 2015-ci il tarixdə DİO-dan məlumat vərəqəsində 40 faiz göstərilməklə, yəni 718 manat 50 qəpik pensiya ilə təqaüdə çıxmışdır. Prezidentin sərəncamı ilə pensiyası bir inci dəfə 47 manat 23 qəpik artırılaraq 765 manat 73 qəpik, ikinci dəfə 92 manat 93 qəpik artırılıb 811 manat 43 qəpik olmuş, üçüncü dəfə xx.xx.2019ci il tarixdə 135 manat 07 qəpik artırılmışdır. Dördüncü dəfə məhkəmə qərarlarından sonra 100 manat artım olmuşdur. Məhkəmə qərarından sonra DİN-in Maliyyə Plan İdarəsi xidmət illərinə görə əlavənin vəzifə və rütbə maaşının 50 faizi miqdarında müəyyən edildiyi təminat xərcliyi 758 manat 50 qəpik göstərilən yeni məlumat vərəqəsi tərtib edərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərmişdir. Həmin məlumat vərəqəsi əsasında əmək pensiyası yenidən hesablanmışdır. Məhkəmə qərarlarına qədər xidmət illərinə görə əlavə vəzifə və rütbə maaşının 40 faizi miqdarında müəyyən edilməklə, 946 manat 50 qəpik məbləği ndə pensiya almışdır. 758 manat 50 qəpik məbləğində təminat xərcliyinin 50 faizi miqdarında əlavə müəyyən edildikdə, məbləğ düzgün alınmır. Hal-hazırda 1049 manat pensiya alır. Əvvəlki fərqə görə pensiyanın üzərinə 3 il ərzində ona dəyən maddi ziyana görə 48 manat 97 qəpik əlavə edilmişdir. Deməli bir artırmanı saxlayıb, ona dəyən maddi ziyan fərqi ilə əvəzləşdirilmişdir. Onun pensiyası 1000 manat 70 qəpikdir.

14. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək, etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.

15. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 27 fevral 2023-cü il tarixli, 21(112)-3353/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı əmək pensiyasının artırılaraq yenidən hesablanmasını arz ulasa da, hesablanmış həmin məbləğin artımına səbəb olan halın nədən ibarət olmasını əsaslandıra bilməmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilən pensiya məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən hər hansı səhvə yol verildiyini sübut edə bilməmiş, bununla da, əmək pensiyasının artımına səbəb olan halı əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən aparılan qiymətləndirmə nəticəsində iddiaçıya təyin olunmuş pensiya məbləğinin hesablanması zamanı qanunvericiliyin tələblərinə zidd hal müəyyən edilməmiş, bunun tam əksinə, hesablamanın məhz təminat xərcliyinə uyğun, həmçinin artımlar nəzərə alınaraq aparıldığı müəyyən edilmişdir ki, göstərilən bu halların hər biri iddiaçının irəli sürdüyü tələbin əsassız olduğunun göstəricisidir.

17. İddiaçı həmin qərardan apellyasiya şi kayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 17 oktyabr 2023-cü il tarixli, 21(103)-2149/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər: Z.M.Quliyev /məruzəçi/, R.S.Nəbizadə və S.Ə.Kərimov) 28 fevral 2024-cü il tarixli, 2-1(102)-703/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2-1(103)-2149/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz hüquqi mövqeyini aydın və konkret şəkildə bildirməklə həm birinci instansiya (verdiyi ərizələrdə), həm apellyasiya instansiyası məhkəmələrində verdiyi apellyasiya şikayətində, hətta kassasiya instansiyası məhkəməsinə yazdığı ərizəsində onun qənaətinə görə alınmalı ol an pensiya məbləğinin açıq, geniş və ətraflı hesablamasını vermişdir. İddiaçının həmin hesablamasına görə, ona 1322,53 manat pensiya məbləği ödənilməlidir. Lakin yuxarıda göstərildiyi kimi, apellyasiya məhkəməsi öz qərarında yazır ki, “... qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilən pensiya məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən hər hansı səhvə yol verildiyini sübut edə bilməmiş, bununla da, əmək pensiyasının artımına səbəb olan halı əsaslandıra bilməmişdir. Lakin burada məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “pensiya məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən hər hansı səhvə yol verildiyini sübut edə bilmək” üçün ən azından işdə cavabdehin iddiaçıya aid pensiyanın hesablanmasına dair tam, şəffaf və müfəssəl açıqlama olmalıdır. Halbuki, belə bir sənəd işdə mövcud deyildir. Belə ki, cavabdehin iddiaçının iddia ərizəsinə, apellyasiya şikayətinə və kassasiya şikayətinə yazdığı etirazlarında natamam və pərakəndə şəklində iddiaçıya illər üzrə pensiya artırılmasına dair məlumat verilsə də, iddiaçının pensiya məbləğinin hesablanması ilə bağlı geniş, tam və müfəssəl açıqlama verilmir və yaxud da iddiaçının özünün pensiya məbləğinin hesablanmasının açıqlanması təkzib olunmur. Halbuki, yuxarıda artıq göstərildiyi kimi, İPM-in 14.3-cü maddəsinin müddəaları mövcuddur və onlara riayət edilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almamış və sözügedən məsələni, ümumiyyətlə araşdırmamışdır. Digər tərəfdən, cavabdeh iddiaçının apellyasiya şikayətinə aid verdiyi yazılı etirazında bildirir ki, hazırda iddiaçıya 1049,67 manat məbləğində pensiya ödənilir, lakin iddiaçının Ali Məhkəməyə verdiyi ərizəyə əlavə olunmuş “Kapitalbank”-ın xx.xx.2023-cü il tarixli bank çeklərindən görünür ki, iddiaçıya 1262,58 manat (balansda 1262,74 manat göstərilmişdir) pensiya məbləği köçürülmüşdür. Lakin, apellyasiya instansiyası məhkəməsi işin bu halını da nəzərdən qaçıraraq, onu araşdırmamışdır. Həmçinin qeyd edilməlidir ki, cavabdehin iddiaçının kassasiya şikayətinə verdiyi yazılı etirazında göstərilmişdir ki, “bundan başqa, birinci instansiya və apellyasiya instansiyalarında işə hərtərəfli, tam, obyektiv araşdırılması məqsədilə hesablanma qaydasının izahı ilə əlaqədar mütəxəssis cəlb olunmuş və hesablama qaydasına izah verilmişdir”. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mütəxəssisləri: (birinci instansiya m əhkəməsində xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasda Anar Malikoğlu), (apellyasiya instansiyası məhkəməsində xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasda X2) iştirak etsələr də, qərarlarda onların verdiyi izahatlara istinad edilməmişdir, onlar hər hansı bir yazılı rəy verməmişlər. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, mütəxəssis A.M.Malikoğlu 2 (iki) cümlədən ibarət izahat vermiş, iddiaçının pensiyasının hesablanmasının açıqlamasını verməmiş, onun səsləndirdiyi yeganə rəqəm yalnız 3 (üç) il üçün hesablanmış 1762,92 manat rəqəmi olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli protokolundan isə görünür ki, mütəxəssis R.Ə.Hüseynov daha geniş izahat versə də, onun dedikləri cavabdehin iddiaçının apellyasiya şikayə tinə yazdığı etirazında olan müddəaların başqa formada təkrarlanmasından ibarət olmuş, yəni iddiaçının pensiyasının hesablanmasına dair açıqlama verilməmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, işin 2125-ci səhifələrində Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-230/2019 nömrəli qərarı mövcuddur ki, həmin qərarla iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-1786/2018 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçının fasiləsiz xidmət illərinə görə əlavə vəzifə və rütbə maaşlarının 50 faizi məbləğində hesablanmaqla, yeni məlumat vərəqəsinin hazırlanaraq DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifə si cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Belə ki, həmin məhkəmə qərarına qədər Daxili İşlər Nazirliyinin məlumat vərəqində iddiaçının cəmi pul təminatı (təminat xərcliyi) 718,50 manat göstərildiyi halda, qərardan sonra isə həmin məbləğ 758,50 manat olaraq hesablanmışdır. İşin 95-ci səhifəsində olan iddiaçının birinci instansiya məhkəməsinə ünvanladığı ərizəsinin arxa tərəfində iddiaçı yazır ki, “yeni məlumat vərəqəsi 50%-lə 758 manat 50 qəpiklə təminat xərci hesablanıb icra olunmaq üçün Əmək və Əhalinin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərildi. Onlar da düzgün araşdırma aparılmadan özlərinə sərf olunduğu kimi hesablayıblar.” Məhkəmə kollegiyası qeyd edir ki, işin bu halı apellyasiya məhkəməsində tam və hərtərəfli araşdırılmamışdır, yəni iddiaçı s özügedən məlumat vərəqəsinin icra edilməsi ilə əlaqədar razı deyil, yoxsa məlumat vərəqəsi doğru tərtib edilmiş, lakin cavabdeh tərəfindən düzgün icra edilməmişdir. Başqa sözlə, bu məsələ açıq qalmış, yəni araşdırılmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh iş üzrə verdiyi etirazlarında bildirir ki, iddiaçıya pensiya məbləğinin ödənilməsi 3 il geriyə tətbiq edilməklə də həyata keçirilir. Lakin cavabdehin bunu hansı tarixdən hesablaması və geriyə hansı tarixdən ödənilməsi də bəlli deyil, apellyasiya instansiyası məhkəməsi sözügedən məsələni tam və hərtərəfli araşdırmamışdır. Belə olan halda, müəyyən olunmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılması aparılmamışdır, bunun nəticəsində iş üzrə düzgün olmayan qərar qəbul edilmi şdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. İddiaçı məhkəməyə iddia tələbi ilə bağlı yazılı mülahizə (iş cild 2, səhifə 28) təqdim edərək qeyd etmişdir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)230/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının təsviri hissəsində qeyd olunmuş məlumat vərəqəsinə əsasən, onun təminat xərcliyi 765,75 manat müəyyən edildiyi halda, həmin məhkəmə qərarının icrası nəticəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 99 nömrəli məlumat vərəqəsində 758,5 manat göstərilmişdir. Hesab edir ki, təminat xərcliyi 765,75 manat olmalıdır. Həm DİN Maliyyə Plan İdarəsi, həm də cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı düzgün hesablama aparmamışdır. Sözügedən yeni tərtib edilmiş məlumat vərəqəsində vəzifə maaşı 27 0,00 manat, rütbə maaşı 130,00 manat göstərilməklə, düzgün hesablanmamışdır. Belə ki, həmin məbləğlər də köhnə məlumat vərəqəsində olduğu kimi 40 faizlə hesablanmışdır. Hesab edir ki, 270,00 manat vəzifə maaşı və 130,00 manat rütbə maaşı da xidmət illərinə əlavədə olduğu kimi 10 faiz artırılmalıdır. İnzibati orqan tərəfindən 27 manat vəzifə maaşı, 13 manat rütbə maaşı az hesablanmışdır. Əslində 50 faizlə hesablama aparılsaydı, məbləğ belə olmalı idi: 765,75 manat + 52,70 manat + 102 manat + 149,45 manat + 110 manat + 178,75 manat + 154,55 manat + 27 manat vəzifə maaşı + 13 manat rütbə maaşı + 7 manat fərq = 1560,45 manat. Məhkəmə qərarlarından sonra 1560,45 manat pensiya almadlı olduğu halda, hazırda 1404,50 manat pensiya alır. Ona pensiya təyin edildiyi 2015-ci ildən etibarən əmək pensiya sına əlavələr 20 ildən yuxarı hərbi xidmətinin hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla hesablanmışdır. Məlumat vərəqəsinə düzəlişlə bağlı məhkəmə qərarlarından sonra isə pensiyasına əlavələr 01 iyun 2017-ci il tarixədək 3 faiz, həmin tarixdən sonra isə 2 faizlə hesablanmışdır. Hesab edir ki, ona pensiya təyin edildiyi zaman əlavələr təminat xərcliyinin 3 faizi miqdarında hesablandığından, əmək pensiyasının yenidən hesablanması zamanı da 3 faizlə olmalı idi. Yekun olaraq bildirir ki, əmək pensiyasının yenidən hesablanması zamanı təminat xərcliyi 758,5 manat yox, 765,75 manat olaraq nəzərə alınmalı, 20 ildən yuxarı hərbi xidmətinin hər ili üçün təminat xərcliyinin 3 faizi miqdarında əlavə hesablanmalı və vəzifə və rütbə maaşı 50 faizlə hesablanmalıdır.

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.M.Məmmədov və P.A.Hüseynov) 05 dekabr 2024-cü il tarixli, 2-1(103)-2373/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2024-cü il tarixli 2-1(102)-703/2024 nömrəli qərarındakı hüquqi mövqeyə uyğun olaraq təkrar apellyasiya baxışı zamanı pensiyanın hesablanmasına dair mütəxəssis rəyi alınmış və məhkəmə kollegiyasının iclasında mütəxəssis X1 təqdim etdiyi yazılı mütəxəssis rəyinə (iş materiallarının 88-89 vərəqləri) uyğun rəy bildirmişdir. Yuxarıda sadalanan xüsusat lardan bir daha təsdiq olunur ki, iddiaçının pensiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-230/2019 nömrəli qərarı əsasında təqdim edilmiş məlumat vərəqəsi əsasında düzgün hesablanmışdır. İddiaçının təqdim etdiyi Bakı İnzibati Məhkəməsinin iddiaçıya ünvanladığı 14 sentyabr 2024-cü il tarixli, 2-1(81)584/2024 nömrəli məktubdan müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-230/2019 nömrəli qərarının düzgün icra edilməməsi, yəni məlumat vərəqəsinin düzgün doldurulub göndərilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin iddiaçıya ünvanladığı 14 sentyabr 2024-cü il tarixli, 2-1(81)-584 /2024 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-230/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək fasiləsiz xidmət illərinə görə əlavə vəzifə və rütbə maaşlarının 50% məbləğində hesablanmaqla yeni məlumat vərəqinin hazırlanaraq DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Qərarın icrası ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixli, 99 nömrəli yeni məlumat vərəqi verilmiş və xx.xx.2020-ci il tarixli məktubla DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Hazırkı ərizədə iddiaçı Ali Mə hkəmənin qərarının təsviri hissəsində 765,75 manat yazıldığı halda, pensiyasının 758,50 manat hesablandığını bildirərək ona köməklik edilməsini xahiş edir. İddiaçı qərarın izah edilməsi ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edə bilər. Qərara izah verilməsi məsələsi həllini tapdıqdan sonra qərarın düzgün icra edilməməsi ilə bağlı məcburi icra tədbirlərinin görülməsi məsələsinə baxıla bilər. Beləliklə, iddiaçının pensiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-230/2019 nömrəli qərarı əsasında təqdim edilmiş məlumat vərəqəsi əsasında düzgün hesablanmışdır. Həmçinin iddiaçının təqdim etdiyi Bakı İnzibati Məhkəməsinin iddiaçıya ünvanladığı 14 sentyabr 2024-cü il tarixli, 2-1(81 )-584/2024 nömrəli məktubdan müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-230/2019 nömrəli qərarının düzgün icra edilməməsi, yəni məlumat vərəqəsinin düzgün doldurulub göndərilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir ki, bu da hazırkı mübahisənin predmetinə daxil deyildir.

26. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

27. İddiaçı kassasiya şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandıraraq qeyd etmişdir ki, ona xx.xx.2015-ci il tarixdə əmək pensiyası təyin edilərkən Daxili İşlər Nazirliyindən verilmiş məlumat vərəqində xidmət illərinə görə əlavə, vəzifə və rütbə maaşının 40%-i miqdarında hesablanmışdır. Halbuki, onun xidmət illəri 36 il 1 ay 12 gün olduğundan, xidmət illərinə görə əlavə 40% deyil, 50% miqdarında hesablanmalı idi. İddiaçı Daxili İşlər Nazirliyinə qarşı həmin tələblə Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış və xx.xx.2018-ci il tarixli qərarla iddiası təmin edilmiş, qərar apellyasiya instansiyasında ləğv edilsə də, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə yeni məlumat vərəqinin təqdim edilməsi öhdəliyi Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuşdur. Göründüyü kimi, xx.xx.2018-ci il tarixindən etibarən aşağı miqdarda əmək pensiyası aldığı faktı təsdiq edilmişdir. Ali Məhkəm ənin yekun qərarından sonra Daxili İşlər Nazirliyi tərəfindən yeni məlumat vərəqinin verilməsi öhdəliyinin yerinə yetirilməsi ləngidilmiş, müxtəlif vaxtlarda ona qarşı yeni açılmış hallarla bağlı Ali Məhkəməyə ərizə təqdim edilmiş və Ali Məhkəmənin xx.xx.2019-cu və xx.xx.2020-ci tarixli qərardadları ilə Daxili İşlər Nazirliyinin ərizələri təmin edilməmişdir. Bundan sonra, Daxili İşlər Nazirliyi xx.xx.2020-ci il tarixdə onun tələbinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması üçün xidmət illərinə görə əlavəni 50% ilə hesablayaraq yeni məlumat vərəqini Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərmişdir. Göründüyü kimi, Daxili İşlər Nazirliyi öz öhdəliyini onun hüququnun pozulduğu birinci instansiya məhkəməsində təsdiqləndiyi (xx.xx.2018) vaxtdan 2 il 9 ay sonra, Ali Məhkəmənin yekun qərarından isə 23 ay sonra yerinə yetirmişdir. Yeni məlumat vərəqinə əsasən DSMF iddiaçının əmək pensiyasını yenidən hesablayaraq, 2018-ci ildən sonra almalı olduğu artımın hazırkı pensiyasına əlavə edilməsinə qərar vermişdir. DSMF bu mövqeyini “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə əsaslandırmışdır. O, DSMF-yə qarşı iddia qaldırsa da, həm Bakı İnzibati Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi maddi hüquq normasını yanlış tətbiq edərək iddianı təmin etməmişdir. Belə ki, sözügedən qanun norması o, artıq pensiyaya çıxdıqdan sonra, yəni xx.xx.2017-ci il tarixdə qanuna əlavə edilmiş və həmin normanın retroaktiv tətbiqinə dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Məhkəmə, cavabdeh DSMF-nin təqdim etdiyi yazılı rəyi t am və hərtərəfli araşdıraraq onun pensiyasının hesablanmasına hansı səbəbdən 2017-ci ildə qüvvəyə minmiş normanın tətbiq edildiyini aydınlaşdırmadan, cavabdehin düzgün hesablama apardığı qənaətinə gəlmişdir. O, Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, təminat xərcliyinin yenidən düzgün hesablanaraq yeni məlumat vərəqinin verilməsi öhdəliyinin Daxili İşlər Nazirliyinin üzərinə qoyulmasını tələb etmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, həmin qərar apellyasiya məhkəməsində ləğv edilsə də, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə yeni məlumat vərəqinin təqdim edilməsi öhdəliyi Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuşdur. Daxili İşlər Nazirliyi Ali Məhkəmənin qərarını icra etmək yerinə, xx.xx.2019cu il tarixdə yeni açılmış hallarla əlaqədar olaraq Ali Məhkəməyə ərizə təqdim etmiş, xx.xx.2019-cu il tarixli qərardadla Ali Məhkəmə ərizəni təmin etməmişdir. Bundan sonra, Daxili İşlər Nazirliyi yenidən Ali Məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə təqdim etmiş və Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Yalnız bundan sonra Daxili İşlər Nazirliyi xx.xx.2020-ci il tarixdə ionun tələbinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması üçün xidmət illərinə görə əlavəni 50% ilə hesablayaraq yeni məlumat vərəqini Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərmişdir. Bütün bu müddət ərzində o, 758,50 manat pensiya və növbəti illərdə həmin məbləğə hesabla nmış artımları almalı olsa da, bundan məhrum qalmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. Əmək pensiyası dedikdə bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi başa düşülür.... 1.0.3. Hərbi qulluqçular dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər döv lət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər başa düşülür.... 1.0.5 Təminat xərcliyi (pul təminatı) dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür.... 9.5.1. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüqu qu vardır.... 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər.... 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları:

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində,..................... Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4- cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya ala n hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.

4. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sis teminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. 31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı cfəoul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fa ktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.... Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.... Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər.

32. İnzibati Prosessual Məcəllə Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə pros es iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyət i üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

36. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının pensiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-230/2019 nömrəli iş üzrə, xx.xx.2019-cu il tarixli qərarı əsasında təqdim edilmiş məlumat vərəqəsi əsasında düzgün hesablanmışdır. Həmçinin, iddiaçının təqdim etdiy i Bakı İnzibati Məhkəməsinin iddiaçıya ünvanladığı 21(81)-584/2024 saylı, 14 sentyabr 2024-cü il tarixli məktubdan müəyyən olunur ki, o, Ali Məhkəmənin 2-1(102)-230/2019 nömrəli qərarının düzgün icra edilməməsi, yəni məlumat vərəqəsinin düzgün doldurulub göndərilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir ki, bu da hazırkı mübahisənin predmetinə daxil deyildir.

37. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı xx.xx.2020-ci il tarixli, 99 nömrəli yeni məlumat vərəqi əsasında hesablanmış əmək pensiyasının məbləği ilə razılaşmır.

38. İddiaçı tələbində əmək pensiyasının yenidən hesablanaraq artırılmasını xahiş etsə də, işə baxan birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən iddiaçının cavabdeh tərəfin dən aparılmış yenidən hesablanma ilə hansı hissələrdə razılaşmadığı, ümumiyyətlə, onun hüquqi marağının nədən ibarət olması aydınlaşdırılmamışdır.

39. Halbuki, kassasiya instansiya məhkəməsində birinci icraat zamanı da məhkəmənin göstərişlərindən biri də bu olmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının məhkəmə qərarından sonra tərtib edilmiş məlumat vərəqəsinin özünün məlumatları ilə razı olmadığı, yoxsa məlumat vərəqəsinin doğru tərtib edildiyi, lakin cavabdeh tərəfindən düzgün icra edilmədiyini mübahisələndirdiyi dəqiqləşdirilməlidir.

40. Lakin, qeyd edildiyi kimi apelyasiya məhkəməsi tərəfindən bu istiqamətdə araşdırma aparılmamışdır.

41. Bununla bağlı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmi ş (iş cild 2, səhifə 28) ərizənin dəlillərindən görünür ki, iddiaçı cavabdeh tərəfindən yenidən hesablanmış pensiya məbləği ilə razılaşmamasının əsaslarını aşağıdakı kimi ifadə etmişdir: 1) Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-230/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının təsviri hissəsində qeyd olunmuş məlumat vərəqəsinə əsasən onun təminat xərcliyi 765,75 manat müəyyən edildiyi halda, həmin məhkəmə qərarının icrası nəticəsində tərtib edilmiş məlumat vərəqəsində 758,5 manat göstərilmişdir. Hesab edir ki, təminat xərcliyi 765,75 manat olmalıdır. Həmçinin, həmin məlumat vərəqəsində vəzifə maaşı 270,00 manat, rütbə maaşı 130,00 manat göstərilməklə, düzgün hesablanmamışdır. Belə ki, qeyd olunan məbləğlər də xidmət illərinə əlavədə olduğu kimi 10 faiz artırılmalıdır. 2) Ona pensiya təyin edildiyi 2015-ci ildən etibarən əmək pensiyasına əlavələr 20 ildən yuxarı hərbi xidmətinin hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla hesablanmışdır. Məlumat vərəqəsinə düzəlişlə bağlı məhkəmə qərarlarından sonra isə pensiyasına əlavələr 01 iyun 2017-ci il tarixədək 3 faiz, həmin tarixdən sonra isə 2 faizlə hesablanmışdır. Hesab edir ki, ona pensiya təyin edildiyi zaman əlavələr 3 faizlə hesablandığından yenidən hesablanma zamanı da bu qaydada davam etməli idi.

42. İddiaçının 1-ci dəlilinə münasibətdə kollegiya apellyasiya məhkəməsinin məhkəmə qərarına izahla bağlı mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı təminat xərcliyinin məbləğinə münasibətdə məhkəmə qərarında qeyri-müəyyənliyin olduğu qənaətindədirsə, qərarın izah edilməs i ilə bağlı Azərbaycan Respublkasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına ərizə ilə müraciət edə bilər.

43. Odur ki, bu dəlil özlüyündə əsassızdır.

44. İddiaçının 2-ci dəlili üzrə qeyd edilməlidir ki, kassasiya məhkəməsinin növbəti göstərişi cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının hansı qaydada hesablanmasına dair tam, şəffaf və müfəssəl açıqlama verilməli, apellyasiya məhkəməsi tərəfindən bu istiqamətdə araşdırma aparılmalı olması ilə bağlıdır.

45. Bu göstərişlərə uyğun olaraq, apellyasiya məhkəməsində ikinci icraat zamanı iddiaçının əmək pensiyasının xx.xx.2020-ci il tarixli, 99 nömrəli yeni məlumat vərəqi əsasında hansı qaydada hesablanmasına dair cavabdeh tərəfindən mütəxəssis rəyi verilmişdir.

46. Mütəxəssis rəyindən görünür ki, iddiaçıya 11 oktyabr 2015-ci il tarixdə cav abdeh tərəfindən 36 il 1 ay 12 gün xidmət müddəti üçün təminat xərcliyinin (718,50 manat) 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra DİN tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 99 nömrəli yeni məlumat vərəqi əsasında iddiaçının əmək pensiyası 2021-ci ilin yanvar ayında keçmiş 3 il müddət üçün yenidən hesablanmışdır. İddiaçının təminat xərcliyi 1 mart 2018-ci il tarixdən 863,95 manat təşkil etmişdir. 1 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (808,45 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı təminat xərcliyi (863,95 manat) arasındakı fərq məbləği (55,50 manat) Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edil miş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” nın 2.5-ci bəndinə əsasən hesablanmaqla, təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi 87,17 faiz (20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi, 20 ildən artıq xidmət müddətinin (16 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (16x2) təminat xərcliyinin 32 faizi, natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,17 faizi) müəyyən edilmişdir. Təminat xərclikləri arasında fərq məbləğinin (55,50 manat) 87,17 faizi - 48,38 manat 1 mart 2018-ci il tarixədək olan əmək pensiyasının (808,45 manat) üzərinə əlavə olunmaqla, iddiaçıya 856,83 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. 1 sentyabr 2019-cu il tarixdən etibarən iddiaçının təminat xərcl iyi 1029,00 manat təşkil etmişdir.

47. Rəydən müəyyən edildiyi kimi, təminat xərcliyi 718,5 manat göstərilən məlumat vərəqəsi əsasında cavabdeh tərəfindən iddiaçıya 2015-ci ildə pensiya təyin edilərkən pensiyaya əlavələr Qanunun 20.14-cü və 20.14.1-ci maddələrinin həmin dövrdə qüvvədə olan redaksiyalarına uyğun olaraq 20 ildən yuxarı hərbi xidmətinin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında müəyyən edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin məlumat vərəqəsi qanunsuz sayılaraq, təminat xərcliyi 758,5 manat müəyyən edilən yeni məlumat vərəqəsi tərtib edilmişdir. Yeni məlumat vərəqəsi əsasında iddiaçıya pensiya təyin edilərkən isə cavabdeh orqan tərəfindən pensiyaya əlavələr “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələri n yenidən hesablanması Qaydası” nın 2.5-ci bəndinə əsasən hesablanmışdır.

48. Nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanunun iddiaçıya pensiya təyin edilən vaxt qüvvədə olan (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş) redaksiyasının: 20.14-cü maddəsinə əsasən, bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. 49. 01 iyul 2017-ci il tarixdən qeyd olunan maddəyə edilmiş dəyişikliyə əsasən: 20.14. Bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili “(il tam olmadıqda isə natamam il dəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər.

50. Göründüyü kimi, iddiaçıya 2015-ci ildə pensiya təyin edilən dövrdə qüvvədə olan qanunvericilik 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında əlavə müəyyən edirdi.

51. İddiaçıya da əmək pensiyası 2015-ci ildə təyin edilərkən 20 ildən yuxarı hərbi xidməti üçün onun 716,50 manat məbləğində təminat xərcliyinin 3 faizi miqdarında əlavə müəyyən edilmişdir.

52. Nəzərə almaq lazımdır ki, 2015-ci ildə məlumat vərəqəsi inzibati orqanın (DİN) təqsirli hərəkətləri nəticəsində yanlış tərtib edilərək (xidmət illərinə görə əlavə vəzifə maaşının 40 faizi məbləğində hesablanaraq) təminat xərcliyinin məbləği 40 manat daha az göstərilmişdir. Bu baxımdan, iddiaçı həmin məlumat vərəqəsində göstərilən xidmət illərinə görə əlavənin məbləği ilə razılaşmadığından bu məlumat vərəqəsinin yenilənməsi ilə bağlı məhkəmədə iddia qaldırmış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin məlumat vərəqəsinin düzgün tərtib edilmədiyi müəyyən edildiyindən yeni məlumat vərəqəsinin tərtib edilməsi öhdəliyi iddiaçının xidmət etdiyi DİN-in üzərinə qoyulmuşdur.

53. Həmin məhkəmə qərarının icrası nəticəsində xx.xx.2020-ci il tarixdə tərtib edilmiş məlumat vərəqinin məlumatlarından da göründüyü kimi, bu məlumat vərəqəsi ilkin – 2015ci il tarixli məlumat vərəqəsindəki məlumatları təkrarlamaqla, yalnız xidmət illərinə əlavənin hesablanması hissəsində inzibati orqanın səhvi düzəldilməklə tərtib edilmişdir. Başqa sözlə, həmin məlumat vərəqəsi elə məhz 2015-ci il tarixli məlumat vərəqəsinin əvəzində verilmişdir.

54. Lakin mütəxəsiss rəyindən göründüyü kimi, cavabdeh orqan yeni məlumat vərəqəsi əsasında iddiaçının pensiyasını xx.xx.2021-ci il tarixdə yenidən hesablayarkən ona “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü və 20.14.1-ci maddəsinin pensiya təyin edilən dövrdə qüvvədə olan redaksiyasına uyğun olaraq, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün təminat xərcliyinin 3 faizi miqdarında əlavə müəyyən etməmiş, pensiyaya əlavələri başqa normativ hüquqi aktın - “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenid ən hesablanması Qaydası”nın 2.5ci bəndi tətbiq edilməklə, hesablayaraq təminat xərcliyinin artım hissəsinə faiz dərəcəsi (20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin – 2 faizi əlavə olmaqla) tətbiq etmişdir.

55. Halbuki, həmin Qaydanın 1.1-ci və 1.2-ci bəndlərinin məzmunundan görünür ki, bu normativ hüquqi-akt tamamilə başqa münasibətləri tənzimləyir.

56. Belə ki, 1.1-ci bəndə əsasən, bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq in deksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. 1.2. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. İstinad edilən normaların məzmunundan göründüyü kimi, bu Qayda “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavənin yalnız iki halda: 1) indeksləşdirilmə və 2) vəzifələr üzrə aylıq əməkhaqqı artırıldığı hallarda yenidən hesablanması zamanı tətbiq edilir.

57. Hazırkı halda isə iddiaçının əmək pensiyasının məhkəmə qərarından sonra tərtib edilmiş məlumat vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdə yenidən hesablanmasına qeyd olunan 2 haldan heç biri əsas olmamışdır.

58. Həmin qaydanın 2.5-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır.

59. Cavabdehin iddiaçıya münasibətdə tətbiq etdiyi həmin normanın da məzmunundan müəyyən edildiyi kimi, bu qayda pensiyaçının təminat xərcliyində sonrakı artımlar zamanı (vəzifə maaşı və s. ödənişlərin artması ilə əlaqədar) əmək pensiyalarının yenidən hesablanması ilə bağlı münasibətləri tənzimləyir.

60. Yuxarıda qeyd edildiyi kimi, iddiaçıya münasibətdə xx.xx.2021-ci il tarixdə pensiyanın yenidən hesablanması zamanı belə hal baş verməmiş, yenidən hesablanmanın səbəbi inzibati orqanın məlumat vərəqəsi nin yanlış tərtib edilməsində təqsirli hərəkətlərinin aradan qaldırılaraq yenidən tərtib edilmiş düzgün məlumat vərəqəsi əsasında hesablanmalı olması olmuşdur.

61. Odur ki, iddiaçının əmək pensiyası məhkəmə qərarının icrası nəticəsində tərtib edilmiş məlumat vərəqəsi əsasında yenidən hesablanan zaman ona münasibətdə, ümumiyyətlə, “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” tətbiq edilməməli, pensiya təyin edilən dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü və 20.14.1-ci maddələrinin tələbinə uyğun qaydada 20 ildən yuxarı xidmət müddəti təminat xərcliyinin 3 faizi miqdarında müəyyən edilməklə yenidən hesablanmalı idi.

62. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının 2021-ci ild ə yenidən hesablanması zamanı yanlışlığa yol verilmişdir.

63. Belə olan halda isə iddiaçı 758,5 manat təminat xərcliyinin 3 faizi miqdarında pensiyaya əlavələr almaq hüququndan məhrum olmuşdur.

64. Nəzərə almaq lazımdır ki, inzibati orqanın təqsirli hərəkətləri nəticəsində iddiaçı müvafiq hüququndan məhrum edilə bilməz.

65. Apellyasiya məhkəməsi tərəfindən isə işin sadalanan halları, ümumiyyətlə, araşdırılmamış, 2015-ci ildə iddiaçıya pensiya Qanunun tələbinə uyğun olaraq pensiyaya əlavələr 20 ildən yuxarı hərbi xidmətinin hər ili üçün müvafiq təminat xərcliyinin – 3 faizi miqdarında hesablandığı halda, sonradan yenidən hesablanma zamanı cavabdeh tərəfindən niyə məhz “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” tət biq edilərək hesablanma aparıldığının səbəbləri müəyyən edilməmişdir.

66. Bundan əlavə, iddiaçı hazırkı kassasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, “yeni məlumat vərəqinə əsasən DSMF iddiaçının əmək pensiyasını yenidən hesablayaraq 2018-ci ildən sonra almalı olduğu artımın hazırkı pensiyasına əlavə edilməsinə qərar vermişdir. DSMF bu mövqeyini “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə, cavabdeh DSMF-nin təqdim etdiyi yazılı rəyi tam və hərtərəfli araşdıraraq iddiaçının pensiyasının hesablanmasına hansı səbəbdən 2017-ci ildə qüvvəyə minmiş normanın tətbiq edildiyini aydınlaşdırmadan, cavabdehin düzgün hesablama apardığı qənaətinə gəlmişdir”.

67. Göründüyü kimi, iddiaçı əmək pensiyasının xx.xx.2021-ci il tarixdə yenidən hesablanması zamanı Q anunun 32.1-1-ci maddəsinin tətbiq edilərək, son 3 üzrə hesablama aparılmasından da narazıdır.

68. Bununla bağlı hələ kassasiya məhkəməsində birinci icraat zamanı da məhkəmə iddiaçıya pensiya məbləğinin ödənilməsinin 3 il geriyə tətbiq edilməklə həyata keçirildiyini, lakin cavabdeh tərəfindən bunun hansı tarixdən hesablaması və geriyə hansı tarixdən ödənilməsinin bəlli olmadığını, apellyasiya məhkəməsi tərəfindən də sözügedən məsələnin araşdırılmadığını qeyd etmişdir.

69. Ali Məhkəmə tərəfindən qeyd olunan formada göstəriş verilməsinə baxmayaraq, apellyasiya məhkəməsində ikinci icraat zamanı da bu məsələ araşdırılmamışdır.

70. Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İn zibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadında bu məsələ ətraflı şərh edilmişdir. Həmin qərardadla gəlinən nəticəyə görə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

71. Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il qərarında isə əlavə olaraq qeyd edilmişdir ki,........... müvafiq işlərə baxan məhkəmələr Qanunun 32.1-1-ci maddəsinin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.

72. Hazırkı işin hallarından görünür ki, iddiaçının ona pensiya təyin edilməsi zamanı əsas götürülən məlumat vərəqəsi ilə razılaşmayaraq, DİN-ə qarşı yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı iddiası üzrə ilkin məhkəmə qərarı 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi tərəfindən 29 mart 2018-ci il tarixdə qəbul edilmişdir.

73. Lakin bununla bağlı iddiaçı tərə findən DİN-ə edilmiş müraciətlər, ona verilən imtina cavabı, xüsusilə də, müraciətin ilk dəfə nə vaxt edildiyi ilə bağlı isə hazırkı işdə sübutlar yoxdur.

74. Bu səbəbdən, işə təkrar baxılarkən apellyasiya məhkəməsi tərəfindən Ali Məhkəmənin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadında və Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il qərarındakı mövqelər nəzərə alınmaqla, iddiaçı tərəfindən 2015-ci il tarixli məlumat vərəqəsindən sonra yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı ilk dəfə DİN-ə hansı tarixdə müraciət edildiyi, bu müraciətin 2017-ci il 01 iyul tarixədək, yoxsa bu tarixdən sonra edildiyi, sonra edildiyi halda, bunun səbəbi aydınlaşdırılmaqla, bu səbəbin Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunduğu kimi şəxsin ira dəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəb kimi qiymətləndirilməsinin mümkün olub-olmaması ilə bağlı müvafiq araşdırma aparılmalıdır.

75. Odur ki, məhkəmə kollegiyası İPM-in 12.1-ci, 58.7-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməlidir. İşə təkrar baxılarkən apellyasiya məhkəməsi tərəfindən iddiaçının hüquqi marağı müəyyən edilməklə iddia tələbi dəqiqləşdirilməli, işin yuxarıda qeyd edilən halları araşdırılmaqla iddia tələbinə hüquqi qiymət verilməlidir.

76. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 dekabr 2024-cü il tarixli, 2-1(103)-2373/2024 nömrəli qə rarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar