Məhkəmə qərarları › İş №2-1(102)-1134/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1134/2024

08.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1134/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 Əbdül oğlu və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 Əbdül oğlu və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Lalə” firması məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilməklə "çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3557/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 1939/5-378 saylı qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, S. Bəhlulzadə küçəsi, 10 “A”-da yerləşən daşınmaz əmlak üzərində “Lalə” firmasının mülkiyyət hüququ tanınmış, “Lalə” firmasının mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat Vəsiqəsinin verilməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilmişdir.

2. Həmin qətnamədən İddiaçı1 və qeyriləri apelyasiya şikayəti vermiş, Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1939/5-378 saylı qərardadı ilə 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 iyun 2006-cı il tarixli 1939/5-378 nömrəli qətnaməsi hüquq və vəzifələrinə toxunmadığından işdə iştirak etməyən və apellyasiya şikayəti vermək hüququ olmayan şəxslər tərəfindən verildiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. 3. 1 saylı Yerli İqtisad Məhkəməsinin 14 iyun 2006-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti n bərpasına dair vəsatət verilmiş, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1939/5-378 saylı qərardadından işdə iştirak etməyən İddiaçı1, İddiaçı2 Əbdül oğlu, X7, X4, X9 və İddiaçı3 tərəfindən apelyasiya şikayəti, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərardadından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1122/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətlər təmin edilməmişdir.

5. İddiaçı “Lalə” firması cavabdehlər X4, İddiaçı1, İddiaçı2 Əbdül oğlu və X5 qarşı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından cavabd ehlərin çıxarılmasını tələb etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(010)- 423/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X4, İddiaçı1, İddiaçı2 Əbdül oğlu və X3 “Lalə” firmasına məxsus ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binasından çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-106/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(010)-23/2019 saylı qətnaməsi qismən, yəni iddia tələbinin cavabdeh X14 münasibətdə rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilmiş, X10 “Lalə” firmasına məxsus ünvan 3 ünvanında yerləş ən qeyri-yaşayış binasından çıxarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehlər X1, İddiaçı2, X3 və İddiaçı1 apellyasiya şikayətləri təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 4732/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı1 kassasiya instansiyası məhkəməsinin qərarından Konstitusiya Məhkəməsinə şikayət vermiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı1 Azərbaycan Respublikası xx.xx.2021-ci i l tarixli qərarının Azərbaycan Respublikası Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılması barədə şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun icraatına qəbul edilməsindən imtina edilmişdir. 7. ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binası hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 25 iyul 2012-ci il tarixli çıxarışla xüsusi mülkiyyət hüququ əsasında “Lalə” firmasına məxsusdur.

8. İddiaçılar cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasına dair “Lalə” firmasının adına xx.xx.2012-ci il tarixdə verilmiş RX seriy alı, ******* nömrəli reyestrdən çıxarışın ləğv edilməsini xahiş etmişlər.

9. Cavabdeh 24 fevral 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlarla bağlı mübahisələr məhkəmə qaydasında həll edilə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçılar İddiaçı1, İddiaçı2 Əbdül oğlu və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Lalə” firmasının ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində qeydə alınmış dövlət qeydiyyatının və onun əsa sında verilmiş xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair “Lalə” firmasının adına xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli reyestdən çıxarışın ləğv edilməsi ilə bağlı müraciətinə baxan cavabdeh özünün **********49 saylı xx.xx.2022-ci il tarixli cavab məktubu ilə imtina etmiş və onlara məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. İddiaçılar bunu inzibati orqanın qanunsuz hərəkəti kimi qiymətləndirlər. Belə ki, sözü gedən ünvanda yerləşən qeyriyaşayış sahəsinin hissələrini hazırda mübahisələndirdikləri çıxarışla X2 almışlar və sonradan orada əlverişli məişət şəraiti yaratmaq üçün əlavə tik ililər inşa etməklə təmir bərpa işləri aparmışlar. Lakin 15 ildən sonra “Lalə” firması cavabdeh orqandan çıxarış alaraq iddiaçıların oradan çıxarılmasını tələb etmiş və tələbi təmin olunmuşdur. Beləliklə inzibati orqanın qanunsuz verdiyi çıxarış iddiaçıların faktiki olaraq yeganə yaşayış yerindən məhrum olmalarına səbəb olmuşdur. Buna da səbəb cavabdehin qeyri-yaşayış sahəsi yüklü olduğu halda orada çoxsaylı əlavə tikililər və bir neçə ailənin faktiki yaşadığı halda həmin obyektin üzərində dövlət qeydiyyatı aparıb çıxarış verməsi olmuşdur ki, bu da tamamilə qanunsuzdur.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8397/2023 saylı, 12 aprel 2023-cü il tarixli qərardadı ilə “Lalə” firması üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir.

13. Üçüncü şəxs “Lalə” firması iddia ərizəsinə etiraz edərək iddia tələbinin iddiaçıların subyektiv hüquqları olmaması əsası ilə mümkün sayılmamasını xahiş etmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2-1(112)-8397/2023 saylı qərardadı ilə (hakim X6) iddia mümkün sayılmamışdır.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüquqları mövcud deyildir.

16. İddiaçı1 apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3557/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər X11 /məruzəçi/, X8 və X12) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2-1(112)-8397/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı1 kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmaqla baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız və qanunsuz hesab edilməklə qeyd edilir ki, qəbul edilmiş qərardadlar iddiaçının mülkiyyət hüququnu pozur. Belə ki, “Lalə” firmasına məxsus olan çıxarışla rəsmiləşdirilmiş qeyriyaşayış sahəsi İddiaçı1 məxsusdur. O, həmin qeyri-yaşayış sahəni almış, vəsait sərf edərək ərazini genişləndirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 9 6.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti əsassızdır, ona görə də təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. Belə ki, iş materiallarından görünür ki, İddiaçı1 üçüncü şəxsə məxsus qeyriyaşayış sahəsi üzərində artıq dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarını mübahisələndirir. Qeyd edilir ki, İddiaçı1 həmin qeyri-yaşayış sahəsini pul müqabilində əldə etmiş, vəsait sərf edərək ərazini genişləndirmişdir.

27. İddiaçı1 kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, onun mübahisələndirdiyi qeyri-yaşayış sahəsinə münasibətdə hər hansısa bir hüququnun olması iş materiallarına əlavə edilmiş və işin hallarında qeyd edilən qanuni qüvvəsini almış çoxsaylı məhkəmə aktları ilə təsdiq edilir. Həmin məhkəmə aktlarının təhlili mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə münasibətə İddiaçı1 subyektiv hüququnun olmaması qənaətinə gəlməyə əsas verir.

28. Eyni zamanda məhkəmə kollegiyası subyektiv hüquqa anlayış verərək qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorum aq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

29. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münas ibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi).

30. İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddi anın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin.

31. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək qeyd edir ki, hazırkı halda iddiaçının subyektiv hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

32. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı)

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcu d olmalıdırlar (8.6-cı bənd).

34. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd)

35. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

36. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddianın mümkün sayılmaması barədə apelyasiya in stansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

37. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3557/2023 nömrəli iş üzrə 20 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar