Məhkəmə qərarları › İş №2-1(102)-1137/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1137/2024

30.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1137/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; xx.xx.2006-cı il tarixədək tələb olunan iş stajının olmaması; xx.xx.2017-ci il tarixdən müəyyən edilmiş yaş həddi ilə bağlı şərtin ödənilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövl ət Sosial Müdafiə Fondu PHŞ Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-161/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

2. Cavabdehin xx.xx.2022-ci il tarixli **********2 saylı məktubu ilə pensiya təyinindən imtina edilmişdir. Məktubda qeyd edilmişdir ki, “xx.xx.2006-cı il tarixinə sizin ümumi iş stajınız 19 il 3 ay 25 gün, güzəştli iş stajınız 7 il, 6ay, 24 gün təşkil edir. Eyni zamanda, fərdi hesabınızda sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalı 56.400 manat olduğu halda, sizin pensiya kapitalınız 30.480,16 manat təşkil edilir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia qaldıraraq “güzəştli stajın təsdiq edilməsi və 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Daha sonra, iddiaçı tələbini dəqiqləşdirərək xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilə kimi Qax rayonunun Zəyəm kəndində kolxozda işlədiyi müddəti, xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilə kimi Azərbaycan Sənaye İnstitutunda ali təhsil müddətini, xx.xx.1992ci ildən xx.xx.2016-cı ilə kimi Sumqayıt Boru prokat zavodunda usta vəzifəsində zərərli istehsalat sexlərində, xx.xx.2016-cı ildən xx.xx.2020-ci il tarixədək SEMOCO MMC-də mexaniki avadanlıqların təmiri üzrə təmirçi çilingər vəzifəsində, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək “X6” MMC-də təmirçi çilingər vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə və zərərli iş şəraitinə görə güzəştli pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qəra r qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1986-cı ildə Qax rayonunun Zəyəm kəndində kolxozda işləmişdir. xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilə kimi Azərbaycan Sənaye İnstitutunda təhsil almışdır. xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Sumqayıt Boru prokat zavodunda mexanik köməkçisi kimi işə başlamış, həmin zavodda usta vəzifəsinə kimi zərərli sexlərdə işləmişdir. xx.xx.2016-cı ildə işdən azad edilmişdir. 6. xx.xx.2016-cı ildə SEMOCO MMC-yə mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci ildə işdən azad edilmişdir. 7. xx.xx.2020-ci ildə "xxxx" MMC-yə təmir-tikinti və rekonstruksiya işləri şöbəsinə mexaniki avadanlıqların təmiri üzrə təmi rçi-çilingər işinə qəbul edilmişdir. xx.xx.2020-ci ildə Əmək Məcəlləsinin 13-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin bitməsi ilə əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi illər zərərli iş yeri olmuşdur. Ümumi iş stajı 36 il 8 aydır.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2№-li siyahının İİİ bölməsinin 4b, 4a yarım bölməsinin 2040400a- 23187, 23187, 2040400a-18559 şifri ilə güzəştli şərtlərlə və qeyd edilmiş peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 3-cü metallurgiya istehsalatı bölməsinin 3.3(a) və 3.4(a) boru istehsalı bəndində” təmirçi-çilingərlər kimi öz əksini tapmışdır. 9. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini cavabdehə təqdim etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********2 saylı məktubda qeyd edilir ki, “sizin 25 il ümumi iş stajınız olduğu halda sizin (19 il 3 ay 25 gün) və xx.xx.2006-cı il tarixində güzəştli iş stajınız 12 il 6 ay olduğu halda sizin (7 il, 6ay, 24 gün) güzəştli iş stajınız vardır. Eyni zamanda sizin fərdi hesabınızda sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmaya n pensiya kapitalı 56.400 manat olduğu halda sizin pensiya kapitalınız 30.480,16 manat təşkil edilir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Cavabdeh bilir ki, pensiya kapitalı 2006-cı ilin yanvar ayından hesablanır və imtina məktubu əsassızdır. Belə olan halda, iddiaçıya zərərli iş stajına görə xx.xx.2021-ci ildən, 57 yaşı tamam olan tarixdən 2-ci siyahı üzrə güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Cavabdehin etirazları:

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Müraciətə cavabd eh tərəfindən baxılaraq xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubla ərizəçiyə imtina cavabı verilmişdir. Həmin məktuba əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir.

11. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

12. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

13. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü ma ddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nın Metallurgiya istehsalatı (qara metallar) bölməsinin (İİİ) 2040100a-23187 kodu ustalar, böyük ustalar nəzərdə tutulmuşdur.

15. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin xx. xx.2020-ci il tarixli 19 nömrəli arayışında onun xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində usta köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi usta köməkçisi vəzifəsi ustalar və böyük ustalar vəzifəsinə aid deyil. Bu səbəbdən də onun xx.xx.2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (7 il 6 ay 24 gün (xx.xx.1995-xx.xx.1998-ci il, xx.xx.2001- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.

16. Bundan başqa iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (19 il 3 ay 25 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1998-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 1 ay 9 gün kolxoz dövrü)) təşkil edir.

17. Mərkəzi Filiala təqdim edilən "xxxx" A SC-nin iddiaçıya dair xx.xx.2020-ci il tarixli 19 nömrəli arayışında onun xx.xx.1998-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətdə olduğu müddətin iş stajına daxil edilməsi mümkün hesab edilməmişdir.

18. İşçinin əmək haqqı almadığı dövrlər onun sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, əmək pensiyası itirilmiş gəlirlərin kompensasiyası məqsədilə edilən ödənişdir.

19. Eyni zamanda, iddiaçıya məxsus fərdi hesabın sığorta hi ssəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 56.400 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30.480,16 manat təşkil edir.

20. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

21. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2181/2022 nömrəli qərarı ilə iddia rədd edilmişd ir.

22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbi üzrə xx.xx.2006-cı il tarixədək 25 il ümumi sığorta stajı tələb olunur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2006-cı il tarixədək ümumilikdə 21 il 9 ay 25 gün sosial sığorta stajı mövcuddur.

23. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-161/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiy ası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

26. İddiaçıya onun 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajı olmalıdır. 27. 25 il ümumi iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında qeyd olunan bütün dövrləri, kolxozda işlədiyi dövrü və 855481 nömrəli diplomda əks olunan təhsil dövrünü nəzərə aldıqda onun xx.xx.2006-cı il tarixədək ümumilikdə 21 il 9 ay 25 gün sosial sığorta stajı mövcuddur. 28. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 68-ci maddəsinin əsasən, pensiya almaq hüququ verən iş stajına hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında)- ikiqat ölçüdə daxil edilir.

29. İddiaçının döyüş əməliyyatlarda iştirak etdiyi dövrün ikiqat ölçüdə iş stajına daxil edilməsi ilə bağlı halın araşdırılması üçün məhkəmə kollegiyası tərəfindən Müdafiə Nazirliyinə sorğu verilərək, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövrlər barədə məlumat verilməsini xahiş olunmuşdur.

30. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4/2-1959 nömrəli arayışda qeyd olunmuşdur ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 313 №-li əmrində Sumqayıt ŞHK-dan göndər ilmiş, “26-cı Motoatıcı taborun” şəxsi heyətinin hərbi hissənin tərkibinə daxil edilərək bütün növ təminatlarla təmin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissənin xx.xx.1992xx.xx.1993-cü il tarixli “Adlı siyahılar” qovluğunda qeyd olunmuş Sumqayıt ŞHK-dan göndərilmiş “26-cı Motoatıcı taborun” şəxsi heyətinin siyahısında sıravi Təmirazlı Zeynal Xalid oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994- cü il tarixli 38 №-li əmrilə Sumqayıt taborunun hərbi qulluqçusu, sıravi X1 nümunəvi xidmətinə görə, “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. 7-ci taborun hərbi qulluqçusu X2 hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 242 №-li əmrilə bütün növ təminatları dayandırılaraq ştatdan kənar çıxarılmışdır. 7-ci tabo run hərbi qulluqçusu, kiçik çavuş X2 hərbi hissəni özbaşına tərk edib, sonra hərbi hissəyə qayıtdığına görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 246 №-li əmrilə bütün növ təminatları bərpa edilmiş və taborun ştatına salınmışdır. Ştat dəyişikliyi ilə əlaqədar olaraq, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 257 №-li əmrilə kiçik çavuş X2 26-cı MAT-dan 7-ci motoatıcı tabora keçirilərək tağım komandirinin müavini-bölmə komandiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli 0127 №-li əmrinə əsasən, yaşa görə, 7-ci motoatıcı taborun hərbi qulluqçusu, çavuş X3 N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, bütün növ təminatları da yandırılaraq ordu sıralarından azad edilmiş və qeydiyyata düşmək üçün müvafiq rayon hərbi komissarlığının sərəncamına göndərilmişdir.

31. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 19 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Mexaniki alət sexində, Mexaniki təmir sexində usta köməkçisi, avadanlıqların təmiri üzrə usta, təmirçi çilingər işləyib. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2№-li siyahının İİİ bölməsinin 4b, 4a yarımbölməsinin 2040400a-23187, 2040400a-18559 şifri ilə güzəştli şərtlərlə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir.

32. İş üzrə cavabdeh tərəf iddiaya etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nın Metallurgiya istehsalatı (qara metallar) bölməsinin (İİİ) 2040100a-23187 kodu ustalar, böyük ustalar nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi usta köməkçisi vəzifəsi ustalar və böyük ustalar vəzifəsinə aid deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (7 il 6 ay 24 gün (xx.xx.1995-xx.xx.1998-ci il, xx.xx.2001xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. 33. xx.xx.2020-ci il tarixli 19 nömrəli arayışda iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək usta köməkçisi vəzifəsində işlədiyi dövrün də ona güzəştli şərtlərlə pensiya almaq hüququ verməsinin göstərilməsinə və buna əsas olan hallar barədə məhkəməyə məlumat verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sorğu verilmişdir.

34. Sorğuya xx.xx.2023-cü il tarixli, AZB01/50 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçının "xxxx" ASC-də (keçmiş Azərbaycan Boruyayma Zavodu) xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Mexaniki Alət sexində işlədiyi usta köməkçisi vəzifəsi, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 3cü Metallurgiya istehsalatı bölməsinin 4-cü Boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri bəndinin b) rəhbərlər və mütəxəssislər yarımbəndində “ustalar, böyük ustalar” - (2040400a-23187) vəzifəsi ilə eynilik təşkil edir. Belə ki, qeyd olunmuş vəzifələrdə çalışan işçilər bütün iş vaxtını zərərli və ağır iş şəraitində keçirmişdir.

35. Göstərilənlərə və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşının tamam olduğu tarixdən güzəştli şə rtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan 12 il 6 ay xüsusi iş stajının olması, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (xx.xx.1993xx.xx.1994) ikiqat ölçüdə nəzərə alınsa belə, onun xx.xx.2006-cı il tarixədək olan ümumi iş stajı 25 ildən azdır. Odur ki, cavabdehin güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasından imtinası əsassız olmamışdır. Birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. İddiaçı ərizə ilə müraciət edərək kassasiya şikayətinin verilməsi dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.

37. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-161/2023 saylı q ərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, iddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmişdir.

38. İddiaçı kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir.

39. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.

41. Həmin Qanunun 22-1-ci maddəsinə görə, əmək pensiyasının av tomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1-ci, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır.

42. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəs inin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 221.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.

43. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə işin halları tam və hərtərəfli araşdırılmamışdır. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab oluna bilməz.

44. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə və məlumatlarla, o cümlədən cavabdehin iddiaçıya pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə iddiaçıya pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur.

45. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

46. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

47. Cavabdehin əvəzinə 1-ci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan R espublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılması məqsədilə müvafiq orqanlara sorğular göndərilsə də iş və iş üzrə obyektiv nəticə əldə edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq şəxsə güzəştli şərtlərlə əmək pensiyası o halda təyin oluna bilər ki, o əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsun.

48. Bundan irəli gələrək iddiaçının əmək kitabçasında və təqdim etdiyi digər sənədlərə əsasən görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin olu nması üçün xx.xx.2006-cı ilədək stajı 25 ildən artıqdır.

49. İddiaçının öz iradəsi olmadan işəgötürən tərəfindən ödənişsiz məzuniyyətə buraxılmağı barədə ödənişsiz məzuniyyətdə olduğu müddətin iş stajına daxil edilməsinin mümkünsüzlüyünə hüquqi don geyindirməyə çalışan cavabdeh Əmək Məcəlləsinin 111-ci maddəsinə əsaslanaraq orada ödənişsiz məzuniyyətin qaydalarında yuxarıda qeyd edilən məzuniyyətin olmadığına görə həmin dövrü iddiaçının əmək stajına salınmasını məqsədəuyğun hesab etməmişdir. Halbuki, həmin dövrlərin iddiaçının əmək stajına daxil edilməməsi işə baxan hər iki məhkəmə instansiyaları tərəfindən qanuni hesab edilməmişdir.

50. Məhkəmə kollegiyası isə Sumqayıt İnzibati Məhkəməsinin qərarını dəyişdirmədən saxlamaqla yuxarıda qeyd edilən şübhələrə istinad etsə də bu şübhələrin nədə n ibarət olması və bu dəyişdirilməmənin hüquqi əsaslarına dair izah verə bilməmiş, işin hallarını daha ətraflı və müfəssəl düzgünlüyünü yoxlamadan iddiaçının sosial konstitusion hüququnun pozulmasına zəmin yaradan səhv nəticəyə gəlmişdir.

51. İnzibati Prosessual Məcəllənin 13, 91, 94-cü maddələrinin tələbləri məhkəmə tərəfindən pozulmuşdur.

52. Məhkəmə “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3, 22, 67-ci maddələrinin tələblərini nəzərə almamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. b. kassasiya şikayətinə etirazın dəlilləri

53. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN H ÜQUQ 54. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlə rlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qan una uyğun olaraq təyin edilir. 55. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... Maddə

68. İş stajının hesablanmasında güzəştlər (xx.xx.2005-ci il tarixədək qüvvədə olan redaksiyada) Pensiya almaq hüququ verən iş staj ına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: - döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti — üçqat ölçüdə;

56. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllən in 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiril ə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

57. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

58. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

59. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının təl əblərinə riayət edilmişdir.

61. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

62. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya istər ilkin tələbi üzrə 57 yaşdan, istərsə də dəyişdirilmiş tələbi üzrə 57 və ya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya instansiyası məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır.

63. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının Azərbaycan Silahlı Qüvvələrində xx.xx.1993–xx.xx.1994-cü illərdə döyüşən ordunun tərkibində xidmət müddəti “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən üçqat ölçüdə hesablanmalıdır. Belə ki, iddiaçının iddia tələbi üzrə münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz.

64. Bununla yanaşı, iddiaçının Azərbaycan Silahlı Qüvvələrində xx.xx.1993– xx.xx.1994-cü illərdə döyüşən ordunun tərkibində 5 ay 24 gün xidmət müddəti üçqat hesablanaraq ümumi staj müddətinə əlavə edildikdə belə, onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı yaranmır.

65. İddiaçı nın dəyişdirilmiş tələbinə gəldikdə, onun 57 yaşının xx.xx.2017-ci il tarixdən sonra tamam olduğu, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin həmin tarixdən qüvvədə olan redaksiyasına görə isə kişilər üçün 60 yaş müəyyən edildiyi və iddiaçının hal-hazıradək 60 yaşının tamam olmadığı, bununla da, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş yaşla bağlı şərtin ödənilmədiyi nəzərə alındıqda, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.

66. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-161/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar