Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1138/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2024-cü il tarixli, 2-1(105)-916/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş 2022-ci ilin dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması keçirilmiş və yoxlama nəticəsində 30 oktyabr 2023-cü il tarixli **********1816400 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarla iddiaçıya 40.708,53 manat əlavə gəlir vergisi hesablanmışdır. Əsası: - Bəyannamədə malların təqdim edilməsindən əldə edilən gəlir 1.106.871,49 mana t göstərilmiş, halbuki ixrac olunan malların dəyəri 1.196.513,04 manat təşkil etmişdir ki, nəticədə 89.641,55 manat kənarlaşma yaranması - vergi ödəyicisi 160.189,64 manat dəyərində vergidən azad edilən gəlir göstərməsinə baxmayaraq, cəmi 8.327,73 vergidən azad olunan xərc göstərmişdir. Vergi ödəyicisi tərəfindən sənədlə təsdiqini tapmayan 100.400,00 manat gəlirdən çıxılmayan xərclər, həmçinin 160.189,64 manat vergidən azad edilən gəlir silinmiş və yekunda 43.463,14 manat zərər silinməsi İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin kameral yoxlanması əsasında 2022-ci il üzrə vergilərin hesablanması barədə 30 oktyabr 2023-cü il tarixli, **********1816400 saylı qərarın ləğ v edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-cı il üzrə kameral yoxlaması nəticəsinə əsasən 31 mart 2023-cü il tarixdə 40708.53 manat məbləğində vergi hesablanmışdır. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 31 oktyabr 2023-cü il tarixli **********640600 nömrəli məktubun vergi ödəyicisinə göndərilməsinə və həmin məktubda kameral vergi yoxlamasının başa çatdırılması üçun 5 gün ərzində əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsinin tələb edilməsinə baxmayaraq Vergilərin hesablanması barədə **********816400 qərar 30 oktyabr 2023- cü il tarixdə qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra tərəfə məktub göndərilmişdir. Vergi orqanına xx.xx.2023-cü ildə bəyannamə təqdim etmiş və bu bəyannamədə zay olan məhsulu xərc kimi deyil, alış qiyməti ilə satışdan və maya dəyəri ilə alışdan azaltmışlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.5-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 iyul tarixli 307 nömrəli qərarı ilə təsdiq edilmiş “Ticarət və ictimai iaşə sahəsində ərzaq məhsullarının təbii itki Normaları”-na uyğun olaraq müvafiq təbii itki normalarını xərc maddəsi kimi əlavə etmişdir. Bu bəyannaməyə xx.xx.2023-cü il tarixində 2 saylı ƏVBİ tərəfindən uyğunsuzluq məktubu göndərilmişdir və tərəfindən məktubda qeyd olunan məqamlara xx.xx.2023-cü tarixdə izahat verilərək yazılı formada təqdim olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə 2 sa ylı ƏVBİ tərəfindən verdikləri izahata 30 iş günü ərzində baxılaraq münasibət bildiriləcəyi qeyd olunsa da, heç bir cavab verilməmişdir. İddiaçının vergi borcu təsdiq olunmadan və məsələ həllini tapmadan 2 saylı ƏVBİ iddiaçının ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. xx.xx.2023-cü tarixdə yenidən 2 saylı ƏVBİnə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə (izahatdan 53 gün sonra) izahata münasibət bildirmək əvəzinə, kameral yoxlama barədə qərar təqdim olunmuşdur. Bundan sonra iddiaçı xx.xx.2023-cü tarixdə Vergilər Nazirliyinə dəvət edilmiş və iddiaçı görüşdə həm kamera, həm yoxlama, həm də zay olma ilə bağlı sənədləri təqdim etmişdir. İddiaçıya bu məsələ ilə bağlı ən qısa müddətdə cavab veriləcəyi bildirilsə də, nə cavab verən olmuşdu r, nə də məsələ həllini tapmışdır. İddiaçı xx.xx.2023- cü il tarixində 2 saylı ƏVBİ-nə getmiş, lakin onu qəbul edən olmamışdır. İddiaçı onlayn kargüzarlıq vasitəsilə 7 dəfə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə vergi orqanı tərəfindən məktub gəlmiş və məktubda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müraciətlərinin cavablandırılacağı bildirilmişdir. Bundan sonra xx.xx.2023- cü il tarixdə 2 saylı ƏVBİ tərəfindən iddiaçının müraciətlərinə baxıldığı və bu işlə Ceyhun Nəsirovun məşğul olduğu bildirilmişdir. Məktubda qeyd olunan əlaqə nömrəsi (**********) ilə əlaqə saxlamaq cəhdləri boşa çıxmışdır. 2022-ci il tarixində iddiaçının ixrac etdiyi 801 ton məhsulun təxminən 160 tonu öz istehsalı, qalan hissəsi isə rəsmi aktlarla alınan məhsullar olub. Hələ 2021-ci ildə plar n ar və xurma bağı icarəyə götürüb, onu AQTA-də qeydiyyatdan keçirib, sertifikat alıb fəaliyyətə başlamışlar. Sonradan 2022-ci ildə 2 sahə də icarəyə götürülmüşdür. Bu barədə bütün sənədlər həm inzibatı şikayətlər, həm də bu müddət ərzində ayrı-ayrı vergi əməkdaşlarına təqdim olunub. Hətta iddiaçı ilk dəfə inzibati şikayətlər şöbəsinə xx.xx.2023 tarixində çağırılanda onlar AQTA-ya rəsmi müraciət etmiş və AQTA bu faktları təsdiq etmişdir, cavab məktubu vergi orqanında var. Vergi orqanı bəyannaməni zay olma nəzərə almaqla təqdim etmiş və bu qəbul olunmamışdır, daha sonra 2-ci bəyannamənin vergi orqanının istədiyi formada təqdim etmişlər. Əlavə olaraq bu dövrdə icarə götürdükləri sahələr üzrə ÖMV hesablanmış və müvafiq qaydada ödənilmişdir. Təzə meyvə-tərəvəz daşınma dövründə bır sıra risklərə həssasdır və hətta heç bir problem olmadıqda belə təbii formada çəki itirir. Əlavə olaraq daşınma zamanı yol boyu yaranan problemlərə görə sınma, dağılma, temperatur dəyişməsi səbəbindən məhsula ziyan dəyir. Bu ziyanı məhsulu qəbul edən tərəfin, hazırki halda Rusiya Belarusiya və Ukraynanın ən böyük şəbəkə marketlərin, təqdim etdiyi qəbul aktında öz əksini tapır. Bu akta foto və video şəkillər əlavə olunur və tələb olunduqda 3-cü tərəf olaraq müstəqil qiymətləndiricilərdən rəy alınır ki, bəzi aktlara belə rəylər alınıb və bu barədə vergi orqanının əməkdaşlarına bildirilib. Vergi orqanı bu aktları və rəyləri nəzərə almır və qarşı tərəfin utilizasiya sənədini tələb edir. Əlbəttə maşındakı mal tamamilə yararsız olarsa və yaxud qəbul edən ölkənin fitosanitar xidməti məhsulda karantin rejiminə düşən zərərverici aşkar edərsə, bu halda maşındakı məhsul birbaşa utilizasiyaya gedir və bu barədə akt təqdim olunur. Əlavə olaraq bildirir ki, zay olan məhsullar üzrə ölkəyə daxil olmayan valyutaya görə Dövlət Vergi Komitəsi ona inzibati formada cərimələr tətbiq etmiş və hətta 2 dəfə cinayət işi açmışdır. Bu cərimə protokollarının ləğvi ilə bağlı rayon məhkəmələrinə və apellyasiya məhkəməsinə qanunvericilik çərçivəsində və faktlarla müraciət etmişdir və bu məhkəmələr onun xeyrinə qərar vermişdir. Cinayət işi isə Sumqayıt Şəhər Prokurorluğunda araşdırılmış və hər 2 işə xitam verilmişdir. Azərbaycan Respublikasının 2 ali hüquq orqanın qərarları vergi orqanı tərəfindən qəbul olunmamışdır. Cavabdehin etirazı
4. Cavabdeh iddia tələbinə dair etiraz ünvanlayaraq qeyd etmişdir ki, Baş idarədə ver gi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı (VÖEN: **********) 2022- ci ilin gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 44.000,45 manat vergi məbləği hesablanmışdır. Belə ki, vergi ödəyicisi 2022-ci il üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Bəyannamədə malların təqdim edilməsindən əldə edilən gəlir 1.106.871,49 manat göstərilmiş, halbuki ixrac olunan malların dəyəri 1.196.513,04 manat təşkil etmişdir ki, nəticədə 89.641,55 manat kənarlaşma yaranmışdır. Həmçinin, vergi ödəyicisi 160.189,64 manat dəyərində vergidən azad edilən gəlir göstərməsinə baxmayaraq, cəmi 8.327,73 vergidən azad olunan xərc göstərmişdir. Vergi ödəyicisi tərəfindən sənədlə təsdiqini tapmayan 100.400,00 manat gəlirdən çıxılmayan xərclər, həmçinin 160.189,64 manat vergidən azad edilən gəlir silinmiş və yekunda 43.463,14 manat zərər silinərək 44.000,45 manat gəlir vergisi hesablanılmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********082300 nömrəli elektron kameral üçün uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən kameral vergi yoxlamasına əsasən 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə əlavə 44.000,45 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********397000 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilərək hesablanmış vergi məbləği azaldılmışdır. Yenidən araş dırılma zamanı vergi ödəyicisi vergi orqanının sənədlərin göndərilməsi barədə xx.xx.2023-cü il tarixli **********549000 nömrəli məktuba cavab olaraq sənədləri tam şəkildə təqdim etmədiyi üçün vergi ödəyicisinin müraciəti nəzərə alınmamışdır. Vergi ödəyicisi 2022-ci il üzrə təqdim etdiyi dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən əldə edilən gəliri 1.106.871,49 manat göstərmişdir. Halbuki ixrac olunan malların dəyəri 1.196.513,04 manat təşkil etmişdir. Vergi ödəyicisi müraciətində yaranan 89.641,55 manat fərqin malların ixracı zamanı zay olduğunu qeyd etmişdir. Tərəfdaş təşkilatlardan biri olan Rusiyanın "OOO "FRUTREAL" firması ödəyiciyə 89.353,10 manat dəyərində təzə xurma məhsulunun zay olması ilə bağlı təqdim edilməyib. İxrac olunan 668.900 kq xurma məhsul undan 5.900 kq-nın, 92.500 kq nar məhsulundan 54.500 kq-nın, 20.000 kq kartof məhsulunun və 20.000 kq yerkökü məhsulunun alış sənədi yoxdu. Lakin malların zay olması ilə əlaqədar müvafiq orqandan təsdiqedici sənədlər təqdim edilməmişdir. Vergi ödəyicisi 160.189,64 manat dəyərində vergidən azad edilən gəlir göstərməsinə baxmayaraq, cəmi 8.327,73 vergidən azad olunan xərc göstərmişdir. AQTA-dan vergi ödəyicisinin Şəmkir və Göyçay rayonlarında kənd çəyirdəkli meyvələr, kartof, soğan məhsullarının yetişdirilməsi təsərrüfatı ilə bağlı məktublar daxil olmuşdur. Lakin vergi ödəyicisinin kənd təsərrüfatı məhsulların istehsalı ilə bağlı vergi orqanında təsərrüfat subyekti olmamışdır. Yaranmış kənarlaşma üzrə yenidən vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********302200 nömrəli elektron kamera l üçün uyğunsuzluq məktubu göndərilmişdir. Vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********816400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Sumqayıt İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2-1(118)-2689/2024 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilmiş, cavabdeh tərəfindən İddiaçı barəsində qəbul edilmiş 30 oktyabr 2023-cü il tarixli **********1816400 saylı qərar ləğv edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə zidd olaraq vergi orqanı tərəfindən əlavə vergi məbləği iddiaçı tərəfindən vergi bəyannaməsi təqdim edildikdən 30 gün sonra qəbul edilmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının barəsində inzibati xəta icraatında aparılan araşdırmalar zamanı məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə onun konsiqnasiya yolu ilə Rusiya Federasiyasına xurma məhsulunun ixrac etdiyi, ixrac olunan məhsulun bir hissəsinin dəyəri müqabilində vəsaitin məhsulu qəbul edən şirkət tərəfindən iddiaçının Azərbaycandakı bank hesabına köçürülməsi təmin edilməsi, lakin göndərilən məhsulun qida məhsulu olduğundan və saxlama müddətinin zamanla məhdudlaşdığı nəzərə alınmaqla, bir hissəsinin təbii proseslər və təsir nəticəsində korlanaraq istifadəyə yararsız hala gəldiyi, bu səbəbdən məhsulun dəyərinin ödənilməsindən imtina edildiyi öz təsdiqini tapmışdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2024-cü il tarixli, 2-1(105)-916/2024 nömrəli qərarı ilə (hakimlər: İ.Quliyev - sədrlik edən və məruzəçi, T.Axundov və V.Hacıyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşarkən aşağıdakıları qeyd etmişdir: - iddiaçı tərəfindən sonuncu dəqiqləşdirilmiş vergi bəyannaməsi xx.xx.2023-cü il tarixdə təqdim edilməsinə baxmayaraq, mübahisələndiri lən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, nəticədə Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuş və qəbul edilmiş qərar qanunvericiliyə zidd olmuşdur - iddiaçının barəsində həyata keçirilən inzibati xəta icraatında aparılan araşdırmalar zamanı məhkəmənin qanuni qüvvəyə minmiş qərarları ilə onun konsiqnasiya yolu ilə Rusiya Federasiyasına xurma məhsulunun ixrac etdiyi, ixrac olunan məhsulun bir hissəsinin dəyəri müqabilində vəsaitin məhsulu qəbul edən şirkət tərəfindən iddiaçının Azərbaycandakı bank hesabına köçürülməsi təmin edilməsi, lakin göndərilən məhsulun qida məhsulu olduğundan və saxlama müddətinin zamanla məhdudlaşdığı nəzərə alınmaqla, bir hissəsinin təbii proseslər və təsir nəticəsində korlanaraq istifadəyə yararsız hala gəldiyi, bu səbəbdən məhsulun dəyərinin ödənilməsindən imtina edildiyi öz təsdiqini tapmışdır. - iddiaçı ixrac olunan məhsulun bir hissəsinin onun özü tərəfindən istehsal olunduğu ilə bağlı sübutlar təqdim etsə də, qeyd edilənlər cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamış, vergi orqanı vergi ödəyicisinin kənd təsərrüfatı məhsulların istehsalı ilə bağlı vergi orqanında təsərrüfat subyekti olmamasına istinad etmişdir. Bununla bağlı qeyd edilmişdir ki, vergi ödəyicisinin istifadəsində olan torpaq sahəsini təsərrüfat subyekti olaraq qeydiyyatdan keçirməməsi, onun kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaması kimi qiymətləndirilə bilməz və bununla bağlı güzəştlərdən məhrum edilə bilməz. Vergi ödəyicisinin kənd təssərüfatı məhsullarının istehsalı ilə məşğul olması digər dövlət qurumlarının verdiyi rəsmi sənədlə r ilə təsdiq edildiyi halda, bu vergi hesablanması zamanı nəzərə alına biləcək sübut kimi qiymətləndirilməlidir.
10. Apellyasiya məhkəməsi hüquqi mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 3.8, 3.11, 23.1.1, 24.0.1, 24.0.2, 37.1, 37.2, 37.4, 54.0.1, 54.0.2, 62.1, 62.2-ci maddələrinə istinad edilmişdir.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində aşağıdakıları bildirmişdir: - Vergi ödəyicisi tərəfindən xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilərək hesablanmış vergi məbləği azaldılmışdır. S onuncu dəqiqləşdirilmiş vergi bəyannaməsi xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir və cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş 60 iş günü müddətini ötürmədən yenidən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********816400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. - Tərəfdaş təşkilatlardan biri olan Rusiyanın "000 "FRUTREAL" firması ödəyiciyə 89.353,10 manat dəyərində təzə xurma məhsulunun zay olması ilə bağlı məktub göndərib. Lakin malların zay olması ilə bağlı fitosanitar xidmətin təsdiqedici sənədi təqdim edilməyib. - İxrac olunan 668.900 kq xurma məhsulundan 5.900 kq-nın, 92.500 kq nar məhsulundan 54.500 kq-nın, 20.000 kq kartof məhsulunu n və 20.000 kq yerkökü məhsulunun alış sənədi yoxdur. Lakin malların zay olması ilə əlaqədar müvafiq orqandan təsdiqedici sənədlər təqdim edilməmişdir. - iddiaçı tərəfindən 2022-ci ildə hesablama metodunu tətbiq etmişdir. Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.
13. Cavabdeh şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Vergi Məcəlləsinin 37.2, 37.3, 37.4, 70.3, 94.0.2, 108.5, 134, 135.2, 135.3, 136.1-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Vergi Məcəlləsi: Maddə
37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə is ə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz... 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması ( vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə
108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır.
16. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçıl arının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 a y, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
17. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məh kəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Avropa İnsan hüquqları M əhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. İşdən görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi əsasında kameral vergi yoxlaması keçirilmiş və onun barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 oktyabr 2023-cü il tarixli, **********1816400 saylı qərarla 40.708,53 manat əlavə gəlir vergisi hesablan mışdır.
24. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı yuxarıda qeyd edilən 30 oktyabr 2023-cü il tarixli qərarının ləğvinə yönəlmişdir.
25. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı kənd təsərrüfatı məhsullarının (özəlliklə meyvə-tərəvəz) Rusiya Belarusiya və Ukraynaya ixracı ilə məşğuldur. İddiaçı tərəfindən ixrac olunan məhsulların bir hissəsi xarab olduğu üçün, bəyannamədə Vergi Məcəlləsinin 108.5-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 17 iyul tarixli 307 nömrəli qərarı ilə təsdiq edilmiş “Ticarət və ictimai iaşə sahəsində ərzaq məhsullarının təbii itki Normaları”-na uyğun olaraq müvafiq təbii itki normalarını xərc maddəsi kimi əlavə etmişdir.
26. Lakin cavabdeh malların zay olması ilə əlaqədar müvafiq orqandan təsdiqe dici sənədlər təqdim edilməməsi səbəbindən bunu uyğunsuzluq kimi qəbul etmiş və iddiaçıya əlavə vergi məbləği hesablamışdir.
27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ixrac edilən məhsulların bir hissəsi zay olduğu üçün həmin məhsullara görə iddiaçıya ödəniş edilməmişdir. Qeyd edilənlər işdə olan iddiaçı barəsində həyata keçirilən inzibati xəta icraatında aparılan araşdırmalar zamanı Binəqədi rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları ilə öz təsdiqini tapmışdır.
28. Belə ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)-300/2023 nömrəli qərarında qeyd edilmişdir ki, ixrac olunan məhsulun bır hissəsinin dəyəri müqabilində vəsaitin məhsulu qəbul edən şirkət tərəfindən İddiaçı Azərbaycandakı bank hesabına köçürülməsi təmin edilmiş, lakin gön dərilən məhsulun qida məhsulu olduğunu və saxlanma müddətinin zamanla məhdudlaşacığı nəzərə alındıqda, bir hissəsi təbii proseslər və təsir nəticəsində korlanaraq istifadəyə yararsız hala gəlmişdir. Bu səbəbdən məhsulu qəbul edən şirkət zay olmuş məhsulun dəyərini ödəməkdən imtina etmişdir. Bu isə onu göstərir ki, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarla müəyyən edilmiş və ixrac olunan malın müqabilində qaytarılmalı olan 8594,35 ABŞ dolları (14610,40 manat) məbləğində vəsait İddiaçı iradəsindən asılı olmayan səbəbdən Azərbaycandakı bank hesabına köçürülməsini təmin etmək mümkün olmamışdır.
29. Eyni mövqe Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)1458/2023 nömrəli qərarında da öz əksini tapmışdır.
30. Həmçinin işdən görünür ki, iddiaçı tərəfindən ixrac olunan mə hsulun bir hissəsi özü tərəfindən istehsal olunur, qalan hissəsi isə digər istehsalçılardan alınır.
31. Lakin cavabdehin dəlillərinə görə isə iddiaçının təqdim etdiyi kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün müvafiq təsərrüfat subyekti yoxdur.
32. Halbuki, işdə olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 57-Q-00379 qeydiyyat nömrəli “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” ilə iddiaçının tumlu və çəyirdəkli meyvələrin becərilməsi üzrə ilkin istehsalçı kimi qeydiyyatdan keçməsi, eləcə də iddiaçının icarəsində torpaq sahələrinin olması müəyyən olunmuşdur.
33. Bu fakt da öz növbəsində iddiaçının istehsal etdiyi kənd təsərrüfatı məhsullarını həmin torpaq sahələrində istehsal etm əsinə və cavabdehin yuxarıda qeyd edilən dəlili ilə razılaşmamağa əsas verir.
34. İPM 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
35. Lakin cavabdeh dəlillərini təsdiq edəcək konkret faktları və bu faktları təsdiq edən sübutlar təqdim etməmişdir.
36. Beləliklə, vergi orqanının mübahisələndirilən qərarları maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 30 oktyabr 2023-cü il tarixli **********1816400 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının qəbulunun vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə apellyasiya instansiya mə hkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur.
37. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab edilməli, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2024-cü il tarixli, 2-1(105)-916/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.