Məhkəmə qərarları › İş №2-1(102)-1139/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1139/2025

10.04.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1139/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və X2 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı2 və X1 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(105)-1057/2024 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar İddiaçı2 və X2 xx.xx.2023-cü il tarixli cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onların piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

2. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2433/2024 nömrəli qərardadı ilə iddiaçıların cavabdehə qarşı “piket keçirilməsi üçün qanuni şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi mümkün hesab edilməmişdir.

3. Həmin qərardaddan İddiaçı2 apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli, 21(105)-398/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2433/2024 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4017/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

6. İddiaçı2 xx.xx.2024-cü il tarixli qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdi r.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli, 21(105)-1057/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4017/2024 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

8. İddiaçı2 xx.xx.2024-cü il tarixdə ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadından kassasiya şikayətinin tərtib edilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli, 21(105)-1057/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı2 vəkillə təmin edilməsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosuna həvalə edilmişdir. Qə rardad həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixində iddiaçının elektron kabinetinə yerləşdirilmişdir.

10. İddiaçı2 xx.xx.2025-ci il tarixdə kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

11. İddiaçı2 həmçinin xx.xx.2025-ci il tarixdə vəsatət təqdim edərək kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddətin buraxılmasının üzürlü hesab edilməsini xahiş etmişdir.

12. Vəsatət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı2 vəkillə təmin edilməsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosuna həvalə edilmişdir. Vəkil Bürosu tərəfindən xx.xx.2024-cü il tarixli order tərtib edilib. Vəkil bundan sonr a məhkəmənin Vəkil Bürosuna göndərdiyi sənədlərə tanış olub kassasiya şikayəti tərtib etmişdir. Odur ki, məhkəmə qərardadından kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan 10 gün müddət üzrlü səbəbdən ötürülüb. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müə yyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

14. Mülki Prosessual Məcəllə (MPM): Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.... Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ

15. Vəsatət təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

16. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

17. Sumqayıt Apellyasiya Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq edilməkdədir və hazırkı iş üzrə iddiaçı “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatda n keçmişdir.

18. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından xx.xx.2025-ci il tarixdə kassasiya şikayəti vermişdir.

19. İddiaçı vəsatətində qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə onun vəkillə təmin edilməsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosuna həvalə edilmişdir Vəkil Bürosu tərəfindən xx.xx.2024-cü il tarixli order tərtib edilib. Vəkil bundan sonra məhkəmənin Vəkil Bürosuna göndərdiyi sənədlərə tanış olub kassasiya şikayəti tərtib etmişdir.Odur ki, məhkəmə qərardadından kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 10 gün müddəti üzürlü səbəbdən ötürülmüşdür.

20. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi halları müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul etmir.

21. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-1057/2024 nömrəli qərardadının iddiaçıya təqdim edilməsi tarixi həmin qərardadın iddiaçının “elektron kabinet”ində yerləşdirildiyi, həmçinin qəbzə imza edilməklə şəxsən təhvil verildiyi xx.xx.2024-cü il kimi qəbul edilməli, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddətin axımının başlanğıcı isə iddiaçı ilə vəkil arasında vəkil orderinin bağlandığı gündən, yəni xx.xx.2024-cü il tarixindən hesablanmalıdır.

22. Kassasiya şikayəti isə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 10 günlük müddət ötürüldükdən sonra imzalanmış və xx.xx.2025-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim olunmuşdur.

23. Beləliklə, prosessual müddət cavabdeh tərə findən ötürülmüşdür.

24. Prosessual müddətin buraxılmasında cavabdeh təqsirsiz olmamışdır.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpasına dair vəsatət rədd edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(105)-1057/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin icraata qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar