Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-114/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı, “1 nömrəli Siyahı”da nəzərdə tutulan qazla kəsici peşəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dö vlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) qarşı (“Azərbaycan X17çiliyi” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu) “xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-690/2020 saylı, x xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1963-cü ildə Cəbrayıl rayonunda doğulmuşdur. xx.xx.1984-cü ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1985-ci ildə “X11 Birliyi” X17 Təmiri” Paris Kommunası adına Baş İstehsalat Bölməsinə işə qəbul olunmuş və həmin ildən hal-hazıra kimi fəaliyyətini davam etdirir. 2. “Azərbaycan X17çiliyi” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən xx.xx.1963-cü il təvəllüdlü, iddiaçı “Azərbaycan X17çiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri zavodunda Gövdə qaynaq bölməsində 4-cü dərəcəli gəmi gövdə təmirçisi peşəsində işləyir. xx.xx.1984-cüdə 2-ci quraşdırıcı baş tikinti idarəsi “KCCMC” xx.xx.1985-xx.xx.1985 –ci ildə 2-ci dərəcəli fəhlə Baş su tikintisi idarəsi xx.xx.1985-ci i ldə Paris Kommunası adına X17 təmiri İstehsalat birliyinin tökmə sexində əl ilə qəlibləmədə qəlibçi şagirdi xx.xx.1985-ci ildə Təmir tikinti sahəsində 2-ci dərəcəli yardımçı fəhlə 1-ci ildə Mexaniki sexdə 2-ci dərəcəli gəmi təmiri çilingəri, xx.xx.1987-ci ildə Mobres sahəsinə 2-ci dərəcəli takelajçı xx.xx.1988-ci ildə 2-ci dərəcəli qazla kəsən (ikinci peşə) xx.xx.1989-cu ildə Mobres sahəsində 1-ci dərəcəli qazla kəsən xx.xx.1989-cu ildə Mobres sahəsində 2-ci dərəcəli qazla kəsən 2 cı ildə Mobres sahəsində 3-cü dərəcəli qazla kəsən xx.xx.1994-cü ildə Mexaniki sexdə gəmi təmiri çilingəri şagirdi xx.xx.1997-ci ildə Mexaniki sexdə 2-ci dərəcəli gəmi təmiri çilingəri bərpa edilmiş. xx.xx.1999-cu ildə Keşikçiləri dəstəsi 3-cü dərəcəli gözətçi 3 ci ildə Keşikçilər dəstəsi 4-cü dərəcəli buraxılış məntəqəsinin nəzarətçisi vəzifəsinə keçirilmiş, 4cü ildə (K-209 saylı xx.xx.2001 -cı il tarixli əmr) Anbar təsərrüfatı takelaj peşəsi həvalə edilməklə 3-cü dərəcəli qazla kəsən keçirilmiş, 5-ci ildə Gövdə sahəsi 3-cü dərəcəli qazla kəsən takelajçı xx.xx.2009-cu il qazla kəsən takelajçı peşəsi üzrə 4-cü dərəcə xx.xx.2011 ci il (K-286 saylı xx.xx.2011 -ci il tarixli əmr) Zakfederasiya adına BİV-nin gövdə qaynaq sexinə 4-cü dərəcəli qazla kəsən vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 18 nömrəli Qərarı ilə “Zığ” gəmi təmiri zavodu adlandırılıb. xx.xx.2014-cü il Gövdə qaynaq sexi 4-cü dərəcəli gəmi gövdə təmirçisi AXDG QSC 151 saylı xx.xx.2017-ci il tarixli əmrinə əsasən AXDG QSC-nin “Zığ” X12 adı dəyişdirilərək “Zığ” Gəmi Təmiri və Ti kintisi Zavodu adlandırılmışdır. Hal-hazırki vaxta kimi “Azərbaycan X17çiliyi” Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda Gövdə-qaynaq bölməsində 4-cü dərəcəli gəmi gövdə təmirçisi peşəsində işləyir.
3. İddiaçı pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsi barədə xx.xx.2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir.
4. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, iddiaçının xx.xx.2001-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan X17çiliyi” QSC-nin “X18 Zavodunda əmək fəaliyyəti ilə məşğul olduğu qazla kəsən takelajçı peşəsi Azərbay can Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı izahatla məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 191.1 -ci maddəsinə əsasən cərimənin tətbiq edilməsinə, ona pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsini cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə həvalə edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin hərəkətsizliyi iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin bu hərəkətsizliyi qanunsuz sayılmalı, barəsində xüsusi qərardad çıxarılmalı, cərimə tətbiq edilməli və iddianın təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, iddiaçı 1979-cu ildə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən 23 nömrəli peşə məktəbinə daxil olmuş 3 il həmin məktəbi oxumuşdur. xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək hərbi xidmətdə olmuşdur. xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci tarixədək SPMK-3 trest-də montajnik vəzifəsində işləmişdir. xx.xx.1985-ci ildən xx.xx.1985-ci il tarixədək SPMK-4 trest-də montajnik vəzifəsində işləmişdir. xx.xx.1985-ci il tarixdən hal-hazıra kimi o vaxtki Spo “Kaspmorsudoresmnoy” Qoslovnay Prouzvodseyvennoy imeni Pariskoy Kommum, indiki “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda işləyir. Zərərli sahələrdə işləməsilə bağlı arayışı və digər tələb olunan sənədləri rəsmi ərizə ilə birlikdə cavabdehə təqdim etsə də, cavabdeh tərəfindən 2 aya yaxındır ki, cavab verilməmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz hesab edilməli, iddiası isə təmin edilməlidir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçının iddiası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1 91.1-ci maddəsinə əsasən cərimənin tətbiq edilməsi hissəsində mümkün sayılmamışdır. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(81)-3583/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya pensiya hüququnun yarandığı vaxtdan, yəni 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə iddiaçının 20 ildən çox ümumi iş stajı, 10 ildən çox güzəştli iş stajı mövcuddur. İddiaçının xx.xx.1984-cü hal-hazırkı tarixədək işlədiyi “Azərbaycan X17çiliyi” Qapalı Səhmdar Cəmiyyəti “ Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda Gövdəqaynaq bölməs ində 4-cü dərəcəli gəmi gövdə təmirçisi peşəsi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 N-li siyahı bölmə XXİİİ şifr 12100000-11618 rezervuarların, sisternlərin və gəmi bölmələrinin daxili işlərin məşğul olan qaz kəsiciləri bəndlərinə uyğundur. Belə ki, qazla kəsən peşəsi üzrə o, xx.xx.2006-cı il tarixinə kimi 10 il 11 ay 7 gün xüsusi staja, həmçinin xx.xx.2006-cı il tarixinə kimi 21 il 5 ay 26 gün ümumi staja malikdir.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiya sı məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X4-məruzəçi, X5 və X10, 2-1(103)-690/2020 saylı iş) x xxxxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qismən, “iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilərək həmin hissədə iddia rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, pensiya məbləğinin qanunvericilikdə birdəfəlik ödənilməsi nəzərdə tutulmadığından və ümumiyyətlə birdəfəlik ödəniş pensiya təyin olunması məqsədinə və pensiya qanunvericiliyinin prinsiplərinə zidd olduğundan “yaranmış fərqin birdəfəlik ödənilməsi” hissəsində iddia tələbi təmin olunmamalıdır.
13. Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə qərarın surətini almış, xx xxxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 14. “Azərbaycan X17çiliyi “QSC “Zığ” X9 iddiaçının adına tərtib edilmiş arayışda qeyd edilmişdir ki, həmin siyahıda qeyd edilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı XXİİİ şifr 12100000- 11618 rezervuarların, bankların, sisternlərin və gəmi bölmələrinin daxili işlərilə məşğul olan qaz kəsiciləri bəndlərinə uyğundur.
15. Nazirlər Kabinetinin qeyd edilən 320 saylı qərarın 4-cü bəndində göstərilmişdir: işçiləri güzəştli pensiya hüququ verən iş yerlərinə təyin etdikdə onların əmək kitabçalarında müvafiq qeydiyyat aparılmalıdır.
16. İddiaçının əmək kitabçasına baxdıqda onun müxtəlif vaxtlarda həmin zavodda qaz kəsicisi işləməsi qeyd edilsə də onun məhz rezervuarların, bankların, sisternlərin və gəmi bölmələrinin daxili işləri ilə məşğul olan qaz kəsicisi vəzifəsində işləməsi qeyd edilməmiş, bu da onu sübut edir ki, iddiaçı qaz kəsicisi vəzifəsində işləsə də, o məhz rezervuarların, bankların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində işləməmişdir. Fərz etsək belə ki, id diaçı həmin peşədə işləmişdir bu halda belə onun “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a bəndində nəzərdə tutulmuş xüsusi iş stajı yoxdur.
17. Qeyd edilən arayışdan göründüyü kimi, iddiaçı xx.xx.1989-cu ildə Mobres sahəsinə 1-ci dərəcəli qazla kəsən vəzifəsinə qəbul edilmiş xx.xx.1994-cü il tarixədək həmin peşədə çalışmışdır. (05 il 03 ay 27 gün). Bundan sonra o həmin zavodda, lakin başqa vəzifədə işləmişdir. Bir daha o həmin vəzifəyə xx.xx.2001-ci il tarixdə qəbul edilmiş və xx.xx.2001-ci il tarixədək (05 ay 25 gün) həmin vəzifədə işləmişdir.
18. Bundan sonra iddiaçı həmin zavodda başqa vəzifəyə, yani gövdə sahəsi 3cü dərəcəli qazla kəsən takelajçı vəzifəsinə keçirilmişdir. Həmin vəzifənin adından da göründüyü kimi gövdə sahəsi 3-cü dərəcəli qazla kəsən takela jçı arayışda qeyd edilən kod altında göstərilən rezervuarların, bankların, sisternlərin və gəmi bölmələrinin daxili işləri ilə məşğul olan qaz kəsiciləri peşindən fərqli peşədir.
19. Beləliklə, həm iddiaçının təqdim etdiyi əmək kitabçasından, həmdə iddiaçının hal-hazırda da işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayışdan göründüyü kimi, iddiaçı ona Nazirlər Kabinetinin güzəştli şərtlərlə pensiya hüququ verən xx xxxx 1993-cü il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı XXİİİ şifr 12100000-11618 rezervuarların, bankların, sistemlərin və gəmi bölmələrinin daxili işləri ilə məşğul olan qaz kəsicisi peşəsində cəmi 5 il 9 ay 22 gün müddətində işlədiyindən və qeyd edilən müddət “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a bəndində nəzərdə tutul muş 10 il xüsusi iş stajından aşağı olduğu üçün iddiaçının güzəştli pensiya hüququ yaranmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
22. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir.
23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi ha lda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiy a kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 25. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan iş çilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müdd ətin azı 10 ilini həmin işlərdə çalışarsa... xx xxx 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 26. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğ un olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılar ının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya i nstansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüy ü, kasasiya baxışının hədləri
28. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
30. İddiaçı güzəştli şərtlə yaşa görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
31. Cavabdehin şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçıya pensi ya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində nəzərdə tutulan 10 il güzəştli stajı x xxxxxx 2006-cı ilə qədər toplanmamışdır.
32. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
33. İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin tələblərinə görə iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər iddiaçının 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 3) xx.xx.2006-cı ilə qədər iddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması.
34. İddiaçı 1979-cu ildə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən 23 nömrəli peşə məktəbinə daxil olmuş 3 il həmin məktəbi ox umuş, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək hərbi xidmətdə olmuşdur. xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci tarixədək SPMK-3 trest-də, xx.xx.1985-ci ildən xx.xx.1985-ci il tarixədək SPMK-4 trestdə montajçı peşəsində işləmişdir. xx.xx.1985-ci il tarixdən hal-hazıra kimi Azərbaycan X17çiliyi QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda işləyir.
35. Ən azı bu dövrlər nəzərə alınmaqla iddiaçının x xxxxxx 2006-ci ilə qədər 20 ildən çox ümumi stajının olması mübahisə doğurmur.
36. Cavabdeh iddiaçının işlədiyi peşənin 1 saylı Siyahıda olmadığını bildirmişdir. Cavabdehin bu dəlili apelyasiya məhkəməsi tərəfindən hərtərəfli araşdırılmış, iddiaçının işlədiyi Azərbaycan X17çiliyi QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu məhkəmə icraatına cəlb edilmiş, zavodun nümayəndəsi bir neçə dəfə məhkəmə ic raatında iştirak etmiş, iddiaçının peşəsi ilə bağlı izahedici məlumatlar vermişdir.
37. Azərbaycan X17çiliyi QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodundan verilmiş arayışlardan müəyyən olunur ki, onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 No-li siyahısı”nın bölmə XXİİİ şifr 12100000-11618 “rezervuarların, bankların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri” adlanan 11.14 bəndlərinə uyğundur. Belə ki, iddiaçı “qazla kəsən” peşəsi üzrə xx.xx.2006cı il tarixə kimi 10 il 11 ay 7 gün xüsusi staja, 21 il 5 ay 26 gün ümumi staja malikdir.
38. Apelyasiya ba xışı zamanı 3-cü şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş RM02/02-416 saylı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı mobrez sahəsində qazla kəsən işlədikdən sonra xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək gövdə sahəsində qazla kəsən takelajçı peşəsində gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsicisi işləmişdir. Zərərli əmək şəraitli işlərdə məşğul olan qazla kəsənlərə hər iş növbəsi 0.5 litr süd verilir. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işdə işlədiyi üçün əmək məzuniyyətinə hər il əlavə olaraq 6 təqvim günü əlavə məzuniyyət verilməsi təmin olunur. Gəmi bölmələrinin daxilində, qapalı yerlərdə təmir işləri apararkən qazla kəsmə işləri yerinə yetirilən vaxt qazla kəsənlərin qapalı yerdən sistematik olaraq çıxması üçün fasilələr verilir, fas iləsiz ventilyasiya vasitəsi ilə toksiki maddələr icazə verilən norma həddinə salınır. Fərdi mühafizə vasitələrindən filtrli respiratorlardan istifadə edilməklə nəfəs orqanları qorunur. Gəminin qapalı yerlərinin bilavasitə atmosferlə əlaqəsi olmayan yerlərinə daxil olma lyuk və boğazlar vasitəsilə yerinə yetirilir.
39. İddiaçının həm əmək kitabçası, həm də iş yerindən təqdim etdiyi arayışların məzmunundan müəyyən olunur ki, iddiaçı cavabdehin mübahisələndirdiyi “Gövdə sahəsi 3-cü və 4-cü dərəcəli qazla kəsən takelajçı” vəzifələrində çalışmış, işəgötürən tərəfindən verilmiş arayışlar müəssisənin rəhbəri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir.
40. İş yerindən verilmiş arayışlarda iddiaçının işlədiyi sahələrin zərərli olduğu üçün onun güzəştli şərtlərlə təqaüd almaq hüququnun olması göstərilməklə yanaşı, bu mövqe əsaslandırılaraq, həmin peşələrin 1993-cü ildə təsdiq olunmuş Siyahıda bölmə XXİİİ şifr 12100000-11618 “rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrin daxili işlərində məşğul olan qaz kəsiciləri” adlanan bəndinə uyğun olması da konkret olaraq göstərilmişdir. Nəzərə alınmalıdır ki, “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış”ın alınması həm də hazırda cavabdehin mübahisələndirdiyi hallar üzrə qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır.
41. Cavabdehin mübahisələndirdiyi “iddiaçının “gövdə” sahəsində 3-cü dərəcəli qazla kəsən takelajçı” peşəsinin arayışda qeyd edilən kod altında göstərilən “rezervuarların, bankların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri” peşəsindən fərqli peşə olması barədə dəlilləri üzrə apelyasiya məhkəməsi araşdırma apararaq arayışı təqdim etmiş Azərbaycan X17çiliyi QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna müvafiq sorğu məktubu vermişdir. Həmin sorğuya cavab olaraq müəssisə tərəfindən RM02/02-416 saylı xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, iddiaçı “mobrez sahəsində qazla kəsən” işlədikdən sonra xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək “gövdə sahəsində qazla kəsən takelajçı” peşəsində, gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsicisi işləmiş, bu barədə müəssisə tərəfindən iddiaçının qazla kəsmə işlərini qapalı yerdə, hansı zərərli iş şəraitində icra etdiyi təfərrüatı ilə əks olunmuşdur.
42. Qeyd olunmalıdır ki, eyni məzmunlu açıqlamanı iddiaçının işlədiyi müəssisə cavabdeh tərəfin vəkil sorğusuna verdiyi cavab məktubunda da vermişdir.
43. Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Əkrəm Həsənov və Partnyorları Vəkil Bürosu” tərəfindən mobres sahəsində qazla kəsən və gövdə sahəsində qazla kəsən takelajçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş siyahılarda hansı kodlar altında qeyd edilmələri barədə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, mobres sahəsində qazla kəsən və gövdə sahəsində qazla kəsən takelajçı ’’Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cu il tarixli 320 nöm rəli qərarı ilə təsdiq edilmiş siyahılarda hansı kodlar altında qeyd edilmələri, qərarda qeyd edildiyi kimi sahələr üzrə deyil, işçinin peşəsi, yerinə yetirdiyi iş və iş şəraiti nəzərə alınmaqla müəyyən edilir. Gəmi bölmələrinin daxilində, qapalı yerlərdə təmir işləri apararkən qazla kəsmə işləri yerinə yetirilən vaxt qazla kəsənlərin qapalı yerdən sistematik olaraq çıxması üçün fasilələr verilir, fasiləsiz ventilyasiya vasitəsi ilə toksiki maddələr icazə verilən norma həddinə salınır, fərdi mühafizə vasitələrindən filtrli respiratorlardan istifadə edilməklə nəfəs orqanları qorunur. Gəminin qapalı yerlərinin bilavasitə atmosferlə əlaqəsi olmayan yerlərinə daxil olma lük və boğazlar vasitəsilə yerinə yetirilir. Takelajçı peşəsi qazla kəsiçilərə ikinci peşə olaraq verilir, gəmi gövdəsinin da xilində qapalı sahədə kəsilib çıxarılan detalın qaldırılması üçün əvvəlcədən lazımi yerdən həmin detala kəsilib dəyişdirilən hissəyə dəlik açılır və qaldırıcıya qoşulur, kəsildikdən sonra həmin yerdən çıxarılır və yeni detal, təbəqə həmin yerə montaj edilir. Hər iki sahənin qazla kəsiciləri Nazirlər Kabinetinin 320 nömrəli 1993-cü il 21 iyun tarixli qərarı ilə təsdiq edilmiş 1№ li siyahı bölmə XXİİİ şifr 12100000-11618 rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrin daxili işlərində məşğul olan qaz kəsiciləri bəndinə uyğundur.
44. Beləliklə, işin halları onu deməyə əsas verir ki, iddiaçının iş yerindən təqdim etdiyi arayışlar və digər sübutlar onun X18 Zavodunda xx.xx.2001-ci ildən xx.xx.2011-ci ilə qədər işlədiyi dövrün (cavabdehin mübahisələndirdiyi dövr) güzəştli şərtlərlə ə mək pensiyası təyin olunmasına imkan verən staj kimi qəbul olunmasına əsas verir və bunun üçün həmin sübutlar yetərli hesab olunur.
45. Odur ki, x xxxxxx 2006-cı ilə qədər iddiaçının azı 10 il güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi apelyasiya məhkəməsinin araşdırması ilə sübuta yetmişdir.
46. İddiaçının x xxxxxx 2006-cı ilə qədər 20 ildən az olmayan ümumi staja, bu dövrün azı 10 ilinin güzəştli şərtlə yaşa görə pensiya hüququ verən staja malik olması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan bu hissədə apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır.
47. Pensiyanın iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən hesablanmalı olması barədə apelyasiya məhkəməsinin mövqeyi ilə razılaş mayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı x xxxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
49. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tə rkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi x xxxxxxx 2020-ci il tarixli qərardadda təsbit etmiş, məhkəmə tərkibi eyni xarakterli hazırkı məsələyə baxarkən, x xxxxxxx 2020-ci il tarixli qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab etməmişdir.
50. Hazırkı işin hallarına görə iddiaçının pensiya hüququ x xxxxxx 2015-ci ildə yaranmış olsa da, o, xx xxxx 2019-cu il tarixdə pensiyanın təyin olunması barədə cavabdehə müraciət etmişdir.
51. İddiaçı x xxxx 2017-ci ilə qədər pensiyanın təyin olunması üçün cavabdehə müraciət etmədiyindən və əvvəlki illərin pensiyası iddiaçıya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməli olduğundan, pensiyanın hesablanmasının əvvəlinin x xxxxxx 2015-ci ildən sayılması hissə sində ləğv edilməli, pensiyanın hesablanmasının əvvəli xx xxxx 2016-cı il tarixdən sayılmalıdır.
52. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-690/2020 saylı, x xxxxxxxx 2020-ci tarixli qərarı pensiyanın x xxxxxx 2015-ci ildən təyin edilməsi hissəsində ləğv edilsin. Pensiyanın təyin edilməsinin əvvəli xx xxxx 2016-cı il tarixdən hesablansın. Qərar İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə həvalə edilməsi hissə sində dəyişdirilmədən saxlanılsın. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.