Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1149/2025 04.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 04 dekabr tarixli, 2-1(103)-3242/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 2022-ci il üçün gəlir vergisi bəyannaməsinin “malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir” qrafasında 78401,39 manat, “malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə xərclər” qrafasında 65334,49 manat, “vergiyə cəlb oluna gəlir” qrafasında 13066,90 manat, “ödənilməli gəlir vergisi” qrafasında 2613,38 manat göstərilmişdir. 2.. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla idd iaçıya 15575,88 manat vergi və sığorta haqqı hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hal-hazırda Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi, bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli Qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarını n hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli qərara əsasən 2022-ci ilin Gəlir vergisi üzrə 12 962,50 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı xərclərə dair təsdiqedici sənədi olmadığından 2022-ci il üzrə gəlir vergisini məcbur qalaraq Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabelik normasına əsasən hesablamışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və iddiaçının 2022-ci il üzrə gəlirlərini 78 401,39 manat, xərclərini 522 manat, vergiyə cəlb olunan gəliri 77 879,39 manat, gəlir vergisini isə 15 575,88 manat müəyyən etmişdir. Başqa sözlə vergi orqanı iddiaçının xidmətlərin göstərilməsinə dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gə lir vergisi hesablamışdır. Halbuki, iddiaçının xərclərə dair sənədi olmadığından 2022-ci il üzrə Gəlir vergisi Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Odur ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə ediyi mənfəət i (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. Vergi ödəyicisinin xərclərə dair təsdiqedici sənədi olmadığına görə, onun ödəməli olduğu gəlir vergisi müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun göstərdiyi xidmətlərə hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının xidmətlərin göstərilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Beləliklə, iddiaçının ödəməli olduğu gəlir vergisi 2022-ci il üzrə 2613,38 manat ola bilcəyi halda, v ergi orqanı tərəfindən iddiaçıya əsassız olaraq ümumilikdə 12 962,50 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdehin etirazı:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “sair ixtisaslaşdırılmış tikinti işləri”ndən ibarət olduğu, vergi orqanında uçota alınmış təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 2022-ci il ərzində 78401,39 manat dəyərində elektron qaimə-fakturaların təqdim edilməsinə baxmayaraq, 2022-c i il üçün gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bununla bağlı vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, 2022-ci il üçün 15 575,88 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********618700 nömrəli Qərar qəbul olunmuşdur. Daha sonra iddiaçı tərəfindən 11,08.2023-cü il tarixdə hesablama metod u ilə 2022-ci il üçün cari gəlir vergisi bəyannaməsi təqdim edilərək “Hesabat dövrünün sonuna” sütununda 0,0 manat məbləğ qeyd edilərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75% güzəşt hüququndan istifadə edilməklə 3 937,20 manat gəlir vergisi hesablanmasına baxmayaraq, mövcud kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 11 638,68 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********121000 nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Vergi ödəyicisi tərəfindən həmin qərardan inzibati qaydada şikayət verilmiş və vergi orqanının 1 dekabr 2023cü il tarixli **********5 90300 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. İddiaçı vergi orqanına təqdim etdiyi izahatında usta kimi fəaliyyət göstərdiyini, təqdim edilmiş elektron qaimə-fakturalar üzrə əldə edilmiş pulların təmir işlərinə görə əldə edilmiş pullardan ibarət olduğunu, işlərin görülməsində cəlb edilmiş işçilərin 1 və ya 2 gün şlədiklərini, belə olan halda tərəfindən sosial hesablamaların aparıla bilmədiyini, bank hesabına şirkətlərdən 78400,0 manat məbləğində pul köçürüldüyünü, həmin pul vəsaitlərinin alınması üzrə bank tərəfindən 1,5 % xidmət haqqı tutulduğunu, xx.xx.2023-cü il tarixdə təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsinin Hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 1226.3-cü (Xammal və materiallar) sətrində göstərilmiş 3 9 200 manat xərc məbləğinin mağazalardan alınmış malların dəyəri olduğunu, həmin malların pərakəndə satış yerlərindən alındığını, həmin malların alınması üçün elektron qaimə-faktura əldə edilməsinin lazım olduğunu bilmədiyi üçün malların sənədsiz alındığını, qeyd edilən 39200 manat məbləğində malların şveller, list metal, boya, profil, zamok, petlə, elektrod və.s kimi mallardan ibarət olduğunu, qeyd edilən malların alışı ilə bağlı bazar tərəfindən verilmiş qəbzlərin və çeklərin olduğunu, malları Buzovnada yerləşən metal satışı mağazasından aldığını, vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatların riskli əməliyyatlar hesab edilməsi və bu barədə xx.xx.2023-cü il tarixli **********938400 nömrəli məktubun göndərilməsindən xəbərinin olmadığını, Bakı Abadlığın təmir etdiyi həyətlərdə darvaza ların tərəfindən yığıldığını, boruların isə faktiki olaraq təqdim edilmədiyini, borular üzrə elektron qaimə-fakturaların təqdim edildiyini, lakin həmin iş görülmədiyini və onunla bağlı pulların alınmadığını, hazırlanmış darvazaların malmaterialının özü tərəfindən alındığını, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.30-cu maddəsi ilə tanış olmadığını bildirmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim edilən Gəlir vergisi bəyannaməsində 3 937,20 manat gəlir vergisi bəyan edildiyi müəyyən edilmişdir. Daha sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixindən yenidən dəqiqləşdirirmiş Gəlir vergisi bəyannaməsi təqdim edilmiş və bəyannamədə 75 faiz güzəşt çıxarılaraq, xərc məbləği artırılmış və 65334,49 manat xərc məbləği bəyan edilm işdir. 65334,49 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş, qeyd olunan kənarlaşmanın aradan qaldırılması barədə iddiaçıya xx.xx.2023-cü il tarixli **********729600 nömrəli məktub göndərilmişdir. Lakin iddiaçı tərəfindən mövcud kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 12 962,50 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçının Nazirlər Kabinetinin 55 saylı Qərarının tətbiqinə münasibətdə bildirilir ki, vergi ödəyicisi tərəfindən gəlir və xərclərin uçotu aparılmayaraq şərti rentabellik tətbiq etməklə özünə xərc hesablaması qanunvericilikdə nəzə rdə tutulmamışdır. İnzibati orqan tərəfindən isə bu cür hesablama tətbiq edilərkən vergi ödəyicisinin fəaliyyəti hərtərəfli təhlil edilməklə qərar qəbul edilir. Əgər vergi orqanı tərəfindən həmin normanın tətbiq edilməsi məcburi xarakter daşısa idi, vergi ödəyiciləri tərəfindən malların alış-satışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı. Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidənyayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması şəklində özünü göstərmiş olardı. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il № 1033- VİQD Qanuna əsasən Vergi Məcəlləsinin 67.14-cü, 8 3.9-cu maddələri 2024-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsindən çıxarılmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Abdullayev) 2024-cü il 04 iyul tarixli, 21(112)-6833/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi (halhazırda Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən qəbul edilmiş **********052600 saylı, 24 yanvar 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Vergi Məcəlləsinin 2024-cü ilin yanvarın birindən qüvvədən düşmüş 67.14- cü maddəsində göstərilirdi ki, bu Məcəllənin 67.1-ci maddəs ində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Yenə Məcəllənin həmin dövrə qədər qüvvədə olmuş 83.9cu maddəsində göstərilirdi ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6-cı bəndində göstərilmişdir ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyy ən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1: (100 + R) x R burada: M1 vergi ödəyicinin mənfəəti; G1 vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R şərti rentabellik normasıdır. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında: M1 = X1: 100 x R burada: M1 vergi ödəyicisinin mənfəəti; X1 vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər; Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.
8. Göründüyü kimi cavabdeh tərəfndən iddiaçıya gəlir vergisi hesablanarkən onun xərcləri müəyyən edilmir sə, vergi şərti rentabellik norması tətbiq edilməklə, yuxarıda qeyd edilən üsulların biri ilə hesablanmalı idi. Lakin, cavabdeh bunu nəzərə almayaraq iddiaçının bütün gəlirinə vergi hesablamışdır ki, bu qanuni hesab edilə bilməz. Cavabdehin etirazında Vergi Məcəlləsinin 67.14-cü, 83.9-cu maddələrinin 2024-cü ilin yanvarın 1-dən Məcəllədən çıxarıldığı qeyd edilmişdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının Vergi borcu 2022-ci il üçün hesablandığından və həmin vaxt Məcəllənin qeyd edilən normaları qüvvədə olduğundan iddiaçıya münasibətdə tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia təmin olunmalıdır.
9. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməs ini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.Yusifov /sədrlik edən və məruzəçi/, A.Oruczadə və G.Abbasova) 2024-cü il 04 dekabr tarixli, 2-1(103)3242/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2024-cü il 04 iyul tarixli, 2-1(112)-6833/2024 nömrəli qərarı ləğv edilərək, iddia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən 2022-ci il ərzində elektron qaimə-fakturalar əsasında 78 401,38 manat məbləğində daş kubik, dəmir boru, dəmir darvaza, dəmir darvaza hazırlanması və qoyulması, dəmir məhəccər, kəsim sexinin kanalizasiyasının üst qapağı, söhbətgah (besetka) dəmirdən, yeni temprli şüşə q apının sifarişi və.s adlı mallar (iş və xidmətlər) təqdim edilsə də, elektron qaimə-fakturalar əsasında malların (iş və xidmətlərin), mal alışı ilə bağlı malların elektron alış aktlar əldə edildiyi və həmin ildə idxal əməliyyatları aparılmadığı nəzərə alınmaqla vergi orqanı tərəfindən iddiaçı - Vergi Məcəlləsinin qeyd olunan normalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq iddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2023-cü il **********184700 nömrəli Qərar qəbul olunmuşdur, həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş, hal-hazırda da qüvəsinddədir və iddiaçı tərəfindən riskli vergi ödəyicsi siyahısından çıxarılması üçün məsələ qaldırılmamışdır.
12. Başqa sözlə iddiaçının 2022-ci ildə əmtəəsiz əməliyyatlar aparmaqla gəlir əldə etdiyi öz təsdiqini tapmış olur. Belə olan halda, onun tərəfindən verilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsinin göstəriciləri vergi qanunvericiliyinin tələblərinə uyğun hesab edilə bilməz. Oxşar mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan iş üzrə qəbul olunmuş 2-1(102)-1462/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında qeyd etmişdir ki, “...alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qəsmən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyytlə, alış sənədi olmadan alınmasına əsassız stimul yaradır.” Beləliklə də cavabdehin mübahisələndirilən “Vergilərin, sosial sığo rta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli Qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Belə olan halda, həmin qərarla iddiaçının hüquqları pozulmuş hesab edilməsi istisna olunur. İPM-in 70.1-ci maddəsinin mənası da məhz onu ehtiva edir ki, məhkəmə o halda inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin akt qanuna zidd olsun və bunun nəticəsində onun hüquqları pozulsun. Birinci instansiya məhkəməsi tərəfindən iş materalları hərtərəfli araşdırılmamış, işdə olan əhəmiyyət kəsb edən sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edilmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin məhkəmə t ərəfindən sübutlara düzgün qiymət verilmədiyini və ədalətsiz qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-6833/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və İddiaçı iddiasının rədd olunması barədə yeni qərar çıxarılmalıdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. İddiaçı tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsi onu nəzərdə tutur ki, vergi ödəyicisinin gəlirlərini və xərcl ərini müəyyən etmək mümkün olmadıqda, Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanma qaydası tətbiq olunur. Məcəllənin sözügedən 83.9-cu maddəsi isə ümumi bir normadır (5 dekabr 2023-cü il tarixli 1033-VİQDnömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir) və qüvvədən düşənə qədər nəzərdə tuturdu ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Göründüyü kimi, burada qanunverici tərəfindən sözügedən hesablama qaydasının imperativ qaydada təsbit edilmişdir. Ha b e lə sözügedən hesablama qaydasının vergi orqanın öz təşəbbüsü və ya vergi ödəyicisinin təşəbbüsü ilə vergi orqan tərəfindən tətbiq edilməli olmasına dair hər han sı təqzibedici bir göstərişi nəzərdə tutulmur. iddiaçının qeyd olunannormadan yararlanaraq, 2022-ci il üçün gəlirini hesablayaraq, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə müvafiq həmin gəlirinə 75 faiz güzəşt tətbiq etmədən, müəyyən olunan əldə etdiyi gəlirinə görə dövlət büdcəsinə 2.613,38 manat məbləğində vergi hesablayıb ödəməsi qanunsuz hesab oluna bilməz. İşin hallarından göründüyü kimi cavabdeh qanunsuz olaraq iddiaçının gəlirini və xərc sənədlərini müəyyən edə bilmədiyi halda, Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddələrinə istinadən şərti rentabelliyin iddiaçı tərəfindən tətbiq edilməsini əsassız hesab edərək, barasində əlverişsiz inzibati aktlar, o cümlədən, mübahisələndirilən qərarla ona əlavə vergi hesablamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsi imperativ qaydada nəzərədə tutur ki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyənedilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərinxüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edi lməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydınolmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsasməqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Maddə
24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinənəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə vəmüdaf iə etməyə;. 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarıilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi öd əyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən me yarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir:[487] 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsas ında hesablanır.....
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar ) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Kassasiya şikayəti qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkl ifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların üzərindən sükutla keçə bilməz.
23. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixindən dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş və bəyannamədə 75 faiz güzəşt çıxarılaraq, xərc məbləği artırılmış və 653 34,49 manat xərc məbləği bəyan edilmişdir. Lakin cavabdeh tərəfindən “elektron qaimə-fakturalar əsasında malların (iş və xidmətlərin) əldə edilmədiyi, mal alışı ilə bağlı malların elektron vergi ödəyicisi tərəfindən mövcud kənarlaşma aradan qaldırılmadığı” əsası ilə kameral vergi yoxlaması ilə 12 962,50 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir.
24. Kollegiya ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faiz i vergidən azaddır. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı tərəfindən xərclərin uçotu düzgün aparılmamış, ümumiyyətlə xərc sənədlərinin olması müəyyən edilməmişdir. Bu səbəbdən də iddiaçı Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi ilə müəyyən olunan 75 faiz güzəşt hüququndan istifadə edilə bilməz.
25. Lakin, bu qərarın 26-cı bəndində istinad olunun Vergi Məcəlləsinin normalarına görə, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanı ödənilməli olan vergi məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan məlumatlardan istifadə etməklə hesablamaq hüququ var.
26. Hazırkı iş üzrə iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd olunmuşdur ki, vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri ol an sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********862400 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat (təsdiqedici sənədlər) və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2022-ci il üçün 15 575,88 manat gəlir vergisi hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023cü il tarixli **********618700 nömrəli Qərar qəbul olunmuşdur.
27. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən etirazda qeyd olunan Vergi Məcəlləsinin 67-ci ma ddəsinin konkret olaraq hansı bəndində qeyd olunan məlumatlardan istifadə istifadə edilərək vergi hesablandığı müəyyənləşdirilməmişdir. Kollegiya həmçinin cavabdeh tərəfindən sözügedən maddəyə formal olaraq da istinad olunması halını istisna etmir. Bununla belə işin hallarının araşdırılması prinsipinə görə bu hal aydınlaşdırılmalıdır.
28. Apellyasiya instansiya məhkəməsi qərarında iddiaçının riskli vergi ödəyicisi olmasını əsas götürərək iddiaçının “əmtəəsiz əməliyyatlar aparmaqla gəlir əldə etdiyini” qeyd etsə də, məhkəmə nəzərə almamışdır ki, şəxsin riskli vergi ödəyicisi hesab olunması bütün hallarda onun əmtəəsiz əməliyyatlar aparması anlamına gəlmir.
29. Kollegiya xüsusilə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna d air sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır.
30. Hazırkı halda qiymət verilməli olan hal, cavabdeh tərəfindən vergilərin hesablanması zamanı vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsidir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (xx.xx.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesabl amaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni, vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
31. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1,12.2, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 04 dekabr tarixli, 21(103)-3242/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.