Məhkəmə qərarları › İş №2-1(102)-1152/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1152/2025

26.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1152/2025 26.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.x x.2024-cü il tarixli, 2-1(103)-2778/2024 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən sahəsi 63 kv.m olan qeyri-yaşayış sahəsi 13 mart 2018-ci il tarixli, 10/01 nömrəli hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci tarixli, 3888 saylı alqı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən özəlləşdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ünvan 2 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2020ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır.

2. İddiaçı qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair sərəncam ləğv edildiyindən, özəlləşdirilmə ilə bağlı ödənilmiş 45.000 manatın geri qaytarılmasına dair ilkin olaraq cavabdeh orqana müraciət etmişidir.

3. İddiaçı məhkəməyə müraciət edərək ilkin olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən, ünvan 1 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə görə dövlət büdcəsinə ödənilmiş 45000 manat (26470,58 ABŞ dolları), maddi ziyan üçün 64.800 manat (altmış dörd min səkkiz yüz manat), mən əvi ziyan üçün 20000 manat (iyirmi min manat), bank xidməti üçün 16.7 manat, çıxarış və texniki pasport üçün ödənilmiş 80 manat dövlət rüsumunun, xidmət haqqı üçün ƏMDK-nin hesabına ödənilmiş 130 manat, Xətai rayon məhkəməsinin hesabına ödənilmiş 30 manat və Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 15 manat dövlət rüsumunun alınaraq iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 125 ünvanında yerləşən 60,8 kv.m qeyriyaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 45000 manat pul vəsaitinin 25%-ni cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabından, 75%-ni Azərbaycan Respublikası dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(112)-4983/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(103)-314/2023 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1 (112)-4983/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmışdır. İddia tələbi təmin edilmiş və xx.xx.2018-ci il tari xli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ƏMDK-nın (indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX) qanunsuz hərəkətləri nəticəsində, ünvan 3 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsi üçün 15 iyun 2018-ci il tarixində SER ELEKTRONİCS MMC ilə İddiaçı arasında imzalanmış icarə müqaviləsi əsasında əldən çıxmış 54000 manat (əlli dörd min) faydanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 21(112)-5673/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə qeyd edilən qərarı belə əsaslandırmışdır: “mülki qanunvericilik bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə tətbiq edilmədiyindən, ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə əldən çıxmış faydanın ödənilməsi hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərində nəzərdə tutulmamışdır. Məhkəmə müəyyən edir ki, hazırda iddiaçı ilə cavabdeh arasında hərracın nəticələrinin ləğvi nəticəsində ödənilmiş vəsaitin geri qaytarılmasına dair məhkəmə mübahisəsi mövcuddur. “İnzibati icraat haqqında” Qanunun 67.10-cu maddəsinə əsasən maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunduğundan, təsadüfi deyildir ki, əldən çıxmış faydanın ödənilməsi tələbinə dair müraciətinə cavab olaraq da cavabdeh tərəfindən bildirilmişdir ki müraciətdə göstərilən məsələ məhkəmə baxışının predmeti olduğu üçün, həmin məsələ məhkəmənin yekun qərarına uyğun olaraq həll ediləcəkdir (yəni həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib müəyyən edilməlidir). Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.”

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanladığı müraciətin baxılması barədə məktubda qeyd edilmişdir ki, müraciətdə qeyd olunan eyni məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsində iddiaçı tərəfindən iddia qaldırılmış, həmin məhkəmənin 2-1(112)5673/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)484/2024 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5673/2023 saylı, 20 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilmiş və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmə qərarlarına əsasən AR ƏMDK-nin xx.xx.2017-ci il tarixli, 141№-li sərəncamı ləğv edildiyinə görə cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-ya ünvan 1 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayı ş sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən cavabdehin hesabına ödənilmiş 45000 manat pul vəsaitinin geri qaytarılmasını vaxtında təmin etmədiyinə görə 5 il 8 ay ərzində maddi ziyan üçün 76500 manatın (yetmiş altı min beş yüz), mənəvi ziyan üçün 50000 manatın (əlli min) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

8. İddiaçı məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin “ünvan 5 ünvanında yerləşən 60,8 kv.m qeyriyaşayış sahəsinə maddi ziyan üçün 608000 (altı yüz səkkiz min), mənəvi zərər üçün 50000 (əlli min) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsinin qəbulundan imtina edilmişdir.

9. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında yerləşən 60,8 kv.m qeyriyaşayış sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq sözü gedən əmlakın hərrac vasitəsilə özəlləşdirilməsi barədə ƏMDK tərəfindən qərar qəbul edildikdən sonra “Mülkiyyət" qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Həmin d övlət əmlakı axırıncı dəfə xx.xx.2018-ci il tarixində açıq hərraca çıxarılmış və iddiaçı həmin hərracın qalibi olmuşdur. AR Əmlak Məsələləri Dövlət Komitəsi (Xidməti) ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli 10/01 №li Hərrac protokoluna əsasən, xx.xx.2018-ci il tarixində 3888 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Bu alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə 45 000 manat pul vəsaiti, bank xidməti üçün 18.7 manat ödənilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən həmin sahə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bu çıxarış və texniki pasport üçün 80 manat dövlət rüsumu, xidmət haqqı üçün isə ƏMDK-nin hesabına 130 manat ödənilmişdir. Hərracın nəticələrindən narazı qalan "xxxx" X1 direktoru X7, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının, cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinə (üçüncü şəxs İddiaçı) qarşı xx.xx.2009cu il tarixli 9207/2294 №-li icarə müqaviləsinin predmeti olan ünvan 1 ünvanında yerləşən sahəni ona təklif olunmadan açıq hərracda satıldığına görə xx.xx.2018-ci il tarixli hərracın nəticəsinin ləğv edilməsi, AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №-li Sərəncamının ləğv edilməsi barədə iddia tələbi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-l(81)-143/2019 saylı qərarı ilə təmin edilməmişdir. (hakim Tahirə Əsədova) Həmin qətnamədən "xxxx" X2 tərəfindən verilmiş apellyasiya şikayəti Bak ı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2019-cu il tarixli 21(103)-2375/2019 saylı qərarı ilə təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)143/2019 saylı qərarı və AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №-li Sərəncamı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli 2-1(102)-508/2020 saylı qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Cavabdehlər bu işlə bağlı keçirilən məhkəmə proseslərinin heç birində nə iştirak etmiş, nə də ki qəbul edilən məhkəmə qərarlarının mübahisələndirilməsində maraqlı olmuşdular. Hərracın nəticəsi ləğv olunduğundan, cavabdehə pul vəsaitimin geri ödənilməsi barədə dəfələrlə rəs mi müraciət edilsə də məhkəmə qərarlarında bu haqda heç nə yazılmadığını bəhanə edərək yenidən məhkəməyə müraciət etməyi məsləhət görmüşdülər. Ona görə də xx.xx.2020 tarixində dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbi ilə Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Xətai rayon məhkəməsinin 2(011)6090/2020-saylı 19 noyabr 2020-ci il tarixli Qətnaməsi ilə iddia qismən təmin edilmiş, maddi və mənəvi hissədən isə rədd edilmişdir. Məhkəmə qərarına görə 45000 (qırx beş min) manat pulun 25%-i, yəni 11250 (on bir min iki yüz əlli) manat hissəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən, 75%-i, yəni, 33750 (otuz üç min yeddi yüz əlli) manat hissəsi isə Azərbaycan Respublikası dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Resp ublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3164/2021 saylı 7 aprel 2021-ci il tarixli Qərardadı ilə apellyasiya şikayətləri qismən təmin olunmuşdur. Həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bakı İnzibati Məhkəməsinə müraciət edə bilmək üçün yenidən 25 noyabr 2021-ci il tarixində dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin geri qaytarılması xahişi ilə cavabdehlərə müraciət etməyinə baxmayaraq müsbət nəticə əld ə olunmamışdır. Ona görə də hüquqlarını müdafiə etmək üçün xx.xx.2021-ci il tarixində iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakimi Elvin Əliyevin) xx.xx.2022-ci il tarixli 2-1(112)4983/2022 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küç. 125 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanılmış xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45 000 manat pul vəsaitinin 25%-ni cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin hesabından, 75%-ni Azərbaycan Respublikasının dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə tutularaq İddiaçı ödənilməs i cavabdehlərə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4983/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il 21(103)314/2023 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4983/2022 saylı qərarı ləğv edilmiş, xx.xx.2018-ci il tarixli 3888 №-li alqısatqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının xx.xx.2023-cü il 2-1(103)-314/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX AR Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının (məruzəçi-hakim hörmətli Quliyev Zakir) xx.xx.2023-cü il tarixli 21(102)1598/23 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il 2-1(103)-314/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il 21(103)-314/2023 saylı qərarı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-a tərəfindən 3 noyabr 2023-cü il tarixində icra edilmişdir. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, mülki dövriyyə şəraitində ə ldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) hissəsi ilə bağlı onu qeyd edilmişdir ki, həmin pul vəsaitindən normal dövriyyə şəraitində ən azı illik 30-40% (aylıq 2,5%) gəlir əldə etmək imkanına malik ola bilərdi. Ona görə ki, əgər vətəndaşlar banklardan illik 15-20 faizə kredit götürüb onu geri qaytara bilirlərsə deməli ən azı onlar illik bir o qədər də qazanc əldə ediblər. Bu baxımdan 2018-ci ilin mart ayından hal-hazıradək, 5 il 8 ay müddətində 45.000 manat pul vəsaitini qanunsuz saxlamaqla cavabdeh iddiaçıya ən azı 76.500 AZN (yetmiş altı min beş yüz manat) məbləğində maddi ziyan vurmuşdur. Həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun müddət, illərlə pul vəsaitindən istifadə edə bilməmiş, məhkəmə orqanlarında çoxsaylı araşdırmalarda iddiaçı və üçüncü şəxs qismində tək iştirak etməklə maddi ziyandan əlavə, mənəvi zərər də çəkmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması nəzərdə tutulur. İztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Mənəvi ziyanın məbləği ağlabatan miqdarda olmalıdır. İddiaçı hesab edir ki, bu 5 il 8 ay müddətində mənə 50000 manat (əlli min manat) dəyərində mənəvi ziyan dəyibdir.

10. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 63 kv.m olan qeyri-yaşayış sahəsi 13 mart 2018-ci il tarixli, 10/01 nömrəli hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3888 saylı alq ı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən özəlləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə ünvan 8 ünvanında yerləşən 60.8 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır. Hazırda yuxarıda qeyd olunan dövlət əmlakının özəlləşdirilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız hesab edildiyindən, iddiaçı əmlakın özəlləşdirilməsi ilə əlaqədar ödənilmiş pul vəsaitinin geri qaytarılmasını vaxtında təmin etmədiyinə görə cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi ziyan üçün müvafiq vəsaitlərin ödənilməsini xahiş edir. Belə ki, iddiaçı maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia tələbini cavabdeh tərəfindən özəlləşdirmə ilə əlaqədar ödənilmiş pul vəsaitinin geri qaytarılmasının vaxtında təmin edilməməsi ilə əlaqələndirir. Bununla bağlı bildirilmişdir ki, özəlləşdirmənin predmeti olmuş qeyri-yaşayış sahəsi ilə bağlı mübahisə uzun müddət ərzində məhkəmə araşdırması predmeti olmuş və İddiaçı yuxarıda qeyd olunan məhkəmə araşdırmaları yekunlaşdıqdan sonra özəlləşdirmə ilə əlaqədar ödənilmiş 45000 manat pul vəsaitinin geri qaytarılması barədə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətinə Əmlak Məsələləri Dövlət Xidmətinin 27 avqust 2020-ci il tarixli, **********82 nömrəli məktubu ilə cavab verilərək, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanun unun 30-cu maddəsinə uyğun olaraq qeyd olunan vəsaitin geri qaytarılması ilə əlaqədar olaraq məhkəməyə müraciət olunması iddiaçıya bildirilmişdir. Bununla əlaqədar bildirilmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Bildirilmişdir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar ödənilmiş pul vəsaiti dövlət büdcəsinə köçürülür və Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyə tinə malik qurum deyildir. Əmlak Məsələləri Dövlət Xidmətinin hər hansı qanunsuz hərəkəti nəticəsində özəlləşdirmə ilə əlaqədar ödənilmiş pul vəsaitinin geri qaytarılmasından imtina olunmamış, qeyd olunan məsələnin qanunvericiliyə uyğun olaraq məhkəmə qərarı əsasında həllinin mümkün olduğu iddiaçıya bildirilmişdir. Bildirilmişdir ki, özəlləşdirmə ilə əlaqədar ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə məhkəmə qərarının icra olunması ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu əsasında Xidmət tərəfindən 3 oktyabr 2023cü il tarixli, 3-21-3/2-14459/2023 nömrəli məktubla Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət olunaraq, pul vəsaitinin İddiaçı ödənilməsinə Xidmət tərəfindən etiraz olunmadığı qeyd olunmuşdur. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan vəsaitin iddiaçıya ödənilməsi təmin olunmuşdur. Bundan əlavə, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ona maddi və mənəvi zərər vurulduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən vaxtında qaytarılmadığını qeyd etsə də, Xidmətin pul vəsaitinin geri qaytarılmasının gecikdirilməsi ilə bağlı hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunduğunu iddia ərizəsində əsaslandırmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən özəlləşdirilmə ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 45.000 manat vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən dövlət büdcəsindən iddiaçıya ödənilə bilərdi, müvafiq normativ hüquqi aktlara uyğun olaraq Xidmətin dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin geri qaytarılmasına dair sərəncam vermək səlahiyyəti yoxdur. Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ödənilmiş pul vəsaitinin geri qaytarılması ilə bağlı həyata keçirilən tədbirlər qanunvericiliyin tələblərinə uyğun olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməsi üçün Xidmət tərəfindən qanunamüvafiq tədbirlər görülmüşdür. Belə olan halda ödənilmiş pul vəsaitinin geri qaytarılmasının gecikdirilməsində cavabdeh qurumun hər hansı təqsirli hərəkətləri müəyyən olunmadığından, Xidmətə qarşı qaldırılmış hazırkı iddia tələbi əsassız sayılmalıdır.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3792/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələ ləri Dövlət Xidmətindən 7237 (yeddi min iki yüz otuz yeddi) manat tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı xx.xx.2020-ci il tarixindən hesablanmaqla (müraciət etdiyi tarix) iddiaçıya həmin vəsaitin geri qaytarıldığı xx.xx.2023cü il tarixinə qədər olan müddətdə gecikdirilmiş vaxt üçün (3 il 2 ay 18 gün) gecikdirilmiş məbləğə (45000 manat) illik beş faizin ödənilməsini tələb edə bilər. 7237 AZN pul məbləğini Əmlak Məsələləri Dövlət Xidmətindən tələb etmək hüququna malikdir (1 il üçün 45000 AZN x 5% = 2250 AZN, 3 il üçün – 6750 AZN, 1 ay üçün – 2250 AZN: 12 ay = 187,5 AZN, 2 ay üçün – 375 AZN, 18 gün üçün – 11 2 AZN) - 6750 AZN (3 il) + 375 AZN (iki ay) + 112 AZN (18 gün) = 7237 AZN). İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Məhkəmə müəyyən edir ki, iddiaçı situasiyasına uyğun olaraq cavabdeh inzibati orqanın hərəkət (hərəkətsizliyində) nəticəsində onun mənəvi bütövlüyünün, mənəvi tarazlığının pozulmasına, ağrı və iztirabın meydana gəlməsinə, yaşama sevincinin və arzusunun itirməsinə səbəb olacaq hüquqa zidd əməlin olduğunu və həmin hüquqa zidd əməl nəticəsində qeyd edilən məhrumiyyətə məruz qaldığını əsaslandırmamışdır.

13. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 21(112)-3792/202 4 saylı, xx.xx.2024-cü il tarixli qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Həmçinin, qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3792/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq hesab etmişdir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı 7237 AZN pul məbləğini Əmlak Məsələləri Dövlə t Xidmətindən tələb etmək hüququna malikdir. (1 il üçün 45000 AZN x 5% = 2250 AZN, 3 il üçün - 6750 AZN, 1 ay üçün - 2250 AZN: 12 ay = 187,5 AZN, 2 ay üçün 375 AZN, 18 gün üçün - 112 AZN) - 6750 AZN (3 il) + 375 AZN (iki ay) + 112 AZN (18 gün) = 7237 AZN. Bu hesablama ümumiyyətlə yanlış aparılmış, mütəxəssis rəyi alınmadan düzgün hesablanmamışdır. Belə ki, əvvəla zərərin hesablanmasında məhkəmə düzgün normanı tətbiq etməmiş AR MM-nin 449-cu maddəsini tətbiq etməli olduğu halda səhvən AR MM-in 445-ci maddəsinə əsasən hesablama aparmışdır. AR MM-nin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydala nmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (məhkəmə qətnamə qəbul edən gün Azərbaycan Respublikasında bank uçot dərəcəsi 7,75 faiz olmuşdur). Daha sonra məhkəmə zərər vurulmanı iddiaçının pul tələbi ilə bağlı ilk müraciətindən, yəni xx.xx.2020-ci il tarixindən aparmış və buna uyğun olaraq da hesab etmişdir ki, iddiaçı 3 il 2 ay 18 gün ödənilməmiş məbləğdən (gecikdirilmiş məbləğ) məhrum olmuş, qeyd edilən müddətdə cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Lakin hesab edirlər ki, müqavilə etibarsız hesab edildiyi üçün cavabdeh faktiki olaraq xx.xx.2018-ci il tarixindən, yəni hərracda müqavilə bağlandığı və pulun ödənildiyi vaxtdan zərər vurmuş hesab edilməli və faizlərin hesablanması həmin dövrdən hesablanmalı idi. Hətta məhkəmə AR MM-nin 445-ci maddəsinə uyğun olaraq illik 5 faiz hesablama aparsa da bunu mürəkkəb faiz artımı düsturu üsulunu tətbiq etmədən həyata keçirmiş və nəticə olaraq vurulmuş zərərin qeyri-qanuni azaldılması baş vermişdir. Əgər məhkəmə mürəkkəb faiz artımı düsturu üsulundan istifadə etsə idi onda aşağıdakı nəticə alınardı. Düstur bu formadadı. FV=PV(1 +R/N)Ant FV- gələcəkdəki pul, pV-indiki pul, R - üç.ot dərəcəsi, N-12 ay, nt68 ay, yəni FV=45000(l+7.75%712ay)A68 ay =69715 az. FV= 697l5az - 45000az = 24715az. Mənəvi zərərlə bağlı hissədə də məhkəmə düzgün nəticəyə gəlmədən hesab etmişdir ki, iddiaçı situasiyasına uyğun olaraq cavabdeh inzibati orqanın hərəkət (hərəkətsizliyində) nəticəsində onun mənəvi bütövlüyünün, mənəvi tarazlığının pozulmasına, ağrı və iztirabın meydana gəlməsinə, yaşama sevincinin və arzusunun itirməsinə səbəb olacaq hüquqa zidd əməlin olduğunu və həmin hüquqa zidd əməl nəticəsində qeyd edilən məhrumiyyətə məruz qaldığını əsaslandırmamışdır. Lakin qeyd etmək lazımdır ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx.xx.2008-ci il tarixli qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10 97-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və s air maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçı faktiki olaraq inzibati orqanın qanunsuz hərəkəti nəticəsində əmlakından və. ödədiyi puldan uzun müddət ərzində (2018-ci ildən) məhrum olmuş və uzun çəkən məhkəmə proseslərində iştirak etməklə güclü mənəvi iztiraba məruz qalmışdır. MM-in 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.3-cü maddəsinə görə Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv ol unması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Lakin məhkəmə bu normanın tələbini pozaraq ziyan vurulmasını iddiaçının pul tələbi ilə bağlı ilk müraciətindən hesablamışdır. Belə ki, məhkəmənin mövqeyinə görə iddiaçının pul tələbi ilə bağlı ilk müraciəti xx.xx.2020-ci il tarixindədir, iddiaçıya həmin vəsaitin xx.xx.2023-cü il tarixinə qədər ödənilməməsi işin mübahisəsiz halıdır. Faktiki olaraq iddiaçı 3 il 2 ay 18 gün ödənilməmiş məbləğdən (gecikdirilmiş məbləğ) məhrum olmuş, qeyd edilən müddətdə cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Belə ki, məhkəmə həmin vəsaitin qaytarılması ilə bağlı cavabdehin özündən asılı olan hərəkətləri həyata keçirdiyini (məsələn, vəsaitin geri qaytarılması üçün Maliyyə Nazirliyinə m üraciət edilməsi) müəyyən etmir. Lakin hesab edirlər ki, müqavilə etibarsız hesab edildiyi üçün cavabdeh faktiki olaraq xx.xx.2018-ci il tarixindən yəni hərracda müqavilə bağlandığı və pulun ödənildiyi vaxtdan zərər vurmuş hesab edilməlidir. Eyni zamanda cavabdehin Bakı Apellyasiya Məhkəməsinin X3 08 noyabr 2019-cu il tarixli 2-1 (103)2375/2019 saylı qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verməməsi, iddiaçıya maddi və mənəvi ziyanın vurulması kimi qiymətləndirilməlidir.

16. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə predmeti olan dövlət əmlakı ilə bağlı özəlləşdirmənin nəticələri ləğv olunsa da, pulun qaytarılması ilə bağlı hər hansı məhkəmə qərarı müraciət ə əlavə olunmadığından, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının müraciəti ilə əlaqədar Maliyyə Nazirliyinə hər hansı rəyin verilməsi pulun qaytarılmasına səbəb ola bilməyəcəyindən, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qanunvericiliyin və formalaşmış qaydaların tələbini nəzərə alaraq məhkəməyə müraciət olunması iddiaçıya tövsiyə olunmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini nəzərə almadan formal olaraq yuxarıda qeyd olunan qaydaları özünün mülahizəsi uyğun təfsir etməklə pulun qaytarılmasını Xidmət tərəfindən rəy verilməməsi ilə əsaslandırsa da, xx.xx.2020-ci il tarixinədək iddiaçının dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin qaytarılması ilə bağlı səlahiyyətli qurum olan Maliyyə Nazirliyinə müraciətinin olub-olmamasını və qeyd olunan qurumun hazırkı məsələ ilə bağlı mövqeyinin olub-olmamasını aydınlaşdırmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən özəlləşdirmə ilə əlaqədar ödənilmiş pulun vəs aitinin qaytarılması ilə bağlı iddia Əmlak Məsələləri Dövlət Xidmətinə və Maliyyə Nazirliyinə qarşı qaldırılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması” qaydalarının ikinci bəndinin ikinci abzasına əsasən özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Qeyd olunan qaydaların səkkizinci bəndinə əsasən bu qaydaların 9-cu hissəsi nəzərə alınmaqla, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Qaydaların doqquzuncu bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, sahibkarlığa dövlət köməyinin, o cümlədən özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədil ə Dövlət Xidmətinin hesabına bu vəsaitin 25 faizi həcmində ayırmalar nəzərdə tutulur. Qeyd olunan analoji müddəalar Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13.2-ci bəndində də təkrarlanır. Göründüyü kimi, qanunvericilikdə dövlət əmlakının özəlləşdirilməsi nəticəsində dövlət büdcəsinə daxil olan 100 % vəsaitdən yalnız 25 % həcmində Əmlak Məsələləri Dövlət Xidməti üçün ayırmalar nəzərdə tutulur.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 dekabr 2024-cü il tarixli, 2-1(103)-2778/2024 nömrəli qərarı ilə (Ş.A.Məmmədova (məruzəçi), C.B.Məmmədov və P.A.Hüseynov) iddiaçının və cavabdehin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayət ləri təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3792/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının zərəri sadə riyazi hesablama əsasında hesablandığı üçün mütəxəssis rəyi alınmasına zərurət qalmamışdır və iddiaçı zərərin mürəkkəb düstur əsasında hesablanmalı olmasını da işin faktiki halları baxımından əsaslandırmamışdır.

19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişd ir.

20. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçının kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmundadır.

22. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını mahiyyətcə onun imtinası və apellyasiya şikayətində irəli sürdüyü dəlillər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi ş əxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə

15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, t am və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Maddə

89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliy i) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı t əsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə

445. Borclunun icranı gecikdirməsi 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikas ı və ya müvafiq bələdiyyə ödəməlidir..

26. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumunun xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarı”. 28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx.xx.2008-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqd ır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Məhkəmə kollegiyası iddiaçının və cava bdehin kassasiya şikayətlərinin dəlillərini əsassız sayaraq aşağıdakıları qeyd edir.

34. Hazırkı işdə iddiaçı ödənilmiş 45000 manat pul vəsaitinin geri qaytarılmasını vaxtında təmin etmədiyinə görə cavabdeh tərəfindən maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.

35. Məhkəmə Kollegiyası maddi zərərin ödənilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2020-ci il tarixli müraciəti əsasında inzibati orqanın ona kompensasiya ödəməli olduğunu nəzərə alaraq həmin dövrdən borclu - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti pul məbləğinin ödənilməsini gecikdirdiyindən kreditor - İddiaçı gecikdirilmiş vaxt üçün gecikdirilmiş m əbləğə (45000 AZN) illik beş faizin ödənilməsini tələb etmək hüququ qanunvericilik əsasında yaranmışdır.

36. Belə ki, cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin açıq hərracda satışını təşkil etdiyi qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən satın alınmış və həmin əmlaka görə 45 000 manat vəsait dövlət büdcəsinə ödənmişdir, lakin sonradan Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(102)-508/2020 saylı yekun qərarı əsasında hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli 141 №-li Sərəncam ləğv edilmişdir. Beləliklə, iddiaçının açıq hərrac yolu ilə qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün dövlət büdcəsinə ödəmiş olduğu 45000 manat pulu cavabdehin iddiaçıya geri qaytarmasına dair öhdəliyi yaranmışdır. Kollegiya qeyd edir ki, cavabdehin bu öhdəliyi restitusiy anın bərpa edilməsinə dair ümumi hüquqi prinsipdən irəli gəlir. Buna görə, özəlləşdirmədən əvvəlki vəziyyət bərpa edilməli idi. Həmin vəziyyətin bərpası üçün isə özəlləşdirmə ilə əlaqədar ödənilmiş vəsait iddiaçıya geri qaytarılmalı idi. Lakin cavabdeh öhdəliyini yerinə yetirməyə yönəlmiş hər hansı hərəkət etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Kompensasiyanın ödənilməsinə dair iddiaçının ilk müraciəti xx.xx.2020-ci il tarixindədir. Əvvəlki müraciətləri məhkəmə iclasında nümayəndənin təyin olunması və sair digər məsələlərlə bağlıdır.

37. Cavabdehin özəlləşdirmə il ə əlaqədar ödənilmiş vəsaitin iddiaçıya geri qaytarılmasına dair hərəkətsizliyi iddiaçını məhkəmə mübahisəsi açmağa vadar etmiş, nəticədə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(102)-1598/2023 saylı yekun qərarı ilə dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Halbuki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən həmin vəsaitin cavabdeh tərəfindən qaytarılmalı olduğuna dair hüquq tətbiqetmə təcrübəsinin mövcudluğu cavabdehin iştirakçısı olduğu məhkəmə işlərindən ona bəlli olmalı idi.

38. Beləliklə, iddiaçının pul tələbi ilə bağlı ilk müraciəti xx.xx.2020-ci il tarixindədir, iddiaçıya həmin vəsaitin xx.xx.2023-cü il tarixinə qədər ödənilməməsi işin mübahisəsiz halıdır. Faktiki olaraq id diaçı 3 il 2 ay 18 gün ödənilməmiş məbləğdən (gecikdirilmiş məbləğ) məhrum olmuş, qeyd edilən müddətdə cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. 39. “İnzibati icraat haqqında” Qanunun 89.1.-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarı”nda qeyd edilmişdir ki: “...Mülki Məcəllənin 445.7-ci maddəsində icranın ge cikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər...”.

41. Buna görə də, Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşır ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən xx.xx.2020-ci il tarixindən hesablanmaqla (müraciət etdiyi tarix) iddiaçıya həmin vəsaitin geri qaytarıldığı xx.xx.2023-cü il tarixinə qədər olan müddətdə gecikdirilmiş vaxt üçün (3 il 2 ay 18 gün) gecikdirilmiş məbləğə (45000 manat) illik beş faizin ödənilməsini tələb edə bilər, yəni 7237 AZN pul məbləğini Əmlak Məsələləri Dövlət Xidmətindən tələb etmək hüququna malikdir (1 il üçün 45000 AZN x 5% = 2250 AZN, 3 il üçün 6750 AZN, 1 ay üçün 2250 AZN: 12 ay = 187,5 AZN, 2 ay üçün 375 AZN, 18 gün üçün 112 AZN; 6750 AZN (3 il) + 37 5 AZN (2 ay) + 112 AZN (18 gün) = 7237 AZN).

42. Hazırkı işdə Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı situasiyasına uyğun olaraq cavabdeh inzibati orqanın hərəkəti (hərəkətsizliyi) nəticəsində onun mənəvi bütövlüyünün, mənəvi tarazlığının pozulmasına, ağrı və iztirabın meydana gəlməsinə, yaşama sevincinin və arzusunun itirməsinə səbəb olacaq hüquqa zidd əməlin olduğunu və həmin hüquqa zidd əməl nəticəsində qeyd edilən məhrumiyyətə məruz qaldığını əsaslandırmamışdır.

43. Daha sonra Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlillərindən biri odur ki, aşağı instansiya məhkəmələri qanunvericiliyin tələblərini nəzərə almadan formal olaraq özünün mülahizəsi uyğun təfsir etməklə pulun qaytarılmasını cavabdeh t ərəfindən rəy verilməməsi ilə əsaslandırsa da, xx.xx.2020-ci il tarixinədək iddiaçının dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin qaytarılması ilə bağlı səlahiyyətli qurum olan Maliyyə Nazirliyinə müraciətinin olub-olmamasını və qeyd olunan qurumun hazırkı məsələ ilə bağlı mövqeyinin olub-olmamasını aydınlaşdırmamışdır.

44. Məhkəmə Kollegiyası cavabdehin göstərilən dəlilini əsassız sayaraq bildirir ki, iddiaçının dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin qaytarılması ilə bağlı səlahiyyətli qurum olan Maliyyə Nazirliyinə müraciətin olub-olmaması və qeyd olunan qurumun hazırkı məsələ ilə bağlı mövqeyinin olub-olmaması cavabdehin öz öhdəliyini icra etməməsi üçün heç bir qanuni əsas vermir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmunun a etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Lakin, yuxarıda təsbit edildiyi kimi, cavabdeh kompensasiyanın ödənilməsi üçün lazımi tədbirlər görməmiş, 3 il 2 ay 18 gün müddətində cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(102)-508/2020 saylı yekun qərarı ilə qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncam ləğv edildiyindən, özəlləşdirilmə ilə bağlı dövlət büdcəsinə ödənilmiş 45.000 manatın cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması öhdəliyi yaranmışdır. Cavabdehin bu öhdəliyinin olması və onu icra etməməsi Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(102)1598/2023 saylı yekun qərarı ilə də təsbit edilmiş, dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

45. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının və cavabdehin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri əsassız olduğundan və qanunun müddəalarına uyğun olmadığından təmin edilə, apellyasiya instansiya məhkəməsinin qərarı isə ləğv edilə bilməz.

46. Odur ki, kassasiya şikayətləri təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2778/2024 nö

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar