Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1155/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin müəyyən olunması, müayinə zamanı diaqnozun təsdiq olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyind ə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 dekabr 2024-cü il tarixli, 21(103)-2095/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2022-ci il tarixli müayinə nəticəsində İddiaçı “İ20.8 Stenokardiyanın digər formaları, ÜİX Stabil gərginlik stenakardiyası fs İ” diaqnozu ilə “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək orqanizmin funksiyalarının 60 faiz pozulmasının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ürək xəstəliyindən əziyyət çəkdiyi üçün X4 üzərində açıq ürək əməliyyatı icra edilmişdir. Əziyyət çəkdiyi xəstəliklə bağlı orqanizminin funksiyaları 57% pozulmuşdur. Bununla bağlı əlilliyin müəyyən olunması üçün göndəriş verilmiş TSEK məlumatları düzgün qiymətləndirməyərək 28 oktyabr 2022-ci il tarixdə əlilliyin müəyyən olunmasından imtinaya dair qərar qəbul etmişdir. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə al tına alan əsaslı sübutlar olduğundan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onu 17 noyabr 2022-ci il tarixdə əyani müayinəyə cəlb etmiş, lakin təkrar olaraq eyni qərar qəbul edərək altsistemə daxil etmişdir. İmtinaya dair qərar 9 dekabr 2022-ci il tarixdə çap olunaraq, iddiaçıya təqdim edilmişdir. İddiaçı orqanizminin funksiyalarının pozulması faizi ümumiyyətlə qeyd olunmayan həmin qərarı qanunsuz sayır. Belə ki, o, 12 dekabr 2022-ci il tarixdə təkrar həkim müayinəsindən keçmişdir. Bu müayinə zamanı da əziyyət çəkdiyi xəstəliklə bağlı orqanizminin funksiyalarının 57% pozulduğu aşkar edilmişdir. Göstərilənlərə və «Əlilliyin müəyyən olunması meyarları»na, «Əlilliyin qiymətləndirilməsi Qaydaları»na, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanuna əsaslanaraq, iddiaçının orqanizmin funksiyalarının 60 faiz pozulmasının müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.
4. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Xəzər Tibb Mərkəzinin 21 oktyabr 2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: İ20.8 Stenokardiyanın digər formaları, ÜİX.Stabil gərginlik stenakardiyası fs İ.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Ağırlaşmalar əlillik təyin etməyə əsas vermir" səbəbi ilə imtina verilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(112)-4951/2023 nömrəli qə rarı (hakim X6) ilə iddia qismən təmin edilmiş, İddiaçı orqanizminin funksiyalarının pozulması müəyyən edilməklə onun xeyrinə əlverişli inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan müvafiq tibb müəssisəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə (forma-88) onda əsas olan xəstəlik ÜİX, stabil gərginlik stenokardiyası göstərilmişdir ki, hansı ki, “Əlilliyin müəyyən olunması meyarları” 2-ci bölməsində İ20-İ25 aralığında olan İ20.8 kodu altında əlilliyə əsas verir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları»na görə həmin xəstəliyi olan şəxslərə orqanizmin funksiyalarının pozulma faizindən (35-60%, 65-80% və 85- 100%) asılı olaraq əlilliyin müddəti 1 il və ya müddətsiz olaraq təyin olunur.
7. Məhkəmənin hüquqi mövqeyi belədir ki, iddiaçıda əlilliyin təyininə əsas olan xəstəlik müəyyən olunduğundan, onun orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”nın müddəaları üzrə müvafiq tədbirlər görülməklə və tələbləri gözlənilməklə barəsində əlverişli inzibati akt verilməlidir.
8. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 dekabr 2024-cü il tarixli, 2-1(103)-2095/2024 nömrəli qərarı (hakimlər X7 (məruzəçi), X3 və X5) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(112)-4951/2023 nömrəli qərarı ləğv edilərək iddia təmin edilməmişdir.
10. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik səviyyəsində olmadığından cavabdehin imtinası qanunyauyğun olmuşdur.
11. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmi şdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Şikayətdə “Əlilliyin müəyyən olunması meyarları”nın 3.1-ci bəndinə, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.8-ci bəndində istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
13. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş T 313/2023 nömrəli ekspert rəyi ilə İddiaçı hazırda xx.xx.2022-ci il tarixdə X1 müəyyən edilmiş “T20.8-ÜİX, stabil gərginlik stenokardiyası İ fs, İ25.2- İnfarktdan sonrakı kardioskleroz, Z11.0- Arterial hipertoniya İİ dərəcə, şəkərli diabet tip 2, İ05.1- Mitral qapaq çatmamazlığı İİİ dərəcə, İ50.0- Xroni ki ürək çatmazlığı İİ FS. (AF+ 43%)” diaqnozundakı əsas xəstəlik və onun ağırlaşmalarından əziyyət çəksə də hazırda onun həmin xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Əməliyyat keçirən xəstələr müalicə həkimi tərəfindən yazılmış dərman preparatlarını vaxtaşırı qəbul edir və müayinə olunurlar. Yəni müalicəsi olmadığından həmin xəstəliklərlə əlaqədar əlavə müalicə də təyin edilmir.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş ekspert rəyində də İddiaçı müalicəsinin olmaması ilə əlaqədar əlavə müalicəyə ehtiyac olmayan (əlavə müalicə də təyin edilməyən) “İ20.8- stenokardiyanm digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası fsl. Ağırla şma: İ50-ürək çatmamazlığı, xroniki ürək çatmazlığı fs İİ AF= 43%% 125.2- əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, aortokoronar şuntlu transplantatın olması, AKŞ* 3 (2022). Yanaşı xəstəliklər: İİOessensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ, İ34.0-mitral qapağın çatmamazlıq(ğı), mitral qapaq çatmamazlığı İİİ, F48.0-nevrasteniya” diaqnozundakı xəstəliklərdən əziyyət çəkməsi halı təsdiq edilmişdir.
15. Lakin rəyi vermiş ekspert hesab etmişdir ki, müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik səviyyəsində deyil. Ekspert rəyində izah edə bilməmişdir ki, necə ola bilər ki, əziyyət çəkdiyi və müalicəsinin olmaması ilə əlaqədar yalnız ömrü boyu müalicə həkimi tərəfindən yazılmış dərman preparatlarını vaxtaşırı qəbul edib, müayin ə olunmalı olan İddiaçı əlavə müalicə də təyin edilmədən anidən sağalma baş vermiş və onda aşkar edilmiş patofunksional dəyişikliklər artıq əlillik səviyyəsində deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndə rişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nətic əsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətlən dirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2 Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiya nın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5 TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir v ə gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6 Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 2.2. Ürəyin işemik xəstəliyi İ20 - İ25 Qiymətləndirmə ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ 2.2.1. (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA 35-60 1 il mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda ÜD S-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS 2.2.2. İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB 65-80 2 il mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda ÜDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS lV (25 Vatt və ya 1,1-1,9 2.2.3. 85-100 müddətsiz METs); XÜÇ İİİ mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda 2.3. Ürəyin xroniki işemik xəstəliyi İ25 Qulaqcıq-mədəcik İ44 (atrioventrikulyar) blokadası və His 2.3.1. 2.3.2. 2.3.3. 2.3.4. 2.3.5. dəstəyin sol ayaqçının blokadası Ürək çatışmazlığı İ50 Kardiomiopatiya İ42 Paroksizmal taxikardiya İ47 Qulaqcıqların (Atrial) fibrilyasiyası İ48 və titrəməsi Ürək ritminin digər pozuntuları İ49 Başqa rubrikalarda (başlıqların İ97 altında) təsnif olunmamış qan dövran ı sisteminin pozulmaları Ürək və damar implantlarının və Z95 qreftlərin (transplantlarının) olması Döş qəfəsi orqanlarının T91.4 travmasının nəticələri Süni ürək ritmi aparıcısının olması Z95.0 Qiymətləndirmə ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ ÜDS-nin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ ÜDS-nin ağır və davamlı disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda 35-60 1 il 65-80 2 il 85-100 müddətsiz 80 müddətsiz 50 müddətsiz “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 2.2-ci bəndinin əvvəlki redaksiyası 2.2. 2.2.1. 2.2.1.1. 2.2.1.2. 2.2.1.3. Ürəyin işemik xəstəliyi stenokardiya (döş inağı): Qiymətləndirmə ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt); XÜÇ İ və ya İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əks-göstəriş, əməliyyatdan imtina etməsi) ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt); XÜÇ İİA-İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əks-göstəriş, əməliyyatdan imtina etməsi) ÜDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS lV (25 Vatt); XÜÇ İİB və ya İİİ mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda İ20 İ25 İ20 - 35-60 1 il 65-80 2 il 85-100 müddətsiz (əks-göstəriş, etməsi) əməliyyatdan imtina
20. Azərbaycan Resp ublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.
4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasl andırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələləri n qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya göndərişlərdə qeyd olunan diaqnoz ilə əlaqədar əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellya siya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirilməsi ilə də razılaşır.
27. Bununla belə, iddiaçının kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində “diaqnozun təsdiqini tapmaması” əsası ilə əlillik dərəcəsinin təyinindən imtina edilmişdir (iş vər 146-147).
29. Bundan əlavə iddiaçı barəs ində olan göndərişdə diaqnoz kimi “İ20.8 Stenokardiyanın digər formaları, ÜİX.Stabil gərginlik stenoardiyası fs İ” göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda stenokardiyanın mülayim, ciddi, ağır və davamlı formalarının mövcudluğu əlilliyin təyini üçün əsas olduğu qeyd edilir. Lakin iddiaçıda olan stenokardiyanın növü meyarlarda göstərilmiş növlərə uğun deyildir.
30. Başqa sözlə şəxsdə stenokardiyanın mülayim, ciddi, ağır və davamlı formaları olduğu təqdirdə dərəcəsindən asılı olaraq onun əlilliyi müəyyən olunur.
31. İddiaçı qeyd edir ki, onda olan xəstəlik ömrü boyu müalicə tələb edirsə, demək bu hal əlilliyin təyini üçün əsasdır.
32. Məhkəmə kollegiyası bu arqumentlə də razı olmadığını bildirərək qeyd edir ki, hər hansı xəstəliyin ömür boyu davam etməsi hələ əlilliyin təyini üçün əsas hesab edilə bilməz. Belə ki, əlilliyin təyini üçün patofunksional dəyişikliklər əlillik səviyyəsində olmalıdır.
33. Şikayətdə mübahisə edilən digər məqam iddiaçı barəsində keçirilmiş ekspertiza zamanı cavabdehin nümayəndəsinin komissiyanın tərkibində iştirak etməsi ilə bağlıdır.
34. Məhkəmə kollegiyası şikayətdə mübahisləndirilən bu halı da əsassız hesab edir. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə 16 avqust 2024-cü il tarixli qərardadda ekspert rəyinin hazırlanmasında inzibati icraatda iştirak etməmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sos ial Ekspertiza və Reabilitasiya Agentliyinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakının təmin edilməsi barədə müddəa öz əksini tapmışdır.
35. Yəni cavabdehin nümayəndəsinin iştirakı apellyasiya instansiya məhkəməsinin qərardadı əsasında təmin edilmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin ekspertiza zamanı iştirakının əsasları qanuni olmuşdur.
36. Beləliklə, yuxarıda qeyd edilənlər sübutlarla müəyyən edilir ki, iddiaçıda aşkar edilmiş xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşməsi ö z təsdiqini tapmamışdır. Bu səbəbdən də iddiaçının hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtina qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
37. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamış, imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
38. Belə olan halda kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 dekabr 2024-cü il tarixli, 2-1(103)-2095/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.