Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1162/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın büdcədənkənar vəsaitlər hesabına verilən mükafat və əlavələr nəzərə alınmaqla yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-683/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1996-cı il tarixdən dövlət vergi orqanlarında xidmət etmiş, xx.xx.2021ci il tarixdə təqaüd yaşına çatması ilə əlaqədar işdən azad edilmişdir.
2. İddiaçıya 5 fevral 2021-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. Pensiyasının yenidən hesablanması ilə bağlı iddiaçının müraciətinə cavab ol araq cavabdeh tərəfindən bildirilmişdir ki, vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 498,75 manat, qulluq stajına görə əlavəsi 99,94 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 132,25 manat olmaqla iddiaçının orta aylıq əmək haqqı 769,94 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən, 24 il 1 gün qulluq stajınına uyğun olaraq orta aylıq əmək haqqı (769,94 manat) 77 faizi -592,85 manat məbləğində müəyyən edilərək kart hesabına köçürülür. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsinə uyğun olaraq, dövlət qulluqçularının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ödənilən vəsaitlər nəzərə alınmaqla, pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddianın əsaslarına görə, cavabdeh tərəfindən pensiya düzgün hesablablanmamış, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 20.11.2, 27.1-ci maddələrinin tələbləri pozulmuşdur.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünva nladığı imtina məktubunda göstərilənlər təşkil edir.
7. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş məktubunda bildirilmişdir ki, idarənin sabiq böyük dövlət vergi müfəttişi İddiaçı büdcədənkənar fond hesabına ödənilən vəsaitlərdən məcburi dövlət sosial sığorta haqqının hesablanaraq tutulması təmin edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: G.Sevdimalıyeva) 2-1(112)-2338/2022 saylı, 24 vqust 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ödənilən vəsaitlər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instan siya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ödənilən vəsaitlər “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən məcburi dövlət sosial sığorta haqqının ödənilməsi istisna edilməyən gəlirdir. Dövlət Vergi Xidməti tərəfindən bildirilir ki, iddiaçıya ödənilmiş həmin vəsaitdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Vergi orqanlarında qulluq dövlət qulluğunun xüsusi növü hesab olunduğundan, “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə uyğun olaraq, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, dövlət qulluqçularına (eləcə də, dövlət qulluğunun xüsusi növünə) münasibətdə büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ödənilən vəsaitlər əmək haqqına daxildir.
10. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarlarda ifadə edilən hüquqi mövqeyə uyğun olaraq, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə aldıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edil ən əmək haqqı, təminat xərcliyi, dövlət məvacibi və ya onlara edilən əlavələr əsas götürülməlidir. 11. 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasına yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Qanunvericiliyə həmin dəyişiklik edilənə qədər və ondan sonra iddiaçıya büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına vəzifə maaşına əlavə ödənilmişdir.
12. Bununla yanaşı qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5 və 20.30-cu maddələrində “büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər” ifadəsi göstərilsə də, həmin ödənişlərin mahiyyəti, tərkibi, formalaşma mənbələri açıqlanmamışdır. Müvafiq uyğunla şdırma həyata keçirələnədək büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər (“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmədiyindən) məcburi dövlət sosial sığortasına cəlb edildiyi təqdirdə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyası hesablanarkən nəzərə alınmalıdır. 13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
14. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
15. Məhkəmənin həmin qərarından cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: F.Babayev, hakimlər: İ.Şirinov və G.Axundova) 2-1(103)-683/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hü quqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. İşə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, qanunvericiliyə əsasən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərdən məcburi dövlət sosial sığorta haqları hesablanaraq ödənilməsi təmin edilir. Çünki bu məbləğlər əmək münasibətləri müstəvisində, əmək müqaviləsi əsasında çalışan şəxslərə ödənilir və bu sığortaolunanların birbaşa gəlirlərini t əşkil edir. Bu baxımdan əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin məcburi dövlət sosial sığorta haqlarından azad edilməsi onun fəlsəfəsi ilə ziddiyyət təşkil edər. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
20. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslərin pensiyası iki hissədən ibarət olur: sığorta hissə və qulluq stajına görə əlavə. Adıçəkilən Qanunun 10.2ci, 13.3-cü və 18.2-ci maddələrinə əsasən, bütün növ əmək pensiyalarının sığorta hissəsinin müəyyən edilməsi metodologiyalar əsasında həyata keçirilir. Belə ki, əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən məbləğlərə münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları vətəndaşın (o cümlədən qulluq stajına görə əlavə alan şəxslərin) əmək pensiyasının sığorta hissəsinin müəyyən edilməsi zamanı nəzərə alınır.
21. Lakin Qanunun 20.30-cu maddəsinə əsasən, yalnız qulluq stajına görə əlavənin məbləğinin müəyyən edilməsi zamanı onların büdcədənkənar vəsaitlər hesabına aldıqları əlavələr orta aylıq əməkhaqqının, dövlət məvacibinin və ya təminat xərcliyinin tərkibində nəzərə alınmır. Eyni zamanda, Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyinin tərkibində də büdcədənkənar vəsaitlər hesabına ödənilən əlavələr və digər ödənişlər nəzərə alınmır. Həmçinin qeyd olunur ki, qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin dövlət büdcəsindən aldıqları əməkhaqqı və ona əlavələr hüquqi aktlar (məsələn, “Dövlət qulluğu haqqında” Qanun, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və s.) əsasında müəyyən edilir və fərqli qurumlarda çalışmasından asılı olmayaraq, eyni kateqoriyadan olan şəxslərə münasibətdə ayrı-seçkiliyə yol vermədən vahid təminat t əqdim edir. Lakin büdcədənkənar vəsaitlər hesabına ödənilən əlavələr hər bir qurum tərəfindən individual formada, onun büdcədənkənar fondlarının imkanlarına əsasən müəyyən olunur. Bu zaman isə bəzən eyni kateqoriyadan olan (məsələn, dövlət qulluqçuları və s.), lakin fərqli qurumlarda çalışan şəxslərin aylıq əməkhaqları (büdcədən və büdcədənkənar olan) arasında kəskin fərqlər meydana gəlir. Belə ki, eyni təsnifatdan olub, eyni və ya oxşar vəzifədə çalışmış dövlət qulluqçularının pensiya məbləğləri arasında əhəmiyyətli dərəcədə fərqlər yaranacaqdır.
22. Bundan əlavə, büdcədənkənar vəsaitlər hesabına əlavələr ödəyən dövlət qurumunda 7-ci təsnifat üzrə çalışmış sabiq dövlət qulluqçusunun pensiyasının məbləği, həmin vəsait ödənilməyən dövlət orqanının 5-ci və 6-cı təsnifatında nəzərdə tutulmuş vəzifələrdə çalışmış həmin qurumların sabiq əməkdaşlarından daha yüksək məbləğdə pensiya alması ilə nəticələnə billər. Eyni kateqoriyadan olan, dövlət və dövlətçilik qarşısında oxşar xidmətlərə sahib şəxslərə fərqli pensiya təminatının nəzərdə tutulması isə pensiyaçılar arasında ciddi ayrı-seçkiliyin yaranmasına səbəb olar.
23. Həmçinin, büdcədənkənar vəsaitlər hesabına ödənilən əlavələr adından da göründüyü kimi, dövlət büdcəsindən kənar mənbələr hesabına maliyyələşdirilir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, əmək pensiyasına bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilir. Başqa sözlə, ayrı-ayrı qurumlar tərəfindən büdcədənkənar fondlar hesabına ödənilən əlavələr əmək p ensiyasının qulluq stajına görə əlavənin məbləği hesablanarkən nəzərə alınarsa, dövlət büdcəsi üçün uzunmüddətli dövrdə əhəmiyyətli məbləğdə əlavə maliyyə yükünün yaranması ilə nəticələnə bilər (çünki, qulluq stajına görə əlavəni dövlət büdcəsi maliyyələşdirir). b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-l arı əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;... Maddə 20.30 Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin m övcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində ş ikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmiş dir.
28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
30. Hazırkı iş üzrə iddiaçının tələbi və hüquqi marağı işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqqına cəlb olunan büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ona ödənilən vəsaitlərin pensiyanın hesablanmasında nəzərə alınmasıdır.
31. Bununla bağlı qeyd edilməlidir ki, dövlət qulluğunda xidmət etmiş şəxsl ərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qanunvericiliklə imperativ qaydada müəyyən edilmişdir.
32. Belə ki, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa yeni məzmunda 20.30-cu maddə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Normanın məzmununa görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.
33. Aşağı instansiya məhkəmələri iddia tələbini əsaslı hesab e dərkən o haldan çıxış etmişlər ki, hazırda mübahisə predmeti olan ödənişlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.30-cu maddəsinin qüvvəyə minməsindən əvvəl və sonra da iddiaçıya ödənilmiş, o cümlədən həmin ödənişlərdən də məcburi dövlət sosial sığorta ayırmaları tutulmuşdur.
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsassız hesab edərək bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci və 20.30-cu maddələri xx.xx.2019-cu il tarixdən əvvəl təyin olunmuş əmək pensiyalarında qulluq stajına görə əlavə hesablanarkən büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınan şəxslərə münasibətdə geriyə tətbiq edilmir. İddiaçıya əmək pensiyası göstərilən tarixdən sonra təyin edilmişdir ki, bu hal da “Əmək pensiyaları haqqında ” Qanunun 20.30-cu maddəsinin onun hüquqi sferasına birbaşa təsirini şərtləndirir.
35. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-683/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “büdcədənkənar mükafat və büdcədənkənar fond hesabına ödənil ən vəsaitlər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir.