Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-117/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdeh Azərbaycan Avtomobil X6 (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iş üzrə QƏRAR (Açar sözlər: dövlət ehtiyacları üçün alınmış torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Avtomobil X6 (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli, 2-1(103)1013/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.116553 ha olan bağ sahəsi 16.09.2014-cü il tarixindən X3 xüsusi mülkiyyətində olmuşdur.
2. AN-İ seriyalı ******* nömrəli 23.07.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X5 ona məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.116553 ha olan bağ sahəsini İddiaçı satmışdır.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrind ən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.0947 ha olan bağ sahəsi 15.03.2019cu il tarixindən İddiaçı xüsusi mülkiyyətindədir.
4. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Novxanı-Pirşağı-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş həmin layihənin icrası ilə bağlı Ünvan1 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olmuş bağ sahəsinin 280,0 m2 hissəsi tikinti altına düşmüşdür.
5. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş z iyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə 26.07.2019-cu il tarixli imtina məktubunda bildirmişdir ki, “Novxanı-Pirşağı-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsi başa çatdığından qeyd edilən məsələnin həlli imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan X1rşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Ünvan1 ünvanda yerləşən, iddiaçının mülkiyyətində olmuş və Novxanı-Pirşağı-Sahil avtomobil yolunun çəkilişinə istifadə edilmiş 0,021853 ha torpaq sahəsinin bazar dəyərini təşkil edən 9172.354 manat vəsaitin iddiaçıya ödənilməsi öhdəliyinin cavab dehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən, ümumi sahəsi 0,116553 ha olan 273d saylı bağ sahəsi, Bakı şəhəri, * saylı notariat kontorunda təsdiq edilmiş 23.07.2016-cı il tarixli AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, torpağın mülkiyyətçisi olmuş X5 tərəfindən İddiaçı satılmışdır. İddiaçı 2019-cu ildə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün cavabdehə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən aparılmış ölçmə işləri nəticəsində, torpaq sahəsinin 0,021853 ha hissəsinin Novxanı-Pirşağı-Sahil avtomobil yolunun tikintisi ilə əlaqədar, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən isti fadə edildiyi və yalnız torpaq sahəsinin 0,0947 ha hissəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsinin mümkün olacağı məlum olmuş, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 15.03.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinin 0,021853 ha hissəsinin istifadə edilməsinə görə kompensasiyanın ödənilməsinə dair cavabdeh inzibati orqana müraciət olunmuş, cavabdehin 26.07.2019-cu il tarixli M-3/16-5564 saylı məktubu ilə, “Novxanı-Pirşağı-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsinin başa çatması əsas gətirilərək, kompensasiyanın verilməsindən imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası Konstitusiyanın 13, 29-cu, Mü lki Məcəllənin 21, 246.7-ci, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.1-ci maddələrinə, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin Mülkiyyət hüququndan bəhs edən 17-ci maddəsinin 1-ci bəndinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə ziddir.
8. Cavabdeh tərəfindən məhkəməyə verilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı alınan bağ sahəsinin üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün 2019-cu ildə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və məlum olmuşdur ki, 273d bağ sahəsinin 0.021853 ha hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilmiş “Novxanı-Pirşağı ( Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” altına düşüb və iddiaçıya bağ sahəsinin qalan hissəsinə çıxarış verilmişdir. Lakin tikinti işləri ilə bağlı layihə tam yekunlaşdıqdan uzun müddət sonra, yəni 2019-cu ildə iddiaçı, ona məxsus torpaq sahəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyünə görə kompensasiyanın alınması ilə bağlı Agentliyə müraciət etmişdir. Ona verilmiş rəsmi cavabda göstərilmişdir ki, “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi başa çatdığından qeyd edilən məsələnin həlli imkanlarımız xaricindədir. Eyni zamanda, “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidə n qurulması” layihəsi tikintisi altına düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya alınması məqsədilə müxtəlif icra orqanlarının nümayəndəlilərindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, ƏMDK, "xxxx" MMC, notarius, və s.) ibarət olan komissiya tərtib olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlanır və mövcud olan əmlaklar qeydə alınır. Lakin siyahıyaalma zamanı hazırda iddiada göstərilən bağ sahəsi ilə bağlı heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmayıb. B undan əlavə “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi tikintisi altına düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahını dəqiqləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Alınmış cavabda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” altına düşən maneələrin siyahısında iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, iddiaçı 2016-cı ildə aldığı bağ sahəsi üzərində mülkiyyət hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında dövlət reyestr xidmətində dövlət qeydiyyatına almadığın dan, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçilərin siyahıyaalması zamanı iddiaçı alınmanın təsirinə məruz qalan şəxs kimi müəyyən edilməmişdir. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası zamanı, iddiaçı mülkiyyət hüququna malik olmayıb. Belə ki, həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət kimi qeydiyyata alınmayıb. Beləliklə iddiaçının iddiasında göstərilən torpaq sahəsi ilə bağlı kompensasiya tələbi əsassızdır və iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında yoxdur.
9. Bakı İnzibati Məhkəməsinin 07.12.2020-ci il tarixli, 2-1(112)-236/2020 nömrəli qərarı ilə (hakim Elvin Əliyev) iddianı n təmin edilməsi, Ünvan1 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olmuş və Novxanı-Pirşağı-Sahil avtomobil yolunun çəkilişinə istifadə edilmiş 0,021853 ha torpaq sahəsinin bazar dəyərini təşkil edən 9172,35 manat vəsaitin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus bağ sahəsinin bir hissəsi cavabdeh tərəfindən həyata keçirilmiş “Novxanı-Pirşağı-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsinə düşür, həmin əmlaka dair iddiaçıya hər hansı kompensasiya ödənilməmişdir. Bu vəzifə inzibati orqan kimi cavabdehin vəzifəsi olsa da, cavabdeh vaxtında bu vəzifəsini yerinə yetirməmişdir.
11. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs ondan apellyasiya şika yətləri verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. a. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli 21(103)-1013/2021 nömrəli qərarına əsasən (sədrlik edən Aida Hüseyn, hakimlər Mirzə Tağızadə və Səadət Bəktaşi) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 07.12.2020-ci il tarixli, 2-1(112)-236/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Məhkəmə qərarı cavabdehə 04.10.2021-ci il tarixində təqdim edilmişdir.
15. Cavabdeh 26.10.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli 2-1(103)-1013/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual normaların tələbləri pozulmuşdur. Belə ki, məhkəmə iddiaçıya məxsus torpağın alınması ilə əlaqədar yolun həmin hissəsində tikililərin mövcud olub-olmadığını heç bir sənədlə təhlil etməmiş, heç bir fotoşəkil olmadan müəyyən etməmiş, habelə mübahisəli ərazinin yerinə baxış keçirmədən qərar qəbul etmişdir.
17. Sözügedən daşınmaz əmlakın mövcud bazar qiyməti cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Lakin məhkəmə yalnız DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Maliyyə Nazirliyinin Dövlət Nəzarəti Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş məktublarına istinad etməklə, öz mülahizəsinə əsaslanaraq qiymət müəyyənləşdirmiş və ona uyğun kompensasiya hesablanmışdır. Belə ki, məhkəmə təcrübəsində bu cür işlərlə əlaqədar hər hansı kompensasiya məsələsinə aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilməklə həmin ekspertizaya Maliyyə Nazirliyinin də mütəxəssisi cəlb olunmalıdır.
18. Bundan əlavə, dövlət ehtiyacları üçün alınan torpaqlar mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X2 v erdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Lakin apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün qiymət verməyərək iddia tələbinin təmin edilməsi qəna ətinə gələrkən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə iddiaçıya kompensasiya ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual pozuntulara yol verilməsi iş materialları ilə müəyyən olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. (-) Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (-)
21. Mülki Məcəllə: Maddə
157. Mülkiyyətin müdafiəsi (-) 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 22. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qa ydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; (-) Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; (-) Maddə
7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqd arının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. (-)
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Avropa İnsan Hüquqları Məhkəməsi presedentləri: Stolyarova Rusiya Federasiyasına qarşı iş (15711/13) “Konvensiyaya 1 saylı P rotokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququna müdaxilə zamanı mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunması təmin edilməlidir. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir”. Kozaçıoğlu Türkiyəyə qarşı iş (2334/03) “Mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyrimütənasib müdaxilədir. Kompensasiyanın müəyyən edilməsi zamanı qiymətləndirmə sistemi ədalət li olmalıdır”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv ol unması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İşin aşağı instansiya məhkəmələrində araşdırılan hallarından məlum olur ki, ünvan 1 ünvanında yerləşən 947,0 m2 ümumi sahəsi olan bağ sahəsi iddiaçıya məxsusdur. Həmin daşınmaz əmlakın bir hissəsi (280,0 m2) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş 2011-2012-ci illər ərzində “Novxanı-PirşağıSahil avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsinə düşmüşdür. Həmin əmlaka dair iddiaçıya hər hansı kompensasiya ödənilməmişdir. Bu hallar cavabdeh tərəfindən də mübahisələndirilmir. Belə ki, cavabdehin kompensasiya ödəməkdən imtina etməsinə səbəb “Novxanı-Pirşağı-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsinin artıq başa çatmış olmasıdır.
29. Məhkəmələr cavabdehin imtinasını qanunsuz hesab edərək idd ia tələbini təmin etmişdir. Bununla razılaşmayan cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə kompensasiya məbləği ilə bağlı zəruri araşdırma aparmamış, ekspertiza təyin etməmiş, bununla da ədalətli kompensasiya məbləği təyin etməmişdir. Ali Məhkəmə Kollegiyası kassatorun bu dəlillərini əsassız hesab edir.
30. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə işin obyektiv araşdırılması məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Maliyyə Nəzarəti Xidmətinə 04.03.2020-ci il tarixli məktub ünvanlamışdır. Həmin məktubda ünvan 2ən torpaq sahəsi və onun ətrafında həyata keçirilən yolların tikintisi layihəsi ilə əlaqədar həmin ərazidə söküntüsü həyata keçirilmiş və xüsusi mülkiyyətdə olmuş qeyri-yaşayış sahələrinin 1 kvadratmetrinə görə mülkiyyət çilərə hansı məbləğdə kompensasiya hesablanması barədə məlumat verilməsi tələb edilmişdir.
31. Sorğuya cavab olaraq Maliyyə Nəzarəti Xidməti 20.04.2020-ci il tarixli məktubla bildirmişdir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna müvafiq olaraq müstəqil qiymətləndirici şirkət tərəfindən torpaqların alınması zamanı, qeyd olunan əraziyə yaxın yerlərdə satın alınan torpaq sahələrinin 1 kvadratmetrinin bazar qiyməti bütün əlavələr nəzərə alınmaqla 30,00 – 48,00 manat civarında müəyyən edilmişdir.
32. Həmçinin, işə birinci instansiya məhkəməsində baxılarkən mütəxəssis tərəfindən sözügedən əraziyə yerli baxış keçirilmiş, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********85 nömrəli, 13.11.2020-ci il tarixli məktubla məhkəməyə təqdim etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan 947,0 m2 torpaq sahəsinin 280,0 m2 hissəsi Bilgəh Kürdəxanı dairəsi yolun (Novxanı-Pirşağı-Sahil avtomobil yolun) 12,5 m-lik mühafizə zolağına düşür.
33. Göründüyü kimi, məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermiş və bununla əlaqədar iddiaçıya cavabdeh tərəfindən heç bir kompensasiya ödənilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli 2-1(103)-1013/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.09.2021-ci il tarixli 21(103)-1013/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.