Məhkəmə qərarları › İş №2-1(102)-1170/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1170/2025

21.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1170/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, müvafiq hərbi vəzifəyə bərpa və məcburi iş buraxma dövrü üçün əməkhaqqının ödənilməsi) 21.06.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı “xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmrin ona aid hissədə ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş bura xma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2-1(104)-568/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2014-cü il tarixdən N nömrəli hərbi hissədə motoatıcı taqımın sürücüsü vəzifəsində xidmət etmişdir (xx.xx.2021-ci il tarixdən motoatıcı taborun motoatıcı bölüyünün motoatıcı taqımının sürücüsü vəzifəsində). 2. xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin 1-ci taborunun qərargah rəisi – tabor komandirinin müavininə təhkim edilmiş avtomat silahın vətəndaş X5 tərəfindən Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşlarına təhvil verilməsi fa ktı ilə bağlı X6 şöbəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində Cavabdeh komandirinə təklif edilmişdir ki, əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232-ci maddəsinin tərkib əlamətləri olduğunu nəzərə alaraq, toplanmış sənədlər aidiyyəti üzrə Kəlbəcər rayon prokurorluğuna göndərilsin, baş vermiş hadisə ilə əlaqədar aparılan araşdırma zamanı N nömrəli hərbi hissədə aşkar olunmuş qanun pozuntuları və ciddi nöqsanlara görə təqsirkar şəxslər intizam qaydasında cəzalandırılsın.

3. Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmrinin 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 43-cü maddəsinin və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan O rdusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.4-cü yarımbəndinin tələblərini kobud şəkildə pozaraq xidmət vaxtı spirtli içki qəbul etdiyinə görə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) iddiaçı ehtiyata buraxılmışdır. Sözügedən əmr onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı iddiaçının N nömrəli hərbi hissənin 1-ci taborunun tibb məntəqəsinin xidməti otağında bir qrup hərbi qulluqçu ilə bərabər içki məclisi təşkil etdiyi, eləcə də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli “Azərbaycan Ordusunda mobil telefonların istifadəsi zamanı informasiya təhlükəsizliyinin təmin olunması haqqında” və xx.xx.2021-ci il tarixli “Azərbaycan Ordusunun şəxsi heyəti tərəfindən sosial şəbəkələr, ünsiyyət tətbiqləri və digər internet media platformalarında istifadə zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi haqqında” əmrlərinin tələblərini kobud şəkildə pozaraq bununla bağlı görüntüləri “Tik-Tok” platformasında paylaşdığı müəyyən olunmuşdur. 4. xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin komandiri tərəfindən iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün vəsatət qaldırılmasına dair hazırlanmış təqdimat onunla əsaslandırılmışdır ki, iddiaçı haqqında araşdırma aparılmış və Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmri ilə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. Göstərilənlər nəzərə alınaraq iddiaçının xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılma sı məqsədəuyğun hesab edilmişdir. İddiaçı özünü sağlam hiss edir, hərbi həkim komissiyasına göndərilməsinə ehtiyac duyulmur.

5. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 033əç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, N nömrəli əmrinə əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab olunmuş, xx.xx.2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyy ata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə göndərilmişdir. Əmrin verilməsinə əsas N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 033əç nömrəli əmri olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü ildə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə qəbul edilmiş və N nömrəli hərbi hissədə 1-ci motoatıcı taborun 3-cü bölüyünün 3-cü taqımının sürücüsü kimi müddətdən artıq kiçik çavuş vəzifəsində çalışmışdır. Xidmət etdiyi 9 il ərzində daima xidmətini layiqincə yerinə yetirmiş, bir dəfə də olsun hərbi xidmət üzrə üzərinə qoyulmuş vəzifələrə görə cəza almamış, əksinə bu müddət ərzində həm Aprel döyüşlərində, həm də 44 günlük müharibədə iştirak etmiş, medal və digər təltiflərlə layiq görülmüşdür. xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən ona tərxis olunduğu və hərbi komissarlığa getməli olduğu bildirilmişdir. Tərxis edilməsinin səbəbini soruşduqda bildirilmişdir ki, hərbi hissə komandirinin əmrinə əsasən “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) xidmətdən azad olunm uşdur. İddiaçı əmrin surətini tələb etmiş, lakin ona əmrin surəti verilməmişdir. İddiaçının çoxsaylı müraciətlərindən sonra, nəhayət xx.xx.2023-cü il tarixdə ona N nömrəli hərbi hissənin komandirinin N nömrəli əmrindən çıxarış verilmişdir. Həmin əmrdən çıxarışda da hansı əmələ görə xidməti uyğunsuzluğunun müəyyən edildiyi göstərilməmiş, hansı səbəbdən tərxis olunması qeyd edilməmişdir. Ona görə məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

9. Cavabdehin iddiaya qarşı etirazında işin faktiki halları qeyd edilmiş və iddianın təmin olunmaması xahiş edilmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin (hakim: Zəfər Quliyev) 16 may 2024-cü il tarixli, 2-1(114)-300/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının N nömrəli hərbi hissənin 1721-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının sürücüsü vəzifəsinə bərpa edilməsi və işləmədiyi dövrlər üçün əmək haqqının ona ödənilməsi qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 161 və 162-ci maddələrinin tələbləri cavabdeh tərəfindən təmin olunmamışdır. Belə ki, Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmri ilə ehtiyata buraxılarkən onunla söhbətləşmə aparılmamış, həmçinin əmrin qəbulu zamanı təqdimat və raport tərtib edilməmiş, şərəf məhkəməsi keçirilməmişdir. İşdəki N nömrəli hərbi hissə komandiri tərəfindən tərtib edilmiş təqdimat isə əmrin verilməsindən 15 gün sonra (xx.xx.2023-cü il tarixdə) hazırlanmı şdır. Bu isə, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin müddəalarının tələblərinin təmin olunmamasının aşkar göstəricisidir.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Azər Bayramov /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Aygül İsgəndərova) 15 oktyabr 2024-cü il tarixli, 2-1(104)-568/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən əmrin surətini iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı, yəni xx.xx.2023-cü il tarixdə əldə etmiş və dərhal iddia tələbini dəqiqləşdirmişdir. xx.xx.2023-cü il tarixli, 033əç nömrəli əmr isə apellyasiya şikayətinin dəlillərində qeyd edildiyi kimi, xx.xx.2023-cü il tarixdə “Göndərilən sənədlərin uçotu kitabı”na imza edilməklə elan edilərək iddiaçı hərbi hissənin siyahısından çıxarılmış və hərbi qeydiyyata durması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə göndərilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən prosessual müddətlərlə bağlı tələblərə riayət edilmişdir.

15. İddianın mahiyyəti üzrə isə qeyd edilməlidir ki, cavabdeh tə rəfindən mübahisələndirilən əmr qəbul edilərkən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin tələblərinə riayət edilməmişdir. Belə ki, iddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılarkən ona bununla bağlı iki ay öncədən heç bir xəbərdarlıq edilməmiş, qanunla müəyyən edilmiş qaydada aparılması nəzərdə tutulan fərdi söhbətlər onunla aparılmadan, həmçinin o, hərbi-həkim komissiyasından keçmədən xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh tərəfindən mübahisələndirilən əmrin qəbul olunmasına əsas olmuş hallar, yəni iddiaçının N nömrəli hərbi hissənin 1-ci taborunun tibb məntəqəsinin xidməti otağında bir qrup hərbi qulluqçu ilə birlikdə içki məclisi təşkil etməsi və bu görüntüləri “Tik-Tok” platformasında paylaşması iş materialları ilə müəyyən edilmir və bunu təsdiq edən mötəbər sübutlar mövcud d eyildir. Digər tərəfdən, kollegiya qeyd edir ki, cavabdehin etirazının əsası kimi göstərdiyi hallara dair, yəni iddia edildiyi kimi iddiaçının taborun tibb məntəqəsinin xidməti otağında bir qrup hərbi qulluqçu ilə birlikdə içki məclisi təşkil etməsi və bu görüntüləri “Tik-Tok” platformasında paylaşmasına dair məlumat olduğu halda, bununla bağlı hərbi hissənin komandanlığı tərəfindən müvafiq hüquq-mühafizə orqanlarına məlumat verilməli və yaxud xidmətin təhqiqat orqanları tərəfindən fakt üzrə müvafiq araşdırma aparılmalı idi. Lakin iş materiallarında olan Kəlbəcər hərbi prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı barəsində Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılmamış və qərar qəbul edilməmişdir.

16. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hətta iddiaç ının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsaslar olduğu təqdirdə belə, cavabdeh diskresion səlahiyyətlərindən hansı qaydada istifadə etməsinə hüquqi qiymət verməli idi. İş materialları ilə müəyyən edilir ki, iddiaçı müharibə iştirakçısı və veteranıdır, mübahisələndirilən əmr istisna olmaqla barəsində hər hansı intizam cəzası tətbiq edilməmişdir. Hazırkı işdə cavabdehin diskresion səlahiyyətlər əsasında hərəkəti bu səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya “Hərbi xidmətkeçmə haqında Əsasnamə”nin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndi tətbiq edilərkən, Azərbaycan Respublikası Silahlı X1 müvafiq maddələrində nəzərdə tutulmuş digər alternativ intizam cəzalarının tətbiq edilməsinin mümkünlüyü ümumiyyətlə müzakirə edilməmişdir.

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin 1-ci taborunun qərargah rəisi – tabor komandirinin müavini mayor X4 təhkim edilmiş “AKM” markalı H3 7465 nömrəli avtomat silahın vətəndaş X5 tərəfindən Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşlarına təhvil verilməsi faktı ilə bağlı Hüquq şöbəsində araşdırma aparılmış, araşdırma zamanı N nömrəli hərbi hissənin 1-ci taborun 3-cü bölüyünün 3-cü taqımının 1-ci manqasının komandiri MAHHXHQ çavuş X2 təqdim etdiyi özünəməxsus smartfon tipli mobil telefonda həmçinin 1-ci taborun tibb məntəqəsinin xidməti ota ğında bir qrup hərbi qulluqçu ilə iddiaçının “Tik-Tok” platformasında paylaşılmış içki məclisində çəkdikləri videogörüntü aşkar olunmuşdur. Qeyd olunan faktla bağlı iddiaçının Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra, N nömrəli hərbi hissə komandirinin təqdimatına əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 033əç nömrəli əmrinə əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq ehtiyata buraxılmışdır, bu halda onun şərəf məhkəməsində dinlənilməsi zəruri deyildir. Kəlbəcər hərbi prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-c ü il tarixli məktubda bildirilmişdir ki, iddiaçı barəsində araşdırma aparılmamış və qərar qəbul edilməmişdir. Həmin məktuba münasibətdə qeyd edilməlidir ki, Cavabdeh Hüquq şöbəsində N nömrəli hərbi hissənin hərbi qulluqçusu mayor X3 barəsində aparılan araşdırma zamanı iddiaçının Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 43-cü maddəsinin (Hərbi qulluqçunun xidmət yerində sərxoş vəziyyətdə olması yolverilməzdir. Bu hal baş verirsə, o, hərbi qulluqçu şərəfini və ləyaqətini ləkələyir və buna görə ciddi məsuliyyətə cəlb edilməlidir) və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.4-cü bəndinin (Hər bir hərbi qulluqçu xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadı ğı halda sosial şəbəkələrdən istifadə edərkən ehtiyatlı olmalı, hərbi xidmət və xidmətlə bağlı sənədləri, xidməti fəaliyyəti və vəzifələri, habelə özü barədə, eləcə də dövlət sirri təşkil edən, xidməti istifadə üçün nəzərdə tutulmuş, Azərbaycan Ordusunun qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan məlumatları paylaşmamalı, xidmət yerinin, özünün hərbi geyimdə olan və ya xidmət yerində çəkilmiş fotoşəkillərini yerləşdirməməli, digər hərbi qulluqçuları bu cür hərəkətdən çəkindirməlidir) tələblərini kobud şəkildə pozması müəyyən edilmişdir kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 40.3. Zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.

21. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” Maddə

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığ ına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməl idir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasi ya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüq uq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

28. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsinə, onun əvvəlki vəzifəsinə bərpa olunmasına və ona məcburi iş buraxma müddətinə görə əmək ha qqının ödənilməsinə nail olmaqdan ibarətdir.

29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdehin xx.xx.2023-cü il tarixli, 136 nömrəli əmrinin 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 43-cü maddəsinin və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.4-cü yarımbəndinin tələblərinin kobud şəkildə pozduğuna görə iddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.

30. İş üzrə materiallardan görünür ki, xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin 1-ci taborunun qərargah rəisi – tabor komandirinin müavininə təhkim edilmiş avtomat silahın vətəndaş X5 tərəfindən Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşlarına təhvil verilməsi faktı ilə bağlı araşdırma aparılmış, araşdırma zamanı hərbi qulluqçulardan birinə məxsus smartfon tipli mobil telefonda iddiaçının N nömrəli hərbi hissənin 1-ci taborunun tibb məntəqəsinin xidməti otağında bir qrup hərbi qulluqçu ilə içki məclisində olduğu, həmin içki məclisində çəkilmiş videogörüntülərin “Tik-Tok” platformasında paylaşıldığı aşkar edilmişdir. Cavabdeh də bir qrup hərbi qulluqçu ilə bərabər iddiaçının N nömrəli hərbi hissənin 1-ci taborunun tibb məntəqəsinin xidməti otağında içki məclisi təşkil etməsinə və onun Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli “Azərbaycan Ord usunda mobil telefonların istifadəsi zamanı informasiya təhlükəsizliyinin təmin olunması haqqında” və xx.xx.2021-ci il tarixli “Azərbaycan Ordusunun şəxsi heyəti tərəfindən sosial şəbəkələr, ünsiyyət tətbiqləri və digər internet media platformalarında istifadə zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi haqqında” əmrlərinin tələblərini kobud şəkildə pozaraq bu görüntüləri “Tik-Tok” platformasında paylaşmasına istinadən mübahisələndirilən əmri qəbul etmişdir.

31. İddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, sözügedən əmrlə iddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılarkən cavabdeh tərəfindən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin tələblərinə riayət edil məmiş, ona bununla bağlı iki ay öncədən heç bir xəbərdarlıq edilməmiş, onunla qanunla müəyyən edilmiş qaydada aparılması nəzərdə tutulan fərdi söhbətlər aparılmadan, həmçinin onun hərbi-həkim komissiyasından keçməsi təmin edilmədən o, xidmətdən ehtiyata buraxılmışdır. Həmçinin iddiaçının taborun tibb məntəqəsinin xidməti otağında bir qrup hərbi qulluqçu ilə birlikdə içki məclisi təşkil etməsinə və bu görüntüləri “Tik-Tok” platformasında paylaşmasına dair məlumat olduğu halda belə, bununla bağlı hərbi hissənin komandanlığı tərəfindən müvafiq hüquq-mühafizə orqanlarına məlumat verilməli və yaxud xidmətin təhqiqat orqanları tərəfindən fakt üzrə müvafiq araşdırma aparılmalı idi. Eləcə də, cavabdehin diskresion səlahiyyətlər əsasında hərəkəti bu səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata ke çirilməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya “Hərbi xidmətkeçmə haqında Əsasnamə”nin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndi tətbiq edilərkən, Azərbaycan Respublikası Silahlı X1 müvafiq maddələrində nəzərdə tutulmuş digər alternativ intizam cəzalarının tətbiq edilməsinin mümkünlüyü ümumiyyətlə nəzərə alınmamışdır.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, bu qərarın 23-cü bəndində istinad edilən normaya görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

33. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçının bir qrup hərbi qulluqçu ilə N nömrəli hərbi hissənin 1-ci taborunun tibb məntəqəsinin xidməti otağında içki məclisində iştirak etdiyi və içki məclisində çəkilmiş videogörüntülərin “Tik-Tok” platformasında paylaşıldığı müəyyən olunmuş və həmin hal iddiaçı tərəfindən təkzib edilməmişdir. Bunun üzərindən cavabdeh tərəfindən aparılmış intizam icraatının nəticəsi olaraq iddiaçı barəsində mübahisələndirilən əmr qəbul edilmişdir. Cavabdeh tərəfindən intizam icraatı müəyyən prosedur qaydalara riayət edilmədən aparılsa da, həmin formal pozuntular sözügedən əmrin ləğvi üçün yetərli əsas hesab edilə bilmə z.

34. Belə ki, həmin pozuntular qəbul edilmiş əmrin mahiyyətinə təsir edəcək və həmin əmrin məzmununu dəyişdirəcək qədər əhəmiyyət daşımır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya əvvəlcədən xəbərdarlıq edilməsi, onunla qanunla müəyyən edilmiş qaydada fərdi söhbətlər aparılması, həmçinin onun hərbi-həkim komissiyasından keçməsi ilə bağlı tələblərə riayət olunması belə, hərbi xidmət yerində içki məclisinin təşkil olunması və bu görüntülərin “Tik-Tok” platformasında paylaşılması faktını istisna etmək və ya onun məzmununu dəyişdirmək, həmin hərəkətlərə haqq qazandırmaq və belə bir təsir göstərmək imkanına malik deyildir. Eyni zamanda, qeyd olunan pozuntuların xarakteri baxımından iddiaçının hərbi xidmətlə bağlı üzərinə götürdüyü öhdəlikləri bilərəkdən pozduğunu söyləm ək üçün yetərli əsas verir.

35. Hərbi xidmətin spesifik xarakterə və təbiətə malik olduğu və bunun üzərindən hərbi qulluqçuların hərbi intizama tabe olduqları nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, hərbi intizam bütün hərbi qulluqçular tərəfindən qanunlarda və hərbi nizamnamələrdə müəyyən olunmuş davranış qaydalarına ciddi riayət olunmasını nəzərdə tutur. Hərbi intizam Azərbaycan Respublikasının müdafiəsi üçün hər bir hərbi qulluqçunun xidməti borcunun və şəxsi məsuliyyət daşıdığının şüurlu şəkildə dərk olunmasına əsaslanır. Hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa; hə rbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə – mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir (Azərbaycan Respublikası Silahlı X1 1-3-cü maddələri).

36. Bu qərarın 32-35-ci bəndlərində ifadə olunan hüquqi mövqe baxımından hazırkı mübahisəyə dair iş üzrə iddiaçının bir qrup hərbi qulluqçu ilə birlikdə içki məclisi təşkil etməsi və bu görüntüləri “Tik-Tok” platformasında paylaşması hərbi intizamın kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Bu zaman həm də iddiaçının hərbi xidmətə qəbul zamanı hərbi xidmətin təbiətindən irəli gələn bir sıra məhdudiyyətlər barədə xəbərdar edildiyi və həmin öhdəliklərə əməl edəcəyi barədə müvafiq öhdəliklər götürdüyü də nəzərə alınmalıdır. Həmin öhdəliklərə əməl olunmaması, xüsusilə də hazırkı mübahisədə olduğu şəkildə əməl olunmaması iddiaçı barəsində daha sərt intizam tədbirinin tətbiqi üçün yetərli əsas kimi qəbul olunmalıdır.

37. İddiaçı barəsində aşkar edilən sözügedən faktla bağlı hərbi hissənin komandanlığı tərəfindən müvafiq hüquq-mühafi zə orqanlarına məlumat verilməsi və yaxud xidmətin təhqiqat orqanları tərəfindən fakt üzrə müvafiq araşdırma aparılması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyinə münasibətdə isə qeyd edilməlidir ki, həmin faktla bağlı cinayət təqibinin başlanılmaması həmin halların intizam icraatının predmeti olmasını istisna etmir. Mübahisələndirilən əmr də məhz qeyd edilən fakt üzrə aparılmış intizam icraatı nəticəsində qəbul edilmişdir. Beləliklə, mübahisələndirilən əmrin qanuna zidd olduğu müəyyən edilmədiyindən iddiaçı hazırkı tələbində haqlı sayıla bilməz.

38. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyas ı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2-1(104)-568/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar