Məhkəmə qərarları › İş №2-1(102)-1173/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1173/2023

02.06.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1173/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: orqanizmdə narkotik vasitənin aşkar olunması, əmrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2112/2022 n ömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı orqanizmində narkotik vasitənin izlərinin müşahidə olunmasına dair daxil olmuş məlumat əsasında barəsində xidməti yoxlama aparılmışdır. İddiaçıdan götürülmüş müvafiq nümunələrin xromotoqrafik analizi nəticəsində orqanizmində marixuana narkotik vasitəsi və midozalam benzodiazepin qrupuna aid olan psixotrop maddələr aşkar edilmişdir.

2. Aparılmış xidməti yoxlamanın nəticəsi olaraq “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının etik davranış Qaydaları”nda təsbit olunmuş tələbləri və bununla bağlı üzərinə götürdüyü öhdəlikləri pozaraq xidmətdənkənar davranışında DTX əməkdaşının şərəfini ləkələyən hərəkət lərə yol verdiyinə görə İddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 11 yanvar 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2021-ci il tarixli «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən hərbi xidmətdən tərxis edilməsi barədə cavabdehin əmrinin ləğv edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hərbi xidmətdən tərxis edilməsi barədə əmr qanunsuz və əsassızdır. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixində öd kisəsində kəskin ağrı şikayəti ilə Azərbaycan Respublikas ı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına müraciət etmiş və həmin zaman ağrıların kəskin olması səbəbindən iddiaçıya ağrıkəsici dərmanlar vurulmuşdur. Bununla əlaqədar, iddiaçı xx.xx.2021-ci il tarixində cərrahiyyə əməliyyatı keçirmiş, xx.xx.2021-ci il tarixində ambulator müalicə üçün evə buraxılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixində narkotik maddələrin istifadəsi ilə bağlı analiz vermişdir. Məhz keçirilmiş cərrahiyyə əməliyyatı sonrası iddiaçı narkotik vasitələrin analizini vermişdir. Məlumdur ki, cərrahiyyə əməliyyatı zamanı xəstələr ağrıkəsici və keyidici dərmanlar qəbul edirlər. Hətta əməliyyat zamanı da bu cür dərmanlar xəstələrin özləri də bilmədən bədəninə yeridilir. Bununla belə qənaətə gəlmək olar ki, narkotik vasitələrin analizinin nəticəsinin müsbət çıxması iddiaç ının cərrahiyyə əməliyyatından sonra analiz nümunələrini verməsi ilə birbaşa bağlıdır. Bundan əlavə, əməliyyatdan sonra iddiaçıya həkim tərəfindən “Menloksan”, “Nomicine”, “Pantoran”, "Melorna”, “Ornoenzym” adlı müxtəlif dərmanların qəbulu tövsiyə olunmuşdur. İddiaçı tövsiyə olunmuş bu dərmanları mütəmadi olaraq qəbul etmişdir. Bu dərman vasitələrinin mütəmadi olaraq birlikdə qəbul edilməsinin narkotik vasitələrin analizində müsbət nəticə vermə ehtimalı da istisna edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin 09 dekabr 2021-ci il tarixli narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 1279 nömrəli aktından məlum olur ki, iddiaçının sidik analizinin nəticələrində heç bir narkotik və psix otrop maddələrin izləri aşkar edilməmişdir. Bu, bir daha onu deməyə əsas verir ki, iddiaçı narkotik və psixotrop maddələrinin aludəçisi deyil, DTX-nin Hərbi Hospitalında narkotik vasitələrin təyin edilməsi üçün verilmiş analiz nəticələri həqiqəti əks etdirmir. Əgər iddiaçı analiz nəticələrində aşkar edilmiş narkotik və psixotrop maddələri mütəmadi olaraq qəbul edirdisə, bu, sonuncu verilmiş analiz nəticələrində də öz əksini tapmalı idi. DTX-nin Hərbi Hospitalında narkotik vasitələrin təyin edilməsi üçün verilmiş analiz nəticələri tədqiqat metodikasının yanlış seçilməsi nəticəsində təhrif edilmişdir. Bu nəticələr əsasında isə iddiaçı qanunsuz əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən tərxis edilmişdir. İddiaçı 2008-ci ildə keçmiş M illi Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına daxil olmuş, 2013-cü ildə təhsil müəssisəsini bitirərək, zabit qismində xidmətini davam etdirmişdir. Xidmət dövründə heç bir intizam məsuliyyətinə cəlb edilməmiş, qüsursuz xidmətlərinə görə müxtəlif vaxtlarda təltif olunmuş, pul mükafatları almışdır. Silahlı Qüvvələrin 95, 100 illik yubiley medalları ilə və təhlükəsizlik orqanlarının 100 illik yubiley medalı ilə təltif edilmişdir. Xidmət dövründə nümunəvi, əmr və təlimatların tələblərinə riayət edən, vətənpərvər hərbçi kimi xarakterizə edilmişdir.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair ərizəsinə baxılmışdır. Daxil olmu ş iddia ərizəsi ilə bağlı aidiyyəti strukturların verdiyi məlumatlar əsasında araşdırma aparılmış və iddiaçı tərəfindən verilmiş iddia əsassız hesab olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli Qərarı ilə təsdiq edilmiş Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydasının 2-ci bəndinə görə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası yolu ilə həyata keçirilir. Həmin Qaydanın 6-cı bəndinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir. DTX-də qəbul olunmuş normativ akta əsasən növbəti dispanser müayinəsi zamanı İddiaçı orqanizmində narkotik vasitənin izlərinin müşahidə olunmasına dair daxil olmuş məlumat əsasında barəsində xidməti yoxlama aparılmışdır Yoxlama zamanı İddiaçı qeyri-səmimilik nümayiş etdirərək orqanizmində narkotik vasitənin aşkarlanmasını 2021-ci ilin sentyabr ayında keçirdiyi cərrahiyyə əməliyyatından sonra həkimin təyinatı üzrə qəbul etdiyi dərman preparatları ilə əlaqələndirməyə çalışsa da, ondan götürülmüş müvafiq nümunələrin xromotoqrafik analizi nəticəsində orqanizmində marixuana narkotik vasitəsi və midozalam benzodiazepin qrupuna aid olan psixotrop maddələr aşkar edilmişdir. Gö stərilənlərlə yanaşı qeyd olunmalıdır ki, İddiaçı cərrahiyyə əməliyyatı zamanı istifadə olunan, habelə əməliyyatdan sonra təyin edilmiş dərman preparatlarının heç birinin tərkibində “marixuana (TCH)” narkotik maddəsi mövcud deyildir. İddiaçı götürülmüş qan və sidik nümunələri bu sahə üzrə “beynəlxalq qızıl standart” sayılan maye-xromotoqrafik (LC-MS-MS) analiz metodu ilə yoxlanılmış və bunun nəticəsində “marixuana (TCH)” narkotik maddəsi aşkar edilmişdir. Eyni zamanda, İddiaçı hüquqlarını müdafiə edən 21 saylı Vəkillər bürosunun vəkili Vəkil1 10 dekabr 2021-ci il tarixli 122 nömrəli müraciəti əsasında iddiaçının xəstəlik tarixindən çıxarış, onun əməliyyat zamanı istifadə olunan, eləcə də əməliyyatdan sonra təyin edilmiş dərmanlar barədə, həmçinin narkotik maddələrin nəticəsinə dair məlumat lar, ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin surətləri onların tərəfindən vəkilə təqdim edilmişdir. Aparılmış xidməti yoxlamanın nəticəsi olaraq DTXnin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının etik davranış Qaydaları”nda təsbit olunmuş tələbləri və bununla bağlı üzərinə götürdüyü öhdəlikləri pozaraq xidmətdənkənar davranışında DTX əməkdaşının şərəfini ləkələyən hərəkətlərə yol verdiyinə görə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)-5064/2022 nömrəli qərarı (hakim: X6) ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, növbəti dispanser müayinəsi zamanı İddiaçı orqanizmində narkotik vasitənin izlərinin müşahidə olunmasına dair daxil olmuş məlumat əsasında barəsində xidməti yoxlama aparılmışdır. İddiaçıdan götürülmüş müvafiq nümunələrin xromotoqrafik analizi nəticəsində orqanizmində marixuana narkotik vasitəsi və midozalam benzodiazepin qrupuna aid olan psixotrop maddələr aşkar edilmişdir. Aparılmış xidməti yoxlamanın nəticəsi olaraq “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının etik davranış Qaydaları”nda təsbit olunmuş tələbləri və bununla bağlı üzərinə götürdüyü öhdəlikləri pozaraq xidmətdənkənar davranışında DTX əməkdaşının şərəfini ləkələyən hərəkətlərə yol verdiyinə görə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq həq iqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qanunvericiliyin tələblərinə əməl olunmaqla həyata keçirilmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2112/2022 nömrəli qərarı (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X3 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayə ti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Məhkəmə prosesi zamanı işin obyektiv həlli üçün zəruri olan bütün hallar araşdırılmadan məhkəmə əsassız və qanunsuz qərar vermiş, iddiaçının vəsatətlərini təmin etməmişdir. İddiaçı narkotik və psixotrop maddələrin aludəçisi olub-olmamasına aydınlıq gətirmək üçün məhkəmənarkoloji ekspertizası təyin olunması və ekspertizanın Səhiyyə Nazirliyinin "Məhkəmətibbi ekspertiza və patolojianatomiya" Elmi-Təcrübi və Tədris Birliyinə tapşırılmasına dair qərar qəbul edilməsi, ekspert qarşısında İd diaçı saç, dırnaq, qan və sidik nümunələrində narkotik vasitələrin və psixotrop maddələrin izləri aşkar edilirmi, İddiaçı narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidirmi və onun məcburi müalicəyə ehtiyacı varmı suallarının qoyulması xahiş edilmişdir. Lakin məhkəmə işin mühüm əhəmiyyət kəsb edən bu hallarını araşdırmaqdan imtina edərək, vəsatəti təmin etməmişdir. Bundan başqa cavabdeh iddia etmişdir ki, iddiaçının təqdim etdiyi resept DTX-nin hərbi hospitalında verilməmişdir. Bununla əlaqədar, iddiaçının vəkili və nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək reseptlərdə olan xətt nümunələrinin DTX hərbi hospitalının həkimi X5 məxsus olmasına aydınlıq gətirilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi Bəhruz Səlimovun məhkəməyə çağırılaraq şahid qismində dindiril məsi barədə vəsatətlər təmin edilməmişdir. Bununla da, işin mühüm əhəmiyyət kəsb edən halı aydınlaşdırılmadan qalmış, qanunsuz və əsassız qərar qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Narkoloji xidmət və nəzarət haqqında” Qanun Maddə 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 1.0.1. Narkoloji xidmət - insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin qarşısının alınmasına yönəldilmiş tibbi (narkoloji yardım) və sosial tədbirlərin məcmusudur;... 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət g östərən ixtisaslaşdırılmış tibb müəssisəsidir; 1.0.12. Həkim-narkoloq - narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxsdir;... Maddə

10. Tibbi yoxlama (narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi) 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. 10.2. Tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda narkoloji xəstəliyin diaqnozu həkim-məsl əhət komissiyası tərəfindən müəyyən edilir. 10.3. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. 10.4. Təhqiqat, istintaq orqanları və ya məhkəmənin qərarı əsasında aparılan tibbi yoxlamanın xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 10.5. Narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına verilməlidir. 10.6. Tibbi yoxlamanın apa rılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

24. Narkoloji nəzarətin təmin edilməsinə yönəldilmiş xüsusi tədbirlər 24.1. Əhalinin narkoloji xəstəliklərə düçar olması hallarının profilaktikası məqsədilə 18 yaşına çatmamış şəxslərə tütün məmulatlarının və spirtli içkilərin satılması, habelə ictimai iaşə obyektləri istisna olmaqla ictimai yerlərdə spirtli içkilərin istifadə edilməsi qadağandır. 24.2. Azərbaycan Respublikasının ərazisində istehsal olunan bütün spirtli içkilərin və tütün məmulatlarının qabları üzərində onların insanın səhhətinə göstərdiyi mənfi təsiri əks etdirən, habelə onların 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi haqqında qeydlər olmalıdır. 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yox lamadan) keçməsi” Qaydası “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır: Bənd

1. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bənd

2. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Bənd

3. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. Bənd

5. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Bənd

6. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin m addələrin növü barədə məlumatlar əks olunmalıdır. 16. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar:... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması” qaydası

1. Bu Qayda "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmət inin, Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin, Dövlət Sərhəd Xidmətinin kəşfiyyat və əks-kəşfiyyat qurumlarına (bundan sonrakəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti) həqiqi xidmətə qəbul edilən və ya subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması qaydasını müəyyən edir. [1]

2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası (dövri tibbi müayinəsi) yolu ilə həyata keçirilir.

3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə yeni qəbul edilən şəxslərin və ya bu subyektlərin hərbi qulluqçularının tibbi şəhadətləndirilməsi hərbi-həkim komissiyaları (bundan sonra - HHK) tərəfindən aparılır.

4. HHK-ların yaradılması qaydası, onların hüquq və vəzifələri, tibbi şəhadətləndirilmələrinin təşkili, keçirilməsi, habelə hərbi-həkim ekspertizasına aid digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə (bundan sonra - Əsasnamə) müvafiq olaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən müəyyən edilir. [2]

5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə yeni qəbul edilənlərin və ya bu subyektlərin ayrı-ayrı xidmət sahələrində xidmət keçən hərbi qulluqçuların fiziki inkişafı, somatik və psixi sağlamlıq vəziyyətinə dair əlavə tələblər Əsasnamənin "Xəstəliklər cədvəli"nin maddələrinin tələbləri əsas götürülməklə həmin subyektlər tərəfindən müəyyən edilir.

6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir.

7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə qəbul edilən şəxslər və ya bu subyektlərdə həqiqi hərbi xidmət keçən hərbi qulluqçular “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq icbari narkoloji müayinədən keçirilirlər. (xx.xx.2022-ci il tarixdən qüvvədədir)

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəm ə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsas sızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi m əsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasi ya məhkəməsi hərbi xidmətdən tərxis edilməsi barədə cavabdehin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tari xli 182 nömrəli qərarı ilə təsdiq edilmiş «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması» Qaydasının 2-ci bəndinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası (dövri tibbi müayinəsi) yolu ilə həyata keçirilir. Həmin Qaydanın 6-cı bəndinə əsasən kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir.

26. İşin halları ilə müəyyən olunur ki, növbəti dispanser müayinəsi zamanı İddiaçı orqanizmində narkotik vasitənin izlərinin müşahidə olunmasına dair daxil olmuş məlumat əsasında barəsində xidməti yoxlama aparılmışdır. İddiaçıdan götürülmüş müvafiq nümunələrin xromotoqrafik analizi nəticəsində orqanizmində marixuana narkotik vasitəsi və midozalam benzodiazepin qrupuna aid olan psixotrop maddələr aşkar edilmişdir. Aparılmış xidməti yoxlamanın nəticəsi olaraq “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının etik davranış Qaydaları”nda təsbit olunmuş tələbləri və bununla bağlı üzərinə götürdüyü öhdəlikləri pozaraq xidmətdənkənar davranışında DTX əməkdaşının şərəfini ləkələyən hərəkətlərə yol verdiyinə görə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən e htiyata buraxılmışdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının narkoloji yoxlaması hazırkı qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan müddəaların tələblərinə əsasən keçirilmişdir.

28. İddiaçının kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının əməliyyatından sonra ona həkim tərəfindən "Menloksan", “Nomicine", “Pantoran". "Melorna", 'Ornoenzym'' adlı müxtəlif dərmanların qəbulu tövsiyə olunmuşdur, iddiaçı tövsiyə olunmuş bu dərmanları mütəmadi olaraq qəbul etmişdir. Bu dərman vasitələrinin mütəmadi olaraq birlikdə qəbul edilməsinin narkotik vasitələrin analizində müsbət nəticə vermə ehtimalı da istisna edilmir.

29. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əsas dəlili olan onun təqdim etdiyi reseptlərdə (Azərba ycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyə vərəqələrində) (iş. v. 35-37) qeyd olunmalı olan tarix, imza və şəxsi möhür mövcud deyil.

30. Beləliklə, iddiaçı “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının etik davranış Qaydaları”nda təsbit olunmuş tələbləri və bununla bağlı üzərinə götürdüyü öhdəlikləri pozaraq xidmətdənkənar davranışında DTX əməkdaşının şərəfini ləkələyən hərəkətlərə yol verdiyinə görə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qanunvericiliyin tələblərinə əməl olunmaqla həyata keçirildiyindən iddianın təmin edilməməsi barədə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir

31. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apel lyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2112/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar