Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1173/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin sonuncu imtina tarixindən təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 22.05.2025 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyi n təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-746/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2011-ci il tarixdə X3 (XBT): İX Sinif – “Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formalari. Diaqnozun mətni: “ÜİK gərginlik stenokardiyası İİİ fs infarktdan sonrakı kardioskleroz hipertoniya xəstəliyi İİ B mər QDÇ İİ şəkərli diabet İİ tip ağır forma insulindən asılılıq” diaqnoz ilə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə X3 (XBT): İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formalari. Diaqnozun mətni: “ÜİK gərginlik stenokardiyası İİİ fs infarktdan sonrakı kardioskleroz hipertoniya xəstəliyi İİ B mər QDÇ İİ şəkərli diabet İİ tip ağır forma insulindən asılılıq” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə X3 (XBT): İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.8 - Ürəyin xroniki işemik xəstəliklərinin digər formaları. Diaqnozun mətni: “Stenokardiya [döş inağı], Ürək çatmamazlığı, İnsulindən asılı şəkərli diabet, Ürəyin xroniki işemik xəstəliyi” 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən isə X3 (XBT): İX Sinif - Qan dövran ı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 Ürəyin xroniki işemik xəstəliyi => İ25.8 - Ürəyin xroniki işemik xəstəliklərinin digər formaları. Diaqnozun mətni: “Stenokardiya [döş inağı), Ürək çatmamazlığı, İnsulindən asılı şəkərli diabet, Ürəyin xroniki işemik xəstəliyi” 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Alt sistemdən TSEK müayinələri ilə bağlı çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixli müayinə əsasında əlillik təyin edilməsindən “Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental muayinələr dəqiqləşdirilsin və ətrafl qeyd olunsun” səbəbilə, xx.xx.2021-ci il tarixli müayinə əsasında əlillik təyin edilməsindən “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Təgdim edilən tibbi sənədlə r əlillik təyin etmək ucun yetərli deyil. Əlavə ixtisaslaşmiş mualicə” səbəbilə, xx.xx.2022-ci il tarixli müayinə əsasında əlillik təyin edilməsindən “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə müddəti yetərli deyil” səbəbilə, xx.xx.2022-ci il tarixli müayinə əsasında əlillik təyin edilməsindən “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var” səbəbilə, xx.xx.2022-ci il tarixli müayinə əsasında əlillik təyin edilməsindən “Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik təyin etmir” səbəblə imtina edilmişdir.
3. İddiaçının adına X1 tərtib edilmiş xx.xx.2022-ci il tarixli müayinə rəyində qeyd edilmişdir...”Halı kafidir. Dəri və görünən selikli qişaları avazımışdır. A/T-140/80 mm.c.st. N əbzi l dəq-də 100 vurğudur. Ürəyin tonları karlaşıb, zirvədə sistolik küy eşidilir. EKQ müayinədə Sinus taxikardiyası. Sol mədəciyin hipertrofıyası, aşağı miokard infarktının çapıq toxuması. Exo-KQ müayinə taxikardiya fonunda aparılıb. Sol mədəciyin hipertrofıyası. Sol mədəciyin sistola-diastola ölçüləri normaldır. Seq-mentar hərəkət qüsuru - aşağı divar hipokinetikdir. LVEF= 48%. Sol qulaqcıq genişlənməmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının təqdim etdiyi məhkəmə sorğusuna cavab məktubu ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2011-ci il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, x x.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ikinci qrup əlilliyə görə sosial müavinət təyin edilmiş və ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 05 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və ona göndərişin imzalandığı 06 may 2022-ci il tarixindən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ilin mart aynda Göygöl Rayon Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Həmin xəstəxanada “Stenokardiya (döş inağı), ürək çatışmamazlığı, insulindən asılı şəkərli diabet, ürəyin xroniki işemik xəstəliyi” diaqnozu qoyulmuşdur. xx.xx.2011-ci il tarixdə tibbi komissiyada müayinədən keçəndən sonra ona 2-ci qrup əlillik verilmiş və pensiya təyin edilmişdir. 2-ci qrup əlillik pensiyasını 2021-ci ilin mart ayınadək almışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Gəncə Şəhər Dəmiryol Xəstəxanasında müalicə almışdır. xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək,xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci ilədək, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək Gəncə Şəhər Kardioloji Xəstəxanasında müalicə almışdır. Həmin xəstəxanada əsas xəstəlik İ20.0. Ü,İ,X: “Gərginlik stenokardiyası fs-1 v.Sakitlik stenokardiyası.İ 25.1..İnfarktdan 2010 sonrakı kardioskleroz” diaqnozu qoyulmuş və təkrar müalicə almağı barədə bildirilmişdir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə xx.xx.2022-ci il tarixdə C.Abdullayev adına X2 müayinədən keçmişdir. Həmin müəssisədə ona ÜÜYX6 “Gərginlik stenokardiyası İİİb.s i 200 Aretrial Hipertoniya İİ dərəcəli İ 11.0 infarkdan sonrakı kardioskleroz İİİ b.s İ 200 Aretrial Hipertoniya İİ dərəcəli İ 11.0 infarkdan sonrakı kardioskleroz i 25.2 XÜC İ bis. AF= 48% İ 50.0 sinus taxikardiyası R.00.0” diaqnozu qoyulmuşdur.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 684/2024 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 15 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və İddiaçı göndərişin imzalandığı 06 may 2022-ci il tarixindən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəl iyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (“Ürəyin xroniki işemik xəstəliyi, UXİX Gərginlik stenokardiyası fs İİİ (üç) sakitlik stenokardiyası infarktdan sonrakı kardioskleroz ( xx.xx.2010). Aorta və tac damarların aterosklerozu”) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsini, eyni diaqnozla cavabdeh orqan tərəfindən xx.xx.2011-ci il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin etməsini, eyni diaqnozla ambulator və stasionar müalicədə olması, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2.2-ci bəndinə (ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ ) əsasən əlilliyin təyinatına əsas verir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-746/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər: A.Bayramov /sədrlik e dən və məruzəçi/, A.İsgəndərova və R.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçının əyani müayinəsi zamanı olan vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Ürəyin xroniki işemik xəstəliy i, ÜXİX Gərginlik stenokardiyası fs İİİ (üç) sakitlik stenokardiyası İnfarktdan sonrakı kardioskleroz (xx.xx.2010). Aorta və tac damarların aterosklerozu) diaqnozun uyğunluq təşkil etməməsi və əlillik təyinatına əsas verməməsi vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir.
15. Diaqnozların nəticəsindən aydındır ki, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır.
16. Göründüyü kimi, iddiaçının əyani müayinəsi zamanı keçirilən müayinələr nəticəsində göndərişdə qeyd edilən diaqnozların əlillik səviyyəsində olmaması müəyyən olunduğundan cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.
17. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respubli kası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydas”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur.
18. Həmçinin qanunvericiliyə uyğun olaraq Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmiş dir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Ma ddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qan ununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydaları: Bənd 1.1. bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfi ndən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişd ə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücl əndirilmiş elektron imza ilə imzalanır. 3.7. əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas gös təriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olar aq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və y a qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya ş ikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikay ətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla belə, məhkəmə kollegiyası işin faktiki hallarına əsasən qeyd edir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə X3 (XBT): İX Sinif – “Qan dövranı sistemi xəstəlikləri => İ20İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formalari. Diaqnozun mətni: “ÜİK gərginlik stenokardiyası İİİ fs infarktdan sonrakı kar dioskleroz hipertoniya xəstəliyi İİ B mər QDÇ İİ şəkərli diabet İİ tip ağır forma insulindən asılılıq” diaqnoz ilə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə X3 (XBT): İX Sinif Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formalari. Diaqnozun mətni: “ÜİK gərginlik stenokardiyası İİİ fs infarktdan sonrakı kardioskleroz hipertoniya xəstəliyi İİ B mər QDÇ İİ şəkərli diabet İİ tip ağır forma insulindən asılılıq” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə X3 (XBT): İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.8 Ürəyin xroniki işemik xəstəliklərinin digər formaları. Diaqnozun mətn i: “Stenokardiya [döş inağı], Ürək çatmamazlığı, İnsulindən asılı şəkərli diabet, Ürəyin xroniki işemik xəstəliyi” 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən isə X3 (XBT): İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.8 - Ürəyin xroniki işemik xəstəliklərinin digər formaları. Diaqnozun mətni: “Stenokardiya [döş inağı), Ürək çatmamazlığı, İnsulindən asılı şəkərli diabet, Ürəyin xroniki işemik xəstəliyi” 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
29. Eyni zamanda işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 0346003AATJS nömrəli göndərişinə əsasən “Ürəyin xroniki işemik xəstəliyi” diaqnozu əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırmalarını əsaslı hesab edərək bildirir ki, 2011-ci ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Bununla da, cavabd eh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
31. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası bildirir ki, əlilliyin təyinat tarixinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmədiyindən, həmin hissədə qərar dəyişdirilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 32. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın q əbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli müayinə nəticəsində “göndərişin natamam doldurulması”, xx.xx.2021-ci il tarixli müayinə nəticəsində “əlavə müalicəyə ehtiyacın olması”, xx.xx.2022-ci il tarixli müayinə nəticəsində “əlavə müalicəyə ehtiyacın olması”, xx.xx.2022-ci il tarixli müayinə nəticəsində “əlavə müalicəyə ehtiyacın olması”, xx.xx.2022-ci il tarixli müayinə nəticəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi”, xx.xx.2022-ci il tarixli müayinə nəticəsində nəticəsində “əlavə müalicəyə ehtiyacın olması” səbəbindən əlillik təyinatından imtina verilmişdir.
33. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya əlillik sonuncu imtina tarixindən, yəni xx.xx.2022-ci il tarixdən təyin edilməlidir.
34. Apellyasiya instansiyası məhkəməsi isə, qeyd edilən halları nəzərə almamış, iddiaçıya əlilliyin təyin edilməsindən imtina haqqında sonuncu qərarın qəbul edildiyi xx.xx.2022-ci il tarixdən deyil, xx.xx.2022-ci il tarixdən təyin edilməsi qənaətinə gəlmişdir.
35. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi barədə qərarın qəbul olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)746/2024 nömrəli qərarı dəyişdirilsin. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 15 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı 5 noyabr 2022-ci il tarixindən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun.” Qərar qətidir.