Məhkəmə qərarları › İş №2-1(102)-1174/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1174/2025

15.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1174/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2024-cü il ta rixli, 2-1(104)-591/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının xəstəliyi ilə əlaqədar ona 2011-2015-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Döş qəfəsinin və qarın boşluğunun deşib keçən güllə yarası. Loparatomiya, nazik bağırsağın 1.0 metr, yoğun bağırsağın 20.0 sm rezeksiyası, kolastoma qoyulması, loparatomiya kolostomanın ləğvi, bitişmə xəstəliyi. MBS orta dərəcəli funksiya pozğunluğu, sağ tərəfli adqeziv plevrit (XBT kodu: XİX sinif– Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri– S20– S29– Döş qəfəsinin travmaları– S 21 Döş qəfəsinin açıq yarası– S21.8– Döş qəfəsinin digər...)” diaqnozu ilə hər dəfə 1 il müddətinə İİ qrup əlillik təyin edilmişdir.

2. Sonradan iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Döş qəfəsinin və qarın boşluğunun deşib keçən güllə yarası. Loparatomiya, nazik bağırsağın 1.0 metr, yoğun bağırsağın 20.0 sm rezeksiyası, kolastoma qoyulması, loparatomiya kolostomanın ləğvi, bitişmə xəstəliyi. MBS orta dərəcəli funksiya pozğunluğu, sağ tərəfli adqeziv plevrit (XBT kodu: XİX sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri – S30 – S39 – Qarının, arxanın aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları– S 36 – Qarın...)” diaqnozu ilə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir.

3. Əlilliyin müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 0 321003AAPUL nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə yenidən qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarı verilmişdir.

4. İddiaçının yenidən müraciəti əsasında onun əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə əyani müayinə əsasında yenidən qiymətləndirilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2339/2023 nömrəli qərarı ilə iddiaçıya əlillik təyinatına əsasən verən patofunksional pozuntular müəyyən edilmədiyindən “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək, sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən güllə yarası almışdır və İl qrup əlildir. Uzun müddətdir ki, xəstədir. Hal hazırda 49 yaşı var. Xəstəxanalarda müalicə kursu keçmişdir. Ona döş qəfəsinin açıq yarası, döş qəfəsini və qarın boşluğunu deşib keçən güllə yarası (1994), nazik bağırsağın 1.0 m., yoğun bağırsağın 20.0 sm rezeksiyası (uc-uca anastomoztın, bitişmələrin kolostomanın qoyulmas ı və ləğvi əməliyyatından sonrakı vəziyyət. Bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi, M.B.S-in funksiya pozğunluğu) diaqnozu qoyulmuşdur. Ağırlaşma formasında “Qarın və beldən aşağı hissənin və çanağın açıq yarası, qarın boşluğunu deşib keçən güllə yarası”, “Bağırsağın digər dəqiqləşdirilmiş funksional pozğunluqları, M.B.S-nin funksiya pozğunluğu”. “Bağırsaq bitişmələri, keçməməzlik ilə bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi və “Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər” və sairə xəstəlikləri var. Bundan əlavə olaraq “Xroniki səthi qastrit” diaqnozu ilə müəyyən olunmuş yanaşı xəstəliyi də var. Bədəninin müəyyən hissəsi yaxşı işləmir və mütəmadi müalicə kursu keçir. Ona pensiya təyin edilmiş, lakin əsassız olaraq 2021-ci ildən etibarən pensiyası dayandırıl mışdır. Ağır xəstəyədir, özünü idarə edə bilmir, müddət ötdükcə xəstəliyi ağırlaşır, maddi vəziyyəti çox ağırdır. O, xx.xx.1994-cü ildən-xx.xx.1994 cü ilə qədər Füzuli Rayon Mərkəzi Xəstəxanası PHŞ-də, xx.xx.2021-ci ildən-xx.xx.2021-ci ilə qədər Tovuz Rayon Mərkəzi Xəstəxanası PHŞ-də və xx.xx.1994-cü ildən-xx.xx.1994 cü ilə qədər və həmçinin xx.xx.2021-ci ildə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ-də stasionar müalicə kursları keçmişdir. Ümumiyyətlə, 1994-cü ildən bu günə kimi mütəmadi olaraq müalicə alır. Səhhəti günü-gündən ağırlaşır və artıq müalicəyə tabe olmur. Səhhətində heç bir irəliləyiş yoxdur. Tibb müəssisəsi tərəfindən (Tovuz Rayon Mərkəzi X3 Şəxs tərəfindən) 07 sentyabr 2021-ci ildə Tibbi Sosial Ekspert Komissiyasına 0321003AAPUL saylı göndəriş verilmi şdir. Lakin Tibbi-Sosial Ekspertiza və Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq ona əlillik dərəcəsi verilmir. Ona qarşı haqsızlıq olur. “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidmətindən məlum olur ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0321003AAPUL saylı göndərişi əsasında TSERAS üzərindən qiymətləndirilmiş və diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbindən imtina qərarı verilmişdir. Qeydiyyatda olduğu səhiyyə müəssisəsində xəstəlikləri barədə bütün məlumatlar var. TSERAS-a göndərişdə (forma 88) xəstəlikləri barədə tam və dolğun məlumat verilsə də, hansı səbəbdən ona əlillik dərəcəsinin təyin edilməməsi müəmmalıdır.

7. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Et iraz onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 0321003AAPUL nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli, 3775 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Torakoabdominal nahiyənin odlu silahla yaralanması nəticəsində nazik və yoğun bağırsağın zədələnməsi, hemopnevmotoraks, əməliyyatlar: lapotoromiya nazik bağırsağın 1m rezeksiyası və yoğun bağırsağın 20 sm rezeksiyası, funksional kolostoma və adheziv plevrit ikinci dərəcəli tənəffüs çatışmazlığı ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qəbzlik, qarında ağrılardan şikayətlənmişdir. Anamnestik məlumatlarında 1993-cü ildə yaralandığını onikibarmaq bağırsağından əməliyyat keçirdiyini, bağırsaq keçməzliyindən əziyyət çəkdiyini bildirmişdir. Müayinə zamanı qarının sol tərəfində çapıq toxuma, total laparotomiya, sağtərəfli pararental, sağtərəfli torakosintez əməliyyatlarına müvafiq çapıq toxuma izlənilmiş, aşağı və yuxarı ətraflarda hərəkətlər tam həcmdə olmuş dur. Boyu 167 sm, çəkisi 78 kq, BKİ 28 müəyyənləşdirilmiş, çəki defisiti aşkarlanmamış, qarnın palpasiyası zamanı yumşaq və ağrısız qeydə alınmışdır. Vətəndaşın son illərə dair heç bir müayinə və müalicə sənədi olmadığı aşkarlanmışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2989/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir və Ekspertiza tədqiqatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əvvəllər İddiaçı əlilliyinin qiymətləndirilməsində iştirak etməmiş ekspertlərinin iştirakı ilə keçirilməsi qərara alınmışdır.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023cü il tarixli, T 756/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Döş qəfəsi və qarın boşluğunu deşib keçən güllə yarası (1994). Ağırlaşma: Z98.8- Digər dəqiqləşdirilməmiş cər rahi müdaxilədən sonrakı vəziyyətlər. Güllə yarası kolostomadan sonrakı vəziyyət. MBS-nin funksional pozğunluğu ilə. 1994 də RKX-danazik bağırsağın 1 m rezeksiya edilmişdir. 20,2 sm yoğun bağırsaq rezeksiya edilib. K56.5 Bağırsaq bitişmələri, keçməməzlik ilə nazik bağırsağın 1 m nazik bağırsaq 20,2 sm yoğun bağırsaq rezeksiyası və kolostomanın qoyulması və təkrari loporotomiya, kolostomanın və bitişmələrin ləğvi, əməliyyatdan sonrakı vəziyyət. Bitişmə xəstəliyi, bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi MBS-nin funksiya pozğunluğu ilə” diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional, dəyişikliklər hazırda əlillik əlaməti təyin etmədiyindən əlilliyin təyini zamanı ona, istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı i lə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərar təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə bəndlərindən birini aid etmək mümkün olmamışdır.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 1(114)-246/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının göndərişdə əks olunmuş diaqnoz üzrə orqanizminin funksiyalarının pozulması əlillik təyin edilməsi üçün əsas verdiyindən cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olduğund an əlillik təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas vermişdir.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdehin 19 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2339/2023 nömrəli qərarının ləğv edilməsini və iddiaçıya həmin tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2024-cü il tarixli, 2-1(104)-591/2024 nömrəli qərarı ilə (hakimlər: A.Bayramov – sədrlik edən və məruzəçi, R.Ma medov və A.İsgəndərova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-246/2024 nömrəli qərarı ləğv edilmiş, iddia qismən təmin edilərək cavabdehin 19 aprel 2023-cü il tarixli, 317-4/3-3-2339/2023 nömrəli qərarı ləğv edilmiş, iddiaçıya xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının pozulması 70 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçının sonuncu dəfə müraciəti əsasında xx.xx.2023-cü il tarixdə əya ni müayinədə olunmuş və qiymətləndirmə nəticəsində ona əlilliyin təyin edilməsindən xx.xx.2023-cü il tarixli qərarla “əlillik təyinatına əsasən verən patofunksional pozuntular müəyyən edilmir” səbəbilə imtina edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən qiymət verməli olduğu halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə istinad etmişdir.... İddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən və əvv əlki əllilik təyinatları aparılan zaman və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 13.1.3-cü bəndində qeyd edilmiş meyarlara əsasən orqanizmin funksiyalarının 70 faiz olmaqla əlilliyin iki il müddətinə müəyyən edilməsinə əsas verir.

16. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1, 3.2, 3.3, 3.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6, 2.1, 2.4, 2.6, 3.1, 3.3, 3.4-cü bəndlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1, 3.1.1, 3.1.2, 3.1.3, 3.2-ci bəndlərə istinad etmişdir.

17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən məhkəmə-tibbi ekspertizasının rəyini və iddiaçının Agentlikdə əyani müayinə olunması nəticəsində “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilməsini nəzərə almadan sırf göndərişdə olan diaqnozun meyarla rda olmasına və iddiaçının əvvəlki dövrlərdə də eyni diaqnoz ilə əlilliyi olmasına istinad etmişdir. Kassator hesab edir ki, Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verən patofunksional pozuntuların aşkar olunmaması vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Diaqnozların nəticəsindən aydındır ki, iddiaçı barəsində həmin göndərişlər əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümkün olmamışdır.

19. Dövlət Tibbi-Sosial Ekspert iza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahi yyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Həmçinin qanunvericiliyə uyğun olaraq Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir.

20. Bundan əlavə qeyd edilmişdir ki, Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiy yəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyi ni və ya bərpa olunması özündə hüquqi və tibbiəsaslarıehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi q aydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonr a – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1- dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydaları 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı o lmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir.... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci ya rımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya veril məsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən q ərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla v ə işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır, apellyasiya instansiya məhkəməsi tərəfindən işin baxılması zamanı maddi və pro sessual hüquq normalarının pozuntusuna yol verildiyi üçün qərar ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

30. İş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.1.3-cü bəndində qeyd edilmiş meyarlara əsasən orqanizmin funksiyalarının 70 faiz olmaqla əlilliyin iki il müddətinə müəyyən edilməsinə əsas verir.

31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq zəruri və yetərli araşdırmanın aparılmadığı qənaətindədir.

32. Belə ki, iş üzrə iddiaçının dəqiqləşdirilmiş tələbi cavabdehin 19 aprel 2023-cü il tarix li, 3-17-4/3-3-2339/2023 nömrəli qərarının ləğv edilməsinə və ona həmin tarixdən əlillik dərəcəsinin təyin edilməsi barədə olduğundan onun xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.1.3.2-ci yarımbəndində göstərilən qiymətləndirməyə uyğun olduğu öz təsdiqini tapmalıdır.

33. Apellyasiya məhkəməsi iddiaçının diaqnozunun Meyarların 13.1.3.2-ci yarımbəndinə uyğun olması qənaətinə gəlsə də, bununla bağlı zəruri əsaslandırma aparılmamışdır.

34. Belə ki, ilk öncə qeyd edilməlidir ki, “Meyarların” 13-cü bəndi Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri barədədir. 13.1.3.2. yarımbəndinə isə “təzahür edən pozuntularla (məsələn, onurğa sütununun böyük hissələri nin hərəkətsizliyi, ağır skolioz) gəzmənin əhəmiyyətli dərəcədə pozulması” qeyd edilmişdir.

35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının yuxarıda sadalanan normalarının tələblərindən müəyyən edilir ki, göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri olaraq aşkar edilən əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar göstərilir. 36. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı i lə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

37. Yəni, şəxsin əlilliyi göndərişdə qeyd edilən xəstəliklər əsasında qiymətləndirilir, məhz həmin xəstəliklər qanunvericiliyin tələbinə əsasən əlilliyin təyin edilməsinə əsas verdiyi halda, əlillik təyinatı aparılır.

38. Bu baxımdan, qeyd edilməlidir ki, iş materiallarında olan tibb müəssisəsi tərəfindən verilmiş sonuncu 0321003AAPUL nömrəli göndərişdə (forma 088) əsas diaqnoz - (S21) döş qəfəsinin açıq yarası, döş qəfəsini və qarın boşluğunu deşib keçən g üllə yarası (1994), nazik bağırsağın 1.0 m., yoğun bağırsağın 20.0 sm rezeksiyası (uc-uca anastomoztın, bitişmələrin kolostomanın qoyulması və ləğvi əməliyyatından sonrakı vəziyyət. Bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi, M.B.S-in funksiya pozğunluğu) ağırlaşmalar isə - (S31) Qarın və beldən aşağı hissənin və çanağın açıq yarası, qarın boşluğunu deşib keçən güllə yarası”, “(K59.8) Bağırsağın digər dəqiqləşdirilmiş funksional pozğunluqları, M.B.S-nin funksiya pozğunluğu”. ““(K56.5) Bağırsaq bitişmələri, keçməməzlik ilə bitişmə mənşəli hissəvi bağırsaq keçməməzliyi və “(Z98.8)Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər” qeyd edilmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının göndərişində olan əsas diaqnoz və ağırlaşmaların “Sümük-əzələ sisteminin və birlə şdirici toxumanın xəstəlikləri”nə aid olması hazırkı vəziyyətdə müşayiət olunmur. Bundan əlavə işdə olan ekspert rəyində də bu məsələyə aydınlıq gətirilməmişdir. Halbuki, ekspert məhz sözügedən qiymətləndirmə meyarları əsasında qiymətləndirmə aparmalı və müvafiq nəticəyə gəlməli idi.

40. Sözügedən ekspert rəyində ümumiyyətlə qeyd edilmişdir ki, əlilliyin təyini zamanı ona, istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərar təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə bəndlərindən birini aid etmək mümkün olmamışdır.

41. Lakin apellyasiya instansiyası məhk əməsi mübahisənin düzgün həllinə mane olan qeyd edilən ziddiyyətləri aradan qaldırılması istiqamətdə müvafiq araşdırma aparmamışdır.

42. Məhkəmənin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.

43. Bu baxımdan apellyasiya məhkəməsini qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. İşə təkrar baxan apellyasiya məhkəməsi iddiaçının forma 088 göndərişində olan əsas diaqnoz və ağırlaşmaların “Əlilliyin müəyyən olunması Meyarları”nın tələbinə əsasən iddiaçıda hansı qiymətləndirmə meyarına uyğun olması yenidən araşdırılmalı və müəyyən edilməldir.

44. Yuxarıda göstərilənlərə əsasən, məhk əmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 noyabr 2024-cü il tarixli, 2-1(104)-591/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar