Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1176/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Xidmət Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Çernobıl əlilinə əmək pensiyasının məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibliyi, cavabdehin vəkili Vəkil iştir akı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Xidmət Nümayəndəliyinə qarşı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-380/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1992-ci ilin aprel ayında Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdiyi üçün 5600 rubl məbləğində birdəfəlik yardım almışdır. Eyni zamanda, iddiaçıya 25.08.1992-ci il tarixdən əliliyə görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
3. Cavabdeh 28 noyabr 2019-cu il tarixli, **********7 nömrəli məktubla bildirmişdir ki, iddiaçıya İİ qrup Çernobıl əlili kimi əmək pensiyası 1992-ci ilin tarixdə təyin edilmişdir. Pensiya təyin edilərkən onun 32 il sığorta stajının olması əsas götürülmüşdür. 5600 rubl əmək haqqı yeni Azərbaycan manatına çevrildikdə 1,12 manat təşkil edir ki, bu da pensiyanın hesablanmasına əhəmiyyət daşımır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli 577 №-li qərarına əsasən, 01.06. 1988-ci ildən 30.06.1988-ci il tarixədək (29 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 5600 rubl 4 qat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmışdır və nəticədə İİ qrup ÇAES əlili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli 577 saylı qərarına əsasən, bütün Çernobıl ə lilləri kimi, orada o vaxt işlədiyi 33 №-li Tikinti İdarəsi tərəfindən əmək haqqının dördqat məbləği qədər mükafat almışdır. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 83-cü maddəsinə əsasən, həmin dördqat əmək haqqından ÇAES əlillərinə pensiya hesablanması nəzərdə tutulmuşdur. Bu halda, ödənilmiş dörd qat məbləğ, Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın hesablanmasında orta aylıq əmək haqqı sayılır. Ona təyin edilmiş pensiya məbləğinin həmin əlilliyə görə aldığı mükafatlar əsasında əmək haqqına uyğun olaraq hesablanması barədə DSMF-nin Qaradağ rayon şöbəsinə müraciət etmiş, ona qeyd olunan qaydada pensiya təyin olunmasından imtina edilmişdir. Cavabdeh imtinasında qeyd etmişdir ki, o vaxtı ona ödənilən 5600 rubl pul mükafatının h azırki manatla ifadəsi 1 manat 12 qəpik təşkil edir. Həmin məbləğin isə pensiyaya əlavəsi elə də bir dəyişiklik yarada bilməz. İnzibati orqanın mövqeyini əsassız hesab edir. Belə ki, ona mükafatın verilməsi barədə arayışda texniki səhv olaraq “rubl" sözü əvəzinə “manat" qeyd olunmuşdur. Arayışın məzmunundan görünür ki, adıçəkilən pul mükafatı 1992-ci ilin aprel ayında ona ödənilmişdir. Halbuki, Azərbaycan Respublikasında “MANAT" pul vahidi kimi 1992-ci ilin avqust ayından tədavülə buraxılmışdır. Bu əsasdan həmin arayışda qeyd olunan 5600 manat, 5600 rubl kimi qəbul edilməlidir. Hətta cavabdeh inzibati orqan belə öz imtinasında həmin məbləğin rublla ifadə olunmasını qəbul etmişdir.1992-ci ilin aprel ayında ödənilmiş 5600 rubl isə hazırkı vəziyyətdə indeksasiya olunduğu zaman, 1,12 manat d eyil, daha böyük məbləğ təşkil edir ki, bu da onun pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir.
6. Cavabdeh iddiaya etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1-(112)-3042/2020 saylı, 31 avqust 2020-ci il tarixli qərarı ilə (hakim: P.A.Hüseynov) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli 577 №-li qərarına əsasən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 5600 rubl 4 qat məbləğ indeksasiya edilməklə iddiaçının əmək pensiyası məbləğinin yenidən hesablanması məsələsinə yenidən baxılması cavabdehə həvalə edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıya müraciəti ilə bağlı imtina cavabı verərkən heç bir tədbir görməmiş, araşdırma aparma mış, bununla da iddiaçının hüquqlarını pozmuşdur.
9. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-380/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və A.Ə.Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1-(112)-3042/2020 saylı, 31 avqust 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək a pelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni deyildir. Belə ki, iddiaçıya 1992-ci il tarixdən İİ qrup Çernobil əlili kimi əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən 32 il sığorta stajı əsas götürülmüşdür. İddiaçının iddia etdiyi kimi 5600 rubl əmək haqqı alması əmək pensiyası təyin edilərkən nəzərə alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarını n izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
71. Pensiyalar respublika üzrə müəyyən edilmiş şərti maliyyə vahidi və müraciət edənin or ta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Maddə
73. Mövcud qaydalara görə sığorta haqları hesablanan əmək haqqının və mükafatın bütün növləri, o cümlədən əvəzçiliyə, istirahət və bayram günlərində işə, iş vaxtından əlavə işə görə və mülki hüquq müqavilələri üzrə verilən əmək haqqı pensiya hesablanarkən gəlirin ümumi məbləğinə daxil edilir. Bu zaman birdəfəlik ödənclər (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) nəzərə alınmır. Maddə
78. Pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı(Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. Maddə
80. Pensiya almaq hüququ olan şəxslərə iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar aid edilmişdir: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1 Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 4.2. Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.1. baza hissəsindən; 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. Maddə
26. Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə bir likdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir; Maddə 26.2 Bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxsləri n müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... Maddə 15.1 Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2 Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından im tina üçün əsas ola bilməz. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 20.1 Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Maddə 20.2 Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlum at verməyə borcludur. Maddə 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2 İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.4 Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Ma ddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət müm kün hesab edilmişdir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. İş materiallarından görünür ki, iddiaçı 01.06.1988-ci ildən 30.06.1988-ci ilədək Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və bu səbəbdən ona Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar İİ qrup əlillik dərəcəsi verilmişdir. Eyni zamanda, iddiaçı Çernobıl AES-nin qəzasının aradan qaldırılması dövrü üçün dördqat əmək haqqı miqdarında 5600 rubl mükafat almışdır.
25. İddiaçının Çernobıl AES-də qəzanın aradan qaldırılması nda iştirak etməsi, bununla əlaqədar ona İİ qrup əlillik təyin edilməsi iş materiallarında olan arayışlarla təsdiq olunur.
26. Hazırda iddiaçı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli 577 №-li qərarına əsasən 01.06.1988-ci ildən 30.06.1988-ci il tarixədək (29 gün) Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 5600 rubl 4 qat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanmasını və yaranmış fərqin birdəfəlik ödənilməsini tələb edir. İddiaçı həmin tələblə cavabdeh orqana müraciət etsə də, cavabdeh heç bir araşdırma aparmadan müraciətin təmin olunmasında n imtina etmişdir. Məktubda imtina belə əsaslandırılmışdır ki, 5600 rubl əmək haqqı yeni Azərbaycan manatına çevrildikdə 1,12 manat təşkil edir ki, bu da pensiyanın hesablanmasında əhəmiyyət daşımır.
27. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçıya pensiya 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edilməzdən əvvəl təyin edilmişdir. 28. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun yuxarıda istinad edilən normalarından göründüyü kimi, əmək pensiyasinın orta aylıq əmək haqqından faiz nisbəti ilə hesablanması müəyyən edilmişdir. Orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənclərə sığorta haqları hesablanan bü tün gəlirlər aid edilmişdir. Xüsusi qayda kimi isə gəlirlərə birdəfəlik ödənclərin aid edilməməsi və pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqının nəzərə alınması qeyd edilmişdir. 29. 01 yanvar 2006-cı ildə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyasının baza, sığorta və yığım hissələrindən ibarət olduğu müəyyən edilmişdir.
30. Həmin Qanunun 26-cı maddəsində “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” qaydaları müəyyən edilmişdir.
31. Bu Qanunun 26.1 və 26.2-ci maddələrinin tələblərindən göründüyü kimi, 01 yanvar 2006-cı il tarixindən əvvəl hesablanmış pensiya məbləğlərinin yenidən hesablanması qaydasına uyğun ola raq onların baza və sığorta hissələrinin müəyyən edilməsi zəruri olmuşdur. Yenidən hesablama aparıldıqda isə əvvəl hesablanmış pensiya məbləğinin ümumi məbləğinin dəyişdirilmədən saxlanılması bir halda, digər halda isə ümumi məbləğin baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləğinin əmək pensiyasının baza hissəsinin məbləğinə bərabər tutulması müəyyən edilmişdir.
32. İstinad edilən maddəyə “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 06 noyabr 2007-ci il tarixli Qanunu ilə dəyişiklik edilərək 26.2-ci maddə yeni redaksiyada verilmiş, əvvəlki 26.2-ci maddə isə 26.3-cü maddə kimi hesab edilmişdir. Aşağıdakı yeni qaydalar müəyyən edilmişdir: - 26.2-ci maddəsinə əsasən, bu qanun un qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir.
33. Maddənin məzmunundan göründüyü kimi, 01 yanvar 2006-cı il tarixinə qədər təyin edilmiş pensiyaların orta aylıq əməkhaqqına məhdudiyyət nəzərə alınmadan yenidən hesablanması müəyyən edilmişdir.
34. Yeni qaydaya görə əmək haqqının tam məbləği əsas götürülməklə hesablanması və onun 01 yanvar 2008-ci il tarixindən tətbiq edilməsi nəzərdə tutulmuşdu r.
35. İddiaçı hesab etmişdir ki, bu dövrdə onun pensiyası üzrə yenidən hesablama aparıldıqda orta aylıq əmək haqqı hesablanarkən onun Çernobıl qəzası nəticəsində əlil olduğu üçün aldığı tarif dərəcəsinin 4 qat məbləğində pul ödənişləri nəzərə alınmamışdır.
36. Aşağı instansiya məhkəmələri əsaslı olaraq cavabdehin üzərinə iddiaçının orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmalı olan məbləğə həmçinin onun aldığı tarif dərəcəsinin 4 qat məbləğinin də nəzərə alınaraq iddiaçının müraciətinə yenidən baxılması öhdəliyi qoymuşlar.
37. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqa n maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
38. İşin hallarından isə görünür ki, cavabdeh inzibati orqan qanunveric iliyin yuxarıda sadalanan tələblərinə əməl etmədən, iddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı müraciətini ətraflı araşdırmadan imtina etmişdir.
39. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən işin faktiki hallarına uyğun maddi hüquq normalarına istinad etmiş, eləcə də prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.
40. Odur ki, yuxarıdakılara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-380/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.