Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1178/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 100 nömrə li order əsasında verilmiş “105D/11” saylı, 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 dekabr 2024-cü il tarixli 2-1(103)-3279/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Zirə bağlar sahəsindəki 243 nömrəli kooperativinin 100 nömrəli orderinə əsasən, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli, 1374 nömrəli qərarı ilə iddiaçının mərhum atası X2 Zirə bağlar sahəsində 243 nömrəli BTK nəzdin də 0,12 ha torpaq sahəsi olan 105D/11 nömrəli bağ ayrılmışdır.
2. Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının 25 may 2023-cü il tarixli, 3-52/2-Ə-287112/2023 nömrəli arxiv arayışından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında” xx.xx.1992-ci il tarixli, 1374 nömrəli sərəncamından çıxarışa əsasən, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il, 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli, 195 nömrəli qətnaməsinə əsasən, X2 fəaliyyətdə olan bağ tikinti kooperativlərinin tərkibində bağ sahəsi (Zirə ərazisindəki 243 nömrəli BTK) ayrılmışdır.
3. Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 18 may 2023-cü il tarixli 396 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X1 (xx.xx.1949-cu il təvəllüdlü) irs qalmış 100 nömrəli order əsasında Zirə bağlar sahəsində 243 nömrəli BTK-nın nəzdində yerləşən 105D/11 nömrəli bağ ünvanında 0,12 ha torpaq sahəsinə dair vərəsəlik hüququnda şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi olan İddiaçı ərizəsi qəbul edilmiş və o, vərəsə kimi tanınmışdır.
4. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olmasına dair arayışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasara alındığı müəyyən edilməsini əsas gətirərək müraciətin t əmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 100 nömrəli order əsasında verilmiş “105D/11” saylı, 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən “105D/11” saylı torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakı n Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh onun müraciətinə imtina cavabı vermişdir. Qeyd olunan imtina məktubunda bildirilmişdir ki, mütəxəssislər tərəfindən torpaq sahəsinə texniki baxış keçirilən zaman sahənin digər şəxs tərəfindən hasarlandığı aşkar edilmişdir. Cavabdehin imtina məktubunda göstərilən səbəb əsassızdır və faktiki olaraq iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır. Cavabdehin imtina məktubunda qeyd etdikləri reallığı əks etdirmir, çünki torpaq sahəsinin hasarlanma işlərini iddiaçı özü həyata keçirmişdir. Bundan əlavə, cavabdeh imtina məktubunda qeyd olunan əsasları hər hansı sübutla təsdiq etmir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 02 may 2024-cü il tarixli 2-1(112)6343/2024 nömr əli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 100 nömrəli order əsasında verilmiş “105D/11” saylı, 0,12 ha torpaq sahəsinin mülkiyyət hüququ ilə mərhum X2 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçının qanun üzrə vərəsəsi olduğu atası - X3 vəfat edənə qədər qanuni əsaslarla Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 1374 nömrəli Sərəncam əsasında 243 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 105D/11 nömrəli bağ sahəsinə mülkiyyət hüququ olduğu halda həmin hüququ təsdiq edən çıxarış almadan öldüyündə n, yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçı, qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxs X2 məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququnun sahibidir. Belə ki, mərhum X2 0,12 ha bağ sahəsinin ayrılması faktı iş materiallarında olan sənədlər ilə təsdiqlənir. Belə olan halda, iddiaçının hazırda istifadəsində olan bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün tələb olunan sənəd mövcuddur. Sözügedən torpaq sahəsinin başqa şəxsin istifadəsində olması və hasarlanması həmin torpaq sahəsinin həmin şəxsə məxsus olması və bundan sonra onun istifadəsində olacağı demək deyil. Bundan əlavə, cavabdeh mübahisəli torpaq sahəsinin başqa şəxs tərəfindən hasarlanmasına dair sübutlar da təqdim etməmiş, hasarlanmanın məhz iddiaçı tərəfindən həyata keçirilməsini təkzib etməmişdir. Halbulki, cavabdeh inzibati orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci və 9.1.3-cü maddələri).
9. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və G.M.Abbasova) 05 dekabr 2024-cü il tarixli 21(107)-3279/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətində iddiaya qarşı yazılı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şika yətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15.... Mülki Məcəllə: 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... 146.1. daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir................... 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:... Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına k eçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.... Maddə
11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.... Maddə
22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 17. “İnzibati icraat haqqında” Qanun: Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhd əliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qəra rı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayə tlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçü n hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafi q qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin əsasını mahiyyətcə apellyasiya şikayətində qeyd edilən dəlillər təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Hazırkı mübahisə üzrə iddiaya münasibətdə qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından torpaq sahəsi üzərində mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması barədə ara yışın verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış və məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Bu səbəbdən, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Hazırkı mübahisə üzrə işin hallarından müəyyən edilir ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 10 sentyabr 1992-ci il tarixli, 1374 nömrəli qərarına əsasən iddiaçının mərhum atası X2 Zirə bağlar sahəsində 243 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi ayrılmışdır. Həmin inzibati akt – hüquqmüəyyənedici sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən, iddiaçının atasının ona ayrıl mış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqi əsas yaradır. Lakin iddiaçının atası torpaq sahəsinə mülkiyyət hüququnu qeydiyyata aldırmadan xx.xx.2022-ci ildə vəfat etmişdir.
27. Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 18 may 2023-cü il tarixli 396 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X1 (xx.xx.1949-cu il təvəllüdlü) irs qalmış 100 nömrəli order əsasında Zirə bağlar sahəsində 243 nömrəli BTK-nın nəzdində yerləşən 105D/11 nömrəli bağ ünvanında 0,12 ha torpaq sahəsinə dair vərəsəlik hüququnda şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi olan iddiaçının ərizəsi qəbul edilmiş və o, vərəsə kimi tanınmışdır.
28. Belə olan halda, ölən şəxsin vərəsələr inin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlaka vərəsəlik hüququnu rəsmiləşdirmək üçün həmin əmlakın ölən şəxsə məxsus olması barədə müvafiq arayış verilməsini tələb etmək hüququ vardır. Odur ki, iddiaçı hazırkı tələbində haqlıdır.
29. Beləliklə, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 dekabr 2024-cü il tarixli 21(107)-3279/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.