Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-118/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi yardım göstərilməsi üçün pulsuz (dövlət hesabına) vəkil təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2-1(103)1962/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ümumilikdə 14983,5 manat məbləğində vəsaitin ödənilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində qeyd edilmişdir ki, ona prokuror işçisi kimi həddindən çox az məbləğdə (yəni, cəmi 1600 manat məbləğində) pensiya dəyəri müəyyən edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)-2574/2022 nömrəli qərardadı (hakim G.A.Sevdimalıyeva) ilə iddia mümkün sayılmamışdır.
4. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardad ın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli, 2-1(103)-1962/2022 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) apellyasiya instansiyası məhkəməsində icraat
6. İddiaçı 19 avqust 2022-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli, 2-1(103)1962/2022 nömrəli qərardadından kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının aldığı pensiyasının məblə ği cavabdeh tərəfindən xeyli azaldılmışdır. Pozulmuş hüquqlarının bərpasından ötrü tərəfindən məhkəməyə müraciət olunmuşdur. Həmin müraciəti üzrə, həmin iş üzrə, eləcə də, hazırkı 2-1(103)-1962/2022 saylı iş üzrə, kassasiya şikayətləri vermək üçün ayrıayrılıqda 2 vəkil tutmağa və orderlərini işə əlavə etməyə onun maddi durumu imkan vermir. Onun hüquqlarının Ali Məhkəmədə müdafiəsinə və hüquqi yardım göstərilməsinə ehtiyacı yoxdur. 30 il xidmət etmiş sabiq prokuror əməkdaşı kimi professional olaraq Ali Məhkəmədə hüquqlarını özü müdafiə edəcək. Hətta vəkil olduğu halda da, məhkəmədə özü çıxış edəcək və hüquqlarını da özü müdafiə edəcək. Eləcə də Ali Məhkəmədə işlərə yazılı şəkildə baxılır. Yəni onun və vəkilin iştirakı olmadan, işə baxılıb qərar qəbul ediləcək. Belə olan halda, vəkil yalnız kassasiya şikayəti yazmaq üçün lazım gəlir ki, kassasiya şikayəti də yazılıb və məhkəməyə təqdim olunubdur. Göründüyü kimi, göstərdiyi səbəblərdən vəkilin iştirakı formal xarakter daşıyır. Tələb olunan formal orderin isə işə əlavə edilməsi lazımdır. Lakin göstərdiyi səbəblərə görə vəkil orderini almaq üçün onun maddi imkanı yoxdur.
8. Məhkəmə tərəfindən əldə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 9 sentyabr 2022-ci il tarixli, **********5 nömrəli arayışına əsasən hal-hazırda iddiaçıya 1674,17 manat məbləğində yaşa görə pensiya ödənilir. Əlavə olaraq isə pensiya məbləğinin 10 faizi, yəni, 167,41 manat miqdarında xx.xx.2022-ci ilədək hər ay maddi yardım da ödə nilir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1962/2022 nömrəli qərardadı (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) ilə iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin edilməmişdir.
10. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda, maddi cəhətdən imkansız işdə iştirak edən şəxslərə hüquqi yardım dövlət büdcəsinin vəsaiti hesabına göstərilir. İddiaçının isə maddi cəhətdən imkansız olan şəxs kimi qiymətləndirilməsi üçün faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsus i Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 9 sentyabr 2022-ci il tarixli, **********5 nömrəli arayışına əsasən iddiaçıya 1674,17 manat məbləğində yaşa görə pensiya, əlavə olaraq isə pensiya məbləğinin 10 faizi, yəni, 167,41 manat miqdarında xx.xx.2022-ci ilədək hər ay maddi yardım ödənilir. İddiaçının konkret halda, 1800 manatdan da artıq qazancı mövcuddur.
11. Eyni zamanda apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, iddiaçının ərizəsində istinad etdiyi məhkəmənin icraatında olan 2 inzibati işdən biri – 2-1(103)2382/2022 nömrəli digər iş üzrə qəbul edilmiş məhkəmə aktından kassasiya şikayəti vermək üçün iddiaçının ərizəsinə əsasən artıq məhkəmənin qərardadı ilə ona dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilmişdir. Belə olan təqdirdə, iddiaçı 1800 manatdan da artıq qazanca m alik olduğu və “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən pensiyaçılar üçün yaşayış minimumu 176 manat məbləğində müəyyən edildiyi halda, iddiaçı hazırkı iş üzrə məhkəmə qərardadından kassasiya şikayəti verilmək üçün öz hesabına vəkil tutmağa imkanı olmayan şəxs kimi qiymətləndirilə bilməz.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və pulsuz dövlət hesabına vəkil təyin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 12, 24-25, 60-61, 71 və 127-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.4, 14.5, 57 və 121.2- ci maddələrinə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12, 48, 58 və 64-cü maddələrinə istinad etməklə ərizədə göstərdiyi dəlilləri sadalamışdır.
14. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, aldığı pensiyanın məbləği Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən əsassız olaraq xeyli məbləğdə (400 manat həcmində) azaldılmış və həmin məbləğdə də ondan geri alınması (tutulması) barədə qərar qəbul edilmişdir. Məhkəmə isə ƏƏSMN tərəfindən pensiyasından tutulma məsələsini nəzərə almamışdır. Pensiyasının məbləğinin əsassız olaraq azaldılması nəticəsində pozulmuş hüquqlarının bərpasından ötrü, məhkəməyə iki iddia ilə müraciət etmişdir. Həmin müraciətləri üzrə Bakı Apellyasiya Məhkəməsində 2-1(103)-1780/2022 nömrəli və 2-1(103)-2382/2022 nömrəli işlərə baxılmışdır. Həmin işlər üzrə, eləcə də, hazırki baxılmış və əleyhinə qərardad qəbul edilmiş iş üzrə kassasiya şikayətləri vermək üçün ayrıayrılıqda 3 vəkil tutmaq və vəkilin orderlərinin işə əlavə etmək zərurəti yaranmışdır. Müqavilə bağlamaq və order almaq üçün hər işə azından 500 manat məbləğində vəsaitin ödənilməsi Vəkillər Kollegiyası tərəfindən müəyyən olunmuş və bu barədə vəkillərə müəyyən göstərişlər verilmişdir. Bu səbəbdən onun vəkil tutmağa və order almağa maddi durumu imkan vermir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini x ahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.... 17. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
20. Dövlət hesabına hüquqi yardımın göstərilməsi İ. İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir....
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.
1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə
121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi... 121.2. Bu Məcəllənin 67-ci maddəs ində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş pro sessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafi q apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şika yətinin dəlilləri mahiyyətcə dövlət hesabına vəkillə təmin olunma barədə ərizənin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də, ərizənin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddiaçının dövlət hesabına vəkillə təmin olunmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunvericilik dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsini hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə aid etmişdir. Lakin hazırki halda, iddiaçı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmamasını əsaslandırmamış, bunu təsdiq edən sübutları ərizəsinə əlavə etməmişdir.
28. İddiaçının kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, aldığı pensiyanın məbləği Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən əsassız olaraq xeyli məbləğdə (400 manat həcmində) azaldılmış və həmin məbləğin ondan geri alınması barədə qərar qəbul edilmişdir. Pozulmuş hüquqlarının bərpasından ötrü məhkəməyə iddia tələbləri ilə müraciət etmiş, əleyhin ə qərardad qəbul edilmiş işlər üzrə kassasiya şikayətləri vermək üçün ayrı-ayrılıqda üç vəkil tutmaq və vəkil orderlərini işə əlavə etmək zərurəti yaranmışdır.
29. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçıya 1674,17 manat məbləğində yaşa görə pensiya, əlavə olaraq isə pensiya məbləğinin 10 faizi, yəni, 167,41 manat miqdarında xx.xx.2022-ci ilədək hər ay maddi yardım ödənilir. Yəni iddiaçı dövlət hesabına vəkillə təmin edilmə barədə apellyasiya məhkəməsinə müraciət edən zaman onun aylıq 1800 manatdan artıq qazancı mövcud olmuşdur.
30. İddiaçının pensiya məbləğinin özünün iddia etdiyi kimi 400 manat azaldılması onun aztəminatlı şəxslər kateqoriyasına aid edilməsinə əsas vermir. İddiaçının 31 dekabr 2022-ci il tarixə qədər 1800 manatdan artıq, hal-hazırda isə 1674 manat aylıq gəlirinin olmas ı ona hüquqlarının müdafiəsi məqsədilə hər hansı vəkil ilə müqavilə bağlamağa imkan verir.
31. Qeyd olunmalıdır ki, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, əsassız olaraq kassasiya şikayəti tərtib olunması üçün dövlət hesabına vəkillə təmin olunma, qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına, süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır.
32. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərardad qəbul edildiyindən kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1962/2022 nömrəli qərardadı dəyişdiri lmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1962/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.