Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1181/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “dosent” elmi adına görə əmək haqqına əlavə nəzərə alınmaqla hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbi nə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 21(103)-3734/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2013-cü il tarixli məlumat vərəqəsi əsasında xx.xx.2013-cü il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Sözügedən məlumat vərəqinə əsasən, iddiaçının pul təminatı 1033,40 manat olmaqla aşağıdakılardan ibarət olmuşdur: vəzifə maaşı – 468 manat, rütbə maaşı – 130 manat, xidmət illərinə görə əlavə – 179,40, ərzaq payı əvəzinə kompensasiya – 64 manat, 1-ci məharət dərəcəsinə görə 117 manat, “dosent” elmi dərəcəsinə görə 75 manat.
3. İddiaçı barəsində təqdim edilmiş son məlumat vərəqində onun pul təminatı 1907,25 manat olmaqla aşağıdakı kimi göstərilmişdir: vəzifə maaşı – 1015 manat, rütbə maaşı – 130 manat, xidmət illərinə görə əlavə – 349,5, ərzaq payı əvəzinə kompensasiya – 64 manat, 1-ci məharət dərəcəsinə görə 253,75 manat, “dosent” elmi dərəcəsinə görə 75 manat.
4. İddiaçı cavabdehə müraciət edərək, “dosent” elmi dərəcəsinə görə 75 manat əlavə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını və keçmiş müddət üçün əlavənin birdəfəlik ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina etdiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, elmi adlara görə ödənilən əlavə vəzifə maaşından hesablanan əlavə olmadığından, həmçinin “Əmək pensiyalar ı haqqında” Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr tətbiq edilmiş şəxslərə aid olmadığından həmin əlavənin ona əmək pensiyası təyin edilərkən təminat xərcliyinin tərkibində hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiya almaq hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən pensiyasının son təminat xərcliyinə əsasən (yəni “dosent” elmi adına görə əlavə nəzərə alınaraq) yenidən hesablanması və keçmiş müddət üçün yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir
7. İddia tələbi onunla əsa slandırılmışdır ki, iddiaçının Azərbaycanın Respublikası Silahlı Qüvvələrdə xidmət müddəti təqvimi 22 il, güzəştli 29 il təşkil edir. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2013-cü il tarixli, 0371 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 157-ci maddəsinin ”a” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq Heydər Əliyev adına AAHM-in İdarəetmə kafedrasının baş müəllimi – silsilə rəisi vəzifəsindən azad olunmaqla xx.xx.2013-ci il tarixdən ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Heydər Əliyev adına AAHM rəisinin tədris işləri üzrə müavini – şöbə rəisi vəzifəsini müvəqqəti icra etmiş və həmin müddət ərzində ona pul təminatı sözügedən vəzifə üzrə vəzifə maaşı və həmçinin “dosent” elmi adına görə əlavələr o lmaqla hesablanaraq ödənilmişdir. Buna baxmayaraq cavabdeh inzibati orqana pensiyanın hesablanması üçün yeni məlumat vərəqi göndərilərkən Tədris işləri üzrə müavin – şöbə rəisi vəzifəsinin vəzifə maaşının pul təminatı üzrə deyil, baş müəllim – silsilə rəisi vəzifəsinin vəzifə maaşı üzrə pul təminatına əsasən göndərilmişdir. Bununla bağlı tərəfindən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Həmin məhkəmə gedişatı zamanı cavabdeh (Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi) iddiaçının tələbi ilə razılaşaraq, “dosent” elmi adına görə əlavə də göstərilməklə hazırkı iş üzrə cavabdeh inzibati orqana yeni məlumat vərəqi göndərmişdir. Lakin cavabdeh inzibati orqan bunu nəzərə almamışdır. İddiaçı bununla bağlı cavabdehin hərəkətini qanunsuz hesab edir.
8. Cavabdeh iddiaya qarşı etirazında imtina məktubundakı dəlillərə istinadən iddianın təmin olunmamasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Mehriban Qarayeva) 14 iyul 2023-cü il tarixli, 2-1(112)-6607/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iki dövlət təminatının eyni anda tətbiq edilməməsi, təminatın eyni səviyyədə saxlanmasının həyata keçirilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2021-ci il tarixinədək qüvvədə olmuş 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəs inə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanırdısa, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna edilmişdir. Həmin Qanunun 19-cu maddəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2020-ci il tarixli, 240-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanının 2.1-ci bəndinə əsasən 2021ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının əmək pensiyasının sığorta hiss əsinə əlavə əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunsa da, yenə də “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, yəni dövlət büdcəsindən bir dəfə güzəşt edilmiş şəxslər kimi əmək pensiyaçıları istisna edilmişdir. Göründüyü kimi, həm elmi adlara görə ödənilən əlavələr vəzifə maaşından hesablanan əlavə olmadığından, həmçinin də “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr tətbiq edilmiş şəxslərə aid olmadığından həmin əlavələrin iddiaçıya əmək pensiyası təyin edilərkən təminat xərcliyinin tərkibində hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Odur ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdır
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və İkram Şirinov) 07 mart 2024-cü il tarixli, 2-1(103)-447/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rahib Nəbizadə /məruzəçi/, Nigar Rəsulbəyova və Aida Hüseyn) 24 iyul 2024-cü il tarixli, 2-1(102)-1828/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Q aydaları”na 1 nömrəli əlavə olan məlumat vərəqində 3.4.2-ci bənddə vəzifə maaşından hesablanan digər əlavələr və artımlardan bəhs olunur. Həm “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində, həm də Qaydalarda və ona 1 nömrəli əlavədə hərbi qulluqçunun ehtiyata buraxılan zaman almış olduğu vəzifə maaşı, ona əlavələr və artımlar vəzifə maaşından hesablanan əlavə və artımlarla, o cümlədən rütbə maaşı, ərzaq payı əvəzinə pul kompensasiyası ilə məhdudlaşmamışdır. Hərbi qulluqçu ehtiyata buraxılarkən aldığı məbləğlər (artımlar) məlumat vərəqində əksini tapmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, elmi adlara görə verilən əlavə də artımdır və təminat xərcliyinə daxil edilməlidir. Əks yanaşma yuxarıda bəhs olunan müddəalara zidd olacaqdır. Başqa sözlə, elmi ada görə verilən əlavələrin də artım olması qanunun imperativ tələbidir və başqa cür şərh edilə bilməz.
17. İş materiallarında olan təminat vərəqlərindən görünür ki, iddiaçının 20 ildən artıq iş stajı mövcud olduğundan ona “dosent” elmi adına görə 75 manat əlavə hesablanmışdır. Hazırkı iş üzrə müəyyən edilməli olan hal iddiaçının həqiqətən bu məbləği alması və həmin məbləğdən məcburi sosial sığorta haqqının tutulması ilə bağlı məsələdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya elmi ada görə ödənişlərin aparılması ilə bağlı Müdafiə Nazirliyinə sorğu etməmiş, eyni zamanda ödənişlərin edildiyi təqdirdə həmin ödənişlərdən məcburi sosial sığorta haqqının tutulub tutulmadığını müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən növbəti apellyasiya baxışı zamanı aşağıdakı məsələlər araşdırılıb müəyyən edilməl idir:
1. Müdafiə Nazirliyi tərəfindən iddiaçı barəsində “dosent” elmi adına görə məbləğin hansı vaxtdan məlumat vərəqində göstərilməsi;
2. Məlumat vərəqində “dosent” elmi adına görə qeyd edilən 75 manatın Müdafiə Nazirliyi tərəfindən həqiqətən iddiaçıya ödənilməsi; 3. 75 manatdan məcburi sosial sığorta haqqının tutulması. Bu araşdırmanın nəticəsindən asılı olaraq mübahisə mahiyyəti üzrə həllini tapa bilər. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Günel Abbasova) 12 dekabr 2024cü il tarixli, 2-1(103)-3734/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təm in edilmiş, iddiaçının əmək pensiyasının – məlumat vərəqi üzrə hərbi xidmətdən buraxıldığı günə təminat xərcliyinin tərkibində təsbit edilən “dosent” elmi adına görə ödənilən 75 manat əlavə nəzərə alınmaqla yenidən hesablanması və bununla bağlı sonuncu müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün ona ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya pensiya təyin edilərkən məlumat vərəqi üzrə təminat xərcliyində təsbit olunan “dosent” elmi adına görə aldığı 75 manat əlavə əmək pensiyası hesablanarkən nəzərə alınmamışdır. iddiaçı, “dosent” elmi adına görə ona ödənilən 75 manat əlavə təsbit olunmuş yeni məlumat vərəqinin göndərilməsinə nail olmaqla, 2013-cü ildə təyin edilmiş əmək pensiyasının yenidən hesablanma sı barədə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, elmi adlara görə ödənilən əlavələrin vəzifə maaşından hesablanan əlavə olmadığı, həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr tətbiq edilmiş şəxslərə aid edilmədiyi nəzərə alınaraq həmin əlavələrin əmək pensiyası təyin edilərkən təminat xərcliyinin tərkibində hesablanması qanunvericiliyin tələbləri baxımından, mümkün deyildir.
20. Qeyd edilməlidir ki, konkret halda, iddiaçının elmi dərəcəsi (fəlsəfə doktoru (elmlər namizədi), elmlər doktoru) mövcud olmadığından qeyd olunan maddi hüquq normalarının iddiaçıya münasibətdə tətbiq edilməsi istisna olunur. İşin hallarına görə iddiaçının təminat xərcliyi nin tərkibində “dosent” elmi adına görə hərbi xidmətdən buraxıldığı günə 75 manat məbləğində əlavə aldığı təsbit olunmuşdur. Eyni zamanda, hazırkı mərhələdə məhkəmə kollegiyası tərəfindən, iddiaçıya sözügedən əlavənin reallıqda ödənilib-ödənilmədiyi, ödənilmişdirsə həmin əlavədən məcburi sığorta haqlarının tutulub-tutulmadığı barədə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə sorğu verilmişdir. Sonuncunun xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş iddiaçının Heydər Əliyev adına Hərbi İnstitutda çalışdığı 2008-2013-cü illərdə təminat xərcliyi (əmək haqqı) cədvəlindən aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 98 nömrəli qərarında nəzərdə tutulan əlavə həmin ildən ehtiyata buraxıldığı günədək məcburi dövlət sosial sığorta haqları ondan tu tulmaqla, iddiaçıya ödənilmişdir. Beləliklə, iddiaçının “dosent” elmi adı nəzərə alınmaqla, onun əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlər mövcuddur. Əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, cavabdeh iddiaçıya, onun əmək pensiyasını sonuncu müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün yenidən hesablayıb ona ödəməli olduğu halda, qanunla üzərinə düşən bu öhdəliyi əsassız olaraq yerinə yetirməmiş, iddiaçının hüquqlarını pozmuşdur.
21. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
22. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onu n imtinasının və iddiaya qarşı etirazının dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara a ylıq pul ödənişidir; Maddə 1.0.3. hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Maddə 1.0.15. əmək pensiyasının müəyyən edilməsi – əmə k pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 19.2 (xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Madd ə 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. 26. “Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 98 nömrəli qərarı
1. Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə aşağıdakı əlavələr müəyyən edilsin: ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (e lmlər namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq — 60 manat; ixtisası üzrə işləyən elmlər doktorlarının elmi dərəcəyə görə vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq — 100 manat; dosent elmi adına görə: iş stajı 5 ildən 10 ilə qədər olduqda — 25 manat; iş stajı 10 ildən 15 ilə qədər olduqda — 50 manat; iş stajı 15 ildən 20 ilə qədər olduqda — 75 manat; iş stajı 20 ildən artıq olduqda — 100 manat;
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Hazırkı icr aat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil e tdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun imtinasının və iddiaya qarşı etirazının dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhk əməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbinin hazırkı kassasiya icraatının predmetini təşkil edən hissədə təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyas ı məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 2-1(103)-3734/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.