Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1183/2025 25.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsasın olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xi dməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(103)-4138/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışla müəyyən edilir ki, B akı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (daşınmaz əmlakın ümumi sahəsi – 110.30 kv.m, Torpaq sahəsinin ölçüsü – 0.097530 ha) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********40 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi (vahid əmlak) üzərində mülkiyyət hüququnu tanınmış və adına xx.xx.2023-cü il tarixdə dövlət reyestrindən elektron çıxarış hazırlanmışdır.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək “daşınmaz əmlakın reyestr nömrəsi *** *******70-1301 olan qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və xx.xx.2023-cü il tarixli reyestr nömrəsi **********70-1301 olan fərdi yaşayış evi texniki pasportuna düzəliş edilərək, müvafiq olaraq çıxarışda “torpaq sahəsinin ölçüsü (hektarla)”, texniki pasportda isə “sənəd üzrə torpaq sahəsinin ölçüsü” qrafalarında düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0.16453 ha qeyd edilməsini xahiş etmişdir.
4. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, araşdırma zamanı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünva n 1 ünvanında yerləşən daşınmaz əmlaka dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”da və texniki pasportda göstərilən torpaq sahəsinin ölçüsünün (975 kv.m) torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd əsasında verildiyi, eləcə də faktiki istifadə kimi qeyd etdiyi torpaq sahəsinin əlavə sahə olduğu və həmin sahəyə dair hüquqmüəyyənedici sənədin təqdim edilmədiyi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “daşınmaz əmlakın reyestr nömrə si **********70-1301 olan qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və xx.xx.2023-cü il tarixli reyestr nömrəsi **********70-1301 olan fərdi yaşayış evi texniki pasportuna düzəliş edilərək, müvafiq olaraq çıxarışda “torpaq sahəsinin ölçüsü (hektarla)”, texniki pasportda isə “sənəd üzrə torpaq sahəsinin ölçüsü” qrafalarında düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0.16453 ha qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində yalnış olaraq göstərilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli Çıxarışda istifadədə olan torpaq sahəsi 15 sot qeyd edilmişdir. Lakin xx.xx.2023-cü il tarixli Çıxarışda isə mülkiyyətə verilən torpaq sahəsi kimi yalnız 9 sot ərazi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli Texniki pasportda faktiki torpaq sahəsi kimi 16 sot qeyd edilsə də, sənəddə 9 sot torpaq sahəsi qeyd edilmişdir. Hətta Xidmətin əməkdaşları əraziyə ölçüyə gələrkən, faktiki ərazinin 17 sot olduğunu qeyd etmişlər, lakin sənədə torpaq sahəsi üzrə qeydiyyatı daha az ölçü ilə aparmışdılar. O, heç bir torpaq sahəsini zəbt etməmiş, onun istifadəsində olan torpaq sahəsi digər şəxslərin mülkiyyət hüquqlarını pozmamışdır. Dəfələrlə yaranmış problemin aradan qaldırılması üçün müxtəlif dövlət orqanlarına müraciət etsə də, həmin qurumlar problemin aradan qaldırılması üçün heç bir səy göstərməmişl ər. Cari məsələyə aydınlıq gətirmək üçün tərəfindən dövlət və bələdiyyə orqanlarına müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq, Xəzər Rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş 01.11 2023-cü il tarixli 95 saylı cavab məktubunda qeyd edilmişdir ki, onun mülkiyyətində olan torpaq sahəsi faktiki olaraq 0.16 ha təşkil edir. Bakı şəhəri Xəzər RİHB X5 Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli, 5-12-212-360/2023 saylı cavab məktubunda isə qeyd edilmişdir ki, onun mülkiyyətində olan torpaq sahəsinə 1969cu ildən bu günə qədər heç bir artırma edilməsi barədə nümayəndəlikdə məlumat yoxdur. 1 saylı Bakı Ərazi İdarəsinə sorğuya cavab olaraq, ona xx.xx.2023-cü il tarixdə təqdim edilmiş xx.xx.1991-ci il tarixli qərarda isə torpaq sahəsi texniki yanlışlıqda 975.3 kv.m göstərilmişdir. Çünki, İcra Nümayəndəliyi tərəfindən də verilmiş sənəd də qeyd edilir ki, 1969-cu ildən həmin sahəyə heç bir artırılma olmamışdır. 1 saylı Bakı Ərazi İdarəsinin sorğudan sonra təqdim etdiyi arxiv sənədinin mövcudluğundan isə heç zaman xəbəri olmamışdır. Bundan başqa o, məhz 16 sot ərazi üçün vergi ödəyir. Belə ki, bu ərizəyə nümunə kimi əlavə edilmiş tədiyyə bildirişində də onun 9.87 azn vergi ödəməli olduğu bildirilmişdir. Vergilər Məcəlləsinin 206.3-cü maddəsinə əsasən torpaq sahəsi 10000 m2dək olduqda, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq sahəsinə görə 0.6 misli vergi ödənilir. Onun ödədiyi 9.87 azn vergini 0.6-ya böldükdə isə 16.45 alınır. Heç bir zəbt olunma, heç bir artırma olmadığı təqdirdə faktiki olaraq, 16.45 ha olan torpaq sahəsinə texniki olaraq yalnışlıqla 9 sot qeyd edildiyi üçün, həqiqəti görməzdən gələrək, torpaq sahəsinin ölçüsünün həqiqətə uyğun olmayan rəqəmlərlə göstərilməsi kobud şəkildə qanunvericiliyin və insan hüquqlarının pozulmasıdır. Belə ki, cavabdeh orqan ona məxsus torpaq sahəsinin bir qisminə əlavə sahə desə də, həmin sahənin əslində kimə məxsus olması, onun nə vaxt həmin sahəni zəbt etməsi barədə heç bir dəlil göstərməmişdir.
7. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5975/2024 saylı, 05 avqust 2024-cü il tarixli qərarı ilə (hakim X1) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, İddiaçı faktiki sahibliyində torpaq sahəsinin ölçüsünün 0.16453 ha olması mübahisə predmeti deyil, lakin, t orpağın 975 kv.m hissəsindən kənarda qalan hissəsinə mülkiyyət hüququnun yaranması üçün hər hansı bir hüquqi əsas mövcud deyil.
10. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4138/2024 nömrəli iş üzrə 19 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X2 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5975/2024 saylı, 05 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin q ərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci tarixli 439 saylı Fərmanına istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
15. Belə ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən işin hallarını araşdırmamış, qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir. Baxmayaraq ki, onda olan sənədlər əsasında qeyd edilən torpaq sahəsi üzərində olan hüquqlarının tanınması və qeydiyyatı mümkündür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz tə qdim edilməmişdir. Tətbiq edilən hüquq 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir;... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmi ş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - tor paq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti o rqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsd iqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram: 1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərb aycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiy i halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla); 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlə t reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sa hələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direkto r və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar; 2.8. yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin in şa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə).
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam forma da təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessua l hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı daşınma z əmlakın reyestr nömrəsi **********70-1301 olan, qeydiyyat nömrəsi ********** olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən Çıxarışa və xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********70-1301 olan fərdi yaşayış evinin texniki pasportuna düzəliş edilərək, müvafiq olaraq çıxarışda “torpaq sahəsinin ölçüsü(hektarla)”, texniki pasportda isə “sənəd üzrə torpaq sahəsinin ölçüsü” qrafalarında düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0.16453 ha qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir.
25. İşə baxan məhkəmələr iddiaçının tələbini əsaslı hesab etməyərkən bildirmişlər ki, iddiaçının tələbinin yönəldiyi torpaq sahəsinə münasibətdə hər hansı hüquqmüəyyənedici sənədi olmadığından onun iddia tələbi əsaslı tələb kimi qəbu l edilə bilməz.
26. Apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verən iddiaçı iddia tələbinin əsaslı olmasını bildirir və onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
27. Kassasiya şikayətini işin halları ilə əlaqəli şəkildə təhlil edən məhkəmə kollegiyası iddiaçının iddia tələbinin əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və öz mövqeyini aşağıdakı kimi şərh edir.
28. İddia tələbindən göründüyü kimi, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanda yerləşən 0.16453 ha (0.0975 ha torpaq sahəsi daxildir) torpaq sahəsinə mülkiyyət hüquqlarının təsdiq edilməsini tələb etmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlər iddiaçının tələbinin əsaslı t ələb olmamasına dəlalət edir. Belə ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 05 dekabr 2024-cü il tarixli iş materiallarına əlavə edilmiş məktubundan görünür ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanda yerləşən 0.0151 ha torpaq sahəsi dövlətin istifadədə olan torpaq sahəsi kimi qeyd edilmiş, lakin sonradan iddiaçının təqdim etdiyi 1969-cu il tarixli texniki pasportda və atası Nəcəfqulu Rzaqulu oğlunun adına verilmiş ilkin hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin 0.0975 ha olması nəzərə alınaraq İddiaçı adına 0.0975 ha ölçüsü olan torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli dövlət reyestrindən elektron çıxarış tərtib edilmişdir.
30. Eyni zamanda qeyd etmək lazımdır ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamədən görünür ki, şəhadətnamə verilən miras əmlak kütləsi X7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 110,3 kv/m olan, 3 otaqlı fərdi yaşayış evindən mərhum X7 məxsus 3/5 hissədən ibarətdir. 31.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (daşınmaz əmlakın ümumi sahəsi – 110.30 kv.m, Torpaq sahəsinin ölçüsü – 0.0151 ha) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
32. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş texni ki pasporta Bakı Şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 2 fərdi yaşayış evinə məxsus torpaq sahəsinin ölçüsü 0.0975 ha göstərilmişdir. 33.Yuxarıda qeyd edilən hallarla əlavə olaraq məhkəmə kollegiyası bildirir ki, Bakı Şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 2 fərdi yaşayış evinə məxsus Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş texniki pasport qanunvericiliyin tələbinə uyğun olaraq İdarə tərəfindən nəzərə alınmış və həmin texniki pasportda torpaq sahəsinin ölçüsü 0.0975 ha olaraq göstərilmişdir.
34. Bunda əlavə xüsusi ilə qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktlarıdan görünür ki, İddiaçı miras əmlak kütləsinə malik olan yeganə vərəsədir. Nəzərə alınmalıdır ki, xx.xx.2022-ci ildə İddiaçı adına verilm iş çıxarışda göstərilmiş torpaq sahəsinin onun adına qeydiyyata alınması ilə bağlı hər hansı bir qeyd yox idi. Yəni sonradan verilmiş xx.xx.2023-ci il tarixli mülkiyyət hüququna dair çıxarışda 975 kv.m torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun qeyd olunmasına əsas mərhum atasının adına Əzizbəyov rayon X6 07 noyabr 1991-ci il tarixli qərarı olmuşdur. Belə ki, həmin qərara əsasən mərhum Nəcəfqulu Rzaqulu oğlunun sahibliyində olan 3 otaqlı evin 975 kv.m torpaq sahəsinin üzərində yerləşməsi və mənzilin dövlət qeydiyyatına alınmasına razılıq verilmişdir.
35. Bundan başqa mərhum Nəcəfqulu Rzaqulu oğlunun sahibliyində olan fərdi yaşayış evinə tərtib edilmiş 1969-cu il tarixli texniki pasportun surətindən görünür ki, torpaq sahəsinin ölçüsü 975 kv.m təşkil edir. Hal-hazırda İddiaçı fak tiki sahibliyində torpaq sahəsinin ölçüsünün 0.16453 ha olması mübahisə predmeti deyil, lakin, torpağın 975 kv.m hissəsindən kənarda qalan hissəsinə (974,83547 ha) mülkiyyət hüququnun yaranması üçün hər hansı bir hüquqi əsas mövcud deyil.
36. Bu baxımdan məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən iddiaçıya məxsus pay hüququ yalnız Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 110,3 kv/m olan, 3 otaqlı fərdi yaşayış evinə aid olduğundan və həmin fərdi yaşayış evinə məxsus torpaq sahəsinin ölçüsü 975 kv.m təşkil etdiyindən cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin ölçüsünün 0.16453 ha qeyd edilməsindən haqlı olaraq imtina edilmişdir.
37. Beləliklə, yuxarıdakı halları ümumiləşdirən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən daşınmaz əmlak üzərində hüquqların təsdiqi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmiş daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilən sənədləri təqdim etmədiyindən onun tələbi əsassız olmuş və bu tələbin təmin edilməməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə isə qanunvericiliyə uyğun olmuşdur.
38. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı t ərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 21(103)-4138/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.