Məhkəmə qərarları › İş №2-1(102)-1191/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1191/2025

17.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1191/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Öhdəliklərin İdarə edilməsi Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Öhdəliklərin İdarə edilməsi Baş İdarəsinə qarşı “ölkədən ge tmək hüququnun məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 05 dekabr tarixli, 2-1(103)3662/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MMC xx.xx.2018-ci il tarixdə vergi ödəyicisi kimi ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə qeydiyyatdan keçmiş, qanuni təmsilçisi olaraq İddiaçı (iddiaçı) göstərilmişdir.

2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə olan ümumilikdə 110618,17 manat vergi borcunun ödənilməsini təmin etmək üçün "xxxx" MMC-nin icra orqanının rəhbəri İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)1410/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə vergi orqanın ərizəsi təmin edilərək, İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 3. "xxxx" MMC-nin şikayət ərizəsi əsasında qəbul edilmiş inzibati şikayətin təmin edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********35590 nömrəli qərarla Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər Baş idarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********388200, xx.xx.2020-ci il tarixli **********680500 nömrəli və xx.xx.20 20-ci il tarixli **********000500 nömrəli qərarların ləğv edilməsi, Bakı şəhəri Lokal gəlirlər Baş idarəsinə isə qərarın icrası ilə bağlı MMC-nin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsini tapşırılmışdır.

4. İddiaçı vergi orqanına müraciət edərək "xxxx" MMC-nin vergi borcunun olmadığını və fəaliyyət göstərmədiyini nəzərə alaraq, onun ölkədən getmək hüququnun məhdudlaşıdırlmasının götürülməsini xahiş etmişdir. Bununla bağlı vergi orqanının cavab məktubunda "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixə 110.618,17 manat məbləğində vergi borcu olduğu bildirilərək müraciət təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1410/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilmiş, "xxxx" MMC-nin dövlət büdcəsinə xx.xx.2020-ci il tarixə 110.618,17 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə "xxxx" MMC-nin icra orqanının rəhbəri İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. "xxxx" MMC vergi ödəyicisi kimi xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmiş, 2018-ci ildə 3.270.1450,80 manat məbləğində mal ixrac etmiş, həmin malların satışına görə 2018-ci ildə 196208,75 (3270145,80 x 6%) manat dövlət büdcəsinə vergi ödənilmişdir. Gömr ük bəyannamələrinin xx.xx.2018 və xx.xx.2018-ci il tarixdə gömrük rəsmiyyətindən keçirildiyi, həmin malların MMC tərəfindən 2018-ci ilin 4-cü rübündə satıldığı, müvafiq dövr üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində bəyan edildiyi müəyyən edilmişdir. Lakin həmin bəyannamələrin arxivləşməsi 2019-cu ilin yanvar ayına düşmüş, ona görə də uyğunsuzluq yaranmışdır. Uyğunsuzluğun nəzərə alınması barədə müraciətə vergi orqanı tərəfindən baxılmış və uyğunsuzluqlar aradan qaldırılmışdır. Bundan əlavə çoxsaylı şikayətləri əsasında inzibati araşdırma aparılmış və xx.xx.2020-ci il tarixdə inzibati şikayətin təmin edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli ****** ****388200, xx.xx.2020-ci il tarixli **********680500 və xx.xx.2020-ci il tarixli **********000500 nömrəli qərarlar ləğv edilmiş, icrası ilə bağlı MMC-nin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsi tapşırılmışdır. Beləliklə, MMC-nin heç bir vergi borcunun olmadığı öz təsdiqini tapmışdır. Eyni zamanda, MMC-nin fəaliyyəti xx.xx.2019cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. Lakin xeyli vaxt keçməsinə və iddiaçının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülmür.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə dair təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, 2019-cu ilin sentyabr ayı üzrə ƏDV və mənfəət vergisi bəyyannaməsi üzrə cəmi 112360,51 manat məbləğin ŞHV-nin “kameral yoxlanılmalı məbləğ” sətr ində əks olunmuşdur. Vergi orqanı tərəfindən uçot və hesabat məlumatlarının yoxlanılması, əlaqəli məlumatların təhlil edilməsi zamanı vergi ödəyicisi tərəfindən əmtəəsiz (və ya riskli) əməliyyatların aparıldığı müəyyən olunmuşdur. "xxxx" MMC riskli vergi ödəyicisi qrupunda olduğu müəyyən edildiyi üçün kameral yoxlanılmalı məbləğin aradan qaldırılması təmin edilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2024-cü il 12 iyul tarixli, 2-1(112)-3548/2024 nömrəli qərarı ilə (hakim A.F.Hüseynov) iddia təmin edilmiş, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsinin üzərinə qoyulmuş dur.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən yekun olaraq göstərmişdir ki, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində təsbit olunmuş tələb vergi orqanın diskresion səlahiyyəti yox, borcudur. Başqa sözlə, həmin normada nəzərdə tutulmuş şərtin baş verdiyi hər bir halda, vergi orqanı məhdudiyyətin götürülməsi barədə qərar qəbul etməlidir.

10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 05 dekabr tarixli, 2-1(103)-3662/2024 nömrəli qərarı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və G.M.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş, Bak ı İnzibati Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2-1(112)-3548/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, şikayət instansiyasının xx.xx.2020-ci il tarixli **********35590 nömrəli qərarı qüvvədə olduğu halda, iddiaçının üzərinə kameral yoxlamanın nəticələrinə dair vergi öhdəliyi qoyan qərarı ilə iddiaçının şəxsi hesab vərəqinə işlənilmiş vergilər və ona hesablanmış faizlər artıq qüvvəsini itirmiş və əhəmiyyətsizdir.

13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Ca vabdehin kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludurlar. Bu günə qədər, 110618,17 manat məbləğində borc iddiaçının rəhbəri olduğu "xxxx" MMC tərəfindən ödənilməmişdir. Yəni, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmamışdır. Hazırda ölkədən getmə hüququ məhdudlaşdırılan şəxsin rəhbəri olduğu MMC tərəfindən dövlət büdcəsinə olan vergi borcu ödənilmədiyi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudl aşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. Həmçinin məhkəmə etirazda göstərilən, iddiaçı tərəfindən riskli əməliyyatların araşdırılmasını da etmədən müvafiq qənaətə gəlməklə, müvafiq qərarı qəbul etmişdir. Məlum olduğu kimi, MMC-nin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında məqsəd MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etməkdir. Qeyd olunan məqsədə nail olunması həmin şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması anlamına gəlir. Lakin MMC-nin şəxsi hesab vərəqəsindən aydın olduğu kimi belə bir hal baş verməmişdir. Eyni zamanda, iddiaçının rəhbəri olduğu "xxxx" MMC müvafiq riskli əməliyyatları apardığı üçün onun barəsində “Vergi ödəyicisinin riskli hesab edilməsi ba rədə” qərar qəbul edilmişdir. Və həmin hal, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Hər iki instansiya məhkəməsində riskə əsas olmuş hallar araşdırılmadan, əsassız olaraq, borcun tərkibi müəyyən edilmədən, hər iki məhkəmə əsassız olaraq müvafiq nəticəyə gəlinmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsi: Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları:... 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur....

17. İnzibati Prosessual Məcəllə: Madd ə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadı nı) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə etiraz məktubu və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsi nin araşdırmaları yetərli hesab olunur.

22. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə 110.618,17 manat vergi borcunun olması MMC-nin direktoru olan iddiaçı barəsində məhdudiyyətin tətbiqinə əsas yaratsa da, sonradan vergi ödəyicisinin şikayəti əsasında vergi orqanı tərəfindən aparılmış inzibati araşdırma ilə MMC-nin 2018-ci il üzrə hesablanmış vergi məbləğini dövlət büdcəsinə ödədiyi, 2019-cu il ərzində isə MMC tərəfindən hər hansı malların alınmadığı, idxal əməliyyatlarının aparılmadığı və müvafiq olaraq da vergi öhdəliyinin də yaranmadığı müəyyən edilmişdir. Bu na görə də, inzibati şikayətin təmin edilməsi haqqında xx.xx.2020ci il tarixli **********35590 nömrəli qərarla Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər Baş idarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********388200, xx.xx.2020-ci il tarixli **********680500 nömrəli və xx.xx.2020-ci il tarixli **********000500 nömrəli qərarların ləğv edilməsi, Bakı şəhəri Lokal gəlirlər Baş idarəsinə isə qərarın icrası ilə bağlı MMC-nin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsini tapşırılmışdır. Bu qərarın hazırda qüvvədə olması ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxdığını təsdiq edir.

24. Cavabdeh kassasiya şikayətində iki dəlilə istinad etmişdir – şəxsi hesab vərəqəsində kameral yoxlanılmalı məbləğ əks etdirilmişdir, eləcə də "xxxx" MMC müvafiq riskli əməliyyatlar apardığı üçün onun barəsində “Vergi ödəyicisinin riskli hesab edilməsi barədə” qərar qəbul edilmişdir. Kollegiya qeyd edir ki, hər iki istinad olunan hal iddiaçı barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas yaratmır. Belə ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün ilkin olaraq vergi ödəyicisinin yerinə yetirilməmiş vergi öhdəliyi mövcud olmalıdır. Cavabdehin istinad etdiyi hallar isə vergi öhdəliyinin mövcudluğunu təsdiq etmir. Nəhayət, cavabdeh Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)1410/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin çıxarılmasına əsas təşkil edən vergi öhdəliyinin hazırda mövcudluğunu (inzibati şikayətin təmin edilməsi haqqında xx.xx.2020ci il tarixli **********35590 nömrəli qərar nəzərə alınmaqla) da sübut edə bilməmişdir.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 05 dekabr tarixli, 2-1(103)-3662/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar