Məhkəmə qərarları › İş №2-1(102)-1192/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1192/2025

24.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1192/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 18 dekabr tarixli, 2-1(103)-2754/2024 nö mrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmrlə “X7” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən İddiaçı 28 dekabr 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş məvacibin ona ödənilməsi vəzifəsinin cavabdehə həv alə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 noyabr 2020-ci il tarixli əmri ilə iddiaçı “X7” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 noyabr 2020-ci il tarixli əmri rəsmi qaydada iddiaçıya təqdim edilməmiş və o, əmrlə tanış olmamışdır. İddiaçının əmək kitabçası ona poçt vasitəsilə 25 yanvar 2021-ci il tarixində çatdırıldıqdan və həmin vaxt əmək kitabçasında qeyd olunan məlumatlardan məlum olmuşdur ki, o, cavabdehin 25 noyabr 2020-ci il tarixli, **********0 nömrəli əmri ilə “X7” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş həmin əmr əsassızdır və onun əmək hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, A.Şeyxzadənin işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin 15 sentyabr 2020-ci il tarixli **********7 nömrəli xidməti məruzəsi olmuşdur. Məruzədən göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 avqust 2020-ci il tarixli, **********5 nömrəli əmrinə əsasən Nazirlik yanında X5 Xidmətinin Mərkəzi laboratoriyasında 01 yanvar 2016-cı il tarixdən 01 iyul 2020-ci i l tarixədək olan dövrdə iş yerlərində (müəssisə, idarə və təşkilatlarda) əmək qanunvericiliyinə əməl olunması ilə bağlı həyata keçirilmiş nəzarət tədbirlərinin və funksional vəzifələrin icrası vəziyyətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunmuşdur. Məruzədə göstərilir ki, müəssisə, idarə və təşkilatlarda iş yerlərinin əməyin mühafizəsinə və əmək şəraitinə dair norma və standartlara uyğunluğunu, zəruriliyini, ağırlığını və gərginliyini müəyyənləşdirmək üçün ölçü və yoxlamaların aparılması, həmçinin iş yerlərinin attestasiyasının keçirilməsində və əmək şəraitinin yoxlanılmasında attestasiya komissiyalarına texniki və metodiki kömək göstərilməsi, regional laboratoriyaların fəaliyyətinə nəzarət olunması, işlərin səmərəli nə yetirilməsi üçün onlara texniki və met odiki kömək göstərilməsi, laboratoriyanın balansında olan əsas vəsaitlərin inventarizasiyasının aparılması və faktiki vəziyyəti, daxil olmuş müraciətlərin araşdırılması zamanı nöqsanlara yol verilmişdir. A.Şeyxzadənin icraatında olan iş yerlərində attestasiya komissiyalarına kömək göstərilməsi instrumental ölçmələrin aparılması ilə bağlı bir neçə müraciət üzrə iş yerlərində aparılmış ölçmələrə dair tərtib olunmuş protokollarda və verilmiş rəylərdə nöqsanlara yol verdiyi, protokollarda istinad olunan bəzi normativ sənədlərin mövcud olmadığı və ya düzgün normativ bənədlərə istinad olmadığı, beynəlxalq sənədlərin rəsmi adlarının dəyişdirilərək yazıldığı, qeyrinormativ sənədlərə istinad olunduğu, müəyyən olunmuş norma və kateqoriyaların düzgün göstərilmədiyi, ölçməsi aparılmış sahələrin ayrı ca göstərilmədiyi müəyyən olunmuşdur. Həmçinin daha əvvəl İddiaçı barəsində 30 aprel 2020-ci il tarixdə “X7” Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə əsasən intizam tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş məvacibin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin protokol qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (O.Həsənov) 2023- cü il 16 yanvar tarixli, 2-1(112)190/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli, **********0 №-li əmri ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməmişdir. Belə ki, bir daha qeyd olunur ki, cavabdeh tərəfindən iddiaçının işdən azad olunması üçün əsas göstərdiyi hallar (protokollarda tozun ölçü və göstəricilərin; “yol verilən h ədd” düzgün qeyd olunmaması, ölçü aparılan otaqların sahəsinin yazılmaması və s.) məhkəmə icraatı zamanı mötəbər dəlillər ilə təsdiq olunmadığından, həmçinin cavabdeh tərəfindən inzibati icraat prosessual qənaət baxımından düzgün aparılmadığından, o cümlədən də iddiaçının ilkin olaraq “öz xahişi ilə işdən azad edilməsi” barədə ərizə ilə müraciət etdiyi (əmək kitabçasında edilən düzəliş və bildiriş əsasında) kifayət qədər ciddi ehtimalı olduğundan, eyni zamanda iddiaçının yaş, cinsiyyət və s faktoru və əlilliyi olan şəxs olması bilavasitə onun “X7” Qanunun 33.1.6-ci maddəsi ilə işdən azad olunması üçün əsas vermir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmri ləğv edilməli, iddiaçı işə bə rpa edilməlidir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, C.Yusifov və P.Hüseynov) 2023-cü il 14 noyabr tarixli, 2-1(103)-2410/2023 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2023-cü il 16 yanvar tarixli, 2-1(112)- 190/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini və ya mümkün sayılmaması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

13. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.Nəbizadə /sədrlik edən və məruzəçi/, A.Hüseyn və S.Kərimov) 2024-cü il 25 aprel tarixli, 2-1(102)-895/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2023-cü il 14 noyabr tarixli, 2-1(103)-2410/2023 nömrəli qərarı ləğv edilərək təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

14. Kollegiya qeyd etmişdir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında aparılan ölçmə işlərinin rəsmiləşdirilməsinə dair sınaq protokolları ilə bağlı cavabdeh tərəfindən irəli sürülən müla hizələrə məhkəmə kollegiyası münasibət bildirərək qeyd edir ki, cavabdeh inzibati orqan bununla bağlı arayışda qeyd edir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında iddiaçı tərəfindən aparılan ölçmə işləri sınaq protokolları ilə rəsmiləşdirilmiş, 253,256 və 259 №-li protokollarda “yol verilən hədd” düzgün qeyd olunmamış, ölçü aparılan otaqların sahəsi yazılmamış, 244 №-li protokolda hava axını barədə qeyd aparılmamış, 252 və 258 №-li protokollarda radiasiya normaları qeyd olunmamış, 254 №-li protokollarda tozun ölçü və göstəriciləri yazılmamış, 261№-li protokolda titrəyiş norması düzgün yazılmamış (40 yazılıb, 80 olmalıdır, 262 №-li protokolda istinad olunan sənəd (ГОСТ 12.1.00-88) toz ölçüsünə aid deyil, mikroiqlimə şamil olunur. 263 №-li protokolda temperatur 22-28 yazılıb, ancaq norma 22-24 olmalıdır. 266 №-li protokolda ionlaşmayan şüalanma göstəricisi 25-2,5 olmalıdır, lakin 10 yazılmışdır.

15. Göründüyü kimi, cavabdehin bu hissədə əsaslandığı hal, sınaq protokollarında əks olunan ölçmə göstəricilərinin düzgün olmaması, bəzilərində qeyd olunmaması, həmçinin düzgün sənədə istinad olunmaması (ГОСТ) ilə bağlıdır.

16. Birinci instansiya məhkəməsi tərtib olunmuş sınaq protokollarında əks olunan göstəricilərin düzgünlüyünün müəyyən edilməsini xüsusi bilik tələb edən sahəyə aid olduğunu hesab edərək, həmin hissədə mühəndis-texniki ekspertizası təyin etmiş və ekspertiza tədqiqatının həyata keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş məlumat xarakterli məktubunda qeyd olunmuşdur ki, qərardadla mühəndis-texniki ekspertizasının qarşısında qoyulmuş sualların həll edilməsi nəinki həmin ekspertiza, hətta hər hansı ekspertiza növünə də aid deyil. Göründüyü kimi ekspert qarşısında qoyulan sualların (sınaq protokollarında əks olunan göstəricilərin əsaslı olub-olmaması ilə bağlı) müəyyən edilməsi xüsusi bilik tələb etdiyi halda, məhkəmə ekspertizalarını keçirən və tədqiqatlar aparan Mərkəz tərəfindən həmin suallara cavab verilməsi mümkün olmamamışdır ki, bu da öz növbəsində həmin protokolların düzgün olub-olmamasının məhkəmə tərəfindən müəyyən edilməsi halını istisna edir.

17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hər nə qədər də cavabdeh sınaq protokollarında qeyd olunan məlumat ların düzgün olmaması ilə bağlı mülahizələr irəli sürsə də, sınaq protokollarda əks olunan məlumatların yoxlanılmasını, düzgün olub-olmaması istiqamətində araşdırmanın məhz bu sahənin mütəxəssisi tərəfindən aparıldığını sübut edə bilməmişdir. Belə ki, məhkəmə icraatı zamanı tərəflərin verdiyi izahatlardan görünür ki, X6 eyni tipli işçi olmamış, hər sahənin öz mütəxəssisləri olmuş, iddiaçı baş laboratoriyanın məsləhətçisi olmuş, onun qulluq funksiyaları bilavasitə X5 Xidməti aparatının müfəttişləri ilə birlikdə müəssisə, idarə və təşkilatlarda əmək şəraitinin ekspertizasını keçirmək, instrumental ölçmələrin aparılması və s. bağlı olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, hal-hazırda həmin vəzifə (Baş laboratoriyanın məsləhətçisi) üzrə hər hansı şəxs işə götürülməmişdir. Buna baxmayaraq, sınaq protokollarında instrumental ölçülər əsasında qeyd olunan göstəricilərin əsassız olmasını müəyyən edən şəxsin, iddiaçı ilə eyni əmək funksiyası icra etdiyi və ya həmin sfera üzrə xüsusi biliyə malik olan mütəxəssis olmasını təsdiq edən hər hansı dəlil olmamışdır. Başqa sözlə desək, sınaq protokollarının əsaslı olub-olmaması məhkəmə ekspertizası zamanı müəyyən olunmadığından (həmin ekspertiza növü olmaması əsası ilə), həmin sahə xüsusi bilik tələb edir və bu sahə üzrə qiymətləndirilmənin aparılması da məhz ixtisaslaşdırılmış, peşəkar mütəxəssis tərəfindən aparılmalıdır. Lakin yoxlamanın bu sahənin mütəxəssisi tərəfindən aparıldığı müəyyən olunmamışdır.

18. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu hissədə gəldiyi nəticəni əsaslı hesab etməyərək bildirir ki, iddiaçının vəzifə funksiyalarının nədən ibarət olması dəqiqləşdirilməmiş, onun hərəkətlərində vəzifə funksiyalarının, o cümlədən “X7” Qanunun 18.0.1, 18.0.2 və 18.0.5-ci maddələrinin pozuntusunun baş verməsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında iddiaçının apardığı ölçmə işlərinin vəzifə funksiyalarına uyğun həyata keçirilibkeçirilmədiyinə hüquqi qiymət verilməmişdir.

19. Cavabdeh apellyasiya şikayətində iddiaçının protokollar hazırlanarkən normativlərdən istifadə etmədiyini, yalnız ölçmələr həyata keçirdiyini, bəzi hallarda ölçmənin aparılmadığını, məhkəmə iclasında iddiaçının ölçmənin səthi aparmasını etiraf etməsini, göstəricilərin heç bir əsas olmadan yazılmasını, təqdim edilmiş protokol nümunələrinin iddiaçının iddiasının əsassız olduğunu təsdiq et məsini, bəhs olunanların iddiaçının əmək funksiyasını düzgün icra etmədiyini, əməkdaşları F.Mirzəyev və A.İsmayılovun bu sahədə ixtisaslaşmış kadrlar olmasına baxmayaraq pozuntuların araşdrılmasında guya sahəvi mütəxəssislərin cəlb edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyinin əsaslı olmamasını və sairə bildirmiş, lakin apellyasiya məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməmişdir.

20. İş materiallarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Laboratoriyasının Əsasnaməsi və mərkəzi laboratoriyanın baş məsləhətçisi vəzifəsinin vəzifə təlimatı əlavə edilmişdir (3-cü cild, səh. 11-19).

21. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında həmin təşkilatlarda ap arılan ölçmə işləri və s. zamanı iddiaçının Əsasnaməyə və işlədiyi baş məsləhətçisi vəzifəsinin vəzifə təlimatına uyğun davranmasını araşdırmamışdır.

22. Kollegiya hesab etmişdir ki, İPM-in 12 və 57-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilmədiyindən, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında iddiaçının apardığı ölçmə işlərinin vəzifə funksiyalarına uyğun həyata keçirilib-keçirilmədiyinə hüquqi qiymət verilmədiyindən, bu təşkilatlara münasibətdə iddiaçı tərəfindən “X7” Qanunun 18.0.1, 18.0.2 və 18.0.5-ci maddələrinin tələblərinə əməl edilməsi yoxlanılmadığından və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilmədiyindən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalı, bu hissədə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. ç) apelyasiya instansiya məhkəməsində aparılan ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Oruczadə /sədrlik edən və məruzəçi/ M.Tağızadə və G.Abbasova) 2024-cü il 18 dekabr tarixli, 21(103)-2754/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2023-cü il 16 yanvar tarixli, 2-1(112)-190/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş məvacibin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edi lməsi barədə iddia tələbi təmin edilməmişdir.

24. Qərarda qeyd edilmişdir ki, məhkəmə kollegiyası iş materiallarına əsasən müəyyən edir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında iddiaçının apardığı ölçmə işləri onun vəzifə funksiyalarına uyğun həyata keçirilməmişdir. Belə ki, Azərbaycan Milli İncənət Muzeyindən və Azərbaycan Qida Təhlükəsizliyi İnstiutundan daxil olmuş xx.xx.2019-cu il tarixli məktublar əsasında iddiaçı tərəfindən instrumental ölçmələr aparılaraq protokollar tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş həmin sınaq protokollarına məhkəmə araşdırması zamanı tərəflərin iştirakı ilə baxış keçirilmişdir.

25. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı mütəxəssis qismində iştirak edən X4 izahatında qeyd e tmişdir ki, İddiaçılə birlikdə yoxlamalarda olmamışdır, iş yerlərinin attestasiyasının keçirilməsi Nazirlər Kabinetinin 38 saylı qərarı ilə tənzimlənir, iş yerlərinin attestasiyası müəssisə rəhbərliyinin əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Azərbaycan Milli İncəsənət Muzeyi ilə bağlı 260 nömrəli protokolda səsküyün ölçülməsi ilə bağlı Rusiya Federasiyasının standartlarına istinad edilmişdir və bu düzgün deyil. Həmin protokolda buraxıla bilən hədd 60 dBA göstərilmiş, digər eyni X1 isə buraxılabilən hədd 75 dBA olaraq göstərilmişdir. Həmçinin ölçmələr nəticəsində faktiki göstəricilər bütün nöqtələrdə eynidir. Yəni, 52-58 dBA qeyd edilib. Lakin ölçmələr aparılan zaman faktiki rəqəmlər göstərilməlidir. Digər 261 nömrəli protokolda titrəyiş amili ölçülmüşdür və yenə Qosta istina d edilmişdir. Həmin standartlarda isə standartların Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən müəssisələrə aid olduğu qeyd edilmişdir. Həmçinin bütün otaqlarda titrəyiş amili eyni qeyd edilmişdir. Həmçinin 244, 250 və 256 nömrəli protokollarla bağlı bildirmişdir ki, toz hissəciklərinin buraxılabilən həddi standartlarda 22-28 dərəcə olaraq qeyd edilmişdir, lakin iddiaçı özü protokollarda 22-24 dərəcə olaraq qeyd etmişdir.

26. Protokollara baxış keçirilərkən müəyyən edilmişdir ki, bir sıra hallarda Rusiya Federasiyasının standartlarına istinad olunmuşdur. Həmin normativ-hüquqi sənədlərin preambula hissəsində standartların Rusiya Federasiyasının ərazisində tətbiq olunması barədə tələblər göstərilmişdir.

27. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı şahid qismində işti rak edən X2 izahatında qeyd etmişdir ki, 2004-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləməyə başlamış, müxtəlif vaxtlarda Əməyin mühafizəsi şöbəsi laboratoriyasında məsləhətçi, Daxili nəzarət və informasiya şöbəsində baş əmək müfəttişi vəzifəsində işləmişdir. İş yerlərinin atestasiyası ilə bağlı müxtəlif vaxtlarda müxtəlif iş yerlərində instrumental ölçmə işləri aparmışdır. Ölçmə işlərinin aparılması üçün, yəni titrəyiş, səs-küy və s. amilin yoxlanılması üçün, fiziki, kimyəvi amilləri ölçmək üçün Azərbaycan Respublikasının hər hansı bir qanunvericilik norması yaxud təlimatı mövcud deyildir. Ona görə də məcbur olub Rusiya Federasiyasının təlimatlarından, ədəbiyyatlarından istifadə edilir. Sırf qeyd edilən amilləri yoxlamaq üçün hər ölkənin mikroiqli minə uyğun təlimatlar olur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, əgər ölçmə işlərinin aparılacağı məkanda otaq sayı çoxdursa hər bir otaq üzrə ölçmə işləri ayrı-ayrılıqda aparılır və protokollarda dəqiq qeyd edilir. Hər bir iş yerinə uyğun sanitar normalar olur. Həmçinin ayrı-ayrı müəssisələrdə buraxılabilən hədd normativlər üzrə fərqli ola bilər. Eyni normativ sənədə istinad olunsa belə bu hədd dəyişə bilər.

28. Beləliklə, iş üzrə aparılmış məhkəmə araşdırmaları zamanı iş materiallarında olan sənədlər əsasında və məhkəmə iclasında iştirak edən tərəflərin verdikləri izahatlar nəticəsində məhkəmə kollegiyasının gəldiyi qənaət ondan ibarət olmuşdur ki, sözügedən iş yerlərində instrumental ölçmə işlərini iddiaçı qulluq funksiyalarına uyğun tam həyata keçirməmişdi r. Belə ki, yuxarıda sadalandığı kimi protokollara baxışdan da aydın olur ki, bəzi protokollarda müxtəlif sahələrdə ölçmələr eyni göstəricilərlə ifadə edilmiş, sahələr üzrə fərqləndirilməmiş, buraxıla bilən hədlərdə fərqlilik müəyyən edilir, bir sıra hallarda Rusiya Federasiyasının standartlarına istinad edilmişdir. Apellyasiya baxışı zamanı verdiyi izahatında da iddiaçı ölçmə işlərini səthi apardığını, ölçmələrin müəssislərin yalnız 20 faizini əhatə etdiyini etiraf etmişdir. Bununla da iddiaçı tərəfindən “X7” Qanunun 18.0.1,18.0.2 və 18.0.5-ci maddələrinin tələblərinə əməl edilməməsi müəyyən edilir.

29. Qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayət inin dəlilləri

30. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “X7” Azərbaycan Respublikasının Qanunu Maddə

18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; Maddə

25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyy əti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 33. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 1 4.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilmə məsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veri lmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüqu q normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya m əhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən mübahisələndirilən qərarın əsaslılığı və qanuniliyi ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsində aparılan təkrar araşdırma zamanı iddiaçı tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında həmin təşkilatlarda aparılan ölçmə işləri zamanı iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Laboratoriyasının Əsasnaməsinə və mərkəzi laboratoriyanın baş məsləhətçisi vəzifəsinin vəzifə təlimatına uyğun davranmaması, iş yerlərində instrumental ölçmə işlərinin iddiaçının qulluq funksiyalarına uyğun tam həyata keçirilmədiyi, iddiaçının ölçmə işlərini səthi apardığı, ölçmələrin müəssislərin yalnız 20 faizi ni əhatə etdi müəyyən edilmiş, bununla da iddiaçı tərəfindən “X7” Qanunun 18.0.1, 18.0.2 və 18.0.5-ci maddələrinin tələblərinə əməl edilməməsi sübuta yetirilmişdir. 42. “X7” Qanunun 25-ci maddəsinə görə, dövlət qulluqçusu həmin Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində töhmət, bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması, həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi, daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi, ixtisas dərəcəsinin bir pillə aşağı salınması və dövlət qulluğundan azad edilmə kimi intizam tədbirlərini tətbiq edə bilər. Həmin intizam tənbeh tədbirlərindən hansının tətbiq edilməsi isə cavabdehin diskresion səlahiyyətlərinə aiddir.

43. Eyni zamanda hazırkı i şin hallarına əsasən cavabdeh tərəfindən mübahisələndirilən inzibati akt qəbul edilərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması, eləcə də diskresion hüququnun həmin səlahiyyətin məqsədinə uyğunsuzluğu ilə bağlı xüsusatlar müəyyən edilmir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 2024-cü il 18 dekabr tarixli, 2-1(103)-2754/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar