Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1193/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı18 və digərlərinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati aktın ləğv edilməsinə dair iddianın qeyri-mümkünlüyü, subyektiv hüququn mövcud olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı18 və digərlərinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2-1( 103)-3198/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2004-cü il tarixdə qəbul etdiyi müvafiq qərarlarla Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli, 14-655 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının əkilməsinin genişləndirilməsi, ərzaq bolluğunun yaradılması məqsədi ilə müxtəlif şəxslərə əlavə yardımçı torpaq sahələri verilmişdir.
2. Eyni zamanda Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2005-ci il tarixdə qəbul etdiyi müvafiq qərarlarla fərdi yaşayış evinin tikintisi üçün müxtəlif şəxslərin hər birinə 1200 kv.metr torpaq sahəsi ayırılmışdır.
3. Sonr adan Cavabdeh başçısının Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2023-cü il tarixli məktubla Cavabdehnə məlumat verərək bildirmişdir ki, 2002-2008-ci illər ərzində Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən ayrı-ayrı vətəndaşlara müvafiq qərarlar əsasında torpaq sahələri ayrılmışdır. Bu isə, hal-hazırda qanuni istifadələrində torpaq sahələri olan vətəndaşlarla onlar arasında böyük mübahisələrə səbəb olur. Məsələ ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, həqiqətən Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən qanuna zidd olaraq ayrı-ayrı vətəndaşlara 2002-2008-ci illərdə torpaq sahələri ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer li icra hakimiyyətləri haqqında Əsasnamə”nin və həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə görə, rayon icra hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəliklərinin torpaq sahələri ayırmaq səlahiyyəti olmamışdır. “İnzibati icraat haqqında” Qanunun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin qəbul etdiyi qərarlar (inzibati akt) səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edildiyi üçün etibarsız hesab edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq, Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 26 nömrəli sərəncamı ilə Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsinin ayırılmasına dair bütün qərarları etibarsız hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı18, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı14, İddiaçı4, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 26 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 6 ha ərazisi olan mübahisəli torpaq sahəsi Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin müvafiq qərarları ilə iddiaçıların adına rəsmiləşdirilmişdir. Cavabdeh başçısı tərəfindən Nardaran qəsəbə sakinlərinə miras qalmış torpaq sahələri üzərində Nardaran qəsəbə nümayəndəliyi tərəfindən sakinlərə təqdim edilmiş qərarların etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 26 nömrəli sərəncam qəbul edilmişdir. Belə ki, Cavabdeh başçısı tərəfindən qəbul edilmiş sərəncamla sözügedən qərarların qanunsuz hesab olunması qəsəbə sakinlərinin həmin torpaq sahələri üzərində hüquqlarının itirilməsinə səbəb olmuşdur. Yəni Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 26 nömrəli sərəncamı ilə Nardaran qəsəbə nümayəndəliyinin qərarları etibarsız hesab edilsə də, həmin torpaq sahələri üzərində sakinlərin istifadə (mülkiyyət) hüquqları digər hüquqmüəyyənedici sənədlər əsasında təmin e dilməli olduğu halda təmin edilməmiş və ya torpaq sahələrinin dövlət ehtiyacları ilə bağlı alınması ilə əlaqədar kompensasiya ödənilməsi həyata keçirilməmişdir.
6. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə yazılı etiraz təqdim edilməmişdir.
7. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh başçısının Nardaran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Səlma Salahova) 05 aprel 2024-cü il tarixli, 2-1(112)-2042/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 26 nömrəli sərəncam ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən mübahisəli sərəncam qəbul edilərkən inzibati icraatla bağlı prosessual normaların tələbləri pozulmuşdur. Belə ki, inzibati orqan inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı fəaliyyət həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməli, inzibati aktı qəbul etməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməli, onların mülahizələrini dinləməlidir. Lakin işdən görünür ki, cavabdeh bu normaların tələblərinə əməl etməmiş, mübahisəli inzibati aktı qəbul edərkən hüquqlarına toxunan şəxslərin dinlənmə hüququnu təmin etməmişdir. Bundan başqa, qanunvericiliyə əsasən, inzibati aktın məzmunu aydın olmalı, həmin inzibati aktda ünv anlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Lakin mübahisələndirilən inzibati aktdan görünür ki, həmin sərəncamla cavabdeh, Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsinin ayırılmasına dair bütün qərarlarını etibarsız hesab etmiş, bununla, inzibati orqan “bütün qərarlar” kimi qeyrimüəyyən ifadədən istifadə etmiş, etibarsız hesab edilən qərarların, yəni inzibati aktların dəqiq rekvizitlərini – inzibati aktın adı, qəbul olunma tarixi, qeydiyyat nömrəsini göstərməmişdir. Bundan əlavə, cavabdeh bu zaman həmin qurumun torpaqayırma səlahiyyətinin olmamasına istinad etsə də, qüvvədə olan qanunvericiliyin yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin a yrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarların hüquqmüəyyənedici sənəd kimi tanınmasını nəzərə almamışdır.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Rəşid Səmədov və Elvin Əliyev) 11 dekabr 2024-cü il tarixli, 2-1(103)-3198/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxla nılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh, 2002-2008-ci illər ərzində Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən qanunsuz qərarlar qəbul edildiyini bildirir. Apellyasiya baxışı zamanı cavabdehə mübahisələndirilən inzibati aktın qəbul edilməsi ilə bağlı aparılmış inzibati icraat materiallarının məhkəməyə təqdim olunması təklif olunsa da, cavabdeh inzibati icraatın həqiqətən də “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparılmasını, ümumiyyətlə inzibati icraatın aparılmasını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdi r. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdə n sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 64.
4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ape llyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prins ipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.
6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiy a instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət məhkəmə qərarının ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhk əmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
25. Hazırkı mübahisədə iddiaçıların hüquqi marağı və məqsədi Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 26 nömrəli sərəncamının ləğvinə nail olmaqdan ibarətdir.
26. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
27. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianı n məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
28. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçıların irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik o lması şərti də yerinə yetirilmiş olmalıdır. 29. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. 30. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Res publikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olu b-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”
31. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtlərini yoxlamalıdır.
32. Hazırkı mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçılara münasibətdə torpaq sahəsinin ayrılmasına dair Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2004-cü il tarixdə və xx.xx.2005-ci il tarixdə müvafiq qərarlar qəbul edilmişdir. Cavabdehin mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 26 nömrəli sərəncamı ilə həmin qərarla r (o cümlədən 2002-2008-ci illərdə qəbul edilmiş qərarlar) onların qanuna zidd olduğuna istinadən etibarsız hesab edilmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 16-cı bəndində istinad edilən normaya əsasən, aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndənin 2001-ci il yanvarın 1dək yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə qərar qəbul etmək səlahiyyəti mövcud olmuşdur. Həmin tarixdən sonra isə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə belə bir səlahiyyətə malik olmamışdır.
34. Hazırkı iş üzrə iddiaçılar tələblərinin əsası kimi, onlara münasibətdə torpaq sahəsinin ayrılmasına dair Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2004-cü il tarixdə və xx.xx.2005-ci il tarixdə qəbul edilmiş müvafiq qərarlara istinad edirlər.
35. Halbuki Cavabdeh başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin həmin tarixlərdə qeyd edilən qərarları qəbul etmək səlahiyyəti olmamışdır. Bundan əlavə həmçinin nəzərə almaq lazımdır ki, bu qərarın 16-cı bəndində istinad edilən normanın təfsiri baxımından, yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin müvafiq şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar yalnız o halda etibarlı sayıla və hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilərdi ki, həmin qər ar yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq qərarı əsasında qəbul edilmiş olsun və ya yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında torpaq sahəsinin bölüşdürülməsi ilə bağlı qəbul edilmiş olsun. Yəni hər iki halda da inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarların və bununla bağlı səlahiyyətin əsası qismində yerli icra hakimiyyəti başçısının müvafiq qərarları çıxış edir və bu istinad olunan normada mütləq şərt kimi nəzərdə tutulmuşdur. Ali Məhkəmənin formalaşmış mövqeyinə görə, belə tənzimləmə səlahiyyətin ötürülməsi kimi qiymətləndirilməli və bu qaydada qəbul olunmuş qərarlar legitim sayılmalıdır.
36. Lakin hazırkı mübahisəyə münasibətdə, inzibati ərazi dairəsi üzrə nümayə ndə tərəfindən müvafiq qərarların 2001-ci il yanvarın 1-dək deyil, 2002-2008-ci illərdə qəbul edildiyi müəyyən olunur. Digər tərəfdən, həmin qərarların bu qərarın 35-ci bəndində qeyd olunmuş səlahiyyətlərin ötürülməsi qaydasında qəbul olunduğu da iş üzrə materiallardan görünmür. Cavabdeh də nümayəndəliyə bununla bağlı hər hansı səlahiyyət ötürmədiyini və bu səbəbdən də həmin qərarları etibarsız saydığını bildirir. İddiaçı və nümayəndəlik tərəfindən isə bu halı təkzib edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
37. Bu qərarın 17-ci bəndində istinad edilən normalara əsasən, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Be lə yanaşma həmin qərarların qəbul edildiyi tarixdə qüvvədə olan normaların mahiyyətindən də irəli gəlir.
38. Bu baxımdan hazırkı məzmunda iddia qaldırmağa iddiaçıların subyektiv hüququ mövcud deyildir. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
39. Göründüyü kimi, iddiaçılar tələblərinin əsası kimi qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılan və heç bir hüquqi nəticə yaratmayan etibarsız i nzibati aktlara istinad edirlər ki, həmin aktlar da onlara hazırkı məzmunda iddia qaldırmaq hüququnu vermir.
40. Apellyasiya instansiyası məhkəməsi isə işin qeyd olunan faktiki və hüquqi hallarını nəzərə almamış, istinad edilən müvafiq normaların təfsirində səhvə yol vermiş və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
42. Beləliklə, məhkəmə kollegiyası h esab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, şikayət qalan hissədə təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2-1(103)-3198/2024 nömrəli qərarı ləğv edilir. İddia mümkün sayılmır. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.