Məhkəmə qərarları › İş №2-1(102)-1194/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1194/2024

04.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1194/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; işin hallarının hərtərəfli araşdırılmaması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı əsasında ayrılmış 600 kv.m torpaq sahəsi barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçünün iddiaçının adına hazırlanmasının vəzifə olaraq cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 2-1(103)1847/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi sədrinin 480 nömrəli 27 aprel 2007ci il tarixli sərəncamı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisindən istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış və tərəflər arasında “Torpaqların alqı-satqısına dair” Akt tərtib edilmişdir.

2. Həmin akta əsasən iddiaçı tərəfindən Binəqədi rayon Binəqədi bələdiyyəsinin hesabına 1056,00 manat ödənilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə qeyd etmişdir ki, təqdim olunmuş “Torpaqların alqı-satqısına dair” Akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmədiyindən sənəd qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, B akı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı əsasında ayrılmış 600 kv.m torpaq sahəsi barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini bu qərarın 1- 4-cü bəndlərində qeyd edilən hallara istinad etməklə əsaslandırmış və bildirmişdir ki, zəruri hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim etdiyi halda, sonuncu əsassız səbəblərdən onun hüquqlarını qeydə almaqdan imtina etmişdir.

7. Cavabdeh tərəfindən iddia tələbinə imtina məktubuna uyğun yazılı etiraz verilərək qeyd olunmuşdur ki, bələdiyyə torpağının mülkiyyətə verilməsi barədə bələdiyyə qərarı orqana təqdim edilməmiş, təqdim olunmuş alqı-satqı müqaviləsi isə ləğv edilmiş Dövlət Torpaq və Xəritə çəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən cavabdehə təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisi qeyri-dəqiq olmaqla, istinad məsafələri və ölçüləri faktiki göstərilən torpaq sahəsinə uyğun gəlmir. Odur ki, iddianın rədd edilməsi xahiş olunmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(112)-8695/2022 nömrəli qərarı ilə (hakim M. Hacıbəyova) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Əlavə olaraq, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Cavabdeh isə qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmiş, iddiaçının adına torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməli olduğu halda bütün bunları etməmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b ) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 2-1(103)-1847/2023 nömrəli qərarı ilə (hakimlər: R. Səmədov - sədrlik edən və məruzəçi, X. Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər - bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında bələdiyyə qərarının təqdim edilməməsi, təqdim olunmuş alğı-satqı müqaviləsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi, baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin dövlət mülkiyyətində olması, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş cizginin qeyri-dəqiq olmaqla istinad məsafələri və ölçülərin faktiki göstərilən torpaq sahəsinə uyğun gəlməməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas deyildir.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətində göstərilmiş hallar kifayət qədər araşdırılmadığından və iş üzrə ekspertiza keçirilmədiyindən apellyasiya məhkəməsinin qərarı ləğv, iddia tələbi i sə rədd edilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istif adəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəm ə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydad a əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və nəticədə iş üzrə əsassız qərar qəbul edilmişdir.

21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

22. İş materiallarında qeyd olunanlara əsasən, Binəqədi qəsəbə bələdiyyəs i sədrinin 480 nömrəli 27 aprel 2007-ci il tarixli sərəncamı ilə iddiaçıya Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır.

23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı da yuxarıda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsinə yönəlmişdir.

24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən qeyd etmişdir ki, Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında bələdiyyə qərarının təqdim edilməməsi, təqdim olunmuş alğı-satqı müqaviləsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi, baza məl umatlarına əsasən göstərilən torpaq sahəsinin dövlət mülkiyyətində olması, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş cizginin qeyri-dəqiq olmaqla istinad məsafələri və ölçülərin faktiki göstərilən torpaq sahəsinə uyğun gəlməməsi məsələsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas deyildir və iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin “torpaq sahəsinin dövlət mülkiyyətində olmasının hüquqların dövlət qeydiyyatına alınmasından i mtina edilməsinə” əsas olmaması ilə bağlı mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

26. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi sənəd - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi sədrinin 480 nömrəli 27 aprel 2007-ci il tarixli sərəncamı, prinsipcə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab oluna bilər.

27. Lakin, təqdim edilmiş hüquq müəyyənedici sənəd (torpaq ayırmaya dair bələdiyyə aktı) əsasında hüquqların reyestrdə qeydə alınması üçün həmin inzibati akt həm də etibarlı hüquqmüəyyənedici sənəd keyfiyyətinə malik olmalıdır. Aktın etibarlılıq keyfiyyətinə təsir edən amillərdən biri də bələdiyyənin məhz, ona məxsus olan torpaq s ahəsi barədə sərəncam verməsidir. Nəzərə alınmalıdır ki, bələdiyyənin ona məxsus olmayan dövlət torpaqlarının ayrılması ilə bağlı sərəncam verdiyi müəyyən olunarsa, həmin inzibati aktlar “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi anlamında etibarsız sayılır və etibarsız inzibati aktlar onların verildiyi andan yararsız (əhəmiyyətsiz) sayıldığından və hər hansı hüquqi nəticə yaratmadığından, etibarsız akt əsasında hüquqların qeydə alınması da mümkün deyildir.

28. Bu mənada, bələdiyyənin torpaq ayrıma qaydasında qəbul etdiyi qərarın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən hüququn dövlət reyestrində qeydə alınmasının əsası kimi çıxış edə bilməsi üçün minimal ilkin etibarlılıq şərtlərindən birinə - həmin qərarın məhz bələdiyyə torpaqlarına münasibətdə qəbul olunması şərtinə cavab verməlidir. Belə ki, qanunçuluq prinsipinin tələbinə görə, hakimiyyət səlahiyyəti həyata keçirən orqanlar, o cümlədən bələdiyyələr, yalnız qanunla onlara verilmiş səlahiyyətlər həddində hərəkət edə bilər. Müvafiq olaraq bələdiyyə yalnız ona məxsusluğu təsdiq olunan torpaq sahəsi barədə sərəncam vermək hüququna malikdir. Bu səlahiyyət həddinin aşılması qəbul edilmiş torpaq ayırma barədə inzibati aktın səlahiyyətsiz orqan tərəfindən verildiyi, müvafiq olaraq da aktın etibarsızlığı əsasını və həmin akta əsaslanmaqla qeydiyyatın aparılmasının yolverilməzliyi nəticəsini yaradır.

29. Hazırkı işdə cavabdeh apellyasiya şikayətində torpağın dövlət mülkiyyətində olması ilə bağlı dəlillər irəli sürsə də, işə baxan apellyasiya instansiyası məhkəməsi İPM-in 12.1-ci maddəsi nin tələb etdiyi obyektiv araşdırma prinsipinin tələbləri baxımından, apellyasiya şikayətinin dəlilinin əsaslı olub-olmaması istiqamətində hər hansı araşdırma aparmamışdır. Sözügedən dəlilin təsdiq olunması mübahisənin həllinə təsir edə biləcək nəticələr yaratdığı üçün məhkəmə tərəfindən müvafiq sübutlar əsasında yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli, 21(103)-1847/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar