Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1202/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə icarə hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi) 08.05.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ve rilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 21(103)-3474/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsinə ünvanlanmış xx.xx.2014-cü il tarixli, S246 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı Yasamal rayon İcra Hakimiyyətinə müraciət edərək, Yeni Yasamal-1 yaşayış sahəsində, Xiyabani küçəsi, 14 saylı binanın yaxınlığındakı sahədə təqdim olunmuş memarlıq-planlaşdırma layihəsi əsasında ofisticarət obyektinin tikintisinə razılıq verilməsini xahiş etmişdir. Yasamal rayon İ cra Hakimiyyəti qeyd olunan ünvanda iddiaçı tərəfindən təqdim olunmuş layihədə göstərilən sahədə ofis-ticarət obyektinin tikintisinə etiraz etmir və qaldırılmış məsələni həmin idarənin müzakirəsinə təqdim edir.
2. İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanılmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2015-ci il tarixli, 1085 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, M.Xiyabani küçəsi, 14 saylı binanın yaxınlığında yerləşən 342 kv.m ölçüsü olan torpaq sahəsi, hər il 512,18 manat icarə haqqı ödəmək şərti ilə 49 il müddətinə iddiaçının icarəsinə verilmişdir.
3. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən həmin torpaq sahəsinə dair cizgi tərtib olunmuşdur.
4. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının x x.xx.2015-ci il tarixli, 317 nömrəli sərəncamından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma baş idarəsinin xx.xx.2015-ci il tarixli, 18/03-8/3094 nömrəli və xx.xx.2015-ci il tarixli, 18/03-8/3274 nömrəli məktubları ilə razılaşdırılmış şəhərsalma əsaslandırılmaları nəzərə alınmaqla Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, 2-ci Alatava, M.Xiyabani küç, 14 saylı binanın yaxınlığında razılaşdırılmış eskiz layihəsində göstərilən ofis-ticarət obyektinin tikintisinin iddiaçı tərəfindən sənədləşdirilməsinə icazə verilmişdir. İddiaçıya tapşırılmışdır ki, tikinti işlərinə başlamazdan əvvəl torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənədin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmasını təmin etsin.
5. İddiaçı sözügedən to rpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir.
6. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində sözügedən torpaq sahəsinin icarəyə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarının təqdim edilmədiyi məlum olmuşdur. Həmçinin elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsi yaşayış binaları ilə yol arasında qalan ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə yerləşir. Eyni zamanda, göstərilən torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti mövcuddur. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq s ahəsinin bir hissəsinin digər fiziki şəxs tərəfindən (metal tor çəpərlə sərhədlənib) istifadə edildiyi müəyyən olunmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, icarə müqaviləsi əsasında 49 il müddətinə istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, M.Xiyabani küçəsi, 14 saylı binanın yaxınlığında yerləşən, 342 kv.m torpaq sahəsi üzərində mövcud icarə hüququnun qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti ilə iddi açı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1085 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə müvafiq olaraq Bakı şəhərində yerləşən 342 kv.m torpaq sahəsi, hər il 512,18 manat icarə haqqı ödəmək şərti ilə 49 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 317 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsinin xx.xx.2015-ci il tarixli, 18/03-8/3094 nömrəli və xx.xx.2015-ci il tarixli, 18/038/3274 nömrəli məktubları ilə razılaşdırılmış şəhərsalma əsaslandırılmaları nəzərə alınmaqla Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, 2-ci Alatava, M.Xiyabani küçəsi, 14 saylı binanın yaxınlığında yerləşən 342 kv.m torpaq sahəsində razılaşdırılmış eskiz layih ələrinə müvafiq olaraq iddiaçı tərəfindən ofis-ticarət obyektinin tikintisinin sənədləşdirilməsinə icazə verilmişdir. Baş plana müvafiq olaraq, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən sahəyə dair cizgi planı tərtib edilmişdir. Həyata keçiriləcək tikintiyə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin “Azərdövlətlayihə” DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması xx.xx.2015-ci il tarixli, 18/03-8/3094 nömrəli məktubla razılaşdırılmışdır. Nəhayət Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən Yasamal rayon İcra Hakimiyyəti başçısının adına ünvanlanmış xx.xx.2015-ci il tarixli, 18/03-8/3274 nömrəli məktubla iddiaçı tərəfindən Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış sahəsi, 2-ci Alatava, M.Xiyabani küç, 14 saylı binanın yaxınlığında yerləşən 342 kv.m torpaq sahəsində ofis-ticarət obyektinin tikintisi ilə əlaqədar təqdim edilmiş memarlıq planlaşdırılmasının eskiz həlli razılaşdırılmaqla, tikinti işlərinin qüvvədə olan inşaat norma və qaydalarına uyğun aparılmaqla qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilməsi barədə göstəriş verilmişdir. Həmin torpaq sahəsi artıq 8 ilə yaxındır ki, iddiaçının istifadə və sərəncamındadır. Lakin iddiaçının ona müqavilə əsasında 49 il müddətinə icarəyə verilmiş torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması barədə cavabdehə etdiyi müraciətinə cavab olaraq bildirilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim edilməmişdir, elektron kadastr məlumatına əsasə n göstərilən torpaq sahəsi yaşayış binaları ilə yol arasında qalan, ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə yerləşir, torpaq sahəsinə digər şəxsin müraciəti mövcud olmaqla yanaşı, torpaq sahəsinin bir hissəsinin digər şəxs tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur
9. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında imtinasındakı dəlillərə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: Mehriban Qarayeva) 05 iyul 2023-cü il tarixli, 2-1(112) -7880/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1085 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava (Yeni Yasamal-1 yaşayış sahəsi), M.Xiyabani küçəsi, 14 saylı binanın yaxınlığında yerləşən 342 kv.m ölçüsü olan torpaq sahəsi üzərində iddiaçının 49 il müddətinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından hesab olunur. İşin şərh edilən hallarından müəyyən olunur ki, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Cavabdeh inzibati orqanın imtinanın əsası kimi göstərdiyi hallar formal xarakter daşıyır və yaranan hər hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Cavabdehin imtinasında göstərilən hallar iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hal lar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırkı iş üzrə müəyyən edilməmişdir. Beləliklə, işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verilməsi üçün hüquqi əsaslar yoxdur. Cavabdeh iddiaçının tələbinin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçıya məxsus sənədlər sübut kimi mötəbər qiymətləndirilir və Bakı şəhər İcra Hakimiyyəti ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 1085 nömrəli icarə müqaviləsi torpaq sahəsinin iddiaçının icarəsinə verilməsini təsdiq edir.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olun mamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, İkram Şirinov və Mirzə Tağızadə) 21 dekabr 2023-cü il tarixli, 2-1(103)-3474/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mül kiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 51.3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Maddə 51.4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qe ydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və b ələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı ol araq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyi ci sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərə findən müəyyən edilir. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat z amanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orq an tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
23. Azərba ycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümk ün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya inst ansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikay ətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qa lmır.
30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Yeni Yasamal-1 yaşayış sahəsində, Xiyabani küçəsi, 14 saylı binanın yaxınlığındakı sahədə təqdim olunmuş memarlıq-planlaşdırma layihəsi əsasında ofis-ticarət obyektinin tikintisinə razılıq verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Son uncu tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsinə ünvanlanmış xx.xx.2014-cü il tarixli, S246 nömrəli məktubda iddiaçının təqdim etdiyi layihədə göstərilən sahədə ofis-ticarət obyektinin tikintisinə etiraz olunmadığı qeyd edilmişdir. Daha sonra iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2015-ci il tarixli, 1085 nömrəli müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava yaşayış sahəsi, M.Xiyabani küçəsi, 14 saylı binanın yaxınlığında yerləşən 342 kv.m ölçüsü olan torpaq sahəsi, hər il 512,18 manat icarə haqqı ödəmək şərti ilə 49 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsi tərəfindən həmin torpaq s ahəsinin cizgi planı tərtib olunmuş, eləcə də ofis-ticarət obyektinin tikintisi ilə bağlı şəhərsalma əsaslandırılmaları razılaşdırılmışdır.
33. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2015-ci il tarixli, 1085 nömrəli müqaviləyə əsasən onun icarəsinə verilmiş 342 kv.m torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir.
34. Mübahisəyə dair işin faktiki hallarından görünür ki, iddiaçı torpaq sahəsinin icarəyə verilməsi haqqında onunla Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 1085 nömrəli müqaviləni – hüquqmüəyyənedici sənədi cavabdehə təqdim etmişdir. Həmin müqavilənin mötəbərliyini və həqiqiliyini şübhə altına al an hər hansı hal müəyyən olunmamışdır. Həmin müqavilə qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış və ya geri çağırılmamışdır.
35. Bununla bağlı qeyd edilməlidir ki, şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı müqavilənin bağlanması torpaq sahəsinin ayrılması üzrə inzibati icraatın tərkib hissəsi kimi qəbul olunmalıdır. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı hakimiyyət iradəsi məhz bununla bağlı qəbul edilmiş qərarda (sərəncamda) ifadə olunur. Müqavilə həmin qərara (sərəncama) əsaslanır, həmin qərarın (sərəncamın) icrasının təmin olunması məqsədlərinə xidmət edir.
36. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması üzrə icraat, eləcə də həmin icraat çərçivəsində tərtib edilən müqavilə yalnız torpaq sahəsinin ayrılması ilə bağlı suveren iradəni ifadə edən inzibati aktın, yəni qərarın (sərəncamın) qəbul olunması və icrası məqsədlərinə xidmət edir. Mübahisəli torpaq sahəsinin ona ayrılması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı (sərəncamı) iddiaçı tərəfindən, eləcə də həmin qərarı (sərəncamı) qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının özü tərəfindən məhkəməyə təqdim edilməsə də, işin faktiki hallarından görünür ki, mübahisəli torpaq sahəsinə dair müqavilənin bağlanılması ilə həmin qərarın (sərəncamın) məqsədlərinə nail olunmuşdur, yəni iddiaçı ilə müvafiq icra hakimiyyəti orqanı arasında mübahisəli torpaq sahəsinin icarəyə verilməsi prosesi baş tutmuşdur.
37. Eyni zamanda, mübahisəli torpaq sahəsinin ayrılması barədə qərarın (sərəncamın) qəbul edilməməsi iddiaçının deyil, müvafiq icra hakimiyyəti orqanının mə suliyyət sferasına aiddir. Bu baxımdan qeyd edilən hallar şəxsin ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticələr doğura bilməz. Həmin hallar yuxarıda istinad edilən normaların mahiyyəti, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının hüququnun qeydə alınmasından imtina üçün yetərli əsas sayıla bilməz.
38. Həmçinin məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, torpaq sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı (sərəncamı), hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahəsinə münasibətdə qəbul olunduğu təqdirdə belə, nəzərə almaq lazımdır ki, sərəncamında olan torpaq sahəsinin ayrılması ilə bağlı həmin orqanın səlahiyyəti ümumi xarakterli səlahiyyətdir və hət ta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahələrinə belə şamil olunur. Belə ki, həmin torpaq sahələrinin ayrılması da icra hakimiyyəti orqanının torpaqayırma səlahiyyəti ilə ehtiva olunur və burada söhbət həmin orqanın səlahiyyətsizliyindən deyil, müvafiq səlahiyyətin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasından gedir. Qanunsuz inzibati aktlar isə yalnız qanunla müəyyən olunmuş qaydada və şərtlər daxilində buna subyektiv hüququ olan şəxslər tərəfindən mübahisələndirilə bilər və ya buna səlahiyyəti olan orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun müvafiq prinsipləri və normaları nəzərə alınmaqla ləğv edilə bilər.
39. Məhkəmə kollegiyası həmçinin ona diqqət çəkir ki, səlahiyyətli inzibati orqanın apardığı inzibati icraat mahiyyət etibarilə h akimiyyət iradəsinin formalaşması və həmin iradənin ifadə olunduğu inzibati aktın qəbulu məqsədlərinə xidmət edir. İnzibati icraatın gedişində yol verilmiş pozuntular icraatı aparan inzibati orqanın məsuliyyət sferasına aiddir və buna səlahiyyəti olmayan digər orqanlar, o cümlədən cavabdeh tərəfindən təftiş edilə və mübahisələndirilə bilməz.
40. Digər tərəfdən, torpaq sahəsinin icarəyə verilməsi barədə iddiaçının təqdim etdiyi müqavilədə nəzərdə tutulmuş torpaq sahəsi ilə bağlı cavabdehin gətirdiyi digər dəlillər həmin müqavilənin mötəbər olmadığı anlamına gəlmir. Bu zaman həm də cavabdeh tərəfindən həmin müqavilənin mötəbərliyini şübhə altına alan hər hansı sübutun məhkəməyə təqdim olunmadığı, cavabdehin sadəcə olaraq həmin halların olmasını iddia etməklə kifayətləndiyi də nəzərə alınmalı dır. Həmçinin iş üzrə materiallardan da həmin torpaq sahəsinin iddiaçıya ayrılmasının təkzib edilmədiyi, başqasına ayrılmadığı və dövlət reyestrində başqasının adına qeydiyyata alınmadığı, eləcə də həmin torpaq sahəsinin ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi görünür. Məhkəmə tərəfindən bu xüsusatlar mübahisənin həlli baxımından nəzərə alınmaya bilməz.
41. Hazırkı mübahisəyə münasibətdə mübahisəli torpaq sahəsinin icarəyə verilməsi haqqında sözügedən müqavilənin qüvvədə olduğu nəzərə alınmalı, həmin müqavilə iddiaçının torpaq sahəsinə icarə hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır. 42. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbləri baxımından, müvafiq icraat nəticəsində qəbul edilmiş hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə yanaşma “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqedən də irəli gəlir. İstinad olunan həmin hüquqi mövqeyə görə, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması pri nsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində qəbul etdikləri inzibati aktlara münasibətdə vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilər yaranmış olsun (bununla bağlı bax: “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı).
43. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.
44. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyə tinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
46. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2023-cü il tarixli, 2-1(103)-3474/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.