Məhkəmə qərarları › İş №2-1(102)-1209/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1209/2025

28.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1209/2025 28.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarş ı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2464/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür.

2. İddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 27 iyul 1975-ci il tarixdə əmək fəaliyyətinə başlamış, hal-hazıradək işləyir.

3. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən 3 fevral 2009-cu il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

4. Sonradan DSMF-nin Yasamal rayon şöbəsinin 183 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

5. Daha sonra DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021ci il tarixli, **********1 saylı qərarı ilə İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlər əsasında təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə (6 il və daha çox işlədiyi üçün yenidən hesablama) əsasən yenidən hesablanmış və 1575,61 manat pensiya məbləği müəyyən edilmişdir.

6. DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7674/2023 saylı qərarı ilə İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlər əsasında təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmış və 1985,22 manat pensiya məbləği müəyyən edilmişdir.

7. Cavabdeh inzibat orqan iddiaçıya 26 noyabr 2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 37.3.1ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48 nömrəli misalda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında’’ Qanunun 37.3.1ci maddəsinə görə əmək pensiyasının yenidən hesabl anması, yenidən hesablanma hüququ olan şəxsin müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanaraq ödənilir. Eyni zamanda bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçının 30 mart 2021-ci il tarixli ərizəsinə əsasən aparılmış araşdırmalar zamanı Fondun Yasamal rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixində işdən çıxmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 45874,40 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, İddiaçı 45874,40 manat sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddələrinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 130 (63 il 6 ay - 58 il 8 ay = 58 ay +144 ay-72 ay) aya bölünməklə (45874,40/1 30=352,88 manat) əmək pensiyanızın (761,29 manat) üzərinə əlavə edilərək (761,29+352,88=1114,17 manat (indeksləşdirilərək hazırda 1575,61 manat)) sizə ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 45111,60 manat sığorta kapitalı 72 aya bölünərək (45111,60/72=626,55 manat) əmək pensiyanızın üzərinə əlavə edilməklə (761,29+626,55=1387,84 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixinədək 1962,77 manat)) ödənilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2017- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13702,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının pensiyasının növbəti dəfə yenidən hesablanması məsələsinə işləyən əmək pensiyaçısı kimi 6 il və daha çox işlədiyinə yaxud yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra baxılacağı, əmək pensiyasının xx.xx.2017-ci il tarixindən yenidən hesablanmasından 6 il müddətin başa çatmadığı, əmək pensiyasının məbləğinin xx.xx.2021-ci il tarixindən etibarən 1575,61 manat məbləğində olmaqla Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən müvafiq kart hesabınıza köçürüldüyü bildirilmişdir.

8. Cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya verilmiş 05 avqust 2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbay can Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 5 iyul 2022-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, Fondun Yasamal rayon şöbəsi tərəfindən iddiaçıya 3 fevral 2009-cu il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya ort a aylıq əmək haqqından hesablanarkən 20 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 70%-i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2%, güzəştli iş stajından 10 ildən artıq hər ili üçün isə 1% olmaqla lakin 100%-dən çox olmamaqla hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci abzasına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. Mərkəzi Filialda mövcud olan iddiaçıya dair sənədlərində qeyd olunanlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 30 il, güzəştli iş stajı isə 20 il təşkil edir. Əmək pensiyasının əmək haqqına əsasən hesablanarkən, 20 ildən artıq olan 10 ilə görə 20% (10*2%), 10 ildən artıq olan güzəştli iş stajına görə 10% (10*1%) olmaqla orta aylıq əmək haqqının 100% faiz miqdarında müəyyən edilmişdir. Belə ki, onun əmək pensiyasının xx.xx.2006-cı il tarixinə orta aylıq əmək haqqına uyğun 309,97 manat 40196400,00:5000:24=334,97x100%-25 (baza hissə) xx.xx.2009-cu il tarixinə indeksləşdirilərək 473,24 manat) hesablanaraq, xx.xx.2006xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3764,16 manat sığorta kapitalına uyğun müəyyən edilmiş 26,14 manat (3764,16:144) sığorta hissəsi xx.xx.2009-cu il tarixinə 574,38 manat (473,24+75 (baza hissəsi)+26,14 (sığorta hissəsi) (indeksləşdirilərək xx.xx.201 7-ci il tarixinədək 819,39 manat)) məbləğində əmək pensiyası ödənilməli olduğu halda, səhvən müəyyən edilmiş 3530,88 manat (3530,88:144=24,52) sığorta kapitalına və xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun səhv müəyyən edilmiş pensiyanın sığorta hissəsinə (432,29 manat) uyğun olaraq. 531,81 manat 432,29+75 (baza hissəsi) +24,52 (sığorta hissəsi) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinədək 761,29 manat)) əskik əmək pensiyası ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək olan redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hi ssələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda bildirilmişdir ki, aparılmış araşdırmalar zamanı iddiaçı tərəfindən Fondun Yasamal rayon şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizənizə əsasən adıçəkilən şöbə tərəfindən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandı ğı 45874,40 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 45874,40 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddələrinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 130 (63 yaş 6 ay-58 yaş 8 ay=58 ay+144 ay-72 ay) aya bölünməklə (45874,40/130=352,88 manat) qanuni əmək pensiyasının (819,39 manat) üzərinə əlavə edilərək (352,88+819,39=1172,27 manat (xx.xx.2021-ci il tarixinədək indeksləşdirilməklə 1657,77 manat)) sizə ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 45111,60 manat sığorta kapitalı səhvən 72 aya bölünərək (45111,60/72=626,55 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə (626,55+761,29=1387,84 manat (xx.xx.2021-ci il tarixinədək indeksləşdirilməklə 1962,77 manat)) iddiaçıya artıq əmək pensiyası ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya ümumilikdə 4300,92 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti cari ilin iyul ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya verilmiş 26 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, 27 mart 2023-cü il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və əvvəlki məktublarda qeyd olunanlarla yanaşı əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya t əminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li Siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 20 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 70%-i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2%, güzəştli iş stajından 10 ildən artıq hər ili üçün isə 1 % olmaqla lakin 100%- dən çox olmamaqla hesablanırdı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci abzasına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyəti nin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında mövcud olan sənədlərinizdə qeyd olunanlara əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 30 il, güzəştli iş stajınız isə 20 il təşkil edir. Əmək pensiyanız əmək haqqına əsasən hesablanarkən, 20 ildən artıq olan 10 ilə görə 20% 10*2%). 10 ildən artıq olan güzəştli is stajına görə 10% (10*1%) olmanla orta aylıq əmək haqqınızın 100% faiz miqdarında müəyyən edilmişdir. Belə ki, iddiaçının əmək pensiyasının xx.xx.2006-cı il tarixinə orta aylıq əmək haqqınıza uyğun 309,97 manat (40196400,00:5000:24=334,97x100%-25 (baza hissə) xx.xx.2009-cu il tarixinə ümumilikdə indeksləşdirilərək 473,24 manat hes ablanaraq, xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3764,16 manat sığorta kapitalına uyğun müəyyən edilmiş 26,14 manat (3764,16:144) sığorta hissəsinə uyğun olaraq xx.xx.2009-cu il tarixinə ümumilikdə 574,38 manat (473,24+75 (baza hissəsi) +26,14 (sığorta hissəsi) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinədək 819,39 manat)) məbləğində əmək pensiyası ödənilməli olduğu halda, sizə səhvən müəyyən edilmiş 3530,88 manat (3530,88:144=24,52) sığorta kapitalına və xx.xx.2006-cı il tarixinədək iş stajına əsasən səhv müəyyən edilmiş pensiyasının sığorta hissəsinə (432,29 manat) görə 531,81 manat (432,29+75 (baza hissəsi)+24,52 (sığorta hissəsi) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinədək 761,29 manat)) əmək pensiyası müə yyən edilməklə əskik pensiya ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldıl araq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Araşdırma zamanı xx.xx.2017-ci il tarixli ərizəyə əsasən iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 45874,40 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 45874,40 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 130 (63 yaş 6 ay-58 yaş 8 ay=58 ay+144 ay-72 ay) aya bölünməklə (45874,40/130=352,88 manat) qanuni əmək pensiyasının (819,39 manat) üzərinə əlavə edilərək (352,88+819,39=1172,27 manat (xx.xx.2021-ci il tarixinədək indeksləşdirilməklə 1657,77 manat)) sizə ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 45111,60 manat sığorta kapitalı səhvən 72 aya bölünər ək (45111,60/72=626,55 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (626,55+761,29=1387,84 manat (xx.xx.2021-ci il tarixinədək indeksləşdirilməklə 1962,77 manat)) artıq əmək pensiyası ödənilmişdir. Qeyd olunanlara əsasən, ona ümumilikdə 4300,92 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Artıq ödənilmiş pul vəsaiti 2022-ci ilin iyul ayından etibarən hissə-hissə əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. Məktubda əlavə olaraq bildirilmişdir ki, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən 1730,80 manat müəyyən edilib. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən pensiyanın indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının xx.xx.2023-cü il tarixindən etibarə n 1985,22 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a.Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli, 3-171/2-H-149337/2023 nömrəli qərarının ləğv edilməsi, əmək pensiyası təyin edildikdən sonra pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə xx.xx.2009-cu il və xx.xx.2015-ci illər, xx.xx.2015-ci il və xx.xx.2021-ci illərin ayrı-ayrılıqda 6 illərin hesabında toplanmış sosial sığorta kapitalının 72 aya bölünməklə pensiyasına əlavə olunmaqla indeksləşdirilərək əmək pensiyasının yenidən hesablanması, cavabdeh tərəfdən xx.xx.2017-ci il tarixindən işdən çıxma haqqında verdiyi yalan məlumat və ya saxta sənədin ləğv edilməsi, cavabdeh tərəfin xx.xx.2009-cu il-xx.xx.2023-cü il tarixinə kimi əskik (43966,97 manat) ödəmiş məbləği ödəməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

11. Sonradan iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2009-xx.xx.2015-ci il və xx.xx.2015-xx.xx.2021-ci il tarixlər üzrə fərdi hesabının sığorta hissəsində toplanmış kapitalın hər il üzrə ayrı-ayrılıqda hesablanıb 72 aya bölünməklə pensiyasının yenidən hesablanması və xx.xx.2009-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəl iyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü ildən “Azneft” istehsalat birliyi “Neft Daşları” Neft və Qazçıxarma idarəsinin Quyuların əsaslı və yeraltı təmiri sexində 39 ildir ki, ağır və zərərli işlərdə işləyir və işləməyə davam edir. xx.xx.2009cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. Azərbaycan Respublikasının Prezidentinin 01 iyul 2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən imzaladığı sərəncamında bildirilmişdir ki, pensiyaya çıxmış pensiyaçı təqaüd təyin olunduğu gündən sonra işləməyə davam edərsə işlədiyi hər 6 ildən bir 6 il ərzində hesabında toplanmış sosial sığorta kapitalı 72 aya (6x12) bölünməli və alınan məbləğ pensiyasına əlavə olunmalı və indeksləşdirilərək əmək pensiyası yenidən hesablanmalıdır. Bu sərəncamdan sonra xx.xx.2009-cu il və xx.xx.2015-ci illər arası 6 illərin hesabında toplanmış 45111,60 manat sosial sığorta kapitalını 72 aya bölünərək (4511,60:72=626,55 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə (626,55+761,29=1387,84 manat) indeksləşdirilməklə xx.xx.2021-ci il tarixinədək 1962,77 manat əmək pensiyası almışdır. İkinci 6 il xx.xx.2015-ci il və xx.xx.2021-ci il tarixində tamam olmaqla əlaqədar xx.xx.2021-ci il tarixində ərizə və əmək kitabçasının təsdiq olunmuş surətini mərkəzi filiala təqdim etmiş, ikinci 6 il ərzində hesabında toplanmış 83933,89 manat sosial sığorta kapitalının 90 faizi nəzərə alınmaqla (83933 x 90 = 75540,50 manat) 75540,50 manatı 72 aya bölünməsi alınan məbləğin (7550,50:721049,17 manat) pensiyasına əlavə olunması və indeksləşdirilməklə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin düzgün hesablama aparılmamışdır. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixində **********3 nömrəli məktubunda bildirmişdir ki, iddiaçı xx.xx.2017-ci ildən işdən çıxmışdır, halbuki, o fasiləsiz 39 ildir ki, işləyir və işləməyə davam edir. Belə ki, iddiaçının 6 il ərzində toplanılmış sosial sığorta kapitalı 45111,60 manat deyil, 45874,40 manatdır. Ona səhvən 45111,60 manat deyil 45874,40 manatı 72 aya bölünmüşdür. 45874,40 manatı 130-a bölünməlidir (6 il 130 ay etmir 72 ay edir, bu da 72 aya bölünməlidir). Bunlar 45874,40 manatı 130 aya bölərək 45874,70:130=352,88 manatı 761,29+352,88=11 14,17 manat (indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 1575,61 manata 387,16 manat azaldaraq və xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 13702,90 manat artıq pul ödədiklərini bildirmişdir. İddiaçı onu indeksasiya faizləri ilə hesablayaraq 761,29+626,55=1387,84 manat xx.xx.2009-cu il tarixdən indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 1962,77 manat etmir, xx.xx.2009-cu ildən xx.xx.2021-ci il tarixə kimi iddiaçının əmək pensiyası 2785,15 manat olmalı idi. Cavabdehin dediyi xx.xx.2017-ci il-xx.xx.2021-ci illər arasındakı dövr ərzində iddiaçıya 30480,90 manat əskik ödəniş ediblər. Cavabdeh xx.xx.2022-ci il tarixli **********3 nömrəli ikinci məktubu ilə bildirmişdir ki, onun pensiyası yenidən hesablanaraq məlum etmişdir ki, əmək pensiyası yenə düzgün hesa blanmayıb. Belə ki, xx.xx.2009-cu ildən idiaçının əmək pensiyası 761,29 manat deyil, 819,39 manat məbləğində əmək pensiyası ödəməli olduğu halda ona səhvən 761,29 manat əskik əmək pensiyası ödəmişlər. Bu da (819,39761,29=58,10 manat) iddiaçıya xx.xx.2009-cu il tarixdən hər ay 58,10 maanat əskik ödəmişlər. Belə ki, xx.xx.2009-cu il tarixdən xx.xx.2023-cü il tarixinə kimi 58,10 manatı indeksasiya faizləri ilə indeksləşdirəndə 13486,07 manat əskik, ümumiyyətlə 13486,07+30480,90=43966,97 manat əskik əmək pensiyası ödəmişlər və külli maqdarda maddi ziyan vurublar. Həmin məktubda göstərir ki, xx.xx.2009-cu il və xx.xx.2015-ci illərin 6 ilin hesabında 45874,40 manat toplanmış sosial sığorta kapitalı 130-a bölərək 45874,40:130=352 manatı qanuni əmək pensiyasının 819,39 manatın üzərinə əlavə edil ərək 352,88+819,39=1172,27 manatı indeksləşdirilərək xx.xx.2021-ci il tarixinə 1657,77 manat olduğunu yazmışdır. Ancaq təəssüf ki, 352,88+819,39=1172,27 manatı xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixinə kimi əmək pensiyası 2352,54 manat olmalıdır. xx.xx.2023-cü il tarixinə kimi əmək pensiyası 2809,22 manat olmalıdır.

13. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-də k yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesabl anmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Sözügedən Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması ta rixinə yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növün ə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarının 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən sözügedən Qərarın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 47 nömrəli misalların tələblərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması hüququ olan şəxs müraciət etdikdə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası onun müraciət etdiyi tarixdən sonrakı ayın birindən ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstit usiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların “Əmək pensiyaları haqqında“ Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Bildirilir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Re spublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li Siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 20 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 70%-i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2%, güzəştli iş stajından 10 ildən artıq hər ili üçün isə 1% olmaqla lakin 100%-dən çox olmamaqla hesablanırdı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci abzasına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta ayl ıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə X1 Baba Murad oğluna məxsus olan sənədlərə əsasən iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 30 il, güzəştli iş stajı isə 20 il təşkil edir. İddiaçı təyin edilmiş əmək pensiyası əmək haqqına əsasən hesablanarkən, 20 ildən artıq olan 10 ilə görə 20% (10*2%), 10 ildən artıq olan güzəştli iş stajına görə 10% (10*1%) olmaqla orta aylıq əmək haqqının 100% faiz miqdarında müəyyən edilmişdir. Belə ki, iddiaçının əmək pensiyası xx.xx.2006-cı il tarixə orta aylıq əmək haqqına uyğun 309,97 manat (40196400,00:5000:24=334,97x100%-25 (baza hissə) xx.xx.2009-cu il tarixə indeksləşdirilərək 473,24 manat) hesablanaraq, xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3764,16 manat sığorta kapitalına uyğun müəyyən edilmiş 26,14 manat (3764,16:144) sığorta hissəsinə uyğun olaraq xx.xx.2009-cu il tarixə ümumilikdə 574,38 manat (473,24+75 (baza hissəsi)+26,14 (sığorta hissəsi) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixədək 819,39 manat)) məbləğində əmək pensiyası ödənilməli olduğu halda, İddiaçı səhvən müəyyən edilmiş 3530,88 manat (3530,88:144=24,52) sığorta kapitalına və xx.xx.2006-cı il tarixədək iş stajına əsasən səhv müəyyən edilmiş pensiyanın sığorta hissəsinə (432,29 manat) görə 531,81 manat (432,29+75 (baza hissəsi)+24,52 (sığorta hissəsi ) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixədək 761,29 manat)) əmək pensiyası müəyyən edilməklə əskik pensiya ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşın dan sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Həyata keçirilmiş araşdırma zamanı, İddiaçı xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 45874,40 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 45874,40 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 130 (63 yaş 6 ay - 58 yaş 8 ay = 58 ay+144 ay-72 ay) aya bölünməklə (45874,40/130=352,88 manat) qanuni əmək pensiyasının (819,39 manat) üzərinə əlavə edilərək (352,88+819,39=1172,27 manat (xx.xx.2021-ci il tarixədək indeksləşdirilməklə 1657,77 manat)) ödənil məli olduğu halda, düzgün müəyyən edilməmiş 45111,60 manat sığorta kapitalı səhvən 72 aya bölünərək (45111,60/72=626,55 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (626,55+761,29=1387,84 manat (xx.xx.2021ci il tarixədək indeksləşdirilməklə 1962,77 manat)) artıq əmək pensiyası ödənilmişdir. Qeyd olunanlara əsasən, İddiaçı ümumilikdə 4300,92 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən 1730,80 manat müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının pensiyasının indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixdən etibarən 1985,22 manat təşkil edir.

14. Bakı İnzibati Məhkəməsinin (hakim T.R.Məlikov) 19 fevral 2024-cü il tarixli 21(112)-1290/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş 37.3.1-ci maddəsinə görə işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 01 iyul 2017-ci il tarixdən dəyişdirilmiş 45-ci maddəsinə əsasən isə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayl arın sayı qədər artırılır. Göstərilən normalara əsasən iddiaçının əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonrakı müraciəti əsasında yenidən hesablandığından “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində göstərilən şərtlərlə, ancaq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı xüsusi norma olan həmin qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş dispozisiya şərtlərinə uyğun qaydada həyata keçirilə bilərdi. 16. 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsindəki dəyişikliyə əsasən işləyən əmək pensiyaçıları pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınm aqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ əldə etmişlər. Göründüyü kimi, 01 iyul 2017-ci il tarixədək olan vəziyyətdə işləyən əmək pensiyaçıları yalnız işləməyən əmək pensiyaçıları kateqoriyasına keçdikdən sonra bu qaydada yenidən hesablamanı tələb edə bilərdilər. Eyni zamanda, 01 iyul 2017-ci il tarixdə paralel olaraq həm də Qanunun 45-ci maddəsində dəyişiklik edilmiş və maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. Göründüyü kimi yeni dəyişiklik Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərə münasibətdə gözlənilən pensiya ödənişi müddətinin hesablanmasının fərqli qaydasını təsbit etmişdir.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, işləyən əmək pensiyaçılarının əmək pensiyalarının bu qaydada yenidən hesablanması imkanı 01 iyul 2017-ci il tarixdən sonra əldə edilmiş hüquq olduğundan, onun hansı qaydada hesablanmalı olduğu məsələsi də həmin tarixdən qüvvədə olan normaya görə aparılmalıdır. Qanunun 37.3.1 və 45-ci maddələrindəki hər iki yeni tənzimləmə iddiaçıya münasibətdə bərabər tətbiq edilməlidir. İddiaçı ona əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam etmiş və işləyən əmək pensiyaçısı kateqoriyasında olmuşdur. O, müvafiq olaraq 01 iyul 2017-ci il tarixədək işləm əyən əmək pensiyaçısı kateqoriyasına keçməklə Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalını 72-yə bölməklə əmək pensiyasının yenidən hesablanmasını tələb edə bilərdi. Lakin iddiaçı özünün bu hüququndan istifadə etməmişdir. İddiaçı hazırda da işləməkdə davam edən əmək pensiyaçısı olduğundan və Qanunun 37.3.1-ci maddəsində təsbit edilmiş yeni hüquqdan istifadə etmək istədiyindən onun pensiyasının yenidən hesablanması müvafiq olaraq Qanunun 45-ci maddəsinin müddəaları nəzərə alınmaqla aparılmalıdır. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı pensiya kapitalını “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin təl əblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına, yəni 130 aya (63 yaş 6 ay - 58 yaş 8 ay = 58 ay+144 ay-72 ay = 130 ay) aya bölməklə yenidən hesablaması qanuni olmuşdur. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

18. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2464/2024 nömrəli, 11 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova (sədrlik edən və məruzəçi), R.Ə.Səmədov və E.Ə.Əliyev) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nətivə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonrakı müraciəti əsasında yenidən hesablandığından “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində göstərilən şərtlərlə, ancaq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı xüsusi norma olan həmin Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş dispozisiya şərtlərinə uyğun qaydada həyata keçirilə bilərdi. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək pensiyası xx.xx.2006-cı il tarixə orta aylıq əmək haqqına uyğun 309,97 manat (40196400,00:5000:24=334,97x100%-25 (baza hissə) xx.xx.2009-cu il tarixə indeksləşdirilərək 473,24 manat) hesablanaraq, xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3764,16 manat sığorta kapitalına uyğun müəyyən edilmiş 26,14 manat (3764,16:144) sığorta hissəsinə uyğun olaraq xx.xx.2009-cu il tarixə ümumilikdə 574,38 manat (473,24+75 (baza hissəsi)+26,14 (sığorta hissəsi) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixədək 819,39 manat)) məbləğində əmək pensiyası ödənilməli olduğu halda, iddiaçıya səhvən müəyyən edilmiş 3530,88 manat (3530,88:144=24,52) sığorta kapitalına və xx.xx.2006-cı il tarixədək iş stajına əsasən səhv müəyyən edilmiş pensiyanın sığorta hissəsinə (432,29 manat) görə 531,81 manat (432,29+75 (baza hissəsi)+24,52 (sığorta hissəsi) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixədək 761,29 manat)) əmək pensiyası müəyyən edilməklə pensiya ödənilmişdir. Sonradan iddiaçının xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 45874,40 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 45874,40 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 130 (63 yaş 6 ay - 58 yaş 8 ay = 58 ay+144 ay-72 ay) aya bölünməklə (45874,40/130=352,88 manat) qanuni əmək pensiyasının (819,39 manat) üzərinə əlavə edilərək (352,88+819,39=1172,27 manat (xx.xx.2021-ci il tarixədək indeksləşdirilməklə 1657,77 manat)) ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 45111,60 ma nat sığorta kapitalı səhvən 72 aya bölünərək (45111,60/72=626,55 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (626,55+761,29=1387,84 manat (xx.xx.2021-ci il tarixədək indeksləşdirilməklə 1962,77 manat)) artıq əmək pensiyası ödənilmişdir. Qeyd olunanlara əsasən, İddiaçı ümumilikdə 4300,92 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən 1730,80 manat müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının pensiyasının indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixdən etibarən 1985,22 manat təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırda da iş ləməkdə davam edən əmək pensiyaçısıdır və 37.3.1-ci maddəsində təsbit edilmiş yeni hüquqdan istifadə etmək istədiyindən onun pensiyasının yenidən hesablanması müvafiq olaraq Qanunun 45-ci maddəsinin müddəaları nəzərə alınmaqla aparılmalıdır.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. Kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh imtinanın, iddia ərizəsi və apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Tətbiq edilən hüquq 24. “Əmək pe nsiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.3. İşləyən əmək pensiyaçılarına: (13 may 2022-ci il tarixədək olan redaksiya) 37.3.1. yaşa görə əmək pensiyasının baza v ə pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; Maddə

45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır (xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530VİQD nömrəli Qanunu: Maddə

2. Keçid müddəaları 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4- cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı veril miş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. İş materiallarından göründüyü kimi, hazırkı iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2009-xx.xx.2015-ci il və xx.xx.2015-xx.xx.2021-ci il tarixlər üzrə fərdi hesab ının sığorta hissəsində toplanmış kapitalın hər il üzrə ayrı-ayrılıqda hesablanıb 72 aya bölünməklə pensiyasının yenidən hesablanması və xx.xx.2009-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsinə yönəlmişdir.

30. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü iddiaçı 27 iyul 1975-ci il tarixdə əmək fəaliyyətinə başlamış, halhazıradək işləyir. İddiaçıya DSMF-in Xəzər rayon şöbəsinin 341 nömrəli qərarı ilə 03 fevral 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan DSMF-in Yasamal rayon şöbəsinin 183 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx. 2021-ci il tarixli, **********1 saylı qərarı ilə İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlər əsasında təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə (6 il və daha çox işlədiyi üçün yenidən hesablama) əsasən yenidən hesablanmış və 1575,61 manat pensiya məbləği müəyyən edilmişdir. Bundan sonra DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7674/2023 saylı qərarı ilə İddiaçı xx.xx.2009-cu il tarixdən güzəştli şərtlər əsasında təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmış və 1985,22 manat pensiya məbləği müəyyən edilmişdir.

31. İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı 3 fevral 20 09-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edildikdən sonra əmək fəaliyyətinə davam etmiş, fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalına əsasən iddiaçının əmək pensiyası bir neçə dəfə yenidən hesablanmışdır.

32. Kollegiya qeyd edir ki, iddiaçı pensiya təyin edildikdən sonra işləmiş və pensiya kapitalının formalaşdırılması üçün onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. İddiaçıya pensiya təyin edildiyindən hazırkı halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında topla nan pensiya kapitalını almaq hüququ vardır.

33. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir.

34. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən, pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yasından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. 35. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir.

36. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci mad dəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə, hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. İddiaçının pensiyaya çıxdıqdan s onra 6 ildən artıq işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 24-cü bəndində istinad olunan Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixli Qanunla ləğv edilmiş ikinci cümləsi 10 mart 2017-ci il tarixli Qanun ilə maddəyə əlavə edilmiş (xx.xx.2017-ci ildə qüvvəyə minmişdir) və yalnız pensiyanın ilk dəfə təyin edilməsi qaydasını tənzimləyir. Başqa sözlə yenidən hesablanmaya şamil olunmur.

39. Qanunun 45-ci maddəsinin ikinci cümləsinin məzmunundan həmin normanın yalnız pensiya təyin edilməsi hallarını tənzimləməsi qənaəti əks olunsa da, həm in normanın qüvvədən düşməsinə dair 530-VİQD nömrəli Qanunun Keçid müddəalarından göründüyü kimi, normanın ləğv edilməsinin, Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi açıq-aydın qeyd edilmişdir.

40. Məhkəmə kollegiya qeyd edir ki, cavabdeh keçid müddəalarını hazırkı mübahisəyə səhv tətbiq etmişdir. Belə ki, cavabdeh iddiaçının müraciəti əsasında Qanunun 37.3.1-ci maddəsini tətbiq edərək iddiaçının pensiyasını yığılmış sığorta kapitalı əsasında yenidən hesablamış, bu zaman yığılmış pensiya kapitalını 72-yə bölərək 626.55 manatı pensiya məbləğinə əlavə etmişdir. Lakin sonrad an Qanunun 45-ci maddəsində edilən yuxarıda qeyd edilən dəyişikliklə bağlı Qanunun Keçid müddəalarını tətbiq edərək iddiaçının pensiyasını yeni qaydada, Qanunun 45-ci maddəsinin ləğv edilmiş ikinci cümləsini tətbiq edərək gözlənilən pensiya ödənişi aylarının sayını artırmış, nəticədə pensiya məbləğində azalma baş vermişdir. Belə ki, cavabdeh Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma apararkən iddiaçının fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalını 130 aya (45874,40/130(63 il 6 ay-58 il 8 ay=58 ay +144 ay-72 ay)) bölmüşdür.

41. Keçid müddəasında qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmə k pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ilk pensiya təyinatı xx.xx.2017-ci ilədək, yəni Qanunun 45-ci maddəsinə əlavə edilmiş ikinci cümlənin hüquqi qüvvəyə minməsindən çox əvvəl, 2009-cu ildə həyata keçirilmişdir. Bu isə o deməkdir ki, iddiaçının pensiya hüququ formalaşanda həmin norma ümumiyyətlə mövcud olmamışdır. Belə olan halda, sonradan həmin normanın yenidən hesablamaya tətbiqi Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərini, yəni fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini pisləşdirən normativ hüquqi aktların geriyə şamil edilməsinin qadağan olunması prinsipini pozur.

43. Odur ki, kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 11 dekabr tarixli, 2-1(103)-2464/2024 nömrəli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 11 dekabr tarixli, 2-1(103)-2464/2024 nömrəli qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2009-xx.xx.2015-ci il və xx.xx.2015-xx.xx.2021-ci il tarixlər üzrə fərdi hesabının sığorta hissəsində toplanmış kapitalın hər 6 il üzrə ayrı-ayrılıqda hesablanıb 72 aya bölünməklə pensiyasının yenidən hesablanması və xx.xx.2009-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar