Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-121/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı ilə satılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması (torpağın alqı-satqı aktının olmaması və yerquruluşu planından çıxarışın təsdiqlənməməsi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kami l oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 nömrəli qərarı ilə Qobu qəsəbəsi ərazisində ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(105)-252/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qə bul etdi. İŞİN HALLARİ
1. İddiaçı, Abşeron rayon Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli qərarı ilə bələdiyyə tərəfindən ona fərdi mənzil tikmək məqsədilə 0.08 ha torpaq sahəsi satıldığını əsas gətirərək, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir.
2. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla (bildiriş) imtina edərək bildirmişdir ki, alqı-satqı aktı ərizəyə əlavə edilməmişdir. Habelə, bələdiyyənin yerquruluşu planından çıxarış qanunamüvafiq qaydada (DTXK-nin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü) təsdiqlənməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 nömrəli qərarı ilə Qobu qəsəbəsi ərazisində ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçının tələbi hazırkı qərarın 1-2-ci bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.
5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Cavabdehin yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair cavab məktubunda qeyd olunanlar təşkil edir.
6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: C.B.Məmmədov) 05 dekabr 2022-ci il tarixli, 2-1(118)-2605/2022 nömrəli qərarı ilə iddia təmin edi lmiş, Abşeron rayon Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 nömrəli qərarı ilə Qobu qəsəbəsi ərazisində iddiaçıya ayrılmış 0.08 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmaqla, müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya Abşeron rayonu Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 nömrəli qərarı əsasında 0.08 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin dəyəri olan 800 manat pul qəbz əsasında (bələdiyyənin 325 nömrəli, xx.xx.2015-ci il tarixli arayışı ilə təsdiq olunmuşdur) Qobu bələdiyyəsinin hesabına köçürülmüşdür. Hal-hazırda həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Belə olan halda, alqı-satqı müqaviləsinin bütün ünsürlərini özü ndə birləşdirən (yəni, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi və torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına köçürülməsi) hərəkətlərin müqavilənin tərəfləri arasında yerinə yetirilməsi, həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi kimi qəbul edilə bilər. Belə ki, qeyd olunan hərəkətlər Qobu Bələdiyyəsinin əmlak sahibi kimi iradə ifadəsini əks etdirir və işin gedişatına bir o qədər də təsir göstərmir. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq alqı-satqı aktının tərtib edilməməsi o zaman ciddi qanun pozuntusu hesab oluna bilərdi ki, həmin torpaq sahəsi bələdiyyəyə deyil, hər hansı bir fiziki və ya hüquqi şəxsə məxsus olmuş olardı. Qeyd olunan torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına köçürülmüş, bələdiyyə isə həmin to rpaq sahəsini iddiaçıya təhvil vermişdir. Başqa sözlə, alqı-satqı müqaviləsinin rəsmiləşdirilib qüvvədə olması üçün bütün kriteriyalara riayət olunmuşdur. Cavabdeh inzibati orqanın imtinasında gətirdiyi digər arqumentlə bağlı məhkəmə qeyd etmişdir ki, bələdiyyələr tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışın forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyildir. Nəzərə alınmalıdır ki, yerquruluşu planından çıxarış texniki sənəd olmaqla yanaşı, müvafiq daşınmaz əmlakın yerləşdiyi yerin müvafiq xəritədə əks olunmuş foto görüntüsüdür. İmtina məktubunda qeyd olunan növbəti arqumentlə bağlı məhkəmə qeyd etmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəyinin olmaması və yaxud həmin rəyin qanunsuz olmasına dair mü vafiq mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə olduğu təqdirdə, cavabdehin gətirdiyi bütün arqumentlər öz əhəmiyyətini itirmiş olur.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və G.İ.Cabbarova) 16 iyun 2023-cü il tarixli, 2-1(105)-252/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2-1(118)-2605/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qə rar qəbul edilmiş, iddia təmin edilməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə aidiyyəti orqana edilmiş sorğu nəticəsində iddia ərizəsində sadalanan xüsusatların öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı tələbinin əsası kimi Abşeron rayonu Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli qərarına istinad edərək, həmin qərarla ona 0.08 ha torpaq sahəsinin ayrıldığını qeyd etmişdir. Həmin torpaq sahəsinə dair bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Qobu Bələdiyyəsi tərəfindən verilmi ş xx.xx.2015-ci il tarixli, 325 nömrəli arayışdan görünür ki, iddiaçı 0.08 ha torpaq sahəsinə görə Quba bələdiyyəsinin “Texnika Bank” ın Abşeron filialının bank hesabına 2011-ci ildə 800 manat pul ödəmişdir. İşin faktiki hallarından göründüyü kimi, torpaq sahəsinin müqabilində pul məbləği iddiaçı tərəfindən bələdiyyə hesabına 2011-ci ildə ödənildiyi halda, torpaq sahəsinin iddiaçıya satılmasına dair bələdiyyə qərarı 2007-ci il tarixlidir. Məhkəmə kollegiyasının iddiaçıya 0.08 ha torpaq sahəsinin satılmasına dair Abşeron rayonu Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 nömrəli qərarının və qərarın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivi 25 aprel 2023-cü il tarixli, T/285 nömrəli məktubla bildirmişdir ki, Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayonu Qobu Bələdiyyəsinin 09 saylı, 17 may 2007-ci il tarixli qərarı 09 hissədən ibarət olduğundan, o cümlədən həmin qərarla xeyli sayda vətəndaşa torpaq sahəsi ayrıldığından, sorğuda qeyd edilən sənədlərin təqdim edilməsi imkan xaricindədir. Araşdırılma zamanı həmin qərarda iddiaçının adı aşkar edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası tərəfindən Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 nömrəli qərarının saxlandığı 9 hissədən ibarət arxiv qovluğunun əslinə baxış zamanı da Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 nömrəli qərarı ilə torpaq sahəsi ayrılan vətəndaşların sırasında iddiaçının adının aşkar olunmadığı müəyyən edilmişdir. İddiaçı da məhkəmə iclasında izahatında, təxminən 2009-2010-ci illərdə ona torpaq sa həsinin verilməsi ilə bağlı Qobu Bələdiyyəsinə müraciət etdiyini, tərəfindən torpaq sahəsinin müqabilində 2011-ci ildə bələdiyyəyə pul ödənildiyini, lakin bələdiyyə qərarının ona həmin tarixdən təxminən 5-6 il sonra təqdim edildiyini bildirmişdir. Eləcə də, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2011-ci il tarixli, 520 nömrəli məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış ona Abşeron rayonunun ərazisində həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı ərizəsinə aidiyyəti üzrə Abşeron rayon İHB-nin aparatında baxılmış, Qobu və Güzdək bələdiyyələrinin ərazisində qeyd olunan məqsədlə ayrıla biləcək torpaq sahəsi olduğundan, ona həmin bələdiyyələrə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd olunan məktubdan göründüyü kimi, iddi açı ona torpaq sahəsinin ayrılması ilə müvafiq orqanlara 2011-ci ildə müraciət etmiş və həmin ildə iddiaçıya qeyd edilən məsələ ilə bağlı Qobu və ya Güzdək bələdiyyəsinə müraciət etməsi tövsiyə edilmişdir. Yəni, iddiaçı ona torpaq sahəsinin ayrılması ilə bağlı ən azından 2011-ci ildə Qobu Bələdiyyəsinə müraciət etmiş, lakin X1 2007-ci il tarixli olduğu qeyd edilən qərarı ilə ona torpaq sahəsi satılması qərara alınmışdır. Beləliklə, iddiaçı öz tələbinin əsası olaraq Abşeron rayon Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli 9 saylı qərarı ilə ona torpaq sahəsi ayrıldığını bildirsə də, məhkəmə kollegiyası tərəfindən işin halları araşdırılarkən müəyyən edilmişdir ki, əslində xx.xx.2007-ci il tarixdə iddiaçıya torpaq sahəsinin ayrılması barədə 09 saylı qərar qəbul edilməmişdir.
11. İddiaçı hə min qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. İddiaçı kassasiya şikayətini birinci instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi hallarla əsaslandırmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bə lədiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiy yəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz t əşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə
58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü v ə 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Al i Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi ü çün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri mə qbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki halları na maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bununla belə, məhkəmə kollegiyası işin mübahisələndirilən hallarına və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən 0.08 ha torpaq sahəsinə görə Quba bələdiyyəsinin bank hesabına məhz 2011-ci ildə 800 manat pul ödənilməsi iş materialları ilə öz təsdiqini tapır. Buna baxmayaraq, iddiaçıya torpaq sahəsi satılması barədə bələdiyyə qərarı 2007-ci il tarixlidir.
23. Bundan başqa, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayonu Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli 09 n ömrəli qərarı 09 hissədən ibarət olmaqla xeyli sayda vətəndaşa torpaq sahəsi ayrılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli, 09 nömrəli qərarının saxlandığı 9 hissədən ibarət arxiv qovluğunun əslinə baxış zamanı həmin qərarla torpaq sahəsi ayrılan vətəndaşların sırasında iddiaçının adın aşkar edilməmişdir.
24. Eyni zamanda iddiaçı özü də apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə iclasında verdiyi izahatında, təxminən 2009-2010-ci illərdə ona torpaq sahəsinin verilməsi ilə bağlı Qobu Bələdiyyəsinə müraciət etdiyini, tərəfindən torpaq sahəsinin müqabilində 2011-ci ildə bələdiyyəyə pul ödənildiyini, lakin bələdiyyə qərarının ona həmin tarixdən təxminən 5-6 il sonra təqdim edildiyini bildirmişdir.
25. Göründüy ü kimi, iddiaçının tələbin əsası kimi istinad etdiyi Abşeron rayon Qobu Bələdiyyəsinin 17 may 2007-ci il tarixli 09 saylı qərarı ilə ona torpaq sahəsi ayrılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası əsaslı olmuşdur.
26. Məhkəmə kollegiyası hesab edir ki, istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
27. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA A LDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(105)-252/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.