Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1216/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: gəlir vergisi, kassa mədaxil qəbzləri; ciddi hesabat blanklarının forma və rekvizitləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlunun (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə q arşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 18 dekabr tarixli, 2-1(103)-3960/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********484600 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya 16272,60 manat əlavə vergi məbləği hesablanmışdır.
2. İddiaçı daha sonra dəqiqləşdirilmiş gəlir vergi bəyannaməsi üzrə 2022-ci il üzrə ödənilməli gəlir vergisini 437,80 manat kimi bəyan etmişdir.
3. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığor tası haqlarının hesablanması barədə” **********256000 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya 17507,26 manat vergi borcu hesablanmış, xx.xx.2023-cü il tarixli inzibati akt ləğv edilmişdir. Əsası: aparılan araşdırma zamanı 2022-ci il ərzində e-qaimələr əsasında əldə edilmiş 423363,48 manat dəyərində malların təqdim edilməsini təsdiq edən sənədlərin olmadığı halda vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il gəlir vergisi bəyannaməsinin hesabat dövrünün gəlirləri (ƏDV-siz və aksizsiz) hissəsinin Pərakəndə satışdan gəlir sətrində 432260,11 manat əks etdirilməsi satılmış mallara tətbiq edilmiş ticarət əlavəsinin real iqtisadi göstəricilərə uyğun olmadığına əsas verməklə real dövriyyənin gizlədilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səb əb olduğu qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********256000 №-li, 18 dekabr 2023-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, buğda ununun çörək və şirniyyat bişirən obyektlərə satılması ilə məşğuldur. Həmin fəaliyyət növü ilə əlaqədar o, “Mağaza, çadır və bazarlardan kənar səyyar mal satışı” fəaliyyəti kimi məşğul olan vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Şikayəti əsasında qəbul edilmiş xx.xx.2023cü il tarixli qərardan da görünür ki, bu qərarı tərtib etmiş və müvafiq araşdırma aparmış Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri X6 tərəfindən o, həmin bu idarəyə çağırılmış və ondan işin halları ilə əlaqədar müvafiq izahatlar da alınmışdır. O, bununla əlaqədar izahat verərkən bu sahə üzrə qanunvericiliyin tələblərini bilmədiyini və bu barədə ona heç bir Vergi Xidməti əməkdaşının köməklik göstərmədiyini bildirsə də, ona ünvanlanmış həmin araşdırmaya dair qərarda Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliklərin ona xx.xx.2021-ci il tarixində və xx.xx.2022-ci il tarixində elektron qaydada göndərildiyi və həmin bildirişlərin də xx.xx.2021-ci il tarixində və xx.xx.2022-ci il tarixində oxunduğu müəyyən olunduğu göstərilmişdir. Lakin o, izahatında həmin bu sənədləşmə işlərinin birbaşa onun tərə findən deyil, mühasib tərəfindən aparıldığını və adına göndərilən elektron bildirişlərin də onun tərəfindən oxunmadığını bildirsə də, işin bu hallarına düzgün hüquqi qiymət verilməmiş və onun fəaliyyət göstərdiyi sahə üzrə elektron qaimələrin tətbiqi barədə ətraflı məlumatının olmaması və elektron qaimələrin vergi hesabatlarında və gündəlik sahibkarlıq fəaliyyətində yeni tətbiq olunduğunu nəzərə alaraq ona köməklik göstərilməmişdir. Bu isə cavabdeh orqanın əməkdaşları tərəfindən AR Vergi Məcəlləsinin 24-cü maddəsinin tələblərinin pozulması deməkdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, fəaliyyətinin səyyar qaydada buğda ununun satışından ibarət olmasını bildirməsini, alqı-satqı əməliyyatlarından əldə edilmiş gəlirlərin kassa mədaxil qəbzlərinə əsasən formalaşmasını qeyd etməsinə baxmayaraq araşdırmaya təqdim olunmuş kassa mədaxil qəbzlərinin qanunvericiliyin tələbinə uyğun tərtib olunmadığını, ciddi hesabat blankında vəsaiti ödəyən şəxs olaraq özünün adının yazıldığını, özü tərəfindən imzalandığını, təqdim edilmiş yazılı izahatında isə elektron qaimə fakturalarla əldə etdiyi buğda ununu çörək və şirniyyat bişirilən obyektlərinə, yəni sahibkarlıq subyektlərinə satdığını qeyd etsə də, təqdim etdiyi (satdığı) mallara görə elektron qaimə-fakturalar təqdim etməli olduğu halda təqdim etmədiyini, bankda olan hesablaşma hesabından çıxarışa əsasən təqdim edilmiş (satılmış) mallara görə alıcılar tərəfindən ödənişlər aparılmadığını, gəlirlərinin və xərclərinin uçotunu Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tari xli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” qaydalarına uyğun aparılmasının müəyyən edilmədiyini, bununla da real gəlirlərini müəyyən etmək mümkün olmadığını, fərdi sahibkar tərəfindən iri həcmli mal partiyalarının alışının qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməsinə baxmayaraq satışını rəsmiləşdirməməklə istehsal fəaliyyəti ilə məşğul olan digər (mal alan) vergi ödəyicilərinin gəlirlərinin yayındırmasına əsaslar yaradıldığını, aparılmış əməliyyatların "kölgə iqtisadiyyatı"nın dərinləşməsini şərtləndirməklə rəsmiləşdirilməyən iri həcmdə olan mal partiyasının hərəkətinin izlənilməsini çətinləşdirən, sonrakı satış dövriyyəsindən vergilərin hesablanmamasına və nəticədə dövlət büdcəsinin əsaslı itkilərə məruz qalmasına səbəb olan vergidən yayınma sxemi olduğunu, fərdi sahibkar araşdırmaya təqdim etdiyi yazılı izahatında sahibkarlıq subyektlərinə topdansatış qaydasında satdığı mallara görə elektron qaimə-fakturalar təqdim etməli olmasına baxmayaraq təqdim etməməsinin, təqdim etdiyi kassa mədaxil qəbzlərinin tərtibatında qaydalara əməl edilməməsinin, gəlir və xərclərinin uçotunun qanunvericiliyin tələbinə uyğun aparılmamasının mühasib tərəfindən işlərin icra edilməsi və məlumatının olmaması ilə əsaslandırsa da, fərdi sahibkarın fəaliyyəti ilə bağlı mövcud qanunvericiliyin tələbləri, o cümlədən gəlir və xərclərinin uçotunun aparılması qaydaları, güzəştlər, elektron qaimə-faktura təqdim edilməli olduğu hallar və sair barədə məlumatların qeyd olunduğu “Qeydiyyata al ınması barədə” xx.xx.2021-ci il tarixli **********929600 nömrəli və “Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə” xx.xx.2022-ci il tarixli **********365500 nömrəli məlumatlandırıcı “Bildiriş”lərin elektron qaydada fərdi sahibkara göndərildiyini və “Bildiriş”lərdə olan məlumatların fərdi sahibkar (və ya nümayəndəsi) tərəfindən müvafiq olaraq xx.xx.2021-ci və xx.xx.2022-ci tarixlərdə oxunduğunu, habelə 2022-ci il ərzində elektron qaimə fakturalara əsasən 2022-ci il ərzində 423365,01 manat məbləğində mallar (iş və xidmətlər), o cümlədən 423355.01 manat məbləğində (566,71 ton) mallar (buğda unu) əldə edilməsi, 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin 1 №li əlavəsində ilin sonunda 501.17 manat dəyərində mal qalığının bəyan olunması, sığorta haqqı üzrə 1044,0 manat ödənişlərinin olduğu nəzərə alınmaqla 2022-ci il ərzində gəlirlərin əldə edilməsi ilə bağlı xərclərinin 423907,84 manat (423365,01-501.17+1044,0) müəyyən edildiyini və il ərzində real gəlirlərinin müəyyən etməyin mümkün olmadığını, gəlirlərin əldə edilməsi ilə bağlı inzibati araşdırma ilə müəyyən edilən xərclərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” qaydaları tətbiq olunmaqla müəyyən edilən 508689,4 manat gəlirə uyğun hesablanmalı 16956,31 manat vergi məbləği ilə müqayisədə kameral vergi yoxlaması ilə müəyyən edilən vergi məbləğindən 471,54 manat az, yəni 17945,06 manat hes ablandığını nəzərə alaraq şikayətin təmin edilməməsi və vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********256000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın qanunvericiliyə uyğun qəbul edilməsi barədə qərar qəbul edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5708/2024 nömrəli qərarı (Hakim N.Abiyev) ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********256000 №-li, 18 dekabr 2023-cü il tarixli qərar ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən inzibati araşdırma zamanı vergi orqanına topda nsatış qaydasında satdığı mallara görə kassa mədaxil qəbzləri təqdim olunmaqla, hər un kisəsindən ticarət əlavəsinin ona 0,40 manat qaldığı bildirilmişdir. İddiaçı tərəfindən vergi orqanına dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və vergi orqanı tərəfindən qeyd olunan hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklərin aradan qaldırılaraq, vergi orqanına təqdim edilməsi barədə hər hansı bildiriş göndərilməmiş, iddiaçının göstərdiyi fəaliyyət növünün real dövriyyəsinə uyğun olmayan 513623,11 manat gəlir müəyyən etməklə, sonuncuya 17945,06 manat vergi borcu hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qəra r qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamışdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2-1(103)-3960/2024 nömrəli qərarı (X4 (sədrlik edən və məruzəçi), X2 və X3) ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5708/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunm amasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, vergi orqanının uçot-baza məlumatlarına əsasən aparılan araşdırma zamanı fərdi sahibkarın 2021-ci ilin sonuna mal qalığının olmadığı, 2022-ci il ərzində elektron qaimə faktura ilə 423365,01 manat məbləğində mallar(iş və xidmətlər), o cümlədən 423355.01 manat məbləğində (566,71 ton) mallar (buğda unu) əldə edildiyi, 2022-ci il ərzində elektron qaimə faktura ilə mal təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin, 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin 1 N-li əlavəsində 2022-ci il ərzində əldə edilmiş malların “dövr ərzində d axil olmuşdur” sütununda göstərildiyi, il ərzində 422 853.81 manat məbləğində malların təqdim edildiyi və ilin sonunda 501.17 manat dəyərində mal qalığının olması, vergi orqanında adına qeydiyyatdan keçmiş təsərrüfat subyektinin (obyektinin) olmadığı, sığorta haqqı üzrə 1044,0 manat ödənişləri nəzərə alınmaqla 2022-ci il ərzində gəlirlərin əldə edilməsi ilə bağlı xərclərinin 423907,84 manat (423365,01-501.17+1044,0) olduğu və əldə edilmiş gəlirlərinin isə təsdiqedici sənədlərlə təsdiqlənmədiyi müəyyən edilmişdir
14. İddiaçının satılan malların təsdiq edilməsi üçün təqdim etdiyi kassa mədaxil qəbzlərinin tərtibatında qaydalara əməl edilməməsinin, gəlir və xərclərinin uçotunun qanunvericiliyin tələbinə uyğun aparılmamasının mühasib tərəfindən işlərin icra edilməsi və məlumatının olmaması i lə əsaslandırsa da, uçot baza məlumatlarına əsasən “Qeydiyyata alınması barədə” xx.xx.2021-ci il tarixli **********929600 nömrəli və “Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə” xx.xx.2022-ci il tarixli **********365500 nömrəli məlumatlandırıcı “Bildiriş”lərin elektron qaydada fərdi sahibkara göndərilmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Vergi Məcəlləsi: Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:... 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;... Maddə 67. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hall arda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır:... 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. (1 yanvar 2024-cü il tarixədək qüvvədə olan bənd) 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. (1 yanvar 2022-ci il tarixdən qüvvədə olan bənd)
17. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 09 saylı, xx.xx.2016-cı il tarixli “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” barədə qərarının 3 nömrəli əlavəsi
18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcl udur. ‘ Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barəd ə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün h esab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
22. Belə ki, işin halları ilə müəyyən olunur ki, cavabdeh 2022-ci il ərzində elektron qaimə-fakturalar əsasında əldə edilmiş 423.363,48 manat məbləğində malların təqdim edilməsini təsdiqləyən sənədlərin mövcud olmaması əsası ilə iddiaçıya xx.xx.2023-cü il tarixli qərarı ilə 17.507,26 manat əlavə vergi məbləği hes ablamışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamışdır.
24. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir.
25. Həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 09 saylı, xx.xx.2016cı il tarixli “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” barədə qərarının 3 nömrəli əlavəsinə əsasən kassa mədaxil qəbzində məhsul, iş və xidmət sifarişçinin adı, VÖEN-i, bank rekvizitləri, ünvanı və digər rekvizitlər öz əksini göstərməlidir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gəlir bəyannaməsində qeyd etdiyi gəlirləri təsdiq edən sənəd kimi iş materiallarına kassa mədaxil qəbzləri əlavə edilmişdir. (iş v. 173-203) Lakin, yuxarıda qeyd olunan Maliyyə Nazirliyinin 09 saylı, xx.xx.2016-cı il tarixli “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” barədə qərarın 3 nömrəli əlavəsində nəzərdə tutulmuş rekvizitlər iş materiallarında olan kassa mədaxil qəbzlərində öz əksini tapmamış, iddiaçının malları təqdim etdiyi şəxslər barəsində məlumat və rekvizitlər qəbzlərdə mövcud olmamışdır.
27. Beləliklə, cavabdehin həmin kassa mədaxil qəbzlərini gəliri təsdiq edən sənəd kimi etibarlı hesab etməməsi qanunauyğun olmuşdur.
28. Həmçinin, 1 yanvar 2022-ci il tarixdən sonra qüvvədə olmuş Vergi Məcəlləsinin 67.17-ci maddəsinə əsasən Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir.
29. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə predmeti iddiaçının 2022-ci il vergi dövrü üzrə gəlir vergisi olduğundan, cavabdeh orqan əsaslı olaraq vergi ödəyicisinin gəlirlərini müəyyən edə bilmədiyi halda, Vergi Məcəlləsinin 67-ci maddəsinin ardıcıllığını gözləmədən 67.14-cü maddəyə əsaslanaraq iddiaçının gəlirini müəyyən etmək məqsədi ilə şərti rentabellik tətbiq etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş kas sa mədaxil qəbzlərinin yuxarıda qeyd edilən ciddi hesabat blankları barədə Maliyyə Nazirliyinin qərarına uyğunluğunu, həmçinin cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsini düzgün tətbiq etməsinə nəzər yetirmədən iddia tələbini təmin etmişdir.
31. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının 2024-cü il 18 dekabr tarixli, 2-1(103)-3960/2024 nömrəli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin olunmasın. Qərar qətidir.