Məhkəmə qərarları › İş №2-1(102)-1233/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1233/2022

14.07.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1233/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X11 X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburetmə haqqında iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖƏN:**********) cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral X1rşı “dağ-mədən ayırması aktının verilməsi və həmin akt verilənədək faydalı qazıntı ların çıxarılmasına görə qoyulmuş qadağanın aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2-1(103)1274/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)1044/2021 nömrəli iş üzrə 30 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X11 X5 publik hüquqi şəxsin iddianı təmin tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı MMC-yə Bakı şəhəri Qaradağ rayonu “Şahqaya” əhəngdaşı yatağında istifadəsinə verilmiş 10 ha torpaq sahəsində n Dağ-mədən ayırması aktı olmadan faydalı qazıntı çıxarılması qadağan edilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona növbəti müddət üçün DağMədən ayırması Aktının verilməsini xahiş etmişdir.

3. Cavabdeh 1 iyul 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Qaradağ rayonu “Şahqaya” (cənub sahə) əhəngdaşı yatağına baxış keçirilən zaman müvafiq icazə sənədi ilə ərizəçiyə ayrılmayan ərazidə qanunsuz olaraq faydalı qazıntı hasil edildiyi aşkar edilmişdir. Məlumat üçün bildirilmişdir ki, 6 may 2015-ci il tarixli, 00905 nömrəli “Dağ-mədən ayırması Aktı”nın müddəti 6 may 2020-ci il tarixdə bitmiş və icazə sənədinin uzadılması ilə bağlı nəzarət orqanına müraciət edilməmişdir. İstifadə hüququ bitdikdən sonra da yer təki sahəsindən faydalı qazıntı hasil etməyə davam edilmişdir. "Şahqaya” yatağına vergi xidmətinin işçiləri ilə birgə aparılmış monitorinq zamanı ərazidə ümumilikdə 2 ayrı hissədə olmaqla, 1-ci sahə 2,1 hektar orta istismar dərinliyi 3,6 metr olmaqla 75600 m3, 2-ci sahə 1,66 hektar orta istismar dərinliyi 3,3 metr olmaqla 54780 m3 həcmində faydalı qazıntı hasilatı aparıldığı müəyyən olunmuşdur. Baxış zamanı 3 ədəd daşkəsən kombayn, 1 ədəd kon 50 yükləyici, 1 ədəd qaldırıcı kran və 1 ədəd traktor müşahidə edilmişdir. Agentliyin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 5000 (beş min) manat məbləğdə inzibati cərimə tətbiq edilmi şdir. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Müvafiq icazə sənədi olmadan yerin təkindən faydalı qazıntı çıxarılması nəticəsində dövlətə vurulmuş maddi ziyanla bağlı Bakı Kommersiya Məhkəməsində mülki iddia qaldırılmış və 2-2(113)-3442/2021 nömrəli mülki iş üzrə baxış 27 iyul 2021-ci il tarixə təyin olunmuşdur. İddia ərizəsində göstərilən həcmlər (iddia qiyməti) daşkəsən avadanlığın gücünə və sayına uyğun hesablanmışdır (şərti olaraq 1 daşkəsən kombayn bir il ərzində orta hesabla 7200 m3 faydalı qazıntı hasil edir). Yekun məhkəmə aktı qəbul edilənə qədər qaldırılmış mülki iddianın məbləği aparılan qanunsuz hasilatın həcmlərinə uyğun olaraq dəqiqləşdiriləcək. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 1 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndinin tələbinə əsasən iddiaçıya növbəti müddət üçün “Dağ-mədən ayırması” Aktının verilməsi və həmin akt verilənədək, Qaradağ rayonu, “Şahqaya” əhəngdaşı yatağında 10 ha torpaq sahəsindən faydalı qazıntıların çıxarılmasına görə iddiaçıya qoyulmuş qadağanın aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 10 dekabr 2020-ci il tarixdə İddiaçı MMC-də yoxlamanın keçirilməsi ilə bağlı 000068 nömrəli akt tərtib etmişlər. Lakin 8 iyul 2021-ci il tarixdə müəyyən edilmişdir ki, 10 dekabr 2020-ci il tarixdə İddiaçı MMC-də yoxlama aparılması üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə yoxlamanın qeydiyyatı aparılmamışdır. Bu barədə 8 iyul 2021-ci il tarixdə Ədliyyə Nazirliyinə müraciət edilmiş, 12 iyul 2021-ci il tarixdə rəsmi cavab təqdim edilmişdir. 10 dekabr 2020-ci il tarixdə MMC-nin və hal şahidlərinin iştirakı olmadan yoxlamanın keçirilməsi ilə bağlı tərtib edilmiş aktı əsas tutaraq X11 X5 Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi təqdim edərək, İddiaçı MMC-dən 151.200 manat pul tələb edilmişdir. Məhkəmənin gedişatında Agentlik Bakı Kommersiya Məhkəməsinə ərizə təqdim edərək İddiaçı MMC-yə Qaradağ rayonu, “Şahqaya” əhəngdaşı yatağında 10 ha torpaq sahəsindən “Dağ-mədən ayırması” Aktı olmadan faydalı qazıntıların çıxarılmasının qadağan e dilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-(29113)-3242/2021 saylı qərardadı ilə ərizə təmin edilməsə də, iddiaçının verdiyi apellyasiya şikayəti 30 avqust 2021-ci il tarixdə, 2-2(103)-1044/2021 saylı qərarla Bakı Apellyasiya Məhkəməsində təmin edilmişdir. Hesab edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2-2(103)-1044/2021 saylı qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndinə ziddir. Hazırda İddiaçı MMC-nin ərazisində daş sexi də (aqlay) fəaliyyət göstərir və yerin təkindən istifadə edilmir. 2019-cu il tarixdə “Şahqaya” yatağından istehsal olunmuş və rəsmi hesabatı verilmiş tir-bloklar hazırda daş sexində istifadə olu nur.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

7. Birinci instansiya məhkəməsi İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq “Dağ-mədən ayırması” aktı verilənədək Qaradağ rayonu, “Şahqaya” əhəngdaşı yatağında 10 ha torpaq sahəsindən faydalı qazıntı çıxarılmasına görə İddiaçı MMC-yə qoyulmuş qadağanın aradan qaldırılması” hissəsində iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçıya müddət müəyyən etmişdir. İddiaçı qeyd edilən hissədə tələbi dəqiqləşdirmədən baxılmalı olduğunu bildirmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-10007/2021 nömrəli qərarı (hakim: X6) ilə iddia Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 999-cu il 9 yanvar tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndinin tələbinə əsasən iddiaçıya növbəti müddət üçün “Dağ-mədən ayırması” Aktının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində təmin edilməmişdir.

9. İddiaçı 17 dekabr 2021-ci il tarixli qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçıya növbəti müddət üçün “Dağ-mədən ayırması” Aktının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(112)-10007/2021 nömrəli qərardadı ilə iddia tələbi dağ-mədən ayırması aktı verilənədək faydalı qazıntıların çıxarılmasına görə qoyulmuş qadağanın aradan qaldırılması hissəsində mümkün sayılmamışdır.

11. Birinci instansiya məhkəməs i qərardadda qeyd etmişdir ki, mübahisələndirilən qadağa inzibati orqanın hərəkətləri nəticəsində deyil, Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 2-2(103)-1044/2021 nömrəli iş üzrə 30 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X11 X5 publik hüquqi şəxsin iddianı təmin tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməsi nəticəsində qoyulmuş, həmin qərardadla cavabdeh İddiaçı MMC-yə Bakı şəhəri Qaradağ rayonu “Şahqaya əhəngdaşı yatağında istifadəsinə verilmiş 10 ha torpaq sahəsindən Dağ-mədən ayırması aktı olmadan faydalı qazıntı çıxarılması qadağan edilmişdir. Beləliklə, iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil.

12. İddiaçı 17 dek abr 2021-ci il tarixli qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2-1(103)-1274/2022 nömrəli qərardadı ilə (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8 və X9) Bakı İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsinə baxılması üçün göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏ Rİ a. kassasiya şikayətinin və məktubların dəlilləri

16. Kassasiya şikayətində və məhkəməyə daxil olmuş məktublarda qeyd edilmişdir ki, iddiaçı tərəfindən 8 iyul 2021-ci il tarixdə Ədliyyə Nazirliyinə müraciət edilmiş. 12 iyul 2021-ci il tarixdə rəsmi cavab alınmışdır. Həmin cavaba görə müəyyənləşdirilmişdir ki, 10 fevral 2020-ci il tarixdə İddiaçı MMC-də yoxlamanın aparılması üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat revestr”ndə qeydə alınmadığına görə aparılmış yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu hala əsasən hüquqi şəxs barəsində məsuliyyət tədbiri tətbiq edilə bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılmamış, məsələyə düzgün hüquqi qiymət verilməmişdir.

17. Həmçinin eyni tarixli qərardan və qərardaddan verilmiş apell yasiya şikayətinə baxılarkən birinci qərardaddan verilmiş apellyasiya şikayətinə baxılması qanunvericilikdə nəzərdə tutulmamasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin hakimi hər iki məhkəmə aktından şikayətə eyni vaxta baxa bilməməsini bildirmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, mə cburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərard adı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır:... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq n ormalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onu nla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, faydalı qazıntıların çıxarılmasına görə qoyulmuş qadağa inzibati orqanın qərarı və ya hərəkətləri nəticəs ində deyil, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22(103)-1044/2021 nömrəli iş üzrə 30 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X11 X3 iddianı təmin tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməsi nəticəsində qoyulmuş, həmin qərardadla cavabdeh İddiaçı MMC-yə Qaradağ rayonu, “Şahqaya” əhəngdaşı yatağında 10 ha torpaq sahəsindən “Dağ-mədən ayırması” Aktı olmadan faydalı qazıntı çıxarılması qadağan edilmişdir. Bu səbəblə iddiaçının İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2-1(103)-1274/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar