Məhkəmə qərarları › İş №2-1(102)-1237/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1237/2022

14.07.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1237/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; inzibati icraat qaydalarının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2297/2021 nömrəli, 2 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 9 fevral 2020-ci il tarixli “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”nə görə, bu Müqaviləyə əsasən iddiaçı “"xxxx" MMC-nin ona verdiyi malların (dərman vasitələrinin) müəyyən bir vaxt ərzində (tərəflərin müqaviləyə xitam verdiyi müddətədək) saxlamaq üçün qəbul etməyi öz öhdəsinə götürmüşdür.

2. Cavabdehin 26 mart 2020-ci il tarixli **********7748 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, ünvan 1 ünva nda yerləşən anbarda keçirilmiş operativ vergi nəzarəti zamanı malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələsi üzrə pozuntu aşkar edilərək, nəticəsi 26 mart 2020-ci il tarixli VN seriyalı 014328 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçi rilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir.

3. Qeyd olunan akta görə, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 26 mart 2020-ci il tarixdə vergi ödəyicisinə məxsus anbarda 408.910 manat dəyərində mal qalığı aşkar olunmuş, həmin mal qalığından 106.254,42 manat dəyərində malın sənədsiz olduğu müəyyən edilmişdir. 26 mart 2020-ci il tarixə pul vəsaitinin qalığı mövcud olmamışdır.

4. Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş 26 mart 2020-ci il tarixli VN seriyalı 014328 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında 06 aprel 2020-ci il tarixli **********7988 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq, cəmiyyətin barəsində 10.625,44 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə cavabdehin 06 aprel 2020-ci il tarixli **********8 076000 nömrəli məktubu ilə vergi ödəyicisinin ünvanına və elektron qutusuna göndərilmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” **********238300 nömrəli 16 sentyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticələrindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2020-ci il tarixli inzibati şikayətin qismən təmin edilməsi, 26 mart 2020-ci il tarixli VN seriyalı 014328 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malları elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcəd ən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektlərindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında cavabdeh tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 6 aprel 2020-ci il tarixli **********7988 nömrəli qərarın 953,36 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, qərarın qalan hissədə, yəni 9.672,08 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılması, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə bu qərarın 2-ci bəndinin icrası ilə bağlı vergi ödəyicisi nin şəxsi hesab vərəqəsinə müvafiq düzəlişin edilməsinin təmin edilməsinin tapşırılması qərara alınmışdır.

6. Cavabdehin 1 oktyabr 2020-ci il tarixli **********8152 nömrəli qərarı ilə iddiaçı üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticələri barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” çıxarılmış 6 aprel 2020-ci il tarixli **********7988 nömrəli qərarı ləğv edilmişdir.

7. Cavabdehin 1 oktyabr 2020-ci il tarixli **********8167 nömrəli qərarı ilə iddiaçının Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaiməfaktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 9.672,08 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, 10 oktyabr 2020-ci il tarixədək 9672,08 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın 01 oktyabr 2020-ci il tarixli, **********8167 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

9. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın 26 mart 2020-ci il tarixli **********7748 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1də yerləşən anbarda operativ vergi nəzarəti həyata keçirilmiş, yoxlamanın nəticəsi 26 mart 2020-ci il tarixli VN seriyalı 014328 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqd im edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmiş, tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən 6 aprel 2020-ci il tarixli **********7988 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq, iddiaçı barəsində 10.625,44 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

10. Qeyd edilən qərardan iddiaçı tərəfindən yuxarı vergi orqanına şikayət verilmiş, iddiaçının inzibati şikayəti qismən təmin edilərək 16 sentyabr 2020-ci il tarixli **********238300 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” qərarla cavabdeh orqanın 6 aprel 2020-ci il tarixli **********7988 nömrəli Qərarı 953,36 maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, Qərar digər hissədə, yəni 9672,08 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

11. Yuxarı vergi orqanında aparılmış araşdırma ilə operativ vergi nəzarəti tədbiri zamanı anbarda aşkar edilmiş 106254,42 manat dəyərində mallardan 6213,72 manat dəyərində Foliton, 3319,88 manat dəyərində Nisit adlı, ümumilikdə 9533,6 manat dəyərində dərman vasitələrinin alışına dair yük gömrük bəyannamələrinin mövcud olduğu, 96720,82 manat dəyərində malların isə alışına dair sənədlərin olmadığı müəyyən edilmişdir.

12. Bundan əlavə, araşdırmaya təqdim edilmiş "xxxx" MMC ilə iddiaçı arasında 09 fe vral 2020-ci il tarixdə bağlanmış “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”nə əsasən "xxxx" MMC tərəfindən Cəmiyyətə saxlamaq məqsədi ilə 10 adda dərman preparatları verdiyi göstərilsə də, müqavilədə həmin malların iddiaçıya aid olan hansı ünvanda saxlanılması barədə məlumatların, həmçinin qeyd edilən müqavilə əsasında tapşıranın saxlayıcıya ödəyəcəyi xidmət haqqı barədə məlumatların qeyd edilmədiyi, eyni zamanda iddiaçının "xxxx" MMC-yə göstərdiyi saxlama xidmətləri ilə bağlı elektron qaimə verilmədiyi müəyyən edilmişdir.

13. Yuxarı vergi orqanı tərəfindən gəlinmiş qənaətə əsasən "xxxx" MMC ilə iddiaçı arasında 09 fevral 2020-ci il tarixdə bağlanmış “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”ndə malların iddiaçıya aid olan hansı ünvanda saxlanılması barədə məlumatların, həmçinin qeyd edilən müqavilə əsasında göstərilən xidmətə görə xidmət haqqının qeyd edilməməsi, eyni zamanda iddiaçının "xxxx" MMC-yə göstərdiyi saxlama xidmətləri barədə elektron qaimə-fakturanın verilməməsi əsas gətirilərək şikayət həmin hissədə təmin edilməmişdir.

14. Vergi orqanı Nisit və Foliton adlı dərmanların həqiqətən də Cəmiyyətin mülkiyyətində olmasını qəbul edərək şikayəti həmin hissədə təmin etmiş, lakin "xxxx" MMC-nin sahibliyində olan malları Cəmiyyətin malı kimi qəbul edərək maliyyə sanksiyasını qüvvədə saxlamışdır.

15. Vergi Məcəlləsinin 71-1.5-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq elektron qaimə-faktura verilən əməliyyatların siyahısı ilə müəyyən edilmişdir ki, malların anbarda saxlanması üçün elektron q aimə-faktura forması qanunla təsdiq edilməmiş və həmin qaimə-fakturanın verilməsi mümkün olmamışdır. Qeyd edilən malların bir hissəsinin "xxxx" MMC-yə aid olmasını təsdiq edən yük gömrük Bəyannamələri araşdırmaya təqdim edilsə də, vergi orqanı nəzərə almamışdır.

16. Yuxarı vergi orqanı qərarında qeyd edir ki, malların anbarda saxlanması müqaviləsində ünvan göstərilmədiyinə və xidmət haqqı müəyyən edilmədiyinə görə həmin mallar sənədsiz mal kimi qəbul edilməlidir. Müqavilə şərtlərinin müəyyən edilməsi Mülki Məcəllənin tələblərinə əsasən müqavilə tərəflərinin müstəsna hüququdur və buna hər hansı müdaxilə yolverilməzdir. Müqavilə şərtində saxlama haqqının və ünvanın qeyd edilməməsi həmin malların iddiaçının sahibliyində olması qənaətinə gəlməsinə əsas verə bilməz və bu barədə qanunvericilikdə hər hansı göstəriş də yoxdur. 17. "xxxx" MMC-nin sahibliyində olan və aktda qeyd edilən malların siyahısı aşağıdakı kimidir və sənədsiz mal kimi qiymətləndirilən malları siyahısında 67435,0 manat təşkil edir. Vergi orqanı tərəfindən qeyd edilən siyahı üzrə Qlozik-3900 ədəd * 3,5 manat = 13650,0 manat; Help Mannosa - 2430 ədəd * 6,20 manat = 15066,0 manat; Turogel - 695 ədəd * 3,50 manat = 7645,0 manat; Gloderm- 2646 ədəd * 3,50 manat = 9261,0 manat; Maxigel 1150 ədəd * 3,50 manat = 4025,0 manat; Vitakold-1350 ədəd * 3,50 manat = 4725,0 manat; Reyakor-192 ədəd * 5,50 manat = 1056,0 manat; Rapider -320 ədəd * 3,50 manat = 1120,0 manat; Balitamon -1600 ədəd * 3,50 manat = 5000,0 manat; Memor-1682 ədəd * 3,50 manat = 5887,0 manat.

18. Həmin malların "xxxx" MMC-yə aid olmasını təsdiq edən sə nədlər (Yük gömrük bəyannamələri və müqavilə) iddia ərizəsinə əlavə olunur. Həmçinin siyahıda qeyd edilən dərmanların bir hissəsinin qiyməti şişirdilmiş, mənbəyi bəlli olmayan məlumatlardan istifadə edilmişdir "xxxx" MMC, "xxxx" MMC arasında saxlanc və ya icarə müqaviləsi olmadığına görə həmin mallar "xxxx" MMC-nin sahibliyində olan mal kimi qəbul edilmiş, yuxarıda qeyd edildiyi kimi belə olan halda da qiymətlər süni şişirdilmişdir. Belə ki, Jenskoyo Zdorovye 5,10 manata qeyd edildiyi halda "xxxx" MMC-nin adına gələn Yük gömrük bəyannaməsinin qiymətinə əsasən malın dəyəri 3,62 manat təşkil etmiş, nəticədə, həmin dərman üzrə qiymət 530,94 manat şişirdilmişdir, Mujskoyo Zdorovye 5,10 manat qeyd edildiyi halda "xxxx" MMC-nin adına gələn Yük gömrük bəyannaməsinin qiymətinə əsasən malın dəyəri 1 ədəd üçün 3,62 manat təşkil etmiş nəticədə həmin dərman üzrə qiymət 2838,54 manat şişirdilmişdir, Fibrovag Forte 6,0 manat qeyd edildiyi halda "xxxx" MMC-nin adına gələn Yük gömrük bəyannaməsinin qiymətinə əsasən malın dəyəri 3,62 manat təşkil etmiş nəticədə həmin dərman üzrə qiymət 1654,92 manat şişirdilmişdir, Azivag 4,0 manat qeyd edildiyi halda "xxxx" MMC-nin adına gələn Yük gömrük bəyannaməsinin qiymətinə əsasən malın dəyəri 2,72 manat təşkil etmiş, nəticədə, həmin dərman üzrə qiymət 102,2 manat şişirdilmişdir, Fibrovag 5,0 manat qeyd edildiyi halda "xxxx" MMC-nin adına gələn Yük gömrük bəyannaməsinin qiymətinə əsasən malın dəyəri 2,72 manat təşkil etmiş nəticədə həmin dərman üzrə qiymət 410,4 manat şişirdilmişdir, Megavag 5,0 manat qeyd edildiyi halda "xxxx" MMC-nin adına gələn Yük gömrük bəyannaməsinin qiymətinə əsasən malın dəyəri 2,72 manat təşkil etmiş, nəticədə, həmin dərman üzrə qiymət 4906 manat şişirdilmişdir. Ümumilikdə, şişirdilmiş qiymət üzrə 10443,0 manat təşkil etmişdir.

19. Müəssisənin sahibliyində olmayan 67435,0 manat + şişirdilmiş qiymət 10443,0 manat=77878,0 manat üzrə 10% maliyyə sanksiyası 7787,8 manat artıq maliyyə sanksiyası tətbiq edilmişdir.

20. Vergi orqanı tərəfindən tətbiq edilən 10625,44 manat maliyyə sanksiyasından 953,66 manatın yuxarı vergi orqanı tərəfindən ləğv edilməsi nəzərə alınsa, 9672,08 manat qalır. Sahiblikdə olmayan və şişirdilmiş qiymət üzrə 7787,8 manat nəzərə alınarsa, 1884,28 manat maliyyə sanksiyası təşkil edəcəkdir.

21. Bundan əlavə, siyahı ilə bağlı qeyd olunmuşdur ki, tərtib edilən siyahı üzrə sənədi olan mal kimi qey d edilmiş, yəni nöqsan aşkar olunmamış mal siyahısı mövcuddur ki, həmin siyahı düzgün sayılmamışdır. Belə ki, malların sənədləri olduğuna görə və həmin malların sənədlərinin olması səbəbindən operativ vergi nəzarəti ilə hər hansı maliyyə sanksiyası tətbiq edilməməsi səbəbindən saya düzgünlüyünə əhəmiyyət verilməmişdir. Sonradan qeyd edilən akt üzrə tərəfimizdən sayım həyata keçirilərkən mal sayının az göstərildiyi müəyyən edilmişdir. Vergi orqanı tərəfindən həmin siyahı gələcək dövrlərdə mənbəyi bəlli məlumat kimi istifadə edilməsi ehtimalı olduğuna görə siyahının düzgün olması mütləqdir. Ümumiyyətlə, tərtib edilən 26 mart 2020-ci il tarixli 00178 saylı siyahı üzrə aktın məzmunundan da göründüyü kimi, yalnız sənədsiz mallar qeyd edilməlidir. Lakin vergi orqanı tam siyahını göstərməyə çalış mışdır. Həm tərtib edilən akt və siyahının sayı düzgün olmadığına görə tərtib edilən akt və siyahıda say düzgün göstərilmədiyinə görə akt nöqsansız mallar üzrə də tam etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:

22. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz vermişdir. Etirazda işin yuxarıda təsvir olunan faktiki halları qeyd olunmuş, əlavə olaraq göstərilmişdir ki, iddiaçı operativ vergi nəzarət tədbiri zamanı alış sənədi olmayan malların siyahısında göstərilən dərmanların bir hissəsinin iddiaçıya deyil, "xxxx" MMC-yə aid olduğunu, "xxxx" MMC ilə iddiaçı arasında 09 fevral 2020-ci il tarixdə bağlanmış “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”nə əsasən "xxxx" MMC-nin müəssisəyə saxlamaq məqsədi ilə 10 adda dərman preparatı verdiyini qeyd edir. "xxxx" MMC ilə iddiaçının arasında 09 fevral 2020-ci il tarixdə bağlanmış “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”ndə malların iddiaçıya aid olan hansı ünvanda saxlanılması barədə məlumatlar, həmçinin qeyd edilən müqavilə əsasında tapşıranın saxlayıcıya göstərdiyi xidmətə görə ödəyəcəyi xidmət haqqı barədə məlumatlar qeyd edilməmiş, eyni zamanda “iddiaçının "xxxx" MMC-yə göstərdiyi saxlama xidmətləri barədə elektron qaimə-faktura verilməmişdir.

23. Həmçinin iddiaçının iddia etdiyi "xxxx" MMC ilə arasında mövcud olan saxlanc müqaviləsi operativ vergi nəzarəti tədbiri zamanı yoxlamaya təqdim edilməmişdir ki, bu da 09 fevral 2020-ci il tarixli müqavilənin iddiaçı tərəfindən vergidən yayınmaq üçün bağlanmış uydurma əqd olduğuna dair əsas lı şübhələr mövcud olduğunu göstərir. İddiaçı iddia ərizəsində yoxlama zamanı aşkar edilmiş sənədsiz malların ona məxsus olmadığını, “BİTKİZANE" MMC-yə məxsus olduğunu qeyd etsə də, malların "xxxx" MMC-yə məxsus olduğunu təsdiq edən hər hansı sübut nə yoxlama zamanı, nə də məhkəməyə təqdim edilməmişdir.

24. Nəzərə alınsa ki, iddiaçının iddia etdiyi malların anbarda saxlanılması da göstərilən xidmətin bir növüdür, iddiaçının yuxarıda qeyd edilən maddəyə istinad edərək göstərdiyi xidmətin elektron qaimə-faktura tələb edilməyən əməliyyat kimi dəyərləndirməsi də əsassızdır.

25. İddiaçının digər əsassız dəlillərindən biri isə ondan ibarətdir ki, anbarda aşkar edilmiş sənədsiz malların bir hissəsi də "Centrum Pharma” MMC və "xxxx" MMC tərəfindən idxal edilmişdir və İddiaçı MMC-yə aid deyil. Qeyd edilən müəssisələrlə iddiaçı arasında isə özünün də qeyd etdiyi kimi nə icarə, nə də saxlama müqaviləsi mövcud deyil. İddiaçı dərman vasitələrinin siyahısında Jenskoyo Zdorovye, Mujskoyo Zdorovye, Fibrovog Forte adlı dərman vasitələrinin "Centrum Pharma” MMC və "Bazis Pharma” MMC tərəfindən idxal edildiyini bildirir. Halbuki iddiaçının 06 aprel 2020-ci il tarixli məsuliyyətə cəlb etmə haqqında qərardan yuxarı vergi orqanına verdiyi 22 iyun 2020-ci il tarixli şikayətində alış sənədləri olmayan dərman vasitələrindən yalnız yuxarıda adları qeyd olunan dərman vasitələrinin İddiaçı MMC-yə məxsus olduğunu bildirmişdir.

26. Göründüyü kimi, aşkar edilmiş sənədsiz malların iddiaçıya aid edilməsi ilə bağlı iddiaçının mövqeyi tamamilə əsaslıdır. İddiaçının operativ vergi yoxlamasının nəticələrinə da ir tərtib edilmiş Akta əlavə edilmiş malların siyahısında qeyd edilən dərmanların bir hissəsinin qiymətinin şişirdilməsinə, mənbəyi bəlli olmayan məlumatlardan istifadə edilməsi ilə bağlı iddiasına münasibətdə isə qeyd edilmişdir ki, müəssisənin rəhbəri yoxlamaya təqdim etdiyi izahatında anbarda aşkar edilmiş 106254,42 manat dəyərində malların alışını təsdiq edən sənədlərin olmadığını, aşkar edilmiş malların siyahısının onun iştirakı ilə tərtib edildiyini, malların alış və satış qiymətlərinin özü tərəfindən yoxlamaya bildirdiyini qeyd etmişdir.

27. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

28. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2275/2021 nömrəli, 26 may 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia tələbi təmin edilərək cavabdehin 1 oktyabr 2020-ci il tarixli **********8167 nömrəli qərarı ləğv edilmişdir.

29. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə maliyyə sanksiyası tətbiq edərkən, anbarda aşkar olunmuş mallar ilə bağlı elektron vergi-hesab fakturanın olmamasına əsaslanmışdır. Halbuki, iş materiallarında olan gömrük bəyannamələrindən və "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 09 fevral 2020-ci il tarixli “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”ndən aydın olur ki, iddiaçının həmin mallar üzərində sahiblik və ya mülkiyyət hüququ olmamış, mövcud olmuş müqavilə münasibətləri zəminində o, yalnız həmin malları anbarda saxlamaq səlahiyyətinə malik olmuşdur.

30. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarı n ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2297/2021 nömrəli, 2 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) Bakı İnzibati Məhkəməsinin 2-1(112)2275/2021 nömrəli, 26 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə əlavə olunmuş yoxlama materialları arasında və hazırkı mübahisəyə məhkəmədə baxılarkən təqdim edilən sənədlər arasında saxlanc xidməti göstərən iddiaçı müəssisə (saxlayıcı) tərəfindən nə mübahisələndirən malların anbarda tapşıran ("xxxx" MMC) tərəfindən saxlanca ve rilən malların təhvil-təsliminə dair, nə də saxlayıcının (İddiaçı MMC) saxlanc xərclərinin tapşıran ("xxxx" MMC) tərəfindən ödənildiyini təsdiq edən sənəd-sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, həmin saxlanc müqavilənin və həmin müqaviləyə istinad olunan dəlillərin mötəbərliyi istisna edilir. Hətta müqavilə mötəbər hesab edilsə belə, xidmət göstərən iddiaçı tərəfindən həmin müqaviləyə əsasən saxlanca verilmiş mallara görə göstərilən xidmətə dair vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, elektron qaimə təqdim olunmaması da vergi orqanı tərəfindən maliyyə sanksiyasının tətbiq olunmasına əsas verir.

33. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA Şİ KAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

34. Şikayətin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.

35. Bundan əlavə, şikayətdə göstərilmişdir ki, cavabdeh “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışda operativ vergi nəzarətinin keçirilməsi əsası kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlara istinad etsə də, iş materiallarından göründüyü kimi belə sübut mövcud deyildir. Bununla da, qanunvericiliyin imperativ tələbləri pozulmaqla hüquqi əsas olmadan operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir

36. İddiaçının sahibliyində olan 96720,82 manat dəyərində malların 67435,0 manat hissəsi "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli müvəqqəti saxlama müqaviləsi əsasında götürülmüşdür. Məhkəmə isə cavabdehin həmin əqdi uydurma əqd kimi qiymətləndirməsinə yanılaraq, əksinə dair heç bir sübut olmadan müqavilənin həqiqiliyinə şübhə ilə yanaşmışdır. Əsas diqqət olunmalı məqam isə odur ki, məhkəmə cavabdehin digər bir arqumentini, guya malların saxlamaya verilərkən Vergi Məcəlləsinin 71-1.1 -ci, 71-1.1.3-ci və 71-1.5.1-ci maddələrinə əsasən elektron qaimə təqdim etməli olduğunu bildirmiş, həmin normaların mahiyyətini yanlış təfsir etmişdir.

37. Belə ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsi alqı-satqı əməliyyatları zamanı baş verən təqdimetməni, yəni mülkiyyətçinin dəyişməsini nəzərdə tutur. Bunu müəyyən etmək üçün elə ilkin olaraq məhkəmənin də istinad etdiyi 71-1.5.1-ci maddəyə nəzər yetirmək kifayət idi ki, mə hkəmə bunu etməyərək maddəni başqa məzmunda apellyasiya şikayətində qeyd edən cavabdehin qeydini olduğu kimi qərara köçürüb. Belə ki, Məcəllənin 71-1.5-ci maddəsi vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilməsini tənzimləyir. Lakin məhkəmə diqqət yetirməmişdir ki, baş verən bu əməliyyat alqı-satqı deyil, müvəqqəti saxlamadır. Hansı ki, həmin münasibətlər zamanı belə əməliyyata görə hər hansı elektron qaimə-fakturanın verilməsi nəzərdə tutulmamışdır.

38. Qeyd olunanları təsdiq edən xüsusilə əhəmiyyətli məqam ondan ibarətdir ki, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Qanunla Vergi Məcəlləsinə əlaqə edilən 71-1.5.7-ci maddə ilə malların emala, yaxud saxlamaya verilməsi barədə elektron qaimə-fakturanın verilməsi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının malları saxlamaya götürdüyü dövrdə həmin əməliyyata görə elektron qaimə-fakturanın təqdim olunması nəzərdə tutulmamışdır. Həmin dövrdə Vergi Məcəlləsinin 71 -1.1 -ci maddəsinə uyğun olaraq elektron qaimə-faktura təqdim olunsaydı, müqavilənin mahiyyətinə zidd addım olardı. Təəssüf ki, apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 71-1.1- ci maddəsini yanlış təfsir etməklə Mülki Prosessual Məcəllənin 386-cı maddəsinin tələblərini pozmuşdur. 39. “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 14.2-ci bəndinə görə, təqdim olunan iltizamda vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi malların və (və ya) pul vəsaitinin ona məxsus olmamasını, yaxud qismən məxsus olmasını bildirdiyi halda, vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən həmin malların və pul vəsaitinin vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) saxlanılmasına hüquqi əsas verən müvafiq təsdiqedici sənədlər (icarə, saxlama müqavilələri və s.) tələb edilməlidir. Göründüyü kimi, malların saxlama müqaviləsi əsasında sahiblikdə olmasını vergi orqanları özü də Qaydalarda nəzərdə tutur, lakin təcrübədə həmin əməliyyatları qəbul etməyərək əsassız mövqe nümayiş etdirir.

40. Cavabdehin sənədsiz kimi qiymətləndirərək tərtib etdiyi siyahıdakı malların "xxxx" MMC-nin adına idxal olunmasına dair gömrük sənədləri məhkəməyə təqdim olunsa da, bununla bağlı heç bir araşdırma aparılmamış, həmin sənədlər arasında üzləşdirmə həyata keçirilməmişdir ki, obyektiv həqiqət müəyyən edilsin.

41. Həmçinin, məhkəmənin cavabdehin əsassız olaraq malların anbarda saxlanması müqaviləsində ünvan göstərilmədiyinə və xidmət haqqı müəyyən edilmədiyinə görə həmin malları sənədsiz mal kimi qəbul edilməsini olduğu kimi Qərarda əks etdirməsinə münasibətdə qeyd edilmişdir ki, müqavilə şərtlərinin müəyyən edilməsində tərəflərin iradə sərbəstliyi var və Mülki Məcəllənin 390-cı maddəsinə əsasən bu şərtlərin müəyyən edilməsi müqavilə tərəflərinin müstəsna hüququdur və buna hər hansı müdaxilə yolverilməzdir. Müqavilə şərtində saxlama haqqının və ünvanın qeyd edilməməsi həmin malların iddiaçının sahibliyində (mülkiyyətində) olması qənaətinə gəlməsinə əsas verə bilməz və bu barədə qanunvericilikdə hər hansı göstəriş yoxdur.

42. İddiaçı tərəfində n saxlamaya götürülmüş malların mülkiyyətçisi başqa vergi ödəyicisi olduğu halda, Vergi Məcəlləsinin 58.8-ci maddəsində qeyd olunan “sahibliyində” ifadəsi yanlış təfsir olunmuş və iddiaçının əsassız maliyyə sanksiyasına məruz qalmasına səbəb olmuşdur. Halbuki, həmin normadan göründüyü kimi, “sahibliyində" ifadəsi faktiki sahibliyi deyil, mülkiyyət hüququndan irəli gələn sahibliyi ehtiva edir.

43. Vergi orqanı iddiaçının sahibliyində olan malların müvəqqəti saxlama müqaviləsi əsasında olmasını nəzərə almamış, elektron qaimə təqdim edilməli olmadığı halda məhkəmədə belə əsasla çıxış edərək onu yanıltmış, bununla da vergi qanunvericiliyinin mahiyyətinə uyğun gəlməyən qərar qəbul etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim ed ərək qeyd etmişdir ki, ilk öncə kassasiya şikayətinin mümkünlük məsələsi, yəni kassasiya şikayətinin iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş müddət ərzində verilməsi məsələsi araşdırılmalıdır. Belə ki, iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının 10 mart 2022-ci il tarixdə aldığını qeyd etmişdir. Halbuki, cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan 21(102)1237/22 nömrəli işin materialları ilə tanış olarkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının iddiaçıya çatmasını təsdiq edən poçt qəbzinin iş materiallarında mövcud olmadığı müəyyən edilmiş, bununla belə “AZEMİS" Elektron Məhkəmə İnf ormasiya Sistemindən Çıxarışa əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021- ci il tarixli qərarının elektron kabinetə xx.xx.2021-ci il tarixdə yerləşdirildiyi məlum olmuşdur. Həmçinin bildirmək istəyirik ki, Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı cavabdeh vergi orqanına xx.xx.2022-ci ildə təqdim edilmişdir. Digər tərəfdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının iddiaçı tərəfindən 10 mart 2022-ci il tarixdə alındığı qəbul olunsa belə, yenə də müddət ötürülməklə həmin qərardan şikayət verildiyi aydın olur.

45. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçının sahibliyində olan 96720,82 manat dəyərində malların 67435,0 manat hissəsi "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli müvəqqəti saxlama müqaviləsi əsasında götürülmüşdür. Məhkəmənin isə istinad etdiyi Vergi Məcəlləsinin 71-1.1-ci maddəsi alqı-satqı əməliyyatları zamanı baş verən təqdimetməni, yəni mülkiyyətçinin dəyişməsini nəzərdə tutur. Yəni Məhkəmə diqqət yetirməmişdir ki, baş verən bu əməliyyat alqı-satqı deyil, müvəqqəti saxlamadır.

46. İddiaçının bu dəlilinə münasibətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən, Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir. Normanın məzmunundan göründüyü kimi həmin maddə yalnız malları təqdim edənin deyil, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxsin əməliyyatın xarakterindən asılı olaraq elektron qaiməfakturanın təqdim edilmə öhdəliyini nəzərdə tutur. 4

7. Daha sonra, kassasiya şikayətində qeyd olunur ki, 3 dekabr 2021-ci il tarixdə Vergi Məcəlləsinə əlavə edilən 71-1.5.7-ci maddə ilə malların emala, yaxud saxlamaya verilməsi barədə elektron qaimə fakturanın verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının malları saxlamaya götürdüyü dövrdə həmin əməliyyata görə elektron qaiməfakturanın təqdim olunması nəzərdə tutulmamışdır.

48. İddiaçının dəlili ilə bağlı qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 71-1.5.1-ci maddəsində vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq malların, işlərin, xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura növü müəyyən edilmişdir.

49. Keçirilmiş operativ vergi yoxlaması zamanı da Vergi Məcəlləsinin qüvvədə olan həmin maddəsi xidmətin təqdim edilməsinə görə də elektron qaimə-fakturanın təqdim edilməsini nəzərdə tuturdu və iddiaçının qeyd etdiyi Vergi Məcəlləsinin yeni əlavə edilən 71-1.5.7-ci maddəsi mövcud olan maddəni daha da konkretləşdirmişdir.

50. Həmçinin nəzərə alınsa ki, iddiaçının iddia etdiyi malların anbarda saxlanılması da göstərilən xidmətin bir növüdür, iddiaçının Vergi Məcəlləsinin 71-1.5.1-ci maddəsinə istinad edərək göstərdiyi xidmətin elektron qaimə-faktura tələb edilməyən əməliyyat kimi dəyərləndirməsi də əsassızdır.

51. İddiaçının digər dəlillərindən biri isə ondan ibarətdir ki, müqavilə şərtlərinin müəyyən edilməsində tərəflərin iradə sərbəstliyi var və Mülki Məcəllənin 390-cı maddəsinə əsasən bu şərtlərin müəyyən edilməsi müqavilə tərəflərinin müstəsna hüququdur Müqavilə şərtində saxlama haqqının və ünvanının qeyd edilməməsi həmin malların İddiaçı MMC-nin sahibliyində (mülkiyyətində) olması qənaətinə gəlməsinə əsas verə bilməz və bu barədə qanunvericilikdə hər hansı göstəriş yoxdur.

52. Bununla bağlı qeyd edilmişdir ki, vergitutma baxımından təsərrüfat subyektinin uçota alınması, göstərdiyi xidmətə görə əldə etdiyi gəlirdən vergi ödəmək vergi ödəyicisinin öhdəliyi kimi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən Məcəllənin 34.3-1 -ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi yə ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır.

53. Göründüyü kimi, qanunvericiliyin tələbləri nəzə rə alınaraq “Malların anbarda müvəqqəti saxlama müqaviləsi”ndə malların İddiaçı MMC-yə aid olan hansı ünvanda saxlanılması barədə məlumatlar, həmçinin qeyd edilən müqavilə əsasında tapşıranın saxlayıcıya göstərdiyi xidmətə görə ödəyəcəyi xidmət haqqı barədə məlumatlar vergitutma baxımından zəruri olduğundan iddiaçı tərəfindən sonradan təqdim edilən müqaviləyə uydurma əqd kimi yanaşması ilə bağlı vergi orqanının mövqeyi tamamilə düzgün olmuşdur.

54. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, məhkəmə cavabdehin həmin əqdi uydurma əqd kimi qiymətləndirməsinə yanılaraq əksinə dair heç bir sübut olmadan müqavilənin həqiqiliyinə şübhə ilə yanaşmışdır.

55. Bununla bağlı qeyd edilmişdir ki, iş materiallarına da əlavə olunmuş iddiaçının qanuni təmsilçisi (direktoru) Q.Əliyarbəyovun yoxlamaya təqdim etdiyi izahatında anbarda aşkar edilmiş malların alışını təsdiq edən sənədlərin olmadığını, aşkar edilmiş malların siyahısının onun iştirakı ilə tərtib 5 edildiyini, malların alış və satış qiymətlərinin özü tərəfindən yoxlamaya bildirdiyini qeyd etmiş və öz imzası ilə təsdiq etmişdir.

56. Digər tərəfdən, məhkəmə qərarının 3-cü abzasında da qeyd edildiyi kimi Q.Əliyarbəyov məhkəmənin xx.xx.2021 -ci il tarixdə keçirilən iclasında iştirak edərkən bir daha məhkəməyə bildirmişdir ki, malların alışı və təhvil-təsliminə dair sənədlər yoxdur və onları məhkəməyə təqdim edə bilmir. Həmin malların əksər hissəsini "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən onun yaxın olduğu üçün müvəqqəti saxlamaya götürmüş, "xxxx" MMC fəaliyyətini artıq dayandırmış, fəaliyyət göstərmir və yerini bilmir. Q eyd edilən müqavilə şərtlərində saxlayıcının malları qəbul etmək, tapşıranın isə malların saxlanılması ilə bağlı xərcləri ödəmək vəzifəsi müəyyənləşdirilsə də anbarda tapşıran ("xxxx" MMC) tərəfindən saxlanca verilən malların təhvil-təsliminə dair nə də saxlayıcının (İddiaçı MMC) saxlanc xərclərinin tapşıran tərəfindən ödənildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

57. Həmçinin qeyd edilmişdir ki, yuxarıda sadalanan faktlarla birlikdə iddiaçının iddia etdiyi "xxxx" MMC ilə arasında mövcud olan saxlanc müqaviləsi operativ vergi nəzarəti tədbiri zamanı yoxlamaya təqdim edilməməsi, yalnız məhkəmə mübahisəsi zamanı iddia ərizəsinə əlavə olunmaqla məhkəməyə təqdim edilməsi xx.xx.2020-ci il tarixli müqavilənin iddiaçı tərəfindən vergidən yayınmaq üçün bağlanmış uydurma ə qd olduğuna dair əsaslı şübhələrin mövcud olduğunu göstərmişdir. İddiaçının hər iki məhkəmə instansiyasında vergi qanunvericiliyinə əsasən göstərdiyi saxlama xidmətinə görə elektron qaimə-fakturanı təqdim edə bilməməsi isə bu ehtimalı daha da gücləndirmişdir.

58. İddiaçının digər dəlili isə ondan ibarət olmuşdur ki, vergi orqanı malların siyahısını düzgün tərtib etməmiş, bir çox çeşid malları ümumiyyətlə siyahıda əks etdirməmişdir. Vergi orqanı iddiaçının rəhbərini təzyiqlə izahat verməyə məcbur etmiş, bütün sənədlər məcbur şəkildə imzalatmışdır. Eyni zamanda iddiaçı şikayətində qeyd etmişdir ki, sərəncamında olan malların real siyahısı ilə bağlı məhkəməyə videogörüntü təqdim edilsə də, məhkəmə tərəfindən bu hal araşdırılmamışdır.

59. Qeyd edilmişdir ki, iddiaçının nümayəndəsi iddia etdiyi videogörüntünün olmasını birinci instansiya və apellyasiya məhkəmələrindəki çıxışlarında bildirməmiş, bununla bağlı hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir.

60. Həmçinin Vergi Məcəlləsinin 39-cu maddəsinə əsasən vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda qeyd aparılır. Yoxlama zamanı isə vergi ödəyicisi nəinki aktı imzalamaqdan imtina etmiş, siyahıda malların hər vahidinin qiyməti və ümumi dəyəri göstərilməklə, müəssisənin özü tərəfindən doldurulmuş, rəhbərin imzası və müəssisənin dairəvi möhürü ilə təsdiq olunmuşdur.

61. Əlavə olaraq, vergi ödəyicisi izahatın təzyiqlə yazıldığını və bütün sənədləri məcburi şəkildə imzaladığını iddia etsə də, bu günədək baş vermiş pozuntu ilə bağlı hər hansı hüquq mühafizə orqanına müraciət etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

62. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (...) 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-fak tura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; (...) 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılma sı barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. (...) 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Maddə

39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 39.1. Səyyar vergi yoxlamasının nəticə ləri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra haki miyyəti orqanı tərəfindən müəyyən edilir. 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6. Bu Məcəllənin 39.5-ci ma ddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 39.7. Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat veri r. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzrlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Maddə

49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: (...) 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları (...) 53.3 Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 63. “İnzibati icraat haqqında” Qanun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq ol unmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

64. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses işt irakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Maddə 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və h əmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelly asiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

65. Mülki Prosessual Məcəllə: Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanun a uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

66. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

67. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

68. Məhkəmə kollegiyası, ilk növbədə iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü ilə bağlı cavabdehin etirazının dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

69. Cavabdeh qeyd edir ki, iddiaçı kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 2 dekabr 2021-ci il tarixli qərarını 10 mart 2022-ci il tarixdə aldığını qeyd etsə də, cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən 23 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan 21(102)1237/22 nömrəli işin materialları ilə tanış olarkən Bakı Apellyasiya Məhkəməsinin mübahisələndirilən qərarının iddiaçıya çatmasını təsdiq edən poçt qəbzinin iş materiallarında mövcud olmadığı müəyyən edilmiş, bununla belə “AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən Bakı Apellyasiya Məhkəməsinin həmin qərarının elektron kabinetə 23 dekabr 2021-ci il tarixdə yerləşdirildiyi məlum olmuşdur. Digər tərəfdən, Bakı Apellyasiya Məhkəməsinin 2 dekabr 2021-ci il tarixli qərarının iddiaçı tərəfindən 10 mart 2022-ci il tarixdə alındığ ı qəbul olunsa belə, yenə də müddət ötürülməklə həmin qərardan şikayət verildiyi aydın olur.

70. Məhkəmə kollegiyası şikayətin həmin dəlillərini iddiaçının şikayəti üzrə kassasiyanın mümkünsüzlüyünün əsası kimi qəbul etmir. Belə ki, cavabdehin də qeyd etdiyi kimi, mübahisələndirilən məhkəmə qərarının iddiaçıya təqdim olunduğunu təsdiq edən sənəd iş materiallarında mövcud deyil. “AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən Bakı Apellyasiya Məhkəməsinin həmin qərarının elektron kabinetə 23 dekabr 2021-ci il tarixdə yerləşdirildiyinə dair dəlilə gəldikdə, həmin çıxarışa əsasən, məhkəmə qərarı iddiaçının hüquqlarını apellyasiya instansiyası məhkəməsində müdafiə etmiş Vəkil1 aid elektron kabinetə yerləşdirilmişdir. Həmin vəkil isə, İPM-in 31.2-ci maddəsində nəzərdə tutula n prosessual nümayəndə deyil. Belə ki, iddiaçı hüquqi şəxs İddiaçı MMC tərəfindən Vəkil1 vəkalət verildiyinə dair işdə məlumat yoxdur. İşə əlavə edilmiş, Vəkil1 aid etibarnamə isə, fiziki şəxs X1 tərəfindən, həm də inzibati məhkəmə icraatında deyil, inzibati xətalara dair işlər üzrə icraatda təmsil olunmaq üçün verilmişdir. Beləliklə, iddiaçının təsdiq etdiyi 10 mart 2022-ci il tarixədək apellyasiya instansiyası məhkəməsinin qərarının iddiaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim olunduğuna dair sübut işdə yoxdur.

71. Cavabdehin “Bakı Apellyasiya Məhkəməsinin 2 dekabr 2021-ci il tarixli qərarının iddiaçı tərəfindən 10 mart 2022-ci il tarixdə alındığı qəbul olunsa belə, yenə də müddət ötürülməklə həmin qərardan şikayət verildiyi aydın olur” məzmunda dəlilinə gəldikdə, bu dəlil əsas lı hesab edilə bilməz. Belə ki, kassasiya şikayəti 11 aprel 2022-ci il tarixdə (qeyriiş günündən sonrakı ilk iş günündə), yəni İPM-in 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət daxilində verilmişdir. Beləliklə, şikayətin verilməsinin müddətlə bağlı şərtinə əməl olunmuşdur.

72. İddiaçının şikayətinin mahiyyətinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

73. Cavabdeh tərəfindən inzibati icraat zamanı Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun imperativ tələblərinə riayət edilməmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin hala nəzər yetirməmişdir. Belə ki, cavabdeh operativ nəzarət tədbirini 26 mart 2020-ci il tarixli **********7748 nömrəli qərar əsasında həmin tarixdə həyata keçi rsə də, mübahisələndirilən inzibati akt 1 oktyabr 2020-ci il tarixdə qəbul edilmişdir.

74. Bundan daha əvvəl qəbul edilmiş 6 aprel 2020-ci il tarixli **********7988 nömrəli inzibati akt isə cavabdehin 1 oktyabr 2020-ci il tarixli **********8152 nömrəli qərarı ilə ləğv edilmişdir. Cavabdeh bu zaman İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 16 sentyabr 2020-ci il tarixli **********238300 nömrəli qərarına istinad etmişdir. Lakin iş materiallarında mövcud olan həmin qərarla müəyyən olunur ki, əvvəlki inzibati aktın tam deyil, 953,36 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, qərar digər hissədə, 9672,08 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanmışdır. Cavabdeh isə 6 ap rel 2020-ci il tarixli inzibati aktı tamamilə ləğv etmişdir.

75. Bunun üçün faktiki və hüquqi əsasların olmadığına baxmayaraq, 6 aprel 2020-ci il tarixli **********7988 nömrəli qərarın ləğv edilməsi haqqında 1 oktyabr 2020-ci il tarixli **********8152 nömrəli qərar iddiaçı üçün əlverişli inzibati aktdır və mübahisələndirilmir.

76. İddiaçının mübahisələndirdiyi 1 oktyabr 2020-ci il tarixli, **********8167 nömrəli qərara gəldikdə, əvvəla, işdən göründüyü kimi, iddiaçıya hər hansı məlumat verilmədən inzibati icraata başlanılmış və nəticədə qanunvericiliyin tələblərinə zidd qaydada inzibati akt qəbul edilmişdir.

77. Digər tərəfdən, həmin inzibati aktı qəbul edərkən cavabdeh əvvəlki inzibati icraat zamanı tərtib olunmuş 26 mart 2020-ci il tarixli 014328 nömrəli akta və digər sənədlərə istinad e tmişdir. Həmin sənədlərə isə vergi ödəyicisinin yazılı izahatı da daxildir. Deməli, vergi orqanı yoxlama materiallarına baxılması barədə vergi ödəyicisini məlumatlandırmalı idi (VM-in 39.7-ci, “İnzibati icraat haqqında” Qanunun 21.1, 21.2-ci maddələri). Hazırkı halda bu, baş verməmiş, qərar işin faktiki hallarına uyğun əsaslandırılmamışdır.

78. Beləliklə, Vergi Məcəlləsinin 39, 49 və 50-ci maddələrinin, “İnzibati icraat haqqında” Qanunun 21 və 61-ci maddələrinin yuxarıda istinad edilən müddəalarının tələbləri cavabdeh tərəfindən pozulmuşdur.

79. Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələbinə görə isə, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.

80. Eyni ilə, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin müddəalarına görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

81. Beləliklə, istinad edilən normaların tələbləri inzibati orqan tərəfindən təmin olunmadığından, iddiaçı barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, artıq formal-hüquqi baxımdan qanunsuzdur. Bu baxımdan, maddi hüquq normaları ilə bağlı məsələlərin yoxlanılmasına, nəticə etibarilə ehtiyac yoxdur.

82. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan və İPM-in 96.5.1 və 96.5.2-ci maddələrində nəzərdə tutulmuş hallar hazırkı işdə mövcud olmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.

83. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2297/2021 nömrəli, 2 dekabr 2021-ci il tarixli qərarı ləğv edilir. Cavabdehin 1 oktyabr 2020-ci il tarixli, **********8167 nömrəli qərarı ləğv edil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar