Məhkəmə qərarları › İş №2-1(102)-1242/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1242/2022

15.07.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1242/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin dövlət qeydiyyatına alınması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin dövlət qeydiyyatına alınması" tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-283/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şamaxı rayon Mərzəndiyə kənd X5 Komissiyasının 25 fevral 1998-ci il tarixli 16 nömrəli protokoluna əsasən, Sabir qəsəbəsi üzrə nümayəndəlik tərəfindən tərtib olunmuş əhalinin siyahısı 173 ailə 881 nəfər təsdiq edilməsi, vətəndaşların normadan artıq istifadə etdikləri həyətyanı sahələr onların mülkiyyətinə veriləcək torpaq payından çıxarılması, mövcud 988 ha torpaq sahə sinin; dövlət mülkiyyətinə saxlanan torpaq 380 ha, bələdiyyə mülkiyyətinə verilən torpaq 312,7 ha, o cümlədən ümumi istifadə olan torpaq 297,2 ha, ehtiyat fondu 140 ha, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün 11,5 ha, xüsusi mülkiyyətə verilən cəmi 637,3 ha bundan 637,3 ha həyətyanı sahədən ibarət təsdiq edilməsi qərar alınmışdır.

2. Şamaxı rayon Mərzəndiyə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair Şamaxı rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş 27 dekabr 2001-ci il tarixli cədvələ 1 saylı əlavəyə əsasən, həmin cədvəldə İddiaçı və onun ailə üzvlərinin adları qeyd olunmuşdur.

3. JN-066 KOD 41014028 seriyalı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tari xli 03 saylı qərarı ilə 6,0 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə İddiaçı və onun ailə üzvlərinə verilmişdir.

4. JN-077a KOD 41014028 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 saylı qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə 0.13 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən, Xidmətin arxivində və elektron kadastr məlumat bazasında araşdırma zamanı müəyyən olunmuşdur ki, Şamaxı rayon Mərzəndiyə kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerqur uluşu sənədlərində saxlanılan siyahıda X5 komissiyası tərəfindən iddiaçının və digər ailə üzvlərinin adları (cəmi 12 nəfər) siyahıya daxil edilmiş, qanuni istifadəsində olan 0.09 ha həyətyanı torpaq sahəsinin və zəbt kimi 0,80 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Bu səbəbdən həyətyanı torpaq sahəsində mövcud olan zəbt pay torpaq sahəsindən çıxılaraq iddiaçıya və ailə üzvlərinə 6,0 ha pay torpaq sahəsi verilmişdir.

6. İddiaçı cavabdehə müraciət edərək, Şamaxı rayonunun, Mərzəndiyə kəndində yerləşən onun ailəsinə məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

7. Cavabdehin 4 fevral 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlər ar aşdırılarkən məlum olmuşdur ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 3 nömrəli qərarı ilə onun 12 nəfər ailə üzvlərinə 6,0 ha pay torpağı verilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpağa mülkiyyət hüququna dair 29 iyul 1998-ci il tarixdə JN0066, kod 41014028 nömrəli Dövlət aktı tərtib edilmişdir. İslahat Komissiyasının qərarın əsasən onun mülkiyyətinə yalnız 6,0 ha torpaq sahəsi verilmişdir. Zəbt olunmuş 0,80 ha torpaq sahəsinə hər hansı bir mülkiyyət sənədi verilməmişdir. Torpaq sahəsinin çatışmayan hissəsi 0,80 ha həyətyanı torpaq sahəsi ilə əvəzlənməsi və şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına müraciət olunmalı idi. Torpaq sahəsi onların ailəsinə Şamaxı rayon Mərzəndiyə Bələdiyy əsi tərəfindən verilmişdir. Odur ki, torpaq ayırma sənədləri Torpaq qanunvericiliyinin tələblərinə uyğun hazırlanmadığı üçün 0,80 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması qeyri-mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı 4 mart 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 4 fevral 2021-ci il tarixli imtinasının əsassız hesab olunması və zəbt sahəsi kimi iki qat ölçüdə pay torpaqdan çıxılmaqla iddiaçının mülkiyyətinə verilmiş 0,80 ha torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehə olunmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Torpaq islahatı haqqında“ Qanunun tələblərinə əsasən Şamaxı rayonu Mərzənd iyə kəndində hər bir subyektə 0,64 ha torpaq payı verilməsi nəzərdə tutulmuşdur. İddiaçının ailəsi 12 nəfərdən ibarət olması nəzərə alınaraq onlara 7,68 ha torpaq sahəsi verilməli olmuşdur. Amma istifadə etdikləri 0,80 ha zəbt olunmuş torpaq sahəsi iki qat ölçüdə pay torpağından çıxılaraq cəmi 6 ha torpaq sahəsi verilmişdir. Bununla da həmin zəbt olunmuş torpaq sahəsi fakitiki olaraq onun və ailəsinin mülkiyyətinə verilmişdir. Hazırda da həmin torpaq sahəsi onun istifadəsindədir. O, həmin torpaq sahəsini öz adına dövlət qeydiyyatına aldırmaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh heç bir tutarlı əsas olmadan 08 fevral 2021-ci il tarixdə **********01 saylı məktubla ona imtina cavabı vermişdir.

10. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən qeydiyyat üçü n təqdim olunmuş sənədlər araşdırılarkən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 3 nömrəli qərarı ilə onun 12 nəfər ailə üzvlərinə 6.0 ha pay torpağının verilməsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpağa mülkiyyət hüququna dair 29 iyul 1998-ci il tarixdə JN 0066, kod 41014028 nömrəli Dövlət aktının tərtib edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətə yalnız 6.0 ha torpaq sahəsi verilmişdir. Zəbt olunmuş 0.80 ha torpaq sahəsinə hər hansı bir mülkiyyət sənədi verilməmişdir. İddiaçı iddia etdiyi 0.80 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş hər hansı bir hüquqmüəyyənedici sənəd təqdi m edə bilmədiyinə görə, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyrimümkün olmuşdur.

11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.E.Əzizova) 29 noyabr 2021-ci il tarixli, 2-1(118)-841/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Şamaxı rayon Mərzəndiyyə kənd X5 Komissiyasının qərarı ilə vətəndaşların normadan artıq faktiki istifadə etdikləri torpaq sahəsinin onların pay torpaqların çıxılmasından qərara alınsa da, sonrakı mexanizm, yəni həyətyanı torpaq sahələrinin mülkiyyətə alınması proseduru müəyyənləşdirilməmişdir. Bundan başqa iş materialları ilə iddiaçının faktiki istifadəsində həqiqətən 0.80 ha torpaq sahəsi olması və həmin torpağın onun pay torpağından çıxı lması öz təsdiqini tapmamışdır.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ilə (hakimlər: Z.T.Məmmədov-sədrlik edən, H.Ç.Babayeva və F.Ə.Məmmədov) 2-1(105)-283/2022 nömrəli 31 mart 2022-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasın ı xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmənin sorğusuna əsasən Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 9.7.2021-ci il tarixli cavab məktubuna əsasən, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 3 nömrəli qərarı ilə Şamaxı rayonu Mərzəndiyə kəndi ərazisində adambaşına 0,22 ha suvarılan, 0,44 ha dəmyə ərazilərdən olmaqla ümumilikdə 0,66 ha pay torpaq sahəsi ayrılmışdır. Məhkəmə iddia tələbinin əsaslılığına dəlalət edən yetərincə sübutların olmasına baxmayaraq iddia tələbini rədd etmiş və cavabdehin imtinasını qanuni saymışdır.AR Milli Arxiv İdarəsinin X3 rayon filialının verdiyi 8 fevral 2022-ci il tarixli arayışında da Şamaxı rayon Sabin q əsəbə nümayəndəliyinin Mərzəndiyə kəndi üzrə X4 1998-ci ilin sənədlərində əhalinin qanuni və qeyri-qanuni torpaq sahələri haqqında məlumatda 0,89 ha torpaq sahəsi olması qeyd edilmişdir. Məhkəməyə təqdim olunan sənədlərdə həmin zəbt olunmuş torpaq sahəsinin 2 qat ölçüdə hesablanmaqla iddiaçı və ailə üzvlərinə düşən pay torpağından çıxıldığı təsdiq olunur və qeyd edilən torpaq sahəsi də iddiaçı və ailə üzvlərinin faktiki istifadəsindədir. Lakin məhkəmə bu hallan nəzərə almamış və maddi normaları düzgün tətbiq etməyərək belə bir nəticəyə gəlmişdir ki, guya birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam ve rilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaran ması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəm əsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı mübahisənin predmetini cavabdehin torpaq sahəsinin qeydiyyata alınmasından imtinası təşkil edir.

25. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin imtinasının, habelə etirazının əsas dəlilləri ondan ibarətdir ki, islahat komissiyasının qərarına əsasən iddiaçının mülkiyyətinə yalnız 6,0 ha torpaq sahəsi verilmişdir. Zəbt olunmuş 0,80 ha torpaq sahəsinə hər hansı bir mülkiyyət sənədi verilməmişdir

26. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, təqdim edilmiş Şamaxı rayon Mərzəndiyə kənd X5 Komissiyasının qərarı ilə vətəndaşların normadan artıq faktiki istifadə etdikləri torpaq sahəsinin onların pay torpaqların çıxılmasından qərara alınsa da, sonrakı mexanizm, yəni həyətyanı torpaq sahələrinin mülkiyyətə alınması proseduru müəyyənləşdirilməmişdir. Şamaxı rayon İcra Hakimiyyəti başçısının Mərzəndiyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışına və Şamaxı rayon Mərzəndiyə bələdiyyəsinin xx.xx.2009-cu il tarixli arayışına əsasən torpaq islahatı aparılan zaman iddiaçının istifadəsində kəndin perspektiv sahəsində 0,80 ha zəbt torpaq sahəsi olmuşdur.

27. Bunlara əsaslanan apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, torpaq islahatı həyata keçirilərkən özbaşına zəbt edilmiş torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi nə həmin vaxt qüvvədə olan qanunvericilikdə, nə də torpaq münasibətlərini və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını tənzimləyən sonrakı normativ-hüquqi aktlarda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçı üzərində hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi zəbt etdiyi 0,80 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haq qında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hər hansı birini təqdim etmədiyindən cavabdeh inzibati orqan həmin qanunun 15-ci maddəsinə əsasən iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur.

28. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi hazırki inzibati mübahisənin həll edilməsinə səthi və formal yanaşmış mübahisənin mahiyyəti və işin hallarını tam və hərtərəfli araşdırmamışdır.

29. Belə ki, işin 12-ci səhifəsində olan JN-0066 KOD ******* saylı 30 sentyabr 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, iddiaçıya və onun ailə üzvlərinə (cəmi 12 nəfər) Şamaxı rayonu X1 23 mart 1998-ci il tarixli 03 nömrəli qərarı ilə 6.00 hektar torpaq sahəs i mülkiyyətə verilmişdir. Halbuki “Torpaq islahatı haqqında” Qanunun tələblərinə görə Şamaxı rayonu Mərzəndiyə kəndində hər bir subyektdə 0.64 ha torpaq payı verilməsi nəzərdə tutulmuş, yəni iddiaçıya və onun ailə üzvlərinə (cəmi 12 nəfər 7.68 ha torpaq) sahəsi verilməli idi.

30. Bununla yanaşı işin 30-31-ci səhifəsində olan JN-0077A KOD ******* saylı 11 dekabr 2002-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 23 mart 1998-ci il tarixli 03 saylı qərarına əsasən iddiaçının və onun ailə üzvlərinin (cəmi 12 nəfər) mülkiyyətinə 0,13 ha torpaq sahəsi verilmişdir.

31. Beləliklə Şamaxı rayon Aqrar İslahat Komissiyasının eyni tarixli, eyni saylı qərarı ilə iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə müvafiq olaraq 6.00 ha və 0,13 ha torpaq sahələri verilmişdir.

32. Digər tərəfdən işin 52-54-cü səhifələrində olan Şamaxı rayonu Mərzəndiyə kənd Yerli X1 16 saylı iclas protokolunun 3-cü bəndində gündəlikdə duran məsələlərdən biri kimi, “3. Vətəndaşların faktiki istifadə etdikləri həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi” yazılmışdır.

33. Eyni zamanda işin 78-ci səhifəsində olan rəsmi arayışda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsindən iddiaçı 1990-cı illərdən istifadə edir, orada mal-qara saxlamaq üçün təsərüffata aid tikili mövcuddur.

34. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, işin yuxarıda göstərilmiş halları tam və hərtərəfli araşdırılmamışdır.

35. Belə ki, məlum olduğu kimi, X2 ümumiyyətlə ləğv edilmiş və onların səlahiyyətləri müvafiq rayon icra hakimiyyətlərinə verilmişdir.

36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işin düzgün həll edilməsi məqsədi ilə Şamaxı rayon İcra Hakimiyyəti iş üzrə 3-cü şəxs qismində cəlb edilməli və bütün yuxarıda adıçəkilən məsələlər o, cümlədən Mərzəndiyə kənd yerli X1 16 saylı iclas protokollarının 3-cü bəndində göstərilmiş vətəndaşların faktiki istifadə etdiyi torpaq sahəsinin özəlləşdirilməsi dedikdə nəyin nəzərdə tutulduğu məsələsi aydınlaşdırılmalı və bunun nəticəsindən asılı olaraq qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməlidir.

37. Belə olan halda kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ləğv edillməli iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

38. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-283/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar