Məhkəmə qərarları › İş №2-1(102)-1243/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1243/2025

04.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1243/2025 04.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin imtinasının əsas sız hesab edilməsi, qiymətləndirilməsi tarixindən orqanizmin funksiyasının 61-80 faiz arasında müəyyən edilməsi və ikinci qrup əlilliyin təyin edilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 17 dekabr tarixli, 2-1(103)-1604/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində xx.xx.2013-cü il tarixli 380 saylı qərar verilmişdir. Həmin Qərarda “Sol böyrəyin daşı. Xroniki pielonefrit.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi və “Sol gözün buynuz qişasının infeksiyala şmış yad cismi. Sol əlin İİ dərəcəli elektrik yanığı. Yanıqdan sonrakı allergik reaksiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin müayinəsi zamanı şikayətləri bel nahiyəsində ağrılardan, iştahasızlıqdan, ürək bulanmadan, başgicəllənmədən, ümumi zəiflikdəndir. Obyektiv müayinədə düzgün bədən quruluşludur. Dəri və selikli qişaları təmiz, adi rəngdədir. Dərialtı piy təbəqəsi kafi inkişaf etmişdir. Sümük-əzələ sistemində gözlə görünən patologiya yoxdur. Aşağı ətraflarda ödem və üz nahiyəsində pastozluq izlənilmir. SpO2-95%-dir. Tənəffüs aktında döş qəfəsinin hər iki yarısı bərabər səviyyədə inkişaf edir. Perkussiya zamanı ağciyərlərin üzərində aydın ağciyər səsi, auskultasiyada vezikulyar tənəffüs eşidilir. Tənəffüs hərəkətlərin sayı dəqiqədə 18-dir. Nəbzi dolğundur, dəqiqədə 88 vurğudur. Ürək tonları aydındır. A/T 150/80 mm.c.st. Dili nəm, təmizdir. Palpasiyada qarnı yumş 2. 37 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİV Sinif Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N23 Dəqiqləşdirilməmiş böyrək sancısı; Diaqnozun mətni: Nefrolitiaz. Sol böyrəyin daşı. Xroniki pielonefrit. Nefrogen hipertoniya. Anemiya. XBÇ İİ mərhələ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.8." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 3. 37 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövr ü ilə əlaqədar; “X1: XİV Sinif - Sidikcinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N23 - Dəqiqləşdirilməmiş böyrək sancısı; Diaqnozun mətni: Nefrolitiaz. Sol böyrəyin daşı. Xr pielonefrit. Nefrogen hipertoniya. Xr böyrək çatmamazlığı İİ mərhələ; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.8” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 4. 37 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X1: XİV Sinif – Sidikcinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N20 - Böyrək və sidik axarı daşları => N20.0 - Böyrək daşları; Diaqnozun mətni: Böyrək daşı xəstəliyi.Xronik nefritik sindrom.Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti.Xroniki böyrək xə stəliyi V mərhələ.Xr.böyrək çatmamazlığı İİ mərhələ.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Böyrək daşı xəstəliyi.Xronik nefritik sindrom.Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti.XBÇ İİ mərhələ." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

5. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 - Böyrək daşı xəstəliyi => N20 – Böyrək və sidik axarı daşları => N20.0 – Böyrək daşları; Diaqnozun mətni – Böyrək daşı xəstəliyi. Xronik nefritik sindrom. Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti. Xroniki böyrək xəstəliyi V mərhələ. Xr.böyrək çatışmazlığı İİ mərhələ; Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: Böyrək daşı xəstəliyi. Xronik nefritik sindrom. Hər iki böyrəyin xroniki kalkulyoz pielonefriti. XBÇ İİ mərhələ” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.

6. Bakı şəhəri X5 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə xx.xx.2022-ci il tarixində baxılmış və “X1”: XİV sinif – sidik – cinsiyyət sisteminin xəstəlikləri => N20-N23 – Böyrək daşları: Diaqnozun mətni: Böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları. Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu, kökcük ağrı sindromu; Mərkəzə göndərilmənin – imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosi al Ekspertiza və X2-sosial ekspert komissiyasının 2022-ci il 7 iyul tarixli qərarına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra-“iddiaçı” və ya “İddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra- “cavabdeh” və ya “TSERA”) qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, qərarın ləğv edilməsi və ikinci qrup hərbi xidmət əlili kimi pensiya təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılm ışdır ki, iddiaçı 1994-cü ildə Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət dövründə aldığı və xx.xx.1998- ci il tarixdə Müdafiə Nazirliyi Hərbi Klinik Hospitalında ambulator müayinə olunduğu xəstəlik - diaqnoz “sol böyrəyin daşı, xroniki pielonefrit xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Bununla bağlı 2013-cü il tarixdə hərbi xidmət dövründə alındığı 2-ci qrup əlilliyə görə pensiya təyin edilmişdir. X3ndan əziyyət çəkir. Təyin edilmiş pensiya 2021-ci ilin noyabr ayından sonra dayandırılmış və yenidən müayinə olunmuşdur. Yenidən müayinə olunduqda 3-cü mərhələli X3 diaqnozu qoyulmuş və müvafiq tibbi sənədlər Komissiyaya göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq ed ilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1.4-cü bəndinə əsasən X3 əlilliyin təyin edilməsinə imkan verdiyi halda təyin edilməmişdir. Müayinə üzrə tibbi sənədlər əsasında hərbi xidmət dövründə 2-ci qrup üzrə əlilliyə görə pensiya təyin olunmalı olduğu halda cavabdeh orqan tərəfindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır.

10. Birinci instansiya məhkəməsinin 2022-ci il 23 sentyabr tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin imtinasının əsassız hesab edilməsi və qiymətləndirilməsi tarixindən orqanizmin funksiyasının 61-80 faiz arasında pozulmasının müəyyən edilməsi və ikinci qrup əlilliyin təyin edilməsi” kimi dəyişdirilmişdir.

11. Cavabdeh iddiaya qarşı etirazında göstərmişdir ki, Nazirlər Kabi netinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqq ında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – “Komissiya”) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi(bundan sonra-“ƏƏSMN” “İTSDA”) ilə razılaşdırılaraq, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyə tin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza m üayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra-“TSEK”) göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair m əlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. TSEK-də sonuncu müayinəyə dair məlumata əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə “böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları, onurğanın osteoxondrozu, onurğanın yayılmış osteoxondrozu, kökcük ağrı sindromu” diaqnozu ilə qiymətləndirilmişdir. Əlillik altsistemdən çıxarışa əsasən iddiaçıya ilk dəfə əlillik xx.xx.2013-cü il tarixdə təyin edilmişdir, sonuncu dəfə əlillik vəziyyətinə X6 publik hüquqi şəxs 1 nömrəli poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik əlamə ti təyin etməməsi əsası (səbəb: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir) ilə əlilliyin təyinindən imtina edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin (hakim-A.Almazova) 2023-cü il 10 mart tarixli, 21(112)-1791/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Məhkəmə qeyd etmişdir ki, Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.6–cı maddəsinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (əsas diaqnoz – böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları; ağırlaşmaları – ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri) göstərilmişdir və həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olması, Forma 88 arayışına və iş üzrə tədqiq edilmiş ekspert rəyinə əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunur. İddiaçının göndərişdə qeyd edilən əsas diaqnozun (böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları) və ağırlaşmaları (Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi 3-cü mərhələ) iddiaçıya cavabdeh tərəfindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərkən də mövcud olmuş, lakin, buna baxmayaraq əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.Səmədov /sədrlik edən, X.Cəmilova və A.Oruczadə) 2023-cü il 20 iyun tarixli, 2-1(103)-2370/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

16. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və onun istinad etdiyi qanunvericilik normalarına istinad etmişdir.

17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edil məsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiya məhkəməsində birinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.Nəbizadə /məruzəçi/, Z.Quliyev və S.Kərimov) 2023-cü il 29 noyabr tarixli, 2-1(102)2554/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2370/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

19. Kassasiya instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyə n olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

20. Eyni zamanda apellyasiya məhkəməsi ekspert rəyini ətraflı tədqiq edib qiymətləndirməmişdir. Məhkəmə tərəfindən ekspertiza qarşısında iddiaçının müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurların aşkar olunması barədə sual qoyulmuş, verilmiş rəydə iddiaçının tibbi sənədlərinə əsasən xəstəliklərdən əziyyət çəkdiyi qeyd edilmiş, iddiaçının ekspertizada əyani müayinə olunması, əyani müayinənin nəticəsində tibbi sənədlərdə qeyd edilən xəstəliyin onda müəyyən edilməsi barədə məlumat olmamış, məhkəmə isə bəhs olunan halları diqqətə almamışdır.

21. Apellyasiya instansiya məhkəməsi göndərişdə qeyd olunan diaqnozun onun verildiyi vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nın 2.2.6-cı bəndinə uyğun olduğunu qeyd etsə də, göndərişdə göstərilən diaqnozun məhz 2.2.6-cı bəndə uyğun olmasını əsaslandırmamışdır. d. apellyasiya instansiya məhkəməsində ikinci icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, C.Məmmədov və P.Hüseynov) 2024-cü il 17 dekabr tarixli, 21(103)-1604/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2023-cü il 10 mart tarixli, 2-1(112)-1791/2023 nömrəli qərarı ləğv edilərək iddianın təmin edilməməsi qərara alınmışdır.

23. Kollegiya öz mövqeyini onunla əsaslandırmışdır ki, göndərişdə qeyd olunan diaqnozun onun verildiyi vaxt qüvvədə olmuş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin meyarlarının 2.2.6-cı bəndinə uyğun olduğunu məhkəmə qeyd etsə də, göndərişdə göstərilən diaqnozun məhz 2.2.6-cı bəndə uyğun olması müəyyən olunmur. Belə ki, Əsasnamənin meyarlarının 2.2.6-cı bəndinə əsasən ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14- N14.4, N18-N18.9) nəzərdə tutulduğu halda, sonuncu xx.xx.2022-ci il tarixli göndərişdə iddiaçıya İİ dərəcəli əlilliyin təyininə əsas olmuş “böyrək çatışmazlığı” diaqnozu göstərilməmiş, əksinə diaqnoz “böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları, onurğanın osteoxondrozu” göstərilmişdir.

24. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək iddiaçının “böyrək çatışmazlığı” diaqnozu ilə yeni tibbi göndəriş verilməsi istəyi olarsa, o zaman Bakı şəhəri X5 1 nömrəli Şəhər Poliklinikasına müraciət etmək hüququ olduğunu izah etməklə yanaşı, iddiaçıya onu da izah etmişdir ki, böyrək xəstəlikləri xroniki hala keçməsi o zaman İİ dərəcəli əlilliyin təyininə əsas ola bilər ki, ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunsun. Odur ki, “böyrə k çatışmazlığı” və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri diaqnozu ilə yeni tibbi göndəriş verilməsi istəyi olarsa, o zaman Bakı şəhəri X5 1 nömrəli Şəhər Poliklinikasına müraciət edərsə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” X7 xx.xx.2024-cü il tarixli, T696/2024 saylı ekspert rəyində qeyd olunmuş “xroniki hala keçmiş böyrək xəstəlikləri”nin “ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki hala keçmiş böyrək xəstəlikləri”nə aid edilibedilməməsi ilə bağlı əlavə məhkəmə-tibbi ekspertiza təyin oluna bilər. Lakin iddiaçı böyrək xəstəlikləri diaqnozu ilə yeni tibbi göndəriş verilməsi arzusunda olmadığını, əlavə məhkəmə-tibbi ekspertiza təyin olunmasına etiraz etdiyini, həmçinin, ekspertiza təyin olunarsa ekspertizada iştirak etməyəcəyini bildirmişdir.

25. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq diqqətə çəkir ki, sonuncu xx.xx.2022-ci il tarixli göndərişdə iddiaçıya İİ dərəcəli əlilliyin təyininə əsas olmuş “böyrək çatışmazlığı” diaqnozu göstərilməmiş, əksinə diaqnoz “böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları, onurğanın osteoxondrozu” göstərilmişdir, bu diaqnoz ekspert rəyi ilə də təsdiqini tapmışdır.Göndərişdə qeyd olunan diaqnozun isə onun verildiyi vaxt qüvvədə olmuş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin meyarlarının 2.2.6-cı bəndinə uyğun olduğunu birinci insta nsiya məhkəməsi qeyd etsə də, göndərişdə göstərilən diaqnozun məhz 2.2.6-cı bəndə uyğun olması müəyyən olunmur.

26. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, təyin olunmuş əlilllik təkrar müayinələr nəticəsində 2014-cü ildə 1 il, 2015-ci ildə 1 il, 2016-cı ildə isə 5 müddətinə yenidən təyin olunaraq 2021-ci ilə qədər qüvvdə olmuşdur. Növbəti müddətə əlillik dərəcəsinin verilməsi məqsədi ilə Bakı şəhər X5 01 nömrəli şəhər Poliklinikasında müayinələr aparılmışdır. Həmin müayinələr nəticəsində İddiaçı digər xəstəliklərlə yanaşı 2ci qrup əlillik təyin olunmasına əsas verən X3 (X BC) diaqnozu qoyulmuşdur. Aparılmış müayinələrin nəticəsini özündə əks etdirən xx.xx.2022-ci il tarixli göndəriş (forma 88) həmin tibb müəssisəsi tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) göndərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin təyin olunmasından imtina olunmuşdur. Vətəndaş İddiaçı inzibati orqanın qərarı ilə razılaşmayaraq pensiya təyin olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının iddiası təmin olunaraq ikinci dərəcə əlilliyin təyin olunması vəzifəsi tam qanuni olaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdu. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1604/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə bunun üçün heç bir qanuni əsaslar göstərilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)1791/2023 sayı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməklə iddia tələbi rədd olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, vətəndaş İddiaçı 2013 ildən 2021-ci ilə qədər 2-ci qrup əlilliyi müəyyən olunaraq pensiya təyin olunmuşdur. 2022-ci ilin aprel ayında təkrar müayinə zamanı həmin vaxt qüvvədə olan "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.6-cı bəndində nəzərdə tutulan, ikinci dərəcə əlilliyin təyin olunmasına əsas verən beynəlxalq təsnifatı N18.3 olan "xroniki bayrək xəstəliyi il marhala XBC, İİİ mərhələ diaqnozu qoyulmuşdur. Bu diaqnoz iş materiallarımda olan Bakı şəhər X5 01 nömrəli şəhər Poliklinikası tərəfindən Tib bi Sosial Ekspert Komissiyasına (TSEK) göndərilmiş xx.xx.2022-ci il tarixli göndərişdə (forma 88) öz əksini tapır. Bundan əlavə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MəhkəmTibbi Ekspertiza və X4 tərəfindən verilmiş T51/2023 saylı ekspert rayinda də vətəndaş İddiaçı "N18.3-Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi 3-cü mərhələ" xəstələyindən əziyyət çəkdiyi müəyyənləşdirilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

28. Cavabdeh tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq ed ilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin: 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18N18.9); 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edili r. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

31. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KAS SASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

35. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətl ənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

36. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya diaqnozlar əsasında 2013, 2014, 2015-ci illərdə ardıcıl olaraq 1 il müddətinə ikinci dərəcə əlillik, 2016-cı ildə isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonuncu dəfə Bakı şəhəri X5 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə xx.xx.2022-ci il tarixində baxılmış diaqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir.

37. Apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin meyarlarının 2.2.6-cı bəndinə əsasən ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9) nəzərdə tutulduğu halda, sonuncu xx.xx.2022-ci il tarixli göndərişdə iddiaçıya İİ dərəcəli əlilliyin təyininə əsas olmuş “böyrək çatışmazlığı” diaqnozu göstərilməmiş, əksinə diaqnoz “böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları, onurğanın osteoxondrozu” göstərilmişdir.

38. Kollegiya apellyasiya instansiy a məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab etməyərək bildirir ki, məhkəmənin qeyd etdiyinin əksinə iş materiallarında olan X6 publik hüquqi şəxs 1 nömrəli poliklinika şöbəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına verilmiş İddiaçı haqqında xx.xx.2022-ci il tarixli (səh: 46-47) “Forma 88” arayışında əsas diaqnoz – N20.0 Böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları, ağırlaşma – N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ XBÇ İİİ mərhələ. M42. Onurğanın osteoxondrozu, onurğanın yayılmış osteoxondrozu, kökcük ağrı sindromu. C) Yanaşı xəstəliklər: 125.1 Ürəyin aterosklerotik xəstəliyi ÜİX. Aterosklerotik kardioskleroz. M42 Onurğanın osteoxondrozu, Onurğanın yayışlmış osteoxondrozu göstərilmişdir.

39. Göründüyü kimi, iddiaçının ona əl illik təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciətinə əsas olan Forma-88 arayışında N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ XBÇ İİİ mərhələ diaqnozu qeyd olunmuşdur.

40. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin T51/2023 saylı ekspert rəyində də qeyd olunmuşdur ki, hazırda “N20- Böyrək daşları, hər iki böyrəyin kasacıqlarının daşları. N18.3- Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi 3-cü mər. M42-onurğanın osteoxondrozu. Onurğanın yayılmış ostreoxondrozu, kökcük ağrı sindromu” xəstəliklərindən əziyyət çəkir.

41. Göründüyü kimi, aşağı instansiya məhkəmələri tərəfindən aparılmış araşdırmalar əsasında əldə edilmiş sübutlar və iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırda X6 publik hüquqi şəxs 1 nömrəli poliklinika şöbəsi tərəfindən verilmiş “Forma 88” arayışında qeyd olunmuş xəstəliklərdən əziyyət çəkir və həmin xəstəliklər iddiaçıya İİ dərəcə əlilliyin (orqanizmin funksiyasının 61-80 faiz arasında pozulmasının müəyyən edilməsi) təyin edilməsi üçün əsasdır.

42. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.6–cı maddəsinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər göstərilmişdir və iddiaçının həmin xəstəliklərlə bağlı uzun müddət ambulator və stasionar müalicədə olması və Forma 88 arayışına və iş üzrə tədqiq edilmiş ekspert rəyinə əsasən həmin xəstəliklər in diaqnozu diaqnostik müayinələrlə təsdiq olunur.

43. Kollegiya xüsusilə qeyd edir ki, iddiaçıya 2013, 2014, 2015, 2016-cı illərdə XBÇnin (X3) İİ mərhələsi diaqnozu ilə cavabdeh tərəfindən İİ dərəcə əlillik təyin edilmişdir. Hazırda isə İddiaçının xəstəliyi XBÇ-nin daha ağır mərhələsi olan İİİ mərhələdədir. Təkcə bu hal cavabdehin imtinasının tamamilə qanunsuz və əsassız olmasını deməyə kifayət edir.

44. Əlavə olaraq Kollegiya qeyd edir ki, iddiaçı kassasiya şikayətində ona İİ qrup hərbi xidmət əlili statusu verilməsi barədə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspertiza Agentliyinin üzərinə öhdəlik qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayətinin qeyd olunan hissəsinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsində aparılan icraat zamanı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini “orqanizmin funksiyasının 61-80 faiz arasında pozulmasının müəyyən edilməsi və ikinci qrup əlilliyin təyin edilməsi” kimi dəyişdirmişdir. Belə olan halda isə kassasiya mərhələsində iddiaçının qeyd olunan dəyişdirilmiş iddia tələbinə tələbinə münasibətdə qərar qəbul oluna bilər. Nəzərə alınmalıdır ki, iddia tələbinin dəyişdirilməsinə kassasiya mərhələsində yol verilmir. Odur ki, kassasiya şikayəti həmin hissədə təmin oluna bilməz.

46. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

47. Yuxarıda göstərilən lərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 17 dekabr tarixli, 21(103)-1604/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixindən ikinci dərəcə əlilliyin təyin edilməsi (orqanizmin funksiyasının 61-80 faiz arasında pozulmasının müəyyən edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar