Məhkəmə qərarları › İş №2-1(102)-1244/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1244/2024

10.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1244/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)184/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qə rarı qəbul etdi. İŞİN HALLARİ

1. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 510 nömrəli sərəncamının surətinə əsasən, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən İddiaçı məxsus yararsız vəziyyətdə olan iaşə obyektinin ərazidə aparılan abadlıq işləri ilə əlaqədar sökülməsini nəzərə alaraq onun yerində müvafiq qaydada razılaşdırılmış layihə əsasında istirahət kompleksinin inşa edilməsinə icazə verilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cü il tarixli, məktuba görə, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, bina 44, 1 saylı mənzil (43.3 kv.m iki yaşayış otağı, 8.0 kvm köməkçi sahəsi) Kəpəz rayon X10 İcraiyyə Komi təsinin xx.xx.1991- ci il tarixli, 2 saylı protokolu ilə verilmiş 64 nömrəli order, Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 5 saylı Mənzil İstismar Sahəsinin xx.xx.1996-ci il tarixli, 254 saylı arayışı, Gəncə şəhər Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1996-cı il tarixli, 22 saylı qərarından çıxarışına əsasən X3 adına özəlləşmiş və ona xx.xx.1996-ci il tarixli, 15261 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 2 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 2V-1-203 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mənzil X7 adına keçmişdir. 1 saylı notariat kontorunun xx.xx.2005-ci il tarixli, 40-2-213 saylı alğı-satqı müqaviləsinə əsasən bu mənzil İddiaçı satılmışdır. Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, bina 44, 4 saylı mənzil (31.0 kvm iki yaşayış otağı) Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli sərəncamının 80 saylı protokolu ilə verilmiş 8 nömrəli order, Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 5 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2004-cü il tarixli, 526 saylı arayışı, Gəncə şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2004-cü il tarixli, 08 saylı qərarından çıxarışına əsasən X4 adına özəlləşmiş və ona xx.xx.2004-cü il tarixli, 23030 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2- 974 saylı qətnaməsinə əsasən X5 adına bu mənzilin özəlləşdirilməsinə dair Gəncə şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 08 saylı qərarı və tərəfindən verilmiş qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 1 MK-2248/2005 saylı qətnaməsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2-974 saylı qətnaməsi ləğv edilmişdir. X2 X8 və Gəncə şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı özəlləşdirilmənin etibarsiz sayılması və mənzilin şəxsi hesab vərəqəsinin dəyişdirilməsi barədə iddiası rədd edilmişdir. 1 saylı notariat kontorunun xx.xx.2005-ci il tarixli, 40-2-214 saylı alğı-satqı müqaviləsinə əsasən X11 bu mənzili İddiaçı satmışdır. İddiaçı Hacıkənd qəsəbəsi, bina 44, 1-4 saylı mənzilə dair (44 saylı binada yerləşən sözügedən hər iki mənzilə dair) xx.xx.2005-ci il tarixli, 23030 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması v ə Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 001354 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2010-cu il tarixli, 2615 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqi müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən əmlak kompleksi (151 nömrəli bufet) İddiaçı adına qeydiyyata alınmış və ona xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəs əbəsi ünvanına yerləşən 0.0394 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 243.3 kv.m olan iaşə obyekti xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportuna görə, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 151 saylı bufetə dair torpaq sahəsinin planı və iaşə obyektinin otaqlarının sxemi tərtib edilmişdir.

5. Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, iddiaçıya məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmiş, həmin ərazidə dövlət hesabına tikinti işləri aparılmamış və torpaqların dövlət ehtiyacı üçün ayrılması zərurəti olmamışdır. Gəncə-Toğana avtomobil yolunun genişləndirilməsi işləri Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aparılmamışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Layihə-Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 264 saylı mütəxəssis rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən 113.4 kv.m, 6 yaşayış otağından ibarət mülk, o cümlədən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin mübahisəli ərazidə faktiki olaraq mövcud olmadığı müşahidə olunmuşdur. Cavabdeh in ekspertiza baxışında iştirak etməməsi və eləcə də, həmin ərazidə abadlaşdırma işləri aparılıbdırsa Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həmin mübahisəli ərazidə aparılan abadlaşdırma işlərinə dair hərhansı layihə sənədi, mülki iş materiallarında mövcud olmadığından, iddiaçıya məxsus əmlak kompleksinin və mülkün yerləşdiyi sahəsinin, abadlaşdırılan əraziyə düşübdüşmədiyini tərəflərindən müəyyən etmək mümkün olmamışdır.

7. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatının xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Gəncə-Toğana avtomobil yolunun genişləndirilməsi işlərinin hansı orqan və ya hüquqi şəxs tərəfindən aparılması barədə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatında heç bir rəsmi məlumat yoxdur. Həmçinin, İddiaçı məxsus yaşayış və qeyri-yaşa yış obyektlərinin dövlət ehtiyacları üçün alınması zərurəti olmamışdır.

8. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli məktubuna görə, Gəncə-Toğana avtomobil yolunda saxlanma üçün nəzərdə tutulan maliyyə vəsaiti hesabına mövcud avtomobil yolunda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə asfalt-beton (aşınma qatı) örtüyünün yenilənməsi işləri həyata keçirilmişdir. Avtomobil yolunun keçdiyi ərazidə heç bir söküntü və ya yolun genişləndirmə işləri Agentlik tərəfindən həyata keçirilməmişdir. 9. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunan mütəxəssis rəyinə əsasən, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 44 saylı binanın 1-4 olan mənzillərinin həmin ərazidə digər ölçülü və eyni təyinatlı müqayisə yanaşması ilə hazırki bazar dəyəri 90.000 (doxsan min) manat, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən əmlak kompleksinin həmin ərazidə digər ölçülü və eyni təyinatlı əmlak kompleksinin və torpaq sahəsinin dəyəri 197.000 (bir yüz doxsan yeddi min) manat təşkil edir.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli rəyinə görə, ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət əmlak kompleksinin və Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin torpaq sahələri ilə birlikdə 2017-ci il tarixə olan bazar dəyəri 270.000 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin hərəkətinin qanunsuz hesab edilməsi, onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət, o cümlədən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin hesabına enləndirilən yola görə 200.000 manat kompensasiya ödənilməsi, öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə imkan yaradılması və ona dəymiş 500.000 manat ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Bundan sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) X6 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin hərəkətinin qanunsuz hesab edilməsi, onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət, o cümlədən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin hesabına enləndirilən yola görə 200.000 manat kompensasiya ödənilməsi, və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 500.000 manat ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli, 21(083)- 444/2019 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-8/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.

14. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(104)-374/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-8/2021 nömrəli qərardadı ləğv edilmiş və iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildə Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən iaşə obyektini alğı-satqı müqaviləsi yolu ilə almış və həmin obyekt mövsümi qaydada fəaliyyət göstərmişdir. Bu barədə iddiaçıya Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli, ******* saylı çıxarış təqdim edilmişdir. Həmin çıxarışa görə iaşə obyekti iddiaçının xüsusi mülkiyyətində olmaqla, ümumi sahəsi 243.3 kv.m, torpaq sahəsi 0.0394 ha ərazi də xüsusi mülkiyyətindədir. DƏDRX-nin 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən verilmiş həmin tarixli texniki pasportundan görünür ki, iddiaçının xüsusi mülkiyyətində və faktiki sahibliyində olan obyektin ölçüsü 399.7 kvm yemək zalından, 154 kv.m çayxana binasından, 264 kv.m yardımçı otaqlardan ibarət olmaqla, cəmi 807.7 kv.mdən ibarətdir. İaşə obyekti alındıqdan sonra ona bitişik olan Azərbaycan küçəsi bina 44, mə nzil 1-4-də yerləşən mənzillər üzərində Gəncə şəhəri 1 saylı notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixli, 4ə-2-213 saylı, 4ə-2-214 saylı və 4ə-2-215 saylı alğı-satqı müqavilələrinə əsasən İddiaçı mülkiyyət hüququ yaranmış, mülkiyyət hüququnu təsdiq edən 23030-15261-8748 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 2012-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya bildirilmişdir ki, aparılan abadlaşdırılma ilə əlaqədar olaraq yuxarıda qeyd edilən əmlak sökülməli, onun yerində yeni istirahət kompleksi tikilməlidir. 08 noyabr 2012-ci il tarixdə 510 saylı Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə iddiaçıya məxsus iaşə obyektinin sökülməsi ilə əlaqədar onun yerində istirahət kompleksinin inşa edilməsinə icazə verilməsi qərara alınmışdır. Gəncə şəhəri 10 dö vlət təşkilatı (elektrik şəbəkəsi, “Su kanal” idarəsi, X14 idarəsi və s.) tərəfindən razılaşdırılmış eskiz layihəsinə əsasən, yeni istirahət kompleksi inşa edilmişdir. Qeyd edilən istirahət kompleksi və Hacıkənd qəsəbəsində bir neçə kilometr əsas yolboyu ərazi xüsusi qaya daşları ilə dövlət tərəfindən hasarlandığı üçün istirahət kompleksi ətrafında da ümumi mənzərəyə xələl gətirilməməsi üçün iddiaçı tərəfindən inşa edilmiş 100 metr uzunluğunda və 2.5 metr hündürlüyündə hasar vəsaiti hesabına həyata keçirilmişdir. Onun tərəfindən 100.000 manat məbləğində vəsait xərclənmiş, layihəyə uyğun olaraq, restoran, kottec, 3 ədəd kupe, hovuz və sair inşa edilmişdir, istirahət kompleksi dövlət tərəfindən verilmiş layihəyə əsasən inşa edilmiş, kompleksdə həyətyanı sahə, tikinti altı sahə, hovuz və sa ir qurğular nəzərə alınmaqla cəmi 0.60 ha ərazi iddiaçının qanuni və faktiki sahibliyində olmuşdur. 2017-ci ilin may ayında ona bildirilmişdir ki, yeni inşa etdirdiyi istirahət kompleksi onun qarşısında yerləşəcək mehmanxananın görüntüsünü pozduğu üçün Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən söküləcəkdir və bu barədə Gəncə Şəhər İcra Hakimiyyəti arasındakı danışıqlar zamanı ona bildirilmişdir ki, həqiqətən də istirahət kompleksi söküləcəkdir. İddiaçı hər bir halda ona ədalətli kompensasiya verilməsini tələb etsə də, Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilmişdir ki, əvəzində başqa yerdə torpaq sahəsi veriləcəkdir. Beləliklə də, cavabdehin bir-birinin ardınca həyata keçirdiyi heç bir hüquqi əsası olmayan, qanunsuz hərəkətləri nəticəsində ona ******* manat məbləğində ziyan dəymişdir. Üstəli k, iddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən də istifadə edə bilmir. Onun mülkiyyətində olan torpaq sahəsinin hesabına yol endiriləndə də bunun əvəzi ödənilməmişdir və hazırda onun mülkiyyətində olan torpaq sahəsi ümumi istifadədədir.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-83/2022 nömrəli qərarı (hakim E.Axundov) ilə iddia qismən təmin edilmiş, cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən 200.000 (iki yüz min) manat məbləğində maddi ziyanın tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

17. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iddiaçının əmlakına müdaxilə zamanı mülkiyyətinin alınması ilə bağlı prosedurun Konstitusiyanın, Mülki Məcəllənin 152.1, 157.4, 157.9, 1097, 1100, 1113 və 1115-ci maddələrinin müddəaları il ə tənzimlənməsinə dair arqumentini nəzərə alır və razılaşır ki, iddiaçının mülkiyyətinin alınması zamanı həmin hüquqi aktlar tətbiq olunmalı idi. Buna baxmayaraq, hazırki işdə ərizəçinin mülkiyyətindən məhrum edilməsi zamanı qanunla nəzərdə tutulmuş şərtlərin heç birinə əməl olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh ərizəçinin şikayətinə baxmayaraq həmin qanunvericilik aktlarının tətbiq olunması məsələsini ümumiyyətlə müzakirə etməmiş, məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddiaçıya məxsus əmlakın cavabdeh tərəfindən sökülmədiyini göstərmişdir. Həmçinin aşağıda qeyd olunan əsasnamənin müddəalarına əsasən rayon ərazisində abadlıq və yaşıllaşdırılmaların aparılması şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətinə aid edilməmişdir.

18. Cavabdeh həmin qərardan ape llyasiya şikayəti verərək, qərarın tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-184/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Bayramov /sədrlik edən və məruzəçi/, Ə.Abdullayev və A.İsgəndərova) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən vurulmuş maddi zərərə görə 200.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ünvan 3 ünvanında yer ləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət əmlak kompleksinin və Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin torpaq sahələri ilə birlikdə 2017-ci il tarixə olan bazar dəyərinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyi alınmışdır.

21. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-4188/2023 saylı rəyindən də görünür ki, ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət əmlak kompleksinin və Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəb əsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin torpaq sahələri ilə birlikdə 2017-ci il tarixə olan bazar dəyəri 270.000 manat təşkil etmişdir.

22. Hazırkı işdə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən və cavabdehin şikayətinin dəlilləri onun ziyanın şərh edilə bilmədiyindən kollegiya hesab edir ki, iddia tələbi 200.000 manat hissədə təmin edilməlidir.

23. Odur ki, kollegiya ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət əmlak kompleksinin və Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin torpaq sahələri ilə birlikdə 2017-ci il tarixə olan bazar dəyəri üzrə müəyyən edilməsini qanuni və əsaslı hesab edir.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın tam ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdehin şəxslərin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu məsələdə inzibati orqan, yəni Gəncə Şəhər İcra Hakimiyyətinin hər hansı qanunsuz hərəkətindən söz gedə bilməz, çünki vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır.

26. Məhkəmə qərarlarında dəfələrlə vətəndaşa məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması qaydalarına istinad etsə də, həmin əmlakın dövlət ehtiyacları üçün alındığı nə cavabdeh tərəf, nə də ki iddiaçı tərəf qeyd etməmişdir.

27. İddiaçı iddiasında 2017-ci ildə sırf Gəncə Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparmasını, söküntünün bu qurum tərəfindən aparılmasını yalnız sözlərdə hər hansı əsaslı sübut olmadan demişdir. Vətəndaşın mülkiyyətində inşa edilmiş mehmanxanaya dair dövlət büdcəsindən vəsait ayrılmamış, həmin otelin tikilməsi dövlət maraq dairəsində olmadığı təqdirdə Gəncə Şəhər İcra Hakimiyyətinin bir dövlət qurumu olaraq bu məsələdə cavabdeh kimi göstərilməsi qəbul edilə bilən bir hal deyildir. Bununla yanaşı, GəncəToğana avtomobil yolunu genişləndirilməsi işləri Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aparılmamışdır. "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də icra hakimiyyətlərinin yolların tikintisi, təmiri və ya genişləndirilməsi istiqamətində hər hansı vəzifə və ya səlahiyyəti yoxdur. Belə olan halda iddiaçıya məxsus olmuş əmlak kompleksinin hesabına enləndirilən yola görə kompensasiyanın Gəncə Şəhər İcra Hakimiyyətinin öhdəsinə qoyulması qanuna ziddir.

28. Bütün yuxarıda göstərilənlərə əsasən kassasiya şikayətində, apellyasiya məhkəməsinin 11 iyul 2023-cü il tarixli qərarını tam ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

30. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası mə hkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı b ütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məlum olduğu kimi, İddiaçı xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin hərəkətinin qanunsuz hesab edilməsi, onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət, o cümlədən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin hesabına enləndirilən yola görə 200.000 manat kompensasiya ödənilməsi, öz mülkiyyətində olan torpaq sahəsindən istifadə e tməyinə imkan yaradılması və ona dəymiş 500.000 manat ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Bundan sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) X6 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin hərəkətinin qanunsuz hesab edilməsi, onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət, o cümlədən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin hesabına enləndirilən yola görə 200.000 manat kompensasiya ödənilməsi, və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 500.000 manat ziyanın cavabdehdən alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli, 21(083)-444/2019 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

35. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-444/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iş üzrə cavabdeh Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti əsl cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti ilə əvəz edilmişdir.

36. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-83/2022 saylı qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən 200.000 manat məbləğində maddi ziyan tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınm ış, iddia qalan hissədə təmin edilməmişdir.

37. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-184/2023 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-83/2022 saylı qərarı ləğv edilmiş, yeni qərar çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən vurulmuş maddi zərərə görə 200.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən belə hesab etmişdir ki, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsinə görə 200.000 manat maddi zərər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

39. Bununla ə laqədar olaraq məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 510 nömrəli sərəncamına əsasən, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən İddiaçı məxsus yararsız vəziyyətdə olan iaşə obyektinin ərazidə aparılan abadlıq işləri ilə əlaqədar sökülməsini nəzərə alaraq onun yerində müvafiq qaydada razılaşdırılmış layihə əsasında istirahət kompleksinin inşa edilməsinə icazə verilmişdir.

40. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cü il tarixli, **********57 saylı məktubdan görünür ki, Gəncə şəhəri, Kəpəz ra yonu, Azərbaycan küçəsi, bina 44, 1 saylı mənzil (43.3 kv.m iki yaşayış otağı, 8.0 kvm köməkçi sahəsi) Kəpəz rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 2 saylı protokolu ilə verilmiş 64 nömrəli order, Gəncə şəhəri MənzilKommunal Təsərrüfatı İstehsalat Birliyi 5 saylı Mənzil İstismar Sahəsinin xx.xx.1996-ci il tarixli, 254 saylı arayışı, Gəncə şəhər Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1996-cı il tarixli, 22 saylı qərarından çıxarışına əsasən, X3 adına özəlləşmiş və ona xx.xx.1996-ci il tarixli, 15261 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 2 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli, 2V-1-203 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mənzil X7 adına keçmişdir. 1 saylı notariat kontorunun xx.xx.2005-ci il tarixli, 40-2-213 saylı a lğı-satqı müqaviləsinə əsasən bu mənzil İddiaçı satılmışdır. Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, bina 44, 4 saylı mənzil (31.0 kvm iki yaşayış otağı) Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli sərəncamının 80 saylı protokolu ilə verilmiş 8 nömrəli order, Gəncə şəhəri MənzilKommunal Təsərrüfatı İstehsalat Birliyi 5 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2004-cü il tarixli, 526 saylı arayışı, Gəncə şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2004-cü il tarixli, 08 saylı qərarından çıxarışına əsasən X5 adına özəlləşmiş və ona xx.xx.2004-cü il tarixli, 23030 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2- 974 saylı qətnaməsinə əsasən X5 adına bu mənzilin özəlləşdirilməsinə dair Gəncə şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 08 saylı qərarı və tərəfindən verilmiş qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 1 MK2248/2005 saylı qətnaməsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2-974 saylı qətnaməsi ləğv edilmişdir. X2 X9 və Gəncə şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı özəlləşdirilmənin etibarsiz sayılması və mənzilin şəxsi hesab vərəqəsinin dəyişdirilməsi barədə iddiası rədd edilmişdir. 1 saylı notariat kontorunun xx.xx.2005-ci il tarixli, 40-2-214 saylı alğı-satqı müqaviləsinə əsasən X11 bu mənzili İddiaçı satmışdır. İddiaçı Hacıkənd qəsəbəsi, bina 44, 1-4 saylı mənzilə dair (44 saylı binada yerləşən sözügedən hər iki mənzilə dair) xx.xx.2005-ci il tarixli, 23030 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 001354 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2010-cu il tarixli, 2615 nömrəli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqi müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən əmlak kompleksi (151 nömrəli bufet) İddiaçı adına qeydiyyata alınmış və ona xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

41. Beləliklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi ünvanına yerləşən 0.0394 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 243.3 kv.m olan iaşə obyekti xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır.

42. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş **********39-12301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 151 saylı bufetə dair torpaq sahəsinin planı və iaşə obyektinin otaqlarının sxemi tərtib edilmişdir.

43. Eyni zamanda iş materiallarından görünür ki, Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, H80-149 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçıya məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmiş, həmin ərazidə dövlət hesabına tikinti işləri aparılmamış və torpaqların dövlət ehtiyacı üçün ayrılması zərurəti olmamışdır. Gəncə-Toğana avtomobil yolunun genişləndirilməsi işləri Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aparılmamışdır.

44. Cavabdehin kassasiya şikayətindəki dəlilləri eyni hüquqi mövqeyə əsaslanmışdır. Yəni, cavabdeh iddiaçıya məxsus daşınmaz əmlakı sökməmişdir.

45. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlilləri əsassızdır, belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Layihə-Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 264 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 113.4 kv.m, 6 yaşayış otağından ibarət mülk, o cümlədən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin mübahisəli ərazidə faktiki olaraq mövcud olmadığı müşahidə olunmuşdur. Cavabdehin ekspertiza baxışında iştirak etməməsi və eləcə də, həmin ərazidə abadlaşdırma işləri aparılıbdırsa Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həmin mübahisəli ərazidə aparılan abadlaşdırma işlərinə dair hərhansı layihə sənədi, mülki iş materiallarında mövcud olmadığından, iddiaçıya məxsus əm lak kompleksinin və mülkün yerləşdiyi sahəsinin, abadlaşdırılan əraziyə düşübdüşmədiyini tərəflərindən müəyyən etmək mümkün olmamışdır.

46. Beləliklə iddiaçıya məxsus daşınmaz əmlakın söküntüyə məruz qalması işin təkzib olunmaz faktıdır.

47. Bununla yanaşı Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatının xx.xx.2021-ci il tarixli, 03/757 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə-Toğana avtomobil yolunun genişləndirilməsi işlərinin hansı orqan və ya hüquqi şəxs tərəfindən aparılması barədə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatında heç bir rəsmi məlumat yoxdur. Həmçinin, İddiaçı məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması zərurəti olmamışdır.

48. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, ***** ***** nömrəli məktubundan görünür ki, Gəncə-Toğana avtomobil yolunda saxlanma üçün nəzərdə tutulan maliyyə vəsaiti hesabına mövcud avtomobil yolunda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə asfalt beton (aşınma qatı) örtüyünün yenilənməsi işləri həyata keçirilmişdir. Avtomobil yolunun keçdiyi ərazidə heç bir söküntü və ya yolun genişləndirmə işləri Agentlik tərəfindən həyata keçirilməmişdir.

49. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-4188/2023 saylı rəyindən də görünür ki, ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşa yış otağından ibarət əmlak kompleksinin və Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin torpaq sahələri ilə birlikdə 2017-ci il tarixə olan bazar dəyəri 270.000 manat təşkil etmişdir.

50. Məhkəmə kollegiyası cavabdehin israrla, iddiaçıya məxsus sözügedən daşınmaz mülkiyyətin cavabdeh tərəfindən sökülmədiyini bildirməyini nəzərə alıb, xüsusi olaraq işdə olan 3 (üç) sənədin iddiaçının iddia ərizəsi baxımından diqqətedici və önəmli olduğunu hesab edir.

51. Belə ki, işin 7-ci səhifəsində olan Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 08 fevral 2012-ci il tarixli, 510 saylı “Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən iaşə obyektinin yerində istirahət kompleksinin inşa ed ilməsinə icazə verilməsi haqqında” adlanan sərəncamının 1-ci bəndində deyilir ki, “Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən İddiaçı məxsus yararsız vəziyyətdə olan iaşə obyektinin ərazidə aparılan abadlıq işləri ilə əlaqədar sökülməsini nəzərə alaraq onun yerində müvafiq qaydada razılaşdırılmış layihə əsasında istirahət kompleksinin inşa edilməsinə icazə verilsin.”

52. Yəni, bu sərəncamda yuxarıda göstərilmiş ünvanda mövcud olmuş İddiaçı məxsus iaşə obyektinin ərazidə aparılan abadlıq işləri ilə əlaqədar artıq sökülməsi nəzərə alınır.

53. Bu arada qeyd edilməlidir ki, İddiaçı adına olan 13 may 2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, əmlak kompleksin kimi müəssisənin tərkibi qeyri-yaşayış binası “yemək zalı”, qe yri-yaşayış binası “yardımçı otaq” və qeyri-yaşayış binası “çayxana”dan ibarətdir (iş səh. 6).

54. Bundan başqa işin 4-cü səhifəsində olan Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyətinin başçısının iddiaçıya ünvanladığı 31 yanvar 2019-cu il tarixli, H-2-071 saylı məktubunda yazılmışdır ki, “2018-ci ilin may ayında Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılığa gələrək, tərəfinizdən həmin ərazidə söküntü işləri başlanılmışdır. Əlavə olaraq bildiririk ki, hal-hazırda həmin torpaq sahəsində heç bir tikinti işləri aparılmır”.

55. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçının iddia ərizəsində iddiaçı göstərmişdir ki, cavabdeh tərəfindən 2017-ci ilin mayında iddiaçıya bildirilmişdir ki, iddiaçıya məxsus sözügedən obyekt söküləcək və ona əvəzində başqa yerdə torpaq sahəsi ve riləcəkdir.

56. Lakin iddiaçıya heç bir torpaq sahəsi cavabdeh tərəfindən verilməmişdir.

57. Beləliklə yuxarıda göstərilənlərdən birbaşa və ya dolayısı ilə iddiaçının mülkiyyətində olmuş əmlak kompleksinin əslində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən cavabdeh tərəfindən sökülmüş, lakin hər hansı bir kompensasiya ödənilməmişdir.

58. Həmin Qanunun 3.1-ci maddəsinə görə, bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmi n edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması.

59. Həmin qanunun 5.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır.

60. Həmin Qanunun İİ fəslində torpaqların dövlət ehtiyacları üçün alınmasına qədər olan icraat qaydaları sadalanmışdır.

61. Həmin Qanunun 19.1-ci maddəsində deyilir ki, müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər.

62. Beləliklə yuxarıda qeyd olunan qanunun normalarından da müəyyən edilir ki, iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət qeyri-yaşayış binası, o cümlədən Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan hissəsi dövlət ehtiyacları üçün deyil, icra hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülmüş və bunun qarşılığında iddiaçıya heç bir kompensasiya ödənilməmişdir.

63. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı maddi ziyana uğramışdır. Belə ki, o mülkiyyətində olan əmlakından məhrum edilmişdir. Məhkəmə kollegiya sı işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətində olan əmlaka cavabdeh inzibati orqan tərəfindən müdaxilə olmuş və bu müdaxilə heç bir qanuni əsaslar olmadan həyata keçirilmişdir. Nəticədə iddiaçı özünə məxsus əmlakından mülkiyyət hüquqlarından məhrum olmuşdur. Bu hal mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi baxımından qanunsuzdur.

64. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, ********** nömrəli məktubundan görünür ki, Gəncə-Toğana avtomobil yolunda saxlanma üçün nəzərdə tutulan maliyyə vəsaiti hesabına mövcud avtomobil yolunda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə asfalt beton (aşınma qatı) örtüyünün yenilənməsi işləri həya ta keçirilmiş, avtomobil yolunun keçdiyi ərazidə heç bir söküntü və ya yolun genişləndirmə işləri Agentlik tərəfindən həyata keçirilməmişdir. Göründüyü kimi, qeyd edilən yolda yolun təmiri zamanı hər hansı söküntü işləri aparılmamışdır. Odur ki, iddiaçıya məxsus əmlakın sökülməsinin Gəncə-Toğana avtomobil yolunun asfalt beton örtüyünün yenilənməsi ilə hər hansı bağlılığı olmamışdır.

65. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir: “Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 1.2-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Adı çəkilən Qanunun preambulasına əsasən, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsi blanket norma olaraq vurulmuş zərərə görə inzibati orqanın cavabdehliyini müəyyən edir və zərərin ödənilməsini qaydaları üçün Mülki Məcəllənin normalarına göndərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsində deyilir ki, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa h üquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Bu normada əksini tapmış “əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa” müddəası, ümumi (publik) hüquq münasibətlərində mülki qanunvericiliyin tətbiqinin tam istisna edilmədiyini təsdiq edir və bu, yalnız qanunvericinin birbaşa göstərişinin olduğu halda mümkündür. Ona görə də hazırkı inzibati işin həllində zərərin ödənilməsi qaydaları ilə bağlı Mülki Məcəllənin normalarına istinad olunması mümkündür Mövcud qanunvericiliyə əsasən şəxsi mülkiyyət dövlət hesabına Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndi tələb etdiyi kimi aşağıdakı yollarla özgəninkiləşdirilə bilər: - Mülki Məc əllənin 157.9-cu maddəsinə əsasən mülkiyyət qanuni kompensasiya əvvəlcədən ödənilməsi şərti ilə dövlət ehtiyacları üçün müsadirə yolu ilə; - Mülki Məcəllənin 207 və 203.3.3-cü maddələrinə uyğun olaraq mülkiyyətçinin razılığı ilə dövlət tərəfindən əmlakın alınması yolu ilə; - Mülki Məcəllənin 203.3 maddəsində nəzərdə tutulmuş digər xüsusi hallarda.”

66. Lakin işin faktiki hallarından göründüyü kimi yuxarıdakı prosedurların heç birinə riayət edilməmişdir.

67. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, yuxarıda artıq göstərildiyi kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, 3-21 -3-33/24188/2023 saylı rəyindən də görünür ki, ünvan 3 ünvanında yerləşən 113,4 kv.m, 6 yaşayış otağından ibarət əmlak kompleksinin və Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində yerləşən 0.0394 ha torpaq sahəsində ümumi sahəsi 243.3 kv.m olan iaşə obyektlərindən ibarət əmlak kompleksinin torpaq sahələri ilə birlikdə 2017-ci il tarixə olan bazar dəyəri 270.000 manat təşkil etmişdir.

68. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, hazırkı işdə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən və cavabdehin şikayətinin dəlilləri onun ziyanına şərh edilə bilmədiyindən iddia tələbi 200.000 manat hissədə təmin edilməlidir.

69. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsinə görə 200.000 manat maddi zərər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

70. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 11 iyul 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

71. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-184/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar