Məhkəmə qərarları › İş №2-1(102)-1248/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1248/2022

15.07.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1248/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusuna təyin olunmuş pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabe liyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 2-1(103)-1056/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məxsus əmək kitabçasına əsasən, o: - xx.xx.1971-ci ildən xx.xx.1978-ci ilədək Azərbaycan KP Gədəbəy rayon komitəsində statistik vəzifəsində; - xx.xx.1978-ci ildən xx.xx.1989-cu ilədək Azərbaycan KP Gədəbəy RK-nin partiya statistiki və uçot bölmə müdiri vəzifəsində; - xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək Gədəbəy qəsəbəsi 12 nömrəli körpələr evi uşaq bağçasında müdir vəzi fəsində; - xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək rayon XDS İK-nin ümumi şöbəsinin müdiri vəzifəsində; - xx.xx.1991-ci ildən xx.xx.1999-cu ilədək rayon icra hakimiyyəti başçısının aparatında ümumi şöbə üzrə müdir vəzifəsində; - xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək rayon İcra hakimiyyəti başçısının aparatında ictimaiyyət və siyasi partiyalarla iş üzrə şöbənin böyük referenti vəzifəsində; - DSMF Gədəbəy rayon şöbəsində xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək müfəttiş; - xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək fərdi uçotun təşkili üzrə sektorun baş məsləhətçisi; - xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək pensiya təyinatı sektorunun məsləhətçisi; - xx.xx.2007-ci ildən xx.xx.2016-cı ilədək pensiya sektorunun müdiri; - xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək sosial sığorta şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir.

2. İddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə 2019-cu il 1 sentyabr tarixədək vəzifə maaşı 475,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 142,50 manat və ixtisas dərəcəsinə görə əlavəsi 65,00 manat olmaqla orta aylıq dövlət məvacibinin məbləği 682,50 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı 2019cu il 2 may tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 47 il 4 ay 24 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq dövlət məvacibinin (682,50 manat) 80 faizi - 546,00 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 2019-cu il 1 sentyabr tarixindən dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar əmək pensiyasının məbləği 793,00 manat təşkil edir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

4. Cavabdeh 30 oktyabr 2019-cu il tarixli, **********8 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsi tərəfindən ona 28 iyul 2017-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinə əsasən pensiya işinə aid sənədlər 16 iyul 2019-cu il tarixində həmin şöbədən idarəyə gətirilərək ona “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə uyğun qaydada dövlət qulluqçusu kimi yaşa görə 546,00 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Həmçinin araşdırma zamanı iddiaçının pensiya işinə aid sənədlərdə işlədiyi dövrdə ərizəsin də qeyd etdiyi “hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15 faizi miqdarında əlavənin, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın), ixtisas dərəcəsinə görə əlavənin, mükafat və müavinətin ona ödənildiyinə dair məlumatların mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də, həmin təminatların qanunvericiliyin tələbləri baxımından ona münasibətdə tətbiq edilməsi mümkün hesab olunmamışdır. Bundan başqa, ona “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyasının “bu qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəli rlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi” olduğu izah edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 6 dekabr 2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun dövlət qulluğunda yaşa görə əmək pensiyasının yenidən hesablanaraq 16 iyul 2019-cu il tarixdən 826,77 manat, 1 dekabr 2019-cu il tarixdən isə 1.159,02 manat müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. Gəncə İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2-1(114)-407/2020 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 16 iyul 20 19-cu il tarixdən vəzifə maaşının 473 manat, qulluq stajına görə 20% olmaqla 94,60 manat və ixtisas dərəcəsinə görə 65 manat, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15%-i miqdarında əlavə olmaqla 70,95 manat, mükafat 157,67 manat, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) 20% olmaqla 172,24 manat, 1 oktyabr 2019-cu il tarixdən vəzifə maaşının 730 manat, qulluq stajına görə 20% olmaqla 146 manat, ixtisas dərəcəsinə görə 65 manat, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15%-i miqdarında əlavə olmaqla 109,50 manat, mükafat 243,33 manat, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) 20% olmaqla 258,77 manat nəzərə alınmaqla pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati mə hkəmə icraatına qəbul edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsində 2 mart 2000-ci il tarixdən 2 may 2019-cu il tarixə kimi müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 1 may 2019-cu il tarixli, **********3 saylı əmri ilə 65 yaşının tamam olması ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir. Ona 16 iyul 2019-cu il tarixdə cavabdeh tərəfindən düzgün olmayaraq 546 manat dövlət qulluğuna görə əmək pensiyası təyin edilmişdir. Belə ki, onun pensiyasını məsləhətçi vəzifəsi üzrə təyin etmişlər. O, 20 may 1985-ci il tarixdən 18 noyabr 1988-ci il tarixədək Gədəbəy rayon Partiya Komitəsində, 3 may 1990-cı il tarixdən 10 dekabr 1991-ci il tarixə kimi Gədəbəy rayon X1, 10 dekabr 1991-ci il tarixdən 19 iyul 1999-cu il tarixə kimi Gədəbəy rayon İcra hakimiyyətində (cəmi 12 il 9 ay 14 gün) ümumi şöbə müdiri işləmişdir. Hesab etmişdir ki, həmin vəzifə Azərbaycan Respublikasının Prezidentinin 2 dekabr 2013-cü il tarixli, 135 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət Qulluqçularının aylıq vəzifə maaşlarının, təsnifatlar üzrə inzibati və yardımçı vəzifələrə əlavə edilən 3 nömrəli əlavənin 6-cı təsnifatına uyğun olaraq hesablanmalıdır. 16 iyul 2019-cu il tarixdə vəzifə maaşı - 473 manat, qulluq stajı 20% - 94,60 manat, ixtisas dərəcəsi - 65 manat, vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə görə 15% - 70,95 manat, mükafat - 157,67 manat, 1500-2000 metr da ğ yüksəkliyinə görə 20% - 172,24 manat, cəmi 1.033,46 manat x 80 % = 816,77 manat; 01 yanvar 2019-cu il tarixdə vəzifə maaşı - 730 manat, qulluq stajı 20 % - 146 manat, ixtisas dərəcəsi - 65 manat, vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə görə 15% - 109,50 manat, mükafat - 243,33 manat, 1500-2000 metr dağ yüksəkliyinə görə 20% - 258,77 manat, cəmi 1552,60 manat x 80 % = 826,77 manat olmaqla, əvvəlki pensiya 415,91 manat x 80 % = 332,25 manat artım + əvvəlki pensiya 826,77 manat, cəmi 1.159,02 manat yaşa görə dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir. Onun 47 il 3 ay ümumi sosial sığorta stajı vardır ki, ondan 46 il 3 ay 29 günü dövlət qulluğudur. O, pensiyasının düzgün hesablanmaması barədə cavabdeh orqana müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında göstərmişdir ki, iddiaçıya 16 iyul 2019-cu il tarixində “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə 546.00 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Hakimiyyət səlahiyyətlərinin icrasına görə 15% miqdarında pul təminatı ilə bağlı: “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın (Əlavə 1) 11-ci bəndi ilə müəyyən edilir ki, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. İddiaçı tərəfindən isə həmin arayışlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentini n 20 iyun 2008-ci il tarixli, 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 266 nömrəli Fərmanı ilə 20 iyun 2008-ci il tarixli, 776 nömrəli Fərmanındakı siyahı qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 266 nömrəli Fərmanında “rayon icra hakimiyyətinin başçısının aparatının ümumi şöbə müdiri” vəzifəsi nəzərdə tutulmamışdır. İxtisas dərəcəsi ilə bağlı cavabdeh bildirmişdir ki, dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması qaydaları Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrlə tənz imlənir. Əlavə 1-in 10-cu bəndi ilə müəyyən edilir ki, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. 11-ci bəndi ilə müəyyən edilir ki, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. İddiaçı tərəfindən isə həmin arayışlar təqdim edilməmişdir. Mükafat ilə bağlı cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 774 nömrəli, 22 avqust 2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının müka fatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 12-ci bəndi ilə hər il üçün dövlət qulluqçularına müəyyən olunmuş aylıq əmək haqqı fondunun 3 misli həcmində əlavə vəsaitlərin nəzərdə tutulduğu qeyd olunmuşdur. Bu isə həmin vəsaitlərin mütləq qaydada verilməli olması anlamına gəlmir. Belə olan halda, mükafat fərdi xarakterli olduğuna görə, yalnız müvafiq qaydada şəxsən alındığı və bunu təsdiq edən arayış təqdim edildiyi halda əmək pensiyasının hesablanması zamanı nəzərə alına bilər. İddiaçının isə həmin mükafatları almadığı açıq-aşkardır. Belə ki, Fərman iddiaçının işlədiyi müddətdə mövcud olmamış və iddiaçının həmin Fərmanda qeyd edilən mükafatları almadığı aydındır. Müavinət ilə bağlı cavabdeh bildirmişdir ki, dövlət qulluqçusu növbəti məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maa şı məbləğində müavinətin verilməsinə Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr tarixli 2003-cü il, 948 saylı Fərmanına əsasən, 1 yanvar 2003-cü il tarixdən başlanılmışdır. Belə ki, iddiaçı həmin müavinəti heç vaxt almamış, həmin müavinətdən sığorta ödənişi həyata keçirməmişdir. Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. Lakin həmin müavinət dövlət məvacibinin tərkibinə daxil deyil. “Dövlət qulluğu haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzif ə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Göründüyü kimi, məzuniyyətə çıxarkən verilən müavinət dövlət məvacibinin tərkibinə daxil edilməmişdir. Buna görə də, həmin müavinətin verilməsi dövlət məvacibinin artırılması kimi qiymətləndirilərək, pensiyada olan dövlət qulluqçularının əmək pensiyalarının məbləğinin yenidən hesablanmasına səbəb ola bilməz. Bu məsələlər ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarı mövcuddur. Sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.

10. Bakı İnzibati Məhkəməsinin 2 dekabr 2020-ci il tarixli, 2-1(112)-4075/2020 nömrəli qərardadı ilə 16 iyul 2019-cu il tarixdən vəzifə maaşının 473 manat, qulluq stajına görə 20% olmaqla 94,60 manat və ixtisas dərəcəsinə görə 65 manat, 1 oktyabr 2019-cu il tarixdən vəzifə maaşının 730 manat, qulluq stajına görə 20% olmaqla 146 manat və ixtisas dərəcəsinə görə 65 manat nəzərə alınmaqla pensiyanın yenidən h esablanması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması hissəsində tərəflər arasında mübahisə aradan qalxdığından (cavabdeh tərəfindən verilmiş 29 oktyabr 2020-ci il tarixli, **********4 saylı məktubunda qeyd olunmuş məlumatlar nəzərə alınmaqla) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən icraata xitam verilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2 dekabr 2020-ci il tarixli, 2-1(112)-4075/2020 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia qismən təmin edilmiş, iddiaçıya qulluq keçdiyi vəzifə üzrə ödənilmiş hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15%-i miqdarında əlavələr, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar, əmək haqqına yüksəkliyə görə tətbiq edilən 20% artımlar (əmsal) nəzərə alınmaqla, ona sabiq dövlət q ulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olaraq iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunan zaman sonuncunun pensiya işinə aid sənədlərdə işlədiyi dövrdə ərizəsində qeyd etdiyi “hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15 faizi miqdarında əlavənin, əmək haqqına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) və mükafatın ona ödənildiyinə dair məlumatların mövcud olmaması əsası ilə, həmin təminatların ona münasibətdə tətbiq edilməsinin mümkün olmadığı bildirilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı məhkəmən in müvafiq sorğularına əsasən əldə olunmuş məlumatlardan müəyyən olunmuşdur ki, iddiaçıya qulluq keçdiyi vəzifə üzrə ödənilmiş hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşı”nın 15%-i miqdarında əlavələr, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar, əmək haqqına yüksəkliyə görə tətbiq edilən 20% artımların (əmsal) ödənilməsi həyata keçirilmiş və sonuncunun həmin gəlirləri məcburi dövlət sosial sığorta haqlarına cəlb edilmişdir. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövc udluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Qanun ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2021-ci il tarixl i, 2-1(103)-1142/2021 nömrəli qərarı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) ilə Bakı İnzibati Məhkəməsinin 2 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 dekabr 2021-ci il tarixli, 2-1(102)-2205/2021 nömrəli qərarı (hakimlər: İ.K.Hüseynov /məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2- 1(103)- 1142/2021 nömrəli qərarı qismən – hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15%-i miqdarında əlavəyə münasibətdə ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş; mükafatların nəzərə alınması hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş; qərar qalan hissədə dəyişdirilmədən saxlanılmış, şikayət qalan hissədə təmin olunmamışdır.

18. Kassasiya instansiya məhkəməsi hakimiyyət səlahiyyətlərinin icrasına görə 15% miqdarında pul təminatı ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 11-ci bəndinin tələbinə görə, dövlət qulluqçusunun pensiyasının he sablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. İddiaçı tərəfindən həmin arayış təqdim edilməmişdir. Məhkəmə qərarlarında həmin haqqın iddiaçıya ödənildiyini təsdiq edən hər hansı sübuta istinad da yoxdur. Belə olan halda, iddiaçının “hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15%-i miqdarında əlavə”nin nəzərə alınması barədə tələbi əsaslı hesab oluna və həmin məzmunda tələb təmin oluna bilməzdi.

19. Kassasiya instansiya məhkəməsi mükafatların nəzərə alınması ilə bağlı qeyd etmişdir ki, dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, qanunverici dövlət qulluqçusunun hər bir halda, birmənalı olaraq pul mükafatı ilə təltif ediləcəyini təsbit etməmişdir. Bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığı üçün iddiaçı hazırda fəaliyyətdə olan dövlət qulluqçusunun məvacibinə istinadla və həmin əlavəni nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilməz. İddiaçının faktiki aldığı və ona təyin edilmiş pensiyanın məbləğinin yenidən hesablanması zamanı nəzərə alınmasını tələb etdiyi mükafatlara gəldikdə, məhkəmələr ilk növbədə iddiaçıya əmək pensiyası təyin olunarkən nəzərə alınan və ya iddiaçının tələbinə görə nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədlərini, iddiaçıya ödənilmiş mükafat(lar)ın məhz həmin zaman hədlərinə aid olduqlarını dəqiq müəyyən etməli idilər. Belə ki, həmin mükafat(lar)ın məbləği “əmək haqqındakı sonrakı artımlar” üçün keçərli olmasa belə, əmək pensiyasının təyin olunduğu vaxtda onun məcmu məbləğinin müəyyən edilməsi üçün nəzərə alına bilərdi.

20. Kassasiya instansiya məhkəməsi yüksəkliyə görə tətbiq edilən əmsalın nəzərə alınması ilə bağlı qeyd etmişdir ki, yüksəkliyə görə vəzifə maaşına əlavələri nəzərdə tutan normativ aktlar (“Respublikanın yüksək dağ yerlərində olan müəssisələrin və təşkilatların işçilərinin əməyinin ödənilməsi sahəsində güzəştlər haqqında” Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 1990-cı il 28 iyun tarixli, 23 nömrəli Fərmanı və “Azərbaycan SSR dağ yerlərində yerləşən müəssisə və təşkilat işçilərinə əmək haqqı üzrə güzəştlərin verilməsi qaydası haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 16 noyabr tarixli, 526 nömrəli qərarı) iddiaçının işlədiyi dövrdə də mövcud olmuşdur. Bu isə, iddiaçının və məhkəmələrin istinad etdikləri arxiv arayışındakı məlumatın əsassız olmadığını təsdiq edir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 2-1(103)-1056/2022 nömrəli qərarı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2 dekabr 2020-ci il tarixli, 2-1(112)-4075/2020 nömrəli qərarı qismən – məcburi dövlət sosial sığ ortasına cəlb olunan mükafatlar nəzərə alınmaqla pensiyanın yenidən hesablanması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmişdir. İddia “16 iyul 2019-cu il tarixdən mükafatın 157,67 manat, 01 oktyabr 2019-cu il tarixdən mükafatın 243.33 manat olmaqla pensiyanın yenidən hesablanması hissəsində” qismən təmin edilmiş, iddiaçının dövlət qulluqçusu kimi işlədiyi və əmək pensiyası təyin edilərkən nəzərə alınan dövr həddində - 1997-ci ilin iyun ayında 72.804 manat, həmin ilin dekabr ayında 126.083 manat, 1998-ci ilin iyun ayında 150.000 manat, həmin ilin oktyabr ayında 205.000 manat, 1999-cu ilin iyun ayında 158.021 manat məbləğində mükafatlar alması nəzərə alınmaqla, iddiaçıya sabiq dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması v əzifəsi cavabdehə həvalə edilmişdir. Qərar “əmək haqqına yüksəkliyə görə tətbiq edilən 20% artımlar (əmsal) nəzərə alınmaqla, iddiaçıya sabiq dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin sadalanan müddəalarına əsasən dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, qanunverici dövlət qulluqçusunun hər bir halda, birmənalı olaraq pul mükafatı ilə təltif ediləcəyini təsbit etmə mişdir. Bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq olaraq iddiaçıya əmək pensiyası təyin olunarkən nəzərə alınan qulluq dövrünün hədləri barədə cavabdeh inzibati orqana ünvanlanan sorğuya cavab məktubundan aydın olur ki, iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunarkən xx.xx.1994-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində aldığı dövlət məvacibi nəzərə alınmışdır. İddiaçı tərəfindən qeyd edilən dövr üzrə məsələ mübahisələndirilməmişdir. Gədəbəy rayon Dövlət Arxivinin 07 avqust 2020-ci il tarixli 33 nömrəli məktubu iddiaçının 1992-1993; 1997-2000-ci illərdə Gədəbəy Rayon İcra Hakimiyyətində ayrı-ayrı vəzifələrdə işləy ərkən onun adına hesablanmış əmək haqqı cədvəlindən çıxarışlar məhkəməyə təqdim olunmuşdur. Həmin cədvəllərə əsasən iddiaçı Gədəbəy Rayon İcra Hakimiyyətində işlədiyi dövrlərdə, o, cümlədən 1992, 1993, 1997, 1998, 1999 və 2000-ci illərdə ona vəzifə maaşı ilə yanaşı, əmək haqqına yüksəkliyə görə görə tətbiq edilən artım (20 %), mükafatın (maddi yardım və məzuniyyət ödənişləri daxil olmaqla) ödənilməsi həyata keçirilmişdir. Qeyd olunan mükafatların məbləği “əmək haqqındakı sonrakı artımlar” üçün keçərli olmasa belə əmək pensiyasının təyin olunduğu vaxtda onun məcmu məbləğinin müəyyən edilməsi üçün nəzərə alınır.

23. Apellyasiya instansiya məhkəməsi qərarında onu da göstərmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının tə yin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. 1 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. Bu normaya əsasən iddiaçının dövlət qulluqçusu kimi işlədiyi və əmək pensiyası təyin edilərkən nəzərə alınan xx.xx.1994-xx.xx.1999-cu il tarixləri arasındakı dövrdə mükafatın ödənilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı alınan mükafatlardan məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə, tələb olunmamalıdır.

24. Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 2-1(103)-1056/2022 nömrəli qərardadı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1056/2022 nömrəli iş üzrə 3 mart 2022-ci il tarixli qərarında yol verilən aşkar yanlışlıq düzəldilmiş, qərarın 8-ci səhifəsində, nəticə hissəsində 5-ci abzas – “Qərar “əmək haqqına yüksəkliyə görə tətbiq edilən 20% artımlar (əmsal) nəzərə alınmaqla, iddiaçıya sabiq dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” his səsində dəyişdirilmədən saxlanılsın.” hissəsi çıxarılmışdır.

25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh hesab edir ki, məhkəmənin yeganə dəlili Gədəbəy rayon Dövlət Arxivi tərəfindən 07 avqust 2020-ci il tarixli, 33 nömrəli məktubla iddiaçının 1992, 1993, 1997, 1998, 1999 və 2000-ci illərdə mükafat və yüksəkliyə görə vəzifə maaşına 20 faiz əlavə alması öz təsdiqini tapmasıdır. Arxivin həmin məktubunda qeyd edilir: “... onun adına hesablanmış əmək haqqı cədvəlindən çıxarış məktuba əlavə olunaraq...”. Amma məktuba belə bir çıxarış əlavə olunmamışdır. Məktuba naməlum bir şəxsin əl yazısı ilə tərtib edilmiş cədvəl əlavə olunmuşdur. Cədvəlin hansı sənədlər əsasında tərtib edildiyi naməlumdur. Dövlət Arxivinin işi əl yazısı ilə sənəd tərtib etmək deyil, arxivdə saxlanılan sənədləri (onların surətlərini) məhkəməyə təqdim etməkdir. Yüksəkliyə görə vəzifə maaşına 20 faiz əlavə ilə bağlı müvafiq qanunvericilik aktları 2000-ci ildən sonra qəbul edilmişdir. Təsadüfi deyildir ki, nə iddiaçı özü, nə də ki, işə baxmış məhkəmələr bu əlavələrin 1992-2000-ci illər ərzində iddiaçıya ödənildiyinin hüquqi əsasına belə istinad edə bilməmişlər. Dövlət qulluqçusuna yalnız qanunla nəzərdə tutulmuş əlavələr ödənilə bilər. Əgər həmin dövrdə müvafiq qanunvericilikdə belə bir ödənclərin ödənilməsi nəzərdə tutulmamışdısa, onda iddiaçının həmin əlavələri alması obyektiv olaraq imkansızdır. Məh kəmənin, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinə istinad etməsi açıq maddi hüquq pozuntusudur. Belə ki, mübahisə 1994-1999-cu illəri əhatə edən dövrün əmək stajına daxil edilib-edilməməsi ilə bağlı deyildir. Məsələ ondadır ki, iddiaçıya aldığını iddia etdiyi əlavələr ödənilməsini təsdiq edən mötəbər sübut işdə yoxdur. Arxiv arayışının nəyin əsasında tərtib edildiyi qeyri-müəyyəndir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

27. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim olunmuş, etirazda apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

22. Dövlət məvacibi 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.... Maddə

23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.... Maddə

24. Dövlət qulluqçularının mükafatlandırılması 24.1. Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qan unvericiliklə müəyyənləşdirilir.... 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sov et və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);... 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarı:... 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tu tur....

31. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”:

1. Bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir.

2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır....

8. Dövlət qulluqçularına pensiya hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1. 22.4-cü maddəsinə əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün müəyyən edilən artıq əmsal; 8.2. 22.5-ci maddəsinə əsasən müəyyən edilən yerli əmsallar; 8.3. 30.2-ci maddəsinə əsasən iş vaxtından artıq işə görə müəyyən edilən əlavə haqq nəzərə alınır.

9. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır....

12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır.

32. A zərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında ƏSASNAMƏ”:

2. Mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir....

8. Dövlət qulluqçusuna işin nəticələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır....

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onlar ın təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin ed ilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlük də mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin və birinci kassasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 dekabr 2021-ci il tarixli, 2-1(102)2205/2021 nömrəli qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmal arı yetərli hesab olunur.

39. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin yüksəkliyə görə vəzifə maaşına 20 faiz əlavə ilə bağlı qanunvericilik aktlarının 2000-ci ildən sonra qəbul edilməsi ilə bağlı təkrarlanan dəlilinə qiymət verərək qeyd edir ki, yüksəkliyə görə vəzifə maaşına əlavələri nəzərdə tutan normativ aktlar (“Respublikanın yüksək dağ yerlərində olan müəssisələrin və təşkilatların işçilərinin əməyinin ödənilməsi sahəsində güzəştlər haqqında” Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 1990-cı il 28 iyun tarixli, 23 nömrəli Fərmanı və "Azərbaycan SSR dağ yerlərində yerləşən müəssisə və təşkilat işçilərinə əmək haqqı üzrə güzəştlərin verilməsi qaydası haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 16 noyabr tarixli, 526 nömrəli qərarı) iddiaçının işlə diyi dövrdə də mövcud olmuşdur.

40. Qeyd edilən xüsusatlar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 dekabr 2021-ci il tarixli, 2-1(102)-2205/2021 nömrəli qərarında ətraflı şərh olunmuş, nəticədə iddia tələbinin yüksəkliyə görə vəzifə maaşına 20 faiz əlavə ilə bağlı hissəsinin təmin edilməsi barədə aşağı instansiya məhkəmələrinin qəbul etdikləri qərarlar qüvvədə saxlanılmışdır.

41. Hazırda mübahisələndirilən apellyasiya instansiya məhkəməsinin 3 mart 2022ci il tarixli qərarında iddia tələbinin yüksəkliyə görə vəzifə maaşına 20 faiz əlavə ilə bağlı hissəsində təmin edilməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasına dair nəticə qeyd olunsa da, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 2-1(103) -1056/2022 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1056/2022 nömrəli iş üzrə 3 mart 2022-ci il tarixli qərarında yol verilən aşkar yanlışlıq düzəldilmiş, qərarın 8-ci səhifəsində, nəticə hissəsində 5-ci abzas – “Qərar “əmək haqqına yüksəkliyə görə tətbiq edilən 20% artımlar (əmsal) nəzərə alınmaqla, iddiaçıya sabiq dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın.” hissəsi çıxarılmışdır.

42. Ona görə də, iddia tələbinin yüksəkliyə görə vəzifə maaşına 20 faiz əlavə ilə bağlı hissəsində təmin ed ilməsi ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğundan kassasiya şikayətinin qeyd edilən dəlili əsassızdır.

43. Bundan başqa, kassasiya şikayətinin təkrarlanan digər dəlili Gədəbəy rayon Dövlət Arxivinin 7 avqust 2020-ci il tarixli, 33 nömrəli məktubuna əlavə edilmiş çıxarışın mötəbər olmamasından ibarətdir.

44. Məhkəmə kollegiyası şikayətin qeyd olunan dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, yazılış forması və üsulundan (əl ilə və ya kompüterlə), yaxud istinad edilən sənədin surətinin təqdim olunmasından asılı olmayaraq, arxiv tərəfindən tərtib olunmuş və lazımi qaydada təsdiq edilmiş arayışdakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı sübut yoxdur.

45. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzib ati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

46. Kassasiya şikayətinin digər dəlilinə əsasən mübahisə 1994-1999-cu illəri əhatə edən dövrün əmək stajına daxil edilib-edilməməsi ilə bağlı olmadığından məhkəmənin “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə istinad etməsi açıq maddi hüquq pozuntusudur.

47. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən “Vətənda şların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə istinad edilməsi maddi hüquq pozuntusu kimi qiymətləndirilməməlidir. Qeyd edilən maddi hüquq normasının səkkizinci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

48. Apellyasiya instansiya məhkəməsi qeyd edilən normaya istinad etməklə iddiaçıya 1994-1999-cu illəri əhatə edən dövrdə ödənilən mükafatların məcburi dövlət sığortasına cəlb edilməli olub-olmamasını araşdırmış və i ddiaçıya ödənilən mükafatların ödənildiyi vaxtda qüvvədə olan qanunvericiliyə əsasən məcburi dövlət sığortasına cəlb edilməli olmadığına dair düzgün nəticəyə gəlmişdir.

49. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya dövlət qulluqçusu kimi işlədiyi və əmək pensiyası təyin edilərkən nəzərə alınan dövr həddində aldığı mükafatların nəzərə alınmaqla, sabiq dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 21(103)-1056/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar